Məhkəmə qərarları › İş №1(107)-121/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-121/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-121/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X14 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X34, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)- 19/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Əliyev (sədrlik edən), hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) 26 yanvar 2021-ci il tarixli hökmü ilə xx xxx 1974-cü il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X9 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 228.4-cü maddəsilə 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsilə 1 (bir) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 26 mart 2020-ci ildən hesablanması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması, cəza çəkdiyi dövrdə barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 115,34 qram olan narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 7 kq 49,6 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, 2 ədəd elektron tərəzi və 2 ədəd kağız bükümlər, habelə iş üzrə götürülmüş ümumi təmiz çəkisi 5,27 qram və 104,17 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının onların mənbəsinin müəyyən olunması məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilən “Cinayət haqqında məlumatın aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əlavə edilməsi, qərar əsasında aparılan araşdırmanın nəticəsi olaraq bu maddi sübutlarla bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada yekun qərar qəbul edilməsinin təmin olunması, iş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd xəncərin məhv edilməsi, iş üzrə götürülmüş və Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd videokameranın, 1 ədəd uzaq görmə cihazının, 1 ədəd bıçağın, 1 ədəd suvenir tapancanın, 1 ədəd fənərin X22 təhvil verilməsinin nəzərə alınması, iş üzrə götürülmüş və Balakən RPŞ-də saxlanılan 1 ədəd avtomobil dövlət qeydiyyat nişanının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X48 İdarəsinə təhvil verilməsi, iş üzrə götürülmüş Balakən RPŞ-də saxlanılan 1 ədəd ov bıçağı və 19 ədəd 16 kalibrli patronlar, 4,5 kalibrli, təlim-məşq təyinatlı pnevmatik tüfəng güllələrinin “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə sahibinə qaytarılması, bu mümkün olmadıqda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfləri - 178,83 (yüz yetmiş səkkiz manat 83 qəpik) ekpertiza xərcinin təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 228.4 və 234.4.3-cü maddələri ittham verilmişdir ona görə ki, o, satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və qəsdən, qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinаyət əməllərini törətmişdir. Belə ki, o, 2017-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə tapmış olduğu çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində əkib becərərək yetişdirdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini 2018-ci ilin avqust ayında toplayıb qurudaraq satış məqsədi ilə qəsdən, qanunsuz olaraq külli miqdarda, yəni 7 kq 165,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə və üzərində saxlamışdır. 26 mart 2020-ci il tarixdə saat 2 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən onun əynindəki gödəkcənin sol iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram, 26.03.2020-ci il tarixdə saat 14 radələrində Balakən Rayon Məhkəməsinin həmin tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi 49 ünvanında (məhkəmə qərarında və axtarış protokolunda Qullar kəndi qeyd edilmiş) yerləşən evində, evin həyətyanı sahəsində və həyətyanı sahəsində yerləşən tikililərdə axtarış aparılan zaman yaşadığı evin otağından 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram ümumilikdə külli miqdarda, yəni 7 kq 165,54 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtdа və mənbədən qəsdən, qаnunsuz olaraq əldə etmiş olduğu tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm, ümumi uzunluğu 220 mm olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncəri əynində olan gödəkçənin sol iç cibində qəsdən, qanunsuz olaraq, gəzdirmiş, 26 mart 2020-ci il tarixdə saat 2 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol iç cibindən həmin kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan xəncər aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti və Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişlər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 25 mart 2020-ci il tarixdə saat 8 radələrində Cuma və Şəmsəddin adlı polislər onu zorla maşınlarına mindirərək polis şöbəsinə aparmışlar. Gecə saat 2-ə kimi onu döyəndən sonra boynuna narkotik qoymuşlar. Bunu sübut etmək üçün qardaşı Bayramı, bacıları Baharı və İnarəni, yoldaşı Sevdanı məhkəməyə çağırmışdır. Onların hamısı polislərin onu 25 martda axşam saat 8 radələrində polis şöbəsinə apardıqlarını təsdiq etmişlər. Lakin məhkəmə ona bəraət verməmək, polis və prokurorluğa kömək etmək üçün bəhanələr taparaq onların ifadələrini nəzərə almamışdır. Məhkəmə polisin özbaşınalığına və qanunsuzluqlarına hansısa marağa, hansısa yuxardan gələn tapşırığa görə göz yummuşdur. Polislər məhkəməyə barəsində əməliyyat məlumatının daxil olduğunu bildirmişdirlər. Müdafiəçisi sual vermişdir ki, bəs niyə əməliyyat tədbirinin keçirilməsi barədə qərar işdə yoxdur? Bəs niyə təqsirləndirilən şəxs barəsində əməliyyat işi açılmayıb? Onlar suallara cavab verə bilmədilər. Polislərin dediyinə görə, o öz razılığı ilə polis şöbəsinə getmiş, onun öz razılığı ilə üzərində baxış keçirilmişdir. “Təqsirləndirilən şəxs hər şeyə razı idisə, bəs niyə bu halda onun razılığı ilə həmin vaxt evində baxış və axtarış keçirmədiniz, səhəri günü məhkəmənin qərarı ilə onun evinə getmisiniz” sualına cavab verə bilmədilər. Polislər onu şərləmişlər. Onu döyərək, tok verərək özlərinin yazdıqları ifadələrə, sənədlərə qol çəkdirmişlər. Evində olan ailə üzvlərini evin bir otağına soxaraq 25 mart 2020-ci il saat 8-9 radələrindən 26 mart 2020-ci il günortadan sonraya kimi onların evinə narkotik və tərəzilərin qoymaqlarına maneçilik etməmələri üçün girov saxlayıblar. Onun işinə məhkəmədə baxılanda polislər onun həqiqətləri danışdığını görüb törətmədiyi cinayəti boynuna alması üçün yenə onun evinə basqın etmişlər. Bu basqında onlar evə soxulub qardaşı Bayramı tutmaq üçün axtarmışlar. Bayram evdə olmadığı üçün məcburən evə narkotik qoymayıb çıxıb getmişlər. Çünki anası Anara deyib ki, “sizin əlinizdən oğlum Bayram öz evində rahat yaşaya bilmir, o başqa şəhərə köçüb orada yaşayır”. Bu məlumatı da məhkəmə nəzərə almamışdır. Döyülməsi ilə bağlı prokurorluğun qərarından Balakən Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmədə ondan müstəntiqin yazdıqlarını oxuyub-oxumaması, yaxud da müstəntiqin özünun yazdıqlarını ona oxuyub-oxumaması soruşulmuş, o isə “xeyr” cavabını verərək həmin əlifbanı bilmədiyini bildirmişdir. Hakim müstəntiqə acıqlanaraq əməliyyat tədbirinin keçirilməsi barədə qərar olmadan, əməliyyat işi açılmadan təqsirləndirilən şəxsin şöbəyə aparılması barədə xüsusatları araşdırmaq lazım olduğunu bildirib qərarı ləğv etmişdir. Lakin nə prokurorluq, nə də ki məhkəmə bu xüsusatları araşdırmamışdır. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını, evinə narkotik, tərəzi qoyan polisləri tapıb onların cəzalandırılmasını məhkəmə kollegiyasından xahiş edir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları hökmdə sadalamaqla kifayətlənmiş, həmin sübutları düzgün şərh etməyərək, tam, hərtərəfli və obyektiv yoxlamadan biri digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirərək yanlış nəticəyə gəlmişdir. Belə ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram, yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi 49 ünvanında (məhkəmə qərarında və axtarış protokolunda Qullar kəndi qeyd edilmiş) yerləşən evində, evin həyətyanı sahəsində və həyətyanı sahəsində yerləşən tikililərdə evin otağından 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram, ümumilikdə külli miqdarda yəni 7 kq 165,54 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, çətənə bitkisi toxumları, üzərində çətənə bitkisi və heroin hissəcikləri olan tərəzilər aşkar edilərək götürülmüşdür. Ona görə də cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən hökmün ləğv edilməsini, Vidadi Əmralıyevə verilmiş ittihamlar üzrə CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə cinayət qanunu normalarına müvafiq olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmün çıxarılmasını apellyasiya instansiya məhkəməsindən xahiş edir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən Vidadi Əmrəliyev ifadəsində bildirdi ki, özünü qismən, yəni CM-in 228.4-cü maddəsi ilə təqsirli bilir, CM-in 234.1-ci maddəsi ilə isə özünü təqsirli bilmir. Belə ki, 25 mart 2020-ci ildə evində olmuş, axşamüstü özünün qonaqlarını yola salan zaman polis əməkdaşları gəlib rəisin onu çağırdığını demişlər. O, hər hansı cinayət törətmədiyini bildirirək çağırılmasının səbəbini soruşmuşdur. Bununla belə, polis əməkdaşları ona çağırılmasının səbəbini bildirməmiş və bu barədə ona polis idarəsində məlumat veriləcəyini demişlər. Bu zaman o, polisə getməsi barədə ailəsinə məlumat vermək istəmiş, lakin polis əməkdaşları buna mane olaraq özlərinin bu barədə ailəsinə məlumat verəcəklərini demişlər. O, təkid etsə də, məlumat vermək üçün ona şərait yaradılmamış və əksinə polis əməkdaşları onu zorla maşına mindirərək saat 2000-2100 radələrində polis şöbəsinə aparmışlar. Bunu orada olan qonşuları da görmüşlər. Polis şöbəsində olan zaman üzərindən həmin bıçaq aşkar edilmiş və o, aşkar olunmuş bıçağın həmin gün heyvan kəsiləndə istifadə etdiyini, sonradan yadından çıxıb cibində qaldığını demişdir. Sonra polis əməkdaşları onu döyməyə başlamış, Şəmsəddin adlı polis əməkdaşı onun başına dubinka ilə vurmuş və o, özündən getmişdir. Ayılan zaman Şəmsəddin adlı polis əməkdaşının onun qoltuq cibini doldurduğunu görmüş, ondan bunun nə olduğunu soruşan zaman o, bunların ona məxsus olduğunu bildirmiş, o isə zarafatla “doldurduqlarının balaca olduğunu, imkan varsa yekəsini qoymasını” Şəmsəddinə deyən zaman, Şəmsəddin “lazım olsa yekəsini evinə qoyacaqlarını” bildirmişdir. Həmin gecə polis əməkdaşları onu polis şöbəsində saxlamış, özləri isə onun evinə getmişlər və gecədən səhərə qədər 10 nəfər polis əməkdaşı evində qalmışdır. Polis əməkdaşları evində olan zaman ailə üzvlərini çölə çıxmağa qoymamışlar. 26 mart günorta saat 13-14 radələrində polis əməkdaşları onu evinə gətirmişlər. Onu evinə gətirən zaman polis rəisinin müavini Anar müəllim yolda ona hədə-qorxu gələrək evindən çıxanların hamısının onun olduğunu deməsini tələb etmiş, etiraf etməyəcəyi halda axşam döyüldüyündən daha pis döyüləcəyini, elektroşokdan daha ağır işgəncələrə məruz qalacağını, habelə onun üzərinə 5 nəfərin ölümü olan (yəni həmin şəxslərin öldürülməsində istifadə olunan) silah qoyulacağını demişlər, həmin vaxt o qorxmuşdur. Evə gedən zaman Vüsal və Anar adlı şəxslər ona hədə-qorxu gəlmişlər ki, evdən nə çıxsa onundur. Evdən heç nə çıxmayacağını zənn edərək razılaşmışdır. Həyətində iki ev yerləşir: həmin evlərin birində anası, digərində o öz ailəsilə yaşayır. Anası yaşayan evdən heç nə çıxmamışdır. Birinci anası yaşayan evdə axtarış aparılmış, orada ov tüfənginin 19 ədəd patronu tapılmışdır. Sonra ikinci evə axtarış edilmiş, evə çatan kimi o, birbaşa soyuducunun yanına gətirilmiş və soyuducunun yanına bir torba, içərisinə bir torba, arxasına başqa bir balaca torba qoyulduğunu, polis əməkdaşlarının onun evindən 3-4 ədəd bükümdə torbalar çıxartdıqlarını görmüş, o isə həmin torbaların ona məxsus olmadığını demişdir. Evdən tapılan tərəzilər də ona, ya da ailə üzvlərinə məxsus olmamışdır. Bundan sonra təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, 25 mart 2020-ci ildə Zaqatala şəhərinə getmək üçün həyət qapısının qarşısında taksi gözləmiş, elə bu zaman iki polis nəfəri ona yaxınlaşaraq “rəis çağırır” deyərək maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Onu polis şöbəsinə aparanlar Şəmsəddin və Cuma adlı polis nəfərlər idi. Polis şəbəsində axtarış aparılan zaman üzərindən bir ədəd bıçaq və 6-7 ədəd narkotik vasitənin toxumu aşkar olunmuşdur. Polis şöbəsində mart ayının 25-dən 26-na keçən gecə döyülmüş, bədənində xəsarət izləri- dəyənəyin və elektroşokun izləri və başında şişlər olmuşdur. Məhkəmə iclasında döyüldüyünü deməmişdir, çünki döyüldüyünü etiraf edəcəyi halda qardaşını incidəcəklərini ona demişlər. Təsir altında hər şeyi boynuna almışdır. Evində axtarış keçirildikdə çəkiliş telefonla aparılmış və həmin vaxt vəkili iştirak etmişdir. Vəkil gələndə gecə saat 01 radələri olardı. Mart ayının 30-da onu X13 təhvil vermişlər, həkim müayinəsindən keçmiş və bədənində xəsarətlər aşkar edilmişdir. Həkimə yıxıldığını demişdir. Ailəsi ilə yaşadığı evdə soyuducunun yanından yeddi kiloqrama yaxın narkotik vasitə və ölçü tərəziləri aşkar edilmişdir. Balakən RPŞ-nin baş əməliyyat müvəkili Şəmsədin Novruzov ona qarşı qərəzlidir, çünki 2017-ci ildə qardaşı tutulanda o Şəmsəddinin barəsində nalayiq ifadə işlətmişdir. Özü tutulandan sonra “gördüz onun torbasını necə tikdik” demişdir. Polis şöbəsində isə üzərində dərhal axtarış aparılmamışdır. Birinci onu özündən gedənə qədər döymüşlər, bundan sonra cibinə narkotik vasitəni qoyub axtarış aparmışlar. Onun heç bir günahı yoxdur. Günahsız olaraq tutulmuş, 1 (bir) il 9 (doqquz) aydır ki, əziyyət çəkir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 234.1-ci maddəsi üzrə bəraət verilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X35 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin yaşadığı evin həyətindəki tikilidən aşkar olunmuş 7 kiloqram 50 qram çəkidə olan narkotik vasitənin ittihamdan xaric edilməklə Vidadi Əmralıyevə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın CM-in 234.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsni, təqsirləndirilən şəxsə verilmiş ittihamlar üzrə CM-in 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası təyin etməklə yeni ittiham hökmünün çıxarılmasını, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid1h Tofiq oğlu ifadəsində bildirdi ki, dörd ildir Balakən RPŞ-də çalışır, dörd aydır ki, həmin əraziyə sahə rəisi vəzifəsinə təyin edilmişdir. Əvvəllər verdiyi ifadələri yadında deyil. Evdə axtarış aparılan zaman təqsirləndirilən şəxs iştirak etmiş və narkotik vasitələr aşkar olunanda heç bir narazılıq bildirməmişdir. Narkotik vasitələri şəxsi iştifadəsi üçün özünün əkdiyini demişdir. Birinci böyük evdə axtarış aparılmış, oradan kağıza bükülü halda narkotik vasitəsini toxumları aşkar olunmuşdur. Altıaçıqdaki otaqlardan isə 3 ədəd qutuda qurudulmuş halda narkotik vasitə aşkar edilmişdir Narkotik vasitələri əməliyyatçılar soyuducunun yanında qoyulmuş yun torbasının içindən aşkar etmişlər. Təqsirləndirilən şəxsin ailə tərkibi haqqında məlumatı olmasa da, onun evində axtarış aparılan zaman polis nəfərlərindən başqa, qardaşı, həyat yoldaşı və uşaqları olmuşur. Xidməti ərazisində 13 min nəfər əhali yaşayır, 20 nəfərə yaxın məhkum olunmuş şəxs var. Təqsirləndirilən şəxsin narkotik vasitələrin becərməsindən və evində saxlamasından xəbəri olmamışdır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, on altı ildir ki, Balakən RPŞ-də Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsin üzərində axtarış aparılan zaman vəkili iştirak etmiş, axtarış video çəkilişlə aparılmışdır. Həmin vaxt üzərindən bıçaq və narkotik vasitə aşkar edilmişdir. Evində də narkotik vasitənin olduğunu Təqsirləndirilən şəxs özü etiraf etmiş, təqsirləndirilən şəxs onun tərəfindən döyülməmişdir. Əvvəllər də təqsirləndirilən şəxsin barəsində məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı üçün barəsində əməliyyat qeydiyyat işi onun tərəfindən açılmışdır. Vidadi Əmralıyevə qarşı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar mövcüd olmuş, əks halda əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi mümkün deyil. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi üçün qərar məxfi olduğundan ola bilər ki, cinayət işinə qoyulmamışdır. Lakin Təqsirləndirilən şəxs barəsində “məcburi gətirilmə” və ya “axtarış” haqqında qərarlar çıxarılmamışdır. Üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxs heç bir narazılıq bildirməmişdir. Bundan başqa, onu polis şöbəsinə aparmamışlar, sadəcə polis şöbəsinə dəvət etmişlər. Yolda gördükdən sonra maşını saxlamışlar və onlarla poliş şöbəsinə getməli olduğunu demişlər. Vidadi Əmralıyevi polis şöbəsinə maşınla axşam saatlarında aparmışlar. Lakin havanın qaralıb-qaralmadığını dəqiq deyə bilmir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılanda onun özü də, təqsirlərləndirilən şəxsin müdafiəçisi də iştirak etmiş, lakin təqsirləndirilən şəxsin evində axtarış aparılmasında o, iştirak etməmişdir. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid6 oğlu ifadəsində bildirdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə məlumat onlara daxil olmuşdur. Şahid2 ilə ərazidə patrul xidmətində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs birinci getmək istəməmiş, onunla biraz söhbət etdikdən sonra maşına əyləşib onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək narkotik vasitənin toxumları, selofan torbada narkotik vasitə və bıçaq aşkar olunmuşdur. Bundan sonra Şahid6 ona verilən sualları cavablandıraraq göstərdi ki, Təqsirləndirilən şəxs mart ayında saxlamışlar, lakin günün hansı vaxtı olduğunu xatırlamır. Həmin vaxt mobil telefondan istifadə etməmiş, amma ***-***-**-** mobil nömrəli telefonu olmuşdur. Polis nəfəri olduğu üçün əməliyyat məlumatı ona daxil olmamışdır. Lakin Şahid2 əməliyyat məlumatının necə daxil olduğunu bilmir. Təqsirləndirilən şəxs üzərinə baxış növbətçi hissənin qarşısında keçirmiş, həmin vaxt vəkil dəvət olunmuşdur. Vidadi Əmrəliyevin üzərinə baxışın keçirilməsində iştirak etsə də, lakin günün hansı vaxtı olduğu yadında deyil. Bu barədə qərar qəbul olunub-olunmadığını, əməliyyat qrupunun yaradılıbyaradılmadığını bilmir. Bu məlumat məxfi saxlanılır. Onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmək üçün əraziyə çıxmamışlar, həmin gün patrul xidmətində olmuşlar. Sadəcə əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs polis şöbəsinə xidməti maşında aparmışlar. Vidadi Əmrəliyevi günün hansı vaxtı polis şöbəsinə apardıqları dəqiq yadında deyil. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qonşusudur. Vidadi yaxşı qonşu olmuş, onun barəsində mənfi heç nə eşitməmişdir. 25.03.2020-ci ildə axşam saat 8-də həyətə çıxmış, həmin vaxt Vidadigilin evinin qabağında “Niva-Chevrolet” markalı maşının dayandığını, iki nəfərin Vidadinin qolundan tutub zorla maşına tərəf apardıqlarını görmüşdür. Yaxınlaşıb nə baş verdiyini maraqlanmaq istəyəndə Vidadini maşına otuzdurub aparmışlar. Evə qayıdıb oğluna “Vidadi əmigilə get de ki, onu polislər apardılar” demişdir. 10-15 dəqiqə sonra Vidadigilə çoxlu sayda polis maşınları gəlmiş, həyətə çıxıb Vidadigilə getmək istəyəndə polislər qoymamışlar. Polislər səhərə kimi Vidadigilin həyətində olmuşlar. Səhəri gün ziyarətə gedəndə polislər Vidadigildə idilər, günorta vaxtı ziyarətdən qayıdanda da polislər hələ orada idilər. Sonradan Vidadinin həbs edildiyini bilmişdir. Bundan sonra şahid Validə Nəsibova ona verilən sualları cavablandıraraq göstərdi ki, Vidadigildə anası, həyat yoldaşı və 3 övladı yaşayır. 25 mart 2020-ci ildə axşam saat 8-də mülki geyimdə olan iki nəfər şəxs Vidadini aparmışdır. Həmin vaxt hava qaralmışdır. Vidadigilin həyətdə gəzənlərin polis olduğunu evinin qabağında dayanan polis maşınlarından bilmişlər. Polis əməkdaşlarının nə barədə danışdıqlarını dəqiq bilmir. Vidadigilə onu aparandan sonra da, səhəri gün günorta da getmiş, lakin polislər onu içəri buraxmamışlar. Ondan başqa Vidadigilə hansı qonşunun getdiyini bilmir. Polislər Vidadini aparandan sonra gəlmişlər, onlar gələndə Vidadigildə həyat yoldaşı və uşaqları olmuşdur. Vidadinin anasının orda olub-olmadığını bilmir. Onun oğlu Vidadinin oğluna atasını polislərin apardığını demişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, 25 mart 2020-ci il tarixdə axşam radələrində evdə olarkən bayırdan, yəni yoldan səs-küy gəldiyini eşidib yola çıxmış, yola çıxan zaman uşaqlarının əlinə keçməməsi üçün evdə olan bıçağı da özü ilə götürmüşdür. Bu zaman o nə səs-küy olduğunu araşdırdıqdan sonra, elə küçədən bir taksi tutub, həmin vaxt Zaqatala rayonunda xəstəxanada olan anasının yanına gedəcəyini də fikirləşmişdir. Lakin o, yola çıxdıqda Balakən Rayon Polis şöbəsinin əməkdaşları olan Cuma və Şəmsəddin adlı polislərin orada olduğunu görmüşdür. Həmin polislər rəisin onu çağırdığını demiş, o isə hər hansı cinayət törətmədiyini bildirirək çağırılmasının səbəbini soruşmuşdur. Bununla belə, polis əməkdaşları ona çağırılmasının səbəbini bildirməmiş və bu barədə ona polis idarəsində məlumat veriləcəyini demişlər. Bu zaman o, polisə getməsi barədə ailəsinə məlumat vermək istəmiş, lakin polis əməkdaşları buna mane olaraq özlərinin bu barədə onun ailəsinə məlumat verəcəklərini demişlər. O, məlumat verməyə təkid etsə də, ona məlumat verməsi üçün şərait yaradılmamış və əksinə polis əməkdaşları onu zorla maşına mindirərək polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman üzərindən həmin bıçaq aşkar edilmiş və o, aşkar olunmuş bıçağın səs eşidib yola çıxan zaman uşaqlarının əlinə keçməməsi üçün üstündə saxladığını və həmin vaxt Cuma və Şəmsəddin adlı polis əməkdaşlarının onu tutduğunu, döyərək maşına mindirdiklərini və evlərinə məlumat verməyə qoymadıqlarını demişdir. Şöbədə olan zaman onun üstündən qanunsuz başqa heç bir şey aşkar olunmadığı üçün polis rəisi həmin polis əməkdaşlarının üstünə qışqıraraq niyə onu boş gətirdiklərini demiş, polis əməkdaşları isə onu evinin qabağında olan zaman tutub gətirdiklərini demişlər. Sonra polis əməkdaşları onu döyməyə başlamış, Şəmsəddin adlı polis əməkdaşı onun başına dubinka ilə 40 dəfə vurmuş və o, özündən getmişdir. O, ayılan zaman Şəmsəddin adlı polis əməkdaşının onun qoltuq cibini doldurduğunu görmüş, o, bunun nə olduğunu Şəmsəddindən soruşan zaman, sonuncu bunların ona məxsus olduğunu bildirmiş, o isə zarafatla doldurduqlarının balaca olduğunu, imkan varsa yekəsini qoymasını Şəmsəddinə deyən zaman, Şəmsəddin yekəsini onun evinə qoyduqlarını bildirmişdir. Həmin gecə polis əməkdaşları onu polis şöbəsində saxlamış, özləri isə onun evinə getmişlər və gecədən səhərə qədər 10 nəfər polis əməkdaşı onun evində qalmışlar. Polis əməkdaşları onun evində olan zaman ailə üzvlərini çölə çıxmağa qoymamışlar. Həmin gün onların evlərində anasının yanına getmək istəyən qohumu, qardaşı və qardaşının yoldaşı da olmuş, polislər qardaşını da həyətə girməyə qoymamışlar. O, tutulan zaman yoldaşı qayınatasıgildə olmuş, qayıtdıqda isə istədiklərini etmələrinə maneə olacağına görə polis əməkdaşları onun yoldaşını da həyətə buraxmamışlar. Növbəti gün, yəni 26 mart günorta radələrində polis əməkdaşları onu evinə gətirmişlər. Onu evinə gətirən zaman polis rəisinin müavini Anar müəllim yolda ona hədə-qorxu gələrək evindən çıxanların hamısının onun olduğunu deməsini tələb etmiş, o isə evdən aşkar edilənlərdən yalnız özünə məxsus olanları etiraf edəcəyini demişdir. Ona etiraf etməyəcəyi halda axşam döyüldüyündən daha pis döyüləcəyi, elektroşokdan daha ağır işgəncələrə məruz qalacağı, o cümlədən onun üzərinə 5 nəfərin ölümü olan silah qoyulacağını demişlər, o isə həmin vaxt qorxmuşdur. Evə çatan kimi o, birbaşa soyuducunun yanına gətirilmiş və soyuducunun yanına bir torba, içərisinə bir torba, arxasına başqa bir balaca torba qoyulduğunu, polis əməkdaşlarının onun evindən 3-4 ədəd bükümdə torbalar çıxartdıqlarını görmüş, o isə həmin torbaların ona məxsus olmadığını demiş və özünün yalnız narkotik çəkən, istifadə edən olduğunu bildirmişdir. O, həmin narkotiklərdən 33 qramının ona məxsus olduğunu, digərlərinin ona məxsus olmadığını demişdir. Həmin vaxt polis əməkdaşları axşamkı döyülmənin ona az olduğunu, digər narkotikləri də boynuna almalı olduğunu, çəkiliş gedəcəyini, çəkiliş gedərkən etiraf etməyəcəyi halda axşam daha çox döyüləcəyini ona bildirmişlər. O, məcazi mənada polis əməkdaşlarına qoyduqları narkotikin az olduğunu demiş, polis əməkdaşları isə qoyulan narkotikin ona bəs edəcəyini bildirmişlər. Hətta orada çəkinin çox olmasnı təmin etmək üçün polislərin qoyduqları narkotikin içərisində çürüntü nəşə yarpaqları və çubuqlarda olduğunu görmüşdür. Bundan sonra aparılan çəkiliş zamanı o, məcbur olaraq həmin narkotikin də onun olduğunu etiraf etmişdir. Bundan başqa evdən bir sıra əşyalar aşkar edilmişdir. Lakin evdən tapılan tərəzilər də ona və ya ailə üzvlərinə məxsus olmamışdır. Hesab edir ki, istər evdən tapılan tərəzilər, istərsə də narkotik onun tutulmasının təmin edilməsi məqsədi ilə polislər tərəfindən oraya qoyulmuşdur. Ehtimal edir ki, qardaşının tutulmasında iştirak edən Şəmsəddin adlı polisin ünvanına söyüşlər söyməsi səbəbindən sonuncu onun tutulmasını təmin etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Balakən Rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 26 mart 2020-ci il tarixdə gecə saatlarında – ayın 25-dən 26-na keçən gecə Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, bununla əlaqədar polis əməkdaşı Şahid6la birlikdə Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində öz evinə yaxın yerdə müəyyən edib, Balakən RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs aşkar edərkən ilk əvvəl sonuncu onların dəvətini rədd etsə də, sonradan qəbul edib, onlarla birlikdə Balakən RPŞ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmaqla Təqsirləndirilən şəxs ciblərindən 1 ədəd bıçaq, 2 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi və çətənə bitkisinin toxumlarına oxşar toxumlar aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Götürmə zamanı sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və bir torbadakı kütlə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs marixuananın, toxumların və bıçağın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar protokolu imzaları ilə təsdiqləmişlər. O, Təqsirləndirilən şəxs əvvəldən kənd sakini kimi tanısa da, heç bir münasibətləri olmamış, sonuncunun qardaşının bir müddət əvvəl ifşa edilməsi əməliyyatında iştirak etsə də, Təqsirləndirilən şəxs onun barəsində hər hansı xoşagəlməz söz danışmasını eşitməmişdir. Təqsirləndirilən şəxslə heç bir qərəzli münasibəti olmamış və sonuncuya qarşı qanunsuzluq edən olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid6 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində Balakən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid5 şahid qismində göstərmişdir ki, o, 26 mart 2020-ci il tarixdə Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində axtarış aparılmasında iştirak etmişdir. Axtarışla əlaqədar Balakən Rayon Məhkəməsinin müvafiq qərarı olmuş, həmin qərarla əlaqədar müvafiq olaraq şöbə rəhbərliyinin göstərişi əsasında bu tədbirdə iştirak etməyə cəlb olunmuşdur. Axtarış aparılan dövrdə o, Təqsirləndirilən şəxs, onun vəkili və polis əməkdaşları iştirak etmişlər. Axtarış prosesində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və bilavasitə onun evinə onlar özü ilə birlikdə girmişlər. İlk olaraq baxışa Təqsirləndirilən şəxs həyətində yerləşən 2 mərtəbəli evdən başlanılmış, qeyd olunan evin yataq otağında müxtəlif sellofan və kağız bükümlərdə, plastik qablarda, kibrit qutularında narkotik tərkibli çətənə bitkisinin toxumuna oxşar bitki toxumları aşkar olunmuş, həmin toxumlar qablaşdırılmış, həmçinin eyni otaqdan aşkar olunmuş, onların arasında işıq fənəri, binokl, oyuncaq tapanca, 19 ədəd ov tüfənginin güllələri aşkar olunub götürülmüş və qablaşdırılmışdır. Qeyd olunan 2 mərtəbəli evin digər otaqlarında, habelə evin birinci mərtəbəsində aparılan axtarış zamanı qanunsuz hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonrakı mərhələdə axtarış həyətdə yerləşən 1 mərtəbəli yaşayış olan evdə davam etdirilmiş, orada Təqsirləndirilən şəxs özü onları bir otağa gətirmiş, həmin otaqda olan böyük yun kisəsinin içərisindən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan sellofan torba çıxartmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, əvvəllər həyətyanı sahəsində çətənə bitkisi əkib becərdiyini, onu qurudub, özünün şəxsi istehlakı üçün əldə edərək evində saxladığını bildirmişdir. Yun kisəsinin içərisi axtarıldıqda, digər bir sellofan bağlama aşkar olunmuş və həmin bağlamanın da içərisində qurudulmuş marixuana kütləsinə oxşar kütlə olmuşdur. Bununla yanaşı, eyni otaqda istifadə olunmayan, taxılı vəziyyətdə olmayan, köhnə soyuducu olmuş, soyuducunun əvvəlcə içərisindən daha bir selofan torba çıxmış, onun da içərisində qurudulmuş marixuana bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Bundan əlavə həmin soyuducunun arxa tərəfində də eyni qaydada böyük bir sellofan torba olmuş və həmin torbanın içərisindən də qurudulmuş marixuana bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Bu kütlələr hamısı müvafiq olaraq orada qablaşdırılaraq götürülmüşdür. Axtarış davam etdirilmiş və qeyd olunanlardan əlavə istintaq marağı kəsb edə biləcəyi nəzərə alınmaqla otaqlardan aşkar olunmuş kağız bükümlər, elektron tərəzilər, fənər, 2 ədəd bıçaq və avtomobil qeydiyyat nişanı və çətənə bitkisinin toxumlarına bənzər toxumlar qablaşdırılaraq götürülmüşdür. Axtarışın nəticəsi olaraq müvafiq protokol tərtib olunmuş, hamı ordakı iştirakçılar kimi o da protokolun məzmunu ilə tanış olmuş və onun səhifələrini, eləcə də, yekun hissəsini imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 Şahid5 ilə oxşar məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı X10 ifadəsində göstərmişdir ki, bir neçə gün qayınanasının ağrıları olduğuna görə 25 mart 2020-ci il tarixdə böyük qayını Bayram Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin gün baldızları İnarə və Bahar, həmçinin qayınanasının qardaşının nəvəsi Tinay və eltisi Sevda onlarda olmuşdur. Bundan sonra əri Təqsirləndirilən şəxs xəstəxanaya yemək aparmaq qərarına gəlmiş və buna görə də o, yemək bişirmiş, sonra isə özünün xəstə olan atasına baş çəkmək üçün kiçik oğlu ilə birlikdə Mahamalar kəndinə getmişdir. Atasıgilə çatdıqdan təxminən 1-1,5 saat sonra İnarə atasının ***-***-**-** nömrəli telefonuna zəng edərək Vidadinin polis əməkdaşları tərəfindən zorla aparıldığını bildirib qapıda çox sayda polislər olduğunu demiş və ondan qayıtmağı xahiş etmişdir. Bu zaman o, kiçik oğlunu gəlinigilə qoyub, taksi ilə evə gəlmişdir. O, evlərinə gələndə qonşudakı evədək polis maşınları olduğunu, bir neçə polisin də, maşınların içərisində oturduqlarını görmüşdür. Bu zaman küçədən həyətlərinə olan qapını açmaq istəsə də, polis əməkdaşları onu evə buraxmamış və rəis evdə olduğu üçün həyətin qapısını bağladıqlarını demişlər. O, polislərə evin gəlini olduğunu deyib, evə buraxmağı tələb etsə də, evə buraxılmamışdır. Buna görə o, məcbur olub qayını Bayramın kirayə yaşadığı qonşuluqdakı evə getmiş, lakin orada da heç kim olmamışdır. Təxminən 1,5 saat qaynıgildə oturmuş, sonra dözə bilməyib yenidən öz evlərinə doğru gəlmişdir. Evlərinin yaxınlaşan zaman həyətlərindən çox sayda polislərin çıxdığını görmüşdür. Daha sonra o, həyətə girmiş və həyətə girəndə həyətdə hələ də xeyli sayda polis əməkdaşlarının qaldığını görmüşdür. Bu zaman polislər ona həyətdə dayanmağa icazə vermədiklərinə görə o, həyətdəki ikimərtəbəli evlərinin ikinci mərtəbəsinə çıxmışdır. Pilləkənlərlə çıxarkən qaynı Bayramın pilləkəndə dayandığını görmüşdür. Həmin vaxt o, öz otağına daxil olmaq istəmiş, lakin bu otaqda da çox sayda polislərin oturduqlarını müəyyən etmişdir. Daha sonra qayınanasının otağına keçmiş və qayınanasının otağında kiçik baldızı İnarənin, böyük baldızı Baharın, 16 yaşlı qızının, 15 yaşlı oğlunun və bir də qaynanasının qardaşının nəvəsi Tinayın olduqlarını görmüşdür. Polis əməkdaşları onların bayıra çıxmasını qadağan etmiş və həmin gün gecəni polislərin müşayiəti altında bu otaqda qalmışlar. O, polis əməkdaşlarına öz otağından götürəcək əşyası olduğunu dedikdə onu öz otağına girməyə də qoymamışlar və onları qayınanasının otağına salmışlar. Sabahı gün çəkiliş olan zaman onları aparıb zirzəmiyə salmışlar. Onlar polis əməkdaşlarından bunun səbəbini soruşduqda bunun səbəbi onlara izah edilməmişdir. Martın 26-sı təxminən saat 1- 2 radələrində polis əməkdaşları onların evinə gəlib, çəkiliş edib, çıxıb getmişlər. Bütün bu müddət ərzində evdə nə baş verdiyindən xəbərləri olmamış və ev faktiki olaraq polislərin nəzarətində olmuşdur. Yalnız qayını Bayram bayırda qalmışdır. Bu müddətdə qayınanası ***-***-**-** nömrəsindən istifadə etmişdir. Əri Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonları olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qardaşı X7 ifadəsində göstərmişdir ki, 25 mart 2020-ci il tarixdə saat 17.15 radələrində ona anasının xəstə olması və onu xəstəxanaya aparmasına zərurət olması barədə zəng gəlmişdir. Bu zaman o, qardaşı Vidadi ilə əlaqə saxlayıb anasını xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu isə halsız olduğunu bildirib özünün aparmasını demişdir. O, Vidadinin evinə gəlmiş və Balakəndə karantin olduğu üçün anasını Zaqatalaya xəstəxanaya aparıb, anasını xəstəxanaya yerləşdirib axşam təxminən saat 19 radələrində qayıtmışdır. Bu zaman Vidadinin evində bacıları Bahar və İnarə ilə yanaşı, qohumları Tinay və onun arvadı Sevda da olmuşdur. Qayıtdıqdan sonra o, bacılarına anasını xəstəxanaya yerləşdirdiyini demişdir. Bundan sonra o, telefonla Bakıda yaşayan bacısı ilə danışmış və elə bu vaxt “çağıran var” deyə küçədən səs gəlmiş, o, kim olduğunu soruşmuş, həmin vaxt Vidadinin maşına basılıb zorla aparıldığını demişlər. Həmin vaxt o, əlindəki telefonu bacısıgilə verib bayıra çıxmışdır. İlk əvvəl o, Vidadinin kiminləsə dalaşması səbəbindən aparıldığını fikirləşsə də, bayıra çıxdıqda qonşuda polislərin olduğunu görmüşdür. Polislər oraya 7-8 maşınla gəlmişlər. Polislər bu zaman onlara tərəf gəlib, ondan “Vidadinin evi buradır?” deyə soruşmuşlar. O, qarşısında dayandığı evin Vidadinin evi olduğunu təsdiqlədikdən sonra, ondan kim olduğu soruşulmuş və o, Vidadinin qardaşı olduğunu bildirmişdir. Bu zaman polislər onu evə itələmişlər. O, bu davranışın səbəbini soruşduqda polislərdən mülki geyimdə olan biri əvvəl onun şəxsiyyəti barədə suallar vermiş, sonra isə onu söyüb-təhqir etmiş və hədələmişdir. O, digər polislərdən həmin şəxsin kim olduğunu soruşmuş, onlar isə həmin şəxsin rəis olduğunu bildirmişlər. Bu zaman onlara heç bir sənəd təqdim edilməmiş, rəis kimi təqdim edilən şəxsin qışqıraraq verdiyi göstərişlərə əsasən polislərin hərəsi evin bir yerinə daxil olmuşdur. Buna görə, o həmin şəxsə yaxınlaşaraq “yoldaş rəis bu axtarışla bağlı nəsə kağız varmı sizdə” deyən zaman həmin vaxt həyətdə it hürürmüş, rəis ona “küçük, sənə kağızmı lazımdı, get itini bağla” demiş, əlində tapancasını da çıxarıb “yeri get itini bağla, bu dəqiqə itinin başına gülləni qoyaram, yerinə də səni bağlayaram” demişdir. O, yenicə cəza çəkib qurtardığına görə çəkilib qıraqda durmuşdur. Bu vaxt Vidadinin 11-ci sinifdə oxuyan oğlu Şəmsəddin də onun yanına gəlmiş və polislər onlara nəzarət edərək heç bir yerə getməyə qoymamışlar. Bu zaman hətta polislərdən biri Şəmsəddini qırağa çağırıb hinə tərəf aparmış, o, polislərin uşağın cibinə nəsə soxduğunu, qulağına əyilib nəsə dediklərini, uşağın nəsə dediyini görmüşdür. Bu zaman rəis də ondan 3 metr o tərəfdə dayanmış, onların uzaqlaşmasına icazə verməmişdir. Həmin vaxt o, telefonla çəkiliş aparmaq istəsə də, icazə verilməmişdir. Polislər həyətdən qadınları aparıb, onun da telefonunu əlindən alıb, bir vaxtı söndürüb, geri vermişlər. Üstündən saat yarım keçdikdən sonra, təxminən saat 23 radələrində polislərdən biri gəlib nə isə tapdıqlarını məruzə etmişdir. Bu zaman rəis ev sakinlərinin harada olduğunu soruşmuş, polislər evdə olduqlarını dedikdə, rəis onlardan iki nəfərini çağırmağı tapşırmışdır. Polislər gedib bacısı Baharla arvadı Sevdanı dəvət etmişlər. Bundan sonra polislər həyətdəki, bayırdan həyətə daxil olduqda sağda yerləşən Vidadinin yaşadığı otağa daxil olmuşlar. Bir qədər sonra onlar, yəni onunla arvadı Sevda və bacısı Bahar da həmin otağa daxil olmuşlar. Orada rəis və rəis müavininin iştirakı ilə onlara ortada qoyulmuş 16-17 ədəd 16 kalibrli patron, suvenir tapanca, fənər və tir gülləsi olmuşdur. Rəis buna məyus olub “bu nədi zir-zibili yığmısız bura, burda tankdan başqa nələr yatır bilmirsiz, axtarın” deyə əmr verib, çıxıb getmişdir. Həmin gün gecə polislər ondan gedib qadınlar olan otaqda yatmağı tələb etmiş, o tutulmaqdan ehtiyatlanaraq həyətdən bayıra çıxıb kənarda gözləmişdir. Polislər onu heç qapının qarşısında da gözləməyə qoymadığı üçün o bir qədər uzaqlaşmışdır. Evdən nə çıxmışdısa masanın üzərində qalmışdır. Arada o, gödəkçəsini götürmək üçün qayıtmış və bu zaman evin qarşısında 4 avtomobil dayandığını görmüşdür. Bu zaman da polislər onu oradan qovmuşdur. Həmin axşam o, polislərin hasardan həyətə nə isə atıb “mən atdım sən götür” dediyini eşitmişdir. Sonra polislər bu əşyanı götürüb aparıb evə qoymuşlar. Həmin vaxt həyətdə 20 nəfər, avtomobillərdə isə 8 nəfər polis əməkdaşı olmuşdur. Sabahısı gün, 26 mart 2020-ci il tarixdə evdə axtarış keçirilmiş və guya evdəki soyuducunun içindən və ya yanından 7 kq narkotik tapılmışdır. Səhər o evə gəlmişdir. İlk əvvəl qapı bağlı olsa da, sonra polislər onu içəriyə buraxaraq bir qədər sonra çəkiliş gələcəyini və onun gizlənməli olduğunu demişlər. Sonra onu zirzəmiyə salmışlar, evin digər sakinləri isə evin pəncərəsi olmayan otağa salınıb, qarşısında iki nəzarətçi qoyulmuşdur. Bu zaman oraya gəlmiş bacısı oğlu və yeznəsi evə girmək istəmiş, lakin polislər onları evə və həyətə buraxmamışlar. Çöldə olanları zirzəmiyə, evdə olanları isə pəncərəsi olmayan otağa keçirdib, birdən çəkiliş olar deyə qabağına da 2 nəfər nəzarətçi qoyub onları evdən çıxmağa qoymamışlar. Bütün bu müddət ərzində o, arvadı ***-***-**-** nömrəsindən istifadə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacıları X8 25-26.03.2020-ci il tarixlərdə istifadəsində olan mobil telefon nömrəsi barədə məlumat vermədən, X5 istifadəsində ***-***-**-** nömrəsinin olmasını, qardaşı arvadı X24 istifadəsindən ***-***-**-** nömrəsinin və qohumları X15 istifadəsində ***-***-**-** nömrəsinin olmasını qeyd etməklə X4 və X3 ifadələrinə oxşar ifadələr vermişlər. Cinayət işinin materiallarında olan: Şəxsi axtarış və götürməyə dair 26 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd bıçaq və 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi, habelə sol sağ yan cibindən daha 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi və 1 ədəd kağız bükümdə içərisində çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Balakən rayon pokurorluğunun müstəntiqi X25 15 dekabr 2020-ci il tarixli qərarından görünür ki, 03.07.2020-ci il tarixdə X9 saxlanılan X1 Azərbaycan Respublikası Baş prokurorluğundan aidiyyəti üzrə rayon prokurorluğuna polis əməkdaşları tərəfindən döyülməsi və şərlənməsi barədə ərizəsi daxil olmuşdur. Toplanmış materiallarda cinayət hadisəsi olmadığından və cinayət işi başlanmasına əsas olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 bölməsinin 26 mart 2020-ci il tarixli 17/195 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan torbada, təmizi çəkisi- 28,23 qram və 1 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi- 87,31 qram, ümumi təmiz çəkiləri- 115,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd rəngli sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... bitki toxumları." sözləri və imzalar yazılmış zərfin içərisindəki 5 (beş) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisindəki 3 (üç) ədəd salfet bükümlərdə, ümumi təmiz çəkiləri- 5,27 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 bölməsinin 26 mart 2020-ci il tarixli 17/199 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri- 4kq 335qr., 1kq 975qr., 420qr.və 320qr, ümumi təmiz çəkiləri- 7 kiloqram 50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, hər birinin üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki toxumları." sözləri və imzalar yazılmış 05 (beş) ədəd zərflərin içərilərindəki kibrit qutularında, plastik qabda, kağız və sellofan bükümlərdə, ümumi təmiz çəkiləri- 104,17 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 bölməsinin 24 iyun 2020-ci il tarixli 17/412 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış zərfin içərisindəki 2 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış sintetik kisənin içərisindəki 4 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 bölməsinin 22 iyun 2020-ci il tarixli 17/364 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab olunur. Rəyin təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, bu bıçağın tiyəsini uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm-dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Səhiyyə İdarəsi Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2020-ci il tarixli 448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X33 bölməsinin 19 iyun 2020-ci il tarixli 17/363 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd tərəzi..." sözləri yazılmış zərfin içərisindəki 1(bir) ədəd "Sinbo" markalı, gümüşü rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan bitki hissəcikləri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir.Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş elektron tərəzi..." sözləri yazılmış zərfin içərisindəki, 1 (bir) ədəd "Aosai" markalı, qara rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. "xxxx" MMC-nin 06 oktyabr 2020-ci il tarixli 17968 nömrəli "xxxx" MMC-nin 29 oktyabr 2020-ci il tarixli BKC/LGL-22627/20 saylı və "xxxx" MMC-nin 22 oktyabr 2020-ci il tarixli AZF/LGL-13525/20 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, şahid Sevinc Əmraliyevanın atasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 24.03.2020-ci il tarixdə saat 00:00 dan 26.03.2020-ci il saat 21:52-dək Balakən rayonu Mahamalar kəndində yerləşən antenlər vasitəsi ilə istifadə edildiyi və yalnız 26.03.2020-ci il tarixdə saat 12:09-da 21 saniyə ünvan 2 ünvanında yerləşən antenin əhatəsində istifadə edilmişdir. Həmin nömrə ilə yaradılmış əlaqələrin təhlili isə onu göstərir ki, 24-26.03.2020-ci il tarixlərdə bu nömrə ilə təqsirləndirilən şəxsin bacısı İnarə Süleymanovanın ***-***-**-** nömrələri arasında əlaqə olmamışdır. Təqsirləndirilən şəxsin bacısı X2 ***-***-**-** nömrəsi 24.03.2020-ci il saat 00:00-dən 26.03.2020-ci il saat 11:09-dək Zaqatala rayonu Qımır kəndi ərazisində, 26.03.2020-ci il saat 13.30-dan günün sonunandək isə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən antenin əhatə dairəsində istifadə olunmuşdur. X6 istifadəsində olan ***-***-**-** nömrəsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, həmin nömrə 24.03.2020-ci il saat 11:08-dən 26.03.2020-ci il saat 09.12-dək Balakən şəhərindən 10 kilometrdən artıq məsafədə olan Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində, həmin gün saat 11:07-dən saat 21.03-dək ünvan 3 ünvanında yerləşən antenlərin əhatə dairəsində istifadə edilməsi müəyyən edilmişdir ki, bu da sonuncunun 25.03.2020-ci il tarixdə təqsirləndirilən şəxsin yaşadığı evdə olması qənaətinə gəlməyi də istisna edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X42 bölməsinin 23 iyun 2020-ci il tarixli 17/361 nömrəli ekspert rəyindən görünür ki, tədiqata təqdim edilmiş 19 ədəd 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, karteç və güllə ilə təhciz olunmuş patronlardır, istifadəyə yararlıdır, tədqiqata dəmir qabda təqdim edilmiş predmetlər 4,5 kalibrli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tüfənglərdə istifadə olunan güllələrdir, istifadəyə yararlıdır, döyüş sursatı hesab olunmurlar, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə tapança formasında hazırlanmış suvenirdir, odlu, qaz və pnevmatik silah hesab edilmir, konstruksiyasına əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X33 bölməsinin 23 iyun 2020-ci il tarixli 17/362 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, küstur üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.05.2002-ci il tarxli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 27.02.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Balakən Rayon İcra Hakimiyyətnin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06.05.2011-ci il tarixli 106-İVQ nömrəli Qanununa və həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 07.06.2011-ci il tarixli Sərəncamna əsasən şəhər ərazisinin genişlənməsi ilə bağlı olaraq əvvəl ünvan 4 ünvan 2012-ci ildən ünvan 5 Balakən rayon İcra Hakimiyyətnin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş 14.04.2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri A.Məmmədov küçəsi 49 saylı evdə yaşayır və himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər İnzbati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin idarəyə heç bir yazılı şikayət daxil olmamışdır. Balakən Rayon Polis Şöbəsinin 11 oktyabr 2021-ci il tarixli 109-24687-1221 nömrəli məktubundan görünür ki, Balakən rayon sakini Təqsirləndirilən şəxs barəsində Balakən RPŞ-nin CAB-də 15.01.2020-ci il tarixdə əməliyyat qeydiyyat işi açılmışdır. Təqsirləndirilən şəxs barəsində açılmış olan əməliyyat qeydiyyat işinin müddəti başa çatdığından DİN-nin BƏSİİ-nin arxivində saxlanılması üçün göndərilmişdir. Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X16 Cinayət İşinin Başlanılmasının rədd edilməsi Haqqında 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, 03.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin X17 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğundan aidiyyəti üzrə rayon prokurorluğuna polis əməkdaşları tərəfindən döyülməsi və şərlənməsi barədə ərizəsi daxil olmuşdur. Həmin məlumat əsasında Balakən rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X18 tərəfindən ilkin yoxlama apanlaraq Təqsirləndirilən şəxs göstərdikləri təsdiq edilmədiyindən və toplanmış materialda cinayət hadisəsi olmadığından 10.08.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Balakən Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli qərarı ilə Kənan Binnətov tərəfindən qəbul edilmiş 10.08.2020-ci il tarixli qərar ləğv edilmişdir. Məhkəmənin qərarında Təqsirləndirilən şəxs barəsində Balakən RPŞ-də əməliyyat məlumat işinin olub-olmaması, əməliyyat işinin açılıb-açılmamasının müəyyən edilmədiyi, Balakən RPŞ-də Təqsirləndirilən şəxs adına tərtib edilmiş tutulan şəxsin tibbi kitabçasına və o, Şəki PM-də təhvil verilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş idarəsi tərəfindən adına tərtib edilmiş məhkumun tibbi kitabçasına baxış keçirilmədiyi göstərilmişdir. 14.11.2020-ci il tarixdə Kənan Binnətovun digər rayon prokurorluğuna ezam olunması ilə əlaqədar material üzrə əlavə yoxlamanın davam etdirilməsi Balakən rayon prokurorunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X19 həvalə edilmişdir. 30.11.2020-ci il tarixdə Yunis Qurbanovun icraatında olan materialların çoxluğu ilə əlaqədar Təqsirləndirilən şəxs müraciəti əsasında aparılan əlavə yoxlamanın davam etdirilməsi Balakən rayor prokurorluğunun sabiq böyük müstəntiqi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X30 həvalə edilmişdir. Rizvan Eminov tərəfindən aparılan əlavə araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi və cinayət işinin başlanmasına əsas olmadığından 15.12.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Balakən Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qərarı ilə Rizvan Eminov tərəfindən qəbul edilmiş 15.12.2020-ci il tarixli qərar ləğv edilmişdir. Məhkəmənin qərarında müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatı və aparılan əməliyyataxtarış tədbirlərinin nəticələri əks olunmuş müvafiq əməliyyat-qeydiyyat işinin olubolmamasının, hansı əsasla Vidad Əmraliyevin şöbəyə gətirilməsinin araşdırılmaması, polis əməkdaşları Şahid2 və Şahid6 əməllərində CM-in 302-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquq qiymət verilməməsi və Təqsirləndirilən şəxslə həbsdə olan şəxslərin dindirilməməsi göstərilmişdir. Balakən rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X26 tərəfindən aparılan əlavə araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi və cinayət işinin başlanmasına əsas olmadığından 14.07.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Balakən Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qərarı ilə Bəxtiyar Mirzəyev tərəfindən qəbul edilmiş 14.07.2021-ci il tarixli qərar ləğv edilmişdir. Məhkəmənin qərarında Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı və aparılan əməliyyataxtarış tədbirlərinin nəticələri əks olunmuş müvafiq əməliyyat-qeydiyyat işinin olubolmamasının, habelə iş üçün əhəmiyyətli ola biləcək digər halların araşdırılmaması göstərilmişdir. Toplanmış materiallarda cinayət hadisəsi olmadığından və cinayət işi başlanmasına əsas olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, qeyd edildiyi kimi həm apellyasiya protestində, həm də apellyasiya şikayətində hökmün Vidadi Əmiraliyevin CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi hissəsi mübahisələndirilir. Eyni zamanda, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı CM-in 228.1-ci maddəsi ilə özünü təqsirli bilmiş, verdiyi apellyasiya şikayətində həmin məsələni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsini yoxlayan kollegiya Vidadi Əmirəliyevin CM-in 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və bu fikirdədir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla yanaşı, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə gəldiyi yekun qənaətlə razılaşmır. Məhkəmə kollegiyаsı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutları və işin obyektiv halları, o cümlədən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın xarakterini, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər halları hərtərəfli araşdırmamış, Təqsirləndirilən şəxs əməli qanunsuz və əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar və ümumiyyətlə, işin faktiki halları məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs Vidadi Əmirəliyev CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini deyil, məhz həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməlini törətmiş və onun bu cinayət əməlini törətməsini deməyə kifayət qədər əsaslar vardır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli 5(019)-37/2020 saylı qərarına əsasən 26 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxsn yaşadığı A.Məmmədov keçəsi 49 (keçmiş ünvan 6 ünvanında axtarış keçirilməsi və götürmə aparılması protokolu, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, 26 mart 2020-ci il tarixdə V.Əmralıyevin evində keçirilmiş bu axtarış zamanı qanunvericiliyin tələblərinə formal olaraq riayət edilsə də, çoxsaylı sakinləri olan axtarış və götürmənin aparıldığı evin heç bir sakini bu istintaq hərəkətinə bilavasitə cəlb edilməmiş, axtarış gedişatında bir sıra məkanlar o cümlədən narkotik vasitələrin sonradan aşkar edildiyi tikili – ev tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, bu zaman polis əməkdaşları həmin zonalarda azad hərəkət etmək imkanına malik olmuşdur. Bu zaman diqqət cəlb edən ən əsas hallardan biri də qeyd edilən ünvanda faktiki olaraq 2 evin (tikilinin) olması və istintaq hərəkətinin birinci evin (birmərtəbəli tikilinin) yanından keçməklə ikinci evdə (ikimərtəbəli tikilidə) aparılması və bu evdən (ikimərtəbəli tikilidən) narkotik vasitə və ya tərəzilərin aşkar olunmaması, bu evdə axtarış başa çatdıqdan sonra digər, yəni həyətin girişinə daha yaxın məsafədə olan və həmin vaxt faktiki olaraq müdafiə tərəfinin nəzarətindən çıxmış və videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi evə (birmərtəbəli tikiliyə) qayıdılır və orada keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda öz əksini tapmış 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram qurudulmuş marixuana, habelə iki ədəd elektron tərəzinin, 2 ədəd kağız bükümlərin və bir sıra digər əşyaların aşkar edilərək götürülməsi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, nəzarətsiz qalan həmin məkandan axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, habelə elektron tərəzilərin təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığına görə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Bununla razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi şahidlər Şahid2, Şahid6, Şahid5 ifadəsindəki məlumatları şübhə altına alsa da, lakin məhkəmə kollegiyası həmin ifadənin əsas məzmununda və mahiyyətində heç bir zidiyyət və inandırıcı görünməyən məqamlar müəyyən etməmişdir. Onların ifadəsi iş materiallarında olan digər sübutalara uyğun gəlir və heç bir ziddiyyət təşkil etmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş axtarış-götürmə istintaq hərəkətinin fiksə edildiyi diskə baxılarkən müəyyən edilmişdir ki, Vidadi Əmralıyev öndə gedərək polis əməkdaşlarını yaşadığı evə aparır, hətta evin içərisində baxış başlamazdan əvvəl narkotik vasitənin evin həyətində olan əlavə tikilidə olduğunu sərbəst şəkildə etiraf edir. Polis əməkdaşları təqsirləndirilən şəxsin onları olduqları evdə hər hansı qanunsuz əşyanın aşkar olunacağından yayındırmasını ehtimal edib əvvəlcə həmin evin otaqlarında, daha sonra isə onun etiraf etdiyi evin həyətindəki tikilidə axtarış aparmışlar. İlk əvvəl axtarış-götürmə aparılan evin otqalarından müxtəlif sellofan, kağız bükümlərdə, plastik və şüşə qablarda olan çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları, 1 ədəd binokl, 1 ədəd kamera, 19 ədəd ov tüfəngi patronları, 1 ədəd fənər, 1 ədəd süvenir tapanca aşkar edilmiş və Vidadi Əmralıyev tərəfindən mübahisələndirilməmişdir. Onun etiraf etdiyi evin həyətindəki tikilidə axtarış aparılan zaman Vidadi Əmralıyev yun kisəsininin içərisindən 1 ədəd sellofan torba çıxarmış və narkotik vasitə olduğunu bildirmiş, narkotik vasitəyə bənzər bitki kütləsinin ümumi çəkisi 0,33 kq olmuşdur. Axtarış davam etdirilən zaman 1 ədəd qırmızı rəngli yun kisəsinin içərisindən 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin 1 ədəd sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,99 kq olmuşdur. Axtarış zamanı otaqda olan soyuducunun içərisində 1 ədəd qara rəngli sellofan torbada narkotik narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin 1 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 426,39 qram olmuşdur. Axtarış davam etdirilən zaman həmin soyuducunun arxa tərəfində 1 ədəd göy rəngli sellofan torbada olan narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmiş, aşkar edilmiş həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş ümumi çəkisi 4,39 kq olmuşdur. Evin digər otağında axtarış aparılan zaman 1 ədəd elektron tərəzi, 2 ədəd ov bıçağı, 1 ədəd fənər, 1 ədəd elektron tərəzi, 1 ədəd **-BN-*** dövlət qeydiyyat nişanı, 1 ədəd plastik qabın içində narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları, 1 ədəd dəmir qabda tir güllələri, 1 ədəd kağız bükümdə çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları, 2 ədəd siqaret bükmək üçün kağız qutuları, 1 ədəd su dolu stəkanın içərisində çətənə bitkisinin toxumlarına oxşar bitki toxumları 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Qeyd edilən istintaq hərəkəti CPM-nin 243-245-ci maddəsinin tələblərinə riayət edilməklə aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə istintaq hərəkəti Balakən Rayon Məhkəməsinin qərarı əsasında aparılmışdır. (cild1, i/v: 41-47) CPM-nin 244.4-cü madəsinin tələbinə əsasən, axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və tikililərdə axtarış və götürmə istintaq hərəkəti özünün və müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. CPM-nin 245.5-cü maddəsinə görə, müstəntiq axtarış və ya götürmə qurtaranadək axtarış və ya götürmənin aparıldığı yerdə olan şəxslərə oranı tərk etməyi, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi hökmdə evin çoxsaylı sakinlərinin axtarış və götürmənin aparılma istintaq hərəkətinə bilavasitə cəlb edilməməsini göstərməklə CPM-in 245.5-ci maddəsinin müddəalarını nəzərə almamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş axtarışgötürmə istintaq hərəkətinin iştirakçıları polis əməkdaşları, təqsirləndirilən şəxsin özü və müdafiəçisi olmuşdur. Axtarış və götürmə təqsirləndirilən şəxsin yaşadığı ünvanda həyətdə yerləşən yaşayış evində və tikilidə aparılmışdır. Axtarış və götürmə istintaq hərəkətinin təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə eyni anda hər iki tikilidə keçirilməsinin, eyni anda təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə hər iki tikilidə video çəkilişin aparılmasının nəzəri və praktik cəhətdən qeyri-mümkün olduğunu nəzərə alaraq, polis əməkdaşları tərəfindən mühafizə olunan həyətdə yerləşən tikilidə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və tərəzinin təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığı qənaətinə gəlmək yolverilməzdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsində özünü CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. O, adətən narkotik vasitələri çöllük sahələrdə və meşə sahəsində yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq istifadə etmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə 6 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmışdır. Həmin toxumları 2018-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində əkmişdir. Əkmiş olduğu toxumlardan 4 ədəd bitki bitərək inkişaf etmişdir. O, həmin bitkilərə qulluq etmiş və avqust ayında həmin bitkinin yetişmiş hissələrini yığaraq istifadə etmək məqsədilə yaşadığı evdə müxtəlif yerlərdə saxlamışdır. Bundan sonra həmin narkotikdən vaxtaşırı istifadə etmişdir. 26 mart 2020-ci il tarixdə saat 02 radələrində həmin narkotikdən yaşadığı evin yataq otağında saxladığı 2 ədəd sellofan bükümdə olan narkotiki və 1 ədəd sellofan bükümdə olan çətənə bitkisinin toxumlarını ailə üzvlərinin məlumatı olmaması üçün yaşadığı evin həyətində yerləşən otaqdakı digər narkotikləri saxladığı yerdə saxlamaq üçün əynindəki gödəkcənin ciblərinə, habelə 1 ədəd kağız bükümdə olan çətənə bitkisinin toxumlarını da gödəkçənin altından geyindiyi idman gödəkçəsinin sağ yan cibinə qoymuş və həyətə düşmüşdür. Həmin zaman narkotik istifadə etmək istəmiş və buna görə də yaşadığı evin qarşısına çıxmışdır. Bu zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar və ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Balakən RPŞ-nə gətirmişlər. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş və özünün seçdiyi vəkil Məlahət Emçiyevanın iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində hər hansı bir qeyri-qanuni əşya premet olub-olmaması soruşulmuşdur. O da olduğunu bildirərək əynində olan gödəkçənin sol iç çibində olan bıçağı və 1 ədəd sellofan torbada olan narkotik vasitəni təqdim etmişdir. Daha sonra əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli torbada olan narkotik vasitəni, sol cibindən 1 ədəd sellofan bükümdə olan çətənə bitkisinin toxumlarını, gödəkçənin altından geyindiyi idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümdə olan çətənə bitkisinin toxumlarını təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, əlavə qeyri-qanuni əşya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd bıçaq ağ rəngli kağız zərfə qoyularaq möhürlənmişdir. Daha sonra bükümlərdə olan çətənə bitkisinin toxumları 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmişdir. Üzərində aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə elekron tərəzidə çəkildikdə ümumi çəkisi 28,39 qram olmuşdur. 1 ədəd rəngli sellofan torbada olan narkotik vasitə elektron tərəzidə çəkildikdə isə ümumi çəkisi 96,08 qram olmuşdur. Həmin 1 ədəd rəngli sellofan torba digər 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. 26 mart 2020-ci il tarixdə saat təxminən 14 radələrində onun Balakən rayonu Qullar kəndində yaşadığı evdə axtarış aparılmışdır. Axtarış zamanı 2 mərtəbəli evinin 2 ci mərtəbəsində yerləşən otağında kağız və sellofan bükümlərdə, həmçinin kibrit qutusunda və plastik qablarda olan narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilmişdir. Həmin toxumlar 4 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Habelə otaqda olan 19 ədəd ov tüfənginin patronları, durbin, 1 ədəd suvenir tapanca, 1 ədəd fənər və 1 ədəd videoçəkən kamera aşkar edilərək 1 ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Daha sonra isə evinin həyətində yerləşən 1 mərtəbəli evində axtarış aparılan zaman evin otağında yun kisəsinin içərisindən 1 ədəd sellofan torbada olan narkotik vasitə olan bitki kütləsini təqdim etmişdir. Həmin 1 ədəd sarı rəngli sellofan torbada olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,33 kq olmuşdur. Axtarış davam etdirilərkən yun kisəsinin içərisindən 1 ədəd sellofan torbada narkotik vasitə olan bitki kütləsi aşkar edilmişdir. Həmin 1 ədəd sellofan torba elektron tərəzidə çəkildi ümumi çəkisi 1,99 kq olmuşdur. Həmin otaqda axtarış davam etdirilən zaman otaqdakı soyuducunun içərisindən 1 ədəd qara rəngli sellofan torbada olan marixuana aşkar edilmiş və elektron tərəzidə çəkildikdə ümumi çəkisi 426,39 qram olmuşdur. Axtarışın davamı olaraq soyuducunun arxa tərəfindən 1 ədəd sellofanda olan marixuana aşkar edilmiş və elektron tərəzidə çəkildikdə ümumi çəkisi 4,39 kq olmuşdur. 4 ədəd sellofan torbalarda olan narkotik vasitə 1 ədəd sintetik kisəyə qablaşdırılaraq götürülmüşdür. Daha sonra oradakı otaqda 2 ədəd bıçaq, 1 ədəd fənər, 01 ədəd elektron tərəzi, 1 ədəd ** BN *** dövlət nömrə nişanı, 1 ədəd dəmir qabda tir güllələri, 1 ədəd plastik qabda və 1 ədəd kağız bükümün içərisində olan narkotik tərkibli çətənə bitkisinin toxumları, 2 ədəd siqaret bükmək üçün kağız qutuları, 1 ədəd su olan stəkanın içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları aşkar edilmişdir. 2 ədəd bıçaq, 1 ədəd fənər, 01 ədəd elektron tərəzi, 1 ədəd ** BN *** dövlət nömrə nişanı, 1 ədəd dəmir qabda tir güllələri və 2 ədəd siqaret bükmək üçün kağız qutuları 1 ədəd sintetik kisədə qablaşdırılmışdır. 1 ədəd plastik qabda və 1 ədəd kağız bükümün içərisində olan narkotik tərkibli çətənə bitkisinin toxumları və 1 ədəd su olan stəkanın içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərində tapılan bıçağı yaşadığı evdə təmizlik edən zaman balaca uşaqları dəyməsin deyə cibinə qoymuşdur ki, evin ikinci mərtəbəsində öz otağına qoysun, sadəcə yadından çıxıb cibində küçəyə çıxmışdır. Başqa məqsədi olmamışdır. Evdə narkotik vasitə saxlamasını heç kim bilməsin deyə o narkotik vasitə olan çətənə bitki kütləsini sellofan torbalara qoyub ayrı-ayrı yerlərdə gizlətmişdir. Üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 115,54 qram olan narkotik vasitə qurudulmuş marixuananı təxminən 2 il əvvəl yaşadığı evin həyətyanı sahəsində 4 ədəd çətənə bitkisi kolları əkmiş və ümumi təmiz çəkisi 115,54 qram olan narkotik vasitə qurudulmuş marixuananı həmin kollardan yığmışdır. Təxminən 3-4 ildir ki, narkotik vasitə istifadəçisidir, evində aşkar edilmiş 7.05 kq olan narkotik vasitə marixuananı da öz şəxsi istifadəsi üçün saxlamışdır. 2017-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığındakı küçədə kağız bükümdə 6 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmışdır. Həmin toxumların bitib-bitməyəcəyini bilmədiyi üçün, həmdəki cəmi elə 6 toxum olduğu üçün hamısını əkmişdir. Yəni o toxumların hamısının bitəcəyini bilməmiş, bəlkə bəziləri erkəkləyər, yəni yarasız vəziyyətə düşər deyə düşünmüşdür. Daha sonra elə fikirləşdiyi kimi də olmuş, həmin toxumlardan ikisi bitməmiş, 4 ədəd bitki bitmişdir. O da onlara qulluq etməyə başlamışdır. Bitkilər bitib inkişaf etdikdə o bilmişdir ki, həmin bitkilər çətənənin ata-baba növünə aiddir. Çünki çətənənin karlik növü də vardır. Çətənənin ata-baba növü daha böyük ağac olur və üzərində başlıq hissələri də çox olur. O, bitkilərin bitdiyini görərək onlara qulluq etməyə davam etmişdir. Daha bitdiyi üçün də çıxartmağa heyfi gəlmişdir. Çünki bitkilərin böyük olduğunu, üzərindən çıxacaq narkotikin də çox olacağını bilmişdir. Bundan sonra 2018-ci ilin avqust ayında həmin bitkilərin yetişdiyini görmüşdür. Buna görə də başlıq hissələrini və yarpaqlarını yığıb bir neçə sellofan torbada yaşadığı evin həyətində yerləşən otaqda saxlamışdır. O, bitkinin hissələrini yığanda görmüşdür ki, çoxdur. Buna görə də hamısını istifadə edib-etməyəcəyini bilməmiş, düzü fikirləşmişdir ki, istifadə etmədiyi hissəsini də xarab olsa atar. Yoxsa elə bir neçə il istifadə edər. Amma istifadəçisi olduğuna görə həmin zaman bitkinin hissələrini yığıb saxlamışdır. Bundan sonra əldə etdiyi narkotiki az-az istifadə etməyə başlamışdır. O, həmin bitkiləri əkib onlara qulluq etdiyi üçün hissələrini atmağa heyfi gəlmiş, buna görə də bitkinin yarpaqlarını da yığmışdır. Amma o, əsas bitkinin əsas başlıq hissələrindən, yəni özünün dediyi kimi qalobkalarını istifadə etmişdir. Geriyə qalan yarpaqlarını da ona görə saxlamışdır ki, nə vaxtsa qalobka qurtarsa onlardan istifadə edər. O, əkib əldə etdiyi narkotiki özünün istifadə etməsi üçün saxlamış, narkotiki satış məqsədilə saxlamamışdır. Əgər onun yaşadığı evdən aşkar edilmiş narkotiki satmaq məqsədi olsa idi, 2 il ərzində yaşadığı evdə saxlamazdı. 2 il müddətinə həmin narkotiki satardı. Amma onun belə bir fikri olmamışdır. Ailə üzvlərinin bilməsini istəmədiyi üçün narkotik vasitəni ayrı-ayrılıqda saxlamışdır. Buna görə də o, həmin narkotiki ayrı-ayrı sellofanlarda qablaşdırmışdır ki, özünün istifadə üçün götürəndə də rahat olsun. Ailəsinin bilməməsi üçün lazım olanda yerini dəyişib gizlətmək üçün ayrı-ayrı qablaşdırmışdır. O, iki mərtəbəli evində narkotik tərkibli çətənə bitki toxumlarını ona görə saxlamışdır ki, o həyətində olan 2 mərtəbəli evdə ailəsi ilə birlikdə yaşayır. 1 mərtəbəli ev isə onun istirahət evidir. O, çox vaxt 1 mərtəbəli evdə qaldığı üçün qərara gəlmişdir ki, 2 mərtəbəli evində saxladığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını aparıb orada gizlətsin. Ailəsinin xəbəri olmasın deyə və nəzərə çarpmasın deyə toxumları ayrı-ayrı bükümlərdə qablarda qablaşdırmışdı və onlardan istifadə edən zaman rahat istifadə edə bilməsi üçün. Narkotik tərkibli çətənə bitki toxumlarını gələcəkdə əkmək məqsədi olmuşdur. Onun narkotik tərkibli çətənə bitkisinin toxumlarını heç kimə satmaq, pay vermək fikri olmamışdır. 4 ədəd narkotik tərkibli çətənə bitkisini evin həyətində əkməyindən və daha sonra həmin bitkidən əldə etdiyi narktoiki yaşadığı evdə saxlamağından heç kimin məlumatı olmamışdır. Aşkar edilmiş 2 ədəd elektron tərəzini yaşadığı evdə ailəsi gündəlik məişətdə istifadə etmək üçün almışdır. O, yaşadığı evdə göyərçin saxlayıb baxdığı üçün həmin göyərçinlərə vaxtaşırı dərman verir. Həmin dərmanı da müəyyən miqdarda verməli olduğundan tərəzidə çəkib dəqiq çəki ilə vermişdir. Ona polis şöbəsində hər hansı bir formada fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs sonrakı ifadələrində göstərdiyi xüsusatları təkzib etsə də, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadədə göstərdiyi xüsusatları özünü müdafiə xarakterli olduğu qənaətinə gəlməklə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər hansı qanun pozuntusu müşahidə olunmamışdır. Qeyd edilən şəxsi axtarış və götürməyə dair protokolda göstərilən xüsusatlar şahid ifadələri ilə də öz təsdiqini tapmış, habelə Təqsirləndirilən şəxs Balakən RPŞ-nə aparıldıqdan bir neçə saat sonra şəxsi axtarışın keçirilməsinə dair göstərdiyi xüsusat təkzib olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi iş materiallarında olan digər sübutlarla uyğunluq təşkil edən ekspert rəylərində qeyd edilən - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə üzərinə yapışdırılmış ağ kağızda "Təqsirləndirilən şəxs evindən aşkar edilmiş...bitki kütlələri." sözləri yazılmış sintetik kisənin içərisindəki 04 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eyni olmalarını, "Sinbo" markalı, gümüşü rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan bitki hissəcikləri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri olmasını, "Aosai" markalı, qara rəngli elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləri olmasını nəzərə almamış, qeyd edilən ekspertiza rəylərində göstərilənləri bütün sübutlarla uzlaşdırmadan düzgün şərh etməyərək səhvə yol vermişdir. İstintaq orqanı tərəfindən mövcud sübutlara əsasən həmin tərəzilərin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin çəkilməsi zamanı istifadə edildiyi müəyən edilsə də, məhkəmə tərəfindən həmin xüsusat əsassız olaraq mübahisələndirilmiş, ittihamın əsasını təşkil edən sübut kimi nəzərə alınmamışdır. Bir tərəfdən məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri ona ittiham verilməsi üçün kifayət deyil, lakin yuxarıda şərh edilən, üzərində narkotik vasitələrin hissəcikləri aşkar edilən tərəzilərin sübut kimi nəzərə alınmaması qeyri-müəyyənlik yaradır. Birinci instansiya məhkəməsi gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları hökmdə sadalamaqla kifayətlənmiş, həmin sübutları düzgün şərh etməyərək, tam, hərtərəfli və obyektiv yoxlamadan biri digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirərək yalnış nəticəyə gəlmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cü bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən 1 ədəd sellofan torbada təmiz çəkisi 28,23 qram və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 87,31 qram, yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi 49 ünvanında (məhkəmə qərarında və axtarış protokolunda Qullar kəndi qeyd edilmiş) yerləşən evində, evin həyətyanı sahəsində və həyətyanı sahəsində yerləşən tikililərdə evin otağından 4 ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4 kq 335 qram, 1 kq 975 qram, 420 qram və 320 qram, cəmi 7 kiloqram 50 qram, ümumilikdə külli miqdarda yəni 7 kq 165,54 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, çətənə bitkisi toxumları, üzərində çətənə bitkisi və heroin hissəcikləri olan tərəzilər aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şəxsi istehlаk miqdаrındаn аrtıq çəkidə nаrkоtik vаsitə qurudulmuş mаrixuаnаnı sаtış məqsədi оlmаdаn şəxsi istehlаkı üçün qаnunsuz əldə etməsi və sаxlаmаsı kimi qаnunsuz nəticəyə gəlməklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd оlunаn qərаrındа göstərilən narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, (narkotik vasitənin bölüb ayrı-ayrı torbalarda saxlanılması), bükümlərin hazırlanması üçün avadanlığın olması və işin digər hаllаrını nəzərə аlmаmаqdа hаqlı оlmаmış və оnun əməlini CM-in 234.4.3-cü mаddəsindən CM-in 234.1-ci mаddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Kollegiya təqsirləndirilən şəxsin ifadələrində və apellyasiya şikayətində ona qarşı CMin 234.1-ci maddəsi ilə irəli sürülən cinayət əməlini törətməməsi barədə gətirdiyi dəlilləri və inkaredici fikirləri cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisə və təhlil edərək belə nəticəyə gəlir ki, bu dəlillərin heç bir əsası yoxdur və özünü müdafiə xarakteri daşıyır. Belə ki, əməliyyat qeydiyyat işinin olmamasına dair apellyasiya şikayətinin dəlili ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə kollegiyası tərəfindən sorğu verilmiş və həmin sorğu əsasında əldə edilmiş 15484 nömrəli Əməliyyat İşinə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmişdir. 15484 nömrəli Əməliyyat İşindən görünür ki, Balakən Rayon Polis Şöbəsinin CAB-in baş ə/m polis kapitanı Şahid2 15.01.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair daxil olmuş məlumatların yoxlanılması məqsədi ilə keçirilən kompleks tədbirlərə dair “Tülkü” şərti adlı Əməliyyat İşi açılmış, icraçı kimi CAB-in baş ə/m polis kapitanı Şahid2 göstərilmişdir. X27 Balakən RPŞ-nin CAB-in baş ə/m polis kapitanı Şahid2 tərəfindən tərtib edilən 15.01.2020-ci il tarixli “xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində başlanılmış əməliyyat işinin icrası ilə əlaqədar həyata keçiriləcək əməliyyat-axtarış tədbirlərinə dair Plan” Balakən RPŞ-nin rəis müavini tərəfindən təsdiq edilmişdir. 15484 nömrəli Əməliyyat İşində olan məxfi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri həyata keçirilmişdir. Belə olan halda, Vidadi Əmiraliyevin barəsində əməliyyat qeydiyyat işinin olmamasına dair apellyasiya şikayətinin dəlili yuxarıda qeyd edilənlərlə təkzib olunur. Təqsirləndirilən şəxsin 25 mart 2020-ci il tarixdə axşam saat 20-21 radələrində faktiki olaraq tutulması, bundan bir neçə saat sonra üzərinə baxış keçirilməsi, polis şöbəsində döyülməsi barədə dəlillərə gəlincə məhkəmə kollegiyası bunları əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanmasının - tutulmasının 26 mart 2020-ci il tarixdə baş verməsinə dair çoxsaylı sənədlərin olması, vəkilin iştirakı ilə istintaq və prosessual hərəkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması, eləcə də, ibtidai istintaq dövründə müdafiə tərəfinin Təqsirləndirilən şəxs 26 mart 2020-ci ildə deyil, 25 mart 2020-ci ildə tutulmasına dair xüsusata istinad etməməsi müdafiə tərəfinin bu xüsusatı əsassız olaraq mübahisələndirdiyini və təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmağa yönəldiyini bir daha təsdiq edir. Eyni zamanda, hal-hazırda qüvvədə olan Balakən rayon prokurorluğunun Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, araşdırma nəticəsində Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) nəticəsində CM-in 302 və digər maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərini özündə əks etdirən cinayət hadisənin baş verməməsi müəyyən edilmişdir. Bundan başqa, Azercell” MMC-nin 06 oktyabr 2020-ci il tarixli 17968 nömrəli, "xxxx" MMC-nin 29 oktyabr 2020-ci il tarixli BKC/LGL-22627/20 saylı və "xxxx" MMC-nin 22 oktyabr 2020-ci il tarixli AZF/LGL-13525/20 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, şahid Sevinc Əmraliyevanın atasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 24.03.2020-ci il tarixdə saat 00:00 dan 26.03.2020-ci il saat 21:52-dək Balakən rayonu Mahamalar kəndində yerləşən antenlər vasitəsi ilə istifadə edildiyi və yalnız 26.03.2020-ci il tarixdə saat 12:09-da 21 saniyə ünvan 2 ünvanında yerləşən antenin əhatəsində istifadə edilmişdir. Həmin nömrə ilə yaradılmış əlaqələrin təhlili isə onu göstərir ki, 24-26.03.2020-ci il tarixlərdə bu nömrə ilə təqsirləndirilən şəxsin bacısı İnarə Süleymanovanın ***-***-**-** nömrələri arasında əlaqə olmamışdır. Təqsirləndirilən şəxsin bacısı X2 ***-***-**-** nömrəsi 24.03.2020-ci il saat 00:00-dən 26.03.2020-ci il saat 11:09-dək Zaqatala rayonu Qımır kəndi ərazisində, 26.03.2020-ci il saat 13.30-dan günün sonunandək isə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən antenin əhatə dairəsində istifadə olunmuşdur. Göründüyü kimi, İ.Sülemanovanın telefonunun istifadə edildiyi ünvan 7 ünvanı arasında 30 km-dən artıq məsafə olduğuna görə İ.Süleymanovanın 25.03.2020-ci il tarixdən 26.03.2020-ci il saat 11:09-dək təqsirləndirilən şəxsin evində olması qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən 24-26.03.2020-ci il tarixlərdə İnarə Süleymanovanın mobil telefonu ilə Sevinc Əmraliyevanın atasının nömrəsi arasında əlaqənin olmaması, habelə sonuncunun İ.Süleymanovanın 25-26.03.2020-ci il tarixlər ərzində onların yaşadıqları evdə olmasını təkidlə göstərməsi istər Sevinc Əmraliyevanın, istərsə də, İnarə Süleymanovanın ifadələrinin həqiqəti əks etdirdiyi qənaətinə gəlməyi və beləliklə də həmin ifadələrin mötəbər sübut kimi qəbul olunmasını istisna edir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş - təqsirləndirilən şəxsin qohumu olan X6 istifadəsində olan ***-***-**-** nömrəsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, həmin nömrə 24.03.2020-ci il saat 11:08-dən 26.03.2020-ci il saat 09.12-dək Balakən şəhərindən 10 kilometrdən artıq məasafədə olan Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində, həmin gün saat 11:07-dən saat 21.03-dək ünvan 3 ünvanında yerləşən antenlərin əhatə dairəsində istifadə edilməsi müəyyən edilmişdir ki, bu da sonuncunun 25.03.2020-ci il tarixdə təqsirləndirilən şəxsin yaşadığı evdə olması qənaətinə gəlməyi istisna edir. Göstərilənlər müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin ailə üzvləri və qohumları olan bütün şahidlərin ifadələrində Tinay Xattayevanın 25.03.2020-ci il tarixdə məhz Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evdə olması və 26.03.2020-ci il tarixədək orada davamlı qalmasını göstərdiklərinə görə həmin şahidlərin ifadələrinin doğruluğuna çox ciddi şübhə yaranır. İstinad olunan sübutlarla apellyasiya şikayətinin dəlilinin işin gerçək halları ilə təsdiq olunmaması, əksinə təkzib olunması müəyyən olunur. Kollegiya qeyd edir ki, müdafiə tərəfinin vəsatəti ilə şahid qismində ifadə vermiş həmin şəxslər heç də neytral deyillər, əksinə təqsirləndirilən şəxsin yaxın qohumları, Validə Nəsibova isə onun qonşusudur və ona qarşı müdafiə xarakterli ifadə verməsi təbiidir. Ona görə də iş üzrə şahid X10, X7, X8, X5, X24, X15 və X11 verdiyi ifadələrin işin həqiqi halları ilə təsdiq olunmamasına görə məhkəmə kollegiyası bu ifadələri Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirməyə yönəlmiş təəssübkeşlikdən irəli gələn cəhd kimi qiymətləndirir və mötəbər sübut kimi qəbul etmir. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şərh edilən xüsusatlara məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 234.4.3-cü maddəsinə əsasən, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Kollegiya CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası CM-in 58.3-cü mаddəsinə uyğun olаrаq törədilmiş cinаyətin xаrаkterini və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən halların olmasını, аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasının həddində 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın islah təsiri baxımından yetərli ola bilər. CPM-in: 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. 398.1.2-ci maddəsinə görə, apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü onun CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü ilə CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, iş üzrə maddi sübutlar olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 115,34 qram olan narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 7 kq 49,6 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, 2 ədəd elektron tərəzi və 2 ədəd kağız bükümlər habelə iş üzrə götürülmüş ümumi təmiz çəkisi 5,27 qram və 104,17 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi : Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İş üzrə maddi sübutlar olan Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 2 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 115,34 qram olan narkotik vasitə-qurudulmuş marixuana, 4 ədəd sellofan torbalarda ekspert rəyindən sonra təmiz çəkisi 7 kq 49,6 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, 2 ədəd elektron tərəzi və 2 ədəd kağız bükümlər, iş üzrə götürülmüş ümumi təmiz çəkisi 5,27 qram və 104,17 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(091)-19/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar