Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-110/2020 22.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(039)-59/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim R.Ə.Əlizadə) xx xxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, İİ qrup əlil, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, xx xxxxxx 2020-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “xxxx” qətimkan tədbiri seçilmiş, hal-hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-in 234.1-ci mаddəsi ilə nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 8 (səkkiz) ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanması, yaşadığı yer üzrə nаrkоlоji kаbinetdə prоfilаktiki qeydiyyаtа аlınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək “xxxx” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal xxxx edilməsi və onun barəsində seçilmiş “xxxx” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci tarixdə Yevlax şəhəri F.İsayev küçəsində, saat 18:30 radələrində saxlanılıb üzərində saat 19:05-dən 19:25-dək olan müddətdə, müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində, əynindəki qara rəngli poliverin sağ yan hissəsində gizlətdiyi 1 ədəd sellofan torbaya bükülmüş bükülüdə, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - cəmi 420 qram miqdarında qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs apelyasiya şikayətində ikinci qrup əlil olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, anasının ikinci qrup əlil olmasını, bacısının ruhi xəstə olmasını nəzərə alaraq işinə yenidən baxılıb ona köməklik göstərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı Dövlət ittihamçısı yazılı etiraz verərək apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(039)-59/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərindən narkotik vasitə olan marixuana çıxmamış, sellofan torbada olan narkotik vasitəni polis əməkdaşı ona verərək bu torbanın özünə məxsus olmasını boynuna götürməyi tələb etmiş, ona təzyiqlər göstərilmiş, o da sellofan torbadakı narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında isə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında Yevlax şəhərində Kür çayının sahilində gəzərkən qarşısına yabanı halda bitmiş çətənə kolları çıxmışdır. Həmin çətənə kollarının yarpaqlarını bir miqdar yığdıqdan sonra qurutmuş və bir hissəsini istifadə etdikdən sonra qalanını Kür çayının ətrafında ağaclıqda gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında narkotik vasitə olan marixuananı gizlətdiyi yerdən götürmüş və götürdükdən sonra marixuananı özü qəbul etmək üçün poliverinə qoyub gizlədərək evə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Yevlax şəhəri F.İsayev küçəsində yerləşən evinə gedərkən üzərində narkotik vasitə marixuana olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkilin iştirakı və videoçəkilişlə onun razılığı ilə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynindəki qara rəngli poliverin sağ yan hissəsindən özü qəbul etmək üçün saxladığı sellofan torbaya bükülmüş narkotik vasitə marixuana aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni yuxarıda qeyd etdiyi kimi 2019-cu ilin yay aylarında Kür çayının sahilindən yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini bildirmişdir. Polis işçiləri vəkilin və onun iştirakı ilə aşkar edilib götürülmüş sellofan torbaya bükülmüş narkotik vasitə marixuananı ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq möhürləmişlər. Daha sonra, bu barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir.Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X10 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o, polis şöbəsində olarkən ona Yevlax şəhəri F.İsayev küçəsi ev 101-də yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhəri F.İsayev küçəsində olması və onun üstündə narkotik vasitə olan marixuana olduğu barədə bildirilmişdir. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra o, Yevlax RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili X5 ilə birlikdə təxminən saat 18:30 radələrində Yevlax şəhəri F.İsayev küçəsinə getmişlər. Rahibi orada görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Rahib özünü şübhəli apardığına görə Rahibə onlarla polis şöbəsinə getməli olduğunu bildirilmişlər. Rahib etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Rahibə hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı Rahibin əynindəki qara rəngli poliverin sağ yan hissəsindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Sorğu-sual zamanı Rahib özü həmin sellofanın içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı 2019-cu ilin yay aylarında Yevlax şəhərində Kür çayının sahilində yerləşən meşədən tapdığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında gizlətdiyi yerdən götürüb evə apardığını, həmin tarixdə günün ikinci yarısında isə marixuananı F.İsayev küçəsində üzərində gəzdirdiyini, üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə qablaşdırılaraq zərfə qoyulub 85 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan edilmiş Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili X5 ibtidai istintaq zamanı şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə - qurudulmuş marixuananı əynindəki qara rəngli poliverin sağ yan hissəsindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin X1 xx xxxxxx 2020-ci il tarixli, 20/54a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sellofan torbada təmiz çəkisi 425 qram olan maddə (tədqiqata istifadə olundu 0,1 qram, qalıq 424,9 qram) narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 56 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 420,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 420,00 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 419,95 qram. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 235 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında DSMF-nin Yevlax şəhər Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlilliyə görə 130 (bir yüz otuz) manat sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(039)-76/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarına əsasən CM-in 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirlmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Yevlax rayon İHB-nın 1 saylı X14 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Rafiq və xx.xx.2015-ci il təvəllüdlü Dəniz adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində “xxxx” qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün ilkin etirafı, şahid ifadələri, şəxsi axtarış protokolu və ona əlavə edilmiş videoçəkiliş, ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs apelyasiya şikayətində ikinci qrup əlil olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, anasının ikinci qrup əlil olmasını, bacısının ruhi xəstə olmasını nəzərə alaraq işinə yenidən baxılıb ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd edildiyi kimi, bundan əvvəl Ocayev X13 Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(039)-76/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs hazırkı əməlində cinayətlərin residivi yaranmış olur və birinci instansiya məhkəməsi ona CM-in 65.2-ci maddəsinin müddəalarına uyğun cəza təyin etməkdə haqlı olmuşdur. Qeyd edilənlər həm də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin törədilməsinə meylli olan, narkotik vasitə qəbulundan asılılığı olan və çətin islah olunan şəxs olduğuna dəlalət edir, bu hallar isə onun barəsində daha uzunmüddətli cəza-islah tədbirlərinin tətbiqini zəruri edir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,cəzanı yüngülləşdirən (himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən peşman olmasını, İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halları (əməlində cinayətin residivinin olmasını), habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, ona bu xüsusatların məcmusuna və CM-in 65.2-ci maddəsinin tələbinə uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apelyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(039)-59/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-110/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-110/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver