Məhkəmə qərarları › İş №1(107)-123/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-123/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-123/2020 30.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxx 2020ci il tarixli 1(091)-71/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (R.İ.Hüseynov (sədrlik edən), hakimlər B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli 1(091)71/2020 nömrəli hökmü ilə xx xxxx 1980-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Zərdab rayonu Allahqulubağı kəndində daimi qeydiyyatda olmaqla yaşamış, xx xxxxxx 2019cu ildən həbsdə olan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin həbs edildiyi vaxtdan xx xxxxxx 2019-cu ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən gücündə saxlanılması hökm edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, keçmiş arvadı Zərərçəkmiş şəxs əxlaqsız olduğunu və övladlarını ona göstərmədiyini düşünüb xx xxxxxx 2019-cu ildə gecə saatlarında onunla telefonda mübahisə etmiş, qısqanclıq və qisas zəminində Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirərək onu cəmiyyət içində və övladlarının yanında rüsvay edəcək xəsarətlər yetirmək məqsədi ilə özü ilə iş yerindən soyuq silah hesab edilməyən üzərinə ağ rəngli izolent dolanmış, zavod üsulu ilə hazırlanmış metal parçası (armatur) və zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, məişət təyinatlı, ülgüc (lezva) götürüb xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Bakı şəhərindən taksi ilə birbaşa Zərdab şəhərinə, Zərərçəkmiş şəxs yaşadığı 51 saylı qəsəbədəki fərdi yaşayış evinin yaxınlığına gələrək küçədə gözləmişdir. xx xxxxxx 2019cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs xalası qızı Şahid5 kirayədə yaşadığı Zərdab şəhəri Qumlu qəsəbəsindən qayıdıb evinə yaxınlaşmaq istədikdə qaranlıqda qəflətən ona hücum edərək əlindəki metal parçası ilə qəsdən bir neçə dəfə qollarına və ayaqlarına ardıcıl zərbələr vuraraq sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sonuncu yerə yıxıldıqdan sonra isə ülgüclə (lezva) sifət nahiyəsində sağ qulaq sırğalığında kəsilmiş yara və sifətin sağ yarısında kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X13 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-71/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: X13 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-71/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətində azadlıqdan məhrum edilmədən cəzasının məhdudlaşma ilə əlaqəli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X4 verdiyi apelyasiya şikayətində hökmün cəzaya aid hissədə dəyişdirilərək, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apelyasiya şikayətində hökmün cəzaya aid hissədə dəyişdirilərək, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X13 Məhkəməsinin xx xxxx 2020-ci tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətlərinin təmin olunmasını, X13 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-71/2020 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxs teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək Bakı şəhərində karantin olduğu üçün hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyini, ona görə də yazdıqlarını təsdiqlədiyini bildirmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayələri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-71/2020 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Natiq və 2010-cu il təvəllüdlü Nahid adlı 2 övladları vardır. 2016-cı ilin dekabır ayında Zərdab şəhəri 51 saylı qəsəbədə Ruhiyyə ilə birgə yaşadığı evə qayıdanda Ruhiyyənin VVAQ orqanında boşandığını bilmiş, ona boşanma barədə kağızı göstərmişdir. Həmin vaxt ondan nə üçün boşandığını soruşanda demişdir ki, anam deyib boşanmışam. Aralarında mübahisə olsa da dava-dalaş olmamışdır. Ona görə də Ruhiyyə ilə boşansa da bir müddət onunla bir yerdə Zərdab şəhəri 51 saylı qəsəbədə olan evdə yaşamış, həmin evin həyətində, yəni Ruhiyyənin anası və ögey atasının evinin həyətində hətta ev tikdirmişdir. Ancaq ev yarımçıq qalmış, Ruhiyyə bir müddət uşaqları da götürüb Bakı şəhərində işləmiş, orada hardasa çörək bişirib satmışdır. Aralarında gah onun uşaqları ona göstərməməsi üstündə, gah da müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Vaxtaşırı Ruhiyyə pozğunluq etdiyini eşitmişdir. Ancaq bunun həqiqətən belə olubolmadığını bilməmişdir. 2019-cu ilin oktyabr ayının əvvəlində yenə Bakı şəhərinə işləməyə getmiş, Nərimanov rayonunda qaynaqçı sexində qaynaqçı işləmiş, uşaqlar ikisi də anası ilə, yəni Ruhiyyə ilə onun anası evində yaşamışlar. Bu 3 ay müddətində Ruhiyyənin telefonuna zəng edib uşaqları soruşmaq istəsə də o, telefonu açmamışdır. Anası Vəsiqə telefonu götürsə də onun uşaqlarla telefonla danışmağına maneçilik törətmişlər. Uşaqları öyrətmişlər ki, atan pisdir. xx xxxxxx 2019-cu ildə axşam vaxtı evə gələcəyini bildirmişdir. Ruhiyyə isə telefonda ona nalayiq söyüşlər söymüş və telefonu söndürmüşdür. Həmin vaxt bundan sonra ona təxminən 20 dəfə zəng etsə də o telefonu açmamışdır.O da bundan əsəbləşmişdir. xx xxxxxx 2019-cu ildə Ruhiyyəyə zəng edib uşaqları soruşanda demişdir ki, uşaqları anangilə göndərmişəm. Həmin vaxt Ruhiyyəyə inanmayıb anasına zəng etmişdir. Anası da uşaqların həqiqətən də onlarda olduğunu demiş, saat 03 radələrində anası Sənubər ona zəng edib demişdir ki, Ruhiyyə gəlib ki, uşaqları aparsın. Ruhiyyəyə zəng etmiş və demişdir ki, uşaqlara dəyməsin. Gecədir. Yatıblar. Qalsınlar. Səhər özüm gələcəm. Uşaqları gətirərəm. Ruhiyyə isə telefonda taksi sürücüsünün yanında ona qarşı olduqca nalayiq söyüşlər söymüş və demişdir ki, uşaqları sənə göstərməyəcəm. O, isə Ruhiyyəyə sabah axşam Zərdaba gələcəm, səni şikəst edəcəm demişdir. Ruhiyyə də cavabında “mənə heç nə eləyə bilməzsən” demişdir. xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Bakı şəhərindən taksi ilə Zərdab şəhərinə gəlmək üçün çıxmış, Ruhiyyədən hirsli olduğu üçün iş yerindən uzunluğu təxminən 65-70 sm olan, üzərinə ağ skoç dolanmış dəmir armaturu götürmüş, həmin armaturla Ruhiyyəni vurub xəsarət yetirmək fikri olmuş, ancaq onu öldürmək məqsədi olmamışdır. 01 ədəd lezva da əynində olan qara rəngli qalın üst gödəkçəsinin döş cibində olmuşdur. Yol maşınına Zərdaba gəlmiş, Ruhiyyəgilin evlərinin yanına çatanda saat 01 radələri olmuş, qaranlıq olmuşdur. Həmin vaxt onların həyəti istiqamətinə gedərkən yolla tanımadığı, nömrəsini bilmədiyi ağ rəngli VAZ 2106 markalı avtomobil gəlib yolda saxlamış və içərisindən 2 nəfər düşmüş, maşın sürüb geri qayıtmışdır. Maşından düşənlər biri cavan oğlan, biri isə qadın olmuş, qaranlıq olsa da başa düşmüşdür ki, maşından düşən keçmiş həyat yoldaşı Ruhiyyədir. Həmin kişinin, yəni cavan oğlanın kim olduğunu bilmək üçün arxasınca qaçmış, həmin şəxs onu görüb qaçmış, ona çata bilməmiş və onun kim olduğunu bilməmişdir. Ruhiyyə həmin vaxt ona tərəf gəlmiş, Ruhiyyə yaxınlaşan kimi ona demişdir ki, mənim uşaqlarımı sən belə saxlayırsanmı? Ruhiyyənin armaturla hər iki ayaqlarına vurmuş, Ruhiyyə yerə yıxılmışdır. Ağlamış və demişdir ki, məni bağışla. O da onu bağışlamayacağını deyərək onu armaturla vurmağa davam etmişdir. Cibində olan lezvanı sol əlinə götürmüş və bir dəfə lezvanı möhkəm şəkildə sifətinin sağ tərəfinə çəkmişdir. Həmin vaxt öz əlindən də xəsarət almışdır. Ruhiyənin ciddi xəsarətlər aldığını görüb onu orada qoyub çıxıb piyada Zərdab şəhərinə, oradan da Allahqulubağı kəndinə, evlərinə getmişdir. Valideynlərinə Ruhiyyəni vurmasını demişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildə Namiqlə qarşılıqlı razılıq əsasında boşanmışlar. Boşandıqdan sonra da bir yerdə yaşamışlar. Aralarında uşaqlarla bağlı münaqişə olmuşdur. xx xxxxxx 2019-cu ildə xalası qızıgildə olan zaman Elşəndən xahiş etmişdir ki, onu evinə aparsın. Elşən də saat 00:30 radələrində Faiq ilə gəlib onu aparmışdır. Evə catan zaman saat 01 radələri olmuş, maşından düşəndə evlərinin yaxınında Namiqi görmüşdür. Namiq onu görən kimi “mənim uşaqlarımı sən belə saxlayırsanmı? “ deyib əlində olan dəmirlə onun hər iki ayaqlarına bir neçə dəfə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılanda Namiq yerdə də onu armaturla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bu vaxt Namiq əlindəki ülgüclə, yəni lezva ilə bir dəfə möhkəm şəkildə onun sifətinin sağ tərəfinə vurmuş, sifətindən qan açılmış və o, oradakı içində su olmayan kanala düşmüşdür. Namiq onun ciddi xəsarət aldığını və anasının qışqıraraq oraya gəldiyini görüb qaçıb getmişdir. Evləri onun xəsarət aldığı yerə yaxın olduğundan həmin vaxt anası oraya çatmış, anası Elşənə zəng etmiş, Elşən də təxminən 5-10 dəqiqə sonra öz maşını ilə gəlib onu Zərdab RMX-na aparmışlar. Telefonla Namiqlə hadisədən bir gün qabaq danışarkən o da Namiqi söymüş, Namiq də demişdir ki, gəlib səni şikəst eləyəcəm. Ona hədə-qorxu gəlmişdi. Namiq demişdir ki, uşaqları mənə göstərmirsən. Namiq ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 21 radələrində kafedə olarkən Ruhiyyə ona zəng edib Zərdab şəhərində xalasıgildə olmasını, onu evlərinə aparmasnı bildirmişdir. Ancaq kafedə müştəri olduğuna görə saat 00:30 radələrində Ruhiyyəni Faiqlə birlikdə evlərinə aparmış, evlərinin yanında düşürmüşdür. Bir müddət keçdikdən sonra Ruhiyyənin anasının zəngi ilə gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada bilmişdir ki,ona xəsarət yetirən şəxs keçmiş əri Namiqdir. Şahid3 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 03 radələrində Ruhiyyə taksi ilə uşaqları onların yanından aparmaq üçün gəlmiş və aparmışdır. xx xxxxxx 2019-cu ildə saat 07:30 radələrində Namiq evə gəlmişdir. Onun əlləri qan içində olmuşdur. Namiq ona Ruhiyyəni vurduğunu demişdir. Polislər gəlib Namiqi aparmışdır. Şahid5 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu ildə axşam saatlarında onlara gəlmiş, həmin gün o, uşaqları və qardaşının ailəsi də onlarda olmuşdur. Ruhiyyə həmin gün bir neçə saat onlada qalmış, söhbətləşmişlər. Saat 12-dən sonra Ruhiyyə taksiyə zəng etmişdir ki, gəlib onu aparsın. Bir azdan taksi gəlmiş, Ruhiyyəni evdən yola salmış, arxasınca çıxmamış, ona görə də taksinin də kim olduğunu bilməmişdir. xx xxxxxx 2019cu ildə saat 09 radələrində işlədiyi gözəllik salonunu açmaq üçün işə getdikdə salonun yanında qonşu mağazada işləyən oğlanın deməsindən bilmişdir ki, Ruhiyyəyə xəsarət yetirilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisə yeri Zərdab şəhəri 51 saylı qəsəbədə “köhnə RTS”-in həyəti” deyilən açıqlıq ərazidə, Zərərçəkmiş şəxs anası Şahid1 ilə birgə yaşadığı həyətin yaxınlığında yerləşir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən 01 ədəd armatur (metal parçası), 01 ədəd ülgüc (lezva) və otun üzərindən qan nümunələri aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-cu il tarixli 27-MTKŞ/2020 saylı rəydən görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə əsasən Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 1 nömrəli predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı təraş alətinin ülgücüdür və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 2 nömrəli predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı armatur alətidir və soyuq silah hesab edilmir. İş materiallarından görünür xx xxxxxx 2020-ci ildə 2463 nömrəli məktub «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş, məktuba əlavə edilmiş CD diskinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla danışıqlar olmuşdur. ***-***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil nömrə arasında mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 17:59:23-də mesaj yazmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** nömrəsi arasında müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***- **-** nömrələri arasında telefon danışıqları və mesajlaşmalar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-cu il tarixli 38/2020 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0(İ)–dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/H(İİ)-dir.Ekspertizaya təqdim olunmuş ülgüc, dayaq dəmiri, bir yığım ağac çöpü, Zərərçəkmiş şəxs məxsus köynək(gödəkçə), N.A. Abdullayevə məxsus cins şalvarın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. BU qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda dayaq dəmiri, bir yığım ağac çöpü, və Zərərçəkmiş şəxs məxsus köynək(gödəkçə) üzərində olan ləkələrdə yalnız H antigeni alındı.H antigeni 0(İ) qrupun əsasını təşkil etdiyi üçün yalnız onun alınması ləkələrdə həmin qruplu qanın olmasını göstərir. Bu halda göstərilən qan ləkələri AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ülgüc və Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində olan ləkələrdə isə qan qrupunun təyini zamanı A və H antigenləri alındı. Belə ki, ləkələrin bir şəxsə məxsus olduğu halında həmin qan A/H/(İİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Qan ləkələrinin bir neçə şəxsin qanı hesabına yaranması halında ləkələrdə A/H(İİ), A(İİ),0(İ) qruplu şəxslərin qarışmış qanlarının olması mümkündür. Bu halda isə ləkələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarışmış qanlarının olması inkar olunmur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 88 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın səthi üzərindən tapılmış qara rəngli elastan kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin səthi üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 89 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən metal parçası zavod üsulu ilə hazırlanmışdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən predmet (ülgüc) zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, məişət təyinatlı ülgücdür, soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ qulaq sırğalığında kəsilmiş yara, sifətin sağ yarısında kəsilmiş yara, sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlar. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən sağ qulaq seyvanında və sifətin sağ yarısında olan kəsilmiş yaralar –iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən lezva ilə vurularaq yetirilməsi üçün xarakterikdir, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən kəsilmiş yara xəsarətlərinin yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs sifət nahiyəsində olan xəsarət üzün sağ yarısında asimmetriya əmələ gətirdiyi və sifətdə yerləşdiyi üçün silinməz hesab olunur, belə ki, onun aradan götürülməsi üçün cərrahi müdaxilə zəruridir. Zərərçəkmiş şəxs sağ bazu, sağ baldır, və sağ bud nahiyyələrində olan qançırlar və yumşaq toxumaların əzilməsi –küt əşya təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş dəmir armaturla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən qançır və yumşaq toxumaların əzilməsi xəsarətlərinin yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun və ona xəsarət yetirən şəxsin ayaqüstə və üzbəüz olduqları vəziyyətdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 153 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə olunan xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, törətmiş olduğu əməli düzgün qavrayıb, həmin hadisə barəsində düzgün ifadə verə bilər, hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Hazırda, ekspertiza zamanı öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş CD diskinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 17:59:23-də mesaj yazmışdır. ***-***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil nömrə arasında mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri arasında telefon danışıqları və mesajlaşmalar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla bacısı X1 istifadəsində olan ***-***-**-** nömrəli və yeznəsi X6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonlarla xx xxxxxx 2019-cu il tarix saat 03:24:04-dən başlayaraq 07:59:52 saatına kimi müddətlərdə 5 dəfə telefon danışıqları olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli AZ № 328235 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında bağlanmış nikah xx xxxxxx 2016-cı il tarixdə ləğv olunmuş, sonuncuya “Abuzərova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 126.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərəçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız X16 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci il təvəllüdlü Nihalə adlı və 2008-ci il təvəllüdlü Natiq adlı iki azyaşlı uşaqları vardır. Zərərçəkmiş şəxsin ərizəsi və iş materialından görünür ki, həmin uşaqların Təqsirləndirilən şəxs faktiki atası olsa da, onun himayəsində olmamış, onların qayğısına qalmamış, onların alimentini belə verməmişdir. xx xxxxxx 2016-cı ildə isə Ruhiyyə ilə olan nikahları pozulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayəti olmaması onun cəzasını yüngülləşdirən hallardar. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihama görə o, keçmiş arvadı Zərərçəkmiş şəxs əxlaqsız olduğunu və övladlarını ona göstərmədiyini düşünüb xx xxxxxx 2019-cu ildə gecə saatlarında onunla telefonda mübahisə etmiş, qısqanclıq və qisas zəminində Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirərək onu cəmiyyət içində və övladlarının yanında rüsvay edəcək xəsarətlər yetirmək məqsədi ilə özü ilə iş yerindən soyuq silah hesab edilməyən üzərinə ağ rəngli izolent dolanmış, zavod üsulu ilə hazırlanmış metal parçası (armatur) və zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, məişət təyinatlı, ülgüc (lezva) götürüb xx xxxxxx 2019-cu ildə saat 22 radələrində Bakı şəhərindən taksi ilə birbaşa Zərdab şəhərinə, Zərərçəkmiş şəxs yaşadığı 51 saylı qəsəbədəki fərdi yaşayış evinin yaxınlığına gələrək küçədə gözləmişdir. xx xxxxxx 2019cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs xalası qızı Şahid5 kirayədə yaşadığı Zərdab şəhəri Qumlu qəsəbəsindən qayıdıb evinə yaxınlaşmaq istədikdə qaranlıqda qəflətən ona hücum edərək əlindəki metal parçası ilə qəsdən bir neçə dəfə qollarına və ayaqlarına ardıcıl zərbələr vuraraq sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sonuncu yerə yıxıldıqdan sonra isə ülgüclə (lezva) sifət nahiyəsində sağ qulaq sırğalığında kəsilmiş yara və sifətin sağ yarısında kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ qulaq sırğalığında kəsilmiş yara, sifətin sağ yarısında kəsilmiş yara, sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlar. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən sağ qulaq seyvanında və sifətin sağ yarısında olan kəsilmiş yaralar –iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən lezva ilə vurularaq yetirilməsi üçün xarakterikdir, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən kəsilmiş yara xəsarətlərinin yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs sifət nahiyəsində olan xəsarət üzün sağ yarısında asimmetriya əmələ gətirdiyi və sifətdə yerləşdiyi üçün silinməz hesab olunur, belə ki, onun aradan götürülməsi üçün cərrahi müdaxilə zəruridir. Zərərçəkmiş şəxs sağ bazu, sağ baldır, və sağ bud nahiyyələrində olan qançırlar və yumşaq toxumaların əzilməsi –küt əşya təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş dəmir armaturla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən qançır və yumşaq toxumaların əzilməsi xəsarətlərinin yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun və ona xəsarət yetirən şəxsin ayaqüstə və üzbəüz olduqları vəziyyətdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 126.1-ci maddəsinin törədilməsinə görə şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və Zərərçəkmiş şəxs apelyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın şərti hesab edilməsinə əsas görməyərək həmin şikayətlərin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxx 2020ci il tarixli 1(091)-71/2020 tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair X13 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-71/2020 tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar