Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-117/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclasına sədrlik edən, Balakən Rayon Məhkəməsinin sədri X3 təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş etirаz məsələsinə bаxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 məhkəmə iclasına sədrlik edən, Balakən Rayon Məhkəməsinin sədri X3 etiraz etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə məhkəmə iclasına sədrlik edən, Balakən Rayon Məhkəməsinin sədri X3 təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş etiraz məsələsinə baxılması üçün iş materialları Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə ərizədə göstərilən dəlilləri iş materialları üzrə аrаşdırıb hesаb edir ki, etiraz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 109.1-ci maddəsinə görə, hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 etirazını onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 29,120.1-ci maddəsinin tərkib əlamətləri olmadığı halda, yəni nə ibtidai istintaq materiallarında, nə də ki həmin cinayət işinə məhkəmə baxışı zamanı belə bir əsaslar müəyyən edilmədiyi halda, hətta ittiham tərəfi kimi dövlət ittihamçısı belə təqsirləndirilən şəxsin əməlində CM-in 29.120.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını müdafiə edərək zərərçəkmiş şəxsin və onun nümayəndəsinin vermiş olduğu vəsatətin əsassız olduğunu bildirərək vəsatətin təmin edilməsinə etiraz etmiş olsa belə, hakim Hümbət Səlimov təqsirləndirilən şəxsin əməlində CM-in 29,120.1-ci maddəsinin tərkib əlamətləri olması qənaətinə gələrək, cinayət işinin təqsirləndirilən şəxsə CM-in 29,120.1-ci maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılması barədə qərar qəbul etmişdir. Hakim Hümbət Səlimov artıq cinayət işi üzrə (daha doğrusu,cinayət işinin nəticəsi üzrə) təqsirləndirilən şəxsin əməlinə qarşı öz münasibətini bildirmişdir. Belə olduğu, halda hakimin təqsirləndirilən şəxsin əməlləri barədə gələcəkdə qəbul edəcəyi yekun qərar obyektiv olsa belə, artıq onlar üçün şübhəlidir. Hakim Hümbət Səlimovun obyektiv qərar qəbul edəcəyinə inanmırlar. Ona görə də məhkəmə iclasına sədrlik edən, Balakən Rayon Məhkəməsinin sədri X3 etiraz etmişdir. Apellyasiya Məhkəməsi, məhkəmə iclasına sədrlik edən, Balakən Rayon Məhkəməsinin sədri X3 edilmiş etirazla razılaşır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırılması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Öyrənilən işdən bəlli olur ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(019)-54/2020 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 vəsatəti təmin edilmiş, təqsirləndirilən şəxs X1 CM-in 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin təqsirləndirilən şəxsə CM-in 29,120.1-ci maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılması, təqsirləndirilən şəxs X1 həbsdə saxlanması müddətinin 2 (iki) ay həddində, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işi təqsirləndirilən şəxs X4 qarşı başqa ittiham irəli sürülmədən xx xxxxxx 2020-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə CPM-in 318.2-4-cü maddəsinə uyğun olaraq iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(019)-54/2020 nömrəli qərarı ləğv edilmiş, X1 CM-in 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı təzələnmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin sədri X3 edilmiş etiraz məhkəmənin obyektivliyinə, qərəzsizliyinə və ədalətli məhkəmə baxışına şübhə yaratmasın deyə, əsaslı hesab edilib təmin olunmalıdır. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. CPM-in 109.5-ci maddəsinə sasən Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Beləliklə, məhkəmə hesab edir ki, etiraz təmin edilməli və cinayət işi Balakən Rayon Məhkəməsinin digər hakimi olan X5 tərəfindən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və CPM-in 109, 321.2.3 və 384-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 verdiyi etirаz təmin edilsin. Cinayət işi Balakən Rayon Məhkəməsinin digər hakimi olan X5 tərəfindən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-117/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-117/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver