Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-113/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihаmçısı, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)- 8/2020 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X16 Məhkəməsinin (N.N.Mirzəünvan 1 (sədrlik edən), hakimlər B.M.Məmmədov və R.İ.Hüseynovdan ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli 1(091)-8/2020 nömrəli hökmü ilə xx xxxx 1975-ci il tarixdə ünvan 1lax rayonu Bəydilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1lax rayonu Bəydilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və onun bununla əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün ona bəraət verilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni ümumi təmiz çəkisi 2 kiloqram 640,51 qram olan narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib qanunsuz olaraq ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən yaşayış evində saxlamış, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 3 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2,98 qram, 3,57 qram və 3,96 qram olmaqla, ümumi təmiz çəkisi 10,51 qram olan narkotik vasitə qurudulmuş marixuananı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 saylı binanın yaxınlığında şərti alıcı qismində əməliyyat tədbirinə cəlb edilmiş Şahid4 120 (yüz iyirmi) manata qanunsuz olaraq satmış, daha sonra Şahid4 X11 Şöbəsinə gələrək Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülmüş, həmçinin həmin gün saat 19:30 radələrində X11 Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov X3 şəhəri N.Nərimanov küçəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında saxlanılaraq X11 Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının arxa sol cibindən əməliyyat tədbirlərinin keçirilməsi üçün dövlət vəsaiti hesabına ayrılmış 2 ədəd C52081797 və C05311007 seriyalı 5 manatlıq əskinaz, üç ədəd A75728834, B35982445 və A03500401 seriyalı 20 manatlıq əskinaz, 1 ədəd A04494695 seriyalı 50 manatlıq əskinazlardan ibarət ümumilikdə 120 (yüz iyirmi) manat məbləğdə pul aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən yaşadığı evə keçirilmiş baxış zamanı isə evin həyətindəki tövlənin yan tərəfində yerdə torpağa basdırılmış halda iki ədəd dəmir qutunun içərisində ayrı-ayrılıqda 1 kiloqram 235 qram və 1 kiloqram 395 qram olmaqla - ümumi təmiz çəkisi 2 kiloqram 630 qram, yəni satış məqsədi ilə saxladığı külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)-8/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X5 apelyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmiş, lakin apelyasiya şikayətinə qarşı etiraz verilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə baxışı kütləvi qanun pozuntuları yolu ilə əldə edilmiş sübutların araşdırılması ilə aparılmış və onun müdafiəsi ilə bağlı məhkəmə tərəfindən heç bir tədbir görülməmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs əməlində heç bir cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamda özünü təqsirli hesab etməyərək apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və ona bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı X9 apelyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuş, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apelyasiya şikayətinin təmin edilməməsini, X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)-8/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquq məsələləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və ya apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apelyasiya şikayəti təmin edilməməli, X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)- 8/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü və 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid4 bir xeyli müddət olar ki, göyərti satdığı bazardan tanımışdır. Həbs olunmamışdan təxminən bir ay əvvəl Şahid4 ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş, o da Elmana 100 manat borc pul vermişdir. Lakin bir ay keçməsinə baxmayaraq Elmandan borcunu ala bilməmiş, sonuncu dəfə ona borcunu qaytarmağı üçün iki gün vaxt vermişdir. Daha sonra Elman ona telefonla zəng edərək borcunu qaytarması üçün görüşməyi təklif etmişdir. Elmana 100 manat borc pul versə də, Elman ona yalnız 95 manat pul qaytarmışdır. Elmandan borcunu alıb qayıdan zaman polis əməkdaşları onu yolda saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onlarda məlumat olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində təsir və təzyiqlərə məruz qalmış, şərəf və ləyaqəti alçaldılmış, döyülmüş, narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadə verməyə məcbur edilmişdir. Belə ki, şöbədə masanın üzərinə 3 ədəd kibrit qutusu qoyulmuş, həmin kibrit qutularının içərisində narkotik vasitə olduğu ona bildirilmiş və məcbur edilmişdir ki, içərisində narkotik vasitə olan 3 ədəd kibrit qutusunu Şahid4 satmasını etiraf etsin. Daha sonra polis əməkdaşları üzərində pul olub-olmadığını soruşaraq cibindəki 520 manat pulunu götürmüş, əvəzində isə özlərinin əvvəlcədən hazırlamış olduqları 120 manat pulu onun cibinə qoymuş və üzərində şəxsi axtarış keçirərək həmin pulları aşkar edərək götürmüşlər. Sonra isə polis əməkdaşları onu yaşadığı evə aparmışlar. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirdiyi halda polis əməkdaşları həmin narkotik vasitələrin onun ailə üzvlərindən birinə məxsus olması barədə qeydiyyat aparılacağını qeyd etdiklərindən, məcbur qalıb ailə üzvlərini qorumaq üçün yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan həmin narkotik vasitələrin ona məxsus olduğunu öz boynuna götürmüşdür. Lakin həmin narkotik vasitə onun həyətyanı sahəsindən tapılsa da, onun yanında qablaşdırılmamış, həmin narkotik vasitənin qablaşdırılmasında o iştirak etməmiş, qablaşdırmanın üzərindəki imza ona məxsus olmamış, onun yerinə polis əməkdaşları tərəfindən icra edilmişdir. O, heç vaxt narkotik tərkibli bitki əkib-becərməmiş, yabanı halda bitən çətənə koluna quluq etməmiş, evində narkotik vasitə saxlamamış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhər sakini Pərəstişi X8 Şəhər Polis Şöbəsinə müraciət edərək ünvan 1lax rayon sakini Niymət adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat verib, Niymət adlı şəxsdən narkotik vasitə qurudulmuş marixuana alıb gətirib polisə təqdim etməklə həmin şəxsi ifşa etmək fikrində olduğunu bildirmişdir. Şahid4 göstərdikləri barədə tərəfindən şifahi ərizə protokolu tərtib edilmişdir. Şahid4 Niymət adlı şəxsdən 120 manata 3 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana almağa razılaşdığını bildirmişdir. Bundan sonra tərəfindən raportla əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsi üçün şöbənin rəhbərliyinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən əməliyyat tədbirinin keçirilməsi üçün ayrılmış, narkotik vasitə qurudulmuş marixuana almaq üçün istifadə olunacaq 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslardan ibarət olan cəmi 120 manat pula baxış keçirilmiş, həmin pulların kserosurətləri çıxarılmış və narkotik vasitənin alınmasında istifadə etməsi üçün Şahid4 verilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Şahid4 hərəkətləri tərəflərindən müşahidə edilməyə başlanılmışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində Şahid4 X11 Şöbəsinə gələrək Təqsirləndirilən şəxs aldığı 3 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, bu barədə protokol tərtib edilərək həmin narkotik vasitə tərəflərindən götürülmüş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 və Şahid3 ilə birlikdə xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 1 saylı orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasına dair polis şöbəsində məlumat olmasını bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlməyə razlıq vermiş və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-in növbətçi hissəsinin qarşısında vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol arxa cibindən iki ədəd C52081797 və C05311007 seriyalı 5 manatlıq əskinaz, üç ədəd A75728834, B35982445 və A03500401 seriyalı 20 manatlıq əskinaz, 1 ədəd A04494695 seriyalı 50 manatlıq əskinazlardan ibarət ümumilikdə 120 manat məbləğində pul aşkar olunmuşdur. Aşkar edilmiş 120 manat Azərbaycan əskinaslarından ibarət pullara baxış keçirilərkən əskinasların Şahid4 əməliyyat tədbirinin keçirilməsi üçün protokollaşdırılaraq verilmiş iki ədəd C52081797 və C05311007 seriyalı 5 manatlıq əskinaz, üç ədəd A75728834, B35982445 və A03500401 seriyalı 20 manatlıq əskinaz, 1 ədəd A04494695 seriyalı 50 manatlıq əskinazlardan ibarət ümumilikdə 120 manat pul olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid4 satdığı narkotik vasitə marixuananı yaşadığı ünvan 1lax rayonu Bəydilli kəndi ərazisində tapdığı 3 ədəd çətənə bitkisi kolundan yığdığını, qalan narkotik vasitənin yaşadığı ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində torpağa basdırıb saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən yaşayış evinə Təqsirləndirilən şəxs yazılı razılığı ilə vəkilin və özünün iştirakı ilə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmiş, Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs özünə məxsus yaşayış evində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində həyətə girişdən sol tərəfdə yerləşən tövlənin yan tərəfində torpağa basdırılmış iki ədəd üzərində “Zeytun bağları” sözü yazılmış dəmir qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunmuş həmin iki ədəd dəmir qutular Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində iyindən və görünüşündən narkotik vasitə “marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar iki ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin iki ədəd dəmir qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananın qutu ilə birlikdə ayrı-ayrılıqda ümumi çəkiləri 1555 qram və 1720 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr qablaşdırılmış, üzəri Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş iki ədəd dəmir qutunun içərisində olan kütlələrin marixuana olduğunu, həmin marixuananı satış məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində basdırıb saxladığını və həmin narkotik vasitəni 2018ci il tarixdə yaşadığı ünvan 1lax rayonu Bəydilli kəndi ərazisində yerləşən otlaq sahəsində yabanı şəkildə bitmiş üç ədəd çətənə bitkisi kollarından yığıb əldə etdiyini, Elman adlı şəxsə satmış olduğu üç ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə marixuananın da həmin marixuanadan olduğunu bildirmişdir. İfadəsinin davamında göstərmişdir ki, cinayət işinin materiallarında olan raportlar əməliyyat müvəkkili olan polis əməkdaşları ilə rəhbərlik arasında olan yazışmaları əks etdirir və həmin yazışmalarda bəzən texniki səhvlərə yol verilməsi, tarixin və ya zamanın yazılışında xətaların olması, adların və ya sözlərin yazılışında hərf səhvlərinə rast gəlinməsi normal haldır. Çünki əməliyyat müvəkkilinə baş vermiş və ya baş verə biləcək hər hansısa cinayət barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumatın dərhal yoxlanılması, müvafiq tədbirlərin görülməsi üçün tələsik qərarların qəbul edilməsi zərurəti yaranır və bu kimi fəaliyyətin həyata keçirilməsi üçün yazışmaların mümkün qədər tez həyata keçirilməsi lazım olur. Belə olan halda isə tələskənlikdən yazışmalarda bəzən texniki səhvlərə yol verilməsi qaçılmaz olur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki, tanımışdır. Belə ki, Niymət ünvan 1lax rayonunda yaşamışdır. Ona məlum olmuşdur ki, Niymət narkotik vasitələrin satışı ilə də məşğuldur. Niymətlə aralarında olan söhbət zamanı Niymət ona özündə narkotik vasitə marixuana olduğunu, pul qarşılığında həmin narkotik vasitəni satmaq üçün Niymətə müştəri tapmağını istəmişdir. Onu da Niymətin narkotik vasitə satması narahat etmişdir. Çünki o, cəmiyyətdə baş verən hadisələrə biganə qala bilmir. Bir vətəndaş kimi cinayətkarların tutulması üçün cinayətkarlara qarşı mübarizə aparmaq istəyir. O, Niymətin narkotik vasitələrin satışı ilə məşğul olmasını dəqiqləşdirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə Niymətlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Niymətdən ona narkotik vasitə marixuana satmağını istəmiş, Niymət ona istədiyi qədər narkotik vasitə marixuana sata biləcəyini demişdir. O, Niymətə 3 kibrit qutusu narkotik vasitə marixuana istədiyini demişdir. Niymət 120 manat qarşılığında ona 3 kibrit qutusu marixuana verə biləcəyini demişdir. Onlar razılaşmışlar və Mingəçevir şəhəri ərazisində görüşməyə qərar vermişlər. O da Niymətin narkotik vasitələrin satışı ilə məşğul olduğunu dəqiqləşdirdikdən sonra X11 Şöbəsinə gələrək könüllü olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər tanıdığı Niymət adlı şəxsdən narkotik vasitə olan marixuana alınmasında şərti alıcı kimi iştirak etmək istəməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılmış, ona müvafiq qaydada sənədləşdirildikdən sonra Niymətdən narkotik vasitə marixuana alması üçün 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 120 manat pul verilmişdir. O, polis şöbəsindən çıxdıqdan sonra Niymətlə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Niymət ona bildirmişdir ki, onu N.Nərimanov küçəsi 5 saylı binanın arxa tərəfində gözləsin. O da həmin yerə gedərək Niyməti orada gözləməyə başlamışdır. Təxminən bir qədər sonra Niymət həmin yerə gəlmiş və həmin vaxt Niymət tək olmuşdur. O, Niymətlə görüşüb, əvvəlcədən razılaşdığı 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslardan ibarət, ümumilikdə 120 manat pulu Niymətə verərək Niymətdən 3 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana almışdır. Bundan sonra o, Niymətdən aralanıb X11 Şöbəsinə gələrək Niymətdən aldığı 3 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələrə baxış keçirilmiş, kibrit qutularındakı bitkilərin yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmiş, bu barədə protokol tərtib olunmuşdur. İfadəsinin davamında isə əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün məhkumluq həyatı yaşadığını, həmin əməlindən peşman olduğu üçün indi narkotik vasitə satanlara qarşı mübarizə apardığını, lakin heç vaxt şərti alıcı qismində əvvəllər polis əməkdaşlarının keçirdiyi əməliyyatlarda iştirak etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Mayılov Səbuhi Möhübbət oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 19 radələrində polis əməkdaşları tərəfindən baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə dəvət edilmiş, baxışın keçirilməsində iştirak etməyə etirazı olmadığını bildirdikdən sonra polis şöbəsində bir nəfər başqa hal şahidinin iştirakı ilə onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra polis şöbəsinə Şahid4 adlı bir nəfər şəxs gəlmiş və 3 ədəd kibrit qutusunu polis şöbəsinə təqdim edərək həmin qutuların içərisində narkotik vasitə olduğunu, həmin kibrit qutularında olan narkotik vasitəni isə Təqsirləndirilən şəxs adlı bir nəfər şəxsdən aldığını bildirmişdir. Şahid4 tərəfindən istintaqa təqdim edilən 3 ədəd kibrit qutusuna onların iştirakı ilə baxış keçirilərkən həmin kibrit qutularının içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin olması müəyyən edilmiş və həmin kibrit qutularında olan bitki kütlələri tərəzidə çəkildikdən sonra bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş və sonda onlar tərəfindən həmin protokola imza edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 şahid Səbuhi Mayılov ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bunlardan başqa, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Pərəstişi X8 Şəhər Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs söhbət zamanı onda narkotik vasitə marixuana olduğunu və pul əldə etmək üçün həmin narkotik vasitə marixuananı satmağa müştəri tapmağı ondan xahiş etdiyini göstərmiş, həmin şəxsi ifşa etmək istədiyini bildirərək Təqsirləndirilən şəxs haqqında tədbir görülməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Mingəçevir şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ünvan 1lax şəhər sakini Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədilə zəruri bilinən əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə alınmasında istifadə edilmək üçün əməliyyat xərcləri üçün nəzərdə tutulmuş hesabdan çıxarılmış iki ədəd C52081797 və C05311007 seriyalı 5 manatlıq əskinas, üç ədəd A75728834, B35982445 və A03500401 seriyalı 20 manatlıq əskinas, 1 ədəd A04494695 seriyalı 50 manatlıq əskinaslardan ibarət ümumilikdə 120 manat pul surətləri çıxarılaraq verilmişdir. xx.xx.2019-cu il tarixli “Nəzarətli göndəriş əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün Şahid4 həyata keçiriləcək əməliyyat axtarış tədbirlərinə cəlb edilməklə polis əməkdaşlarının müşahidəsi altında narkotik vasitənin Təqsirləndirilən şəxs alınmasından ibarət nəzarətli göndəriş əməliyyat axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli protokollardan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs aldığı 3 (üç) ədəd kibrit qutusunda təmiz çəkisi 10,51 qram olan narkotik vasitə - qurudulmuş marixuananı könüllü olaraq polis orqanlarına təqdim etmiş, həmin kibrit qutularına baxış keçirilmiş, tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. xx.xx.2019-cu il tarixli raporta əsasən, həmin tarixdə saat 19:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ünvan 1lax şəhəri Bəydilli kəndində yaşayan Kərimov X3 şəhəri ərazisində saxlanılaraq X11 Şöbəsinə gətirilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X11 Şöbəsində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun əynində olan qara rəngli şalvarının sol arxa cibindən Şahid4 narkotik vasitə marixuana almaq üçün ona verdiyi iki ədəd C52081797 və C05311007 seriyalı 5 manatlıq əskinaz, üç ədəd A75728834, B35982445 və A03500401 seriyalı 20 manatlıq əskinaz, 1 ədəd A04494695 seriyalı 50 manatlıq əskinaslar aşkar edilərək götürülmüşdür. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən ev ünvanında polis əməkdaşları tərəfindən baxış, axtarış və götürmə hərəkətlərinin aparılmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla ünvan 1lax rayonu Bəydilli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs həyətdə girişdən sol tərəfdə yerləşən tövlənin yan tərəfində yerdə torpağa basdırılmış iki ədəd üzərinə “Zeytun bağları” sözü yazılmış dəmir qutunun içərisində qurudulmuş marixuanaya oxşar kütlələri polis əməkdaşlarına təqdim etmişdir. xx xxxx 2019-cu il tarixli 118 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Şahid4 könüllü şəkildə təqdim etdiyi 3 ədəd kibrit qutusunun içərisində olan ...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2,98 qram, 3,57 qram və 3,96 qram, ümumi təmiz çəkiləri - 10,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. X6 yaşadığı....evindən aşkar olunmuş... ” sözləri yazılmış sellofan torbanın içərisindəki 02 (iki) ədəd dəmir qutularda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1 kiloqram 235,00 qram və 1 kiloqram 395,00 qram, ümumi təmiz çəkiləri - 2 kiloqram 630,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd kibrit qutularında və 02 (iki) ədəd dəmir qutularda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143- 146-cı mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək, törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs cinаyət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətində qeyd etdiklərinin inandırıcı olmaması, habelə təqsirləndirilən şəxsə bəraət verilməsi dəlilinə qiymət verən məhkəmə kollegiyası bu dəlillərin əsassız olması qənaətinə gəlir. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən də göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək qiymətləndirdiyi bütün halları kifayət qədər nəzərə almış və ona bu halların məcmuyuna uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, təyin etdiyi cəzanın növünü və həddini, habelə cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)-8/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X16 Məhkəməsinin xx xxx 2020-ci il tarixli 1(091)- 8/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-113/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-113/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver