Məhkəmə qərarları › İş №1(107)-124/2020

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-124/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-124/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7 Müdafiəçilər - Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətlərinəaçıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmü ilə (hakim Elman İsayev) xx.xx.1978-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalında həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.1987-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalında həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində Qəbələ rayonu Mıxlıqovaq kəndində həmkəndlisi Təqsirləndirilən şəxs2atasına məxsus işlətdiyi çay evində istirahət edən şəxslərin gözü qarşısında, orta dərəcəli sərxoş vəziyyətdə sonuncunun qardaşı Şahid4 ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq və təhqir xarakterli ifadələr işlədərkən, ona irad tutan Təqsirləndirilən şəxs2la qarşılıqlı olaraq münaqışə yaradıb, ictimai qaydanı kobudcasına pozan, ətrafdakı vətəndaşlara açıqca hörmətsizlik ifadə edən və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq söyüşlər işlətməklə, ona fiziki zor tətbiq edərək əlbayağa olmaqla təpiklə və əli ilə onun bədəninin müxtəlif hissələrinə zərbələr vurmuş, çay evində müştəri qismində olan şəxslər davanı sakitləşdirib onları ayırmasına baxmayaraq,qərəzli hərəkətlərini davam etdirməklə,çayxanadakı dəmir materialdan olan stullardan birini silah qismində istifadə etməklə Təqsirləndirilən şəxs2 vurmaq üçün tərəf atmış, lakin həmin stul çay evində müştəri qismində istirahət edən zərərçəkmişlər Zərərçəkmiş şəxs2 sifətinə dəyərək, ona burunun, sol gözün içəri bucağı nahiyyəsinin sıyrığı və sol göz alt nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri vədigər müştəri zərərçəkmiş Zərərçəkmiş şəxs1 başının arxa hissəsinə dəyərək ona fiziki ağrı yetirmiş, sonra yenidən Təqsirləndirilən şəxs2 vurmaq üçün silah qismində istifadə etdiyi dəmir materialdan olan digər stulu sonuncuya sifət nahiyyəsinə ataraq, ona burunun sol dodaq büküşü hissəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş,eləcə də qərəzli hərəkətlərini davam edərək, çay evindəki dəyəri 35 manat olan 01 ədəd plastik materialdan stolu, dəyəri 39 manat olan 03 ədəd dəmir materialdan olan stulu, dəyəri 15 manat olan03 ədəd plastik materialdan olan taburetkanı, ümumi dəyəri 30 manat təşkil edən 10 ədəd pivə bakalını,dəyəri 20 manat təşkil edən 1 ədəd pəncərə şüşəsindən ibarət özgənin əmlakını qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs3 məxsus əmlakları qəsdən yararsız vəziyyətə salmaqla, ona ümumilikdə 139 manat dəyərində maddi ziyan vurmaqla, çay evində istirahət edən kənarşəxslərinrahatlıqlarının, çay evinin normal fəaliyətinin təxminən 25 dəqiqə müddətində pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Qəbələ rayon Mıxlıqovaq kəndində atası X5 məxsus çay evini işlədən zaman orada müştəri qismində olan həmkəndlisi Təqsirləndirilən şəxs1 onun qardaşı Şahid4 ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq və təhqir xarakterli ifadələr işlədərkən irad bildirib, Təqsirləndirilən şəxs1la qarşılıqlı olaraq münaqişə yaradıb, ictimai qaydanı kobudcasına pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd sonuncunun ünvanına nalayiq söyüşlər söyərək ona fiziki zor tətbiq etməklə əlbayaxa olub, təpiklə, əli ilə onun bədəninin müxtəlif hissələrinə vurmaqla ona sol əlin İİ daraq sümüyü sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, çay evində müştəri qismində olan şəxslər davanı sakitləşdirib ayırmasına baxmayaraq, qərəzli hərəkətlərini davam etdirməklə çay evindəki dəmir materialdan olan stullardan birini silah qismində istifadə etməklə Təqsirləndirilən şəxs1 vurmaq üçün ona tərəf atmış, atdığı stul sonuncunun kürək nahiyyəsinə dəymiş, nəticədə ona bel nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə çay evində istirahət edən kənar şəxslərin rahatlıqlarının, çay evinin normal iş fəaliyətinin təxminən 25 dəqiqə müddətində pozulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş üzrə yuxarıda qeyd edilən ittiham aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apelyasiya şikayətləri verilmişdir. Hökmdən zərərçəkmiş şəxslər tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının izahatları: Təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2 və X3 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasındakı mübahisənin səbəbkarı, təşəbbüskarı Təqsirləndirilən şəxs1 olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs2 qardaşının ünvanına nalayiq sözlər işlətmiş, buna görə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iradını bildirmiş və bundan sonra onların arasında münaqişə yaranmışdır. İbtidai istintaq orqanı toplanmış sübutlara əsasən hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qarşı silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq cinayəti törətmişdir. Birinci instansiya məhkəməsi də ibtidai istintaqın gəldiyi bu nəticə iə razılaşmışdır. Hesab edir ki, ibtidai istintaqın və birinci instansiya məhkəməsinin iş üz-ə gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidin. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən cinavətə sövq edən amil, hərəkətverici qüvvə kimi çıxıs edən xuliqanlıq motivi onu hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayis etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud səkildə pozmaq, cəmiyyətə qarsı acıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən cinyətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin etmişdir.Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlrin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı oldluğu halda bunu etməmişdir. Belə ki, məhkəməyə təqdim etdiyim xx xxxxxx 2013-cü il tarixli 2(025)- 545/2013 saylı Qəbələ rayon qətnaməsinin kserosurətindən görünür ki, yetkinlik yaşına çatmayan xx xxxx 2008-ci il təvəllüdlü X13 atası Təqsirləndirilən şəxs1 himayəsində olmaqla onunla birlikdə Qəbələ rayonun Mıxlıqovaq kəndində yaşayır. Həmin qətnamə əsasında İlqar İmaməddin oğlu X1 arasında Qəbələ rayon İHB-nin Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2007-ci il fevralın 27-də qeydə alınmış 02 saylı nikah pozulmuşdur.Belə vəziyyətdə, Təqsirləndirilən şəxs1 subay olmaqla himayəsində qalan azyaşlı uşağına tək baxmasını, onu uşağına qazanc gətirən yeganə şəxsin olduğunu, onun yaşadığı yerdən müsbət xarakterizə olduğunu, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, habelə baş vermiş cinayət hadisədən bir ildən çox müddətin ötdüyünü nəzərə alaraq mövcud cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığını, eləcə onun cəzanı ağırlaşdıran halların olmadığını, onun zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs1 ilə barışdığını, iş üzrə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hər iki təqsirləndirilən şəxs tərəfindən vurulan 139 manat dəyərində maddi ziyanın könüllü olaraq ödəməsinə razılaşdığını, cinayətin açılmasına fəal kömək etməsini və ən əsas Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin (yəni himayəsində qalan azyaşlı uşağının) həyat şəraitinə təsirini nəzərə alaraq birinci instansiya məhkəmsi tərəfindən təyim olunmuş cəza apellyasiya məhkəməsi tərəfindən öz sərtliyinə görə məhkumun şəxsiyyətinə uyğun olmayan hesab edilməli və mövcud hökm azadlıqdan məhrumetmə cəzadan daha yüngül cəza növünün təyin edilməsi ilə və ya azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı yüngülləşdirilmiş hökmü ilə dəyişdirilməlidir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməklə yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı verdikləri izahatlarında təqsirləndirilən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməklə yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı verdikləri izahatlarında təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Əliyev X16 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apelyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpelyаsiyа şikаyətlərinin dəlillərini müzаkirə edərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərin apelyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihаmçısının apelyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə оnа qarşı elаn оlunmuş ittihаmdа özünü qismən təqsirli bilərək və birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 12 radələrində Ehtiramın çay evinə getmiş və Ehtirama birgə oturub çörək yeməyi təklif etmişdir. Yemək hazır olanda qohumu Rəsula zəng edərək onu da çörək yeməyə dəvət etmiş, Rəsul da gəlmiş, birgə oturub yeib içmişlər Bir qədər sonra Rəsul çıxıb getmiş, Ehtiramla sona kimi yeyib içmiş və arağı tam içib qurtarmışlar. Saat 15 radələrində çay evini tərk edərək bayıra çıxmış, orada kəndin mərkəzində bir qədər dayanmış, həmin ərazidə gəzişib istirahət edərək yenə də saat 16:30 radələrində çay evinə qayıtmışdır. Çay evinə daxil olub içəridəki sobanın yanında dayanmış və pivə içməyə başlamışdır. Bir bakal pivə içmişdir. Həmin vaxt çay evində artıq 3-4 nəfər kənd sakini olmuşdur. Onlardan Hüseyin və Alqayıtı xatırlayır. Orada əvvəllər də tez-tez nərd oyunu oynadığı Ehtiramın qardaşı Talehə zəng edərək onu çay evinə çağırıb onunla nərd oynamağı istəmişdir. Lakin, Talehin mobil nömrəsinə zəng çatmamış, Talehlə tay-tuş olduğu, zarafatı olduğuna görə öz-özünə “bu qoduğa zəng çatmadı” demişdir. Bu zaman Ehtiram onun sözünü eşidib “Taleh sən kimilərini pulla saxlayır, sən isə ona qoduq deyirsən” deyə cavab vermişdir. Bu zaman Ehtirama söyüş və nalayiq ifadələr işlətmədən cavab vermişdir. Ehtiram əlində pivə bakalı ilə üzərinə gəlməyə başlamış, yaxınlaşıb bakalı havaya qaldırıb onu vurmaq istədikdə sağ əlini irəli uzatmış, bu zaman bakal əlinə dəyib sınmış və əlini kəsmişdir. Sonra Ehtiram bakalı yerə atıb onu sinəsindən arxaya itələmiş, arxası üstə əllərini yerə qoymaqla yerə yıxılmış, ayağa qalxmaq istədikdə Ehtiram başının sağ tərəfindən arxasından 2 dəfə yumuruqla vurmuşdur. Orada olan Hüseyin və Alqayıt Ehtiramı sakitləşdirməyə, onları aralamağa başlamış, müdaxilə edərək Ehtiramı uzaqlaşdırmışlar, onu çay evinin digər başına aparmışlar. Ehtiramı və onu tutub saxlamışlar, aralarında dа 4-5 metr məsafə olmuş, dartınaraq bir-birini vurmağa cəhd etmişlər, lakin Hüseyin onu saxlamış, Alqayıt isə Ehtiramı tutmuşdur. Artıq çay evində olan başqa müştərilər, Elçin, Altıay baş vermiş davadalaşa görə bayıra çıxmış, əsəbi olduğundan çay evindəki oturan qırmızı rəngli plastik stulu götürüb Ehtirama vurmaq məqsədi ilə havaya qaldırıb ona tərəf atmış, lakin, stul Ehtrama dəyməmişdir. Bu zaman Ehtiram da oradan başqa dəmir materialdan, üzü döşəkli stulu götürüb mənə tərəf atmış, stulun mənə dəyməməsi üçün arxasını çevirmiş, stul onun kürəyinə dəyərək yerə düşmüşdür. Alqayıt Ehtiramı bayıra çıxartmış, çay evindən bayıra çıxaraq getmək istəsə də Hüseyin təkrar dava olacağına görə məni bayıra çıxmağa qoymamışdır. Təxminən 5-6 dəqiqə çay evində qalmış, bu zaman oraya Ehtiramın atası Müsavər gəlmişdir. Ehtiram bundan sonra da onu vurmaq üçün içəri girmək istədikdə Müsavər Ehtiramın üzünə sağ yaxud sol olduğunu bilmədiyi tərəfdən sillə ilə vuraraq onu bayıra çıxartmış, bundan sonra Müsavər ona bayıra çıxmağını demişdir. Müsavərin sözündən sonra bayıra çıxmış Hüseyinlə birgə oradan uzaqlaşaraq evinə getmişdir. Əlavə olaraq bildirir ki, mübahisə zamanı kafenin stulları, bakallar və pəncənin şüşəsi qırılmışdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə оnа qarşı elаn оlunmuş ittihаmdа özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, çay evində ancaq çay və pivə satmışdır. Tanış adamlar ərzaq gətirdiyi halda onların xahişi ilə həmin ərzaqdan yemək də bişirirmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 12 radələrində çay evinə İlqar öz qohumu Rəsulla gəlmiş, İlqarın əlində sosiska, yumurta olmuşdur. İlqar gətirdiyi sosiska və yumurtanı onlar üçün bişirməyi xahiş etmiş, o da razılaşmışdır. Yemək hazır olanda onu gətirib İlqar və Rəsula vermişdir. Rəsul və İlqarın 1 ədəd 700 qramlıq “Xan” arağı olmuş, həmin vaxt İlqar ona da yemək təklif etmişdir. Ayaqüstü Rəsul və İlqarla yemək yeyərək 100 qramа qədər araq içmiş, sonra isə onlardan uzaqlaşıb çayxanada olmuşdur. Saat 14 radələrində Rəsul və İlqar yeməklərini yeyib qurtarmış, gedən zaman İlqar yemək və çaya görə 4 manat hesab pulu verərək, çıxıb getmişlər.Həmin gün saat 18 radələrində İlqar yenidən çay evinə gəlmiş, çayxanada olan öz qohumu Hüseyinlə, kənd sakini Niyaməddinlə birgə onların stolunda oturmuşdur. Hüseyin pivə sifariş etmiş, lakin, İlqar pivə içməmiş, bu zaman İlqar ucadan kənd sakini Aqil adlı şəxsin adını çəkərək onun ünvanına ağır nalayiq söyüşlər söyərək təhqir etmişdir. Həmin vaxt Aqil orada olmamış, İlqarın Aqillə aralarında nə baş verdiyini də bilməmişdir. İlqara irad bildirərək söyüş söyməməsini tələb etmişdir. İlqara irad bildirdikdə İlqar bu zaman heç bir əsasılı səbəb olmadan onun qardaşı Şahid4 da ünvanına nalayiq söyüşlər söyərək ona qoduq və sair bu kimi ifadələr işlətmişdir.Buna görə İlqarla aralarında mübahisə dərinləşməyə başlamış, İlqar ayağa qalxmış, oturduğu dəmirdən olan stulu əlinə götürüb yuxarı qaldıraraq ona tərəf atmış, stulu havada tutan zaman stulun ayağı uzun olduğundan burnunun sol tərəfinə sifətinə bitişən yerdən dəymiş və bu zaman orada olan şəxslər Alqayıt, Hüseyin, Altay onu tutub bayıra çıxartmışlar. Mən çay evindən bayıra çıxmış, İlqar Hüseyinlə çayxanada qalmışdır. Bu vaxt İlqar çay evində stolların üzərində olan pivə bakallarını götürüb yerə çırparaq sındırmış, çayxanada olan stol və stulları təpiklə vuraraq qırmışdır. İlqаrın аtdığı pivə bakalının biri pəncərənin şüşəsini sındırmışdır. Çay evində plastik stol və stullar qırılmışdır. O, içəri daxil olub İlqarı sakitləşdirmək istəmiş, lakin onu içəri girməyə qoymamışlar. Hüseyin isə İlqarı çay evində sakitləşdirməyə çalışmışdır. Kənd sakinləri Altıay və Alqayıt da İlqarı sakitləşdirmək istəyəndə İlqarın o tərəf bu tərəfə atdığı dəmir stullardan biri Altıayın sifətinə, burnuna və gözünə dəymiş, həmçinin həmin stul Alqayıtın başına dəymişdir. Bu zaman çay evinə bitişik bağında olan atası Müsavər səs-küyü eşidib gələrək nə baş verdiyini soruşduqda İlqarın hərəkətlərini atasına söyləmişdır. Atası Müsavər çay evinə daxil olmuş, İlqara sakit olmasını demiş, İlqar ona da qulaq asmayaraq içərdə ucadan gah ünvansız, gah da onun ünvanımа nalayiq söyüşlər söymüşdir. Atası da bayırda dayanmalı olmuş, təxminən 35-40 dəqiqə belə vəziyyət davam etmişdir. Hamı bayırda gözləmiş, İlqar isə çay evini dağıtmış, sonra Hüseyin güclə İlqarı sakitləşdirmiş, İlqar Hüseyinlə birgə çay evindən çıxıb evləri tərəfə getmişlər. İlqar getdikdən sonra çay evinə girmiş, çay evinin zalının tam olaraq dağınıq vəziyyətə olduğunu görmüş, içəridə bütün bakalları, pəncərənin şüşəsini sınmış, stolları yıxılmış və plastik stolları da sınmış, dəmir stulların isə döşək oturacaq hissəsinın çıxıb yerə tökülmüş vəziyyətdə görmüş, bu barədə polis şöbəsinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, nə İlqarı vurmuş, nə ona qarşı stol atmış, nə də onu söymüşdür. Onun İlqarı guya bakalla vurması barədə İlqarın dedikləri yalandır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmаyılоv Müsаvər Bаbа oğlu göstərmişdir ki, onun Qəbələ rayonunun Mıxlıqovaq kəndində çay evi vardır. Həmin çay evini oğlu Təqsirləndirilən şəxs2 işlədir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Əvvəllər onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 17 radələrində kəndin mərkəzində çay evindən təxminən 40- 50 metr məsafədə istirahət etmək məqsədi ilə dayanmışdır. Bu vaxt çay evi tərəfdən səsküy və bir hərəkətliliyin, içəridə olan şəxslərin oğlu Ehtiramın cəld formada bayıra çıxаrdıqlarını müşahidə etdir. Çay evində nəsə dava-dalaş olduğunu hiss etmiş və dərhal çay evinə gəlmişdir. Çay evinin qarşısına çatanda kənd sakinləri Alqayıtın başını, Altıayın da sifətini tutub dayandıqlаrını görmüşdür. Onlardan və oğlu Ehtiramdan nə baş verdiyini soruşmuş, bu zaman Ehtiram İlqarın sərxoş olduğundan aralarında dava-dalaş baş verdiyini, İlqarın stulla onun sifətinə, həmçinin stulla Altıayın və Alqayıtın başına vuraraq xəsarət yetirdiyini öyrənmişdir. Altıayın sifətində qan, Ehtiramın isə sifətində burun nahiyəsinə yaxın yerdə üzündə sıyrıq xəsarəti görmüşdür. Ehtiram ona bildirdi ki, İlqar çay evini dağıdır. Buna görə çay evinə daxil olmuş, İlqarın həqiqətən də çay evində olan stolları, stulları dağıtdığını, yıxdığını, təpiklədiyini, sındırdığını, pivə bakalını ataraq pəncərənin şüşəsini sındırdığını və ucаdаn söyüş söydüyünü görmüşdür. Həmin vаxt kənd sakini Hüseyin onu sakitləşdirməyə cəhd edirdi. İlqarın həqiqətən də sərxoş olduğunu bilmiş, ondan çay evini tərk edərək çıxıb getməsini tələb etmişdir. İlqarı birtəhər dilə tutaraq onu bayıra çıxartmış və о, çıxıb getmişdir. Sоnrа pоlis şöbəsindən zəng edərək onu şöbəyə dəvət etmişlər. Məlum оlmuşdur ki, İlqаrın özü оlаnlаr barədə polis şöbəsinə məlumat verib. Sonra o, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir. Оnlаrlа heç bir qоhumluq münаsibəti yоxdur. Əvvəllər onlаrlа aramızdа heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 17 radələrində kənd sakini X15 ilə birgə çay içmək niyyəti ilə Ehtiramın çayxanasına getmişdir.Bu zaman Raufa hardansa mobil telefonuna zəng gəlmiş və о, təcili işi olduğunu deyərək çay evini tərk edib getmişdir. Həmin vaxt çay evində tаnıdığı başqa sakinlər, yəni Hüseyn, Elçin, Altıay və İlqar dа olmuşlar. Bilmədiyi səbəbə görə İlqar və Ehtiram arasında mübahisə düşmüşdür. Mübahisənin məzmunundan Ehtiramın İlqara onun qardaşına söyüş söyməməsini tələb etdiyini xatırlаyır. O, çay evində stol arxasında oturmuş, arxası dа İlqara tərəf olmuşdur. Ondan arxada isə Altıay dayanmışdı. Bu zaman başının arxasından zərbə ilə nəyinsə dəyib düşdüyünü görmüşdür. Çevrilib baxdıqda başına dəyən dəmir materialdan olan qırmızı rəngli stul olduğunu bilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikаyət və tələbi yоxdur. Əlavə olaraq bildirir ki, onun İlqаrın аrаsındа təxminən 2-3 metr məsаfə оlаrdı. İlqаr ona stul аtаndа аrtıq İlqarla Ehtirаmın аrаsındа mübаhisə bitmişdi.Ehtirаmın İlqаrı vurmаsının şаhidi оlmаmış, Ehtirаmın İlqаrа stul аtmаsını görməmişdir. İbtidаi istintаq zаmаnı verdiyi ifаdələr аrаsındаkı ziddiyyətləri belə izаh edir ki, cinаyət işinin istintаqını аpаrаn müstəntiq onların evinə gələrək ona kаğız pаrçаsınа imzа etdirmiş və demişdir ki, İlqаrlа Ehtirаm bаrışıblаr və heç bir prоblem yоxdur. Həmçinin bildirir ki, həmin ərəfədə o, аğır əməliyyаt оlunmuş, 6 gün xəstəxаnаdа yаtmış, nаrkоzdаn yeni аyılmışdır xəstəxanadan çıxdıqdan 2 gün sоnrа müstəntiq ondan ifadə almışdır. Birinci dəfə ifаdə verəndə bаş verən hаdisəni düzgün təfsir edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir. Оnlаrlа heç bir qоhumluq münаsibəti yоxdur. Əvvəllər onlаrlа aralarındа heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində əmisi oğlu Şahid2lə çay içmək məqsədi ilə çay evinə getmiş, binaya daxil olub zalda Elçinlə birgə oturmuşdur. Saat 17:30 radələrində İlqar və Ehtiram arasında onun bilmədiyi səbəbə görə sözlü mübahisə yarandı və onlar oturduqları yerdə bir-biri ilə mübahisə etməyə bаşlаmışlar. Оnlаrın аrаsındаkı mübаhisənin böyüdüyünü görüb oraya qarışmamaq üçün Elçinlə birgə oradan bayıra, çay evinin həyətinə çıxmışdır. Təxminən 5 dəqiqə keçdikdən sonra mobil telefonunun içəridə oturduğu yerdə stolun üzərində qaldığı yadınа düşmüşdür. Mobil telefonunu götürmək üçün təkrar çay evinə daxil olmuşdur. Həmin vaxt Hüseyin içəridə İlqarı sakiləşdirmək istəyirdi, Ehtiram isə аrtıq çay evindən bаyırа çıxmışdı və həyətdə idi. O, təkrаr çаy evinə dаxil оlаndа İlqаr əsəbi halda hər yerə stul аtırdı və оnun аtdığı stullаrdаn biri də ona dəymişdir. Həmin vаxt İlqаr çоx аqressiv idi. Sоnrа o, çıxıb evə getmişdir. Əlavə olaraq bildirir ki, o, sоnrаdаn ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək birinci verdiyi ifadəsini dəyişdirmək istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında baş vermiş münaqişə zamanı Ehtiram İlqarı vurmayıb, оnа əl-qol, yumruq və təpik atmayıb və hər-hansı bir əşya ilə İlqara xəsarət yetirməyib. İfаdəsini dəyişməyinə səbəb bu оlub ki, birinci verdiyi ifаdə onun sözləri ilə düzgün yаzılmаmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxslər onun həmkəndliləridir. xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində əmisi оğlu Altıaylа Təqsirləndirilən şəxs2 işlətdiyi çay evində çаy içmiş və mobil telefondа оlаn videolara baxırmişlar. Onlardan savayı çay evinin zalında bаşqа şəxslər də olmuş və Ehtiram müştərilərə xidmət etmişdir. Saat 17:30 radələrində İlqar və Ehtiram arasında nə isə bilmədiyi səbəbə görə sözlü mübahisə yaranmış və onlar oturduqları yerdə bir-biri ilə mübahisə etmişlər. Həmin vаxt o, Altıayla birlikdə bayıra çıxmışlar. Bir аz müddət keçəndən sonra Altıayın yаdınа düşmüşdür ki, o, mobil telefonunu çay evində oturduqları stolun üstündə qоymuşdur. Altıay telefonunu götürmək məqsədi ilə çay evinə daxil olmuşdur. Təxminən 4-5 dəqiqə sonra Altıay bаyırа çıxdıqdа burnunu tutmuşdur. Оnа yıxаnlаşıb nə bаş verdiyini sоruşduqdа Altıay deyib ki, İlqаrın аtdığı stul оnun burnunа dəyib. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Musavər oğlu onun həmkəndliləridir, İlqarın atası həm də onun əmisioğludur. Təqsirləndirilən şəxs2 yaşadıqları kənddə çay evi işlətmişdir.xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində Ehtiramın çay evində çay içib nərd оynаyırdı. Həmin vaxt Ehtiram və İlqar da çayxanada idilər.Çay evində kənd sakinləri Alqayıt, Altıay və bаşqа bir neçə şəxs də vаr idi. Ehtiram müştərilərə xidmət edirdi. Bu zaman İlqar və Ehtiram arasında sözlü mübahisə yarandı və onlar oturduqları yerdə birbiri ilə mübahisə etməyə başladılаr. İlqаr Ehtiramın qardaşı Talehin ünvаnınа söyuş söydüyü üçün aralarında mübahisə bаşlаmışdı. Оnlаr qarşılıqlı olaraq bir-birilərinin üzərinə gəldikdə araya girib onları sakitləşdirmiş və Ehtirаmı çаyxаnаdаn bаyırа çıxаrmışlar. Sоnrа İlqar çayxanada olan stolları, stulları təpiklə və əllə vuraraq yerə aşırdı, sındırmağa başladı, stolların üzərindəki bakallar yerə düşərək sındı.İlqаrın аtdığı stullardan biri Alqayıtın başına və Altıayın da burun nahiyəsinə dəymiş, biri isə çay evinin pəncərəsinin şüşəsini sındırmışdır. İlqarı sakitləşdirmək istəmiş, lakin İlqar sərxoş olduğundan hərətəklərinə davam edərək çay evini dağınıq vəziyyətə salmışdır. Bir qədər sonra oraya çay evinin sahibi Ehtiramın atası Müsavər gəlmişdir. Müsavər də çay evinə daxil olub İlqarı sözlə sakitləşdirməyə çalışmışdır. Müsavərlə birgə çətinliklə də olsa İlqarı sakitləşdirib onu bayıra çıxartmışlar. İlqar oradan uzaqlaşaraq çıxıb getmişdir.Həmin vаxt Ehtirаmın İlqаrа nə isə аtmаsının və yа İlqаrı vurmаsının şаhidi оlmаmışdır. Ehtiramın İlqarı söyməsini də eşitməmişdir. Birinci instansiya məhəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, Təqsirləndirilən şəxs2 Musavər oğlu doğma qardaşıdır. xx xxxxx 2019-cu il tarixdə axşamtərəfi kənddə toya gedən zaman İlqar onun mobil telefonuna zəng edərək oraya çağırmış, ona işinin olduğunu dedikdə İlqar onu nalayiq ifadələr ilə təhqir etmiş, telefonu söndürmüş, toya getmiş, İlqarla görüşməmiş, axşam saatlarında qardaşı Ehtiramdan işlətdiyi çay evində İlqarın onun arxası ilə nalayiq söyüşlər işlətdiyini, buna görə də Ehtiram ona etiraz etdikdə İlqar Ehtiramı da nalayiq ifadələrlə təhqir edərək onun sifətinə dəmir stulla vurub, çay evini dağıdaraq orada olan əşyaları yarasız vəziyyətə salaraq çay evinin sahibi olan atası Müsavərə maddi ziyan vurduğunu öyrənmişdir. Birinci instansiya məhəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir xx xxxxx 2019-cu il tarixdə saat təqribən 11 radələrində kəndin mərkəzində olan zaman İlqar onun mobil nömrəsinə zəng edərək ona Ehtiramın çayxanasına gələrək yeyib içməyə dəvət etmiş, səhər tezdən olduğu üçün hələ araq içə bilməyəcəyini demiş, sonra İlqar kəndin mərkəzinə onun yanına gəlmiş, orada başqa çayxanada çay içmişlər, bir qədər sonra İlqarla birgə Ehtiramın yanına getmişlər, Ehtiramın çay evində xiyar, pomidor doğradığını, yumurta, sosiska bişirib, stolun üzərinə qoyduğunu, hətta boşqabları da düzüb, stolun üzərində 1 litrlik Xan arağı da olduğunu görmüş, sonra hər üçü orada stol ətrafında oturub yeyib içməyə başlamış, hər üçü araqdan işmiş, İlqara “1 saatdan sonra gedən yerim olacaq, icazə verəsiz mən gedərəm” demiş, onlar da etiraz etməmiş, təxminən 1 saat oturduqdan sonra saat 12 radələrində İlqar və Ehtiramdan ayrılıb Qəbələ rayon Zarağan kəndinə “Həyat” restoranına toya gəlmişdir. Həmin gün axşam evə qayıtmış, sonradan İlqar və Ehtiramdan onların çay evində bir-biri ilə qarşılıqlı olaraq dalaşdıqlarını, bir birilərini vurub xəsarət yetirdiklərini həmçinin çay evinin də baş vermiş dava-dalaş nəticəsində yarasız vəziyyətə düşdüyünü eşitmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi alınmış Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X2 göstərmişdir ki, ibtitai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrini sərbəst şəkildə vermiş, onların sözləri ilə doğru kompyuter vasitəsilə yazılmış, ifadələri ucadan oxunaraq imzaları ilə təsdiq edilmişdir. Zərərçəkmiş şəxslərə heç bir təzyiq və ya hədə-qorxu gəlməmiş, qanunvericiliyin bütün prosessual qaydalarına əməl olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiüa ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 154 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində burunun sol dodaq büküşü hissəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən xx.xx.2019-cu il tarixə uyğun gəlməklə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiüa ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində sol əlin üstündə İİ daraq sümüyü və bel nahiyyəsinin sıyrığı kimi xəsarətlər vardır.Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən xx.xx.2019-cu il tarixə uyğun gəlməklə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiüa ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 153 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində burunun, sol gözün içəri bucağı nahiyyəsinin sıyrığı və sol gözün alt hissəsinin qançırı kimi xəsarətlər vardır, həmin xəsarətlər küt alətin(əşyaların) təsirindən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlməklə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiüa ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 155 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də məhkəmə kollegiyаsının qənaətincə birinci instаnsiyа məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı CPM-nin 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü mаddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü mаddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 müdafiəçisinin apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Dövlət ittihamçısının mövqeyi ilə razılaşan məhkəmə kollegiyasının qənaətincə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar- ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli qismən etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətini əsaslı saymır. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində sübutları təsvir etdikdən sonra onların məcmusunun Təqsirləndirilən şəxs2 ittiham aktında göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməlində həmin maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Halbuki, təqsirləndirilən şəxslərdən, zərərçəkmiş şəxslərdən, şahidlərdən alınmış ifadələri, işin müəyyən edilmiş sayılan halları, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyası, xuliqanlıq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan (sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən) halları ilə uzlaşmadığı aydın olur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi (apelyasiya instansiyası məhkəməsində də müdafiə olunan) ifadələrindəTəqsirləndirilən şəxs1 vurmadığını, ona xəsarət yetirmədiyini, onu və digər şəxsləri söymədiyini, bununla da ictimai qaydanı pozmadığını və cəmiyyətə qarşı açıqca hörmətsizlik etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) Təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətində Təqsirləndirilən şəxs2 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. “Bəyim Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər–təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir”. Konstitusiya Məhkəməsinin həmin qərarında daha sonra göstərilmişdir ki, “cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə ...” xx xxxxxx 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı və onun təqsirlilyi kifayət qədər sübutа yetmir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə təqsirli bilib cəzaya məhkum etməkdə düzgün nəticəyə gəlməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən,cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir Təsvir olunanlardan görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl etməmişdir. İş üzrə toplanmış sübutlara formal yanaşıldığından ittiham hökmünün məhz birinci instansiya məhkəməsində də baxılmış sübutlar vasitəsi ilə əsaslandırıldığını söyləmək, məhkəmənin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146, 349.5.1, 349.5.3, 353.2-ci maddələrinin tələblərinə əməl etməklə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bildiyini iddia etmək mümkün deyil. Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Həmin Məcəllənin 346.1.1-346.1.4-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir(hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələlərə baxmadan Təqsirləndirilən şəxs2 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, nə Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 346.1-ci maddəsinin tələb etdiyi kimi cinayət hadisəsinin olmasının sübuta yetirilibyetirilməməsi sualına, nə də təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilib-yetirilməməsi sualına müsbət cavab vermək mümkündür ki, bundan sonra da Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələb etdiyi qaydada onun təqsirliliyini sübuta yetmiş hesab etmək mümkün olsun. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərinin olması sübuta yetirilməmiş, o cümlədən onun hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, ictimai qaydanın pozulmasına yönəlməsi və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xarakterdə olması müəyyən edilməmişdir. Əksinə, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında mübahisə sonuncunun Təqsirləndirilən şəxs2 işlədiyi çay evində həmin vaxt orada olmayan kənd sakini Aqilin ünvanına söyüşlər söydüyünə və qardaşı Taleh barəsində xoşagəlməz ifadə işlətdiyinə görə etdiyi irad nəticəsində, yəni şəxsi münasibətlər zəminində baş vermiş, hadisəyə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdaxilə etdikdən sonra Təqsirləndirilən şəxs2 hərəkətləri başqa heç bir şəxsə yönəlməmiş, onun tərəfindən hadisə yerində olmuş şəxslərə və yaxud çay evində istirahət edən şəxslərə qarşı hörmətsizlik ifadə olunmamış və ictimai qayda kobud şəkildə pozulmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsi ilə yanaşı kollegiyanın iclasında dindirilən zərərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2 və Şahid1 ifadələrinə əsasən Təqsirləndirilən şəxs2 söyüş söyməsini, yəni mübahisə tərəfi olmayan ətrafdakı şəxslərə qarşı hörmətsizlik etməsini, Təqsirləndirilən şəxs1 stul ataraq ona xəsarət yetirməsini, ictimai qaydanın kobud şəkildə pozulmasını şübhə altına alır, bu məsələlər üzrə ittihamda göstərilənlərə uyğun məzmunda ifadə verən Təqsirləndirilən şəxs1 ifadəsini isə obyektiv məlumatlar kimi qəbul etmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə x xxxxx 2019cu il tarixdə baş verməsinə, faktla bağlı cinayət işi xx xxx 2019-cu il tarixdə başlamasına baxmayaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 hadisədən düz 3 ay 21 gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə cinayət işinin istintaqını aparan müstəntiqə baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs2 ona xəsarət yetirməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 bunun ağlabatan izahını verə bilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 162 saylı rəyin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətləri sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən (yəni, özü-özlüyündə cinayət məsuliyyəti yaratmayan) xəsarətlər olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə tibbi ekspertiası zamanı Ehtiramın ona xəsarət yetirmədiyini, sol əlinin üstündəki və bel nahiyəsindəki xəsarətləri sərxoş vəziyyətində olduğu üçün hansı şəraitdə aldığını xatırlamadığını bildirmişdir. Sözügedən ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 sol əlinin üstündə İİ daraq sümüyünün sıyrığı xəsarəti olmasına baxmayaraq Təqsirləndirilən şəxs2 ona bakalla vurarkən sağ əlini kəsdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hökmdə iş üzrə ibtidai araşdırmanı aparan müstəntiqin ifadəsini yazmasına baxmayaraq onu şahid qismində təkrarən dindirərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Yəni birinci instansiya məhkəməsinin iclas protokolunda müstəntiq təkrar dindirilərkən onun bilə-bilə yalan ifadə verməsinə görə məsuliyyəti və and içməsi barədə yazılmamış və bu barədə iltizam iş materiallarına əlavə edilməmişdir. Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin yuxrıda sərgilənən hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə başlanmış şəxsi münasibətlər zəminində mübahisə nəticəsində Təqsirləndirilən şəxs1 vurması və ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi belə xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki bu əməldə Cinayət Məcəlləsinin 221-ci maddəsinin zəruri tərkib əlamətləri olan ictimai qaydanı kobud surətdə pozma və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə əlamətləri istisna olunur. Beləliklə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətlərinin olması sübuta yetirilməmiş, o cümlədən onun hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, ictimai qaydanın pozulmasına yönəlməsi və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xarakterdə olması müəyyən edilməmişdir Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbаyjаn Respublikаsı Konstitusiyаsının 63-cü mаddəsinin 1-ci hissəsinə əsаsən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin mаddənin İİİ hissəsinə əsаsən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin mаddənin İV hissəsinə əsаsən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 21.1-ci mаddəsinin tələbinə görə cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır; Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxаrıdа qeyd edilən hаllаrа əsаslаnаrаq məhkəmə kollegiyаsı hesаb edir ki, iş mаteriаllаrındа olаn sübutlаr Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə təqsirli bilinməsi üçün kifаyət etmir, toplаnmış sübutlаrın mötəbərliyi şübhə doğurur və cinаyət işi üzrə аpаrılmış istintаq hərəkətlərinin prosessuаl pozuntulаrlа həyаtа keçirilməsi həmin şübhələrin əsaslılığını bir dаhа təsdiq edir. Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü mаddəsi ilə təqsirləndirilməsi üçün əldə edilmiş sübutlar Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib, haqqında ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmiş, buna görə də, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 bərаət verildiyinə görə onun bаrəsində seçilmiş “həbs” qətimkаn tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 398.1.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Hökm etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(025)-4/2020 saylı hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “həbs” qətimkаn tədbiri ləğv edilərək dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbаycаn Respublikаsı Cinаyət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Hökm təqsirləndirilən Təqsirləndirilən şəxs1 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar