Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-11/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X38 və Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X24 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 49 ünvanında qeydiyyatda olmaqla tutulanadək X13 vilayəti, Novokuybışevsk şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, on səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir cüt qara rəngli kişi ayaqqabısı (çəkələk), qanabənzər ləkələrdən nümunələr, meyitə baxış zamanı götürülmüş, qanabənzər ləkələrlə çirklənmiş, üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan ağ rəngli, boyunluq hissəsi göy bir ədəd qısaqol köynək, bir ədəd üzərində qanabənzər ləkələr olan idman şalvarı, bir ədəd ağ rəngli alt tumanı (trusik), bir cüt qara rəngli ayaqqabı, bir ədəd siqaret qutusu və alışqan, X4 əl-dırnaq kəsintiləri, saç tük nümunələri, təqsirləndirilən Təqsirləndirilən şəxs əl-dırnaq kəsintiləri, saç-tük nümunələri, ağız suyundan götürülmüş nümunələr hökm qanuni qüvvəsini aldıqdan sonra bu işdən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi, Ə.İsmayılova məxsus “Xiaomi” markalı mobil telefonun isə zərərçəkmiş şəxsin hüquqi varisi X16 təhvil verilməsi, iş üzrə 324 AZN ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Yevlax rayonunun Salahlı kənd sakini X4 əvvəllər X13 Vilayəti, Novokuybışevsk şəhərində yaşadıqları müddətdə bibisi X29 ilə sevgi münasibətlərində olması və həmin münasibətlərə son qoyulması barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikasına qayıtdıqdan sonra yenə də Ləman Bayramova ilə münasibətlərini davam etdirdiyini bilib digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib, bir qrup şəxs halında birləşərək Ədalət İsmayılovdan qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş və öz cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2018-ci il tarixdə, saat 16:30 radələrində “Şirvanovka” sərhəd nəzarət məntəqəsindən daxil olmaqla Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib, törədəcəkləri cinayət əməlini pərdələmək, gəlmələrinin səbəbini gizlətmək üçün xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə Yevlax şəhəri mərkəzi bazarın arxasında Şahid7 məxsus evdə kirayədə qalıb, törədəcəkləri cinayət əməli barədə hər hansı şəxsə məlumat vermədən bəhanələr uyduraraq, dəfələrlə Yevlax rayonunun Salahlı kəndinə gedib Ədalət İsmayılovu güddükdən sonra, növbəti dəfə xx.xx.2018-ci il tarixdə, axşam saat 20:00 radələrində guya Ədalət İsmayılovdan digər şəxsə olan borcunu almaq üçün onlarla eyni həyətdə gündəlik kirayədə qalan Şahid1 idarə etdiyi Vaz-21074 markalı ** KV *** qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonu Salahlı kəndinə gedib, sürücüyə əsl səbəbini bildirmədən avtomobildən müxtəlif küçələrdə düşüb qonşusunun evindən geri qayıdan Ədalət İsmayılovu küçədə evinin yaxınlığında digər şəxslə yaxalayıb, evə getməsinin qarşısını alıb, onu əhatə edərək müqavimət göstərmək imkanını aradan qaldırdıqdan sonra əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edib üzərlərində gəzdirdikləri iki və daha çox sayda olan yastı tiyə tipli kəsici-deşici alətlərlə zərərçəkmiş şəxs Ədalət İsmayılova əzab və iztirab verərək, yəni xüsusi amansızlıqla qəsdən dəfələrlə bədəninin müxtəlif nahiyələrinə vurub daxili üzvlərin zədələnməsi ilə müşayiət olunan, daxilə nüfuz edən döş qəfəsinin aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin, qarının yuxarı şöbəsinin sol yan hissəsinin, döş qəfəsinin sol aşağı tıss hissəsinin, qarınüstü nahiyənin sol tıss hissəsinin, sol kürəkaltı nahiyənin (iki ədəd), belin sol tıss hissəsinin, sağ kürəkaltı nahiyənin (iki ədəd), həm bir yerdə həm də ayrılıqda sağlamlığa ağır zərər vuran yaralarını, döş qəfəsinin sol yuxarı iç hissəsinin (iki ədəd), sol kürək nahiyəsinin aşağı iç hissəsinin (iki ədəd), sol kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yaraları, sağ saidin yuxarı 1/3-nin ön səthinin (iki ədəd), sol bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3nin arxa səthinin, (iki ədəd), sol saidin aşağı 1/3-nin arxa səthinin, sağ bazunun yuxarı 1/3nin arxa səthinin, sol almacıq nahiyənin, boyunun arxa səthinin (iki ədəd), sol yanaq nahiyəsinin, sol əlin arxa səthinin, sağ qaşın (iki ədəd), sol qulaq arxası nahiyədən başlayaraq qulaqönü nahiyədə qurtaran, sol təpə qabarının yaralarına səbəb olan həm bir yerdə, həm də ayrılıqda sağlamlığa yüngül zərər vuran kəsilmiş yaraları olmaqla, ümumilikdə 31 ədəd çoxsaylı bədən xəsarətlərini yetirib qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla qəsdən öldürüb evin yaxınlığından keçən kiçik su arxının içərisinə ataraq dərhal hadisə yerindən qaçıb həmin gecə, saat 00:09 radələrində “Şıxlı” sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Gürcüstana qaçmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Azadə İsmayılova və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri verilmişlər. Hökmdən apellyasiya protesti, apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətində bildirmişdir ki, istər istintaqda, istərsə də məhkəmədə vəsatət verməyimə baxmayaraq, cinayətin təşkilatçısı Samir Dilənçiyev (ləqəbi Şaka) barəsində tam, hərtərəfli və obyektiv istintaq aparılmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən dediklərimə kifayət qədər əhəmiyyət verilməmişdir. Belə ki, mən vəsatət və çıxışımda Təqsirləndirilən şəxs həyat yoldaşımın boynunun arxa hissəsini amansızcasına kəsdiyini, bu barədə məhkəmə-tibb ekspertinin rəyində də öz əksini tapdığını, ərimi heç bir səbəbdən köməksiz vəizyyətindən istifadə edib öldürdüyünü göstərsəm də, ona ömürlük cəza verilməsini xahiş etsəm də, məhkəmə vəsatətimi təmin etməmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmünün dəyişdirilməsini, ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini və Samir Dilənçiyev barədə əlavə araşdırma aparmaq üçün cinayət işinin istintaq orqanına göndərilməsini apellyasiya instansiya məhkəməsindən xahiş edirəm. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi isə apellyasiya şikayətində qeyd etmişdir ki, müdafiə etdiyim şəxs barəsində çıxarılan qərarı əsaslı hesab etmirəm, məhkəmə mötəbər sübut olmadan şəxs barəsində itiham hökmü çıxarmışdır. Müdafiə etdiyim şəxs istintaqın başlanğıcından bü günə kimi özünü baş vermiş cinayət hadisəsində təqsirli hesab etməmişdir. İstintaq orqanı onun təqsirliliyini müəyyən edə biləcək heç bir əhəmiyyət kəsb edəcək sübutu ortaya qoya bilməmişdir. Müdafiə etdiyim şəxs Rusiyadan Azərbaycana borclarını ödəməklə bağlı gəlir. Aparılan istintaq prossesində də müəyyən olunur ki, müdafiə etdiyim şəxs həqiqətəndə bank borclarını ödəmək üçün gəlmişdir. O, bir necə gün Mingəçevir şəhərində bu məsələlərlə çalışmışdır. Onun Azərbaycana qayıdıb borc öhdəliklərini ödəməsi onunla bağlı idi ki, uzun müddət Rusiyada yaşaması və bu ölkənin vətəndaşlığını qəbul etmək üçün Azərbaycanda hər hansı bir öhdəliyi olmalı deyildi. Bu səbəbdəndə bank öhdəliklərini icra edib rus vətəndaşlığını qəbul etmək üçün gəlməsi, işdə olan sübutlarla öz təsdiqini tapır. Digər məsələ, hadisə ilə müdafiə etdiyim şəxsin heç bir bağlılığının olmamasıdır. Belə ki, işdə olan təksibedilməz sübutlardan biri də odur ki, mərhum X2 olarkən döyülmüşdür. O, mütamadi olaraq Rusiya Federasiyasında olmuş, yaşamış, digər təqsirləndirilən şəxsin valideyni - anası ilə təmasda olmuşdur. Bütün bunlardan xəbərdar olan bu şəxslər istəsəydilər onu Rusiya Federasiyasında daha asan və rahat qətlə yetirə bilərdilər. Müdafiə etdiyim şəxs iki dəfə mərhum X4 yaşadığı kəndə getmiş, sonuncu dəfə isə maşınla gedərək təqsirləndirilən şəxs X22 düşürmüş, özü isə 300-400 metr kənarda maşında oturmuşdur. Təsadüfən kənd əhalisindən bir şəxs onu maşından düşürmüş, maşını nə üçün burada saxlamasını soruşmuşdur. Onlar 5-10 dəqiqə bu məsələni müzakirə etmiş, sonra isə müdafiə etdiyim şəxs gəlib maşında oturmuş, həmin an onun telefonuna təqsirləndirilən şəxs X11 zəng gəlmiş və bu prossesdən sonra onlar maşına minib 300-400 metr məsafədən sonra digər təqsirləndirilən şəxs X22 götürmüşlər. Belə olan halda müdafiə etdiyim şəxs qətildə iştirak etmişdirsə, hadisəni törətmişdirsə artıq telefon zənginə nə zərurət var idi? Onu yerindən götürüb apara bilərdi. Digər məsələ əgər müdafiə etdiyim şəxs hadisə yerinə özü də gedirsə, artıq avtomabilə zəng etməklə maşını müəyyən yerə gətirmək olardı. Digər məsələ, Təqsirləndirilən şəxs mərhum X10 ilə heç bir qərəzi, heç bir düşmənçiliyi yox idi. Əksinə, onun qardaşından və özündən mütamadi köməklik almışdır. Röyalla onun arasında heç bir düşmənçilik olmadığı halda nədən onu öldürsün? Məhkəmə-bioloji ekspertizasınının xx.xx.2019-cu il tarixli ekspert rəyindən də görünür ki, Ə.İsmayılova məxsus sol tay yay başmağı, tük nümunələri, Təqsirləndirilən şəxs tük nümunələri üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs dırnaq kəsintilərində isə qan aşkar edilməmişdir. Maddi sübutlar üzərində ağız suyuna şübhəli ləkələr və tükəbənzər hər hansı obyekt aşkar edilməmişdir. Ə.N.İsmayılovun baş tük nümunələrinin eyni bir şəxsə məxsus olması müəyyən olunmuşdur. Kənar şəxsə məxsus tük aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qan qrupunun müəyyən edilməsi ehtimallara əsaslanır. Burada məhkəmə bioloji ekspertizası qan ləkələrinin qrup mənsubiyyətini ABO sistemi üzrə tədqiq edərkən A və H antigenlərinin alındığını bildirir. Qan ləkələrinin həm zərərçəkmiş şəxs X5 məxsus ola bilməsini qeyd etməklə bərabər, belə bir söz də işlədir ki, əgər sonuncunun qanında müşayyətçi “H” antigeni vardırsa, habelə hadisə zamanı onda qanaxma ilə müşayət olunan xəsarət olubsa, həmçinin qanın qarışıq olduğu halda ləkələrdə X17 da qarışımış qanının olmasının münkünlüyünü bildirir. Ancaq hadisə zamanı qanaxmayla müşaiyət olunan xəsarət olubsa, bu halların mümkünlüyünü qeyd edib. Göründüyü kimi, ekspert müdafiə etdiyim şəxs barəsində heç bir konkret mövqe nümayiş etdirmir. Belə olan halda Röyalın hansı qan numunəsinin burada mövcud olmasından söhbət gedə bilər ki, bu hallar ekspertin mövqeyi ilə yanaşsaq ehtimallara əsaslanır. Odur ki, qeyd olunanları nəzərə alaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəl verdiyim ifadəni təsdiq edirəm. Təqribən 3 il Rusiya Federasiyasında yaşayıb işləmişəm və Rusiya vətəndaşlığı almaq istəmişəm. Ancaq Azərbaycanda kredit borcum olduğuna, bibim oğlu Raquf isə Azərbaycanı görmək istədiyinə görə 2018-ci ilin avqust ayında Azərbaycana gəldik. Azərbaycanda olduğum müddətdə Yevlax şəhərində mərkəzi bazarın arxasında kirayədə qalırdım. Sənədləri verdiyimə görə borclu olduğum “Atabankın” Mingəçevir filialından xəbər gözləyirdim, onların tələbi ilə giriş və çıxışıma qoyulmuş məhdudiyyətin götürülməsini istəmişdim. Həmin müddətdə bibim oğlu Raqufla Yevlax rayonunun Salahlı kənd sakini Ədalət arasında pul məsələsi olduğuna görə bir neçə dəfə həmin kəndə getdim. Məhdudiyyət aradan qaldırıldıqda X6yıtmaq qərarına gəldik. Raquf Ədalətlə görüşüb söhbət etmək üçün Salahlı kəndinə gedəndə bizi ora aparan taksi sürücüsü Şahid1 maşını Salahlıdan sürməyi dedi. Salahlı kəndinə getdik, maşını Ədalətgilin evindən təqribən 200-300 metr məsafədə saxladıq və Raquf maşından düşüb getdi. Biz isə biraz uzaqlaşdıq. Həmin zaman bizə iki nəfər şəxs yaxınlaşdı və onlarla söhbət etdik. Daha sonra Raquf zəng vurub onu götürməyi xahiş etdi. Biz gedib onu düşdüyü yerdən yox, başqa yerdən götürdük. Bundan sonra Rusiya Federasiyasına getdim. Ədalətin öldüyünü yaşadığım şəhərdə olarkən bazarda eşitdim. Bununla bağlı Raqufdan soruşdum. Raquf dedi ki, əlimlə vurmuşam. Salahlı kəndinə getmişəm, bunu səmimi deyirəm, amma Ədalət İsmayılovu öldürməmişəm. Bundan sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, xalamla küsülü olduğuma görə evə getmədim. Kirayədə qaldığımı qohumlarıma demədim, çünki onları danışdırmıram. Dostum Şahid5 maşını ilə Salahlı kəndinə getdik, kəndi fırlandıq. Bibim oğlu Raquf Ədaləti görmək istədiyi üçün oraya getdik. Şahid7 Yevlax şəhərinə sənədlər üçün gəldiyimi dedim. Ona Yevlaxdan olduğumu deməmişəm. Bilmirəm, niyə görə ona Yevlaxdan olduğumu deməmişəm. Rusiya Federasiyasına qayıdanda Raquf yolüstü Ədaləti görmək üçün Salahlı kəndinə getməyi təklif etdi. Raquf dedi ki, Ədalətin ona pul borcu var. Raqufu düşürdüyümüz yerdən götürmədik. Biz onu kəndin girəcəyində düşürdük, lakin kəndin baş tərəfindən götürdük. Raqufun əlində qan olub. Mənə dedi ki, Ədaləti vurmuşam. Amma mən Ədalətin öldüyünü bilməmişəm. Ədalət İsmayılovu qardaşı Samir vasitəsi ilə tanıdıq. Samir bizimlə əlaqə saxlayaraq qardaşına iş tapmaqda kömək etməyimizi xahiş etdi. Onu belə tanıdıq. Mən özümü bu maddələrlə təqsirli bilmirəm, mən bu cinayəti törətməmişəm, ona görə də apellyasiya şikayətimin təmin edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barədə bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədməsi şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra Azərbaycan Respublikasını tərk etmişdir. Müdafiəçinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş edirəm. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə gəlincə, birinci instansiya məhkəməsində dövlət ittihamçısının istədiyi cəza həddində Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın dəyişdirilməsinə etiraz etmirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, mən limon satmaq üçün Yevlax şəhərinə gəlmişdim. Həm də avtomobilimdən taksi kimi istifadə edib pul qazanırdım. Təqsirləndirilən şəxs məndən sənədləri düzəltmək üçün onu və Raqufu Mingəçevir şəhərinə aparmağı xahiş etdi. Mən onları apardım və orada bir-iki saat gözlədim, bundan sonra Yevlax şəhərinə qayıtdıq. Bir müddət sonra Röyal borca görə onları Salahlı kəndinə aparmaq lazım olduğunu dedi. Onlardan biri - Raquf avtomobildən düşdü, Röyal isə “biraz irəli sür” dedi. Mən də sürdüm. 15 dəqiqədən sonra zəng gəldi, Royal oğlanı götürməyi dedi. Mənə Gəncədə düşəcəklərini bildirdilər. Amma Gəncədə düşməyib Qazaxa sürməyi mənə dedilər. Qazax istiqamətində gedib onları orada düşürmüşəm. Bildiyim bu qədərdir. Daha sonra o, verilən suallara cavab olaraq demişdir ki, Raquf avtomobildən arxada düşdü. Röyal mənə “sür qabağa” dedi. Mən də sürüb qabaqda saxladım. 15-20 dəqiqə sonra hava qaralan vaxtı Röyala zəng gəldi. Dedi ki, gedək onu götürək. Mən də Yevlax tərəfə sürdüm. Raquf düşdükdən sonra avtomobillə nə qədər məsafə qət etdiyimiz yadımda deyil. Bu vaxt tanımadığım iki nəfər cavan şəxs avtomobilimin pəncərəsini döydü. Bu vaxt Röyal maşından düşdü, onlarla 10-20 metr arxaya getdi və təxminən 10-15 dəqiqə söhbət etdi. Bundan sonra Röyal maşına çatıb qapını açanda ona zəng gəldi. Mənə dedi ki, gedək Raqufu götürək. Raqufu düşdüyü yerdən götürdük. Şahid1 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində hazırda istifadəsində qırmızı rəngli **-CE-*** dövlət nömrə nişanlı Vaz 21074 markalı avtomobilinin olduğunu, həmin avtomobilin əvvəlki dövlət qeydiyyat nömrə nişanının **-KV-*** olduğunu, onu etibarnamə ilə idarə etdiyi üçün 2019-cu ilin avqust ayının əvvəli həmin maşını öz adına rəsmiləşdirdiyini, həmin maşınla fərdi qaydada səyyar satıcılıqla məşğul olub, sitrus meyvələri, yaxud adyal-döşək gətirib Yevlax şəhər mərkəzi bazarında satdığını, 5-6 il olar ki, Yevlaxa gələndə bazarın yaxınlığında yerləşən Yevlax şəhər sakini Tənzilə adlı qadına məxsus günlük kirayə evdə qaldığını, 2018-ci ilin avqust ayının sonlarında yenidən Yevlax şəhər mərkəzi bazarına satmaq üçün limon gətirdiyini, həmin gün bazarda alveri qurtardıqdan sonra gecələmək üçün həmişə qaldığı Tənzilənin evinə getdiyini, orada 5-6 nəfər əvvəldən tanıdığı alverçilər, onlardan başqa iki nəfər cavan oğlan olduğunu, həmin oğlanlardan boyca hündür olanın adının Röyal, nisbətən balaca olanın adının isə Raquf olduğunu öyrəndiyini, onların evin ikinci mərtəbəsində, özünün isə aşağıda qaldığını, həyətdə tikinti işi olduğu üçün maşını adətən çöldə saxlayıb, bazarda alver edib günortadan sonra evə gəlib dincəldiyini, həyətdə görülən tikinti işlərinə köməklik etdiyini, Röyalla Raqufun da həmin işə köməklik etdiyini, günortadan sonra evə gələndə çox vaxt onları görmədiklərini, harasa çıxıb gedib axşama qayıdıb gəldiklərini qeyd edərək evə gələndən iki gün sonra Röyalın ona yaxınlaşıb “dayı, sən taksilik edirsən? bizi Mingəçevirə apara bilərsən? Sənəd düzəltməyə gedirəm. Aparıb gətirməyə görə nə istəyirsən?” dediyini və 15 manata Röyalla razılaşdıqlarını, təxminən səhər 11 radələrində Röyalla Raqufu kirayə qaldıqları evdən götürüb Xaldan yolu ilə Mingəçevir şəhərinə apardığını, Mingəçeviri tanımadığı üçün dayandığı yerin hansı küçə olduğunu bilmədiyini, ona Röyalın bələdçilik edib yolu göstərdiyini, avtomobili saxladığı yerdə binaların qarşısında da taksilərin olduğunu, Raqufla Röyalın avtomobildən enib, Röyalın ona “gözlə, sənədi götürüb gəlirəm” dediyini, bundan sonra Raqufla Röyalın binaya tərəf gedib təqribən bir saat, saat yarım sonra qayıdıb maşına əyləşdiklərini və Yevlaxa qayıtdıqlarını, onları Yevlax şəhərində düşürtdüyünü, parka tərəf getdiklərini, özünün isə kirayə qaldığı evə gəldiyini, hara getmələrindən xəbərinin olmadığını, təxminən 2 gün keçmiş Röyalın ona “Salahlı kəndi var, bizi ora apar. Gedib qayıtmağa 10 manat verəcəm” dediyini, yolda onlardan “hardansız?” soruşanda Röyalın “Sumqayıtın daş bazarındanıq” dediyini, kəndə niyə getdiklərini soruşanda isə Röyalın “orda bir nəfərin bizə çoxdan borcu var, vermir, onu almağa gedirik” dediyini, borcu almağa gedirlərsə, ağsaqqalla getməyi tövsiyyə etdiyini, Röyalın “ikimizə də çoxdan borcu var. Rusiyada olanda alıb, qaytarmayıb” dediyini, bundan sonra Yevlaxın içindən keçib Cırdaxan yolu ilə Salahlı kəndinə getdiklərini, tanımadığı üçün Röyalın yolu başa saldığını,Salahlı kəndinə çatıb çayxana olan yerdən keçib sağa dönüb kəndin içinə getdiklərini, Röyalın maşını kəndin içində sürdürdüyünü, qayıdıb, çayxananın yanından keçəndə Röyalın, “burda yoxdur” dediyini, “kim yoxdur?” soruşduqda Röyalın “həmin adam burda yoxdur” dediyini və evə qayıtdıqlarını, 2-3 gün sonra axşamüstü təqribən saat 20 radələrində Röyalın ona “Mingəçevirdə 5-10 dəqiqəlik işim var. Raqufla bizi oraya apararsanmı?” dedikdə razılaşdığını, Röyalın ilk dəfə olduğu kimi onları Mingəçevir şəhərinə aparmağa görə 15 manat pul verdiyini, amma onları bu dəfə Mingəçevir şəhərinə Röyalın istəyi ilə Aran qəsəbəsi “Stansiya Mingəçevir” adlanan yol ilə apardığını, həmin yerin Röyalgili ilk dəfə apardığı yer olmadığını, tamam fərqli istiqamət olduğunu, Röyalla Raqufun avtomobildən enib “sən burada gözlə, gəlirik” deyib binaların yanından keçib getdiklərini, təxminən 10 dəqiqə sonra da geri qayıtdıqlarını, “nə yaxşı tez gəldiz” soruşanda Röyalın “işimiz alınmadı, dayı maşını yenə Yevlax rayonu Salahlı kəndindən sürərsən” dediyini, Yevlax rayonu Salahlı kəndindən sürüb kəndin içində çayxananın yanından keçəndə Röyal çayxana tərəfə boylanıb baxdıqdan sonra “sür gedək” dediyini, bir gün sonra isə yenidən Röyalın “Salahlı kəndində 20-25 dəqiqəlik işimiz var, Gəncəyə gedəcəyik, işimiz alınmasa oradan da Qazaxa gedəcəyik. Bizi aparsan 70 manat verərəm.” dediyini, Röyalla razılaşdığını, təxminən saat 20 radələrində hər üçünün Yevlax rayonunda kirayədə qaldığı evdən çıxdıqlarını, həm Röyalın, həm də Raqufun belində qara və qəhvəyi rəngli bel çantası olduğunu, Röyalın əlində həm də qara rəngli sellofan torba olduğunu, Röyalın ön oturacaqda yanında, Raqufun isə onun arxasında əyləşdiyini, idarə etdiyi qırmızı rəngli, **-KV-*** dövlət nömrə nişanlı Vaz 21074 markalı avtomobillə Röyalla Raqufu Cırdaxan kəndi tərəfdən Yevlax rayonu Salahlı kəndinə gətirdiyini, havanın qaraldığını, Raqufun kəndin girəcəyində avtomobildən düşüb, sağ tərəfə kəndin içinə doğru getdiyini, Röyalın isə, “biraz irəli sür” dediyini, Raquf düşdüyü yerdən təqribən 50-60 metr sonra Röyalın da maşından düşdüyünü, ona, “biraz kənarda saxla, gəlirik” deyib Röyalın da sağ tərəfə, kəndin içinə getdiyini, avtomobili geriyə döndərib saxlayıb maşında oturub qayıtmalarını gözlədiyini, təxminən 15-20 dəqiqə sonra Röyalın maşından düşüb getdiyi istiqamətdə əlləri ilə üstünü təmizləyib qaça-qaça maşına tərəf gəlib, qapını açıb yanında əyləşdiyini, həyəcanlı şəkildə “Sür! Sür!” dediyini, “nə olub?” soruşsa da heç nə demədiyini, həmin vaxt Röyala zəng gəldiyini, Röyalın “Raquf sənsən?” soruşub ona irəli sürməyi dediyini, Raqufun da düşdüyü yerin yaxınlığında, asfalt yolda yenidən maşının arxa oturacağa mindiyini, Röyalın “Sür!” dediyini, onlara “hara sürüm? nə olub?” dedikdə,” əl-qol ilə “Sür! Sür!”, deyib dedikdə qorxub, maşını gəldiyi yolla geriyə sürdüyünü, Cırdaxan kəndindən çıxanda maşını Yevlax istiqamətində döndərəndə Röyalın həyəcanlı “hara sürürsən?!” soruşduğunu, “Yevlaxa sürürəm” dedikdə “Gəncəyə sür, orada düşəcəyik” dediyini, Gorana çatmağa az qalmış Röyalın ona “maşını saxla, biz düşək” dediyini, Raqufun isə arxadan “yox, Gəncəyə aparsın, orada düşərik” dediyini, maşını saxladığını, hər ikisinin maşından düşdüklərini, qapı açılanda salonun işığında Raqufun sağ əlində qan gördüyünü, Röyalın üst-başının tozlu olduğunu, Raqufun əynində qara rəngli uzunqol futbolka, Röyalın əynində isə göy rəngli qolu uzun nazik kofta olduğunu, kənddə avtomobildən düşəndə paltarlarında ləkə olmasa da sonradan gəlib maşına oturanda hər ikisinin paltarlarının çirkləndiyini, Röyalın qara sellofan torbadan su qabını götürüb, əllərini yuyub üstlərinə sildiklərini, Röyalla Raquf əllərini yuyub, avtomobilə əyləşdikdən sonra onlardan “nə olub?” soruşsa da, avtomobili Gəncəyə sürməyi, orada düşəcəklərini dediklərini, Gəncə şəhərinə çatanda Röyalın “maşını saxla, düşək” desə də, Raqufun yenə də, “yox sürsün gedək” dediyini, onları Qazax şəhərinə, “Qırmızı Körpü” X20 aparmağı dediklərini, orada düşəndə Röyaldan yenə də “nə olmasını soruşduqda” Röyalın ona “dava eləmişik” dediyini, “niyə dava elədiz?” soruşanda Röyalın ona “pul məsələsi idi” dediyini və 70 manat pul verib, hər ikisinin nəzarət buraxılış məntəqəsinə tərəf piyada getdiklərini, bir müddət orada dayanıb müştəri gözlədiyini, adam olmadığı üçün tək geriyə, Yevlax şəhərinə kirayə qaldığı evə qayıtdığını, səhəri gün evdə qaldıqdan sonra, növbəti gün nəvəsinin yanına Sumqayıta getdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində bildirmişdir ki, əri Ədalət 2017-ci ildə X26 vilayəti, Novokuybişevsk şəhərinə işləmək üçün getmiş, orada qohumu Samirin evində qalıb, şəhərlərarası marşrut üzrə mikroavtobus idarə etmişdir. Bir dəfə Ədalətlə telefonda əlaqə yaradarkən Ədalətin xəstəxanada olduğunu, dalağından cərrahi əməliyyat olunduğunu, Rizvangildə olarkən Rizvanın yoldaşı Ləmanı danlayarkən Rizvana irad tutduğunu, Rizvanın ona bir də evlərinə gəlməməyi tapşırdığını, növbəti dəfə isə Ləmanla idarə etdiyi mikroavtobusun qarşısında söhbət edərkən Rizvanın Ləmanın onunla söhbət etdiyini görüb Ləmana sillə ilə vurduğunu, Rizvana Ləmanı vurmasına irad bildirdikdə Rizvanın onu təpiklə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. Bundan sonra əri Ədalət Azərbaycana qayıtmış, olanları ona yaşadığı Salahlı kəndinə evə qayıtdıqdan sonra danışmışdır. Ədalət 2018-ci il iyun ayında Rusiya Federasiyasından gəldikdən sonra da Ləmanla telefonla münasibət saxlamış, ona Ləmanla qohum kimi danışdığını demiş, hətta özü və qızlarına irad tutmuşdur ki, “Siz niyə Ləmanla danışmırsız?”. Ərinin Ləmanla münasibətləri, öldüyü vaxta kimi də davam etmiş, telefonda internet vasitəsilə Whatsapp proqramında danışmışlar. Ədalətdən Ləmanla nə kimi münasibəti olmasını soruşanda isə Ləmanla qohum kimi danışdığını, aralarında heç nəyin olmadığını demişdir. xx.xx.2018-ci il tarixdə heyvanlar örüşdən qayıtdıqdan sonra əri Ədalət axşam saat 19 radələrində qonşusu Hökməngilə getmək adı ilə evdən çıxmış, əynində qısaqol köynək və göy rəngli idman şalvarı olmuşdur. Əri evdən çıxarkən dalağından əməliyyat olunduğu, ağır qaldırmağı həkim qadağan etdiyi üçün ona Hökməngilə südü gəlib aparmaları üçün xəbər etmələrini istəmiş, əri evdən çıxdıqdan təxminən yarım saat sonra Hökmənin uşağı Dərgah gəlib südü aparmışdır. Təxminən saat 21 radələrində Hökmənin küçədən Ədaləti çağırdığını eşidib, bayıra çıxmış, Hökmən südün qabını gətirdiyini demişdir. Ondan Ədalətin harada olmasını soruşduqda Ədalətin onlarda 15-20 dəqiqə dayanıb evə getmək adı ilə çıxdığını öyrənmişdir. Ərinin çayxanada olduğunu düşünmüş, evə girəndə Ədalətin mobil telefonunun enerji mənbəyinə taxılı olduğunu görmüş, əri telefonunu özü ilə götürməmişdir. Telefonu enerji mənbəyindən ayırıb həyətin çöl qapısının arxasını, evin də qapısını açıq qoyub yatmışdır ki, Ədalət gələndə çöldə qalmasın. Səhər yuxudan qalxanda Ədalətin evdə olmadığını görmüşdür. Heyvanları çölə ötürəndə yaxınlıqdakı arxın içərisində xəsarətləri olan Ədalətin meyitinin tapılmasını Hökmən gəlib ona demişdir. Sonradan öyrənmişdir ki, qonşuları Ələddin həmin gün səhər örüşə aparmaq üçün heyvanları qapıdan çıxaranda ərinin meyitini aşkar etmiş, üzü qan olduğu üçün tanımayıb Hökməni çağırmış, o da gəlib baxanda həmin meyitin Ədalət olduğunu bildirmişdir. Sonradan onları polis əməkdaşları sorğu-sual etmiş, əri Ədaləti Rizvanın arvadı Ləmanla olan münasibətinə görə Ləmanın oğlu Raquf və dayısı oğlu Röyalın gəlib, əri Ədaləti güdüb, sonra isə birlikdə öldürüb qaçıb getdiklərini öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, onun ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş edir. Həmçinin, bütün bunların arxasında Ləmanın qardaşı Samir Dilənçiyevin dayandığını, onun pul verərək Röyal və Raqufu Ədaləti öldürmək üçün Azərbaycana göndərdiyini öyrəndiyindən, Samir Dilənçiyevin də cinayət məsuliyyətinə cəlb olunmasını, o cümlədən işin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərarın ləğv edilməsini, iş üzrə Şahid1 da cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun qayını, yəni arvadının qardaşıdır. Qohum olsalar da, yoldaşının ailə üzvlərindən ancaq qayınanası Rəna ilə qohumluq münasibətləri saxlayır, yalnız onunla gediş-gəlişləri vardır. Başqa qohumlarının Yevlax rayonunun Salahlı kəndi və Rusiya Federasiyasında yaşadığını bilsə də, onlarla münasibəti olmamışdır. Röyalın əvvəlcə Mingəçevir şəhərində qayınanası ilə birlikdə yaşadığını, son iki ildə isə X26 vilayəti, Novokuybışevsk şəhərinə orada yaşayan qohumlarının yanına işləməyə getdiyi barədə məlumatı olmuşdur. 2018-ci il avqust ayının sonlarında Röyal ona xatırlamadığı nömrədən zəng edib, Azərbaycana gələcəyini bildirmiş, avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Röyal yanında bir nəfər cavan oğlanla Sumqayıt şəhərinə onların yaşadığı ünvana gəlmiş, oğlanın kim olması ilə maraqlandıqda, Röyal Rusiyada yaşayan bibisi oğlu Raquf olduğunu bildirmişdir. Həmin axşam Röyalgil onlarda qalmış, səhəri gün isə çıxıb getmişlər. Röyalgilin onlarda olduqları müddətdə söhbət zamanı soruşduqda, Röyal ona “bir nəfər burada söyüş söyüb”, “gəlmişik, danışaq, yoluna qoyaq” demişdir. 2018-ci il avqust ayının sonunda Röyalgil onlardan çıxıb gedəndən sonra qohumlarından Röyalın gəlib Yevlaxda bibisi oğlu Raqufla hadisə törətdiyini, Yevlax rayonunda Raqufun anası ilə münasibəti olduğuna görə Ədalət adlı şəxsi öldürdüklərini öyrənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı uzun müddətdir. Röyal təxminən 2 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayıb işləmişdir. Rusiyaya getdiyi vaxtdan arabir onunla sosial şəbəkədə yazışıb, hal-əhval tutmuşdur. 2018-ci il avqust ayının sonlarında Röyal ona gizli nömrədən zəng edib Bakı şəhərində olduğunu, rayona gələcəyini, görüşmək istədiyini bildirmişdir. Bir neçə gün sonra isə yenidən gizli nömrədən ona zəng edərək “Bakı şəhərindəyəm, yanımda qonağım da var, Yevlax rayonuna gəlirəm. Çatanda xəbər edəcəm görüşək” demişdir. Həmin günü Röyal ona ***-***-**-** mobil nömrəsindən zəng edərək, birlikdə Yevlax rayonunun Salahlı kəndinə, orada yaşayan nənəsigilə getmək istədiyini bildirdikdə, ona benzin pulu olmadığını demiş, əvəzində Röyal benzin pulunu özünün verəcəyini bildirmişdir. Belə olub özünə məxsus Mercedes Benz C 230 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Yevlax rayonuna gedib Təqsirləndirilən şəxs və qohumu Raqufu axşamüstü Yevlax bazarının yaxınlığındakı küçədən tanımadığı yerdən götürmüş, Röyal onu yanındakı cavan oğlanla tanış edib, bibisi oğlu Raquf olduğunu söyləmiş və söhbət əsnasında anasıgilə getmək istəmədiyini, gəlməsi barədə heç kimin məlumatı olmadığını, ona da heç kimə deməməyi tapşırmışdır. Röyal əvvəlcə maşında qabaqda yanında əyləşsə də, sonradan kəndə çatana yaxın arxa oturacağa, Raqufun yanına keçmiş, artıq hava qaralanda kəndə çatmış, Salahlı kəndinə çatdıqda isə marketin yanında saxlayıb düşüb siqaret almış, həmin vaxt Röyal və Raqufun da qısa müddətə avtomobildən düşüb maşından aralaşıb kənarda çayxana istiqamətində dayanaraq bir neçə dəqiqə xəlvətcə danışdıqlarını görmüşdür. Bir müddət sonra maşına minib kəndin içinə sürmüş, lakin Röyalın bələdçiliyi ilə nənəsigilin yaşadığı evə tərəf küçə ilə getsə də, Röyalgilin maşından düşmədiyini görüb Röyaldan nənəsigilə getmək üçün kəndə gəlmədiklərini, gəlmələrinin əsl səbəbini soruşmuş, Röyal isə ona həmkəndlisi olan Ədalət adlı şəxslə birlikdə işlədiklərini və sonradan Ədalətin onların arxasınca “qeyrətsiz” olmaları barədə Rusiyada yaşayan kənar şəxsə dediyini və həmin şəxsin də Ədalətin sözlərini onlara çatdırdığını, Ədalətlə telefonla söhbət zamanı da Ədalətin onların ana-bacılarının ünvanına nalayiq ifadələr işlətdiyini və Ədalətlə münasibətlərini aydınlaşdırmaq üçün kəndə gəldiklərini demişdir. O, Röyala davaya gəlmədiyini və getmək istədiyini demiş, həmin vaxt Röyal dayanmaq istəmədiyinə görə, ondan inciyib “istəmirsənsə, çıxıb gedə bilərsən” söyləmiş, maşınla kəndin içindən asfalt yola çıxıb onları Cırdaxan kəndinə gedən yolda istəkləri ilə düşürüb Mingəçevir şəhərinə yaşadığı evə qayıtmışdır. Mingəçevirə çatdıqdan 20-25 dəqiqə sonra Röyal ona zəng edib Yevlax rayonunda olduğunu, onları niyə yolda tək qoyub getdiyini söyləmiş, sonrakı günlərdə də yenidən zəng edib kəndə getmək istədiyini, onları kəndə aparmağı xahiş etmiş, amma hər dəfə bəhanə gətirib imtina etmişdir. Sonuncu dəfə də sentyabr ayının 5-i yaxud 6-da axşam tərəfi Röyal yenidən öz nömrəsindən zəng edib Salahlı kəndinə getmək istədiyini demiş, Röyalın həmin söhbətə görə oraya getmək istədiyini düşünüb Röyala işdə olduğunu, çıxa bilməyəcəyini bildirmişdir. Təxminən saat 21 radələrində Röyalla Raquf Vaz-2107 markalı avtomobillə yaşadığı binanın qarşısına gəlmiş, onları Qazax rayonuna, Qırmızı Körpüyə aparmağı demişdir. Röyaldan gəldikləri avtomobilin kimin olmasını soruşduqda, Röyal avtomobili Yevlax rayonundan taksi sürücüsü kimi tutub gətirdiklərini demişdir. Röyal yenidən təkid edərək gəldikləri həmin maşını yola salmaq istədiklərini və onunla getmək istədiklərini bildirmiş, gəldikləri taksiyə 70 manat verəcəklərini, onunla gedərlərsə 100 manat verəcəklərini vəd etmişdir. Amma o, razılaşmamış, Röyalgil gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Sentyabr ayının 7-də səhər 08 radələrində isə o, mobil telefonunda olan “whatsapp” tətbiqindən Röyala yazıb harada olmasını soruşmuşdur. Röyal isə ona Rusiyada olmasını və onları görməyi barədə heç kimə heç nə deməməyi bildirmişdir. Səhər işdə olarkən onu Yevlax Rayon Polis Şöbəsinə dəvət edərək Röyalla bağlı sorğu-sual etmiş, bildiyi hər şeyi polis əməkdaşlarına danışmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Yevlax şəhərində, Mərkəzi Bazarın arxasındakı E.Ağayev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır və gündəlik ev kirayəsi ilə məşğul olur. Həyətdəki qayınatasına məxsus evi rayona gəlib-gedən imkanı az olan qonaqlara gündəlik 2-3 manata kirayə verir. X30 və Təqsirləndirilən şəxs təqribən xx.xx.2018-ci il tarixdə yaşadığı evə gəlib qalmağa yer istəmiş, həmin şəxslərdən kim olmalarını, niyə gəlmələrini soruşduqda, Röyal əslən Sumqayıtdan olduğunu, Rusiya Federasiyasında böyüdüklərini, Yevlaxa da sənədlərlə bağlı gəldiklərini, Mingəçevirdə əsgər olduğunu, hərbi biletini itirdiyinə görə yeni bilet almağa gəldiyini demişdir. Neçə gün qalacaqları ilə maraqlandıqda Röyal işi dəqiq bilmədiklərini, sənəd işi olduğunu, hər gün səhər pulu verəcəklərini demiş, hamam istifadə edəcəklərini dedikləri üçün hərəsinə 3 manat olmaqla, ümumilikdə 6 manata razılaşmışlar. Hər gün səhər durub evin pulunu vermiş, çantalarını götürüb harasa getmiş, günortaya qayıdıb ya evdə uzanıb yatmış, ya da harasa getmişlər. Kirayə qaldıqları müddətdə hər axşam evdə olmuş, təmizkar, sadə, sakit təəssürat bağışlamışlar. Ümumilikdə 8-9 gün onun evində qalmış, xx.xx.2018-ci ildə həmişə olduğu kimi çıxıb getmiş, bir daha geri qayıtmamışlar. Sonradan polis şöbəsindən əməliyyatçılar dəvət edib, sorğu-sual etdikdə hadisə barədə məlumatı olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ədalət İsmayılovun həmkəndlisi, qonşusu olduğunu, bir-birinin evinə gediş-gəlişləri olduğunu, Ədalətin son dəfə hadisədən 2-3 ay əvvəl X3 şəhərindən yaşadığı Salahlı kəndinə, ailəsinin yanına qayıtdığını, özü ilə görüşəndə Rizvanın onu orada küçədə döyüb, dalağını partlatdığını dediyini, bütün kəndin Ədalətin Rizvanın arvadı Ləmanla qeyri-rəsmi ər-arvad münasibəti olduğunu danışdığını eşidib Ədalətdən soruşanda əvvəlcə etiraf etməsə də, sonradan Rizvanın arvadı ilə münasibəti olduğunu, aralarında cinsi yaxınlıq olduğunu, ancaq deməyə utandığını, Rizvanın onu döydükdən sonra, xəstəxanaya aparıb orada əməliyyat etdirdiyini, dərmanlarının pulunu verib, cibinə də 20000 (iyirmi min) rus rublu qoyub Azərbaycana göndərdiklərini söylədiyini demişdir. Ədalətlə münasibəti olduğu, onu çoxdan ailəvi tanıdığı üçün Ədalət tez-tez onlara gəlmiş, söhbət edib çay içmiş, siqaret çəkmişlər. Ədalətin əkini olmadığı üçün ondan ağartı məhsulları alıb yerinə əkin məhsullarını vermişdir. xx.xx.2018-ci il tarixdə də Ədalət 3 dəfə - birinci dəfə günorta yemək yeyib çay içəndə, saat 14 radələrində, ikinci dəfə saat 16 radələrində maşınına müştəri tapdığını deməyə, bir dəfə isə axşam hava qaralana yaxın, saat 19 radələrində o, digər qonşusu Əliyəddinlə birlikdə yaşadığı evin həyətində qaz borusundan evin birinci mərtəbəsinə qaz xətti çəkərkən onlar işi yekunlaşdırana yaxın gəlib, “süd hazırdır, uşağı bizə göndər gətirsin” deyərək, həyətdəki pəncərənin çıxıntısının qabağında oturmuş, oğlu Dərgah gedib qısa müddət sonra südü gətirmişdir. İşi yekunlaşdırdıqdan sonra alətləri silib Əliyəddinə vermiş, Ədalət də oturduğu yerdən durub gedəcəyini demiş, hamısı birgə həyət qapısından çölə çıxmış, həmin vaxt hava qaralmağa başlamış, Ədalət öz yaşadığı ev istiqamətində, Ələddin isə öz qapısına tərəf getmişdir, özü də həyətə girib bostanın suyu ilə məşğul olmuş, işini bitirib yuyunmuş, çay içib axşam olduğu üçün südün qabını götürüb Ədalətgilə gedib, onu çağırmışdır. Səsə arvadı Azadə çıxmış, “ağsaqqal hanı?” deyə Ədaləti soruşduqda, o, ərinin onlara tərəfə getdiyini demişdir. Azadəyə ərinin 1 saatdan çoxdur ki, onlardan çıxdığını demiş, süd qabını verib geri qayıtmışdır. xx.xx.2018-ci il tarixdə, səhər saat 07 radələrində qonşusu Əliyəddin onu küçədən çağırmış, əvvəlcə Əliyəddinin təzə aldığı maşınla bağlı nəsə soruşacağını güman etmiş, küçəyə çıxdıqda isə Əliyəddin ona, “qapımın ağzından keçən arxın içində adam var, gəl gör kimdir” demiş, “nə adam?” deyərək, Əliyəddinlə birlikdə onun dediyi yerə gəlmiş və heyvan ötürdükləri qapıdan təqribən 3-4 metr aralıda, arxın içərisində Ədalətin meyitini görmüşdür. Meyitin sifət, üz nahiyəsi, qulağın ətrafında və əynindəki paltarların üzərində qan ləkələri, xəsarət izi olmuşdur. Əliyəddinə “bu Ədalətdir” demiş və Ədalətin qardaşı Nüsrətgilə gedib məlumat vermək istəmiş, arvadı Rasidə ərinin heyvan ötürməyə getdiyini dediyi üçün Ədalətin vəziyyətini deyə bilməyib geri qayıtmış, Əliyəddinə vəziyyəti dedikdə Əliyəddin ona “get, söylə, ailəsi bilsin” demişdir. İkinci dəfə gedib Rasidəyə “Ədalət arxın içində yaralıdır” demiş, birlikdə arxın yanına gəlmişlər. Rasidə ağlaya-ağlaya gedib əri Nüsrətin dayısı arvadı Mehribanı çağırmış, o isə ona məxsus telefonundan “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ədalət İsmayılovun qonşusu olduğunu, qonşu kimi normal münasibətləri olduğunu, xeyir-şər mərasimlərində iştirak etdiklərini, Ədalətin kəndin əksər sakinləri kimi Rusiya Federasiyasına gedib-gəldiyini, təqribən 10-12 il əvvəl Rusiya Federasiyasından qayıtdıqlarını, ailəsi kənddə olsa da, Ədalətin tez-tez Rusiyaya gedib gəldiyini, son dəfə təqribən bir neçə ay əvvəl kəndə qayıtdığını, gəldikdən sonra da Ədalətin demək olar ki, ancaq Hökməngilə gedib-gəldiyini, Ədaləti son dəfə xx.xx.2018-ci il tarixdə axşamüstü gördüyünü, həmin gün axşam tərəfi Hökmənin oğlu Dərgahın gəlib atasının rezba açan aləti istədiyini dedikdə aləti özünün götürüb Hökməngilə getdiyini, Hökmənin həyətdən keçən qaz turbasından evinə əlavə xətt çəkdiyini, həmin vaxt içəri Ədalətin girdiyini, onunla görüşdüklərini, hal-əhval tutduqlarını, Ədalətin Hökmənə arvadının südü sağdığını, gedib gətirmələrini dediyini, Hökmənin alət aparmağa gələn oğlunu südün ardı ilə Ədalətgilə göndərdiyini, Hökmənin turbada rezbanı açandan sonra aləti alıb Ədalət və Hökmənlə birgə darvazadan çölə çıxdığını, xudahafizləşib evinə tərəf getdiyini, Ədalətin də öz evlərinə tərəf getdiyini, örüşdən gələn heyvanları Hökməngil tərəfdən olan qapıdan içəri salıb yerbəyer etdikdən sonra evə getdiyini, həmin gün axşam daha çölə çıxmadığını, səhəri gün xx.xx.2018-ci il tarixdə, səhər saat 07:00 radələrində heyvanları Hökməngil tərəfdən küçəyə çıxaranda, heyvanın qapıdan çölə çıxıb tərpənmədiyini, böyürdüyünü, sonra da sola arxa tərəfə getdiyini, yaxınlaşıb baxanda çöl qapıdan aralıda, arxın içində al qan içində adam gördüyünü, çox qorxduğunu, bir neçə saniyə meyitə baxsa da tanımadığını, bundan sonra tez qaçaraq Hökməngilə gedib onu yüksək səslə “ay Hökmən!” deyə çağırdığını, Hökmən çölə çıxdıqda ona arxda qan içində bir nəfər adam olduğunu dediyini. Hökmən gəlib meyitə baxdığını, onun da diksinib qorxduğunu, “bu Ədalətdir” deyib, Ədalətin qardaşıgilə qaçıb getdiyini, qayıdıb Nüsrətin evdə olmadığını, arvadına isə deyə bilmədiyini bildirdiyini, ona “qayıt get, sahiblərinə xəbər ver” dediyini, Hökmənin yenidən getdiyini, bu dəfə Rasidə ilə qayıtdığını, Rasidənin meyitin Ədalət olduğunu deyib, ağlayıb geri qayıtdığını, mərhumun dayısı arvadı Mehribanın gəldiyini, Hökmənin telefonu ilə Ədalətin qardaşına və polisə xəbər verdiyini demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 ifadəsində Mingəçevir şəhərində tək yaşadığını, qızının ailə qurub Sumqayıt şəhərində yoldaşı və nəvələri ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs doğma oğlu, Raquf Bayramovun isə mərhum ərinin bacısı oğlu, baldızı X9 oğlu olduğunu, neçə illərdir Rusiya Federasiyasında ailəlikcə yaşadıqlarını, mərhum Ədalət İsmayılovu isə cəmi bir dəfə 2007-ci ildə vəfat etmiş mərhum ərinin sağlığında 13-15 il əvvəl Rusiya Federasiyasında olanda gördüyünü, həmin vaxt özlərinin də ailəvi Samara vilayətində Novokuybışevsk şəhərində yaşadıqlarını, Ədaləti uzaq qohum kimi tanıdığını, oğlu Röyalın dostları ilə təqribən 3 ildir ki, Rusiya Federasiyasına işləməyə getdiyini, işi alınmadığı üçün əmisi, qayını Samirlə əlaqə saxlayıb, onların yaşadığı Novokuybışevsk şəhərinə getdiyini, əmisinin yanında işlədiyini, Röyalın Rusiya Federasiyasında getdikdən sonra onunla arabir telefonla danışdıqlarını, adətən də özünün Röyala zəng edib danışdığını, 2019-cu il avqust ayında qızının ona zəng edib Röyalın Raqufla Azərbaycana gəldiyini desə də, Röyalın sonrakı dövrdə onunla əlaqə saxlamadığını, sentyabr ayında Röyalın bibisi oğlu Raqufla Yevlax rayonuna gəlibgetdikdən sonra Ədalətin meyitinin yaşadığı Salahlı kəndində tapıldığını, əsas şübhəlilərin də oğlu Röyalla, Raquf olduğunu eşidib kəndə gedib mərhumun qızları ilə görüşdüyünü, onlara oğlunun nə günahı olmasını soruşduqda, cavabında Röyalın Raqufla birgə gəldiyini dediklərini, bundan sonra ləqəbi “Şaka” olan qayını Samirlə telefonla danışıb ondan nə məsələ olduğunu soruşduqda, Samirin ona Röyalla Raqufu Rusiyada polisin saxladığını, Raqufu buraxsalar da, Röyalın istintaqla bağlı Rusiya Federasiyasından Azərbaycana gətiriləcəyini öyrəndiyini demiş, hadisənin arxasında Samir Dilənçiyevin dayanması ilə bağlı onda heç bir məlumatın olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində mərhum Ədalət İsmayılovun doğma atası olduğunu, atasının X26 vilayətində özünə məxsus “Qazel” markalı avtomobillə sürücülük etdiyini, tez-tez Rusiya Federasiyasına gedibgəldiyini, evə oradan qazandığı vəsaitlə köməklik etdiyini, son dəfə may ayının sonlarında qayıdıb gəldiyini, ağrıları olduğunu, yenicə dalağından əməliyyat olduğunu, atasının Rusiyada Rizvanla sonuncunun arvadı Ləmana görə mübahisəsi olduğunu, həmin vaxt Rizvanın atasına xəsarət yetirdiyini, əməliyyatdan sonra Azərbaycana qayıtdığını, xx.xx.2018-ci il tarixdə evdə olarkən bacılarının zəng edib ağlaya-ağlaya gəlməyi, sonradan isə atasının öldürüldüyünü bildiyini, hadisənin Rizvan və onun ailəsi tərəfindən törədilməsini düşündüyünü, onlar tərəfindən dəfələrlə atasına hədə-qorxu gəlindiyini, atasının “Whatsapp” mesajlarını oxuduqda, orada Ləmanın atası Ədaləti istədiyini dediyini, həm də əri Rizvanın atasına hədə-qorxu gəldiyini, Ləmanın mesaj yazıb “ay Ədalət özünü qoru, dayısı Samir uşaqlara - İlhamin və Raqufa deyir ki, mən kredit götürüm, gedin Ədaləti öldürün, dalınızda durmuşam” dediyini, sonradan həqiqətən Raqufun dayısı oğlu Röyalla birlikdə gəlib atasını öldürüb qaçıb getdiklərini öyrəndiyini demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində Ədalət İsmayılovun doğma qardaşı olduğunu, Təqsirləndirilən şəxs, X30, X31 və X25 ilə uzaq qohumluq əlaqələrinin olmasını, əvvəllər münasibətlərinin yaxşı olduğunu, qətl hadisəsindən sonra isə münasibətlərinin pozulduğunu, qardaşı Ədalətin uzun illər ailəsinin güzəranı üçün Rusiya Federasiyasının müxtəlif şəhərlərində o cümlədən X13 vilayətinin Novokuybışevsk şəhərində işlədiyini, 2008-ci ilin aprel ayının 1-dək ailəsi ilə birlikdə həmin şəhərdə yaşadığını, sonradan ailəsini Yevlax rayonu Salahlı kəndində yaşayan ata evinə göndərdiyini, R.Bayramov və ailə üzvlərinin də həmin vaxt Samara vilayətinin Novokuybuşevsk şəhərində yaşadığını, qardaşı və ailəsinin həmin şəhərdə yaşadığı müddətdə Röyalgil və digər adlarını çəkdiyi şəxslərin ailəsi ilə münasibətlərinin yaxşı olduğunu, bir-birilərinin evlərinə gediş-gəlişlərinin olmasını, son dəfə qardaşı Ədalətin 2017-ci il mart ayında Yevlax rayonunun Salahlı kəndində yerləşən əvvəllər yaşadığı ata evinə gəldiyini, Azərbaycana gəldikdən sonra işsiz olduğu üçün onun ailəsinə bir çox hallarda özünün maddi yardım göstərdiyini, 2017-ci il iyun ayının əvvəli qardaşı Ədalətin maddi vəziyyəti yaxşı olmadığı üçün onu işləmək məqsədilə X26 vilayətinin Novokuybuşevsk şəhərinə göndərmək qərarına gəlib bu məqsədlə X18 zəng edib onunla danışıb qardaşına orada köməkdarlıq etməsini xahiş etdiyini, xx xxxx 2017-ci il tarixdə qardaşı X15 Samara vilayətinin Novokuybuşevsk şəhərinə yola saldığını və Samirin orada onu yaxşı qarşıladığını və qardaşına onunla birlikdə yaşadığı evdə qalmağı təklif etdiyini, birlikdə yaşadıqlarını, həmin şəhərdə qardaşı Ədalətin sürücülük fəaliyyəti ilə məşğul olub şəhərarası marşrut üzrə “Qazel” markalı mikroavtobus idarə etdiyini, əvvəllər də Bayramovlar ailəsi ilə yaxın münasibətləri olduğu üçün qardaşı Ədalətin Bayramovlar ailəsinə də gedib gəldiyini, Samirin bacısı X34 Bayramovun həyat yoldaşı olduğunu, 2017ci ilin dekabr ayının 31-dək qardaşı Ədalətin qeyd etdiyi şəxslər arasında münasibətlərin yaxşı olduğunu, onunla “skype” tətbiqi vasitəsi ilə veb kamerada görüntülü danışdıqlarını, danışıqlar zamanı da onların mehriban olduğunu gördüyünü, 2018-ci ilin yanvar ayının əvvəlləri qardaşı Ədalətlə “skype” tətbiqi vasitəsi ilə veb kamerada görüntülü danışarkən ondan Bayramovlar ailəsi ilə münasibətləri ilə maraqlandıqda münasibətlərinin qaydasında olmadığını hiss edib bunun səbəbini ondan soruşduqda yeni il gecəsi Raqufgildə yeyibiçdiklərini, süfrə arxasında Rizvanın həyat yoldaşı Ləmanı sillə ilə vurduğunu, buna özünün reaksiya verdiyini və Rizvana yoldaşı Ləmanı vurmasını irad bildirdiyini, bu səbəbdən Rizvanla aralarında mübahisə yarandığını, sonuncunun ona bir daha onların evinə gəlməməsini bildirdiyini demişdir. Öz növbəsində o da Ədalətə Rizvangilin evinə getməməsini demişdir. Ləman və Samir onlara “bibioğlu” deyə müraciət etdiyinə görə Ədalət ona “axı nə səbəbə mən onlara getməməliyəm, Ləman mənim dayım qızıdır” demiş, təkrar olaraq Ədalətə “həyat yoldaşı icazə vermirsə, deməli onlara getmək olmaz” bildirmişdir. Bundan sonra Ədalətlə telefon vasitəsi ilə əlaqə saxlayarkən Rizvangilə gedibgetmədiyini soruşduqda, o, onlara getmədiyini bildirmişdir. 2018-ci ilin may ayının 22-də Ədalətlə “skype” tətbiqi vasitəsi ilə veb kamerada görüntülü danışarkən onun xəstəxanada olduğunu görüb səbəbini soruşduqda, Ədalət Rizvanın onu təpiklə vurduğunu və dalağından cərrahi əməliyyat olunduğunu bildirmiş, nə səbəbə Rizvanın onu vurduğunu soruşduqda, Ədalət şəhərdə idarə etdiyi mikroavtobusun yanında Ləmanla söhbət edərkən Rizvanın gəlib Ləmanı yumruqla vurduğunu, həmin vaxt özünün Rizvana nə səbəbə Ləmanı vurduğunu irad bildirdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı Rizvanın onu qəflətən təpiklə vurduğunu demişdir. Təkrar olaraq qardaşına “sənə demişdim ki, Rizvanın ailə işlərinə qarışma, öz arvadıdır, döyür, özü bilər, sənin nə işinə qalıb” demişdir. Həmin faktla bağlı X13 vilayətinin Novokuybuşevsk şəhər polis şöbəsində Rusiya Federasiyası CM-in 111.1-ci maddəsi ilə, yəni sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işinin istintaqı aparılmış, hazırda iş məhkəmə baxışındadır. Bir neçə gün qardaşı xəstəxanada qaldıqdan sonra o, xx.xx.2018-ci il tarixdə Yevlax rayonunun Salahlı kəndinə ata evinə qayıtmış, həmin vaxtdan o, hadisə baş verən günə qədər, yəni xx.xx.2019-cu il tarixə qədər həmin ünvanda yaşamışdır. Bu müddət ərzində günün çox zamanını evdə keçirmiş, qonşuda yaşayan Hökmən adlı şəxslə dostluq etdiyi üçün Hökməngilə gedibgəlmişdir. Ədalət sonuncu dəfə Rusiya Federasiyasından Azərbaycana qayıtdıqdan sonra, Samir Dilənçiyev ona “Whatsapp” tətbiqi vasitəsilə zəng edib Ədalətin onun bacısı Ləmana qarşı pis hərəkət etdiyini, bu barədə səs yazıları olduğunu, həmin səs yazılarının orada yaşayan azərbaycanlı vətəndaşlara yayıldığını bildirmiş, səs yazılarını orada yaşayan “Gulya” ləqəbli qadının hər kəslə paylaşdığını demişdir. Həmin vaxt Samirə səbirli olmasını, həmin səs yazılarının montaj ola biləcəyini, səs yazılarını fonoqrafik ekspertizaya göndərib yoxlatdırdıqdan sonra həmin səsin onlara məxsus olub-olmadığına əmin olacağını bildirmiş və Samirdən bunun üçün müəyyən zaman istəmişdir. Sonra qardaşı Ədalətdən səs yazıları barədə maraqlandıqda Ədalət ona, “Gulya” adlı qadının həyat yoldaşı ilə dost olduğunu, “Gulya”dan Azərbaycan məzənnəsi ilə 400 manat dəyərində üzük alsa da, pulunu vaxtında çatdırmadığını, buna görə Gulyanın ondan qisas almaq üçün belə bir yola əl atdığını, Ləmanla arasında heç bir intim münasibəti olmadığını demişdir. Qardaşından dəfələrlə bu barədə düzgün cavab verməsini soruşsa da, hər dəfəsində o, Ləmanla aralarında heç vaxt intim münasibət olmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə səhər saat 07 radələrində işə getməyə hazırlaşarkən dayısının həyat yoldaşı Mehriban ona zəng edib Ədalətin qonşusu Hökməngilin evinin qarşısında keçən su arxının kənarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunduğunu bildirmiş, dərhal taksi ilə yaşadığı Mingəçevir şəhərindən Yevlax rayonu Salahlı kəndinə gəlmişdir. Hadisə yerinə çatarkən qardaşı Ədalətin meyiti hadisə yerində olmuş, bir müddət sonra isə ora hüquq mühafizə orqanı əməkdaşları gəlmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə, axşam saat 21-23 radələri arası Samir ona X13 vilayətinin Novokuybuşevsk şəhərində yaşayan xalası oğlu X19 yanında zəng edib, “Ədalətə rəhmət düşmür, lakin Allah xətrinə, sənin xətrinə ona Allahdan rəhmət diləyirəm. Axı mən ona nə pislik etmişdim, nə üçün o, mənim bacım Ləmana sataşdı?” demiş, cavabında ona “Samir, axı əlində heç bir dəlil olmaya-olmaya niyə belə danışırsan? Sənə dedim ki, məni gözlə, niyə məni gözləmədin? dedikdə” Samir cavabında “səni 3 ay gözlədim, sonra gözləyə bilmədim. Mən burada söz sahibi kimi tanınırdım, mənim qabağıma çöp tullayan yox idi, amma Ədalət məni sındırdı, mən başımı qaldırıb gəzə bilmirdim, ona görə onu haqq edib öldürtdürdüm, Röyalı da, Asdını da (Raqufu) da pul verib həbsdən azad etdirəcəyəm, yeri gəlsə, onları qaçırtdırıb gizlətdirəcəyəm” demiş, bundan sonra telefon zəngini sonlandırmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs telefonuna zəng edib ondan Azərbaycana gəlib-gəlmədiyini və Ədaləti öldürüb-öldürmədiyini soruşmuş, O isə mənə cavabında “əmi, sən mənə çox yaxşılıqlar etmisən, heç mən Ədaləti öldürərəmmi? Mən ümumiyyətlə Azərbaycan sərhədini keçməmişəm” demişdir. 2019-cu ilin mart ayının təxminən ortalarında o, işdə olarkən Röyalın anası Rəna yaşadığı Mingəçevir şəhərindəki evə gəlmiş, oğluna köməklik edilməsini xahiş etmişdir. Söhbət zamanı Rəna “mənim balamı Samir bədbəxt elədi, mənim oğlumu və Raqufu o, pul verib göndərmişdi, mənim oğlumun bir qəpik pulu yox idi, mənim oğluma bir şey olsa günahkar Samirdir, mən bu barədə qayınanam və xalam Ağgülə, eyni zamanda böyük qayınım Məhəmmədə də demişəm” deyib çıxıb getmişdir. Bundan 1-2 gün sonra Rəna ona zəng edib ailəsinə dediyi sözləri ona da demişdir. Rənanın yanında olan qızının həyat yoldaşı Pərviz ona “Şaka deyil, şakaldır, o, uşaqları bədbəxt etdi” demiş, həmin ərəfədə Samir gəlini Alidəyə “Whatsapp” tətbiqi vasitəsi ilə zəng etmiş və Alidənin böyük bacısı Azilə ilə danışmışdır. Əlaqə zamanı Samir Aziləyə “Ədaləti özüm öldürəcəkdim” demişdir. Həmçinin, telefon əlaqəsi zamanı Samir onu öldürməklə hədələmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid10 Raqufun onun doğma bacısı oğlu, Röyalın isə mərhum qardaşının oğlu olduğunu, Ləmanın qaçıb ailə qurduğu üçün onunla münasibətinin soyuq olduğunu, uzun müddət danışdırmadığını, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadıqlarını, Röyalla da münasibətinin qardaşı Ramin vəfat etdikdən sonra soyuq olduğunu, az-az münasibət saxladıqlarını, onun Rusiya Federasiyasına işləməyə getməsini sonradan bildiyini, Ədalət İsmayılovu və onun ailə üzvlərini tanıdığını, onunla və qardaşları ilə münasibətinin normal olduğunu, Samir Dilənçiyevin isə doğma qardaşı olduğunu, 2018-ci il sentyabr ayının əvvəli təsərrüfat işləri ilə bağlı ailə üzvləri ilə birlikdə Salahlı kəndinə getdikdə kəndin cinayət axtarış müvəkkilinin ona yaxınlaşıb hadisə olduğunu, Ədaləti öldürdüklərini dedikdə donub qaldığını, nə baş verdiyini anlamadığını, sonradan həmin gün səhər Ədalətin meyitini tapdıqlarını, həmin işdə Raquf və Röyalın əli olduğunu dediklərini, buna görə ailəsini də götürüb geri - Mingəçevir şəhərinə qayıtdığını, Ədalətin yas mərasimində iştirak etmədiyini, qardaşı Samirin isə bacısı Ləmanla münasibətinin olmadığını, bir neçə il əvvəl digər bacısının yas yerinə gələndə Samirin Ləmanı öz maşını ilə Rusiyaya aparmadığını, məcbur qalıb Ləmanı özünün yola saldığını, X27 yaxınlıq münasibətinin olmasını hadisədən çox sonra bildiyini, X35 görə dava-dalaşının olması barədə isə heç bir məlumatı olmadığını, ancaq bir dəfə, təqribən bir neçə ay əvvəl Rizvanın ona zəng edib Röyalla maraqlandıqda əsəbi şəkildə Röyalın harada olduğunu bilmədiyini deyib telefonu Rizvanın üzünə söndürdüyünü və Rusiya Federasiyasından kiminləsə əlaqə saxlamadığını demişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2018-ci il protokoldan görünür ki, hadisə yeri Yevlax rayonu, Salahlı kəndində Əliyəddin Əhmədova məxsus fərdi yaşayış evinin yaxınlığından keçən su arxının içərisidir. Hadisə yerində foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 6-16) Cinayət işinin materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, mərhum Ədalət İsmayılovun meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və X36 rayonlararası zona mərkəzinin morqunda təşrih masası üzərində uzadılmışdır. Əynində ağ rəngli üzərində qara nöqtəyə bənzər naxışları olan qısaqol köynək, tünd göy rəngli idman şalvarı ,ağ rəngli tuman var. Köynəyin ön sol cibində içərisində 6 ədəd yaş siqaret olan “Azəri” siqaret qutusu, bir ədəd yaşıl rəngli alışqan vardır. Paltarlar yaşdır, qanabənzər ləkələrlə çirklənmişdir. Paltarları soyundurduqda meyit kişi cinsli olub, düzgün bədən quruluşludur, dərialtı piy qatı kafi inkişaf etmişdir. Yuxarı ətrafları yarımbükülü vəziyyətdədir. Boyu 170 sm-dir. Dəri və görünən selikli qişaları solğundur. Saçı qısa qırxılmışdır, alın-təpə nahiyəsində seyrəkdir, 1-2 sm uzunluğundadır. Hər iki xarici qulaq keçəcəkləri təmiz və sərbəst keçiricidir. Ağzı qapalıdır. Dili dişlərinin arxasında sərbəst yerləşmişdir, üzərində diş izi yoxdur. Dişləri özünündür. Gözləri göz qapaqları ilə örtülüdür. Ağlı qişa təmiz, parlaq, bəbəklər dairəvidir, eyni diametrlidir, genəlmişdir. Qüzehi qişa qəhvəyimtil rəngdədir. Boynu gövdəsinə uyğun inkişaf etmişdir, əllədikdə patoloji hərəkət hiss olunmur. Döş qəfəsi silindrəbənzər formalıdır, simmetrikdir. Qarnı qabırğa qövsi səviyyəsindən nisbətən aşağıdır, simmetrikdir, ovala bənzərdir, yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün formalaşmışdır. Tənasül üzvü adi formadadır, sidik kanalının xarici dəliyi adi yerləşmişdir. Kanaldan ifrazat qeyd edilmir. Xayalar xaya kisəsindədir. Xarici cinsiyyət üzvlərində xora, çapıq yoxdur. Arxa keçəcək dəliyin ətrafı təmizdir, zədəsizdir. Arxa keçəcək dəliyində, düz bağırsağın selikli qişasında xəsarət və ya xəsarət izi yoxdur. Meyitin dərisi nəmdir, elastikdir, soyuqdur. Müayinə olunan bütün qrup əzələlərdə meyit qacıması yaxşı inkişaf etmişdir. Meyit ləkəsi gövdənin sağ yan səthində, sağ budun və baldırın yan səthində yerləşir solğun bənövşəyimtil rəngdədir. Meyitin vəziyyəti dəyişdirildiyində meyit ləkəsi hissəvi itir, gövdənin arxa yan səthində zəif intensivli əmələ gəlir. Meyitin xarici müayinə zamanı daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar: döş, qəfəsinin aşağı iç hisəsinin ellepsəbənzər formalı, hamar kənarlı, bir tərəfi iti digər tərəfi küt 2,2x1 sm ölçülü yara; qarınüstü nahiyənin sol iç hissəsində 3x1 sm ölçülü hamar kənarlı, bir ucu iti, digər ucu küt, ellepsəbənzər formalı yara; qarnın yuxarı şöbəsinin sol yan hissəsində 2,5x1 sm ölçülü hamar kənarlı ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt yara; döş qəfəsinin sol aşağı tıss hissəsində 2,8x1 sm ölçülü hamar kənarlı ellepsəbənzər formalı, bir ucu iti digər ucu küt yara; qarınüstü nahiyənin sol tıss hissəsində 2,5x1 sm ölçülü hamar kənarlı ellepsəbənzər formalı, bir ucu iti digər ucu küt yara; sol kürəkaltı nahiyyədə iki ədəd 1,5x1 sm və 2x1 sm ölçülü hamar kənarlı ellepsəbənzər formalı, bir ucu iti digər ucu küt yaralar; belin sol tıss hissəsində 3,5x1 sm ölçülü hamar kənarlı ellipsəbənzər formalı, bir ucu iti digər ucu küt yara; sağ kürəkaltı nahiyyədə iki ədəd 2,2x1 sm və 1,8x0,8 sm ölçülü hamar kənarlı ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt yaralar, döş qəfəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları: döş qəfəsin sol yuxarı iç hissəsində iki ədəd 2x0,5 sm və 1,5x0,5 sm ölçülü hamar kənarlı, bir ucu iti, digər ucu küt ellepsəbənzər formalı yaralar; sol kürək nahiyəsinin aşağı iç hissəsində iki ədəd 2x1 sm və 2,2x1 sm ölçülü hamar kənarlı, bir ucu iti, digər ucu küt ellepsəbənzər formalı yaralar, sol kürəküstü nahiyyədə 1x0,4 sm ölçülü hamar kənarlı, bir ucu iti, digər ucu küt ellepsəbənzər formalı yara, deşilmiş-kəsilmiş yaralar:sağ saidin yuxarı l\3-nin ön səthində hamar kənarlı, bir ucu iti, digər ucu küt iki ədəd 1,5x 0,5 sm və 2x1 sm ölçülü ellepsəbənzər formalı yaralar; yara kanalının dərinliyi 3 sm-dir. Sol bazunun aşağı 1\3- nin ön səthində hamar kənarlı, bir ucu iti, digər ucu küt 1,5x1 sm ölçülü ellepsəbənzər formalı yara; yara kanalının dərinliyi 4 sm-dir. sol bazunun orta 1/3-nin arxa səthində hamar kənarlı, bir ucu iti, digər ucu küt iki ədəd 2,5x1 sm və 2x0,5 sm ölçülü ellepsəbənzər formalı yaralar; yara kanalının dərinliyi 3 sm və 3,2 sm-dir. Sol saidin aşağı 1/3-nin arxa səthində hamar kənarlı, bir ucu iti, digər ucu küt 2x0,5 sm ölçülü ellepsəbənzər formalı yara - yara kanalının dərinliyi 3,5 sm-dir. sağ bazunun yuxarı 1/3-nin arxa səthində hamar kənarlı, bir ucu iti, digər ucu küt 3x1 sm ölçülü ellepsəbənzər formalı yara-yara kanalının dərinliyi 5 sm-dir. Sol almacıq nahiyəsində 2,5x0,7 sm ölçülü hamar kənarlı bir ucu iti, digər ucu küt ellepsəbənzər formalı yara; yara kanalının dərinliyi 2 sm-dir. Kəsilmiş yaralar: boyunun arxa səthində ellepsəbənzər formalı hər iki kənarında kəsikcikləri olan, dibi boyun fəqərələrində qurtaran dəri və dərialtı yumşaq toxumaların, arteriya və venaların kəsilməsi ilə müşayiət olunan 15x6 sm ölçülü, kənarlarını yaxınlaşdırdıqda düz xətt şəkilli, istiqaməti köndələn yerləşmiş yara; qeyd olunan yaraya paralel və ondan 3 sm aşağı yerləşmiş 5x,5 sm ölçülü ucları iti, kənarları hamar yara; sol yanaq nahiyəsində 2,3x0,5 sm ölçülü düz xətt formalı, hamar kənarlı, ucları iti yara; sol əlin arxa səthində düz xətt formalı, hamar kənarlı, ucları iti 3x0,4 sm ölçülü yara; sağ qaşın üzərində istiqaməti şaquli yerləşmiş, bir-birinə paralel, aralarındakı məsafə 1,7 sm olmaqla iki ədəd 3x0,5 sm ölçülü düz xətt formalı, hamar kənarlı, ucları iti yaralar; sol qulaq arxası nahiyədən başlayaraq qulaqönü nahiyədə qurtaran 15x2 sm ölçülü xəttəbənzər formalı, hamar kənarlı, ucları iti yara; sol təpə qabarında düz xətt formalı, hamar kənarlı, ucları iti 2x0,3 sm ölçülü yara. Meyitə baxış zamanı xarici bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Meyitə baxış zamanı ağ rəngli, üzərində nöqtəşəkilli naxışlar olan boyunluq hissəsi göy qısaqol köynək, tünd göy rəngli idman şalvarı, ağ rəngli trusik, içərisində 6 ədəd siqaret olan “Azəri” siqaret qutusu və 1 ədəd yaşıl rəngli alışqan iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 17-35) Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli “Mobil telefondakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid5 məxsus mobil telefonun “Watsapp” tətbiqində Təqsirləndirilən şəxs məxsus +**********7 mobil nömrəsi ilə qeydiyyatdan keçmiş profil ilə Şahid5 məxsus ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçmiş profil arasında xx-xx.2018-xx.xx.2018-ci il tarixləri əhatə edən yazışmalar olmuş, həmin yazışmalarda Təqsirləndirilən şəxs Şahid5 onları görməsini heç kimə bildirməməyi xahiş etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 27 saylı rəyindən görünür ki, X4 meyitində döş qəfəsinin aşağı iç hisəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin, qarının yuxarı şöbəsinin sol yan hissəsinin, döş qəfəsinin sol aşağı tıss hissəsinin, qarınüstü nahiyənin sol tıss hissəsinin, sol kürəkaltı nahiyənin (iki ədəd), belin sol tıss hissəsinin, sağ kürəkaltı nahiyənin (iki ədəd) yaraları, döş qəfəsinin sol yuxarı iç hissəsinin (iki ədəd), sol kürək nahiyəsinin aşağı iç hissəsinin (iki ədəd), sol kürəküstü nahiyənin yaraları, sağ saidin yuxarı 1/3-nin ön səthinin (iki ədəd), sol bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta l/3-nin arxa səthinin (iki ədəd), sol saidin aşağı 1/3-nin arxa səthinin, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol almacıq nahiyəsinin yaraları, boyunun arxa səthinin (iki ədəd), sol yanaq nahiyəsinin, sol əlin arxa səthinin, sağ qaşın (iki ədəd), sol qulaq arxası nahiyədən başlayaraq qulaqönü nahiyədə qurtaran, sol təpə qabarının yaraları (cəmi otuz bir ədəd) aşkar edilmişdir. Bu xəsarətlər kafi itiliyə malik ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici kəsici alətlə (alətlərlə) çoxsaylı zərbələrin təsirindən əmələ gəlmişdir, həyatidirlər, ölüm baş verməmişdən az əvvəl yetirilmişlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin aşağı iç hisəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin, qarının yuxarı şöbəsinin sol yan hissəsinin, döş qəfəsinin sol aşağı tıss hissəsinin, qarınüstü nahiyənin sol tıss hissəsinin, sol kürəkaltı nahiyənin (iki ədəd), belin sol tıss hissəsinin, sağ kürəkaltı nahiyənin (iki ədəd) yaraları həm bir yerdə, həm də ayrı-ayrılıqda sağlamlığa ağır zərər vuran, digər xəsarətlər isə həm bir yerdə, həmdə ayrı-ayrılıqda adətən sağlamlığa yüngül zərər vuran xəsarətlər kimi qiymətləndirilir. Mübarizə və özünü müdafiə məhkəmə-tibb terminləri olmadığı üçün qərarın bu bəndində qoyulmuş suala cavab vermək məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyil. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu göstərir ki, bu xəsarətlər adətən kənar şəxs və ya şəxslər tərəfindən yetirilən zaman törənir və xəsarət yetirənlə xəsarət yetirən müxtəlif pozalarda ola bilərdilər. Mərhumun bədənində aşkar edilmiş xəsarətlərlərin yerləşdiyi nahiyələrlə hadisə vaxtı əynində olmuş paltarlarda müəyyən edilmiş zədələr cüzi fərqlə üst-üstə düşür. Mərhum Ə.N.İsmayılovun xarici cinsiyyət üzvlərində və arxa keçəcək dəliyində düz bağırsağın selikli qişasında gözlə görünən hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Ə.N.İsmayılovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir (Bax: 21.09.18-ci il tarixli 2286/K saylı akt). Mərhum Ə.N.İsmayılovun bilavasitə ölümünə səbəb daxili üzvlərin zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə keçən çoxsaylı deşilmiş-kəsilmiş yaraları olmuşdur. Erkən meyit əlamətlərinə əsasən demək olur ki, ölüm meyitin müayinəsindən 8- 10 saat əvvəl baş vermişdir (cild 01, iş vər. 195-200). Cinayət işinin materiallarında olan məhkəmə-lifli ekspertizanın xx.xx.2019-cu il tarixli 14914 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərərçəkmiş şəxs X4 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X4 dırnaq kəsintilərində bir ədəd siqaret qutusu və alışqanın üzərində kənar lif mikrohissəcikləri yoxdur (cild 02, iş vər. 175-176). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 424/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu A/İİ/ təqsirləndirilən X17 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ. X1 ABO sistemi üzrə qan qrupu –A beta (H) /İİ). Ekspertizaya təqdim edilən qurumuş ot qalıqları, 03 paketdə təqdim olunan torpaq hissələri qarışmış daşlar, çınqıl daşları, siqaret qutusu, alışqan Ə.İsmayılova məxsus sağ tay yay başmağı, köynək, idman şalvarı, trusik və dırnaq kəsintiləri üzərində insan qanının aşkar olundu. Həmin qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenlərinin alındı. Qan ləkələri bir qruplu şəxsə məxsusdursa A beta (H) /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X7 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər /əgər sonuncunun qanında müşayiətçi “H” antigeni varsa və hadisə zamanı onda qanaxma ilə müşayiət olunan xəsarət olubsa/. Qanın qarışıq olduğu halında isə ləkələrdə X23 da qarışmış qanın olması mümkündür (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Tədqiqata təqdim olunan Ə.İsmayılova məxsus sol tay yay başmağı, tük nümunələri, Təqsirləndirilən şəxs tük nümunələri üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs dırnaq kəsintilərində isə qan aşkar edilmədi. Tədqiqata təqdim edilmiş maddi sübutlar üzərində ağız suyuna şübhəli ləkələr və tükəbənzər hər hansı obyekt aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Ə.N.İsmayılovun baş tük nümunələrinin eyni bir şəxsə məxsus olması müəyyən olundu. Kənar şəxsə məxsus tük aşkar edilmədi (cild 02, iş vər. 186-194). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2019-cu il tarixli 407 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra psixi xəstəliyə tutulmamışdır və onun əməli CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür (cild 03, iş vər. 71-72). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-tibbi kriminalistik ekspertizasının 31.10.19-cu il tarixli 503/2019 MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum X7 məxsus köynəyin ön sol səthində iyirmi ədəd, köynəyin arxa sol səthində beş ədəd, köynəyin boyun nahiyəsinin arxa səthində bir ədəd (cəmi 26 ədəd) deşilmişkəsilmiş zədələr aşkar olundu. Ekspertizaya təqdim olunmuş mərhum X7 məxsus köynəyin üzərində aşkar edilmiş zədələr arasında fərqləndirici əlamətlər (morfoloji xüsusiyyətlər, xətti ölçülər və s.) aşkar olundu. Bu fərqləndirici əlamətlərə əsaslanaraq demək olar ki, bu zədələrdən bəziləri yaxşı itiliyə malik ülgücü, iti ucu, qabırğaları özünü yaxşı büruzə verən küpü olan deşici-kəsici alətin (alətlərin); bəziləri isə kafi itiliyə malik ülgücü, iti ucu, qabırğaları özünü zəif büruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş mərhum X7 məxsus köynəyin üzərində aşkar edilmiş zədələrin müxtəlif konstruktiv xüsusiyyətlərə malik iki və daha çox alətin (alətlərin) təsirindən törənməsi istisna olunmur. Mərhum Ə.N.İsmayılovun köynəyinin boyun nahiyəsinin arxa səthində aşkar edilmiş bir ədəd cırılma zədəsi köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Köynəyin sol qoltuqaltı tikişi üzərində aşkar edilmiş sökülmə zədəsidir, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. “MTE və PA” ETT Birliyinin Yevlax rayon şöbəsinin məhkəmə-tibb eksperti tərəfindən X4 meyitinin ekspertizasına dair tərtib etdiyi xx.xx.2018-ci il tarixli 27 saylı rəydən görünür ki, Ə.N.İsmayılovun meyitində aşkar edilmiş xəsarətlər arasında fərqləndirici əlamətlər müəyyən edilməmişdir. Lakin ekspertizaya təqdim edilmiş Ə.N.İsmayılova məxsus köynəyin kriminalistik tədqiqatı zamanı onun üzərində aşkar edilmiş deşilmiş kəsilmiş zədələr arasındakı fərqləndirici əlamətlər müəyyən edildi. Buna əsaslanaraq demək olar ki, Ə.N.İsmayılovun meyiti üzərində olan xəsarətlər müxtəlif konstruktiv xüsusiyyətlərə malik iki və daha çox alətin (alətlərin) təsirindən törənməsi istisna olunmur (ekspertizaya təqdim edilmiş köynək hadisə zamanı mərhumun əynində olduğu təqdirdə), (cild 03, iş vər. 201- 205). Cinayət işinin materiallarında olan məhkəmə genetik ekspertizasının xx.xx.2019-cu il tarixli 19/421R saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “1”, “2”, “3” və “4” sıra sayları ilə nömrələnmiş polietilen bağlamaların içərisində olan çınqıl parçaları üzərində, “Azeri ...” ticarət markalı 01 (bir) ədəd siqaret qutusu üzərində, 01 (bir) ədəd yaşıl rəngli alışqan üzərində, Ə.İsmayılova məxsus 02 (iki) ədəd qara rəngli yay tərliyinin (çəkələk) sağ tayının sol tərəfində, 01 (bir) ədəd tünd göy rəngli idman şalvarının ön səthində, 01 (bir) ədəd tuman üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri X7 məxsusdur. Ekspertizaya təqdim olunmuş Ə.İsmayılova məxsus 01 (bir) ədəd tünd göy rəngli idman şalvarının sağ ön diz nahiyəsində aşkar edilmiş qanabənzər ləkə insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Ekspertizaya təqdim olunmuş Ə.İsmayılovun sağ və sol əl dırnaq kəsintilərinin altında bioloji mənşəli materiallar vardır və həmin bioloji mənşəli materiallar X7 məxsusdur. Ekspertizaya təqdim olunmuş “5” sıra sayı ilə nömrələnmiş polietilen bağlamanın içərisində olan 01 (bir) ədəd yarpaq üzərində və Ə.İsmayılova məxsus 01 (bir) ədəd tünd göy rəngli idman şalvarının sol cib ətrafında aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir və həmin qan nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Bu qan nümunələri X7 və Təqsirləndirilən şəxs məxsus deyildir (D8S1179-12;16, D21S11-29;31, D7S820-10;11, CSF1PO-10;-, D3S1358-14;19, TH01- 9;9, D13S317-11;-, D16S539-9;13, D2S1338-17;-, D19S433-13;14, vWa-17;18, TPOX8;11, D18S51-13;-, D5S818-11 ;12, FGA-20;21). Ekspertizaya təqdim olunmuş Ə.İsmayılova məxsus 01 (bir) ədəd qısaqol köynəyin aşağı sağ hissəsində və sol qolunun üst tərəfində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir, lakin həmin ləkələr üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində qan qrupunun müəyyən edilməsi tədqiqatı keçirilmədiyinə görə aşkar edilmiş qan nümunələrinin qrup mənsubiyyəti müəyyən edilmədi (cild 03, iş vər. 219-226). Cinayət işinin materiallarında olan Yevlax RPŞ-dən rayon prokurorluğuna daxil olmuş xx xxxxxxxx 2018-ci il tarixli 19520453-1218 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X8 qətlə yetirməkdə şübhəli şəxslər Təqsirləndirilən şəxs və X30 xx.xx.2018-ci il tarixdə Şıxlı SNM-dən Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin günü Gürcüstanın ərazisindən keçərək “Verxniy Lars” SNM-dən Rusiya Federasiyasının ərazisinə daxil olmuşlar (cild 01, iş vər. 90-92). Cinayət işinin materiallarında olan Rusiya Federasiyası səlahiyyətli orqanlarına verilmiş istintaq tapşırıqlarına əsasən rayon prokurorluğuna daxil olmuş sənədlərdən görünür ki, X10 ilə X31 arasında sonuncunun arvadı Ləman Bayramovaya görə xx.xx.2018-ci il tarixdə Samara vilayəti Novokuybışevsk şəhərində baş vermiş münaqişə zamanı X42 İsmayılova ağır bədən xəsarəti yetirmiş, bununla bağlı Rusiya Federasiyasında cinayət işi başlanılmış və ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Həmin münaqişə zamanı hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs də hadisə yerinə digər təqsirləndirilən şəxs Raquf Bayramovla birgə sonradan gəlmiş və münaqişə edən tərəfləri ayıran şəxslərdən olmuşdur. Rusiya Federasiyasında aparılan cinayət işinin istintaqı zamanı toplanmış sübutlar və şahid ifadələri də X37 Bayramovanın tez-tez hadisə baş verən ünvanda yerləşən çörək dükanına gəldikləri, hətta aralarındakı səmimi münasibətə görə satıcıların onları ər-arvad güman etdikləri müəyyən edilmişdir (cild 04, iş vər. 1-97, 134-227). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, iş vər.178-179). İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 mənzil 49 ünvanında qeydiyatda olaraq həmin ünvanda anası ilə yaşasa da, 2017-ci il tarixdən qeyd edilən ünvanda yaşamır, yaşadığı müddətdə yaşayış yeri üzrə müsbət səciyyələnmişdir (cild 01, iş vər. 188-189). Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə qiyabi şəkildə həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası həbs edildiyi andan hesablanmışdır. Həmin qərara əsasən sonuncu xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasında tutularaq Azərbaycan Respublikasına təhvil verilmiş, xx.xx.2019-cu il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir (cild 01, iş vər. 143, cild 02, iş vər. 6). Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ona elan edilmiş cinayət əməlini törətməməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Şahid5 bildirmişdir ki, “...2018-ci il avqust ayının sonlarında Röyal ona gizli nömrədən zəng edib Bakı şəhərində olduğunu, rayona gələcəyini, görüşmək istədiyini bildirmişdir. ...özünə məxsus Mercedes Benz C 230 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Yevlax rayonuna gedib Təqsirləndirilən şəxs və qohumu Raqufu axşamüstü Yevlax bazarının yaxınlığındakı küçədən tanımadığı yerdən götürmüş, Röyal onu yanındakı cavan oğlanla tanış edib, bibisi oğlu Raquf olduğunu söyləmiş və söhbət əsnasında anasıgilə getmək istəmədiyini, gəlməsi barədə heç kimin məlumatı olmadığını, ona da heç kimə deməməyi tapşırmışdır. Röyal əvvəlcə maşında qabaqda yanında əyləşsə də, sonradan kəndə çatana yaxın arxa oturacağa, Raqufun yanına keçmiş, artıq hava qaralanda kəndə çatmış, Salahlı kəndinə çatdıqda isə marketin yanında saxlayıb düşüb siqaret almış, həmin vaxt Röyal və Raqufun da qısa müddətə avtomobildən düşüb maşından aralaşıb kənarda çayxana istiqamətində dayanaraq bir neçə dəqiqə xəlvətcə danışdıqlarını görmüşdür. Bir müddət sonra maşına minib kəndin içinə sürmüş, lakin Röyalın bələdçiliyi ilə nənəsigilin yaşadığı evə tərəf küçə ilə getsə də, Röyalgilin maşından düşmədiyini görüb Röyaldan nənəsigilə getmək üçün kəndə gəlmədiklərini, gəlmələrinin əsl səbəbini soruşmuş, Röyal isə ona həmkəndlisi olan Ədalət adlı şəxslə birlikdə işlədiklərini və sonradan Ədalətin onların arxasınca “qeyrətsiz” olmaları barədə Rusiyada yaşayan kənar şəxsə dediyini və həmin şəxsin də Ədalətin sözlərini onlara çatdırdığını, Ədalətlə telefonla söhbət zamanı da Ədalətin onların anaba-bacılarının ünvanına nalayiq ifadələr işlətdiyini və Ədalətlə münasibətlərini aydınlaşdırmaq üçün kəndə gəldiklərini demişdir. O, Röyala davaya gəlmədiyini və getmək istədiyini demiş, həmin vaxt Röyal dayanmaq istəmədiyinə görə ondan inciyib “istəmirsənsə, çıxıb gedə bilərsən” söyləmiş, maşınla kəndin içindən asfalt yola çıxıb onları Cırdaxan kəndinə gedən yolda istəkləri ilə düşürüb Mingəçevir şəhərinə yaşadığı evə qayıtmışdır. ...onları kəndə aparmağı xahiş etmiş, amma hər dəfə bəhanə gətirib imtina etmişdir. Sonuncu dəfə də sentyabr ayının 5 yaxud 6-da axşam tərəfi Röyal yenidən öz nömrəsindən zəng edib Salahlı kəndinə getmək istədiyini demiş, Röyalın həmin söhbətə görə oraya getmək istədiyini düşünüb Röyala işdə olduğunu, çıxa bilməyəcəyini bildirmişdir. Təxminən saat 21:00 radələrində Röyalla Raquf “Vaz 2107” markalı avtomobillə yaşadığı binanın qarşısına gəlmiş, onları Qazax rayonuna, Qırmızı Körpüyə aparmağı demişdir. Röyaldan gəldikləri avtomobilin kimin olmasını soruşduqda Röyal avtomobili Yevlax rayonundan taksi sürücüsü kimi tutub gətirdiklərini demişdir. Röyal yenidən təkid edərək gəldikləri həmin maşını yola salmaq istədiklərini və onunla getmək istədiklərini bildirmiş, gəldikləri taksiyə 70 manat verəcəklərini, onunla gedərlərsə 100 manat verəcəklərini vəd etmişdir. Amma o, razılaşmamış, Röyalgil gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Sentyabr ayının 7-də səhər 08 radələrində isə o, mobil telefonunda olan “whatsapp” tətbiqindən Röyala yazıb harada olmasını soruşmuşdur. Röyal isə ona Rusiyada olmasını və onları görməyi barədə heç kimə heç nə deməməyi bildirmişdir... Şahid7 ifadəsində ...X30 və Təqsirləndirilən şəxs təqribən xx.xx.2018-ci il tarixdə yaşadığı evə gəlib qalmağa yer istəmiş, həmin şəxslərdən kim olmalarını, niyə gəlmələrini soruşduqda, Röyal əslən Sumqayıtdan olduğunu, Rusiya Federasiyasında böyüdüklərini, Yevlaxa da sənədlərlə bağlı gəldiklərini, Mingəçevirdə əsgər olduğunu, hərbi biletini itirdiyinə görə yeni bilet almağa gəldiyini demişdir. ...Hər gün səhər durub evin pulunu vermiş, çantalarını götürüb harasa getmiş, günortaya qayıdıb ya evdə uzanıb yatmış, ya da harasa getmişlər. ...Ümumilikdə 8-9 gün onun evində qalmış, xx.xx.2018-ci ildə həmişə olduğu kimi çıxıb getmiş, bir daha geri qayıtmamışlar... demişdir Şahid2 ifadəsində ...xx.xx.2018-ci il tarixdə evdə olarkən bacılarının zəng edib ağlayaağlaya gəlməyi, sonradan isə atasının öldürüldüyünü bildiyini, hadisənin Rizvan və onun ailəsi tərəfindən törədilməsini düşündüyünü, onlar tərəfindən dəfələrlə atasına hədə-qorxu gəlindiyini, atasının “Whatsapp” mesajlarını oxuduqda, orada Ləmanın atası Ədaləti istədiyini dediyini, həm də əri Rizvanın atasına hədə-qorxu gəldiyini, Ləmanın mesaj yazıb “ay Ədalət özünü qoru, dayısı Samir uşaqlara - İlhamin və Raqufa deyir ki, mən kredit götürüm, gedin Ədaləti öldürün, dalınızda durmuşam” dediyini, sonradan həqiqətən Raqufun dayısı oğlu Röyalla birlikdə gəlib atasını öldürüb qaçıb getdiklərini öyrəndiyini demişdir. Bundan başqa birinci instasniya məhkəməsində şahid kimi dindirilən Şahid6 bir daha Təqsirləndirilən şəxs üzünə qarşı ilk olaraq Sumqayıtda yaşayan bacısı evində gecələyən zaman ona söhbət əsanasında “...bir nəfər burada söyüş söyüb”, “gəlmişik, danışaq, yoluna qoyaq...” deyə bildirmişdir. Bundan başqa, birinci instasniya məhkəməsində şahid kimi dindirilən Şahid7 Təqsirləndirilən şəxs üzünə qarşı ona “...əslən Sumqayıtdan olduğunu, Rusiya Federasiyasında böyüdüklərini, Yevlaxa da sənədlərlə bağlı gəldiklərini, Mingəçevirdə əsgər olduğunu, hərbi biletini itirdiyinə görə yeni bilet almağa gəldiyini...” bildirmişdir. Bundan əlavə, birinci instasniya məhkəməsində şahid kimi dindirilən Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı “ondan nə üçün bura gəldiyini soruşduqda “...həmkəndlisi olan Ədalət adlı şəxslə birlikdə işlədiklərini və sonradan Ədalətin onların arxasınca “qeyrətsiz” olmaları barədə Rusiyada yaşayan kənar şəxsə dediyini və həmin şəxsin də Ədalətin sözlərini onlara çatdırdığını, Ədalətlə telefonla söhbət zamanı da Ədalətin onların anaba-bacılarının ünvanına nalayiq ifadələr işlətdiyini və Ədalətlə münasibətlərini aydınlaşdırmaq üçün kəndə gəldiklərini...” deməsini və onu Azərbaycanda olmasını heç kimə deməməsi barədə tənbeh etməsini demişdir. O cümlədən “Azərbaycanda olmasını heç kimə deməməsi barədə” tənbeh mesajları isə Şahid5 tərəfindən istintaq orqanına təqdim olunan ona məxsus mobil telefona baxış keçirilərkən aşkar olunmuşdur ki, bununla da şahidin göstərdiklərinin həqiqət olması öz təsdiqini tapmışdır. Digər tərəfdən, həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyasının iclasında şahid kimi ifadə verən Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı Raqufun kəndin girəcəyində avtomobildən düşüb, sağ tərəfə kəndin içinə doğru getdiyini, Röyalın isə, “biraz irəli sür” dediyini, Raquf düşdüyü yerdən təqribən 50-60 metr sonra Röyalın da maşından düşdüyünü, ona, “biraz kənarda saxla, gəlirik” deyib Röyalın da sağ tərəfə, kəndin içinə getdiyini, avtomobili geriyə döndərib saxlayıb maşında oturub qayıtmalarını gözlədiyini, təxminən 15-20 dəqiqə sonra Röyalın maşından düşüb getdiyi istiqamətdə əlləri ilə üstünü təmizləyib qaça-qaça maşına tərəf gəlib, qapını açıb yanında əyləşdiyini, həyəcanlı şəkildə “Sür! Sür!” dediyini, “nə olub?” soruşsa da heç nə demədiyini, həmin vaxt Röyala zəng gəldiyini, Röyalın “Raquf sənsən?” soruşub ona irəli sürməyi dediyini, Raqufun da düşdüyü yerin yaxınlığında, asfalt yolda yenidən maşının arxa oturacağa mindiyini, Röyalın “Sür!” dediyini, onlara “hara sürüm? nə olub?” dedikdə,” əl-qol ilə “Sür! Sür!”, deyib dedikdə qorxub, maşını gəldiyi yolla geriyə sürdüyünü, Cırdaxan kəndindən çıxanda maşını Yevlax istiqamətində döndərəndə Röyalın həyəcanlı “hara sürürsən?!” soruşduğunu, “Yevlaxa sürürəm” dedikdə “Gəncəyə sür, orada düşəcəyik” dediyini, ...qapı açılanda salonun işığında Raqufun sağ əlində qan gördüyünü, Röyalın üst-başının tozlu olduğunu, Raqufun əynində qara rəngli uzunqol futbolka, Röyalın əynində isə göy rəngli qolu uzun nazik kofta olduğunu, kənddə avtomobildən düşəndə paltarlarında ləkə olmasa da sonradan gəlib maşına oturanda hər ikisinin paltarlarının çirkləndiyini, Röyalın qara sellofan torbadan su qabını götürüb, əllərini yuyub üstlərinə sildiklərini, Röyalla Raquf əllərini yuyub, avtomobilə əyləşdikdən sonra onlardan “nə olub?” soruşsa da, avtomobili Gəncəyə sürməyi, orada düşəcəklərini dediklərini, Gəncə şəhərinə çatanda Röyalın “maşını saxla, düşək” desə də, Raqufun yenə də, “yox sürsün gedək” dediyini, onları Qazax şəhərinə, “Qırmızı Körpü” X20 aparmağı dediklərini, orada düşəndə Röyaldan yenə də “nə olmasını soruşduqda” Röyalın ona “dava eləmişik” dediyini, “niyə dava elədiz?” soruşanda Röyalın ona “pul məsələsi idi” dediyini və 70 manat pul verib, hər ikisinin nəzarət buraxılış məntəqəsinə tərəf piyada getdiklərini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.1 və 120.2.4cü maddələrinin tərkibi vardır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin Azərbaycana bankda işinin olması ilə bağlı gəlməsinə dair ifadəsinə gəlincə, məhkəmə kollegiyası bu dəlilləri yalnız onun müdafiəsinə yönəlmiş əsası olmayan mülahizələr kimi qiymətləndirir. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə göründüyü kimi, o birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı yüngül hesab edir və həmin cəzanın daha da ağırlaşdırılmasını istəyir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli törətmişdir. Yəni o, Ədalət İsmayılovu küçədə evinin yaxınlığında digər şəxslə yaxalayıb, evə getməsinin qarşısını alıb, onu əhatə edərək müqavimət göstərmək imkanını aradan qaldırdıqdan sonra əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edib üzərlərində gəzdirdikləri iki və daha çox sayda olan yastı tiyə tipli kəsici-deşici alətlərlə zərərçəkmiş şəxs Ədalət İsmayılova əzab və iztirab verərək, yəni xüsusi amansızlıqla qəsdən dəfələrlə bədəninin müxtəlif nahiyələrinə vurub daxili üzvlərin zədələnməsi ilə müşayiət olunan, daxilə nüfuz edən döş qəfəsinin aşağı iç hissəsinin, qarınüstü nahiyənin sol iç hissəsinin, qarının yuxarı şöbəsinin sol yan hissəsinin, döş qəfəsinin sol aşağı tıss hissəsinin, qarınüstü nahiyənin sol tıss hissəsinin, sol kürəkaltı nahiyənin (iki ədəd), belin sol tıss hissəsinin, sağ kürəkaltı nahiyənin (iki ədəd), həm bir yerdə həm də ayrılıqda sağlamlığa ağır zərər vuran yaralarını, döş qəfəsinin sol yuxarı iç hissəsinin (iki ədəd), sol kürək nahiyəsinin aşağı iç hissəsinin (iki ədəd), sol kürəküstü nahiyənin deşilmiş-kəsilmiş yaraları, sağ saidin yuxarı 1/3-nin ön səthinin (iki ədəd), sol bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3nin arxa səthinin, (iki ədəd), sol saidin aşağı 1/3-nin arxa səthinin, sağ bazunun yuxarı 1/3nin arxa səthinin, sol almacıq nahiyənin, boyunun arxa səthinin (iki ədəd), sol yanaq nahiyəsinin, sol əlin arxa səthinin, sağ qaşın (iki ədəd), sol qulaq arxası nahiyədən başlayaraq qulaqönü nahiyyədə qurtaran, sol təpə qabarının yaralarına səbəb olan həm bir yerdə, həm də ayrılıqda sağlamlığa yüngül zərər vuran kəsilmiş yaraları olmaqla, ümumilikdə 31 ədəd çoxsaylı bədən xəsarətlərini yetirib qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla qəsdən öldürmüş, “Şıxlı” sərhəd nəzarət məntəqəsindən ölkə hüdudlarını tərk edərək Gürcüstana qaçmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmaması nəzərə alınaraq on səkkiz ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 120.2.1-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli sayıla bilməz. X28 barədə əlavə araşdırma aparmaq üçün cinayət işinin istintaq orqanına göndərilməsini barədə olan hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Yevlax Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən, Samir Dilənçiyevin əməlində hazırkı iş üzrə təşkilatçı və ya təhrikçi olması barədə cinayətinin əlamətləri aşkar edilmədiyindən onlarla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanının qeyd edilən qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2012-ci il tarixli Qərarında isə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Belə ki, məhkəmə məhkəmə baxışının təyin edilməsi barədə qərarda müəyyən edilmiş ittihamın hədlərindən kənara çıxa bilməz. Məhkəmə baxışının hədlərinin qanunda dəqiq müəyyən edilməsi məhkəmə iclasını məqsədyönlü şəkildə təşkil etməyə, təqsirləndirilən şəxsə isə onun vəziyyətinin ağırlaşmasının yolverilməzliyinə təminat verir. CPM-in 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırda ibtidai istintaq orqanının Samir Dilənçiyevin əməlində hazırki iş üzrə təşkilatçı və ya təhrikçi olması, barədə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qüvvədə olduğundan və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz qərarında məsələnin həllini yuxarıda qeyd edildiyi kimi şərh etdiyindən məhkəmə kollegiyası ittihamdan kənara çıxaraq qərar qəbul edə bilməz. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddi, cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Həmin cəza islah təsiri baxımından da kifayət qədər yetərlidir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-11/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-11/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver