Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-12/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X2, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmü ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 47/2 mənzil 9-da qeydiyyatda olan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 20 Ada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddətin 6 (altı) ay 16 (on altı) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 1 (bir) il 1 (bir) ay 2 (iki) günün ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, cəza çəkdiyi müddətdə onun üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə zalından azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, iş üzrə maddi sübut 1 ədəd sınmış vəziyyətdə olan «LG» markalı televizor, 1 ədəd «SONY» markalı videokamera, 1 cüt «MARİOLORENZO» markalı ayaqqabı, 1 cüt «GEORGİO BRUNO» markalı ayaqqabı, 1 ədəd «JOHN DEDİS» markalı kürk, 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürk, 1 ədəd qara rəngdə «CANMORE» markalı qara rəngli samur dərisindən olan qısa kürk, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk, 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə, 3 ədəd qara rəngli «BALENA» markalı ətəklər, 6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumdəstləri, 19 ədəd «SARİGÜL PELLE», «ÖZER LEDER», «FERRA BELLE», «SARİGÜLPELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM LEDER»,«MAKKOM PELLE», «CANDER PELLE» və «CİNO ARMANİ» markalı dəridən olan qadın plaşlarının zərərməkmiş şəxsə qaytarılmasının nəzərə alınması, iş üzrə maddi sübut kimi polis şöbəsində saxlanılan 3 ədəd açarların məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manatın Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməsi, hökmün icrasının Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 yanvar 2022-ci il tarixdə saat 00:30- dan 04:00-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs fərdi yaşayış evinin ikinci mərtəbəsindəki eyvanın qapısını özü ilə apardığı açarla açdıqdan sonra evə qanunsuz olaraq daxil olaraq evin birinci mərtəbəsində, dəhlizdən solda yerləşən otaqdakı stolun üzərindən 1 ədəd 10 manat dəyərində istifadədə olmuş xrustal meyvə vazını, birinin dəyəri 5 manat olan, 10 manat dəyərində 2 ədəd istifadədə olmuş qənd qabları, ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pilləkənin altından birinin dəyəri 20 manat olan, 60 manat dəyərində 3 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 10 manat olan, 50 manat dəyərində 5 qutu istifadədə olmuş xrustal stəkanları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 qutu istifadədə olmuş xrustal qədəhləri, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş xrustal güldanları, birinin dəyəri 30 manat olan, 180 manat dəyərində 6 ədəd istifadədə olmuş vazları, birinin dəyəri 20 manat olan, 80 manat dəyərində 4 ədəd istifadədə olmuş dördayaqlı və birinin dəyəri 10 manat olan, 40 manat dəyərində 4 ədəd istifadədə olmuş ayaqsız xrustal qəndqabları, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş böyük xrustal bulud qabları, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş kiçik bulud qabları, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş xrustal ləpə qablarını, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş ayaqlı ləpə qablarını, birinin dəyəri 25 manat olan, 50 manat dəyərində 2 ədəd istifadədə olmuş tort qablarını, 1 ədəd 40 manat dəyərində istifadədə olmuş çay servisi dəstələrini, 1 ədəd 100 manat dəyərində istifadədə olmuş nahar servisi dəstələrini, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş qaşıq dəstini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş «TEFAL» qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 100 manat dəyərində 5 ədəd istifadədə olmuş adi qazan dəstlərini, birinin dəyəri 20 manat olan, 40 manat dəyərində 2 ədəd istifadədə olmuş alüminuim qəzan dəstlərini, dəhlizdən sağda yerləşən otaqdan 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «LG» markalı televizoru, 1 ədəd 25 manat dəyərində istifadədə olmuş «SUPRA» markalı televizoru, taxta pilləklənlə ikinci mərtəbəyə qalxdıqda isə sürahıdan 1 ədəd 2500 manat dəyərində istifadədə olmamış «JOHN DEDİS» markalı qara rəngli kürkü, 1 ədəd qara rəngli samur dərisindən olan 800 manat dəyərində «CANMORE» markalı qısa kürkü, birinin dəyəri 30 manat olan, 120 manat dəyərində 4 ədəd istifadədə olmuş yaşıl və ağ rənglərdə odiyalları, ikinci mərtəbənin dəhlizindən solda yerləşən birinci yataq otağındakı «trimo»nun rəfindən 1 cüt 15 manat dəyərində istifadədə olmuş «MARİOLORENZO» markalı kişi ayaqqabısını, 1 cüt 15 manat dəyərində istifadədə olmuş «GEORGİO BRUNO» markalı kişi ayaqqabısını, 1 qutu 3.60 manat dəyərində «KENT -8» markalı siqareti, paltar dolabındakı asılqandan 1 ədəd qara rəngli 20 manat dəyərində istifadədə olmuş pencəyi, birinin dəyəri 10 manat olan, 20 manat dəyərində 2 ədəd istifadədə olmuş bənövşəyi və qara rəngli yay köynəklərini, birinin dəyəri 40 manat olan, 120 manat dəyərində 3 ədəd istifadədə olmuş ağ rəngli yataq örtüklərini, birinin dəyəri 20 manat olan, 240 manat dəyərində 12 dəst istifadədə olmuş yataq dəstlərini, birinin dəyəri 5 manat olan, 30 manat dəyərində 6 dəst istifadədə olmuş əl-üz dəsmalını, birinin dəyəri 10 manat olan, 120 manat dəyərində 12 ədəd istifadədə olmuş hamam dəsmaları, birinin dəyəri 10 manat olan, 80 manat dəyərində 8 qutu istifadədə olmuş çay dəsmallarını, dəhlizin şimal hissəsində olan iri ölçülü qutunun içərisindən birinin dəyəri 30 manat olan, 390 manat dəyərində, 13 ədəd istifadədə olmuş qara rəngli donları, birinin dəyəri 22 manat olan, 374 manat dəyərində 17 ədəd «BALENA» markalı istifadədə olmamış qarışıq rəngli ətəkləri, birinin dəyəri 50 manat olan, 1250 manat dəyərində 25 dəst qarışıq rəngdə, istifadədə olmamış «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını, dəhlizdən sağda yerləşən ikinci otaqdan 1 ədəd 20 manat dəyərində istifadədə olmuş «SAMSUNG» markalı videomaqnitofonu, 1 ədəd 30 manat dəyərində istifadədə olmuş «SONY» makralı videokameranı, asılqandan birinin dəyəri 250 manat olan, 1250 manat dəyərində 5 ədəd istifadədə olmamış qarışıq rəngli xəzdən olan plaşları, 1 ədəd 900 manat dəyərində istifadədə olmamış «BOSS>> markalı kürkü, 1 ədəd qara rəngli 1500 manat dəyərində istifadədə olmamış uzun kürkü, birinin dəyəri 350 manat olan, 1400 manat dəyərində 4 ədəd üzəri dəri olan istifadədə olmamış «EVEMORE» markalı qoyun dərisindən olan kürkləri, birinin dəyəri 400 manat olan, 2000 manat dəyərində, 5 ədəd uzun ölçülü istifadədə olmamış qoyun dərisindən olan qara rəngli kürkləri, birinin dəyəri 250 manat olan, 1750 manat dəyərində 7 ədəd istifadədə olmamış qoyun dərisindən olan qarışıq rəngli qoyun dərisindən olan qısa kürkləri, birinin dəyəri 400 manat olan, 1200 manat dəyərində 3 ədəd istifadədə olmamış olan boyun hissəsi xəzdən ibarət qoyun dərisindən kürkləri birinin dəyəri 150 manat olan, 3000 manat dəyərində 20 ədəd dəridən olan «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalıuzun qadın plaşları və «YAVUZ LEDER» markalı qısa ölçüdə gödəkçələri özgənin yəni, Zərərçəkmiş şəxs məxsus cəmi 20457,60 (iyirmi min dörd yül əlli manat 60 qəpik) manat məbləğində əmlakı zərərçəkmiş şəxsə həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, o cümlədən verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, həqiqətən də 01 yanvar 2022-ci ildə qonşusu Zərərçəkmiş şəxs evindən ehtiyacı olduğu üçün əşyalar oğurlamışdır. Lakin o, həmin evdən qabqacaq oğurlamamışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsə dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyik ifadəsində bildirmişdir ki,o, 2021ci ilin dekabr ayının sonlarından anası Şahid1, nənəsi Maya Rəsulova və 3 azyaşlı bacıları ilə birlikdə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 20№li evdə kirayə yaşamağa başladılar. O, yaşadığı evin yanında iki mərtəbəli ev olmasını gördü, həmin evin sahibsiz olmasını dəqiqləşdirib ünvana girmək istədi. Əvvəlcə daş hasardan aşıb həyətə keçdi, evin girişçıxışını yoxlayanda həmin evə girməyin qeyri-mümkün olmasını gördü. Daha sonra isə o, evin giriş qapısını yoxlayanda açarların evdə olan ehtiyat açarlara oxşadığını müəyyən etdi. Həmin ərəfədə gecə vaxtı açarları götürüb Zərərçəkmiş şəxs həyətinə girərək ikinci mərtəbəyə qalxıb eyvanın qapısının kilidini açıb yoxlayan zaman açarların qapını açmasını müəyyən etdi. Maddi vəziyyətində yaranmış çətinliyi aradan qaldırmaq məqsədi ilə evdəki əşyaları oğurlayıb satmaq qərarına gəldi. 01 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində hasardan aşmaqla həmin evin ikinci mərtəbəsindəki eyvanın seyf qapısını özü ilə apardığı açarla açaraq evə girdi. O, otaqları gəzəndə ikinci mərtəbədəki yataq otağındakı dolabda 1 qutu «WEST» və ya «Kent» markalı siqareti tapıb çəkməyə başladı. Evi nəzərdən keçirəndə evin birinci mərtəbəsindəki otaqlarda, qab-qacaq dəstləri, televizor, videokamera olmasını gördü, siqaret çəkəndən sonra da taxta pilləkənlərlə çıxıb evin ikinci mərtəbəsini gəzərək orada çoxlu kürk, don, ətək, qoyun dərisindən olan palto və plaşların olmasını dəqiqləşdirdi. Həmin malların pula gedən olmasını başa düşərək oğurlamaq qərarına gəldi. Pilləkəni qalxarkən sürahinin üstündə qara rəngli «Karakul»dan «JOHN DEDİS» markalı kürkün və 2 ədəd əlavə dəri plaşın olmasını aşkarladı. Sonra sağdakı birinci otağa daxil olmuş, orada da çoxlu sayda dəri plaşların, kürklərin və qoyun dərisindən olan kürklərin olmasını müəyyən etdi. Bundan sonra isə yataq otağına girərək orada 2 cüt ayaqqabının olmasını, onun paltar dolabına baxanda orada 1 ədəd ağ rəngli qolu qısa köynək olmasını müəyyən etdi. Sonra isə dəhlizin küncündə sarı rəngli karton qutulara nəzər yetirdi. Həmin qutunun üstündə pələng oyuncağını onun üstündən götürdükdən sonra orada müxtəlif rəngdə qadın ətəkləri və donları olmasını müəyyən etdi. Orada 01 yanvar 2022-ci il tarixədək birinci mərtəbədə televizor olan otaqda, yəni mətbəxin arxasındakı otaqda olan açılıb-yığılan yataq dəstində bir qədər uzanıb dincəldi. Bir qədər yuxuladıqdan sonra ayılıb birinci mərtəbənin qapısını arxadan açdı, 40-a yaxın kürkü, dəri plaşları, sayını xatırlamadığı qadın donları və ətəklərini, 1 ədəd «LG» markalı kiçik ölçülü televizor, 1 ədəd içərisində video kaset olmasını sonradan bildiyi «Sony» markalı videokameranı da evdən götürdü. Bütün əşyaları ilk olaraq hasarın yanına gətirib yaşadığı həyətə atdı. Televizoru hasardan keçirəndə əlindən salıb sındırdı. Sonra isə birinci mərtəbənin qapısını açıq qoyub getdi. Əşyaları həmin gün yaşadığı evdəki anbara yığdı. Səhəri gün anası Şahid1 əşyaların haradan almasını soruşanda ona Yevlaxdan olan tanışının mağazasında işlərin iflasa uğradığından həmin əşyaları satmaq üçün verməsini dedi. Eyni zamanda evə tanışı Şahid2 dəvət edərək ona da Yevlaxdan tanışının mağazasında işlərin iflasa uğradığından həmin əyşaları satmaq üçün verməsini deməklə əşyaların satılmasında ona köməklik etməsini xahiş etmişdir. İlk olaraq 2022-ci ilin yanvar ayının ortalarında o və Şahid2 «Platin» adlanan geyim əşyaları mağazasına gedərək mağaza sahibi Şahid3lə danışdı. İlkin olaraq ona dərman reseptini göstərib anasının xəstə olmasın deməklə 300 manata 3 ədəd kişi gödəkçəsi verdi. Ona əlavə olaraq don, ətək və plaşların da satılmasını bildirdikdə o, razılaşandan sonra ona xatırlamadığı sayda donları və 18-19 ədəd gödəkçələri satdı. Ümumilikdə ondan satdığı geyim əşyalaranın müqabilində 600 manat məbləğində pul almışdır. Sonra isə anası Şahid1 pul lazım olduğundan Şahid6 evi çağıraraq ondan 300 manat pul götürməyin müqabilində 4 ədəd kürkü girov qoydular. O, pulu verəndən sonra pulun 200 manatı anasına, 50 manatını Şahid2, yerdə qalanı isə ona çatdı. Sonra isə anası ilə Şahid9 arasında olan avtomobil alqı-satqısından yaranmış borca görə aparıb Şahid9 10 ədəd dəridən olan qadın plaşı verdi. 2022-ci ilin yanvar ayının sonlarında ayının Şahid2 onun xahişi ilə tanışı «Ləpi» ləqəbli Şahid4 1 ədəd samur dərisindən kürk və 1 ədəd sarı rəngli dəri gödəkçəni 270 manata satdı. Sonra isə həmin pulu yarı böldülər. Həmçinin 2 ədəd kürkü qızıl-zinət əşyaları satan Şahid5 20 manata satdı, onunla həmin pulu da yarıya böldülər. Daha sonra isə fevral ayının əvvəllərində 2 ədəd kürkü də Şahid7 60 manata satdı, lakin, həmin pul bütövlükdə özünə çatdı. Sonradan Şahid2 özündə qaldığı ayaqqabını hədiyyə etdi. «LG» markalı televizor sındığı üçün onu sata bilmədi. Videokameranı Seymur və İlkin adlı tanışlarına satmaq istəsə də, alan olmadı. Sonradan videokameranın içərisindəki kasetə baxanda Şahid2 və anası Şahid1 Zərərçəkmiş şəxs evindən oğurluq etməyini bilsələr də, artıq gec idi, çünki bütün oğurluq mallar satılmışdır. İstintaq prosesində anası Şahid1 evdə qalmış 1 ədəd «Karakul»dan «JOHN DEDİS» markalı kürkü, 3 ədəd qadın plaşı olmaqla 4 ədəd geyim əşyasını, «SONY» markalı videokameranı, 1 cüt ayaqqabı və Zərərçəkmiş şəxs məxsus evin ikinci mərtəbəsinin qapısını açdığı açarları təqdim etdi. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki birinci instansiya məhkəməsi iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, ünvan 2 ünvanında yerləşən iki mərtəbəli evi 2009-cu ildə tikdirmişdir. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayır. 2021-ci ilin oktyabr ayından etibarən isə evdə təmirə başladığından ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. Şəxsi işləri ilə əlaqədar olaraq bir müddət evə gəlib baş çəkə bilmədi. Belə ki, səhhətində yaranmış narahatçılıqlarla bağlı müalicə almışdır. xx.xx.2022-ci ildə evi yoxlamağa gələn zaman giriş qapısının açıq olmasını müəyyən etdi. İçəri daxil olduqda mətbəxdə çay içilməsini, həmçinin otaqlarda səliqə- səhmanın pozulmasını müşahidə edib evindən oğurluq edilməsini başa düşdü. Oğurlanan əşyaların dəqiq siyahısını bilmədiyi üçün həmin gün polisə məlumat vermədi. Səhəri gün isə evə gələrək evə baxış keçirdikdən sonra evə qanunsuz daxil olmuş şəxslərin evin birinci mərtəbəsində olan otaqdakı stolun üzərindən 1 ədəd istifadə edilmiş xurstal meyvə vazını, 2 ədəd istifadə olunmuş qəndqabılarını, ikinci mərtəbəyə qalxmaq üçün nəzərdə tutulmuş taxta pilləkənin altından isə 3 qutu xrustal qədəhləri, 5 qutu xrustal stəkanları, 2 qutu xrustal qədəhləri, 6 ədəd xrustal güldanları, 6 ədəd vazları, 4 ədəd 4 ayaqlı və 4 ədəd ayaqsız xrustal qəndqabdan, 2 ədəd böyük xrustal buludu qabları, 2 ədəd kiçik buludu qabları, 2 ədəd xrustal ləpə qablarını, 2 ədəd ayaqlı ləpə qablarını, 1 ədəd 30 manat və 1 ədəd tort qablarını, 1 ədəd çay servisi dəstələrini, 1 ədəd nahar servisi dəstələrini, 1 ədəd qaşıq dəstini, 3 ədəd «TEFAL» qazan dəstlərini, 5 ədəd adi qazan dəstlərini, 2 ədəd alüminuim qazan dəstlərini, sağ tərəfdəki otaqdan 1 ədəd «LG» markalı, 1 ədəd «SUPRA» markalı televizorları, taxta pilləklənlə ikinci mərtəbəyə qalxdıqda isə sürahıdan 1 ədəd «JOHN DEDİS» markalı, qara rəngli kürkü, 1 ədəd «CANMORE» markalı qara rəngli samur dərisindən olan qısa kürkü, 1 ədədinin dəyəri yaşıl və ağ rənglərdə 4 ədəd odiyalları, soldan birinci olan yataq otağından 2 ədəd çəhrayı və göy rəngli kişi ayaqqabılarını, 1 qutu «KENT -8» markalı siqareti, paltar dolabmdakı asılqandan 1 ədəd qara rəngli pencəyi, 2 ədəd bənövşəyi və qara rəngli yay köynəklərini, 3 ədəd ağ rəngli yataq örtüklərini, 12 dəst yataq dəstlərini, 6 dəst əl-üz dəsmalını, 12 ədəd hamam dəsmalarmı, 8 qutu çay dəsmallarını, dəhlizin şimal hissəsində olan iri ölçülü qutunun içərisindən 13 ədəd qara rəngli donları, 17 ədəd «BALENA» markalı qarışıq rəngli ətəkləri, 25 dəst qarışıq rəngdə «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını, sağdan ikinci otaqdan dəyəri olmayan viedokasetləri, 1 ədəd 20 manat dəyərində «SAMSUNG» markalı videomaqnitofonu, 1 ədəd «SONY» makralı videokameranı, asılqandan qarışıq rəngli 5 ədəd xəzdən olan plaşları, 1 ədəd ala rəngli «BOSS» markalı kürkü, 1 ədəd qara rəngli uzun kürkün, «EVERMORE» markalı 4 ədəd üzəri dəri olan qoyun dərisindən kürkləri, 5 ədəd uzun ölçülü qoyun dərisindən olan qara rəngli kürkləri, qısa qoyun dərisindən olan qarışıq rəngli 7 ədəd qoyun dərisindən olan kürkü, 3 ədəd boyun hissəsi xəzdən ibarət qoyun dərisindən kürkləri, 20 ədəd dəridən olan, «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın və «YAVUZ LEDER» markalı qısa ölçüdə plaşların oğurlandığını müəyyən etdi. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etdi. Polis əməkdaşları da gəlib evinə baxış keçirdilər. Orada fotoşəkillər çəkilərək protokollar tərtib olundu. Daha sonra isə protokola imza edərək polis şöbəsinə gəlib ərizə yazdı. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs Fərif Şərifliyə heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2021-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qonşuluğunda yerləşən evdə kirayədə yaşayır. Həmin evdə oğlu Təqsirləndirilən şəxs, anası Maya Rəsulova, oğlu Təqsirləndirilən şəxs və digər 3 nəfər azyaşlı uşaqları ilə birlikdə yaşayırdı. Zərərçəkmiş şəxsla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs qonşuluqdakı evdə yaşamırdı. Lakin bəzən Zərərçəkmiş şəxs gəlib evini yoxlayır. 2022-ci ilin yanvar ayının əvvəllərində oğlu Təqsirləndirilən şəxs evə televizor, videokamera, qadın kostyum dəstləri, kürklər, qadın ətəkləri və plaşlar gətirərək həmin əşyaların Yevlax rayonunda yaşayan dostunun mağazasından olmasını, dostunun iflasa uğradığından həmin əşyaları satmaq üçün ona göndərməsini dedi. Sonradan oğlu evə tanışı Şahid2 da dəvət edərək ona həmin əşyaların satılmasında köməklik etməsini xahiş etdikdə Şahid2 da onunla razılaşdı. Bundan sonra oğlu Təqsirləndirilən şəxs ilə Şahid2 əşyaların bir qismini götürüb ünvan 3 ünvanında yerləşən «Platin» adlanan geyim əşyaları mağazasına aparıb satdılar. Paylaşdırma işlərində oğluna Şahid2 köməklik etdi. Çünki, oğlunun geyim əşyaları satan tanışı olmadığından Şahid2 ona köməklik etməsini xahiş etdi. Bir dəfə oğlu ona pul lazım olmasını dedikdə, ona pul olmadığını dedi. Sonra isə Şahid2 Şahid6 evdə olan 4 kürkü girov qoymağın müqabilində 300 manat pul götürdülər. O, pulun 200 manatını özünə götürdü. Yerdə qalan 100 manatı isə oğlu ilə Şahid2 verdi. Sonradan isə aralarında olan söhbətə görə evdə olan mallardan borclu olduğu pulun müqabilində Şahid9 10 ədəd kürk verdi və ondan 50 manat pul aldı. Lakin Şahid9 həmin kürkləri qaytarmamışdır. Sonra isə oğlunun həmin əşyaları qonşusu Zərərçəkmiş şəxs evindən oğurlaması məlum olduğundan o, həbs olunmuşdur. Əşyaların oğurluq olmasını biləndən sonra evə qalan 1 ədəd «SONY» markalı video kameranı, 1 ədəd «JOHN DEDİS» markalı kürkü, 3 ədəd oğlu X12 Əzizovun evinə girməkdə istifadə etdiyi açarları, 1 ədəd sınmış televizoru, 3 ədəd qadın paltosunu və 1 cüt ayaqqabını könüllü olaraq təqdim etdi. Zərərçəkmiş şəxs yaşadığı evdən geyim, məişət əşyalarını oğlu Təqsirləndirilən şəxs oğurlayıb yaşadığı evə gətirdi. Həmin əşyaların içərisində qab-qacaq yə yataq dəstləri görmədi. Əşyalar da evdə olmayanda gətirildiklərindən onların kiminsə köməkliyi ilə gətiribgətirməməsi barədə məlumatı olmamış, həmin geyim əşylarının və məişət cihazlarının oğurluq olmasından sonradan məlumatlı olmuş, özü isə oğurluqda oğluna köməklik etməmişdir. Oğlunun həmin hadisəni təkbaşına və ya kiminsə iştirakı ilə törətməsindən məlumatı olmamışdır. Hər şeyi, o cümlədən Zərərçəkmiş şəxs evinin qapısını evdə olan açarla açmasını sonradan bildi. O cümlədən oğlu bir dəfə də Seymuru çağırıb ona «SONY» markalı videokameranı satın almasını təklif etsə də, Seymur imtina etdi. Oğlunun Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə girməsinin bilavasitə şahid olmamışdı. Birinci instansiya məhkəməsi iclasında Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və onun anası Şahid1 ilə münasibətləri yaxşıdır. Onların evinə daima gedib-gələn olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs onu yaşadığı Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən evinə dəvət etdi, evdə olan kürkləri və dəri paltoları göstərib Yevlaxdan olan tanışının iflasa uğradığını və mağazanı bağlayandan sonra satmağa verməsini və həmin əşyaları satmaq lazım olmasın deyib ona kömək etməsini xahiş etdi. Sonra isə Şahid1 ona pul lazım olmasını əvvəlcə tanıdığı şəxslərin yanına getsə də, pul verən olmadığını bildirdi. Sonra isə Şahid1 faizə pul götürüb kürk girov qoyacağını dedikdən sonra Şahid6 tapıb Samirə Nəcfəlinin evində olan 4 ədəd kürkü girov qoyaraq 300 manat pul götürməsinə kömək etdi. Şahid1 həmin pulun 200 manatını özünə götürdü, yerdə qalan 100 manatını isə Təqsirləndirilən şəxs ilə arasında böldülər. O cümlədən həmin ərəfədə xatırlamıdığı vaxtda Təqsirləndirilən şəxs vermiş olduğu 2 ədəd qadın üçün dəri plaşları qızıl-zinət əşyaları satan Şahid5 20 manata sataraq pulunu Təqsirləndirilən şəxs ilə yarıya böldü. Daha sonra Təqsirləndirilən şəxs onu evə çağırıb yenidən geyim əşyaları satmağına kömək etməyini xahiş etdi. O və Təqsirləndirilən şəxs əvvəlcə kürklərin 10 ədədini «Platin» mağazasında işləyən tanışı Şahid3 yanına apardılar. Şahid3 yanına çatanda Təqsirləndirilən şəxs ona resepti göstərib anasının müalicə xərclərinə pul lazım olmasını, əvvəllər dostunun geyim əşyalarının satışı ilə məşğul olduğunu, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, gödəkçələri satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dedi. Zəfər Müdafiəçi2 10 ədəd plaş üçün 300 manat məbləğində pul verdi. Təqsirləndirilən şəxs həmin pulun 50 manatını ona verdikdən sonra da Təqsirləndirilən şəxs onun iştirakı olmadan Şahid3 yanına qadın kostyum dəsti, ətəklər, plaşlar və kürkləri aparıb satdığını eşitmişdi. Üçüncü dəfə onların yaşadığı evə gedəndə Təqsirləndirilən şəxs ona «SONY» markalı videokameranı göstərib satmaq istədiyini deyəndə artıq hər kəsdə mobil telefon olmasını və video kameranın pula getmədiyini dedi. Onların evinin içərisində qadın plaşları, kişi gödəkçələri və ayaqqabılar və donlar olmasını gördü. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona 1 cüt göy rəngli ayaqqabı, 1 ədəd dəridən kişi üçün qoyun dərisindən olan kürkü və kişi ködəkçəsini verib satmağını xahiş etdi. Həmçinin ona 1 ədəd qadın plaşını da pay verdi. Ayaqqabını özü geyinmək üçün götürsə də, sonra tanışı Şahid7 pay verdi. Kürkü və gödəkçəni isə ümumilikdə 270 manata «Ləpi» ləqəbli Şahid4 satıb pulunu Təqsirləndirilən şəxs verdi, o da puldan 100 manatını onunla birlikdə xərclədi. Dördüncü dəfə Fəridin yaşadığı evə gedəndə onlarda olan videokameranın içərisindəki kasetə baxıb orada Zərərçəkmiş şəxs və onun bacısını görüb Təqsirləndirilən şəxs nə məsələ olmasını soruşanda bütün əşyaları onun evindən oğurlamasını dedi. Təqsirləndirilən şəxs onu aldatmasına görə irad tutub evini tərk etdi. Sonradan qohumu Şahid3 də olanları danışanda o, olanları bilib Təqsirləndirilən şəxs aldığı qadın kostyumları və ətəkləri geri qaytarmış, ondan qadın kostyum dəstləri və ətəklərini alıb mənzilinə gətirdi. Cinayət əməlini Fərid Şirinli təkbaşına törətmişdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə nə vaxt girməsindən və oradan konkret nə oğrulamasmdan məlumatı yoxdur. Birinci instansiya məhkəməsi iclasında Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, 2012-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən «Platin» adlanan geyim əşyaları mağazasını işlədir. Orada yay və qış mösümləri üçün geyimlər satır. Satdığı geyim əşyalarını əsasən Türkiyə Respublikasından gətirir. 2022-ci ilin yanvar ayının əvvəllərində sonradan adını bildiyi Fərid qohumu onun Şahid2la birlikdə mağazaya gəldi. Fərid torbada qara və çəhrayı rəngdə olan 10 ədəd qadın plaşını gətirmişdi, fərdi şəxslərdən geyim əşyası satın almadığını desə də, Fərid cibindən dərman resepti çıxarıb dostunun anasının xəstə olduğuna görə həmin plaşları satmasını bildirdi. Ondan bu qədər plaşın haradan olmasını soruşanda Yevlax şəhərində yaşayan dostunun əvvəllər yarmarkada geyim əşyaları satdığını, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, geyim əşyalarını satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dedi. Ona inanıb həmin geyim əşyalarını 300 manata dəyərləndirib satın aldı. Pulun 200 manatını verib, yerdə qalan 100 manatı isə sonra verəcəyini bildirdi. Səhəri gün o, mağazaya yerdə qalan 100 manat pulun almağa gələndə əlavə 12-13 ədəd kişi üçün qısa kürkü, qadın kostyumu və ətəkləri gətirdi. Lakin, gətirdiyi geyim əşyaları xoşuna gəlmədiyindən onları almaqdan imtina etdi. Sonra isə Fərid çıxıb getdi. Daha sonra isə Təqsirləndirilən şəxs onun mağazasına yenidən 10-dan yuxarı kürklər, plaşlar, qadın kostyum dəstləri və ətəklər gətirdi, ona həmin əşyaları dəbdə olmadıqlardan cəmi 300 manat pul verib satın almışdır. Geyim əşyalarının bir qismini satandan sonra qohumu Şahid2 Təqsirləndirilən şəxs ona satdığı geyim əşyalarının oğurluq yolu ilə əldə edilməsini öyrəndiyindən geyim əşyalarının geri qaytarılmalı olmasını və həyacanlı olduğundan 10 mart 2022-ci il tarixdə onda qalmış 3 ədəd qara rəngli «BALENA» markalı ətəkləri, 6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumlarını teztələsik Şahid2 verdi, sonra isə mağazadakı malları saf-çürük edərək Təqsirləndirilən şəxs satın aldığı 10 ədəd «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın plaşlarının satılmadığını müəyyən etdi. Yerdə qalan qadın ətəyi, qadın kostyum dəstləri, palto və kürkləri xatırlamadığı şəxslərə satdığı üçün onları geri qaytara bilmədi. Təqsirləndirilən şəxs dəri plaşları, qadın kostyum dəstləri, ətəkləri gətirib satanda və sair paltarları satmaq istəyəndə onların oğurluq yolu ilə əldə edilməsini bilməmiş, geyim əşyalarının kimə məxsus olmasını soruşanda onların özlərinə məxsus olmasını, əvvəllər dostunun geyim əşyalarının satışı ilə məşğul olduğunu, həmin əşyaların da mağazada alverə son qoyduqdan sonra evində qaldığını, geyim əşyalarını satmağı müqabilində dostunun anasının müalicəsinə köməklik etməyə söz verdiyini dediyindən ona inanıb malları satın aldı və oğurluq olmasından şübhələnməmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, Şahid2 uzun illərdir ki, tanıyır. Onunla aralarındakı münasibətlər yaxşıdır. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı evin yaxınlığında olan zaman Şahid2 yaxınlaşaraq satılıq dəridən olan kişi gödəkçələri olmasını bildirdi. Ondan gödəkçələrin haradan olmasını soruşanda dostu Təqsirləndirilən şəxs gödəkçə satışı ilə məşğul olmasını və bu işdə ona kömək etməsini dedi. Gödəkçələr neçəyə satmasını soruşanda ikisini bir yerdə 270 manata satdığını dedi. Gödəkçələri əyninə geyinərək onun ölçüsü olmasını görüb Şahid2 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə və 1 ədəd qara rəngli «CANMORE» markalı samur dərisindən olan qısa kürk üçün 270 manat pul verməklə həmin gödəkçələri ondan satın aldı. Sonradan polis şöbəsinə dəvət olunanda gödəkçələrin oğurluq olmasını bildi. Birinci instansiya məhkəməsi iclasında Şahid6 verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Şahid2 4-5 ildir ki, bir şəhər sakini kimi tanıyır. Onunla aralarındakı münasibətlər normaldır. 2022-ci ilin yanvar ayında günorta saatlarında Mingəçevir şəhəri "xxxx" ASC- nin yanında gəzişərkən Şahid2 yaxınlaşaraq tanışlarının avtomobilə yaranmış borcu ilə əlaqədar olaraq pul lazım olmasını deyib onlara borc pul verməyini xahiş etmişdir. O, isə onlara verdiyi pulun əvəzində nə vəd etdiklərini soruşanda Şahid2 onu Fərid Şərili ilə anası Şahid1 yaşadığı ünvana aparmışdır. Orada onlara 300 manat məbləğində pul verməyi müqabilində Təqsirləndirilən şəxs və Şahid1 ona 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü verməyi təklif etdilər. Onlardan geyim əşyalarının haradan olmasını soruşanda Təqsirləndirilən şəxs gödəkçə və palto satışı ilə məşğul olmasını və bu işdə ona Şahid2 də köməklik etməsini dedi. O, da Təqsirləndirilən şəxs inanıb həmin geyim əşyalarını verdiyi 300 manat pulun müqabilində girov olaraq qəbul etdi. Sonradan polis şöbəsinə dəvət olunanda həmin geyim əşyalarının oğurluq yolu ilə əldə olunmasını bildi. O, 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü qəbul edərəkən oğurluq yolu ilə əldə edilməsini əvvəlcədən bilməmişdi. Birinci instansiya məhkəməsi iclasında Şahid7 verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır. Şahid2 və Təqsirləndirilən şəxs isə uzun illərdir ki, tanıyır. Onlarla aralarındakı münasibətlər yaxşıdır. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq satlıq dəridən olan kişi gödəkçəsi və qadın plaşı olmasını bildirdi. Ondan plaş və gödəkçənin haradan olmasını soruşanda Təqsirləndirilən şəxs gödəkçə satışı ilə məşğul olmasını və bu işdə Yevlaxda yaşayan dostuna kömək etməsini dedi. Plaş və gödəkçəni neçəyə satmasını soruşanda ikisini bir yerdə 60 manata satdığını bildirdi. Gödəkçəni əyninə geyinərək onun ölçüsündə olmasını görüb ona 1 ədəd qara rəngdə «Yıldınm Leder» markalı dəridən qadın plaşı, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk üçün 60 manat pul verməklə həmin geyim əşyalarını Fəriddən almışdır. Sonra isə Şahid2la gəzən zaman ayağna geyindiyi ayaqqabının köhnə olmasını görüb Ramil evdə ayaqqabısı olmasını və həmin ayaqqabını ona pay verə biləcəyini dedikdə imtina etsə də, Ramil israr edib onunla birlikdə evinin yanma getmiş və ayaqqabını ona hədiyyə etmişdi. Sonradan polis şöbəsinə dəvət olunanda plaşın, gödəkçənin və ayaqqabının oğurluq olmasını bildi. Təqsirləndirilən şəxs satın aldığı dəri gödəkçə və plaşın, o cümlədən Şahid2 hədiyyə olaraq qəbul etdiyi ayaqqabının oğurluq yolu ilə əldə edilməsini bilməmişdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid5, Şahid8 və Şahid9 ibtidai istintaq zamanı verdikləri və birinci instansiya məhkəməsi iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 5-7-ci vərəqlərində olan 04 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilir ki, ünvan 2 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş verməsi müəyyən edilmiş, baxış keçirilən zaman hadisə yerindən evin birinci mərtəbəsindəki dəhlizinsağında yerləşən ikinci otaqdakı çarpayının üzərindən 2 ədəd tük nümunəsi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 38-ci vərəqində olan 09 fevral 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid1 könüllü olaraq təqdim etdiyi, 3 ədəd açar, 1 ədəd «SONY» markalı videokamera, o cümlədən yaşadığı evdə saxlanılan 1 ədəd sınmış vəziyyətdə olan «LG» markalı televizor, 3 ədəd «SARİGÜL PELLE», «ÖZER LEDER» və «DİLANDER» markalı dəridən qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 46-cı vərəqində olan 10 fevral 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, X1 olaraq təqdim etdiyi, 1 ədəd «JOETN DEDİS» markalı kürk, və 1 cüt «MARİOLORENZO» markalı ayaqqabı mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 138-ci vərəqində olan 10 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid2 könüllü olaraq təqdim etdiyi, 1 ədəd cərayı rəngdə «FERRA BELLE» markalı dəridən qadın plaşı, 3 ədəd qara rəngli «BALENA» markalı ətəklər, 6 dəst ağ rəngli «SPOSA», «ARİVAL EXSLUSİVE», «VİORE» markalı qadın kostyumları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 150-ci vərəqində olan 11 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid3 könüllü olaraq təqdim etdiyi 10 ədəd müxtəlif rənglərdə «FERRA PELLE», «SARİGÜL PELLE», «ÖZER LEDER», «TORİ», «DİLANDER», «YİLDİRİM», «MAKKOM PELLE», «CANDER PELLE», «CİNO ARMANİ» markalı uzun qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 159-cu vərəqində olan 12 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid4 könüllü olaraq təqdim etdiyi 1 ədəd sarı rəngdə «YAVUZ LEDER» markalı gödəkçə mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 162-ci vərəqində olan 14 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid4 könülli' olaraq təqdim etdiyi 1 ədəd qara rəngdə «CANMORE» markalı qara rəngli samur dərisindər olan qısa kürk mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 170-ci vərəqində olan 15 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid5 könüllü olaraq təqdim etdiyi 2 ədəd qara və çəhrayı rənglərdə «FERRA BELLE» və «DİLANDER» markalı dəridən qadın plaşları mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 177-ci vərəqində olan 16 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid6 könüllü olaraq təqdim etdiyi 3 ədəd qara və boz rənglərdə «ÖZER LEDER» və «Sargül PELLE» markalı dəridən qadın plaşları və 1 ədəd «EVERMORE» markalı qoyun dərisindən olan qadın kürkü mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 185-ci vərəqində olan 17 mart 2022-ci il tarixli götürmə barədə protokolda göstərilir ki, Şahid7 könüllü olaraq təqdim etdiyi 1 ədəd qara rəngdə «Yıldırım Leder» markalı dəridən qadın plaşı, 1 ədəd qara rəngdə «BOSS» markalı kürk və 1 cüt göy rəngdə «GEORGİO BRUNO» markalı ayaqqabı mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşin 189-cu vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 cüt sarı rəngli «MARİOLORENZO» markalı kişi ayaqqabısı oxşar 2 ədəd ayaqqabı oxşar ayaqqabıların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 191-ci vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 cüt göy rəngli «GEORGİO BURNO» markalı kişi ayaqqabısı oxşar 2 ədəd ayaqqabı oxşar ayaqqabıların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 193-ci vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd boz rəngli «EVER MORE» markalı qadın kürkü oxşar kürklərin arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 196-cı vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd çəhrayı rəngli «ÖZE LEDER» markalı dəridən qadın plaşı oxşar plaşların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 199-cu vərəqində olan 28 mart 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokolda göstərilir ki, oğurluq yolu ilə əldə edilmiş, 1 ədəd çəhrayı rəngli «YİLDİRİM» markalı dəridən qadın plaşı oxşar plaşların arasında Zərərçəkmiş şəxs təqdim edildikdə o, təqdim edilən əşyalar arasında özünə məxsus olanı tanımışdır. İşin 236-239-cu vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli, 9/2611 saylı rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən geyim əşyaları, məişət cihazları və qab- qaçaqların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) 2022-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 19654,00 manat müəyyən edilir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddətin 6 (altı) ay 16 (on altı) gün CM-in 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, 1 (bir) il 1 (bir) ay 2 (iki) günün ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai əhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla mülkiyyət əleyhinə aid olan cinayətlərə aiddir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasma aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, hiəmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin İ hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli ‘Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Hökmdən də göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 20457,60 manat məbləğində maddi ziyan vurulmuşdur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 1(051)-123/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmünün surətindən və 143-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, «8 noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(051)-123/2021 saylı hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1(bir) il azaldılmışdır. İşdə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin 01 sentyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci ildə icra və probasiya şöbəsində qeydə alınmış, cəzasının sonu 09 dekabr 2022cı il tarixə hesablanmışdır Mingəçevir şəhər məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmışdır. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci ildə qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən bu hala, yəni şəxsin məhkumluğunun olmasına diqqət yetirməmiş, onun azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi ilə bağlı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına, həmin cəzadən heç bir islahedici nəticə çıxarmaması, əvvəlki cəza ilə islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallardır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğunu bir daha göstərir. Bundan başqa birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. CPM-nin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Belə ki, cinayət nəticəsində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə ödənilməmiş, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra oğurlanmış əşyaların bir çoxu polis əməkdaşları tərəfindən aşkar olunaraq zərərçəkmiş şəxsə qaytarılmış, ona görə də məhkəmə ona “zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməsini” cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, təqsirləndirilən şəxsin dəymiş ziyanı tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri- əsaslandırıcı hissəsində göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən cslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi cinayət qanunvericiliyində residiv çıxış edir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konsitusi Məhkəməsinin Plenimu bir çox qərarlarında hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Həmçinin məhkəmə kollegiyası bu qəanətə gəlməkdə ona görə israrlıdır ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında iştirak etməkdən yayınmış, nəticədə barəsində Şəki Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə edilmiş X5 məhkəmə kollegiyasına daxil olmuş 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 03 dekabr 2022-ci il tarixdə X6 gətirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, o, məhkumluğu ödənilmədən, hətta barəsində tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Onun məhkumluğu ödənilmədən, təyin olunmuş cəzanı belə çəkmədən yenidən cinayət törətməsi, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət 6 ay 16 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmalı, baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(051)-85/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət 6 ay 16 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-12/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-12/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver