Məhkəmə qərarları › İş №1(107)-117/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-117/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-117/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X19 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ birinci dərəcəli hüquqşünas X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4, təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax Rayon Məhkəməsinin (sədrlik edən hakim Malik Qarayev) 19 yanvar 2023-cü il tarixli 1(024)-2/2023 nömrəli hökmü ilə, xx.xx.1985-ci ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4.-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan və hazırda Şəki PM-in İstintaq Təcridxanasında saxlanılan, Qax Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması; xx.xx.1976-cı ildə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Zaqatala rayonu, Bəhmətli kəndində qeydiyyatda olan və hazırda Şəki PM-in İstintaq Təcridxanasında saxlanılan, Qax Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə maddi sübutlar olan götürülmüş 02 (iki) ədəd “Prima” ticarət markalı siqaret kötüyü cinayət işinin materiallarında saxlanılması, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanla bağlı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah olunması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup halında birləşərək, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talamaqla, təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, о, tamah niyyəti ilə qəsdən özgə əmlakını talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 24 avqust 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Bağpark küçəsi ev 67-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gələrək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən taxta pilləkənlə evin həyətyanı sahəsinin hasarının üzərindən aşmaqla qanunsuz həyətə daxil olub, evin pəncərəsini dəmir parçası ilə açaraq, evin içərisinə daxil olandan sonra evin qonaq otağında olan stolun üzərindən 500 (beş yüz) manat dəyərində kişi qol saatını, yataq otağında seyfdə saxlanılan bir ədəd 700 (yeddi yüz) manat dəyərində qadın boyunbağını, bir ədəd 800 (səkkiz yüz) manat dəyərində “Şopart” markalı qol saatını, 1000 (bir min) manat dəyərində olan brilliant qaşları və 150 (bir yüz əlli) manat dəyərində olan dəmir seyfi gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3150 (üç min yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgə əmlakını talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Qax rayonu Marsan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfində olan yaşayış olmayan ev tərəfdən sonuncuya məxsus evin həyətyanı sahəsinə hasarın üzərindən aşmaqla qanunsuz həyətə daxil olub, evin pəncərəsini vintaçanla açaraq, evin içərisinə daxil olandan sonra evin yataq otağının qapısının daxili qıfılını vintaçanla sınıdıraraq, həmin otaqda olan 330 manat pulu gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 330 (üç yüz otuz) manat maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup halında birləşərək, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talamaqla, təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, о, tamah niyyəti ilə qəsdən özgə əmlakını talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 24 avqust 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Bağpark küçəsi ev 67-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin qarşısına gələrək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən taxta pilləkənlə evin həyətyanı sahəsinin hasarının üzərindən aşmaqla qanunsuz həyətə daxil olub, evin pəncərəsini dəmir parçası ilə açaraq, evin içərisinə daxil olandan sonra evin qonaq otağında olan stolun üzərindən 500 (beş yüz) manat dəyərində kişi qol saatını, yataq otağında seyfdə saxlanılan bir ədəd 700 (yeddi yüz) manat dəyərində qadın boyunbağını, bir ədəd 800 (səkkiz yüz) manat dəyərində “Şopart” markalı qol saatını, 1000 (bir min) manat dəyərində olan brilliant qaşları və 150 (bir yüz əlli) manat dəyərində olan dəmir seyfi gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3150 (üç min yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgə əmlakını talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək, 13 sentyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Qax rayonu Marsan kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin arxa tərəfində olan yaşayış olmayan ev tərəfdən sonuncuya məxsus evin həyətyanı sahəsinə hasarın üzərindən aşmaqla qanunsuz həyətə daxil olub, evin pəncərəsini vintaçanla açaraq, evin içərisinə daxil olandan sonra evin yataq otağının qapısının daxili qıfılını vintaçanla sınıdıraraq, həmin otaqda olan 330 manat pulu gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 330 (üç yüz otuz) manat maddi ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətləri və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmünün X2 aid hissədə ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməyib, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmündən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X10 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, o, Bakı şəhərində oğurluq etməmişdir. Onu polis şöbəsində Bakı şəhərində edilmiş oğurluqla bağlı döymüşlər. Təyziqlər göstərmişlər. O, görmüşdür ki, onu öldürürlər məcbur olub yalandan etirafedici ifadələr vermişdir. 6-sı qardaşı qaynar xəttə zəng ettmişdir. Bir dənə onun yalan ifadəsiylə qardaşı Elsəvəri də tutmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X11 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. X7 əlavə olaraq bildirdi ki, onun heç bir günahı yoxdur. onu polis əməkdaşları iş yerindən çağırtdırmışlar. Ondan polis şöbəsində soruşmuşlar ki, o, harada işləyi. O, da bildirmişdir ki, Masazırda. Polis şöbəsində gözünün qabağında qardaşının qulağını yandırmağa başlamışlar. Ona demişlər ki, onlar deyənə imza atmalıdır. O, xahiş edir ki, ona bəraət verilərək qardaşının da şikayəti də təmin edilsin. Məhkəmə kollegiyası iclasında iştirak edən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X14 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilən ittihamda göstərilən cinayət əməlini törətməmişdir. İbtidai istintaq zamanı işgəncələrə məruz qaldığı üçün törətmədiyi cinayət əməllərini etiraf etmək məcburiyyətində qalmışdır. Özünə işgəncə verilməsi ilə bağlı aidiyyatı orqanlara şikayət etmişdir. Göstərdiklərini nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zaman verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Eldəniz adlı qardaşı var, Eldəniz də əvvəllər məhkum olunmuşdur. Eldəniz Binəqədi rayonu ərazisində fəhlə işləyən zaman Rəsulzadə qəsəbəsi Bağpark adlanan ərazini tanımışlar. Orada olan evlərin birindən oğurluq etmək qərarına gəlmişlər. 24 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bağpark adlanan yerə gəlmişlər. O, Eldənizə oğurluq olan evi göstərmiş, evin yanında olan zeytun ağaclarının olmasını görmüşdür. Həmin vaxtı orada təmir olan evin birindən pilləkəni zeytunların arası ilə gətirib, heç kəsin görməyəcəyi yerdə həmin evin hasarına söykəmişlər. Eldənizlə birlikdə ardıcıl olaraq həmin evin hasarın üzərindən həyətə daxil olmuşlar. Həyətdə olan zaman o, oradan bir ədəd dəmir parçası tapmışdır. Həmin ev üç mərtəbəli və kürsülü olmuşdur. O, həmin pəncərəni dəmirlə sıxaraq evin plastik pəncərəsini açmışdır. İlkin olaraq Eldəniz, daha sonra isə o həmin evə daxil olmuşdur. Onlar evi axtarmağa başlamışlar, Eldəniz orada bir ədəd dəmir seyf tapmış, seyfi ona vermişdir. Eldəniz orada olan stolun üzərindən bir ədəd saatı götürmüşdür. Buna görə də həmin evdən seyfi götürüb Eldənizlə birlikdə oradan çıxmışlar. Daha sonra isə zeytunluğa gələrək, seyfi açmaq qərarına gəlmişlər. Oradan tapdığı daşla seyfin kilidini açmışlar. Seyfin içərisindən üzərində ad yazılmış boyunbağı, parıltılı qaşlar, bir ədəd qızıl üzük və bir ədəd qol saatı olmuşdur. Eldəniz həmin əşyaları özü ilə götürmüş, seyfi isə həmin yerə tullayıb getmişlər. Eldəniz bir ədəd boyunbağı və bir ədəd üzüyü həmin günün səhəri yəni 25 avqust 2022-ci il tarixdə Yasamal rayonunda tanımadığım yerdə yerləşən qızıl mağazasına 250 manata satmışdır. Eldəniz ona qol saatı və qaşların alınmadığı üçün tullamasını demişdir. Bundan sonra Eldəniz qızılları satdığı 250 manat puldan 120 manat pulu ona vermişdir. Bundan başqa o, özü əvvəllər Qax rayonu Çüdüllü kəndində tanışı Ayşaya məxsus olan fındığı Qax rayonu Marsan kəndində aparıb Şahin adlı şəxsə satmışdır. Həmin vaxtı Şahinin pulu olmasını görmüşdür. O, Şahini əvvəllər tanımış, onun evinin yerinin dəqiq harada olmasını bilmişdir. Qardaşı Eldəniz ondan oğurluq etməyə yer soruşanda, özü də fındıq vaxtı olduğunu Şahinin pulunun olmasını demişdir. 2022-ci ilin sentyabr ayında fındıq vaxtı Şahinin evindən oğurluq etmək qərarına gəlmişdir. 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Zaqatala rayonuna gedən avtobusa qardaşı Eldənizlə birlikdə əyləşib, saat 24 radələrində Qax pavilyonu adlanan ərazidə düşmüşlər. O, həmin yerin yaxınlığında olan mağazaya gedib, orada dovğa, sosiska, çörək almışdır. Sonra oradan Eldənizlə çıxıb Şahinin evi olan Marsan kəndinə taksiylə gəlmişlər. Bundan sonra Şahinin evinin yanında olan köhnə tikili evin yanına getmişlər. O, orada Eldənizlə birlikdə sosika ilə dovğanı yeyib, tanışı Ayşanın yanına yəni Qax rayonu Çüdüllü kəndinə getmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 6 radələrində Şahinin evinin yanına gəlmişdir. O, ora gələndə Eldənizin qoyduğu yerdə olmasını görmüşdür. O, Eldənizin yanına gələndə, Eldəniz ona evdə olan adamları izlədiyini, oturub yemək yeyən zaman həmin adamların pul söhbəti etməsini, həmçinin evdə qadın olmamasını ona demişdir. O, Eldənizə Şahinin arvadı olmasını və əvvəllər də onu gördüyünü demişdir. Onlar səhərin açılmasını gözləmişlər, saat 09 radələrində Şahin və oğlu yanında başqa bir cavan oğlanla birlikdə hərəsi bir traktora minmişdir. Eldəniz axşamdan orada olan toyuq damı tərəfdən evin həyətinə keçmişdir. Eldəniz ona məxsus olan mobil nömrəyə zəng vuraraq, ona evdə heç kəs olmadığını demiş, o, da Şahinin arvadının evdə ola biləcəyini demişdir. Eldəniz ona evdə heç kim olmadığını deyərək, evə daxil olacağını bildirmişdir. Eldəniz adamlar gedəndən sonra evin pilləkəni ilə evə daxil olmuşdur. O, isə yaşayış olmayan evin hasarına söykənmiş nərdivanda oturub, kimsə gələsi təqdirdə Eldənizə məlumat vermək üçün gözləmiş, Eldəniz təxminən 15 dəqiqə evi axtarmış, ordan çıxıb, toyuq hini tərəfdən getdiyi yerlə geri qayıtmışdır. Onun yanına yəni yaşayış olmayan evə gələrək, evdən 300 manat pul oğurladığını demişdir. Eldəniz həmin pulun 100 manatının qadın çantasından, 200 manat pulu isə döşəyin altından tapdığını demişdir. Onlar həmin evdən çıxaraq, əvvəl Çüdüllü tərəfə getmək istəmiş, lakin orada olan fındıq bağları tərəfdə olmasını görüb, Marsan kəndində olan ziyarətgah tərəfə çıxmışdır. Həmin vaxtı onların qarşısına yaşlı bir qadın çıxmışıdr. Həmin qadın onlara fındıq oğurladığını deyəndə biz heç bir fındıq oğurlamadığını deyib, çantada sadəcə olaraq paltar olmasını göstərmişlər. Eldənizlə birlikdə Marsanın içəri yolları ilə taxta körpü adlanan əraziyə gəlmişlər. O, həmin vaxtı tanışı, Zaqatala sakini Siyavuşa məxsus olan mobil nömrəyə zəng vurub, Bakı şəhərinə gedib getmədiyini soruşmuşdur. Sürücü isə işinin olduğunu Bakı şəhərinə gedə bilməyəcəyini demiş və ona başqa Zaqatala-Bakı marşurtu ilə işləyən avtomobil sürücüsünün mobil nömrəsini vermişdir. O, həmin sürücü ilə danışan zaman Bakıya gedə biləcəyini demişdir. O da avtomobildə sərnişin kimi neçə nəfər olmasını soruşmuş, sürücü isə ona 1 nəfər adam olmasını demişdir. O da sürücüyə adamın birini neçəyə aparmasını deyəndə həmin şəxs ona adamın birini 4 nəfər olanda 25 manata, 3 nəfər olanda isə 30 manata aparacağını demişdir. O da, sürücüyə iki nəfər olmaqlarını və bir nəfərə görə 30 manat pul verəcəklərini demişlər. Sürücü onunla razılaşdığı üçün Qax rayonu Lələpaşa kəndinə gəlməyini, 20 dəqiqəyə orada olacağını bildirmişdir. Bundan sonra həmin “Mercedes” markalı avtomobil gəlib saxlamış, avtomobilin qabaq sağ oturacağında oturmuş, qardaşı Eldəniz isə avtomobilin arxa oturacağında oturmuşdur. Onlar həmin avtomobillə Qax rayonu Lələpaşa kəndindən Bakı şəhərinə getmişlər. O, Eldənizlə birlikdə Bakı şəhərində 20 yanvar dairəsi adlanan ərazidə avtomobildən düşmüşlər. Eldəniz Atyalı qəsəbəsinə getmiş, özü isə Masazır qəsəbəsinə getmişdir. Həmçinin ifadəsində Eldənizin əldə etdiyi pulun 120 manatını ona verməsini, 60 manatı isə taksi sürücüsünə verməsini bildirmişdir Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 qardaşıdır. O, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi Bağpark adlanan ərazidə yerləşən evdən oğurluq etməmişdir. Ona görə də həmin epizodla bağlı ona elan edilmiş ittihamda özünü təqsirli bilmir. Qax rayon Polis bölməsində törətmədiyi cinayəti boynuna alması tələb olunmuşdur. Ona zor tətbiq edildiyi və işgəncələrə məruz qaldığı üçün törətmədiyi cinayəti boynuna almışdır. Lakin Qax rayonunun Marsan kəndində yerləşən Şahinin evindən oğurluq etmişlər. Belə ki, qardaşı Elsevər Qax rayonu Marsan kəndində yerləşən evin sakini Şahin adlı şəxsin fındıq işi ilə məşğul olmasını və onun evindən oğurluq edə biləcəyini bildirmişdir. O, da Elsevərlə razılaşmış, həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı-Zaqatala avtobusu ilə Bakı şəhərindən çıxaraq Qax rayonunun “Pavliyon” adlanan ərazisinə gəlmiş, orada “Mercedes” markalı avtomobilə əyləşərək, Qax rayonu Marsan kəndinə gəlmiş, torpaq yolla gedib, Şahinin evinin arxa tərəfində olan heç kəsin yaşamadığı evə getmiş, Elsevər həmin evin qonşuluğunda olan Şahinə məxsus evi göstərərək oğurluğu həmin evdən edəcəklərini demişdir. Təxminən 13 sentyabr 2022-ci il tarixdə 01 radələrində o, Elsevərlə heç kəsin yaşamadığı evə gələrək dovğa, sosiska və çörək yemişlər. Bundan sonra Elsevər işi olduğu üçün onun yanından çıxıb getmişdir. O, da həmin vaxt evin hasarından aşaraq, Şahinə məxsus olan evin həyətinə keçmiş, həyətdə olan hinin yaxınlığında olan damda gizlənmişdir. Həmin vaxtı 3 nəfər kişi evin həyətində oturub, yemək yediyi üçün orada gözləməyə başlamış, Elsevər isə saat 6 radələrində onun yanına gəlmişdir. Elsevər həmin sahibsiz evin həyətində qalmış, o, isə hələ də damın içində onu gözləmişdir. Həmin vaxtı o, evin qarşı tərəfində olan hasar istiqamətində həyətdən çölə çıxıb orada olan nar ağacının atlında ev yiyələrini izləməyə başlamışdır. Ev yiyəsi Şahin traktorların yanında durub söhbət etmiş, həmin gün saat 8 radələrində traktora əyləşib çıxıb getmişdir. O, özünə məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Elsevərə məxsus olan mobil nömrəyə zəng vurub, evdə olan adamların getməsini, lakin evdə qadın olmadığını demişdir. Bundan sonra Elsevər ona evdə qadın ola biləcəyini bildirmişdir. O da heç bir problem olmayacağını deyib evə daxil olmuşdur. O, əl izi düşməməsi üçün əlinə əlcək geyinmişdir. Evə daxil olduqdan sonra pilləkənlərlə yuxarı qalxmış, orada olan vintaçanı götürüb pəncərəni açmış, evə daxil olmuşdur. Evə daxil oldqudan sonra otaqları axtarmağa başlamış, vintaçanla bağlı olan otağın taxta qapısının daxili qıfılını sındırmışdır. Həmin otağı axtarmağa başlamış, yataq dəstinin altında olan 200 manat pulu götürmüş, sonra isə orada olan şalvarın cibində bir ədəd pul qabının içərisindən 130 manat pulu götürmüşdür. Daha sonra evin digər otaqlarını axtarmış, lakin pul və yaxud hər hansı dəyərli əşya tapmamışdır. Bundan sonra evi tərk etmiş, gizləndiyi sahibsiz evə qayıtmışdır. Qardaşı Elsevərə evdən 300 manat pul oğurladığını demişdir. Onlar həmin evdən arxa yolla torpaq yola çıxmışlar. Daha sonra isə Qax rayonu Lələpaşa kəndinə tərəf getmiş, oradan da taksiyə əyləşərək Bakı şəhərinə qayıtmışlar. Oğurladığı puldan Elsevərə 180 manat vermiş, 60 manatı isə taksi sürücüsünə vermişdir. Göstərdiklərini nəzərə alıb onun törətmədiyi cinayətlə bağlı barəsində bəraət hökmü çıxarılmasını, törətdiyi əməldən isə peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fəhləlik edərək dolanır. O, oğurluq etdiyi üçün əvvəllər məhkum olunmuşdur. Onun Elsevər adlı qardaşı var, Elsevər də oğurluq etdiyi üçün əvvəllər məhkum olunmuşdur. O, Bakı şəhərinə gedib, qardaşı Elsevərin yanında iş axtarmışdır. O, Binəqədi rayonu ərazisində fəhlə işləyən zaman Rəsulzadə qəsəbəsi Bağpark adlanan ərazini tanımışlar. Onlar orada olan evlərin birindən oğurluq etmək qərarına gəlmişlər. 24 avqust 2022-ci il tarixdə saat 21 radələrində Bağpark adlanan yerə gəlmişlər. Elsevər ona həmin evi göstərmiş, evin yanında olan zeytun ağaclarının olmasını görmüşdür. Həmin vaxtı orada təmir olan evin birindən pilləkəni zeytunların arası ilə gətirib, heç kəsin görməyəcəyi yerdə həmin evin hasarına söykəmişlər. Elsevərlə birlikdə ardıcıl olaraq həmin evin hasarı üzərindən həyətə daxil olmuşlar. Həyətdə olan zaman Elsevər oradan bir ədəd dəmir parçası tapmışdır. Elsevər həmin pəncərəni dəmirlə sıxaraq evin plastik pəncərəsini açmışdır. İlkin olaraq o, daha sonra isə Elsevər həmin evə daxil olmuşdur. Onlar evi axtarmağa başlamış, o, orada bir ədəd dəmir seyf tapmış, seyfi Elsevərə vermişdir. O, seyfi Elsevərə verəndən sonra həmin yeri axtarsa da oradan heç bir pul tapa bilməmişdir. Buna görə də həmin evdən seyfi götürüb Elsevərlə birlikdə oradan çıxmışlar. Daha sonra isə oradan zeytunluğa gələrək, əlində olan seyfi açmaq qərarına gəlmişlər. Oradan tapdığı daşla seyfin kilidini açmışlar. Seyfin içərisində üzərində ad yazılmış boyunbağı, parıltılı qaşlar, bir ədəd qızıl üzük və bir ədəd qol saatı olmuşdur. O, həmin əşyaları özüylə götürmüş, seyfi isə həmin yerə tullayıb getmişdir. O, bir ədəd boyunbağı və bir ədəd üzüyü həmin günün səhəri yəni 25 avqust 2022-ci il tarixdə Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında yerləşən qızıl mağazasına 250 manata satmışdır. O, qızıl mağazasına satdığı qızılın özünə məxsus olmasını demiş, həmin mağazada qızıl satdığı adamı birinci dəfə görmüşdür. Bundan sonra qol saatı işləmədiyi üçün, parıltlı qaşları isə heç bir qiyməti olmadığından yadında olmayan yerə tullamışdır. Bundan sonra 250 manat puldan 120 manat pulu Elsevərə vermişdir. Həmçinin onun pulu olmadığı üçün oğurluq etmək istəmiş, bu barədə qardaşı Elsevərə deyəndə Elsevər ona Qax rayonu Marsan kəndində yerləşən ev olmasını, həmin evdə yaşayan Şahinin fındıq işi ilə məşğul olmasını və onun evindən oğurluq edə biləcəyini bildirmişdir. O, da Elsevərlə razılaşmış, həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı-Zaqatala avtobusu ilə Bakı şəhərindən çıxaraq Qax rayonuna gəlib, “Pavliyon” adlanan ərazidə düşmüşlər. Həmin vaxtı Elsevər mağazaya daxil olaraq, yemək üçün dovğa, sosiska, çörək almışdır. Bundan sonra Qax rayonunda “pavilyon” adlanan ərazidən “Mercedes” markalı avtomobilə əyləşərək, Qax rayonu Marsan kəndinə gəlmişlər. Həmin vaxtı avtomobildən düşüb, orada torpaq olan yola tərəf getmişlər. Onlar həmin torpaq yolla gedib, Şahinin evinin arxa tərəfində olan boş evə getmişlər. Elsevər həmin evin qonşuluğunda olan evi ona göstərərək, həmin evin Şahinə məxsus olmasını bildirmişdir. Təxminən 13 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində o, Elsevərlə Şahinin evinin yanında olan boş evdə dovğa, sosiska və çörək yemişlər. Bundan sonra Elsevər işi olduğu üçün çıxıb getmişdir. O, da həmin vaxt evin hasarından aşaraq, Şahinə məxsus olan evin həyətinə keçmişdir. O, orada olan hinin yaxınlığında olan damda gizlənmişdir. Həmin vaxtı 3 nəfər kişi evin həyətində oturub, yemək yemişlər, o orada gözləməyə başlamış, Elsevər isə saat 6 radələrində onun yanına gəlmişdir. Elsevər həmin sahibsiz evin həyətində qalmış, o, isə hələ də damın içində onu gözləmişdir. Həmin vaxtı o, evin qarşı tərəfində olan hasar istiqamətində həyətdən çölə çıxıb orada olan nar ağacının atlında ev yiyələrini izləməyə başlamışdır. O, ev yiyəsi Şahinin orada bir-neçə adamla söhbət etməsini eşitmişdir. Şahin orada traktorların yanında durub söhbət etmişdir. Həmin gün saat 8 radələrində Şahin traktora əyləşib, başqa bir nəfərlə çıxıb getmişlər. O, özünə məxsus olan 055 223 90 70 mobil nömrəsi ilə Elsevərə məxsus olan mobil nömrəyə zəng vurub, evdə olan adamların getməsini, lakin evdə qadın olmadığını demişdir. Bundan sonra Elsevər ona evdə qadın ola biləcəyini bildirmişdir. O da heç bir problem olmayacağını deyib evə daxil olmuşdur. O, əl izi düşməməsi üçün əlinə əlcək geyinmişdir. O, pilləkənlərlə yuxarı qalxmış, orada olan vintaçanı götürüb pəncərəni açmış, ondan sonra isə həmin evə daxil olmuşdur. O, orada olan otaqları axtarmağa başlamışdır. Sonra isə orada bir otağın qapısının bağlı olmasını bilmiş, həmin vintaçanla otağın taxta qapının daxili qıfılını sındırmışdır. Həmin otağı axtarmağa başlamış, həmin otaqda olan yataq dəstinin altına baxan zaman orada 200 manat pul olmasını görmüşdür. O, həmin 200 manat pulu götürmüş, sonra isə yenidən pul axtaranda orada olan şalvarı görmüş, şalvarın cibində bir ədəd pul qabı görmüşdür. Həmin pul qabıya baxanda içərisində 130 manat pul olmasını aşkar etmişdir. Daha sonra orada olan dolabları axtarmağa başlamış, lakin heç bir şey tapa bilməmişdir. Daha sonra isə pilləkənlə yuxarı mərtəbəyə çıxıb, orada olan otaqları axtarmışdır. Lakin həmin otaqlardan heç bir qızıl əşyası və ya pul tapa bilməmişdir. Bundan sonra həmin evdən çıxmış, evin həyətindən sahibi olmayan evə tərəf qayıtmışdır. O, qardaşı Elsevərə evdən 300 manat pul oğurladığını demişdir. Onlar həmin evdən arxa yolla torpaq yola çıxmışlar. Daha sonra isə Qax rayonu Çüdüllü kəndinə tərəf getmək istəmişlər, orada adamların fındıq yığmasını görüb o tərəfə getməmişlər. Sonra Marsan kəndində olan ziyarətgaha tərəf, oradan isə Qax rayonu Lələpaşa kəndinə tərəf getmişlər. Onlar yolla gedən zaman Elsevər mobil telefonla danışaraq, Zaqatala rayonundan Bakı-Zaqatala taksisi ilə danışmışdır. Həmin taksiylə 30 manata Bakı şəhərinə getməyə razılaşmışdır. Bundan sonra Elseverlə o, Qax rayonu Lələpaşa kəndində olan yolun kənarında gözləmişlər. Həmin vaxtı onlar orada gözləyəndə onun oğurluq edən zaman istifadə etdiyi əlçəyi çayın içinə atmışdır. Biraz sonra “Mercedes” markalı avtomobil gəlmiş, onlara həmin avtomobilin danışdığı taksi olmasını bilmişlər. Avtomobil dayandıqdan sonra o, avtomobilin arxa oturacağında əyləşmiş, qardaşı Elsevər isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Onlar birlikdə həmin avtomobillə yolda gedərkən Elseverə 180 manat pul vermişdir. Bundan sonra Bakı şəhərinə çatmış, o və Eldəniz Bakı şəhərində 20 yanvar dairəsi adlanan ərazidə avtomobildən düşmüşlər.O, həmçinin ifadəsində Elsevərlə oğurluq hadisəsini törədən zaman onları heç kəsin görməməsini, həmin iki oğurluq hadisəsindən başqa oğurluq hadisəsi törətməmələrini, o, oğurluq zamanı istifadə etdiyi əlcəyi Bakı şəhərində yerləşən aptekdən almasını, vintaçanı Qax rayonu Marsan kəndində olan hadisə yerinə tullamasını, əldə etdiyi pulun 120 manatını Elsevərə, 60 manatı isə taksi sürücüsünə verməsini, qalan 150 manatını isə özü üçün yeməyə xərcləməsini qeyd etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsində özünü təqsirli bilməsə də və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdiyi ifadəsində özünü qismən təqsirli bilsə də onların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla təsdiq olunduğuna görə məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini sübut kimi qəbul edir, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, taksi sürücüsüdür. Onun kimi taksi fəaliyyəti ilə məşğul olan tanıdığı şəxs ona bildirir ki, bir nəfər Bakı şəhərinə gedən bir sərnişini olan taksiyə ehtiyacı olduğunu və onların da iki nəfər olduğunu bildirir. Onların nömrəsini ona verir. O, onlara zəng etmişdir. Ondan soruşmuşlar ki, onun bir sərnişini var? O, da bildirmişdir ki, bəli var. O, gəlib həmin şəxsləri Qax rayonu Tasmalı kəndində yoldan götürərək Bakı şəhərinə aparmışdır. Onları 20 Yanvar metrosunda düşürtmüşdür. Qeyd edilən şəxslər hazırkı təqsirləndirilən şəxslərdir. Təqsirləndirilən şəxs2 sifətdən xatırlayır, belə ki, o, həmin vaxt maşinda qabaqda oturmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmişdir Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mercedes Benz E290” markalı ** BN *** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 13 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində mobil telefonda tanımadığı bir şəxs onun 055 746 64 32 mobil nömrəsinə zəng vuraraq, onları Bakı şəhərinə aparmasını xahiş etmişdir. Özünü Elsevər kimi təqdim edən həmin şəxs əlavə olaraq ondan başqa bir nəfərin də olduğunu demiş və Qax rayonu Tasmalı kəndinə gəlməsini xahiş etmişdir. O, da həmin şəxslə razılaşaraq, Balakən rayonundan bir nəfər qadın sərnişini götürüb Qax rayonu Tasmalı kəndinə getmişdir. Tasmalı kəndində çatdıqda Elsevər ona Qax rayonu Lələpaşa kəndinin ərazisində olduğunu bildirmiş, onları Lələpaşa kəndinin içərisindən keçən asfalt yolun kənarından taksiyə əyləşdirmişdir. Həmin şəxslərin birində idman çantası olmuş, onlar Bakı şəhərində 20 yanvar dairəsi adlanan ərazidə avtomobildən düşmüşlər. Həmin şəxslər ona gediş haqqı olaraq 60 manat pul ödəmişlər. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə Qax rayonu Marsan kəndində yaşayır. Özünə məxsus olan traktorla fındıq təmizləyərək, ailəsini dolandırır. 13 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində oğlu Turanla birlikdə Qax rayonu Turaclı kəndinə özlərinə məxsus olan traktorla fındıq təmizləməyə getmiş, həmin günü saat təxminən 11 radələrində evə gəlmişdir. Ondan təxminən 5 dəqiqə sonra isə oğlu Turan gəlmişdir. O, həyətdə olan zaman oğlu Turan tələsik geri qayıdaraq evdən oğurluq edildiyini demişdir. O, evə daxi olduqda yataq otağının qapısının daxili qıfılının qırıldığını, bütün paltar və əşyaların dağınıq halda olduğunu görmüşdür. O, evdən oğurluq edildiyindən şübhələndiyi üçün DİN-in 102 xidmətində zəng edib, hadisə barədə məlumat vermişdir. Polis şöbəsində araşdırma aparılan zaman evindən oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Oğurluq hadisəsi nəticəsində ona 330 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı ödəməmişlər. Ona görə də, onlara qanuni cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərək, təqsirləndirilən şəxslərin ona vurduğu maddi ziyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə küçəsi Bağpark küçəsi ev 67-də yaşayır. 24 avqust 2022-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı uşaqları ilə birlikdə yaşadığı evdən çıxmışdır. Onlar evdən çıxandan sonra evdə heç kəs olmamışdır. Həmin gün saat 23:30 radələrində o özü işdən çıxıb, evə gəlmiş və qapını açaraq içəriyə daxil olmuşdur. Evin qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olmasını evdən oğurluq olmasından şübhələnmiş, evə daxil olduqda otaqların dağınıq vəziyyətdə olmasını görmüşdür. O, evdən oğurluq edilməsinu başa düşmüş, evə baxış keçirib əşyaların yerində olub-olmamasını müəyyən etməyə başlamışdır. Evin qonaq otağında olan 500 manat dəyərində kişi qol saatı, daha sonra isə yuxarı mərtəbədə yerləşən otaqdan bir ədəd dəmir seyfin yerində olmadığını görmüşdür. Həmin seyfin içərisində qızı üçün hazırlatdığı qızıl boyunbağı 700 manat dəyərində və 1000 manat dəyərində briliant qaşlar və 800 manat dəyərində “Şopart” markalı qol saatı olmuş, dəmir seyfin qiyməti isə 150 manat olmuşdur. Hadisə nəticəsində ona 3150 manat maddi ziyan dəymişdir. İşin 257-260-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 noyabr 2022-ci il tarixli 22/701R nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 Nemət oğluna məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 02 (iki) ədəd “Prima” ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs2 (xx.xx.1976 Zaqatala r.) məxsus olduğu müəyyən edildi. İşin 88-89-cu vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 sentyabr 2022-ci il tarixdə Qax rayonu Marsan kəndində yaşayan X15 evindən oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. İşin 95-96-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2022-ci il tarixdə Qax rayonu Marsan kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. İşin 206-207-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 avqust 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Bağpark küçəsi ev 67-də yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etdiyi yeri və şəraiti göstərmişdir. İşin 175-176-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus evin qonaq otağında olan stolun üzərindən 500 (beş yüz) manat dəyərində kişi qol saatını, yataq otağında seyfdə saxlanılan bir ədəd 700 (yeddi yüz) manat dəyərində qadın boyunbağını, bir ədəd 800 (səkkiz yüz) manat dəyərində “Şopart” markalı qol saatını, 1000 (bir min) manat dəyərində olan brilliant qaşları və 150 (bir yüz əlli) manat dəyərində olan dəmir seyfi gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3150 (üç min yüz əlli) manat pulun oğurlandığını göstərmişdir. İşin 5-6-cı vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 evdən 330 (üç yüz otuz) manat pulun oğurlandığını göstərmişdir. İşin 148-155-ci vərəqələrində olan Qax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 221.1 və 127.2.3-cü maddələri ilə təyin edilmiş 03(üç) il, 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 13 (on üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 03(üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 oktyabr 2022-ci il tarixdə saat 18:07-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 135-139-cu vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Qax Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 4(024)- 18/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02(iki) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 145-147-ci vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi xx.xx.2022cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İşin 56-cı vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 oktyabr 2022-ci il tarixdə saat 16:27-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 129-133-cü vərəqələrində olan “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Qax Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 4(024)- 19/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02(iki) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 162-ci vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 982 saylı arayışdan görünür ki, Muradov X6 rayonu, Bəhmətli kəndində yaşayır. Cinayət işinin 163-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2018-ci il il tarixli, 981 saylı arayışdan görünür ki, Muradov X3 rayonu, Bəhmətli kəndində yaşayır. İşin 163-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin 164-cü vərəqəsində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşin 264-274-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş müstəntiqin “sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə əməl CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 177.2.4 və 177.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barələrində həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verimiş, həmin qərara əsasən iş üzrə maddi sübutlar olan 02 ədəd “Prima” markalı siqaret kötüyü iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq götürülmüş və cinayət işinə əlavə edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X1 törətdikləri əməllərdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlikləri kifayət qədər sübutа yetirilmişdir. Onların əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mаddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmünün X2 aid hissədə ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməyib, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X1 törətdikləri cinayət əməllərinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, mübahisələndirilən hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətlərinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X16rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X8rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin Cnayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət törətdiklərini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Çünki, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə, təqsirləndirilən şəxslərin məlum cinayət əməllərini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda göstərilən cinayəti, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda göstərilən Bakı şəhəri, Rəsulzadə Qəsəbəsində yerləşən fərdi yaşayış evində oğurluq cinayətlərini törətmədiklərini, polis şöbəsində onlara təzyiq göstərilərək törətmədikləri cinayət əməllərini etiraf etməyə məcbur edildikləri, polis işçiləri tərəfindən onlara işgəncələr verilməsi barədə ifadələrində göstərdiyi xüsusatları onların ifadəsini ittihamı təkzib edən sübut kimi qəbul etmir. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Binəqədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən döyüldüklərini göstərmişlər. Təqsirləndirilən şəxslərin məhkəmə baxışında verdikləri həmin ifadələri ilə bağlı Binəqədi rayon prokuroruna məlumat göndərilməklə baxılan cinayət işi üzrə prosessual əhəmiyyət kəsb etdiyinə görə məlumatın araşdırılması və nəticəsi barədə məhkəməyə bildirilməsi xahiş olunmuşdur. Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədv tərəfindən məhkəməyə göndərilən 22 dekabr 2022-ci il tarixdə daxil olmuş 532C-22 saylı məlumatdan görünür ki, məhkəmənin icraatında olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşlarının ərizəsinə Binəqədi rayon prokurorluğunda baxılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşlarının ərizələrində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən daxil olmuş məlumat əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Eldəniz və Təqsirləndirilən şəxs1 qardaşlarına qarşı zorakılığa, işgəncəyə və ya hər hansı digər qanunsuzluğa məruz qalmadığı müəyyən edildiyindən 05 dekabr 2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarının 1-ci hissəsində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından aslı olmayaraq, yaşayış tiklilərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə, məhkəmə kollegiyası toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 Vəliyəddin oğlunun CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri sübuta yetirilmişdir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan əlavə məhkəmə kolllegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə təyin edilmiş cəza ilə bağlı da aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Muradov X6 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 127.2.3, maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Qax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 221.1 və 127.2.3cü maddələri ilə təyin edilmiş 03(üç) il, 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 13 (on üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 03(üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 Vəliyəddin oğlu qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla və yenidən qəsdən cinayət törətməklə cinayətin təhlükəli residivini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, həmçinin onun əməlində cəzasını yüngülləşdirən halların olmaması qənaətinə gəlmişdir. Həmçinin digər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməməsi qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onların şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsinə lüzum görməyən məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən onun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmçinin Təqsirləndirilən şəxs2 Vəlyəddin oğluna birinci instansiya məhkəməsi tərəfindən onun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini onların şəxsiyəti, zərərçəkmiş şəxslərin mənafeyi və törətdikləri cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətləri təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesаb edir. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qax Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(024)-02/2023 saylı hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar