Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-11/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmündən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən Ə.Hüseynov) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə, xx.xx.1959-cu ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim statistik işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 mənzil 63 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökümlə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzasının saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclası zalından dərhal həbs edilməsi, Barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, həmçinin Zərərçəkmiş şəxs1 3000 və 500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi barədə epizodların ittihamdan xaric edilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1, sonuncunun oğlu X11 xəstəliyi ilə əlaqədar təqaüdə çıxacağına kömək edəcəyinə yalan söz verib aldadaraq xx xxxxxx 2018-ci ildə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”nın qarşısında 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs1 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1, sonuncunun əmək kitabçasına əlavə iş təcrübəsi yazaraq onu vaxtından əvvəl təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq 2018-ci ilin fevral ayının sonlarında Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağsaray” şadlıq evinin qarşısında 500 (beş yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2, sonuncunu əlilliklə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq 2018-ci ilin iyun ayının sonlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi poçt”un yaxınlığında ondan 2000 (iki min) manat məbləğində pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs2 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3, sonuncunu əlilliklə bağlı təqaüdə çıxaracağına yalan vəd verib aldadaraq xx xxxx 2018-ci ildə Mingəçevir Dövlət Universitetitin yaxınlığında ondan 2100 (iki min yüz) manat məbləğində pulunu alıb ələ keçirmiş, daha sonra cinayətkar əməllərini davam etdirərək 2018-ci ilin avqust ayında 200 (iki yüz) manat, 2018-ci ilin sentyabr ayında 200 (iki yüz) manat, 2018-ci ilin oktyabr ayında isə 100 (yüz) manat məbləğində pulunu Mingəçevir şəhəri ərazisində alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl etməyib aldadaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 onu səhhəti ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada sonuncunun həyat yoldaşı X2 3200 manat məbləğdə pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs4 verdiyi vədə əməl etməyib aldadaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 3200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə X1 həyat yoldaşı Şahid2 səhhəti ilə əlaqədar təqaüdə çıxaracağını yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada ondan əvvəlcə 1000 (min) manat məbləğdə pulunu alıb ələ keçirmiş, daha sonra cinayətkar əməllərini davam etdirərək 2018-ci ilin noyabr ayının 9-da yenidən Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən çayxanada 800 manat pulunu alıb ələ keçirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək Firidun Rəsulova verdiyi vədə əməl etməyib aldadaraq, zərəçəkmiş şəxs X7 ümumilikdə 1800 (min səkkiz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmündən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmü qeyri obyektiv və ədalətsiz hesab edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmünün ləğv edilməsini və daha ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü icra edilmədiyindən, hökm ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1080.77 manat hissəsi hazırki hökmlə tam birləşdirilmişdir. İşin halları bundan ibarətdir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 yalan vəd verməklə 2000 manat pulunu, Zərərçəkmiş şəxs3 2600 manat pulunu, Zərərçəkmiş şəxs4 3200 manat pulunu, X5 1800 manat pulunu ələ keçirmiş, maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, o bu cinayəti artıq təkrarən törətmiş və bu əməlini dəfələrlə təkrarlamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aldatdığı zərərçəkmiş şəxslər xəstə, köməksiz vəziyyətdə olan və təqaüdə çıxmağa hazırlaşan şəxslərdir. Çünki, məhkəmədə verilən izahatlarından da görünür ki, onların hər biri xəstəliklə əlaqədar xəstəxanaya müraciətlə əlaqədar Təqsirləndirilən şəxslə ünsiyyətdə olmuşlar. Bundan əlavə, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs xəstəxanada həkim olmasını görməsəydilər ona müraciət də etməzdilər. Hesab edirlər ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar olsada məhkəmə onları nəzərə almamışdır. İttihamı müdafiə edən Prokuror 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb etsədə məhkəmə ona 2 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məqsədəmüvafıq bilmişdir. İşə birbaşa aidiyyatı olmasada bildirirlər ki, Təqsirləndirilən şəxs Qazax rayonunda olan torpaq sahəsini zərərçəkmişlərdən birinə əvvəllər vermişdir ki, satılanda pulunu götürsün. Məhkəmə iclasında hakimin də təkidi ilə zərərçəkmiş torpağın sənədini qaytarmışdır ki, torpaq satılır və onlara ödənməli olan pulu ödəyəcəkdir. Məhkəmə zalında onları aldadaraq həmin sənədi onlardan alaraq yenə də onları aldadaraq ziyanlarını ödməmişdir. Onların hər biri həmin vəsaiti ya bankdan faizlə, yaxud da kimdənsə borc alaraq Təqsirləndirilən şəxs ödəmişlər. O onların ağır vəziyyətdə olmağından istifadə edərək bu cinayət əməlini törətmişdir. Yuxarıda göstərilənləri əsas tutub, məhkəmə kollegiasındanMingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 saylı hökmünün dəyişdirilib Təqsirləndirilən şəxs sanksiya daxilində daha ağır cəza verilməsi, onlara vurulmuş ziyanın Təqsirləndirilən şəxs alınıb onlara qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs bildirdi ki, onun apelyasiya şikayətini yazmaqda məqsədi cəzasının yüngülləşdirilməsinə nail olmaq olub. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmünün ləğv edilməsini və daha ədalətli hökm çıxarılmasını qeyd edərkən əslində cəzanının yüngülləşdirilməsini xahiş etmişdir. Hazırda, maddi imkanı olmadığına görə dəymiş zərəri ödəyə bilməmişdir. Odur ki, məhkəmə kollegiyasından verdiyi apelyasiya şikayətinin təmin edilməklə, cəzasının yüngülləşdirilməsini, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən təqsirləndirilən şəxş Təqsirləndirilən şəxsmüdafiəçisi X13 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı cəzanın sərtliyinə grə ədalətsizdir. Ona görə də, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 məhkəmə kollegiasından Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs sanksiya daxilində daha ağır cəza verilməsini barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 oğlu hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 saylı hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X5 verdikləri apelyasiya şikayətinin təmin edilməsi, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi və dövlət ittihamçısının apellyasiya şikayələrinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin verdikləri apelyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs CM-in 178.2.2-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 178.2.2-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmişlər məlum məhkəmə hökmünü cəzaya aid hissədə mübahisələndirmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası həm Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərdiyi (cəzanın ağırlığı ilə bağlı) dəlillərinə, həm də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 apelyasiya şikayətində göstərdiyi (cəzanın yüngüllüyü ilə bağlı) dəlillərinə münasibət bildirməyi zəruri sayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin bu dəlillərinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X5 apelyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cubəndinin və 4-cü hissəsinin 7-cibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirkara təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini, eləcədə təqsirləndirilən şəxsin apelyasiya şikayətində qeyd etdiyi kimi təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə X16 məhkəməsi x xxxx 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Oxşar münasibətləri tənzimləyən Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərar). Öyrənilən işdən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzası saxlanılmış, həmin məbləğdən cəmi 919, 23 manat ödəniş etmiş, qalan məbləği (1080,77 manat) bu günkü günə kimi ödəməmiş, bununla da məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Digər tərəfdən, kollegiya onu da xatırlatmağı zəruri bilir ki, təqsirləndirilən şəxs zərərçəkmişlərə vurduğu zərəri ödəməyə belə cəhd etməmiş, həmçinin sonuncularla barışıq əldə etməmişdir. Halbuki, bu hallar cəza təyinində mütləq nəzərə alınan önəmli faktorlardandır. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin məlum hökmünün yüngüllüyünə görə ədalətsiz olması barədə zərərçəkmişlərin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirkarın islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alsada, sonda təqsirkara iki müddətə azadlıqdan məhrum cəzası təyin etməklə yuxarıda istinad edilmiş cinayət qanunvericiyinin tələblərinə düzgün əməl etməmişdir. Bu səbəbdən kollegiya, cəzanın həddinə münasibətdə CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın həddini qanuni, əsaslı və ədalətli hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, , zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)-111/2019 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X5 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)- 111/2019 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökümlə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasının çəkilməmiş 1080,77 manat hissəsi tam birləşdirilməklə üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080,77 manat cərimə cəzası saxlanılsın, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(051)- 111/2019 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-11/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-11/2020
06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver