Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-122/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Xüsusi ittihamçı - Əliyev Böyükağa Mahmud oğlunun iştirakı ilə x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Əliyev Böyükağa Mahmud oğlunun xüsusi ittiham qaydasında şikayətinə dair Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)- 18/2020 saylı qərarından xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əliyev Böyükağa Mahmud oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək x2 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılması barədə hökııı çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarı ilə (hakim Tahir Qubadov)Əliyev Böyükağa Mahmud oğlunun x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarından xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, xüsusi ittiham qaydasında şikayətində göstərdiyi kimi istefada olan polis mayoru, müharibə veteranıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi x1 iş yoldaşı Allahverdiyeva Yeganə Möhlət qızının əridir. Keçmiş iş yoldaşı, əvvəllər Zərdab rayon Polis Şöbəsində müstəntiq işləmiş x4 Allahverdiyeva Yeganə Möhlət qızına qarşı mənzil mübahisəsinə dair iddiası üzrə x4 nümayəndəsi kimi məhkəmələrdə çıxış etmişdir. Nümayəndə kimi fəaliyyəti Allahverdiyeva Yeganə Möhlət qızının və barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi x2 narazılığına səbəb olmuşdur. Məhz bu səbəbdən onlar, barəsində bir sıra dövlət orqanlarına əsassız şikayətlər yazmış, məhkəmədə iddialar qaldırmışlar. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi x3 ictimai yerlərdə onunla qarşılaşarkən qeyri-etik hərəkətlər edərək həmin hərəkətləri məhz onu təhqir etmək üçün etdiyini nümayişkaranə şəkildə bildirmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarının ləğv edilməsini, x5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraatın davam etdirilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarının ləğv edilməsini, x5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraatın davam etdirilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən şəxs x3 teleqram ünvanlayaraq şəkər xəstəsi olduğu üçün məhkəmə kollegiyasının iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin . Məhkəmə kollegiyası işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu izahatında bildirmişdir ki, uzun müddətdir ki, x3 ilə aralarında mübahisələri vardır. Dəfələrlə məhkəmə çəkişmələri olmuşdur. İlqar Allahverdiyev ona hər gördüyü fürsətdə sataşır, ona acıq verir. Belə ki, xx.xx.2018-ci il tarixdə Zərdab rayon Təzəkənd kənd sakini Həzi adlı şəxsi avtomobilinə götürüb İcra Hakimiyyətinə apararkən Zərdab şəhəriində yerləşən Arzu kinoteatrının yanında İlqar onu görən kimi “xayalarını” qaşımağa başlamışdır. Bu səbəbdən Həzini İcra Hakimiyyətinin qarşısında avtomobildən düşürdükdən dərhal sonra İlqar olan yerə qayıdaraq avtomobilinin kamerasını işə salmışdır. Zərdabi küçəsi ilə S.Abdullayev küçəsinin kəsişməsində işıqforda davandlqdan sonra sağa dönərkən İlqarın gəldiyini görmüş və İlqar onu görən kimi yenidən xayalarını qaşımağa başlamışdır. Aftomobilini saxlayıb İlqara onu kameraya çəkdiyini demişdir. İlqarın bu hərəkətlərindən Zərdab rayon Polis Şöbəsinə şikayət etmiş və Polis Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Sonralar İlqar yenə ona sataşmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Zərdab şəhərində Arzu kinoteatrın yanında, xx.xx.2020-ci il tarixdə Azərbaycan küçəsində Beynəlxalq Bankın qabağında və xx.xx.2020-ci il tarixdə “Dörd yol” adlanan ərazidə “Əbişin” kafesində onu görərək xayalarını qaşımağa başlamışdır. x3 ilə barışmaq niyyəti yoxdur. Ona qarşı mülki qaydada iddia verəcəkdir. Ona görə də, İlqar Allahverdiyevə qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina edir və işin icraatına xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs x3 izahatında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs Əliyev Böyükağa Mahmud oğlunun onun barəsində dedikləri tamamlə əsassızdır. Belə ki, o, Böyükağanı görərkən ona acıq getməsi üçün heç bir yerini qaşımamışdır. Əgər hər hansı bir yerini qaşımışdırsa da bunun Böyükağa ilə əlaqəsi yoxdur, təbii baş vermişdir. Ola bilsin ki, bədəni qaşındığı üçün qaşımışdır. O, heç vaxt Böyükağa Əliyevi izləməmişdir. Lakin, Böyükağanın verdiyi izahatından görünür ki, Böyükağa onu bilərəkdən izləyir. Böyükağa Əliyev məhkəməyə ərizə təqdim edərək xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyi üçün o da iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Böyükağa Mahmud oğlu tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki. o, ərizəsində xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs x3 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, ərizəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyev Böyükağa Mahmud oğlu tərəfindən birinci instansiya məhkəməsinə ünvanlamış teleqramdan da məlum olur ki, o, x3 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayəti geri götürür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.8-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir, (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üztirlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. İş materiallarından da göründüyü kimi, xisusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu birinci instansiya məhkəməsinin iclasında xüsusi ittiham qaydasında vermiş olduğu şikayəti geri götürmüş və bunu nəzərə alan məhkəmə işin icraatına xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməmli, Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)-18/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1 və 398.1.1-ci mаddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə hаqlıdır. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 39, 41 və 398.1-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı Qərara aldı: Xüsusi ittihamçı Əliyev Böyükağa Mahmud oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. x2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Əliyev Böyükağa Mahmud oğlunun xüsusi ittiham qaydasında şikayətinə dair Zərdab Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 1(035)- 18/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-122/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-122/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver