Məhkəmə qərarları › İş №1(107)-110/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-110/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-110/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmündən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X10 Məhkəməsinin (sədrlik edən hakim R.Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1960-cı ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Ağdaş rayon əhalinin sosial müdafiəsi mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda müavinətlər və sosial yardımlar üzrə məsləhətçi vəzifəsində işləmiş, hazırda işləməyən, Ağdaş şəhəri, Vaqif küçəsi, 99 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib dövlət orqanlarında və yerli özünüidarə orqanlarda 3 (üç) il müddətə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-in 70ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməklə 3( üç) il sınaq müddəti təyin edilməsi, Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışına nəzarət Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X10 Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) maddi ziyandan həmin dövr üçün ödənilməmiş 1.676.736 manat 24 qəpik (bir milyon altı yüz yetmiş altı manat iyirmi dörd qəpik) ziyanın müvafiq olaraq Şahid1, Şahid2, Şahid6, Şahid4 tərəfindən ödənilməsi qət edildiyindən və həmin hökm preyudisial əhəmiyyət kəsb etdiyindən mülki iddianın təmin edilməməsi, maddi sübut olan və əsilləri Şahid1 barəsinə olan cinayət işində saxlanılan 773 ədəd saxta sosial müavinət işi, həmin işlərə əlavə olunmuş 664 ədəd "P-2" formasında ödəniş tapşırığı, cəmi 674 vərəqədə ödəniş barədə reyestrlər, 7 ədəd qeydiyyat kitabının kserosurətləri hazırkı cinayət işinin materiallarına əlavə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən vahid niyyətlə istifadə etməklə dövlətin ona etibar edilmiş külli miqdar təşkil edən əmlakını, yəni 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini mənimsəmə yolu ilə təkrarən talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs qismində vahid niyyətlə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozaraq dövlətin qanunla qorunan mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmündən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs qeyrilərinin də iştirakı ilə ümumilikdə xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan müddətdə 773 sosial müavinət işi üzrə 1.930.249,74 (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini mənimsəmə yolu ilə təkrarən talamışdır. İttiham aktında o da göstərilmişdir ki, talanan vəsaitin 30.000 manatı Ağdaş rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri, 350.100 manatı Şahid1, 32.043,5 manatı Şahid5 Müğdət oğlu və 40.000 manatı Şahid3 tərəfindən ödənilmişdir. Ümumilikdə məbləğin hazırki vaxta qədər ödənilməmiş və Təqsirləndirilən şəxs tərəfindən talanmış hissəsi isə 1.478.106,24 manat təşkil edir. Odur ki, X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmünün mülki iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 apellyasiya şikayətində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək ki, mülki iddialarının təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, o, 2010-2012-ci illərdə bu sahədə işləmədiyindən baş vermiş hadisələrdən xəbərsiz olmuşdur.1989-cu ildən 2006-cı ilə qədər o çox uşaqlı analara verilən müavinətlər üzrə sahə ispektoru işləmişdir. Bu işdə o bilməyərəkdən səhvə yol vermiş və əməlindən peşmandır. Öhdəliyində 2 yeniyetmə nəvəsinin olduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apellyasiya şikayətinin və ya Apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı məlum hökmü şəxsə verilmiş cəzaya aid hissədə deyil, mülki iddiaya aid hissədə mübahisələndirmiş və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası hökmün yalnız şikayət müəllifinin mübahisələndirdiyi hissəsində hüquqi dəyərləndirmə apararaq, bununla bağlı apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Belə ki, öyrənilən işdən bəlli olur ki, zərərçəkmiş hüquqi şəxs törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş 1.478.106.24 (bir milyon dörd yüz yetmiş səkkiz min iyirmi dörd qəpik) zərərin Təqsirləndirilən şəxs Qeys qızından tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsinə dair mülki iddia qaldırılmışdır. Lakin, X10 Məhkəməsinin mübahisələndirilən hökmü ilə həmin Məhkəmənin x xxxxxx 2014-cü il tarixli hökmü ilə məlum cinayət əməli nəticəsində vurulmuş 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) maddi ziyandan həmin dövr üçün ödənilməmiş 1.676.736 manat 24 qəpik (bir milyon altı yüz yetmiş altı manat iyirmi dörd qəpik) ziyanın müvafiq olaraq Şahid1, Şahid2, Şahid6, Şahid4 tərəfindən ödənilməsi qət edildiyindən və həmin hökm preyudisial əhəmiyyət kəsb etdiyindən mülki iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Çünki, təqsirkarlara verilmiş ittihamdan aydın olur ki, cinayət əməli nəticəsində vurulmuş 1.930.249,74 manat zərər onların hər birinə ümumi şəkildə aid edilmiş və verilmiş ittihamda təqsirkarların hər birinin zərərçəkmiş hüquqi şəxsə hansı həcmdə zərər vurduğu fərdiləşdirilməmişdir. Həmçinin, tədqiq edilən işdən bəlli olur ki, X10 Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə məlum cinayət əməli nəticəsində vurulmuş 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) maddi ziyandan həmin dövr üçün ödənilməmiş 1.676.736 manat 24 qəpik (bir milyon altı yüz yetmiş altı manat iyirmi dörd qəpik) ziyanın müvafiq olaraq Şahid1, Şahid2, Şahid6, Şahid4 tərəfindən ödənilməsi qət edilmiş və bu hökmlə artıq mülki iddia təmin edilmiş, eləcədə Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarları ilə X10 Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirlmədən saxlanılmışdır.(bax cinayət işi 56 cild vərəq 24-108) Göründüyü kimi X10 Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) maddi ziyandan həmin dövr üçün ödənilməmiş 1.676.736 manat 24 qəpik (bir milyon altı yüz yetmiş altı manat iyirmi dörd qəpik) ziyanın müvafiq olaraq Şahid1, Şahid2, Şahid6, Şahid4 tərəfindən ödənilməsi qət edilmiş və hökm qanuni qüvvəsini almışdır. CPM-in 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası X10 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, X10 Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə 1.930.249,74 manat (bir milyon doqquz yüz otuz min iki yüz qırx doqquz manat yetmiş dörd qəpik) maddi ziyandan həmin dövr üçün ödənilməmiş 1.676.736 manat 24 qəpik (bir milyon altı yüz yetmiş altı manat iyirmi dörd qəpik) ziyanın müvafiq olaraq Şahid1, Şahid2, Şahid6, Şahid4 tərəfindən ödənilməsi qət edildiyindən və həmin hökm preyudisial əhəmiyyət kəsb etdiyindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə X10 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(091)-131/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar