Məhkəmə qərarları › İş №1(107)-122/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-122/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-122/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə qapalı məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X14 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ev 6, mənzil 9da qeydiyyatda olmaqla yaşayan və barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş xxxx qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması; xx.xx.1991-ci ildə Şəki rayonunun Baş Layısqı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində xxxx qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında xxxx olunması, barəsində seçilmiş xxxx qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı xxxxə alındığı tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 378,46 AZN (üç yüz yetmiş səkkiz manat qırx altı qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1dn və Təqsirləndirilən şəxs2 hər birindən 189,23 AZN (yüz səksən doqquz manat iyirmi üç qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan Şəki rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “Samsung GT-İ9190” markalı 01 ədəd mobil telefon, Şahid5 məxsus 01 ədəd don, Təqsirləndirilən şəxs1 əynində olmuş 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd trusik, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd jaket, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd yubka, 01 ədəd kofta, 02 ədəd trusik, 01 ədəd toxuma parça sahiblərinə qaytarılması, hadisə yerinə baxış zamanı götürülmüş oturacaq üzlükləri və 01 ədəd yataq örtüyü isə məhv edilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum edilmişdirlər ona görə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq məqsədilə tanışı Şəki rayonunun Baş Layısqı kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 özünə məxsus idarə etdiyi VAZ-2107 minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu, Əmbərçay kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gedərək zor tətbiq etməklə sonuncunun razılığı və istəyi olmadan iradəsinə zidd hərəkətlər edib qışqırıb kömək istəməsinə baxmayaraq əl-qolunu tutub müqavimətini qıraraq zorla onu sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına mindirib düşməsinə imkan verməyərək hərəkətə başladıqdan sonra da avtomobildə olduğu müddətdə qışqırmasının qarşısını almaq məqsədilə ağzını avtomobildə olan kofta ilə bağlayıb Qax rayonunun Əmbərçay kəndindən Şəki rayonunun Abbas kənd sakini Şahid7 yaşadığı evə aparmış və həmin evdə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq məqsədilə iradəsinə zidd hərəkətlər edərək onu çarpayıya uzadıb əynində olan kofta və yupkasını zorla dartaraq əynindən çıxarıb göstərdiyi müqavimətin qarşısını almaq məqsədilə fiziki zor tətbiq edərək ayaqları ilə ayaqlarını çarpayıya sıxıb əllərini tutaraq ağzını boz rəngli kofta ilə bağlamış, sonuncu ona cinsi əlaqədə olmaq istəmədiyini bildirib müqavimətini davam etdirərək sağ körpücük altı nahiyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsinə baxmayaraq Zərərçəkmiş şəxs sol budun və sağ sağrının qançırları kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib qızılıq pərdəsinin tamlığını pozmaqla onu zorlamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğurlamaq məqsədilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 12 radələrində özünə məxsus idarə etdiyi VAZ-2107 minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonunun Əmbərçay kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə Zərərçəkmiş şəxs razılığı və istəyi olmadan iradəsinə zidd hərəkətlər edib qışqırıb kömək istəməsinə baxmayaraq əl-qolunu tutub müqavimətini qıraraq zorla onu idarə etdiyi avtomobilin arxa oturacağına mindirib düşməsinə imkan verməyəndən sonra qeyd olunan avtomobillə Şəki rayonunun Abbas kəndi istiqamətində hərəkətə başlamış, avtomobildə olduğu müddətdə Təqsirləndirilən şəxs1 qışqırmasının qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs ağzını kofta ilə bağlamasını, sonuncunun avtomobildən düşmək istəməsini bilərək hərəkətini davam etdirib onu Qax rayonunun Əmbərçay kəndindən Şəki rayonunun Abbas kənd sakini Şahid7 yaşadığı evə aparmaqla adam oğurluğu cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, onun törətdiyi cinayətə görə veriləcək cəzanı, onun bu cəzadan çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində cavan olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, onlardan birinin ürək xəstəsi olmasını, ailənin yeganə gəlir gətirən adamının onun olmasını, ilk dəfə belə bir işə bulaşmasını, ümumiyyətlə təqsirinin olmamasını nəzərə alaraq barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün ləğv edilməsini, daha ədalətli qərar qəbul edilərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməsini, ona CM-nin 149.1-ci maddəsi ilə bərəat verilməsini, ona CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun barəsində yüngülləşdirən halları nəzərə alınmaqla barəsində maddənin sanksiyası nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməklə təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsinin tətbiq edilməklə şərti hesab edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərəçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iş üzrə onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməsini, ona CM-nin 149.1-ci maddəsi ilə bərəat verilməsini, ona CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun barəsində yüngülləşdirən halları nəzərə alınmaqla barəsində maddənin sanksiyası nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməklə təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsinin tətbiq edilməklə şərti hesab edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X13 iş üzrə onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini, ona təqsirli bilindiyi CM-nin 144.2.3-cü maddəsi üzrə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X16 apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının xx xxxx 2021-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iclası təxirə salındıqdan sonra həmin iclasın keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, zərərçəkmiş şəxs, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası Validə Şahvələdovanın qaynı İbrahimin qızı olmaqla Sara ilə 2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayına kimi aralarında sevgi münasibətləri olmuş və onlar mobil telefon vasitəsilə yazışmışlar. Sara ilə müxtəlif mobil telefon nömrələri ilə əlaqə saxlamış, Saranın qohumları onunla yazışmasına etiraz etdiklərinə görə Saranın istifadəsində olan mobil telefonu və nömrəni sındırmışlar. Sara ilə Qax rayonu Əmbərçay kəndinə gələn zaman Saranın əmisi Zaurgildə görüşüb söhbət etmiş, 2018-ci ilin dekabr ayında aralarında problemlər yarandığından münasibətləri kəsilmişdir. Sara ona ailəsinin onun barəsində yaxşı fikirləşmədiyini, onu istəmədiklərini dedidiyinə görə 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayına kimi onlar Sara ilə danışmamış və görüşməmişlər. 2018-ci ilin dekabr ayından Saranı ailə qurmaq məqsədilə qaçırmaq fikrinə düşmüş, xx xxxx 2019-cu il tarixdə anası Sevinclə birlikdə Şəki rayonu Baş Layısqı kəndində nənəsi Tamara Şahvələdovanın evinə gəlib bir gün orada qaldıqdan sonra səhəri gün xalası Pərvanə də uşaqları Vüqar və Vüsalla birikdə oraya gəlmişlər. Həmin gün o və xalası oğlu Vüqar Şəki rayonu Abbas kəndində yaşayan anasının xalası oğlu Sahibgilin evinə gəlmiş, anası Sevinc, xalası Pərvanə Vüsalla birlikdə isə digər xalası Validənin Qax rayonu, Əmbərçay kəndində yerləşən evinə gedib orada qalmışlar. Onların Şəkiyə gəlməkdə məqsədləri anasının Saranın anası Elmira ilə söhbət edib sonuncudan onların evlilikləri barədə razılığını almaqdan ibarət olmuşdur. xx xxxx 2019-cu il tarixdə anası və xalası Pərvanə ona zəng edib Saranın anası ilə söhbət etməyə getmək istədiklərini demiş, o da həmin vaxt Saranı qaçırmaq qərarına gəlmişdir. Bundan sonra o, Abbas kəndində yola çıxaraq özünün istifadəsində olan mobil telefonla taksi sürücüsü kimi tanıdığı, əvvəllər də onları Saragilin əmisinin evinə aparıb gətirən Baş Layısqı kəndində yaşayan Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək onu avtomaşınla götürməsini xahiş etmişdir. Saat 11 radələrində Elvinin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli VAZ 2107 markalı avtomobillə xalası oğlu Vüqarla birlikdə Qax rayonu Əmbərçay kəndinə getmişdir. Elvinə qız qaçırmaq istəməsini, ola bilər ki, qızın səs küy salmasını, lakin qızla əvvəlcədən razılaşdıqlarına görə buna əhəmiyyət verməməsini, həmin qızın onu sevdiyini və onlardan şikayət etməyəcəyini demişdir. Əmbərçay kəndinə çatanda Elvinin mobil telefonu ilə anası Sevincin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək kənddə olduğunu bildirmiş, anası ona digər xalası Validəgilin evinə tərəf gəlmələrini bildirmişdir. Validəgilin evindən bir az aralıda anası, xalası Pərvanəni və Pərvanənin azyaşlı oğlu Vüsalı götürdükdən sonra avtomaşınla Saragilin evinə tərəf getmiş, Elvin avtomaşını 30-40 metr aralıda saxlamışdır. Anası Sevinc, xalası Pərvanə və Vüsal avtomaşından düşmüş, o və Elvin avtomaşında oturmuşlar. X15 evinə tərəf getdikdən təxminən 5-6 dəqiqə sonra Sara ilə birlikdə küçənin başına qayıtmışdır. Saranı görüb avtomobildən düşərək sonuncuya yaxınlaşmış, Sara ilə aralarında olan münasibətlər barədə danışmışdır. Saraya konkret olaraq oradan getmələrini, qaçsalar daha yaxşı olacağını, Saranın qohumlarının ona şər atdığını demişdir. Aralarındakı söhbət 2 dəqiqə çəkdikdən sonra Saranın sağ əlindən tutub çəkərək avtomobilin sol qapısından arxa oturacağa mindirmiş, Vüqar isə qabaq sağ oturacaqda əyləşmişdir. Saranı avtomaşına mindirəndən sonra Saranın sol tərəfində oturmuş, avtomaşına oturan kimi sürücü Elvin avtomaşını sürüb oradan uzaqlaşmışdır. Anası, xalası və Vüsal Saragilin evinin yanında qalmışdır. Onlar yolda olarkən Sara həyəcanlı halda qışqırmağa başlamış, bu zaman o, avtomaşının arxa oturacağında olan paltarla Saranın ağzından tutmuşdur. Vüqar da onun sözü ilə qabaq oturacaqdan arxa oturacağa keçib Saranın sağ tərəfində oturmuşdur. Elvin ona Saranın halının pis olduğunu dedikdən sonra sonuncunun ağzına bağladığı paltarı açmışdır. Yolda olarkən Elvinin mobil telefonu ilə Sahibin xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək Saranı qaçırıb oraya gəldiyini və otaq hazırlamasını demişdir. Sahibgilin evinə çatıb avtomaşını həyətə saldıqdan sonra bir əli ilə Saranın əlindən tutub, o biri əlini çiyninə qoyaraq evə doğru aparmış, Sahibgilin evinə çatdıqda həyətdə heç kəs olmamış, maşının səsinə Sahibin azyaşlı uşaqları çıxmışlar. Sahibgilin evinə daxil olub dəhlizlə hərəkət edərək sağ tərəfdə sayca ən axırıncı otağa girmiş, içəri keçdikdən sonra qapını örtmüşdür. Saranın çiynindən tutaraq otaqdakı çarpayıya yaxınlaşmış, Sara çarpayıda oturmuş, o, isə stulu Saranın qabağına qoyaraq oturub söhbət etmişlər. Sara ilə öz münasibətləri barədə danışaraq sonuncunun qohumlarının onların arasını vurmağa çalışdığını demişdir. Sara ilə sonuncunun razılığı ilə könüllü şəkildə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Sara ona bu barədə heç bir fikir bildirməmişdir. O, otaqdan çıxdıqdan sonra otağa anası və xalası Pərvanə girmiş, bir müddətdən sonra sonuncular da otaqdan çıxdıqdan sonra otağa girib Saranın vəziyyətinin yaxşılaşdığını görmüşdür. Sara həmin vaxt ona toxunmamasını, onunla cinsi əlaqədə olmamasını bildirmiş, buna baxmayaraq Sara ilə cinsi əlaqədə olmağı qərara almışdır. Bundan sonra o, Saraya yavaş-yavaş yaxınlaşmış, Sara isə ondan yavaş-yavaş uzaqlaşaraq etiraz etmişdir. Buna baxmayaraq Saraya yaxınlaşıb sonuncunun əynindəki ətəyini, köynəyini və trusikini çıxarmış, müqavimət göstərməsinə baxmayaraq Sara ilə təbii yolla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozmuşdur. Sara ilə cinsi əlaqədə olandan sonra Saranın olduğu otağa kimsə yemək və çay gətirmiş, bir müddət sonra polis əməkdaşları onların olduqları ünvana gələrək onu Sara ilə birlikdə Qax rayon polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşimandır, hazırda zərəçəkmiş şəxslə barışmışdır. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə yaşadığı Şəki rayonu Baş Layısqı kəndində olarkən əvvəldən müştəri kimi tanıdığı Aydın Ümidov onun mobil telefonuna zəng vuraraq onun taksi kimi idarə etdiyi Vaz-2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu Əmbərçay kəndinə evlənmək məqsədilə qız qaçırmağa getmək istədiyini demişdir. Aydının anası əvvəllər onun idarə etdiyi avtomaşınla Əmbərçay kəndinə elçiliyə getdiyinə görə Aydının həmin kənddən qız istədiyini bilmişdir. Aydından qız qaçırmaqla bağlı problem olub-olmadığını soruşduqda sonuncu ona qızın razı olduğunu, bir-birlərini sevdiklərini, anası və xalasıını qızgilin evinin yanında onları gözlədiyini demişdir. Bundan sonra idarə etdiyi Vaz 2107 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Abbas kəndinə gedib yolun kənarından Ümidi və sonuncunun Vüqar adlı azyaşlı xalası oğlunu götürüb Qax rayonu, Əmbərçay kəndinə getmişlər. Yolda yenə də Ümiddən dəfələrlə qızın öz könüllü razılığı ilə gəlib-gəlməyəcəyini soruşduqda Ümid ona qızla bir-birlərini çox sevdiklərini, qızı qaçıran zaman qızın elə-belə, yəni guya etiraz edirmiş kimi yalandan səsküy salacağını, ancaq bunu əvvəlcədən Ümidin deməsinə görə özləri planlaşdırdıqlarını demişdir. Qax rayonu, Əmbərçay kəndinə çatdıqda avtomobili yolun kənarında ağacın altında saxlamış, Ümidi kəndin camaatı tanımasınlar deyə maşından düşüb arxa oturacaqda oturmuş, Vüqar isə qabaq oturacaqda oturmuşdur. Bundan sonra Ümid özünün mobil telefonunda kontur olmadığına görə onun mobil telefonu ilə anasına zəng edib harada olmalarını soruşmuşdur. Sonradan Ümidin ona dediyi istiqamətdə avtomobili sürərək Ümidin anası, xalası və xalasının azyaşlı oğlunun yerə gedərək sonuncuları götürdükdən sonra Ümidin göstərişi ilə sonradan adını bildiyi Sara adlı qızın yaşadığı evdən təxminən 50 metr aralıda saxlamışdır. Yenə də Ümidin göstərişi ilə avtomaşını işlək vəziyyətdə saxlamış, Ümidin xalası gedib qızı çığırıb gələcəyini demişdir. Bir neçə dəqiqə sonra Ümidin xalası Sara ilə birlikdə onların yanına gəlmiş, bu vaxt Ümid də avtomobildən yerə düşmüşdür. Saranın yanına gedib 1-2 kəlmə nəsə danışdıqdan sonra Ümid qəfildən Saranı zorla dartıb avtomobilin arxa sol oturacağına mindirmişdir. Həmin vaxt Sara səsküy salaraq qışqırmış, o isə avtomobildən yerə düşməyərək sükanın arxasında əyləşmişdir. Saranı zorla avtomaşının arxa oturacağına mindirən kimi Ümid özü də avtomaşının arxa sol qapısından oturaraq ona avtomaşını Şəki rayonu Abbas kəndinə sürməsini demişdir. Sara qışqırmaq istəyərək müqavimət göstərsə də Ümid saranın ağzını əli ilə tutmuş, sonra arxa oturacaqda saxladığı qalın boz rəngli ön hissəsi zolaqlı jaket ilə Saranın ağzını bağlamışdır. Ümid Saranın ağzını jaketlə tutarkən Sara Ümidin əlindən çıxmağa çalışmış, onlar kəndin qrunt yolundan asfalt yoluna çıxarkən Vüqar avtomaşın gedə-gedə qabaq oturacaqdan arxa oturacağa, Saranın sağ tərəfinə keçmişdir. Bir müddət yol getdikdən sonra Ümidə qızın ağzını açmasını demiş, bundan sonra Ümid jaketi Saranın ağzından çəkdikdən sonra sonuncu müqavimət göstərməmişdir. Hərəkətə başladıqda Ümid telefonunu itirdiyinə görə onun istifadəsində olan mobil telefonla Abbas kəndində yaşayan qohumu Sahibə zəng edib evdə otaq hazırlamalarını bildirmişdir. Avtomobili Şəki rayonu Abbas kəndində Sahibgilin darvazasından içəri həyətə sürmüş və 15 metr irəlidə evlərinin yanında saxladıqdan sonra Ümid, Sara və Vüqarı düşürmüşdür. Ümid Saranın ağzından tutub maşından düşürüb evə salmış, daha sonra Ümidin anası Sevinc və xalası Pərvanə də Sahibin maşını ilə Sahibgilə gəlmişdir. Ümidin anası Sevinc ona 50 manat yol pulu vermiş, Sevincə qızı qaçırdıqlarını, bu işin axırının necə olacağını soruşmuşdur. Sevinc isə ona toy olacağını, onu da toya dəvət edəcəklərini demişdir. Bundan sonra o həmin ünvandan ayrılmış, təxminən 4-5 saat kedikdən sonra onu Qax rayon polis şöbəsinə dəvət edərək Saranın valideynlərinin şikayət etdiklərini bildirmişlər. Polis şöbəsində Ümidin Sara ilə zorla cinsi əlaqədə olduğunu bilmişdir. Lakin Ümid bu barədə ona hər hansı bir söz deməmiş və sonuncunun Sara ilə cinsi əlaqədə olacağı barədə məlumatı olmamışdır. Törətdiyi əməldən peşimandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə kollegiyası iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əmisi Zaur Abdullayevin baldızı Şahid5 oğlu olmaqla sonuncunu təxminən 5-6 il əvvəl tanımış, sonuncu ilə aralarında 2018-ci ilin may ayından 2018-ci ilin dekabr ayına kimi sevgi münasibətləri olmuşdur. Belə ki, əvvəl Ümid mobil telefonadkı «whatsapp» proqramı ilə ona yazaraq ondan xoşu gəldiyini, onunla danışmaq istədiyini bildirmiş, o, isə Ümidə sonuncunu sevmədiyini, ondan uzaq olmasını yazaraq Ümidin nömrəsini öz telefonunda blok etmişdir. Buna baxmayaraq Ümüd bir neçə dəfə xatırlamadığı müxtəlif nömrələrdən «whatsapp» sosial şəbəkəsi vasitəsilə yazaraq onu sevdiyini, bir-birlərini yaxından tanımalarını, əgər xoşu gəlməsə etiraz etməsini ona çatdırmışdır. Bundan sonra Ümidlə telefonla əlaqə saxlamağa başlamış və 6-7 ay müddətində aralarında normal sevgi münasibətləri olmuşdur. Bu müddət ərzində o təxminən 3-4 dəfə Ümüdlə əmisi Zaur Abdullayevin evində görüşüb söhbət etmiş, lakin zaman keçdikcə Ümidin xasiyyətləri xoşuna gəlmədiyinə görə sonuncudan ayrılmağı qərara almışdır. Ümidlə arasında olan münasibətdən Ümidin və onun valideynlərinin məlumatı olmuş, hətta Ümidin valideynləri bir neçə dəfə onlara elçiliyə gəlsələr də, o və valideynləri razı olmamışdır. Lakin Ümid yenə də ona zəng etmiş, barışması üçün ona vədlər vermişdir. Ümidə yenə də sonuncu ilə danışmaq istəmədiyini bildirmiş, Ümid isə ondan əl çəkməmişdir. 2018-ci ilin dekabr ayında Ümidlə danışmaq istəmədiyini bildirsə də, Ümid onunla razı olmadığını, onu çox istədiyini, ayrılmaq istəmədiyini, onunla evlənmək istədiyini bildirmişdir. O isə hər dəfə Ümidə etiraz edərək sonuncu ilə ailə həyatı qura bilməyəcəyini demişdir. 2018-ci ilin dekabr ayından Ümidlə ayrıldıqdan sonra Ümid davamlı olaraq onunla əlaqə saxlamaq, ona yazmaq istəmişdir. xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı Qax rayonu, Əmbərçay kəndindəki evində olan zaman Ümidin xalası Pərvanə Şahvələdova onu küçəyə çağırmışdır. Həmin vaxt əvvəlcə həyətdə olan anası Elmira qapıya çıxmış, o da anasının arxasınca qapıya getmişdir. Həmin vaxt Pərvanə anasına Ümidin anası Şahid5 ona sözü olduğunu, yolda gözlədiyini bildirmiş, anasi isə artıq söhbətlərinin qurtarmasını demişdir. Pərvanə Sevincin axırıncı dəfə danışmaq istədiyini dediyinə görə anası evə qayıtmış, o isə Pərvanə ilə birlikdə küçəyə çıxmışdır. Sevinc ona yaxınlaşıb sözü olduğunu bildirərək onu görüşmək məqsədilə qucaqlamış, həmin vaxt orada dövlət qeydiyyat nişanını xatırlamadığı bir ədəd ağ rəngli VAZ 2107 markalı avtomaşının dayandığını görmüşdür. Sevincin yanında olarkən Ümid də avtomaşından düşərək yaxınlaşıb onu sevdiyini, evlənmək istədiyini bildirmiş, o, isə Ümidi sevmədiyini, başqası ilə evlənəcəyini bildirmişdir. Sevinc və Ümiddən ayrılıb evə qayıtmaq istəyərkən Ümid ona yaxınlaşıb əlindən tutaraq arxa sol qapısı açıq olan avtomaşına mindirməyə çalışmış, Ümid tərəfindən zorla qaçırıldığını görüb müqavimət göstərərək əlləri ilə sonuncunu özündən kənarlaşdırmağa çalışmışdır. Ümidə üstün gələ bilmədiyini görüb qışqıraraq kömək üçün anasını səsləmişdir. Lakin Ümüd onun qışqırmasına və müqavimət göstərməyinə əhəmiyyət verməyib zorla əli ilə ağzından tutaraq onu həmin VAZ 2107 markalı avtomaşının sol arxa qapısından içəri mindirmişdir. Avtomaşına minəndə qabaq sol oturacaqda sürücü, sağ oturacaqda isə Pərvanənin azyaşlı oğlu Vüqar əyləşmiş, Pərvanə isə avtomaşının yanında dayanmışdır. Həmin vaxt Pərvanə onun avtomaşına minməyi ilə əlaqədar hər hansı bir köməklik etməmiş, avtomaşına minəndən sonra yenə də müqavimətini davam etdirmək istəsə də Ümüd onun əllərini tutmuşdur. Ümid Onu zorla avtomaşına mindirəndən sonra sürücü avtomaşını işə salaraq uzaqlaşmış, Ümidin anası və xalası isə orada qalmışdır. Avtomaşın hərəkətə başladıqdan sonra o maşında qışqırmaq və maşından düşmək istədiyində Ümid onun ağzını zorla tutaraq salonda olan kofta ilə onun ağzını bağlamış və onu sakitləşdirməyə çalışmışdır. Nə qədər qışqırsa və dartınıb avtomaşından düşmək istəsə də Ümid buna imkan verməmişdir. Yolda hərəkətə başlayan zaman Ümid qohumu Sahibə sürücü vasitəsilə zəng edib həyət qapısını açmasını və otaq hazırlamalarını bildirmişdir. Yol boyu onu buraxması üçün Ümidə yalvarsa da sonuncu onu buraxmamış və Şəki rayonu, Abbas kəndində yaşayan qohumu Sahibin evinə aparmışdır. Evə çatdıqları zaman taksi sürücüsü avtomaşını darvazadan həyətə salaraq evin yanına qədər sürmüşdür. Avtomaşın dayanandan sonra Ümid onu avtomaşından zorla həyətə düşürmüş və qollarından tutaraq evə tərəf aparmışdır. Ev sahiblərini tam görə bilməsə də evdə olan 2-3 nəfər adam evə qapıdan daxil olanda birinci otaqda dayanmışlar. Ümid onu həmin adamların yanından keçirərək evin yataq otağına aparmış, yataq otağına saldıqdan sonra otağın qapısını örtmüşdür. Ümüd otaqda olarkən onu zorla qaçırmaq istəmədiyini, lakin ona rədd cavabı verdiyinə görə bu hərəkəti etdiyini bildirib onunla ailə qurmaq istəməsini demişdir. Ümidə bir daha sonuncunu sevmədiyini, ailə qurmaq istəmədiyini nəzərinə çatdırıb ona toxunmadan evə qaytarmasını xahiş etmişdir. Təxminən yarım saat sonra Ümidin anası və xalası Pərvanə onlar olduğu otağa gəlib onu sakitləşdirmək istəmiş, həmçinin ona kağıza parçasına öz xoşu ilə gəlməsini yazmasını bildirmişlər. O, həmin yazını yazmamış, bir müddət sonra Ümidin valideynləri özləri həmin yazını yazaraq imzalaması üçün ona vermişlər. Ümidə onunla cinsi əlaqədə olmayacağı təqdirdə həmin kağızda yazılanları imzalayacağını demiş, bundan sonra Ümidin onunla cinsi əlaqədə olmayacağına inanıb həmin yazını imzalamışdır. Kağıza imza çəkdikdən sonra hamı otaqdan çıxıb getmiş, Ümid içəridən qapını örtüb yenə də onunla söhbət etməyə başlamışdır. Ümidin onunla cinsi əlaqədə olmaq istədiyini bildiyindən söhbəti uzadıb valideynlərinin polisə məlumat verməsi və sonuncuların gəlib onu xilas etməsi üçün vaxt qazanmaq istəmiş, lakin həmin müddət ərzində heç kim oraya gəlməmişdir. Bir müddət sonra Ümid ona yaxınlaşıb zorla onu çarpayıya uzatmış, əynində olan kofta və ətəyini zorla dartaraq əynindən çıxartmışdır. Həmin vaxt əlləri ilə Ümidə müqavimət göstərib özündən kənarlaşdırmaq istəyəndə sonuncu onun əllərini tutaraq müvaqimət göstərməsinə mane olmuşdur. Müqavimət göstərdiyinə görə Ümid onun əvvəl ağzını bağladığı boz rəngli kofta ilə yenidən ağzını bağlamış, sonra tursik və lifçiyini də soyundurmuşdur. Ümid özü də paltarlarını soyunduqdan sonra yaxınlaşıb onu öpmüş, yataqda olarkən ayaqları ilə də Ümidi itələmişdir. Lakin Ümid ayaqları ilə onun ayaqlarını çarpayıya sıxıb vurmasına imkan yaratmamışdır. Bütün bunlara baxmayaraq bir neçə dəqiqə sonra Ümüd öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxaraq təxminən 3-4 dəqiqə ərzində onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Aradan müəyyən müddət keçdikdən sonra polis əməkdaşları gəlmiş və onları Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı hər iki qollarında və budunda yaranmış qançırlar ona Ümid tərəfindən yetirilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu olmaqla Türkiyə Respublikasında İstanbul şəhərində yerləşən universitetin tələbəsi olmuş, ikinci kursu bitirdikdən sonra hazırki cinayət işi ilə əlaqədar təhsilini dondurmuşdur. 2018-ci ilin yay aylarında Ümid yay tətili vaxtı Türkiyədən onun anası Tamaranın Şəki rayonu Baş Layısqı kəndində yerləşən evinə istirahətə getmiş, həmin vaxt Ümid onun bacısı Validənin Qax rayonu Əmbərçay kəndində yerləşən evində qonaq olarkən Validənin qayını qızı Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Bundan sonra Ümid ona Saranı istəməsi barədə dedikdən sonra anası Tamara ilə birlikdə Saragilin evinə elçiliyə getmişlər. Saranın atası İbrahim və anası Elmira evliliyə razılıq versələr də 2-3 gün sonra Elmira ona Saranın xalalarının evlliyə razı olmadığını demişdir. Bir müddət sonra Ümid ona Sara ilə telefonla danışdığını, buna görə də Saragilin evinə gedib sonuncunun valideynləri ilə evliliyi razılaşdırmasını demişdir. Bundan sonra bir neçə dəfə Saragilin evinə elçiliyə getmiş, lakin Saranın atası sonuncu dəfə 2019-cu ilin yanvar ayında bir daha Saragilə gəlməməsini demişdir. Bu söhbətdən sonra Ümid ona Saranı qaçırmaq istədiyini demiş, o da Ümidə toy etmək istədiyini bildirmişdir. Bu barədə hətta Saranın anası Elmiraya da bildirmişdir. 2019-cu ilin iyul ayının ortalarında o, Ümidlə birlikdə Şəki rayonu, Baş Layısqı kəndində yaşayan anası Tamaranın evinə gələrək orada gün qalmış, həmin vaxt digər bacısı Pərvanə də azyaşlı uşaqları Vüqar və Vüsal ilə birgə oraya gəlmişdir. Bir gün anasının evində qaldıqdan sonra Ümid onu, bacısı Pərvanəni və Vüsalı taksi ilə Qax rayonu, Əmbərçay kəndində yaşayan digər bacısı Validənin evinə düşürüb, özü isə Vüqar ilə xalası Nərminənin oğlu Sahibin Şəki rayonu, Abbas kəndində yerləşən evinə gedib orada qalmışdır. xx xxxx 2019-cu il tarixdə Ümidin mobil telefon nömrəsinə zəng edib Qax rayonu, Əmbərçay kəndinə gəlməsini bildirdikdən sonra Pərvanə və Vüsal ilə yola çıxıb Saragilin evi istiqamətinə getmişlər. Validəgilin evindən bir az uzaqlaşdıqdan sonra Ümid onun mobil telefonuna zəng edib kəndə çatdığını bildirmiş, sonuncuya olduğu yeri izah edərək maşınla onu və bacısı Pərvanəni götürməsini demişdir. Ümid əvvəllər onlara taksi kimi xidmət göstərən Elvin adlı şəxsin idarə etdiyi ağ rəngli VAZ 2107 markalı avtomobillə onları Validəgilin evindən bir az aralıdan götürərək Saragilin evindən 30-40 metr aralıda saxlamışdır. Pərvanə Saragilin evinə tərəf getmiş və 5-6 dəqiqə sonra Sara ilə birlikdə həmin yerə qayıtmışdır. Avtomaşından düşmüş, ondan sonra Ümid də avtomaşından düşmüşdür. Sara ilə qucaqlaşıb görüşərək üzündən öpmüş, bu zaman Ümid də Saraya yaxınlaşıb öz aralarında bir dəqiqədən də az müddətdə söhbət etmişlər. Bundan sonra Sara öz evlərinə tərəf getmək istəyəndə Ümid Saranın qolundan tutaraq avtomaşına tərəf dartıb apararaq zorla avtomaşına mindirmişdir. Ümid Saranın dartınmağına əhəmiyyət verməyib VAZ 2107 markalı avtomobilin sol arxa qapısını açıb arxa oturacağa mindirmiş, özü də həmin qapıdan avtomobilə əyləşmişdir. Pərvanənin oğlu Vüqar avtomaşının qabaq sağ oturacağında oturmuş, Ümid Saranı avtomaşına mindirəndən dərhal sonra avtomobil oradan uzaqlaşmışdır. Ümid Sara ilə getdikdən sonra o, Pərvanə və X30 birləşdirən magistral yola çıxmış, onlara aparmağa avtomaşın olmadığına görə xalası oğlu Sahibin mobil nömrəsinə zəng edib onları götürməsini istəmişdir. Sahib özünün idarə etdiyi avtomaşınla onları oradan götürüb evlərinə aparmışdır. X4çırması barədə məlumat vermiş, Sahib onları evə düşürdükdən sonra işi olduğuna görə işinin dalınca getmişdir. Sahibin həyətinə girdikdə taksi sürücüsü Elvini görüb Ümidlə Saranın harada olduğunu soruşmuş, Elvin onlara Ümidlə Saranın evdə olduğunu bildirmişdir. Saranı gətirməsinə Elvinə 50 manat pul verdikdən sonra sonuncu çıxıb getmişdir. Həmin vaxt həyətdə başqa heç kim olmamış, bundan sonra Sahibgilin evinə girib sonuncunun arvadı Aytəndən Ümidin harada olmasını soruşmuşdur. X10 otağı ona göstərdikdən sonra həmin otağa keçmişdir. Bacısı Pərvanə də onun arxasınca otağa daxil olmuş, Pərvanə Ümidin sifətinə bir neçə zərbə vurub «nə hoqqa çıxarırsan» deyərək sonuncunu danlamışdır. Daha o Saraya heç nə deməmiş, Ümid onun çölə çıxmağını deyib Sara ilə özü söhbət etmək istədiyini bildirmişdir. Buna görə də Pərvanə ilə çölə çıxaraq otaqların qarşısındakı dəhlizə qoyulmuş stulda oturmuşdur. Həmin vaxt oraya gələn xalası X17çırmasını bilib açıqlanmış və Ümidin səhv hərəkət etməsini demişdir. Bir qədər söhbət etdikdən sonra həyətdəki dirriyə gedib kələm, göyərti yığaraq mətbəxə keçmişdir. Ümid otaqdan çıxaraq izahat yazmaq lazım olduğunu bildirdikdən sonra o da, Saraya öz xoşu ilə gəlməsinə dair izahat yazmasını demişdir. Sara həyəcandan əlləri əsdiyindən yaza bilmədiyinə görə sonuncunun adından öz xoşu ilə heç kimin təsiri olmadan Ümidə qoşulub qaçması barədə izahat kimi yazı yazmışdır. Yazandan sonra Sara imzası ilə həmin yazını təsdiq etmiş, sonra Ümidlə Sara otağa keçdikdən bir müddət sonra Aytən ona Ümidin Sara ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Bunu bildikdən sonra otağa keçərək Saranı qucaqlayıb üzündən öpmüş və belə olmasını istəmədiyini demişdir. Sara ona heç nə deməmiş, Aytəndən Saraya çay gətirməsini xahiş etmişdir. Aytən çay və çörək gətirdikdən sonra Saraya çay içirdib çörək vermişdir. Sara tərli vəziyyətdə olduğuna görə koftasını dəyişməsini desə də sonuncu razılaşmamışdır. Bir müddətdən sonra polis əməkdaşları gəlib Saranı, Ümidi və onu Qax rayon Polis Şöbəsinə aparmışlar. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qaynının bacanağının oğlu kimi tanımış, Ümidin ailəsi və özü bir neçə dəfə onlara qohum kimi gəlib getmişlər. Əvvəllər onun Ümidin qızı Saranı sevməsindən xəbəri olmamış, 2018-ci ilin avqust ayında onlarda olan yas mərasimi zamanı Sevinc, Pərvanə və Ümidin özü onlara baş sağlığı üçün gələrkən həyətin qapısının qarşısında Ümidin anası Sevinc onu kənara çəkərək qızlarından xoşlarının gəldiklərini və oğlu Ümidə istədiklərini demişdir. Sevincə qızının yaşının az olduğunu, hələ məktəb oxuyacağını, bundan sonra bu barədə fikirləşə biləcəklərini demişdir. Əri İbrahimlə də bu barədə söhbət edib qızlarını ərə verməyə tələsməmələrinə dair razılığa gəlmişlər. Bundan sonra Ümidin ailəsi onlara elçi gələndə qızlarını ərə vermək istəmədiklərini desələr də sonuncular bir neçə dəfə 2018-ci ilin avqust və qış aylarında onlara elçi gəlmiş, lakin yenə də bu işə razılıq verməmişlər. Qızı Saranın əvvəllər Ümidlə aralarında sevgi münasibətləri olub sonuncu ilə telefon əlaqəsi saxlasa da sonradan qızının Ümiddən xoşu gəlmədiyi üçün uzaqlaşmış və 2018-ci ilin dekabr ayından etibarən əlaqələri kəsilmişdir. xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində həyətdə paltar yuyan zaman Ümidin xalası Pərvanə həyətin darvazasını açıb qapıdan onu çağırmış, Pərvanənin çağırışına qapıya gedəndə küçə yolunda Sevincin biraz aralıda dayandığını görmüşdür. Pərvanədən nəyə görə gəldiyini soruşduqda sonuncu bacısının Saraya sözünün olduğuna və yanına çağırdığını demişdir. Pərvanəyə «yolda niyə dayanır ki, gəlsin həyətə sözünü desin» demiş, Pərvanə isə bacısının çəkindiyini və ona görə gələ bilmədiyini bildirmişdir. Pərvanəyə Sevincin artıq heç bir sözü olmadığını, bu məsələnin bitdiyini desə də Pərvanə axırıncı dəfə Sevincin Saranı görmək istədiyini və sözü olmasını demişdir. Həmin vaxt qızı Sara da evdən küçəyə çıxıb yanlarına gəldikdə qızına gedib Sevinclə görüşdükdən sonra tez evə qayıtmasını tapşırdıqdan sonra geriyə paltar yuduğu yerə getmişdir. Həmin vaxt küçədə qızı Saranın qışqıraraq kömək istəməsini eşidib qaçaqaça küçəyə çıxanda ağ rəngli avtomaşının sürətlə yolu tozladaraq sürüb getdiyini görmüşdür. Küçədə heç kimin olmadığını görüb qızı Saranın zorla qaçırıldığını başa düşmüş, həyəcandan nə edəcəyini bilməmişdir. Qonşularını səsləyərək köməyə çağırmış, səsə evdə yatan oğlu Qayaxan həyətə düşmüşdür. Saranın qaçırıldığını bilərək baş verən hadisə barədə həmin vaxt mal növbəsində olan ərinə zəng vurub xəbər vermişdir. Təxminən 10-15 dəqiqə sonra əri İbrahim evə gəlmiş, bir müddət sonra isə polis əməkdaşları evlərinə gəlmişlər. Hadisə barədə polislərə məlumat verdikdən sonra İbrahim şikayət ərizəsi yazmışdır. X7 Şəki rayonu Abbas kəndində yaşayan Sahib adlı qohumlarının evinə qaçırdığını və qızı ilə zorla cinsi əlaqədə olduğunu bilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 xalası Tamaranın qızı Sevincin oğlu kimi tanımış, Zərərçəkmiş şəxs uzaq qohumları kimi tanımaqla gedişgəlişləri olmamışdır. Ümidin Qax rayonu Əmbərçay kəndində yaşayan Saranı sevməsindən onun da xəbəri olmuş, xalası qızı Sevinc bir neçə dəfə Saragilə elçiliyə getmişdir. xx xxxx 2019-cu il tarixdə xalası qızları Pərvanə, Sevinc və sonuncunun oğlu onlara gəlmiş, Ümidin Sara ilə evlənmək istədiyini bildirmişlər. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında yuxudan durduqdan sonra Ümid ona Saranı qaçırmaq istədiyini və buna görə avtomaşınla birlikdə Əmbərçay kəndinə getmələrini demişdir. Ümidə əgər qız özü könüllü razı olub onun avtomaşınına otursa gedib götürə biləcəklərini, ancaq etiraz edəcəksə avtomaşını oraya sürməyəcəyini demişdir. Ümid qızla bir-birlərini sevdiklərini, lakin ola bilər ki, etiraz etməsini dedikdən sonra sonuncuya bu işin onluq olmadığını deyib işə getmişdir. Təxminən 2-3 saat sonra Sevinc ona zəng edərək Saranı Qax rayonu, Əmbərçay kəndindən qaçırdıqlarını, sonuncunu həmin kəndin yolundan götürməsini xahiş etmişdir. Sevinci götürməyə gedən zaman Ümid ona əvvəllər tanıdığı taksi sürücüsü Elvinin xatırlamadığı mobil nömrəsindən zəng edib bildirmişdir ki, qızı qaçırdığını və onların evinə gətirəcəyini demişdir. Bundan sonra o idarə etdiyi avtomaşınla Sevincgili yoldan götürüb təxminən 40-45 dəqiqə sonra Şəki rayonu Abbas kəndindəki evinə getmişdir. Evə çatanda Ümid, Sara və Pərvanənin oğlu Vüqarın onlarda olduğunu, Saranı isə onun otağına apardıqlarını bilmişdir. Evdə olan atası, anası və arvadından ümumi vəziyyəti soruşduqda ona Ümidin qızı onun yataq otağına apardığını, Sevinclə Pərvanə isə qızın öz könüllü razılığı ilə gəlməsi barədə sonunculara ərizə yazıb verdiyini bildirmişlər. Saranın könüllü razılığı ilə gəlməsini hesab edib heç nə deməmiş, yenidən işinin dalınca getmişdir. Evdən çıxdıqdan təxminən 2-3 saat sonra yenidən evlərinə zəng edən zaman polislərin onlara gəlib Saranı və Ümidi apardıqlarını demişlər. Rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olduğunu bilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının ortalarında Ümid qohumu Pərvanənin oğlu Vüqarla birlikdə onların evinə qonaq gəlmiş, Ümidin anası Sevinc və sonuncunun bacısı Pərvanə isə həmin vaxt Sevincin digər bacısı Validənin Qax rayonu, Əmbərçay kəndində yerləşən evinə gedib orada qalmışdır. xx xxxx 2019-cu il tarixdə saat 08 radələrində yuxudan oyanaraq ev işləri ilə məşğul olmağa başlamış, saat 11 radələrində Ümid Vüqarla birlikdə çıxıb evdən getmişdir. Ümidin qız qaçırmaq istəməsi, evdən çıxıb harasa getməsi barədə heçnə bilməmiş, Ümid evdən getdikdən sonra qaynanası Nərminə ona Ümidin Qax rayonu Əmbərçay kəndinə anası ilə xalasını götürməyə getdiyini demişdir. Saat 12 radələrində Sahib zəng edib Ümidin Saranı gətirdiyini demiş, zəng bitdikdən cəmi 1-2 dəqiqə sonra Ümid ilə Sara onlara gəlmişdir. Sonuncular onların yataq otağına keçmiş, bir müddət sonra Sevinc ilə Pərvanə də onların evinə gələrək qayınanası Nərminənin otağına girib söhbət etmişlər. Həmin vaxt qayınanası Nərminə də evdə, qayınatası Mütübillah isə sahədə olmuşdur. Sevinc ilə Pərvanə onlara gəldikdən sonra o, uşaqları da götürüb həyətə düşmüş, bundan sonra Sevinc ilə Pərvanə də həyətə düşərək əllərində Saranın könüllü gəlməsi barədə yazılı izahatının olduğunu demişlər. Sevinc ona Saraya alt paltarı və parça verməyini xahiş etdiyinə görə evdən bir ədəd ağ rəngli parça və bir ədəd trusik götürüb otağa keçərək həmin vaxt çarpayının üzərində oturmuş Saraya trusik ilə parçanı verib çıxmışdır. Bundan sonra o mətbəxə getmiş, Sevinc və Pərvanə isə Saranın otağına bişmiş yumurta, çay və su vermişlər. Bir müddət sonra polis əməkdaşları yaşadığı evə gəlmiş, həmin vaxt Sara otaqdan çıxıb qaçırılan qız olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Sara və Ümidlə birlikdə evlərini tərk etmişlər. Saranın onun yaşadığı evə könüllü gəlməsini və öz xoşu ilə Ümidlə cinsi əlaqədə olmasını hesab etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid9 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 82 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət sağ körpücük altı nahiyənin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, insan əl dırnağının dəri üzərində sürüşməsindən əmələ gəlməsi istisna edilmir, qərarda göstərilən şəraitdə törənməsi mümkündür, müddəti qərarda qeyd edilən xx.xx.2019-cu il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 82/17 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi əlaqəyə girmə qabiliyyəti normaldır və cinsi həyatı aktivdir, cinsiyyət orqanında hər hansı bioloji qalıqlar aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 81 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol budun və sağ sağrının qançırları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 2 (iki) gün əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2019-cu il tarixinə uyğundur, xəsarətlərin fiziki zor tətbiq edərək cinsi əlaqə zamanı yaranması mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 1-2 gün əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2019 tarixinə uyğundur. Zərərçəkmiş şəxs arxa keçəcəyi nahiyəsində onunla qeyritəbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər və xəsarətlər aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 560/2019-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi açıq çəhrayı rəngli ön səthinə ağımtıl rəngli tor şəkilli fonda naxışları olan material tikilmiş trusik (obyekt №1) və ağ rəngli toxuma parçası üzərində (obyekt №2-4) sperma ifrazatı qarışmış insan qanı ləkələri, Təqsirləndirilən şəxs1 məxsus qara rəngli trusik(obyekt №5,6) üzərində isə sperma ləkələri aşkar olundu. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus qara rəngli trusik üzərində olan ləkələrdə qan aşkar olunmadı. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi açıq qəhvəyimtil (krem) rəngli üzərində sarı və qara rəngli girdə naxışları olan daha bir ədəd trusik və örtük (üzlük) üzərində baxış zamanı qana və spermaya şübhəli hərhansı bir ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 697/2019-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi-O-alfa,beta/İ/ 2.Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisiA-beta/H//İİ/ 3.Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs qızma məxsus açıq çəhrayı rəngli trusik, toxuma parçası üzərindəki ləkələrdə sperma ifrazatı qarışmış insan qanı ləkləri aşkar olundu. Bu ləkələrdə qrup göstəriciləri tədqiq olunduqda A,H antigenləri alındı. H antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrupunu xarakterizə etdiyindən onun qanı hesabına, həmçinin hissəvi olaraq sperma hesabına alına bilər. A antigeninin alınmasını isə A/İİ/, A/H//İİ/ qruplu şəxsin sperması hesabına izah etmək olar. Göstərilən halda trusik və toxuma kəsiyi üzərində olan sperma qarışmış qan ləkələrində qanın O/İ/ qruplu zərərçəkmiş Zərərçəkmiş şəxs, spermanın isə A/H//İİ/ qruplu Təqsirləndirilən şəxs1 məxsus olması ABO sistemi üzrə inkar olunmur. 4.Təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus trusik üzərindəki ləkələrdə sperma aşkar olundu. Ləkələrdə spermanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə, bu sperma ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs1 özünə məxsus ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 19688 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan paltarlardan tünd göy rəngli yubkası üzərindən tapılmış bənövşəyi boz rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən ağ rəngli köynəyi üzərindən tapılmış çəhrayı rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olması qeyd olunan koftanın tərkib liflərinə uyğun gəlir. Avtomobilin arxa oturacağına məxsus olduğu qeyd olunan oturacaq üzlüyü üzərindən tapılmış bənövşəyi-boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Avtomobilin arxa oturacağına məxsus olduğu qeyd olunan söykənəcək üzlüyü üzərindən tapılmış çəhrayı rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan koftanın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində avtomobilin arxa oturacağına məxsus olduğu qeyd olunan üzlüklərin tərkib liflərindən yoxdur. Şahid5 məxsus olduğu qeyd olunan donun üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların üzərində Şahid5 məxsus olduğu qeyd olunan donun tərkib liflərindən yoxdur. Yataq otağından götürülməsi qeyd olunan boz rəngli sviterin üzərindən tapılmış bənövşəyi-boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd olunan şalvarın tərkib liflərinə uyğun gəlir. Boz rəngli sviterin üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 19687 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından hadisə yeridən götürülmüş boz rəngli ön hissəsi zolaqlı olan jaketin (koftanın) üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə hər-hansı bərk predmetlə kontaktda olması, ilişməsi nəticəsində yarana bilən ilişib cırılma zədəsidir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Şahid5 məxsus paltarların üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 31631 saylı rəyindən görünür ki, Əksi ekspertizaya təqdim olunmuş, üzərində «X27 öz istəyimlə Təqsirləndirilən şəxs1 qoşulub qaçmışam Burda heç kimin günahı yoxdur Öz imzamla təsdiq edirəm» yazıları olan məktubun kserosurətindəki əlyazmalar - X11 tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim olunmuş, üzərində «X27 öz istəyimlə Təqsirləndirilən şəxs1 qoşulub qaçmışam Burda heç kimin günahı yoxdur Öz imzamla təsdiq edirəm» yazıları olan məktubun kserosurətindəki “Öz imzamla təsdiq edirəm” yazılarının qarşısındakı imza - Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-psixatrik ekspertizanın xx.xx.2019-cu il tarixli 653/261 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə adam oğurluğu və zorlama cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə adam oğurluğu və zorlama cinayət əməllərini törədilərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Cinayət işi materiallarına əlavə edilmiş İş üzrə təyin olunmuş məhkəmə-psixoloji ekspertizanın xx.xx.2019-cu il tarixli 653/261 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə cinayət əməllərini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə cinayət əməli törədilərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs1 fərdi-xüsusiyyətlərini nəzərə alaraq (praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfiikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma) o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-psixatrik ekspertizanın xx.xx.2019-cu il tarixli 654/262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə adam oğurluğu cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə adam oğurluğu cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-psixoloji ekspertizanın xx.xx.2019-cu il tarixli 654/262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə cinayət əməli törədilərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs2 fərdi-xüsusiyyətlərini nəzərə alaraq (praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma) o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2019-cu il tarixli 652/260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməllərdən əvvəl və həmin əməllər törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyəlin müvəqqəti pozulması, kəmağıllıq (o cümlədən əqli inkşalinda gerilik əlamətləri) və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (o cümlədən əqli inkşafında gerilik əlamətləri) və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd hərəkətlərin xarakter və mənasını anlaya bilmiş, baş vermiş hadisələri düzgün qavrayaraq həmin hadisələr barəsində hal-hazırda düzdün ifadə verə bilər. Zərərçəkmiş şəxs psixi vəziyyəti və intellektual inkşafı nəzərə alınmaqla onunla edilən qanunazidd hərəkətlərin xarakter və mənasın anlaşmışdır. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-psixoloji ekspertizanın xx.xx.2019-cu il tarixli 652/260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs yaş və fərdi xüsusiyyətləri, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meylli deyildir. Zərərçəkmiş şəxs xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi psixi-emosional baş vermiş hadisə zamanı və hadisədən sonra isə həyəcanlı və qorxmuş psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs fərdi və yaş xüsusiyyətlərini, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq, yoxlanılan iş üçün vacib olan halları düzgün qəbul edə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş iş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1444-də Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş iş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında xxxx qətimkan tədbirinin seçilməsi barədə Qax rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 4 ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xxxx qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması haqqında Qax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş xxxx qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Qax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində yenidən xxxx qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xxxx qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması haqqında Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş xxxx qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Şəki rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə xx xxxxxx 2020-ci il tarixə kimi uzadılmış, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə isə ev dustaqlığı qətimkan tədbirinin xxxx qətimkan tədbiri ilə əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegoyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli qərarından gürünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyə gəlməkdən dəfələrlə yayındığına görə barəsində olan ev dustaqlığı qətimkan tədbiri xxxx qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xxxx qətimkan tədbirinin seçilməsinə dair ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və həmin vəsatətə əsaslanan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə Şəki rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 83 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli 15 və 16 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Əzimzadə küçəsi ev 6, mənzil 9-da yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Baş Laysqı” kəndindəki Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 587 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Laysqı kənbdində yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci ildə anadan olmuş Ayan Həmidova və xx.xx.2014-cü ildə anadan olmuş Ayla Həmidova adlı iki azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur və təqsirləndirilən şəxslərlə barışmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X11, Şahid4, X12, Şahid7, Şahid6, Şahid9 və Şahid1 əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin törədilməsində onların iştirakı və təqsirlilikləri kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, onun törətdiyi cinayətə görə veriləcək cəzanı, onun bu cəzadan çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində cavan olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, onlardan birinin ürək xəstəsi olmasını, ailənin yeganə gəlir gətirən adamının onun olmasını, ilk dəfə belə bir işə bulaşmasını, ümumiyyətlə təqsirinin olmamasını nəzərə alaraq barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün ləğv edilməsini, daha ədalətli qərar qəbul edilərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməsini, ona CM-nin 149.1-ci maddəsi ilə bərəat verilməsini, ona CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun barəsində yüngülləşdirən halları nəzərə alınmaqla barəsində maddənin sanksiyası nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməklə təyin edilmiş cəzaya CM-nin 70-ci maddəsinin tətbiq edilməklə şərti hesab edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyətlərindən göründüyü kimi Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-nin 149.1-ci maddəsi üzrə olan ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü yalnız zərərçəkmiş şəxsi evlənmək məqsədi ilə onu oğurlamaqda təqsirli hesab edir, digər Təqsirləndirilən şəxs2 isə ona elan edilmiş CM 144.2.3-cü maddəsi üzrə olan ittiham üzrə özünü təqsirli hesab etməyərək barəsində bəraət hökmünün çxarılmasını xahiş edir. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərində qeyd edilən əməlin tövsifi ilə bağlı göstərilən dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq məqsədilə tanışı Şəki rayonunun Baş Layısqı kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 özünə məxsus idarə etdiyi VAZ-2107 minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu, Əmbərçay kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gedərək zor tətbiq etməklə sonuncunun razılığı və istəyi olmadan iradəsinə zidd hərəkətlər edib qışqırıb kömək istəməsinə baxmayaraq əl-qolunu tutub müqavimətini qıraraq zorla onu sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına mindirib düşməsinə imkan verməyərək hərəkətə başladıqdan sonra da avtomobildə olduğu müddətdə qışqırmasının qarşısını almaq məqsədilə ağzını avtomobildə olan kofta ilə bağlayıb Qax rayonunun Əmbərçay kəndindən Şəki rayonunun Abbas kənd sakini Şahid7 yaşadığı evə aparmış və həmin evdə xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq məqsədilə iradəsinə zidd hərəkətlər edərək onu çarpayıya uzadıb əynində olan kofta və yupkasını zorla dartaraq əynindən çıxarıb göstərdiyi müqavimətin qarşısını almaq məqsədilə fiziki zor tətbiq edərək ayaqları ilə ayaqlarını çarpayıya sıxıb əllərini tutaraq ağzını boz rəngli kofta ilə bağlamış, sonuncu ona cinsi əlaqədə olmaq istəmədiyini bildirib müqavimətini davam etdirərək sağ körpücük altı nahiyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsinə baxmayaraq Zərərçəkmiş şəxs sol budun və sağ sağrının qançırları kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edib qızılıq pərdəsinin tamlığını pozmaqla onu zorlamışdır. Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs oğurlamaq məqsədilə tanışı Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 12 radələrində özünə məxsus idarə etdiyi VAZ-2107 minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonunun Əmbərçay kəndinə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə Zərərçəkmiş şəxs razılığı və istəyi olmadan iradəsinə zidd hərəkətlər edib qışqırıb kömək istəməsinə baxmayaraq əl-qolunu tutub müqavimətini qıraraq zorla onu idarə etdiyi avtomobilin arxa oturacağına mindirib düşməsinə imkan verməyəndən sonra qeyd olunan avtomobillə Şəki rayonunun Abbas kəndi istiqamətində hərəkətə başlamış, avtomobildə olduğu müddətdə Təqsirləndirilən şəxs1 qışqırmasının qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs ağzını kofta ilə bağlamasını, sonuncunun avtomobildən düşmək istəməsini bilərək hərəkətini davam etdirib onu Qax rayonunun Əmbərçay kəndindən Şəki rayonunun Abbas kənd sakini Şahid7 yaşadığı evə aparmaqla adam oğurluğu cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası ilk öncə Təqsirləndirilən şəxs1 CM-nin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ona verilmiş ittiham üzrə barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Müdafiəçi1 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmək istəyir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək müdafiəsi üçün gətirdiyi hallar, yəni Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmamasına dair göstərdikləri məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Məhkəmə kollegiyasının belə qənatə gəlməsinə iş materiallarında olan məhkəmə-tibb, məhkəmə tibbi-bioloji, məhkəmə fiziki-kimyəvi, kompleks məhkəmə psixiatrik-psixoloji, məhkəmə trasoloji ekspertizasının rəyləri, zərərçəkmiş şəxs, şahid ifadələri və işdə olan digər sənədlər əsas verir Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxsi qaçırdıqdan sonra Şəki rayonunun Abbas kənd sakini Şahid7 yaşadığı evə apardığını, onun və ailə üzvlərinin də bu işdən məlumatlı olduqlarından və onu bu işdən daşındırmadıqlarından onların da işə cəlb edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı fikrinə münasibət bildirərək qeyd edir ki, Şəki rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Tural Yaqubovun xx xxxxxx 2019cu il tarixli subutların qiymətləndirməsi qərarında buna münasibət bildirilmiş və CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 144-cü və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Müdafiə tərəfindən isə həmin qərar mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası digər Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş CM-nin 144.2.3-cü maddəsi üzrə olan ittiham ilə bağlı təqsirli bilməmiş, təqsirinin olmamasını onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs ilə sevgili olmasını, sonuncunun atasının evlənmələrini istəməməsi səbəbindən qızın yaşadığı kənddə qızın guya zorla qaçırılması görüntüsünü yaratmaq məqsədi ilə əvvəlcədən düşünülmüş plan olmasını demiş, o, da buna razı olmuş, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobil ilə Qax Rayonu Əmbərçay Kəndindən Şəki rayonunun Abbas kəndinə gətirmişdir. Məhkəmə kollegiyası iclasında Zərərçəkmiş şəxs avtomaşına əyləşdiyi vaxtdan düşənə kimi səs-küy etdiyini, hətta maşında olduğu müddət ərzində onun ağzının parça ilə sıxıldığını, yalnızca Təqsirləndirilən şəxs2 iradından sonra həmin parçanı Təqsirləndirilən şəxs1 kənara qoyduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 qeyd etdiyi dəlillər onun cinayət məsuliyyətindən azad olunmasına yönəlmiş ifadələrdir. Belə ki, Zərərçəkmiş şəxs könüllü şəkildə Təqsirləndirilən şəxs1 ilə yaşadığı Qax rayonu Əmbərçay kəndindən gəlmək niyyəti var idisə, nə səbəbdən Təqsirləndirilən şəxs1 onu avtomaşında olduğu müddət ərzində sakitləşdirməyə, onun ağiz nahiyəsini parça ilə sıxmaq kimi hərəkət etmişdir, Bundan başqa onların getdikləri iki şəhər arasındakı məsafənin uzunluğu Təqsirləndirilən şəxs2 imkan verirdi ki, o, qızın Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırıldığını başa düşərək hadisənin qarşısını almağa yönələn hərəkətlər etsin. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs hər iki təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, onlara qarşı heç tələbinin olmadığını qeyd etməsi ittiham tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş CM-nin 144.2.3-cü maddəsi təqsirləndirilməsini işin faktiki hallarını əks etdirən obyektiv həqiqəti özündə ehtiva edir. Ona görə də ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini haqlı olaraq CM-nin 144.2.3-cü maddəsinə tövsif etmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə üzrə təqsirli bilərək ona cəza təyin etmişdir. Azərbаycаn Respublikаsı Cinayət məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət məcəlləsinin 58-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunur ki, məhhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 təyin etdiyi uzun müddətli azadlıqdan məhrum etmə cəzasını işin faktiki hallarına, törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab etsə də, digər Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş uzunmüddətə azadlıqdan məhrum etmə növündə cəzaya aid hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, ilk dəfə cinayət törətməsi, törətdiyi əməlindən peşiman olması, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən əməllərinə görə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də yüngül cəza təyin edilə bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh оlunmаsınа xidmət etməlidir. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı bir məhkumluq həyatı yaşamaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Çünki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə nail olması və barışması onda mənəvi və ictimai dəyərlərə hörmət hisslərinin qorunub saxlandığına dəlalət etməklə, tutduqları əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət səciyyələndirilmələri öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsləri kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onların islah olunacaqlarına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayətin məqsədi və motivi, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62-ci mаddəsi tətbiq edilməli və оna təqsirli bilindiyi mаddədə müəyyən ediləndən daha yüngül cəza təyin olunması məqsədəuyğun hesаb olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini mümkün və məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini cəzanın məqsədlərini və islah təsirini təmin etmək baxımından yetərli sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.1-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməlləri üzrə onların təqsirsizlikləri barədə yuxarıda qeyd olunan apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, lakin Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir. Yuxaırda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, ona təyin edilmiş cəzaya münasibətdə və təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə cəya aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə endirilsin. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar