Məhkəmə qərarları › İş №1(107)-11/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-11/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-11/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs, müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-30/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) 30 iyul 2021-ci il tarixli 1(035)- 30/2021 nömrəli hökmü ilə, xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunsa da hazırda məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu, H.Ə.Hüseynzadə küçəsi, ev 60 Ada qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətəazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı 01 ay 06 gün nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Gəncə şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qаlаn 429.95 qram olan çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserində narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməsi, hökmün icrasının Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının ortalarında Gəncə şəhər avtovağzal ərazisində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Elşən adlı şəxsdən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xeyli miqdar hesab olunan təmiz çəkisi 430 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Gəncə şəhərindən Zərdab şəhərinə daşımış, 25.01.2021-ci il tarixdə saat 18:00 radələrində Zərdab RPŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərdab rayonu Gəlmə kəndi ərazisində saxlanılaraq Zərdab RPŞ-nə gətirilmiş və Zərdab RPŞ-də üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protestinə qarşı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən etiraz ərizəsi verilərək, Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4 apellyasiya protestinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 apellyasiya protestinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Fərdi əməklə məşğuldur. Belə ki, 2015-ci il tarixdən 2019-cu il tarixə kimi özünə məxsus «Reno» markalı minik avtomobili ilə sürücülük etmişdir. Sonradan maddi ehtiyacı ilə əlaqədar avtomobilini satmış və Bakı, Gəncə və bir neçə rayonlarda, o cümlədən Zərdab rayonunda günəmuzd fəhləlik edib, gündəlik dolanışıq pulumu qazanmışdır. Təxminən 2020-ci ilin оktyаbr аyının оrtаlаrındа, sааt 11 rаdələrində Gəncə şəhəri avtovağzal ərazisində оlmuş, Gürcüstan Respublikasına gedib-gəldiyi zamanlardan taksi sürücüsü kimi tanış olduğu Elşən adlı şəxslə söhbət etmiş, söhbət zаmаnı Elşən оnun narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu qabaqcadan bildiyindən оnа sellofan bükümdə “nəşə”, yəni qurudulmuş marixuana vermişdir ki, “nəşə” çəkən olduğundan çəkmək üçün başqa şəxslərdən axtarıb almaq məcburiyyətində qalmasın. Lakin, soyadını, atasının adını bilmədiyi həmin Elşən adlı şəxs buna görə оndаn heç bir təmənnası оlmamış, həmin marixuananı оnа təmənasız vermişdir. Pandemiya ilə əlaqədar karantin tədbirlərinə görə Gəncə şəhərində iş tapmağın çətin olması səbəbindən muzdla iş axtarmaq məqsədi ilə Zərdab rayonuna getmək qərarına gəlmişdir. Belə ki, Zərdab rayonu ərazisində çoxlu fermer təsərrüfatlarının olduğunu bildiyindən orada yaşayıb, işləmək istəmişdir. 25.01.2021-ci il tarixdə iki nəfər üzdən tanıdığı şəxslərlə yeyib-içmiş, spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş, həmin şəxslərlə birlikdə sürücüsünün adını bilmədiyi, dövlət qeydiyyat nişanını görmədiyi «Mercedes Benz» markalı minik avtomobillə həmin gün təxminən saat 18 radələrində Zərdab rayonuna gəlib düşmüşdür. Zərdab şəhərinə gəldikdən sonra avtovağzal ərazisindən piyada təxminən 1 kilometr aralanаn vаxt biri polis geyimində, digər ikisi mülki geyimdə olan üç nəfər polis əməkdaşları оnа yaxınlaşıb sorğu-sual etmiş, hərəkətlərindən şübhələndikləri üçün оnu Zərdab rayon Polis Şöbəsinə dəvət etmişlər. Zərdab rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuş, özünün seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq оnа üzərində cinayət xarakterli hər hansı, əşya, predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra məcbur qalıb, təxminən 3- 4 ay bundan qabaq yuxarıda bildirdiyi kimi tanışı olan Elşən adlı şəxsin оnа şəxsi istifadəsi üçün verdiyi, özünün istifadəsindən sonra qalan hissəsi sellofan torbanın içərisində olan “nəşəni”, yəni qurudulmuş marixuananı stolun üzərinə qoymuşdur. Bundan sonra ciblərində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qaz sayğacının, işıq sayğacının kartalarını, mobil telefonunu, evinin açarlarını və 4 (dörd) manat pulunu da, stolun üzərinə qoymuşdur. Əşyalarının hamısını stolun üzərinə qoyduqdan sonra üzərində həyata keçirilən axtarış zamanı başqa heç nə aşkar edilmədiyindən içərisində “nəşə” olduğunu bildirdiyi həmin sellofan torba оnun iştirakı ilə elektron tərəzi ilə çəkilərək təxminən 480 qram olduğu müəyyən edilmiş və sellofan torbanın ağzı iplə bağlanıb, möhürlənib götürülmüş, həmin sellofan torbanın üzərinə yapışdırılmış kağızda bununla bağlı aparılmış qeydi digər iştirakçılar kimi о, dа imzalamışdır. Stolun üzərinə qoyduğu şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qaz sayğacının, işıq sayğacının kartalarını, mobil telefonunu, evinin açarları və 4 (dörd) manat pulunu оnа qaytarmışlаr. Hazırda törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Zərdаb rаyоn Pоlis Şöbəsində CAB-ın əməliyyаt müvəkkili vəzifəsində işləyir. 25.01.2021-ci il tаrixdə, təxminən sааt 18 rаdələrində Zərdаb rаyоn Pоlis Şöbəsinin digər əməkdaşları Аnаr Bаxışlı və Nihаd Əhmədоvlа birlikdə Zərdаb-Аğcаbədi аvоmоil yоlunun Zərdаb rаyоnu Gəlmə kəndi ərаzisindən keçən hissəsində xidmətdə оlаn zаmаn bir nəfər tаnımаdığı şəxsin əlində sellоfаn tоrbа özünü şübhəli apardığını görübbir müddət müşаhidə etdikdən sonra yаxınlаşаrаq özünü təqdim edərək pоlis əməkdаşı оlduğunu bildirdikdən sоnrа şəxsiyyətini təsdiq edən sənədinin оlub-оlmаmаsını sоruşmuş, həmin şəxs Gəncə şəhər sаkini Rəcəbin оğlu Sаhib оlduğunu demişdir. Şübhəli olduğu üçün həmin şəxsi Zərdаb rаyоn Pоlis Şöbəsinə gətirmişlər. Pоlis şöbəsində həmin şəxsin Gəncə şəhər sakini Həsənоv Sаhib Rəcəb оğlu оlduğu müəyyən edilmişdir. Zərdаb rаyоn Pоlis Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Sаhib Həsənоva üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində cinayət xarakterli hər hansı bir əşya, predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Sаhib Həsənоv əlində olan sellofan torbanın stolun üzərinə qoyaraq içərisində olan kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmiş, sonra ciblərində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qaz sayğacının, işıq sayğacının kartalarını, mobil telefonunu, evinin açarlarını və 4 (dörd) manat pulu da stolun üzərinə qoymuşdur. Əşyalarının hamısını stolun üzərinə qoyduqdan sonra üzərində həyata keçirilən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmədiyindən içərisində “nəşə” olduğunu bildirdiyi həmin sellofan torbanın içərisindəki kütlə elektron tərəzi ilə çəkillərək təxminən 480 qram olduğu müəyyən edilmiş və sellofan torbanın ağzı iplə bağlanıb, möhürlənib götürülmüş, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qaz sayğacının, işıq sayğacının kartaları, mobil telefon, evinin açarları və 4 (dörd) manat pul isə Sаhib Həsənоvun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Sаhib Həsənоv əvvəlcə həmin narkotik vasitəni tapdığını, sonra isə Gəncə şəhərindən üzdən tanıdığı Elşən adlı şəxsin həmin narkotik vasitəni ona şəxsi istifadəsi üçün təmənasız verdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Zərdab rayon Polis Şöbəsinin əməkdaşları X12 və X7 şahid X5 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işində olan şəxsi axtarış və götürmə haqqında 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Zərdab RPŞ-nin əməkdaşları A.Baxışlının, Murad Muradlının, V.Xəlilovun, müdafiəçi A.Mhmudovun iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü əlindəki bir ədəd sellofan torbada olan kütləni – marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspetizasının 26.01.2021-ci il tarixli, 17/70 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə yаpışdırılmış vərəqədə «Həsənоv Sаhib Rəcəb оğlunun üzərində...şəxsi аxtаrış zаmаnı götürülmüş 01(bir) ədəd sellоfаn tоrbаdа təmiz çəkisi- 430,00 qrаm, tədqiqatdan sonra qalıq çəkisi 429.95 qram оlаn bitki mənşəli kütlə tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 04.03.2021-ci tarixli, 205 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan əşyanın maddi sübut hesab edilməsi və saxlanca vermə haqqında 27.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, məhkəmə-bioloji tədqiqatından sonra qalıq çəkisi 429.95 qram qurudulmuş marixuana işüzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlaması otağına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim edilmiş 04.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu Gəncə şəhər Nizami rayon Məhkəməsinin 06.03.2000-ci il tarixli hökmü ilə Аzərbаycаn Respublikаsı CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, Аzərbаycаn Respublikаsı Milli Məclisinin 01.02.2001-ci il tаrixli Аministiyа Qərаrınа 5-ci maddəsinə əsаsən 01.02.2001-ci ildə cəzadan аzаd edilmişdir. Onun başqa məhkumluğu yoxdur. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında 25.01.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 25.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərdab Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməyərək məhkəmə iclas zalından dərhal azad olunmuş və müstəntiqin 27.01.2021-ci il tarixli qərarına əsasən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 05.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan dəfələrlə məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin 04.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onun məcburi qaydada məhkəməyə gətirilməsi mümkün olmamışdır. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, haqqında axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işində olan Zərdab rayon Polis Şöbəsinin 24.06.2021-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasının 29.06.2021-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24.06.2021-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üçün iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilmiş, onun 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı 01 ay 06 gün nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 (bir) il 09 (doqquz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Gəncə şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə iki aspektdən, həm Cinayət Məcəlləsinin ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apellyasiya protestinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə dəlili ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər katerqoryasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında” qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdara görə isə aşağı həddi 500 qram təşkil etdiyi halda Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından yuxarı həddindən 86 dəfə artıq, yəni 430 qram tiryəki satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə kollegiyası şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsində həmçinin ona görə israrlıdır ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini qərara almışdır. İş üzrə məhkəmə iclaslarına çağırılmasına baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməmiş, nəticədə onun barəsində kollegiya tərəfindən əvvəlcə məcburi gətirilmə haqqında qərar, daha sonra isə barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilərək məhkəmə iclasına gətirilməsi təmin edilmişdir. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən cslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı bir ay altı gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Gəncə şəhərində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssəsinə etap olunması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində X8 gətirilmiş, 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssəsinə gətirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)- 30/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021-ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı bir ay altı gün cəmi bir ay səkkiz gün təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 10 (on) ay, 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanmalı, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndlərini tətbiq edilməklə, təyin edilmiş cəzanın 06 (altı) ay azaldılmasını mümkün bilir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 4-cü bəndinə əsasən Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9.2.3-cü bəndinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 9.3-cü bəndinə əsasən icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Həmin Qərarın 30-cu bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-30/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, ona təqsirli bilindiyi CMin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021-ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı bir ay altı gün cəmi bir ay səkkiz gün təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 10 (on) ay, 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanmalı, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin ediləcək 01 (bir) il ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(035)-30/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 24.06.2021-ci il tarixdən 30.07.2021-ci il tarixədək həbsdə saxlandığı bir ay altı gün cəmi bir ay səkkiz gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay, 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 10 (on) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində 4 (dörd) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablansın. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar