Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-118/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs17 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 1(037)-4/2020 saylı qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə 16 mart 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, subay, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev 8/6, mənzil 72-də qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019- cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib üzərində qəti olaraq 07 il 07 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 07(yeddi) il 07(yeddi) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 26 mart 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs1 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınması; 23 noyabr 1960-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, İsmayıllı rayon mərkəzi poliklinikasında Fizoterapiya şöbəsində tibb bacısı işləmiş, məhkum olunmamış, İsmayıllı şəhəri B.Mirzəyev küçəsi, dalan 2, ev 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cuil tarixdən 11 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün ona təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs2 01 (bir) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri B.Mirzəyev küçəsi dalan 2, ev 10 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – cinayət işinin materiallarına əlavə edilmiş 6768-6771- 7012-8692, 6768- 6771-7949-9938 və 6768-6771-7761-3563 nömrəli “Maestro” tipli kartlar cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayəti vermişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)- 193/2020 nömrəli məktubu əsasında cinayət işi verilmiş apellyasiya şikayətinin müzakirə olunması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət etmiş və vəsatət xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşur. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs9 vəsatəti müdafiə etdiyini bildirmiş, apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətdə məhkəmə hökmünün surətinin onlara verilmədiyini bildirsə də məhkəmə iclasında məhkəmə hökmünün qanunla müəyyən edilmiş vaxtda onlara müvafiq qəbzə imza etdirilməklə şəxsən təqdim olunduğunu, hökmdən apelyasiya şikayətinin verilmə vaxtı və müddəti haqda tam məlumatlı olduqlarını bildirmişdir. Hökmdən vaxtında apelyasiya şikayətinin verilməməsinin səbəbi isə Təqsirləndirilən şəxs2 yaxın qohumlarının qısa zaman ərzində onlara dəymiş ziyanı ödəyəcəkləri ilə bağlı vəd vermələri olmuşdur. Onlar həmin müddəti gözləmiş, lakin həmin müddətdə vəd verən şəxslər tərəfindən onlara heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşlər. Ona görə də hökmdən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs14 vəsatəti müdafiə etdiyini bildirmiş, Zərərçəkmiş şəxs9 izahatında göstərilənləri təsdiq edərək hökmdən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş edirlər. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 izahatında göstərilən xüsusatları təsdiq edərək zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X2 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmün qanunla müəyyən olunmuş vaxtda və müddətdə verildiyini,hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunan müddətdə onlar tərəfindən apelyasiya şikayətinin verilmədiyini, ona görə də apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etdi. Vəsatətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclası barəsində vəsatət vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və Məlahət Fərzalıyevaya, dövlət ittihamşısına, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 saylı qərarından narazı qalan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs17 izahat və çıxışlarında İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 saylı qərarının ləğv edilməsini və həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Zərərçəkmiş şəxslər əlavə olaraq izahatlarında bildirdilər ki, birinci instansiya məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs2 əri X5 onlara vurulmuş ziyandan müəyyən hissəsini ödəyərək onları razı salmış, geridə qalan borcunu 1 ay müddət ərzində ödəməsini öhdəsini götürmüş, hökümdən sonra da onlarla danışıqlar aparıb pulu ödəyəcəklərini dedikləri üçün onlar arxayın olmuşlar ki, Təqsirləndirilən şəxs2 borcun geri qalan hissəsini ödəyəcək. Daha sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək onları barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Onlar aldanıqlarını başa düşmüş, daha sonra birinci instansiya məhkəməsinə müraciət etsələr də, birinci instansiya məhkəməsi onların apellyasiya şikayəti vermə müddətlərini bərpa etməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilən digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarı ləğv edilərək həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 1(037)-4/2020 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzürsüz səbəblərdən keçirdikdən sonra həmin hökmdən apelyasiya şikayəti və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət vermiş, vəsatətdə hökmdən nə üçün vaxtında apelyasiya şikayəti vermədiklərini sübutlara istinad etməklə əsaslandırmamışdırlar. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmamışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddətdə Təqsirləndirilən şəxs2 tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya proresti verilmiş və cinayət işi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cinayət işi Şəki Apelyasiya Məhkəməsinin icraatında olduğu vaxt zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayəti vermişlər. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-193/2020 nömrəli məktubu əsasında cinayət işi verilmiş apelyasiya şikayətinin müzakirə olunması üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmündən və həmin iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2tərəfindən apelyasiya şikayəti verilmişdir. Müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasiətdə ləğv edilməsini və onun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini apelyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestində İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü və həmin iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və yeni hökm çıxarılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya protestinə qarşı etiraz verilərək apelyasiya protestinin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması apelyasiya instansiya məhkəməsindən xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxslər ayrı-ayrılıqda izahatlarında bildirdilər ki, birinci instansiya məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs2 əri X5 onlara vurulmuş ziyandan müəyyən hissəsini ödəyərək, geridə qalan borcunu 1 ay müddət ərzində ödəməsini öhdəsini götürmüş, onlar da razılaşmışlar. Ona görə onlar arxayın olmuşlar ki, Təqsirləndirilən şəxs2 borcun geri qalan hissəsini ödəyəcək, hökümdən sonra da onlarla danışıqlar aparıb pulu ödəyəcəklərini desələr də, daha sonra Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək onların barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Onlar aldadıqlarını başa düşmüş, daha sonra birinci instansiya məhkəməsinə müraciət etsələr də, birinci instansiya məhkəməsi onların apellyasiya şikayəti vermə müddətlərini bərpa etməmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Onların apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərlidir. Digər tərəfdən, kifayət qədər üzürlü səbəblər olduğu halda buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin bərpa olunmasına, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərinin işlək olmasına gətirib çıxaracaqdır. Həmçinin məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməz olsa da, istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər ilə bağlı vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı razılığa gəldikdən sonra apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını zərərçəkmiş şəxslərin qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün üzürlü səbəb olması qənaətinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin iş üzrə müdafiə tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilməsini də nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 389, 391.3.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X3 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarı ləğv edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs8 Heydar oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 və X1 İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(037)-04/2020 nömrəli hökmündən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilsin. Cinayət işi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 388-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-118/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-118/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver