Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-120/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)- 2/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim E.Məmmədov) xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmü ilə, xx xxxxx 1984-cü ildə Zaqatala rayonu Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, İİ qrup əlil, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək onun 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2020-ci il avqustun 21dən 28-dək tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi ilə əlaqədar saxlandığı 08 (səkkiz) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla, 16 (on altı) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut təqsirləndirilən şəxs tərəfindən kəsilərək doğranmış müxtəlif cinsdən olan ağaclar Zaqatala rayon Lahıc bələdiyyəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına (X4, Kod: 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) keçirilməsi, iş üzrə mülki iddiaının olmamasının nəzərə alınması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs vurulmuş 1440 (bir min dörd yüz qırx) manat maddi ziyanın tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək mülkiyyətçiyə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində qanunsuz olaraq müvafiq icazə vərəqəsi olmadan Zaqatala rayon Lahıc kəndi ərazisində yerləşən özünün pay torpağına həmsərhəd Zaqatala rayon Lahıc kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində öz başına bitmiş 1 ədəd 200 manat dəyəri olan 22 sm diametrli yaş palıd ağacını, 1 ədəd 200 manat dəyəri olan 22 sm diametrli yaş yalanqoz ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş vələs ağacını, 1 ədəd 100 manat dəyəri olan 10 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 150 manat dəyəri olan 14 sm diametrli yaş akasiya ağacını. 1 ədəd 150 manat dəyəri olan 16 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 100 manat dəyəri olan 10 sm diametrli yaş söyüd ağacını, 1 ədəd 180 manat dəyəri olan 18 sm diametrli yaş söyüd ağacını kəsməklə ümumilikdə xeyli miqdarda 1440 (bir min dörd yüz qırx) manat ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin başlanmasının əsas səbəbi cinayət işində şahid kimi dindirilmiş Şahid5 ilə atası Şahid1 arasında olan torpaq mübahisəsi olmuşdur. Belə ki, Şahid5 ailəsinin qanuni mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini ələ keçirmək məqsədi ilə bələdiyyəyə və başqa rəsmi orqanlara saxta məlumat verərək heç bir nəticə əldə edə bilməmiş və atasından qisas almaq üçün bu hərəkətləri etmişdir. Faktiki olaraq o ailəsinin mülkiyyəti hesab etdiyi torpaq sahəsində yabani yolla bitmiş 11 ədəd kiçik gövdəli ağacları kəsmişdir. Şahid 2017-ci ildə torpaq islahatı başa çatdıqdan 12 il sonra bələdiyyəyə müraciət etmişdir halbuki “Torpaq islahatı haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən torpaq mübahisələrindən şikayət vermə müddəti müəyyənləşdirilmişdir. Bundan başqa bu mübahisədə iddia müddəti də keçmişdir. Buna baxmayaraq, Şahid5 Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq atası Şahid1 məhkəməyə vermiş, lakin onun iddiası əsassız olduğu üçün həmin məhkəmənin xx xxxxxxx 2020 ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Lakin, Məhkəmə yalnız istintaq orqanının sənədlərinə əsaslanaraq hökm çıxarmışdır, o və atası heç bir torpaq sahəsini zəbt etməmişdir. Zaqatala rayon AİK-nın rəsmi qərarı ilə ailələrinə həmin çöldən 0.30 ha pay torpağı 1996-ci ildə verilmiş və həmin torpaq sahəsindən 25 ildir ki, onlar istifadə etmişlər. “Köndələn” adlanan həmin ərazidə həmin vaxtı Bələdiyyə torpağının olması müəyyən edilmişdir. Həmin torpaqlar vətəndaşların müəkiyyətinə verilmişdir və onlara təhkim olunmuşdur. Zaqatala rayon AİK-nın qərarına əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaqlar təhkim olunduğu yerdə saxlanılmış, əgər torpaq sahəsi çox olarsa həmin sahəni bələdiyyə vasitəsi ilə icarə müqaviləsi ilə həmin şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bələdiyyələr yalnız 2000-ci ildə yaradılmış və bundan sonra onların torpaqlarının ərazisi müəyyən edilmişdir. Buna görə də Zaqatala Rayon Məhkəməsi Şahid5 iddiasını rədd etmişdir. Lakin, məhkəmə bütün bunlara heç bir qiymət verməmiş və ona ittiham hökmü çıxarmışdır. Məhkəmə tərəfindən yekun qərarın olmasına baxmayaraq Şahid5 məhkəmədə yalan ifadə verərək hələlik yekun qərarın olmadığını bildirmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 saylı hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X10 bildirdi ki, müdafiə etdiyi şəxs ona verilmiş itihamla razı deyil, ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli məlum hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs ona bəraət verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, o həmin əməli törətməsində özünü təqsirli bilmir. Həmin torpaq sahəsi onlara 1996-cı ildə aqrar islahat komissiyası tərəfindən 6 nəfərə verilib. Həmin torpaq sahəsinin mülkiyyətçisi atası Şahid1dur. 2017-ci il tarixdə qonşusu Atayev Elman həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, hasarı dağıtmış orda yetişən fındıqları yandıraraq ağacları kəsmişdir. Bununla əlaqədar o Daxili İşlər nazirliyinin “102” qaynar xəttinə məlumat vermişdir. Ekspertin rəyinə əsasən həmin torpaq sahəsi bələdiyyəyə məxsus olduğunu bildirmişdilər. Şahid5 onları məhkəməyə versədə onun iddiası təmin olunmamışdır. Bu illər ərzində onlara heç kim deməyib ki, bu torpaq bələdiyyəyə məxsusdur. O bələdiyyənin sədri olan Adil Aslanovdan öz torpağının harda yerləşməsini soruşsada ona torpaq sahəsini göstərməmişdir. O, həmin torpaq sahəsində mövsümü təmizlik aparan zaman zərərverici ağacları kəsmişdir ki, yetişdirdikləri fındıq kollarına kölcə salmasınlar. Ağacları kəsəndə öz torpağı olduğu üçün heç bir quruma məlumat verməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ağaclara baxış zamanı 10 ağacın bələdiyyə torpağına düşdüyünü, bir ağacın isə onlara məxsus 2 hektar 40 sot torpaq sahəsinə düşdüyünü bildirərək 1400 manat cərimə yazmışdırlar.O, həmin cəriməni ödəməkdən imtina etmişdir. Həmin ağaclar hal hazırdada bələdiyyənin saxlanc yerində saxlanılır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün ləğv edilməsinə və əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar bəraət hökmünün çıxarılmasına dair qərar şıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinindirilmiş Şahid1 ifadəsində bildirdi ki, həmin torpaq sahəsi kolxoz quruluşu vaxtından onların istifadəsində olmuşdur. Həmin torpaq sahəsi kolxozun istifadə edilməyən hissəsində yerləşdiyindən dövlət islahat komissiyası tərəfindən 1996-cı ildə onlara verilib. Həmin tarixdə kolxozun inzibati işçiləri tərəfindən və kolxoz sədri tərəfindən həmin torpaq sahəsi ölçülüb.1996-cı ildə torpaq şöbəsinin əməkdaşı həmin yeri ölçüb ona göstərdikdən sonra o, həmin sahəni təmizlədib 25 fındıq ağacı əkmişdir. Onun əkdiyi ağaclar kəsilən zaman sahə müvəkkilinə məlumat versədə heç bir tədbir görülməmişdir. Mövsümü təmizləmə işləri aparan zaman həmin ərzidə yerləşən ağaclar kəsilmişdir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2 dəfə həmin sahəyə gəlib ağaclara baxış keçiriblər. Ona məxsus 2 metr məsafəni alıblar. Bununla əlaqədar o Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinə 94 manat rüsum keçirərək nümayəndə gətirmişdir. Həmin nümayəndə torpaq sahəsini ölçərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra bələdiyyə həmin torpaq sahəsinin alınması üçün saxtakarlıq göstərməyə başlamışdır. O bələdiyyədən öz torpaq sahəsinin harda yerləşdiyini soruşsada, bələdiyyə tərəfindən göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvvəllərində Lahıc kəndi ərazisində yerləşən onun və ailə üzvlərinə məxsus torpaq pay sahəsinə bitişik olan torpaq sahəsində olan ağaclar onun tərəfindən kəsilmişdir. Lakin, atası Tofiq səhvən ağacların özünün tərəfindən kəsildiyini bildirmişdir. Qeyd olunan ağaclar onun torpaq pay sahəsində olan fındıq ağaclarına kölgə salıb fındığın inkişaf etməsinə və bar verməsinə zərər verdiyi üçün kəsmişdir. O, özü həmin ağacları odun kəsən motorla kəsib odunu sobada yandırmaq üçün yaşadığı evə aparmışdır. Qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olması barədə onların heç bir məlumatı olmamışdır. Son vaxtlar Lahıc bələdiyyəsi tərəfindən onlara məlumat verilmişdir ki, 11 ədəd ağaclar kəsdiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur. Qeyd olunan sahədə olan 11 ədəd köküstə yaş ağaclarını 2019-cu ilin noyabr ayının əvvəllərində kəsmişdir. Həmin ağaclardan 1 ədəd palıd, 1 ədəd yalanqoz, 1 ədəd vələs, 5 ədəd akasiya, 2 ədəd söyüd, 1 ədəd qoz ağaclardır. Həmin ağacların yaşı təxminən 5-6 olmuşdur. Kəsdiyi ağaclar olan ərazi onun və ailəsinin mülkiyyətinə aiddir. O, qeyd olunan ağacları kəsməkdə təbiətə heç bir ziyan vurmamışdır. Atası Tofiqin yaşı çox olduğu üçün kəsilmiş ağaclarla bağlı məsuliyyəti olmadığını fikirləşərək ağacları özü kəsdiyini bildirmişdir. Lakin, konkret olaraq ağacları onun tərəfindən odun kəsən motorla kəsilmişdir. Onun yaşadığı evdə hal-hazırda odun kəsən motor vardır. Lakin həmin odun kəsən motor nasaz vəziyyətə düşdüyü üçün 2020ci ilin yanvar ayından bu günə kimi işlətməmişdir. Əvvəllər mütəmadi olaraq həmin odun kəsən motoru özü işlətmişdir. Kəsdiyi 11 ədəd kök üstə yaş ağaclar öz başına torpaq sahəsində bitmişdir. Həmin ağaclar onun tərəfindən, Lahıc kənd bələdiyyəsi, eləcə də başqa şəxslər tərəfindən əkilməmişdir. Şahid5lə onların arasında torpaqla bağlı bir neçə dəfə mübahisələri olmuşdur. Şahid5 Zaqatala rayon məhkəməsində iddia qaldıraraq torpaq sahəsinin atası Tofiq tərəfindən zəbt edilərək həmin ərazidə olan fındığın onlar tərəfindən yığıldığını bildirmişdir. Hal-hazırda Şahid5 iddiası ilə bağlı Zaqatala Rayon Məhkəməsi tərəfindən araşdırma aparılır. Həmin məsələ ilə bağlı Məhkəmə yekun qərarını qəbul etməmişdir. 11 ədəd köküstə yaş ağacların kəsildiyi torpaq sahəsində onlar tərəfindən heç vaxt əkmə becərmə işləri aparılmamış, eləcə də torpaq sahəsinin kənarlarını hasarlamamışlar. Həmin torpaq sahəsində olan ağaclar öz başına bitrmişdir. Onun kəsdiyi ağaclar da Lahıc kənd bələdiyyəsi, eləcə də digər şəxslər tərəfindən əkilməmiş və öz başına bitmiş ağaclar olmuşdur. Ağaclar kəsdiyi torpaq sahəsində yalnız ot bitmişdir. Həmin torpaq sahəsindəki otu da səllim heyvanlar girib otlamışdır. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında ifаdəsində göstərmişdir ki, Zaqatala rayonu Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin fevral ayından Zaqatala rayon Lahıc bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs 1996-cı ildən Lahıc kəndi ərazisində yerləşən “Köndələn” adlanan çöl sahəsində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsindən bu günə kimi istifadə etməsindən məlumatı olmuşdur. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki ağacları qanunsuz olaraq kəsmişdir. Həmin vaxtlarda o, Lahıc kənd bələdiyyəsinin sədr müavini vəzifəsində işləməmişdir. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki ağacları kəsib doğradığı üçün Lahıc bələdiyyəsinə maddi ziyan vurulmuş və bunun əsasında Lahıc bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda Lahıc bələdiyyəsinə dəymiş 1440 (bir min dörd yüz qırx) manat maddi ziyan ödənilməmişdir. Qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, əvvəllər vermiş olduğu izahatına dəyişikliklər edərək 2019-cu ilin noyabr ayının əvvəllərində Lahıc kəndi ərazisində yerləşən ona məxsus olan torpaq pay sahəsində olan ağacları özü kəsdiyini göstərmişdir. Lakin həmin ağacları o, kəsməmişdir. Oğlu Şamil həmin ağacların yaxınlıqda ona məxsus olan fındıq ağaclarına kölgə salıb fındığın inkişaf etməsinə və bar verməsinə zərər verdiyi üçün qeyd olunan 11 ədəd 1 ədəd palıd, 1 ədəd yalanqoz, 1 ədəd vələs, 5 ədəd akasiya, 2 ədəd söyüd, 1 ədəd qoz ağaclarını odun kəsən motorla kəsib doğrayaraq odunu sobada yandırmaq üçün yaşadığı evə aparmışdır. Oğlu Şamilin ağaclar kəsdiyi torpaq sahəsi Lahıc kənd Bələdiyyəsinə məxsus olduğunu son vaxtlarda bilmişdir. Onun yaşı çox olduğu üçün kəsilmiş ağaclarla bağlı məsuliyyəti olmadığını fikirləşərək izahatında ağaclar onun tərəfindən kəsildiyini göstərmişdir. Lakin konkret olaraq 11 ədəd kök üstə yaş ağaclar onlara məxsus olan fındıq ağaclarının inkişaf etməsinə və bar verməsinə zərər verdiyi üçün oğlu Şamil odun kəsən motorla kəsmişdir. Oğlu Şamil tərəfindən kəsilmiş 11 ədəd kök üstə yaş ağaclar öz başına torpaq sahəsində bitmişdir. Həmin ağaclar onun tərəfindən, Lahıc kənd bələdiyyəsi, eləcə də başqa şəxslər tərəfindən əkilməmişdir. Şahid5 ilə onların arasında torpaq sahəsi ilə bağlı bir neçə dəfə mübahisələri olmuş, Şahid5 torpaq sahəsinin onun tərəfindən zəbt olunması və həmin sahədə olan fındığın onun tərəfindən yığılması barədə Zaqatala Rayon Məhkəsində iddia qaldırmışdır. Hal-hazırda Zaqatala Rayon Məhkəməsi tərəfindən yekun qərar qəbul olunmamışdır. Oğlu Şamil kəsmiş olduğu 11 ədəd köküstə yaş ağaclar olan torpaq sahəsinin kənarlarını hasarlamamış və orada əkmə becərmə işləri aparmamışdır. Həmin torpaq sahəsində olan fındıq ağacları və digər ağaclar öz başına bitmiş, eləcə də Elmara məxsus olan torpaq sahəsini zəbt etməmiş və həmin sahədə olan fındığı yığmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir o, Zaqatala rayon Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zaqatala rayon Lahıc kəndi ərazisində yerləşən “Köndələn” adlanan çöldə ona məxsus 90 sot torpaq pay sahəsi vardır. Ona məxsus torpaq pay sahəsinə bitişik Lahıc kənd bələdiyyəsinə məxsus torpaq sahəsi yerləşir. Lahıc kənd bələdiyyə torpaq sahəsinə bitişik isə həmkəndlisi Şahid1 məxsus torpaq pay sahəsi vardır. Şahid1 bələdiyyə torpaq sahəsindən keçib onun torpaq pay sahəsinə tərəf 5 metr içəri girərək tikanlı məftillə hasar çəkmişdir. O, Zaqatala Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, bu günə həmin işlə bağlı qərar qəbul olunmamışdır. Bundan əlavə Tofiqin oğlu Şamil 2019-cu ilin noyabr ayında bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindəki 11 ədəd müxtəlif cinsdən olan kök üstü yaş ağacları qanunsuz olaraq kəsib həmin ağacları odun kimi doğrayaraq yaşadığı evinə aparmışdır. O, həmin vaxtlarda Lahıc kənd bələdiyyəsinə məlumat verdikdən sonra Ekologiya və təbii sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat vermişdir. Bundan sonra onun və Şamilin atası Şahid1 iştirakı ilə 7 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsindən nümayəndə gələrək Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclara akt tərtib olunmuşdur. O, 2017-ci ildə Şahid1 tərəfindən ona məxsus olan torpaq sahəsini zəbt etməsi barədə Lahıc kənd bələdiyyəsində müraciət etdikdən sonra Lahıc kənd bələdiyyə sədri və onun müavini hadisə yerinə gələrək onun və Tofiqin iştirakı ilə bələdiyyə sədri olan Şahid3 və onun müavini Şahid2 tərəfindən akt tərtib olunmuş və kənd bələdiyyəsi tərəfindən Şahid1 və onun oğlu Şamilə izah olunmuşdur ki, ona məxsus təxminən 6 sot torpaq sahəsini zəbt etmişdir. O, və Tofiq Lahıc kənd bələdiyyəsinin iştirakı ilə barışaraq Şahid1 sərf edərək onun torpaq sahəsinə girdiyini etiraf etmişdir. Bundan sonra o, öz sərhəddinə tikanlı məftil çəkmişdir. Lakin bundan sonra Şahid1 onun çəkdiyi tikanlı məftili söküb atmışdır. Şahid1 zəbt etdiyi ona məxsus olan 6 sot torpaq sahəsindən otu çalaraq həmin yerə fındıq ağacları əkmişdir. Fındığı da Tofiq özü yığıb aparmışdır. Şahid1 qeyd etdiyi sahədə özünə məxsus 30 sot torpaq pay sahəsi vardır. Lakin, 1996-cı ildən Şahid1 və oğlu Şamil bələdiyyə torpaqına girərək 56 sot torpaq sahəsindən istifadə edərək bildirir ki, həmin yerdə onlara məxsusdur. Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsində fındıq əkərək bu günə kimi həmin sahədə olan otu çalıb fındıq məhsullarını yığıb evinə aparmışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, Zaqatala rayon Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildə Lahıc kənd bələdiyyəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin yanvar ayında səlahiyyət müddəti başa çatdığına görə tutduğu vəzifədən azad olunmuşdur. Lahıc kəndinin ərazisində yerləşən “Köndələn” adlanan çöl sahəsində həmkəndlisi Şahid1 0,30 ha torpaq pay sahəsi, Şahid5 0,90 ha torpaq pay sahəsi vardır. Həmin şəxslərin torpaq pay sahələrinin ortasında bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi yerləşir. Şahid1 qeyd etdiyi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini özünün torpaq pay sahəsi olduğunu iddia edərək 1996cı ildəb bu vaxta qədər həmin torpaq sahəsinə fındıq əkərək otunu çalıb aparır, eləcə də Şahid1 bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində əkdiyi fındıq ağacları 4-5 ildir ki, bar verir və həmin fındığı da Şahid1 yığıb evlərinə aparır. Bir neçə dəfə bələdiyyənin müavini vəzifəsində işlədiyi dövrdə Şahid5 müraciətinə əsasən o, qeyd etdiyi çöl sahəsinə gedərək baxış keçirdikdə müəyyən olunmuşdur ki, Şahid1 həm bələdiyyə mülkiyyətində olan torpaq sahəsini həm də Şahid5 torpaq pay sahəsini zəbt edərək istifadə edir. Tərəfindən bir neçə dəfə Şahid1 xəbərdarlıq olunmasına baxmayaraq heç bir nəticə olmamışdır. Şahid1 həmin torpaq sahələri özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Tofiqin oğlu Şamil qeyd etdiyi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində olan öz başına bitmiş 11 ədəd köküstə müxtəlif cinslərdə və diametrlərdə olan ağacları qanunsuz olaraq kəsib doğrayaraq odun kimi yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs kəsdiyi 11 ədəd ağaclardan yalnız 1 ədəd qoz ağacı öz torpaq pay sahəsinə düşür. Qalan 10 ədəd müxtəlif cinslərdə və diametrlərdə olan ağaclar isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki ağacları 2019-cu ilin noyabr ayının əvvəllərində yəni o, Lahıc kənd bələdiyyəsinin sədr müavini vəzifəsində işlədiyi dövrdə kəsmişdir. Həmin vaxtlarda Şahid5 Lahıc kənd bələdiyyəsinə məlumat verdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat vermişdir. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən nümayəndə gələrək Şahid1 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclara akt tərtib olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və bələdiyyə sədri olan Şahid3 iştirakı ilə Şahid1 yaşadığı evin həyətinə gedərək Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki ağacları kəsərək yığdığı odunların hamısını at arabasına yığıb bələdiyyə idarəsinin həyətinə yığmışlar. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd qızı ifаdəsində göstərmişdir ki, Zaqatala rayon Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildə Lahıc kənd bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin yanvar ayında səlahiyyət müddəti başa çatdığına görə tutduğu vəzifədən azad olunmuşdur. Lahıc kənd sakini Şahid1 Lahıc kəndi ərazisində yerləşən “Köndələn” adlanan çöl sahəsində Şahid5 və Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini zəbt etməsi barədə bələdiyyə sədri olaraq məlumatı olmuşdur. 2017-ci il tarixdə Şahid5 Lahıc kənd bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Şahid1 ona məxsus torpaq pay sahəsini zəbt edərək həmin torpaq sahəsindən istifadə etməkdə davam edir. Şahid5 şikayəti əsasında nümayəndəliklə birlikdə komisiya təşkil olunaraq o, bələdiyyənin müavini Nüsrət həmin torpaq sahəsinə gedərək Şahid5 və Şahid1 iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 Şahid5 hətta Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini zəbt etməsi barədə tərəflərindən akt tərtib olunaraq imzalanmışdır. Lakin Şahid1 iddiasını davam etdirərk zəbt etdiyi torpaq sahəsi özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsindən istifadə etməsini davam etdirmişdir. Bundan sonra Tofiqin oğlu Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında atasının zəbt etdiyi bələdiyyə torpağındakı 11 ədəd müxtəlif cinsdən olan kök üstü yaş ağacları qanunsuz olaraq kəsib həmin ağacları odun kimi doğrayaraq yaşadığı evinə aparmışdır. Həmin vaxtlarda Şahid5 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat verdikdən sonra Şahid5 müraciəti əsasında 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən nümayəndə gələrək Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclara akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs kəsmiş olduğu 11 ədəd köküstə yaş ağaclardan yalnız bir ədəd qoz ağacı öz torpaq pay sahəsinə düşmüşdür. Kəsilmiş 10 ədəd müxtəlif cinsdən olan öz başına bitmiş Təqsirləndirilən şəxs və Bələdiyyə tərəfindən əkilib becərilməmiş kök üstü yaş ağaclar isə Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinə aiddir. Bundan sonra polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gedərək bələdiyyə torpaqında olan ağacları kəsərək yığdığı odunların hamısını at arabasına yığıb bələdiyyə idarəsinin həyətinə yığmışlar. Polis əməkdaşı tərəfindən Şahid1 həyətindən odunları yığılıb bələdiyyə idarəsinə gətirilməsi ilə bağlı protokol tərtib olmuş və həmin protokola da o imza atmışdır. O, Lahıc kənd bələdiyyə sədri işlədiyi vaxtlarda dəfələrlə həmin torpaq sahəsinə gedərək ölçü biçmə işləri aparmışlar. Şahid1 və oğlu Şamilə bir neçə dəfə tərəfindən izah olunmuşdur ki, bələdiyyə sahəsində olan torpağı və Şahid5 məxsus olan torpaq sahəsini zəbt etmişdir. Lakin Şahid1 onun sözlərinə məhəl qoymayıb həmin torpaq sahəsi özünə məxsus olduğunu bildirmişdir. Şahid1 Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsinin özünə məxsus olduğunu bildirsə də həmin torpaq sahəsinin kənarlarını hasarlamamış orada əkmə becərmə işləri aparmamışdır. Həmin sahədə Təqsirləndirilən şəxs yalnız öz başına bitmiş ağacları kəsmişdir. 11 ədəd köküstə yaş ağaclar Təqsirləndirilən şəxs məxsus odun kəsən motorla kəsilmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifаdəsində göstərmişdir ki, o, uzun müddətdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. Zaqatala rayon Lahıc kənd sakini Şahid5 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat verərək Şahid1 özünün pay torpağına həmsərhəd Lahıc bələdiyyəsinə məxsus torpaq sahəsindən 11 ədəd müxtəlif diametr və cinsdən ibarət köküstə yaş ağaclarını qanunsuz olaraq kəsdiyini bildirmişdir. Həmin vaxt o, Ekologiya və Təbii Sərvətlər idarəsinin mühafizə yegerləri olan Kamran Əliyev və İsa Hacıkərim ilə birlikdə hadisə yerinə gedərək Lahıc kəndində yerləşən “Köndələn” çölündə Şahid5 və Şahid1 iştirakı ilə araşdırma aparmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs həqiqətən də atasına məxsus pay torpağına bitişik olan Lahıc bələdiyyəsinə məxsus torpaq sahəsindən 5 ədəd akasiya, 1 ədəd palıd, 1 ədəd yalanqoz, 1 ədəd vələs, 2 ədəd söyüd, 1 ədəd qoz ağaclarını dibindən kəsərək yaşadığı evinə aparmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq qeyd olunan ağacları kəsməsi barədə tərəfindən akt tərtib olunmuş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs və atası Şahid1 qeyd etmişlər ki, ağacları kəsdiyi torpaq sahəsi onlara məxsusdur. O, hadisə yerinə getməmişdən əvvəl Lahıc bələdiyyəsi regional reyster xidməti əməkdaşları ilə birgə aparılan ölçmə işlərinə istinad edərək Lahıc kənd bələdiyyəsi tərəfindən ağaclar olan torpaq sahəsi Lahıc bələdiyyəsinə məxsus olması barədə 34 saylı arayış ona təqdim olunmuşdur. Şahid1 onun tərəfindən aparılan araşdırmada iştirak etməsinə baxmayaraq izahat verməkdən və tərəfindən tərtib olunmuş akta imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsmiş olduğu 11 ədəd kök üstə yaş ağaclar olmuşdur. Qeyd olunan ərazidə o, akt tərtib edərkən köhnə akasiyanın div kökündən hər biri ağac olmaqla 4 ədəd müxtəlif diametrli ağaclar hər biri ağac vəziyyətinə gəldikdən sonra kəsilmişdir. Buna görə kəsilmiş akasiyanın div kökündən çıxan ağacların diametri 10, 12, 14, 16 sm diametrli olduğundan hərəsi bir ağac kimi hesab olunmuş və təbiətə vurulan ziyan ayrı ayrılıqda hesablanmışdır. Həmin kökdən çıxaraq kəsilmiş akasiya ağacları 4 ədəd kəsilmiş ağac kimi hesablanmışdır. Eləcə də həmin ərazidə akt tərtib edilərkən köhnə söyüdün div kökündən hər biri ağac olmaqla 2 ədəd 10, 18 diametrli ağaclar hər biri ağac vəziyyətinə gəldikdən sonra kəsilmişdir. Buna görə söyüdün div kökündən çıxan ağaclar hərəsi bir ağac kimi hesab olunduğuna görə təbiətə vurulan ziyan ayrı-ayrılıqda hesablanmışdır. Həmin kökdən çıxaraq kəsilmiş söyüd ağacları 2 ədəd kəsilmiş ağac kimi heablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş “Hadisə yerinə baxış keçirmək haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış keçirilən ərazi Zaqatala rayonu Lahıc kəndində “Köndələn” çölü adlanan yerdə yerləşir. Şahid1 məxsus 30 sot pay torpağın həmsərhədində Lahıc bələdiyyəsinə məxsus torpaq sahəsi yerləşir. Bələdiyyəyə məxsus yerdə kəsilən ağacların dibləri müşahidə edilmişdir. Bəzi kəsilən ağacların dibləri yandırılması müşahidə edilmişdir. Şahid1 həmin ağacların kəsildiyi yer özünə məxsus olduğunu və ağacları özü kəsdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 559 nömrəli rəyindən görünür ki, Zaqatala rayon Lahıc kənd sakini Şahid1 Lahıc bələdiyyəsinə məxsus torpaq sahəsindən 11 ədəd müxtəlif diametrli müxtəlif cinsli köküstə yaş ağacların qanunsuz kəsilməsindən zərərçəkmişə dəymiş ziyan nəzəri hesablama yolu ilə 1640 manat müəyyən edilmiş, o cümlədən bir ədəd 22 sm diametrli yaş palıd ağacı 200 manat, bir ədəd 22 sm diametrli yaş yalanqoz ağacı 200 manat, bir ədəd 12 sm diametrli yaş akasiya ağacı 120 manat, bir ədəd 12 sm diametrli yaş vələs ağacı 120 manat, bir ədəd 10 sm diametrli yaş akasiya ağacı 100 manat, bir ədəd 12 sm diametrli yaş akasiya ağacı 120 manat, bir ədəd 14 sm diametrli yaş akasiya ağacı 150 manat, bir ədəd 16 sm diametrli yaş akasiya ağacı 150 manat, bir ədəd 10 sm diametrli yaş söyüd ağacı 100 manat,bir ədəd 18 sm diametrli yaş söyüd ağacı 180 manat, bir ədəd 23 sm diametrli yaş qoz ağacı 200 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reysteri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən tərəfindən verilmiş aparılmış çölölçmə işlərinin nəticələrinə və elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, 11 ədəd kəsilmiş ağacların 10 ədədi Zaqatala Rayon Lahıc kənd bələdiyyəsinin mülkiyətinə aid olan ərazidə bir ədədi isə Şahid1 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Zaqatala rayon Lahıc kəndində tərtib olunmuş aktdan görünür ki, Zaqatala rayonu Lahıc kəndində yaşayan Şahid1 Zaqatala rayonu Lahıc kəndində “Köndələn” çölü adlanan yerdən kəsib yaşadığı evin həyətində anbara doğrayıb yığdığı odunları oradan Zaqatala rayon Lahıc bələdiyyəsinin həyətinə aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X9 Şəxsi tərəfindən Zaqatala RPŞ-nin müstəntiqi Əhməd Əmirova ünvanlandığı xx.xx.2020-ci il tarixli 561 nömrəli məktubdan aydın olur ki, Məmmədov X8 RMX PHŞ-nin psixiatrik kabinetində 2012-ci il tarixdən “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon X1 RPŞ-nin müstəntiqi Əhməd Əmirova ünvanlandığı xx.xx.2020-ci il tarixli 435 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(033)-59/2020 nömrəli qərarından görünür ki, xx xxxxx 1984-cü ildə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş, Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatriya ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 məhkəməpsixiatriya ekspertizası şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi publik hüquqi şəxsinin Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 74 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin stasionar şöbəsinə daxil olmuşdur. Stasionar məhkəmə psixiatrik ekspertizası belə qənaətə gəlmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda “Paranoid Şizofreniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20,0) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinatət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr anamnostik məlumatlar, deməsinə görə texnikumu bitirdikdən bir müddət sonra təfəkküründə qəribəliklər yaranmağa başlaması, psixi və davranış pozuntuları ilə əlaqədar olaraq psixiartriya xəstəxanasına yerləşdirilməsi, Zaqatala rayon mərkəzi X9 şəxsinin konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində 2012-ci ildən “Paranoid şizofreniya diaqnozu ilə qeydiyyatda dayanması, xx.xx.2012-dən xx.xx.2012- dək şəki rayonlararası psixiatrik Xəstəxanasında “paranoid şizofreniya, hallüsinatorparanoid sindrom diaqnozu ilə müayinə və müalicədə olması, yenə həmin xəstəxanada xx.xx.2020-dən xx.xx.2020-dək “Paranoid şizofreniya, fasiləsiz gedişli hallüsinatorparanoid sindromla və qüsur əlamətləri ilə” diaqnozu ilə müayinə və müalicədə olması, xəstəliyi ilə əlaqədar olaraq İİ qrup əlillik təyin edilməsi və hal hazırki psixiartik müayinəni nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, müayinə gedişində təfəkküründə müəyyən qədər autiklik nəzərə çarpması, emosiyalarında bir qədər solğunluq müşahidə edilməsi, proqnozlaşdırma qabiliyyətinin zəiflənməsi, göndərildiyi ekspertizasının gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərməməsi və s. sübut edir. Stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrin tədqiqi və hərtərəfli təhlili sayəsində yükun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində cinayət əməlini törədərkən “paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik keçirmişdir, hal hazırkı ekspertiza zamanı Təqsirləndirilən şəxs şöbədə müayinə olduğu müddət ərzində özünü ümumən sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, əhval-ruhiyyəsinin stabil olması, müayinə gedişində düşüncəsinin pozulmadığının, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlandığının müəyyən edilməsi, zahiri görünüşünə görə səliqəli olması, produktiv verbal kontakt qurmağın mümkün olması, söz ünsiyyəti zamanı söhbətə sərbəst və fəal şəkildə qoşulması, aydın səslə danışması, suallara yubanmadan və məzmunlu cavab verməyə başlaması, onları mahiyyətinə uyğun şəkildə və əsasən ətraflı cavablandırılması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, aparılan sorğu sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməsi onun əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində hal hazırda davamlı remissiya vəzioyyəti olduğunu göstərir. Təqsirləndirilən şəxs şöbədə zahirən bir qədər narahat görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, əhvalı-ruhiyyə fonunda bir qədər enmə müşahidə edilməsi onun belə bir situasiyaya düşməsindən irəli gəlir. 2-ci sual üzrə, yoxlanılan şəxs Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. 3-cü sual üzrə hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik vardırmı, o, öz hərəkətlərini idarə etmək iqtidarındadırmı. Anlaqlıdırmı. Anlaqsızdırmı?” sualı üç hissədən ibarətdir. A) hazırda Ş.T. Məmmədova hər hansı psixi xəstəlik olubolmaması b) hazırda Ş.T. Məmmədovun öz hərəkətlərini idarə etmək iqtidarında olubolmaması c) hazırda Ş.T. məmmədovun anlaqlı olub olmaması Sualın birinci hissəsinə cavab olaraq bildiririk ki, Təqsirləndirilən şəxs hazırda “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik müəyyən edilir. Sualın ikinci hissəsinin cavabı bundan ibarətdir ki, Ş.T. Məmmədov hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Ancaq sualın üçüncü hissəsini cavablandırmaq mümkün deyildir. (Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz). Çünki “anlaqlılıq” və “anlaqsaızlıq” terminləri yalnız cinayət hadisəsi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək mümkün olmamaqla bərabər ümumən düzgün deyildir. 4-cü, 5-ci və 6-cı suallar üzrə yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən paranoid şizofreniya xəstəliyi qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin deyil, 22.1-ci maddəsinin təsiri altına düşür. Qeyd olunmalıdır ki, Ş.T. Məmmədovun əziyyət çəkdiyi şizofreniya xəstəliyi xroniki gedişli prosesual psixi xəstəlikdir. Ş.T. Məmmədovla aparılan sorğu-sual zamanı onun həkim tərəfindən təyin olunmuş aptipsixotik və sedativ təsirli psixotrop dərman preparatlarının vaxtlıvaxtında qəbul etdiyi aydınlaşır. Təqsirləndirilən şəxs hal hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac qalmır. Ş.T. Məmmədov cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prossesual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Bununla yanaşı Təqsirləndirilən şəxs şizifreniya kimi kifayət qədər ciddi prosesual psixi patologiyadan əziyyət çəkməsi, neqativ amillərin uzun müddət təsir edəcəyi təqdirdə həmin xəstəliyin yenidən kəskinləşə biləcəyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx xxxxxx 2009cu il tarixli 29 saylı qərarı ilə təsdiq edilmiş “Şizofreniyanın diaqnostika və müalicəsi üzrə kilinik protokol” kimi mötəbər bir sənədin tələblərinə görə Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində hal hazırda davamlı remissiya vəziyyəti olmasına baxmayaraq həmin patologiyanın yenidən kəskinləşməməsi üçün həkim nəzarəti altında antipsixoloq və sedativ təsirli psixotrop preparatlarla preventiv medikamentoz terapiyanın (qoruyucu müalicəsinin) davam etdirilməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxxxx 2014-cü il tarixdə Zaqatala RİHB-nın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ 407706 nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə anadan olmuş, onun atası iş üzrə Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xx xxxxxx 2020-ci il tarixli, 400 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Zaqatala rayonu Lahıc kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək mülkiyyətçiyə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının əvvəllərində qanunsuz olaraq müvafiq icazə vərəqəsi olmadan Zaqatala rayon Lahıc kəndi ərazisində yerləşən özünün pay torpağına həmsərhəd Zaqatala rayon Lahıc kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində öz başına bitmiş 1 ədəd 200 manat dəyəri olan 22 sm diametrli yaş palıd ağacını, 1 ədəd 200 manat dəyəri olan 22 sm diametrli yaş yalanqoz ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş vələs ağacını, 1 ədəd 100 manat dəyəri olan 10 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 120 manat dəyəri olan 12 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 150 manat dəyəri olan 14 sm diametrli yaş akasiya ağacını. 1 ədəd 150 manat dəyəri olan 16 sm diametrli yaş akasiya ağacını, 1 ədəd 100 manat dəyəri olan 10 sm diametrli yaş söyüd ağacını, 1 ədəd 180 manat dəyəri olan 18 sm diametrli yaş söyüd ağacını kəsməklə ümumilikdə xeyli miqdarda 1440 (bir min dörd yüz qırx) manat ziyan vurmuşdur. Hazırda öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həm apellyasiya şikayətində, həm də verdiyi ifadəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsini 25 ildir ki, istifadə etdiyini, faktiki olaraq ailəsinin mülkiyyəti hesab etdiyi üçün torpaq sahəsində yabani yolla bitmiş 11 ədəd kiçik gövdəli ağacları kəsdiyini, 25 ildir ki, həmin torpağa vergi ödədiyini bildirmişdir. Lakin, məhkəmə kollegiyası həm apellyasiya şikayətində, həm də təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi həmin dəlilləri inandırıcı qəbul etmir. Çünki, Təqsirləndirilən şəxs apelyasiya şikayətində özü də etiraf edir ki, cinayət işinin başlanmasının əsas səbəbi cinayət işində şahid kimi dindirilmiş Şahid5 ilə atası Şahid1 arasında olan torpaq mübahisəsi olmuşdur. Həmçinin, ifadəsində də qeyd etmişdir ki, 11 ədəd köküstə yaş ağacların kəsildiyi torpaq sahəsində onlar tərəfindən heç vaxt əkmə becərmə işləri aparılmamış, eləcə də torpaq sahəsinin kənarlarını hasarlamamışlar. Eləcədə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifаdəsində göstərmişdir ki, Zaqatala rayonu Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin fevral ayından Zaqatala rayon Lahıc bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs atası Təqsirləndirilən şəxs 1996-cı ildən Lahıc kəndi ərazisində yerləşən “Köndələn” adlanan çöl sahəsində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsindən bu günə kimi istifadə etməsindən məlumatı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd qızı ifаdəsində göstərmişdir ki, Zaqatala rayon Lahıc kəndində ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildə Lahıc kənd bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin yanvar ayında səlahiyyət müddəti başa çatdığına görə tutduğu vəzifədən azad olunmuşdur. Lahıc kənd sakini Şahid1 Lahıc kəndi ərazisində yerləşən “Köndələn” adlanan çöl sahəsində Şahid5 və Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini zəbt etməsi barədə bələdiyyə sədri olaraq məlumatı olmuşdur. 2017-ci il tarixdə Şahid5 Lahıc kənd bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Şahid1 ona məxsus torpaq pay sahəsini zəbt edərək həmin torpaq sahəsindən istifadə etməkdə davam edir. Şahid5 şikayəti əsasında nümayəndəliklə birlikdə komisiya təşkil olunaraq o, bələdiyyənin müavini Nüsrət həmin torpaq sahəsinə gedərək Şahid5 və Şahid1 iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 Şahid5 hətta Lahıc kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini zəbt etməsi barədə tərəflərindən akt tərtib olunaraq imzalanmışdır. Lakin, Şahid1 iddiasını davam etdirərk zəbt etdiyi torpaq sahəsi özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsindən istifadə etməsini davam etdirmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin hazırkı məhkəmə iclasında göstərdiyi bu xüsusatları inandırıcı hesab etmir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 259.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 259.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi iş üzrə müvafiq ekspertizanın keçirilməməsi ilə bağlı fikirləri ilə razılaşmır. Çünki, iş materiallarının İ cildinin 47-ci vərəqində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 sayı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmişxx xxxxxx 2020-ci il tarixli məktubdan bəlli olur ki, aparılmış çöl-ölçmə işlərinin nəticələrinə və idarədə mövcud olan electron baza məlumatlarına əsasən müəyyən edilir ki, on bir ədəd kəsilmiş ağacların 10-u Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Həmçinin cvinayət işinin İİ cildinin 87-90-cı vərəqələrində olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətanməsilə də mübahisəli torpaq sahəsinin Zaqatala rayonu Lahıc bələdiyyəsinin mülkiyyətinə aid olduğu göstərilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlarla yanaşı təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(033)-2/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-120/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-120/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver