Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-125/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmündən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü ilə (sədrlik edən Rəşid Hüseynov, hakimlər Bilal Məmmədov və Nahid Mirzəyev) xx xxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamiş, işsiz, İsmayıllı şəhəri, Q.Nəbi küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin həmin cəzaya hesablanması, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplanmaqla üzərində qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında həbs edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx xxxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri M.Orucov küçəsi ev 82-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin həmin cəzaya hesablanması, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla üzərində qəti cəza 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxx 2019-cu ildən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalında həbs edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. işin halları: X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edib, bu məqsədlə xx xxxxx 2019-cu ildə birlikdə İsmayıllı rayonunun Qoşakənd bələdiyyəsinə aid, İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan 2 (iki) kvadratmetr torpaq sahəsini kolkosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuşlar, sonra isə çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq əkərək tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən ümumilikdə 327 ədəd çətənə bitkisini peyin və gübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişlər. xx xxx 2019-cu ildə, saat 07 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onların birlikdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdikləri 15 smdan 25 smdək uzunluğunda, təmiz çəkisi 2 kiloqram 10 qram olan, külli miqdar təşkil edən 327 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış, xx xxx 2019-cu ildə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman əynində olmuş hərbi geyim forması olan kitelin sağ cibindən 1 ədəd sellofan bükümün içərisində 11,41 qram çəkidə və həmin kitelin sol cibindən “Winston” markalı 1 ədəd siqaret qutusuna yerləşdirilmiş 1 ədəd siqaretin içərisinə doldurulmuş vəziyyətdə 0,27 qram çəkidə, ümumilikdə 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmündən təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 Novruz oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Müdafiəçi1 Novruz oğlu apelyasiya şikayətində X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri üzrə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığına görə bəraət verilməsini xahiş etmişdir. X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmündən təqsirləndirilən şəxslər, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X11 apellyasiya şikayətinin təmin edilməsini, X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Müdafiəçi1 Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.1-ci, 234.1-ci, 237.2.1-ci və 237.2.3 maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək məhkəmədə kollegiyası iclasında ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən İvanovka kafesində tək oturub bir büküm qurudulmuş marixuananı kazbekə doldurub çəkmək istəmiş, qurudulmuş marixuananın bir bükümü isə cibində olmuşdur. Bu zaman İsmayıllı rayon polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid8 oturduğu kabinetə daxil olmuş, Nurlanı görüb onu tutacağından qorxub çəkməyə hazırlaşdığı marixuananı əzib yerə tökmüşdür. Həmin vaxt Nurlan ona tərpənməməyini deyib üzərinə baxış keçirəcəyini demiş, Nurlan tək özü ciblərini yoxlayıb baxış keçirib sol cibində olan adi kağızın içərisində bir büküm marixuananı aşkar edərək götürmüşdür. Artıq Nurlanın onu polis şöbəsinə aparıb tutacağından çəkinib istifadəsində olan ***-***-**-** mobil nömrəsindən əvvəlcədən tanışlığı olan Nurlanın yeznəsi Vüsalın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib danışmaq istədikdə Nurlan telefonu ondan alıb özü Vüsalla danışıb onu narkotiklə tutduğunu və onun Vüsalla danışmaq istədiyini demişdir. Nurlan mobil telefonda Vüsalla aralarında nə isə danışdıqda sonra yanına gələrək ona demişdir ki, “səni buraxıram, ancaq səhər Vüsalla görüşərsən”. Nurlan idarə etdiyi “VAZ-21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu İvanovka kafesinin qarşısında düşürtmüşdür. Nurlana üzərindən aşkar edib götürdüyü narkotik vasitəni özünə qaytarmasını xahiş etdikdə Nurlan üzərindən götürdüyü narkotik vasitəni ona qaytarmayıb yanından uzaqlaşıb avtomobillə çıxıb getmişdir. Şahid8 Vüsalla danışıb bu işi yoluna qoymağını desə də konkret olaraq ona nə qədər pul verəcəyini deməmişdir. Səhəri gün saat 11 radələrində Vüsalın mobil telefonuna zəng edib yanına gəlmək istədiyini, nə qədər pul verəcəyini soruşduqda Vüsal özünə məxsus olan Qəbələ yolunun üstündə yerləşən “Əlillər” kafesi deyilən yerdə olduğunu, pulun telefon söhbəti olmadığını və ora gəlməyini demişdir. Həmin kafeyə gedib kafenin içərisində kabinetdə Vüsal ilə oturub görüşüb çay içib söhbət edərkən Vüsala 600 manat pul tapdığını, bundan artıq pul verməyə maddi imkanının olmadığını, həmin məsələni Nurlanla danışıb yoluna qoymağını xahiş etmişdir. Vüsal da ona təklif etdiyi pulla kifayətlənib həmin pulu verməyini bildirmiş, cibindən 6 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 600 manat pulu açıq formada birbaşa Vüsalın özünə vermişdir. Vüsalda həmin pulu qohumu Nurlana verəcəyini deyib pulu şalvarının sağ cibinə qoymuşdur. 2019-cu ilin aprel ayının əvvəlində Vüsal səhər saatlarında özünə məxsus istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib kafesinə gəlməyini, onunla görüşmək istədiyini, Nurlanın sözü olduğunu bildirmişdir. Nurlan ona demişdir ki, “telefon söhbəti deyil, görüşəndə deyərəm”. Vüsala məxsus Qəbələ yolunun üstündə yerləşən kafesinə gedib kabinetdə görüşmüş, onların yanında həmin vaxt başqa heç kim olmamışdır. Vüsal ona Nurlanın dediyinə görə möhkəm oğlan olduğunu, onunla narkotiklə bağlı iş görülə biləcəyini demişdir. Vüsal söhbət zamanı Nurlanın sözünü çatdırdığını demişdir. Nurlan da ona zəng edərək Vüsalla görüşməyini bildirmiş, söhbət zamanı Nurlanın ona dediyinə görə onun narkotik tərkibli bitkini qulluq etməklə yetişdirməyini, əldə olunan narkotik vasitəni özünün satıb hər 1 kiloqramına görə ona 1000 manat pul verəcəyini, narahat olmamağını bildirmişdir. Vüsala qorxduğunu, həbs oluna biləcəyini dedikdə Vüsal narahat olmamağını, həmin işin arxasında Nurlanın özünün dayandığını demiş, Vüsalın dedikləri ilə razılaşmış və Vüsal da Nurlanın özünün onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 3-4 gün sonra əməliyyat müvəkkili Şahid8 öz mobil telefonu ilə istifadəsində olan ***-***-**-** mobil telefonuma zəng edib görüşmək istədiyini bildirmiş, söhbət zamanı Nurlana evdə olduğunu və gəlib məhlədə görüşə biləcəklərini bildirmişdir. Həmin vaxtlar Nurlan ona 055941-17-32, 055 678- 10-91, ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə zəng etmişdir. Nurlan ona küçəyə çıxmağını, yaşadığı küçəyə gələcəyini demiş, yaşadığı evin yaxınlığında yerləşən Həcər küçəsində Nurlanla görüşmüşdür. Şahid8 qəhvəyi rəngli özünün idarə etdiyi “VAZ-2107” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Nurlan maşının sağ qabaq oturacağında əyləşmiş, avtomobildə onlardan başqa heç kim olmamışdır. Nurlan ona Vüsalla danışdığı kimi onunla iş görəcəyini bir daha demiş və açıq sellofan torbada təxminən 700-800 ədəd marixuana toxununu ona verib həmin toxumları əkməyini bildirmişdir. Toxumları harada əkməyini soruşduqda Nurlana toxumları əkmək üçün ona yer göstərəcəyini demişdir. Nurlanla birlikdə onun idarə etdiyi avtomaşınla İsmayıllı rayonu Lahıc istiqamətində getmişlər. Hara gedəcəyini bilməmiş, Nurlan mülki geyimdə olmuşdur. Nurlan Lahıc yolunun yanında “Girdiman” çayına çatdıqda yoldan sağ tərəfə dönüb çayın içi ilə aşağı istiqamətdə 2-3 km getmiş, yolda narahatlıq olduğuna görə Nurlan avtomobili saxlayıb meşəlik bir ərazidə düşmüş, piyada Nurlanın ona göstərdiyi istiqamətdə gedərkən Nurlan ona həmin əraziyə başqa heç kimin gəlib-getmədiyini, hərdən bir qoyun və mal sürüsü olan çobanların gəlib getdiyini, ona verdiyi çətənə bitkisinin toxumlarını əkməyi üçün yer hazırlamağını bildirmişdir. Orada su arxı olan bir yerin yanında taxta parçası ilə kolkosu əzərək orada çətənə bitkisinin toxumlarını əkmək üçün yer düzəltmiş, Nurlan da ona kol-kosu əzməkdə köməklik göstərmişdir. Təxminən 10-15 dəqiqə işlədikdən sonra Nurlan ona xidməti işlərinin çox olduğunu, oradan getməklərini və onun sonra özünün gəlib orada çətənə bitkilərinə qulluq göstərməyini və özü ilə işləmək üçün zəruri alətlər gətirməyini bildirmişdir. Rayona qayıtmışlar. Nurlan onu yaşadığı küçədə düşürtmüş, sonra isə özü çıxıb getmişdir. Səhəri gün yenidən səhər tezdən özü ilə bel, dəhrə, bağ qayçısı, sellofan, çörək və s. ərzaqlar götürüb idarə etdiyi “Niva” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağbulaq kəndi ərazisindəki meşə sahəsinə getmişdir. Orada gətirdiyi alətləri maşından düşürüb meşənin içərisinə aparmış, su arxının yanında kolluq yeri təmizləyib təxminən 1 metr enində 2 metr uzunluğunda ərazini belləyib orada Nurlanın ona verdiyi bütün toxumları səpmişdir. Təxminən orada 2-3 saat işlədikdən sonra Nurlana zəng edərək toxumları səpdiyini və üzərini sellofanla örtdüyünü demişdir. Nurlan ona ağıllabaşla hərəkət etməyini demişdir. O, əvvəllər öz istifadəsi üçün 2017-ci ildə yay ayında Xanagah kəndinin meşə sahəsində hazırda dəqiq yerini xatırlamadığı ərazidə bir-iki kol narkotik vasitə əkdiyindən narkotik vasitənin necə kultivasiya olunmasından məlumatı olmuşdur. Nurlan ona avtomobili ilə həmin yerə çox getməməyini, kiminsə onu görə biləcəyini demişdir. Orada işləmək üçün beli, dırmığı, dəhrə, baltanı, həmçinin su vermək üçün vedrələri də orada kolluqda gizlətmişdir. Çünki hər dəfə həmin əşyaları götürüb aparmaq çətinlik yaratmışdır. x xxx 2019-cu ildə saat 09 radələrində Nurlanın mobil telefonuna zəng edib verdiyi toxumları əkdiyini və həmin toxumların artıq bitdiyini demişdir. Nurlan mobil telefonda ona ehtiyatlı olmağını və düzgün hərəkət etməyini bildirmiş, gün aşırı olmaqla tək özü narkotik vasitəni əkdiyi yerə gedib su verib qulluq etmiş və avtomaşını ilə yenidən geri qayıtmışdır. xx xxx 2019-cu ildə səhər saatlarında Nurlan mobil telefonuna zəng edib görüşməli olduğunu demiş, Nurlan ona Təzəkənd qəbristanlığının yanında onu gözləməyini və gəlib onu oradan götürüb öz avtomaşını ilə aparmağını bildirmiş, o da həmin yerə getmişdir. Nurlan onun avtomobilinə əyləşmiş və yolla gedərkən ona demişdir ki, “sənin adın şöbədə hallanır, əməliyyat qurula bilər, gedək həmin yerə baxaq, görüm şitillər nə boydadı, əgər əməliyyat bu istiqamətdə yönələrsə mən əməliyyatçıları buradan yayındırım”. Nurlanla birlikdə həmin yerə getmiş, Nurlan ona şitillərin artıq böyüdüyünü deyib onları ayrı-ayrı əkmək üçün yer hazırlamağını bildirmişdir. Nurlan həmçinin ona kollarının sayının az olduğunu, lakin ona toxum çox verdiyini demiş, oradan Nurlanla birlikdə bellə torpaqda bir neçə quyu da qazmışlar. Oradan Nurlan birlikdə geri qayıdıb onu Təzəkənd kəndində qəbiristanlığın yaxınlığında maşının yanında düşürtmüş, sonra isə evə qayıtmışdır. xx xxx 2019cu ildə dostu Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib görüşmək istədiyini bildirmiş, xx xxx 2019-cu ildə, təxminən saat 14 radələrində Süleyman ilə İsmayıllı şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsində yerləşən “Talıstan” çay evində görüşmüş və çay içərək söhbət etmişlər. Süleymana demişdir ki, “mənə meşədən şax qırmağa kömək etmək lazımdır, mənimlə birlikdə gedə bilərsən?”. Süleyman ona günorta saat 12-yə qədər kömək edə biləcəyini, ev götürdüyünü və ustalıq etdiyini, həmin müddətdən artıq işləməyə vaxtının olmadığını demişdir. Əsl məqsədi isə Süleymanı da ona torpaqda qazdığı çalalara çətənə şitillərini əkməkdə köməklik göstərməsi olmuşdur. Əvvəlcədən ona deməsə də Süleyman həmin yerə getdikdən sonra ona ətraflı olaraq hər şeyi başa salıb başqa heç kimə heç nə deməyəcəyini tapşıracaqdı. xx xxx 2019-cu ildə saat 21 radələrində Şahid8 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən onun istifadəsində olan 055-27565-15 saylı mobil nömrəyə zəng edərək onu güddüklərini, başqa avtomobillə narkotik tərkibli bitkiləri əkdiyi yerə getməyini demişdir. O, isə Nurlana zəng edərək yeznəsi Vüsalla danışdığını, onun da bədənində ağrılar olduğundan onu apara bilməyəcəyini demiş, Nurlan isə gecə şöbədə olacağını və onu gəlib öz avtomaşını ilə apara biləcəyini demiş, o, da razılaşmışdır. Səhər tezdən Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerə getməyi planlaşdırmış, Nurlana da bu barədə demiş və həmin dostunu şax qırmaq adı ilə ora apardığını demiş, əslində isə əkdiyi narkotik bitkisinin şitillərini çıxarıb çalalarda əkmək istəmişdir. xx xxx 2019-cu ildə saat 03 radələrində Şahid8 istifadəsində olan 055941-17-32 saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “hazırsan getməyə?” deyə bildirmiş, o, isə ona hazır olduğunu bildirmişdir. Nurlan 1-2 dəfə telefonuna zəng etmiş, o, da Süleymanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib hazırlaşmağını və gəlib onu götürəcəklərini demişdir. Süleymanın mobil nömrəsinə 1-2 dəfə zəng etmişdir. Nurlan idarə etdiyi “Vaz21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək “Talıstan” restoranının arxasında evlərinin yaxınlığında Həcər küçəsində avtomobili saxlamış və Nurlanın avtomobilinə əyləşmişdir. Nurlan ona sinif yoldaşı Süleymanın hazır olubolmadığını soruşduqda Nurlana Süleymanın hazır olduğunu demişdir. Bundan sonra isə İsmayıllı şəhəri, M.Orucov küçəsinə getmiş, orada Süleyman avtomobilin arxa oturacağında əyləşmişdir. Nurlan avtomobili idarə edərək onları Girdiman çayının içərisində düşürtmüşdür. Nurlan onlara avtomobilinin çirkələnəcəyini deyib getmək istəməmiş, Nurlan onları düşürdükdən sonra çıxıb getmişdir. Saat 06 radələri olmuş, o və Süleyman piyada həmin yerə getmişlər. Ətraf ərazilər kol olduğu üçün Süleyman ona demişdir ki, “sən məni şax qırmağa gətirmisən?, lakin buralar başdan ayağa kolluqdur”. Süleymana şax olan yeri göstərəcəyini deyib aldadaraq narkotik bitkiləri əkdiyi yer istiqamətində aparmışdır. Hər ikisinin əynində köhnə əsgər gödəkçəsi olmuşdur. Süleyman ilə kolluqda bitkiləri əkdiyi yerə girərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları ora hal şahidləri və aqronom dəvət edib baxış keçirəcəklərini bildirmişlər. Şahid8 əvvəlcədən tutulduğu halda da onu həbsdən azad edəcəyini dediyi üçün baxış zamanı Nurlanın adını çəkməmiş, qorxduğundan Süleymanla birlikdə narkotik tərkibli həmin bitkiləri əkib-becərdiyini bildirmişdir. Baxış zamanı orada olan bitkilər çıxarılıb sayılmış və ümumi sayının 327 ədəd olması müəyyən olunmuşdur. Baxış zamanı fotoşəkillər və videoçəkiliş də aparılmış, bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 188.1-ci, 234.1-ci, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə mart ayında İsmayıllı rayonun Xanagah kəndinə aid meşə sahəsində əkdiyi 3 ədəd çətənə bitkisinin toxumlarından evində saxlamış və 2019-cu ilin aprel ayında həmin toxumları əkmək qərarına gəlmiş, sinif yoldaşı və dostu Təqsirləndirilən şəxs2 onun narkotikdən istifadə etdiyini bildiyinə görə bu barədə təklif etmiş, Süleyman onun marixuana əkməyi ilə bağlı təklifi ilə razılaşmışdır. 2019-cu ilin aprel ayının 28-də gündüz dostu Təqsirləndirilən şəxs2 ilə İsmayıllı rayonun Ağbulaq kəndinə aid meşə sahəsinə getmiş və meşədə toxumları əkmək üçün yer axtarmışlar. Meşədə xeyli gəzdikdən sonra kənarları sıx bağlı olan bir yer tapmış, Süleymanla qərara gəlmişlər ki, həmin yerdə toxumları əksinlər. Tapdıqları yerin kənarlarını bağlamışlar. Özləri ilə balta, bel, dırmıq və sair alətlər götürmüşlər. Narkotik vasitə əkəcəyi yerin içərisində olan maneəçilik yaradan ağacları da kəsmişlər. Həmin yeri narkotik əkmək üçün hazır vəziyyətə gətirmişlər. Həmin yer 20 metr uzunluğunda və 4 metr enində olmuşdur. Bundan sonra isə həmin yerin ortasında 2 metr uzununda, 1 metr enində yeri özləri ilə apardıqları bellə belləyib, dırmıq vasitəsi ilə də dırmıqlamışlar. Sonra hər ikisi apardıqları toxumları bellədikləri yerə səpmişlər. Həmin yerin yaxınlığındakı tanımadığı şəxsə məxsus mal fermasının həyətində olan peyinlərdən 6 kisə gətirmişlər. Peyindən toxumların üzərinə səpmişlər, eləcə də həmin yerə gübrə də səpmişlər. Tapdıqları yerin yanından su arxı keçmiş, orada kolkosun içərisindən 3 ədəd vedrədə tapmışlar. Vedrələrlə su daşıyıb səpdikləri toxumları sulamışlar. Bundan sonra nazik ağaclardan kəsib hər iki uclarını yerə basdırmış və xırda parnik düzəltmiş, ardınca isə özləri ilə apardıqları şəffaf plyonkanı ağacların üzərinə örtmüşlər, plyonkanın yerə dəyən hissələrinə torpaq tökmüşlər. Apardıqları alətləri də orada gizlətmişlər. 3 günün tamamında yenidən həmin yerə getmişlər, parnikin üzərini açıb toxumları sulamışlar. Həmin vaxtı səpdikləri toxumlar bitmiş, xırda ştillər çıxmış, şitillərin sayını bilməmişdir. Təxminən 1 həftə sonra yenə həmin yerə getmişlər və ştilləri sulamışlar. 28 ədəd quyu qazmışlar. xx xxx 2019-cu ildə axşam saatlarında istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə Süleymanın istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “gecə yola çıxaq və səhər 5-də orada olaq ki, ştilləri quyulara əkək”. Süleyman da onunla razılaşmışdır. xx xxx 2019-cu ildə saat 02 radələrində Süleyman ilə təkrarən həmin yerə getmişlər. Saat 07 radələrində şitilləri əkdikləri yerə çatmışlar və orada hər ikisi həmin ştilləri ayrı-ayrı quyulara basdırmaq istəyərkən İsmayıllı RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək narkotik vasitə əkməkdə şübhəli olduqlarını bildirmişlər. Həmin yerə hal şahidləri və digər iştirakçılarla birlikdə baxış keçirilmiş, baxış zamanı əkib– becərdikləri 327 ədəd narkotik vasitə olan çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərində olan əsgər kitelinin sağ cibində 1 ədəd selleofan bükülüdə qura halda marixuana aşkar edilmişdir. Bundan başqa kitelinin sol cibində“Vinston” markalı siqaretinin 1 ədəd kötüyünün içərisindən də doldurulmuş vəziyyətdə marixuana aşkar edilmişdir. Həmin kütlələr xüsusi elektron tərəzidə ölçülmüş, həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 188.1, 237.2.1, 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmədə kollegiyası iclasında ifadəsində göstərdi ki, xx xxx 2019-cu ildə dostu Rauf təklifi ilə saat 14 radələrində İsmayıllı şəhərində “Azpetrol” yanacaq doldurma məntəqəsində yerləşən “Talıstan” çay evində görüşmüş və çay içərək söhbət etmişlər. Rauf demişdir ki, “mənə meşədən şax qırmağa kömək etmək lazımdır, mənimlə birlikdə gedə bilərsən?”. Raufa günorta saat 12-yə qədər kömək edə biləcəyini, ev götürdüyünü və ustalıq etdiyini, həmin müddətdən artıq işləməyə vaxtının olmadığını demişdir. Raufun əsl məqsədindən xəbəri olmamışdır. Səhər tezdən Rauf ilə birlikdə şax qırmaq üçün Rauf dediyi yerə getməyi planlaşdırmışlar. Raufun Nurlan ilə gedəcəyini bilməmişdir. Rauf istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib hazırlaşmağını və gəlib onu götürəcəklərini demişdir. İsmayıllı şəhəri, M.Orucov küçəsində Rauf gəldiyi maşının arxa oturacağında oturmuşdur. Sonradan bildiyi Nurlan avtomobili idarə edərək onları Girdiman çayının içərisində düşürtmüşdür. Nurlan onlara avtomobilinin çirklənəcəyini deyib getmək istəməmiş, Nurlan onları düşürdükdən sonra çıxıb getmişdir. Saat 06 radələri olmuş, Raufla piyada həmin yerə getmişlər. Ətraf ərazilər kol olduğu üçün Raufa demişdir ki, “sən məni şax qırmağa gətirmisən?, lakin buralar başdan ayağa kolluqdur”. Rauf şax olan yeri göstərəcəyini deyib, getməyə davam etmişlər. Hər ikisinin əynində köhnə əsgər gödəkçəsi olmuşdur. Kolluqda İsmayıllı rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt polis əməkdaşları ora hal şahidləri və aqronom dəvət edib baxış keçirmişlər. Qorxduğundan Raufla birlikdə narkotik tərkibli həmin bitkiləri əkibbecərdiyini bildirmişdir. Baxış zamanı orada olan bitkilər çıxarılıb sayılmış və ümumi sayının 327 ədəd olması müəyyən olunmuşdur. Baxış zamanı fotoşəkillər və videoçəkiliş də aparılmış, bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdi ki, 1-2 ildir ki, marixuanadan istifadə edir. Sinif yoldaşı və dostu Rauf bir iki dəfə çəkmək üçün ona az miqdarda marixuana vermişdir. 2019-cu ilin aprel ayında dəqiq tarixi yadında qalmayan gündə Rauf ona çətənə bitkisinin toxumu olduğunu və birlikdə marixuana əkməyi təklif etmişdir. Raufla razılaşmış, 2019-cu ilin aprel ayının 28- də gündüz Raufla İsmayıllı rayonun Ağbulaq kəndinə aid meşə sahəsinə getmiş və meşədə toxumları əkmək üçün yer axtarmışlar. Meşədə xeyli gəzdikdən sonra kənarları sıx bağlı olan bir yer tapıb, qərara gəlmişlər ki, həmin yerdə toxumları əksinlər. Birlikdə tapdıqları yerin kənarlarını yenə də bağlamışlar, nəzərdə tutmuşlar ki, narkotik əkəcəkləri yerin ortası boş olsun. Özləri ilə balta, bel, dırmıq və sairə götürmüşlər. Narkotik vasitə əkəcəkləri yerin içərisində olan maneəçilik yaradan ağacları da kəsmişlər. Həmin yeri narkotik əkmək üçün hazır vəziyyətə gətirmişlər. Həmin yer 20 metr uzunluğunda, 4 metr enində olmuşdur. Həmin yerin ortasında 2 metr uzununda, 1 metr enində yeri özləri ilə apardıqları bellə belləyib, dırmıqlamış, apardıqları toxumları həmin yerə səpmişlər. 6 kisə peyin gətirərək toxumların üzərinə səpmişlər. Toxumların üzərinə peyindən sonra gübrə də səpmişlər. Vedrələrlə su daşıyıb əkdikləri toxumları sulamış, nazik ağaclardan kəsib hər iki uclarını yerə basdırmış və xırda parnik düzəltmişlər. Şəffaf rəngli plyonkanı ağacların üzərinə örtmüş, plyonkanm yerə dəyən hissələrinə torpaq tökmüşlər. İşlərini yekunlaşdırdıqdan sonra evə getmiş, gedərkən özləri ilə apardıqları alətləri də orada gizlətmişlər. 3 gün sonra yenidən ora getmiş və parnikin üzərini açıb toxumları sulamış, əkdikləri toxumlar bitərək xırda şitillər çıxmışdır. Şitillərin sayını bilməmişdir. 10 ədəd quyu qazmışlar ki, şitillər böyüdükdən sonra onları əksinlər. 1 həftə sonra yenə həmin yerə gedərək yenə şitilləri sulamış, həmçinin orada 28 ədəd quyu qazmışlar. xx xxx 2019-cu ildə axsam saatlarında Rauf istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan 055-327-2373 mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “gecə yola çıxaq və səhər 5-6-da orada olaq ki, şitilləri quyulara əkək”. Raufla razılaşmış, xx xxx 2019-cu ildə saat 02 radələrində Rauf ona zəng etmiş, onlar X1 yanında görüşmüşlər. Özləri ilə yemək və çay götürmüş, hara getməyi barədə ailə üzvlərinə məlumat verməmişdir. Gecə olduğu üçün xeyli müddət yolda gözləmiş, bundan sonra isə yoldan gedən dövlət qeydiyyat nişanını bilmədiyi “Opel Vectra” markalı avtomaşınla Girdiman çayının üzərindəki körpüyə qədər getmiş və orada avtomaşından düşmüşlər. İkisi şitilləri əkdiyi yerin yaxınlığına gəlmiş, təxminən 2-3 saat müddətində havanın işıqlanmasını gözləmişlər. Saat 07 radələrində şitilləri əkdikləri yerə girmişlər, Hər ikisi həmin ştilləri ayrıayrı quyulara basdırmaq istəmişlər ki, İsmayıllı RPŞ-nin əməkdaşları onları saxlamışdır. Həmin yerə hal şahidləri və digər iştirakçılarla baxış keçirilmiş, baxış zamanı onların birlikdə əkib becərdiyi 327 ədəd narkotik vasitə olan çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarına etiraf edərək bildirmişlər ki, həmin şitillər ikisinə məxsusdur və birlikdə əkmişlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu ildə eşitmişdir ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qoşakənd bələdiyyəsinə aid Ağbulaq kəndi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə əkib-becərdiyi 327 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Həmin şəxslər tərəfindən narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsindən məlumatı olmamışdır. Narkotik vasitə əkilən sahə bələdiyyə torpağıdır. Həmin şəxslərə həmin torpaq sahəsindən istifadə etməyə icazə verilməmişdir. Onlar qeyd edilən torpaq sahəsini özbaşına tutaraq, orada narkotik vasitə əkmişlər. Şahid1 birinci instansiya məhkəməsi iclsasında ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər sakinləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Ağbulaq kəndi ərazisində, Girdiman çayının yaxınlığında kolluq yerdə narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə əlaqədar İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar xx xxx 2019-cu ildə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar xx xxx 2019-cu ildə saat 07 radələrində Ağbulaq kəndində kolluq ərazidə polis əməkdaşları ilə olarkən həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerə gəldiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik tərkibli bitkiləri əkibbecərməkdə şübhəli olduqlarını bildirib bu barədə əməliyyat-axtarış tədbiri qərarının olduğunu bildirdikdə onlar etiraf edərək orada narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiklərini və dəqiqliklə göstərə biləcəklərini demişlər. Hadisə yerinə baxış zamanı iştirak etmək üçün İsmayıllı rayon Dövlət X16 Bitkiçilik sektorunun müdiri X12 da aqronom mütəxəssis kimi iştirak etmək üçün dəvət edilmişdir. Həmin vaxt İsmayıllı rayon Qoşakənd icra nümayəndəsi Şahid4 və Qoşakənd bələdiyyəsinin sədri Şahid5 həmin proses zamanı iştirak etmək üçün dəvət edilmiş, onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin yerə baxış keçirilmiş, baxış zamanı köməklik etmək üçün RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X8 da həmin yerə gəlmişdir. Kolluq əraziyə baxış zamanı 2 metr uzunluğunda 1 metr enindəki ərazidə 327 ədəd çətənə bitkilərinə bənzər kol aşkar olunmuş, açıq aydın görsənmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aqronom mütəxəssis Paşa Məmmədov da həmin bitkilərə qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin çətənə bitkilərinin kimə məxsus olduğunu və nə məqsədlə əkib-becərdiklərini soruşduqda həmin şəxslər həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özləri istifadə etmək məqsədi ilə 2019-cu ilin aprel ayında əkib-becərdiklərini demişlər. Bundan sonra həmin bitkilər sellofan torbaya qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edildikdən sonra o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra həmin şəxsləri polis şöbəsinə gətirmiş, polis şöbəsində həmin şəxslər şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin proses zamanı iştirak etməsə də məlum olmuşdur ki, şəxsi axtarış zamanı həmin şəxsin üzərindən 1 ədəd papirosun içərisində narkotik vasitəyə bənzər quru bitki kütləsi və 1 ədəd sellofan bükümün içərisində marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin kütlələr çəkildikdə çəkisinin 12,41 qram çəkidə olması müəyyən edilmişdir. Şahidlər X14, Şahid2, Şahid3, Şahid6, Şahid7 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid X12 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu ildə saat 07:00 radələrində Ağbulaq kəndinin meşə ərazisində 1 metr enində 2 metr uzunluğunda parnik formasındakı yerdə hündürlükləri 15 sm-dən 25 sm-ə qədər birbirinə sıx şəkildə əkilmiş 327 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin ərazinin ətrafı kolluqdan təmizlənmiş, bitkilərə baxıldıqda həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi açıq aydın görsənmişdir. Həmin bitkilər əkilmiş yerdə bitkilər alaq otlarından təmizlənmiş və su verilmişdir. Orada torpaqda bir neçə ədəd qazılmış yuvalar da olmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin aşkar edilmiş 327 ədəd narkotik tərkibli çətənə bitkilərini bir yerdə əkib-becərdiklərini etiraf etmişlər. Şahid4 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu ildə saat 07 radələrində Ağbulaq kəndi ərazisində Girdiman çayının yaxınlığındakı kolluq əraziyə baxış keçirilməsində hal şahid qismində iştirak etmişdir. Baxış zamanı 2 metr uzunluğunda 1 metr enindəki ərazidə hündürlüyü 15 sm-dən 25 sm hündürlüyə qədər 327 ədə çətənə bitkilərinə bənzər kol aşkar edilmişdir. Rauf Süleymanov və Təqsirləndirilən şəxs2 həmin çətənə bitkilərinin birlikdə əkib becərdiklərini göstərmişlər. Şəxsi axtarış zamanı Raufun əynindəki əsgər gödəkçəsinin kitelindən 1 ədəd siqaretin içərisində narkotik vasitəyə bənzər quru bitki kütləsi aşkar edilmiş və çəkildikdə çəkisinin 0,94 qram olması müəyyən edilmişdir. Həmin şəxsin üzərindəki kitelin sağ yan cibindən 1 ədəd sellofan bükülü aşkar edilmiş və açıldıqda müəyyən edilmişdir ki, içərisində narkotik vasitəyə bənzər bitki kütləsi vardır. Çəkisi 12,41 qram olmuşdur. Süleymanın üzərində şəxsi axtarış keçirilsə də onun üzərində hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şahid5 birinci instansiya məhkəməsi iclasında Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Şahid8 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs1 narkotik vasitə əkib becərmək istəməsi barədə ona agentura məlumatı daxil olmuş və o məlumatı araşdırmışdır. Raufun gecə saatlarında köhnə geyim əşyaları götürüb öz “Niva” markalı **-FH-*** avtomobili ilə Lahıc istiqamətində getməsini, səhər saatlarında üstü başı toz torpaq evinə qayıtmasını müəyyən etmiş, bu məlumatları gizli agenturanın verdiyi məlumat əsasında dəqiqləşdirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 izləməyə başlamış və Rauf Süleymanının bir nəfər şəxslə Lahıc istiqamətində getdiyini görmüşdür. Hava qaranlıq olduğu üçün Rauf Süleymanınlının yanında kimin olduğunu bilməmiş, çünki Raufu çox yaxından izləməmiş, sonuncunun onu tanıyacağından ehtiyat etmişdir. Təqsirləndirilən şəxs1 nə işlə məşğul olmasını tam dəqiqləşdirmədiyi üçün şöbə rəhbərliyinə bu barədə məlumat verməmişdir. Təxminən 2019-cu ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 yenə izlədiyi vaxt onun özünə məxsus “Niva” markalı avtomobili ilə Bakı şəhəri istiqamətində gedərkən Girdiman çayın üzərindəki körpüyə çatmamış sağa döndüyünü və çayın yan kənarında yolla cənub istiqamətində getdiyini görmüş, belə olduqda o, da Girdiman çayının üzərindəki körpünü keçərək avtomobilini kənarda saxlayaraq Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin hara getməsini müşahidə etmiş və təxminən 20 dəqiqə müşahidə etdikdən sonra avtomobilin işığından Təqsirləndirilən şəxs1 harada dayanmağını müəyyənləşdirə bilmişdir. Təqsirləndirilən şəxs1 olduğu yeri müəyyən etdikdən sonra hava soyuq olduğu üçün geri qayıtmış və daha sonra bu barədə İsmayıllı rayon polis şöbəsinin əməliyyat işləri üzrə müavini Əbülfət Abdullayevə şifahi məlumat vermişdir. Əbülfət müəllim də həmin faktı dəqiq araşdırmağını ona tapşırmış və həmin günün səhəri günorta saatlarında Təqsirləndirilən şəxs1 getdiyi istiqamətdə gedib həmin yeri dəqiqləşdirmişdir. Ərazinin İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən iti axan su arxının kənarı olmaqla ətraf sıx kolluq olduğunu görmüşdür. Oğurluqdan və narkotik əkilib becərilməsindən şübhələnmişdir. Təqsirləndirilən şəxs1 dayandığı yerdən çox uzaqda fermanın yerləşməsini nəzərə alıb oğurluq ehtimalını düşünməmiş və narkotik əkib becərilməsindən daha çox şübhələnmişdir. İti sürətlə axan su arxından keçməyin mümkün olmadığını və suyun ətrafında ayaq izlərinin olduğunu görmüş, ayaq izləri ilə hərəkət etmiş, ayaq izlərinin suya çatanda itdiyini müəyyənləşdirmişdir. Suyu keçib meşəlik ərazidə təxminən 20 sm dərinliyində, 10-15 quyu qazıldığını, ətrafının kollardan təmizləndiyini aşkar etmişdir. Ayaq izinin düşməməsi üçün həmin sahəyə daxil olmamış və bilmişdir ki, həmin yerdə çox ehtimal ki, narkotik vasitə kultivasiya ediləcəkdir. Həmin vaxtdan bir aydan çox müddət həmin yeri nəzarətində saxlamış və bu müddət ərzində hərdən həmin yerə gedəndə orada quyuların sayının çoxaldığını, təxminən 2x1 metr ərazidə nəyinsə əkildiyini, ora yarım dairəvi formada çubuqların basdırıldığını, torpaq sahəsinin nəm vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 bu müddət ərzində yenə izləmiş, Raufun həmin əraziyə gecə saatlarında getməsini müşahidə etmiş və 2019cu ilin aprel ayının ortalarında həmin yerə baxmağa gedən zaman çətənə bitkilərinin şitillərinin olduğunu müəyyənləşdirmiş, bu barədə hər dəfə əməliyyat işləri üzrə rəis müavini, polis polkovnikleytenantı Əbülfət Abdullayevə məlumat vermiş və aprel ayında yağışlar çox yağdığı üçün əməliyyat tədbiri keçirib Təqsirləndirilən şəxs1 ifşa etməyi baş tutmamışdır. May ayının əvvəlində artıq havalar isinmiş və agentura yenə Təqsirləndirilən şəxs1 həmin yerə gedib gəlməsi barədə ona məlumat vermişdir. xx xxx 2019-cu ildə, saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə İsmayıllı şəhərində “Lüks” marketin yaxınlığında qarşılaşmış və Təqsirləndirilən şəxs1 ilə hal əhval tutmuşdur. Rauf ona avtomobilinin nasaz olmasından şikayətlənmiş, Rauf ondan gecə saat 2-3 radələrində onu Lahıc qəsəbəsi istiqamətində aparmağı xahiş etmiş, Raufa problem olmadığını və apara biləcəyini bildirmişdir. xx xxx 2019-cu ildə, gecə saat təxminən 03 radələrində Raufun mobil telefonuna zəng edib onun Lahıc istiqamətində gedib-getməyəcəyini soruşmuş və həmçinin Raufa maşınını ona verə biləcəyini, gedib işini aşırmağını demişdir. Rauf da ona yatıb qaldığını, hazırlaşıb gələcəyini demiş, həmin vaxt Əbülfət müəllimə zəng edib demişdir ki, “Rauf məndən onu Lahıc istiqamətində aparmağımı xahiş edir, çox güman ki, o, narkotik əkib becərdiyi yerə gedə bilər, əməliyyat tədbiri qurmaq və həmin yerdə post qurmaq lazımdır”. Həmin tarixdə İsmayıllı rayon polis şöbəsinin CAB-nin baş əmnəliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Polis əməkdaşları gecə vaxtı həmin əraziyə gedərək post qurmuşlar. Təxminən 1 saat sonra saat 04 radələrində Rauf istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu “Zaminbankın” arxa tərəfindən götürməyini xahiş etmiş və o, “Vaz-21074” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Raufla görüşmüşdür. Rauf avtomobilin qabaq oturacağında əyləşmiş, yola düşərkən Rauf ona əmisi nəvəsi olan Süleymanı da götürməyini xahiş etmişdir. Avtomobilini idarə edib Raufun göstərişi ilə M.Orucov küçəsində avtomobilini bir qapının qarşısında saxlamış, həmin vaxt Süleyman avtomobilin arxa oturacağına əyləşmiş, sonra isə avtomobili sürüb Lahıc istiqamətində getmişdir. X21 soyadının Mahmudov, atasının adının isə Ələkbər olduğunu qeyd etmişdir. O, Rauf ilə Süleymanı Girdiman körpüsünə 150 metr qalmış sağa tərəf burulub 50 metr hərəkət etdikdən sonra avtomobilini saxlamış, orada Rauf ilə Süleyman həmin yerdə düşmüşlər. Rauf və Süleyman onları kiminsə gəlib götürəcəyini bildirmiş, bu barədə Əbülfət müəllimə məlumat vermiş, Rauf ilə Süleymanın əvvəl müəyyən etdiyi istiqamətdə getdiklərini demiş və sonra isə polis şöbəsinə qayıtmışdır. Özü əməliyyat tədbiri keçiriləcək yerə getməmişdir ki, Rauf tutulduqdan sonra ondan şübhələnməsin. Həmin gün saat 07-08 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Rauf ilə Süleymanı əvvəl müəyyən etdiyi yerdə İsmayıllı rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığını bilmişdir. İstər Raufa, istərsə də Süleymana narkotik tərkibli çətənə kolları əkməyi bildirməmiş, onlar ilə birlikdə çətənə bitkiləri əkməmişdir. Raufu narkotik vasitə çəkməsi ilə əlaqədar saxlamamış, ondan Vüsalın vasitəsi ilə pul almamışdır. Rauf və Süleyman ona şər atırlar. Törətdikləri cinayətin məsuliyyətindən yaxa qurtarmaq üçün, həm də biləvasitə onların yaxalanmasını o ələ verdiyi üçün ondan qisas almaq üçün həmin narkotik vasitələrin onun təklifii ilə əkib becərmələrini bildirmişlər. Şahid X5 birinci instansiya məhkəməsi iclasında məhkəmədə ifadəsində göstərmişdir ki, Şahid8 bir neçə dəfə Rauf adlı şəxsin narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə ona şifahi məlumat vermiş, o, isə Nurlana həmin məlumatları dəqiqləşdirməyini demişdir. xx xxx 2019cu ildə gecə saatlarında Nurlan onun mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə getdiyini ona demiş, əməliyyat tədbiri keçirilməsi üçün iştirak etmələrindən ötrü əməliyyat müvəkillərini yanına çağırmış, söhbət zamanı baş əməliyyat müvəkkili Şahid3 da həmin şəxslərin narkotik əkib becərmələri barədə məlumatının olduğunu demiş və sonuncu raportla şöbə rəhbərliyinə müraciət edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat-təhqiqat qrupu yaradılmış və saat 7 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib becərdikləri yerə daxil olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, törətdikləri cinayət əməlini etiraf etmişlər. Şahid X9 birinci instansiya məhkəməsi iclasında ifadəsində göstərmişdir ki, qaynı Nurlan İsmayıllı rayon polis şöbəsində narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Nurlan Raufu 2018-ci ilin dekabr ayında narkotiklə bağlı saxlamamış, Rauf ona zəng etməmiş, Rauf ona Nurlana çatması üçün pul verməmiş, həmçinin Raufa narkotik əkib becərməsi barədə söz deməmiş, Nurlan qaynı olduğu üçün və həm də polis əməkdaşı olaraq Raufu narkotik əkib becərdiyinə görə ifşa etdiyi üçün onu və Nurlanı şərləyir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, İsmayıllı rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət ərizələrində və izahatlarında İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid8 hərəkətləri ilə bağlı göstərdikləri faktlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın xx xxx 2019-cu il tarixli 282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əkilib-becərilmiş 327 ədəd...” sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada ümumi sayı 327 ( üç yüz iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kiloqram 10 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 üzərində aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 11,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki 01 (bir) ədəd papirosun içərisində təmiz çəkisi-0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin papirosun içərisində, təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş 327 (üç yüz iyirmi yeddi) ədəd bitkilər, 01 (bir) ədəd şəffaf bükümdə və 01 (bir) ədəd papirosun içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom-mütəxəssis X6 xx.xx.2019-cu il tarixli aqronom rəyinə əsasən 327 (üç yüz iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli 538 və 539 nömrəli nömrəli rəylərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edirlər. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları vardır. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhətə görülür. İş materiallarına əlavə edilmiş İsmayıllı rayonu Qoşakənd bələdiyyəsindən alınmış x xxxxxx 2019-cu il tarixli 34 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi ərazi Qoşakənd bələdiyyəsinin tabeliyində olan Ağbulaq kəndinin kolluq ərazisinə aid olmaqla kənd təsərrüfatı təyinatlı deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrədən çıxan və daxil olan zənglərə dair çıxarışlar götürülərək baxış keçirilmiş, bu barədə əməliyyat tapşırığı verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq bir-biriləri ilə əlaqə saxladıqları müəyyən edilmişdir. İş üzrə İsmayıllı RPŞ-dən alınmış xx xxxx 2019-cu il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 naməlum mənbədən əldə etdikləri çətənə bitkisinin toxumlarını 2019-cu ilin aprel ayında İsmayıllı rayonu Ağbulaq kəndi ərazisində əkərək, bitən 327 ədəd çətənə bitkilərinə qulluq göstərmiş, narkotik tərkibli çətənə bitkilərinin əkilməsində onlara başqa heç kim köməklik göstərməmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx xxxxx 2019-cu il tarixdən, xx xxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi əlaqə saxlanılmış, əməliyyat tədbiri keçirilən gün gecə saatlarında mobil telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 11,68 qram marixuananı haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ifadəsində göstərmişdir ki, həmin narkotik tərkibli çətənə kollarını əkib becərməyə onu İsmayıllı RPŞ-nin NQM-nin əməliyyat müvəkkili Şahid8 təhrik etmişdir. Çətənə bitkisinin toxumlarını ona Şahid8 vermiş, harada əkilməni Nurlan müəyyən etmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə ona heç bir köməklik etməmiş, həmin gün Təqsirləndirilən şəxs2 şax qırmaq məqsədi ilə İsmayıllı rayonunun Ağbulaq kəndinə aparmışdır. Təqsirləndirilən şəxs2 da məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən əkilib becərilmiş 327 ədəd narkotik tərkibli çətənə kolları ilə onun heç bir əlaqəsi yoxdur. Həmin gün Raufun təklifi ilə şax ağacları qırmaq məqsədi ilə Raufla birlikdə meşəyə getmişdir. Polislər onları saxlayana kimi, Raufun həmin yerdə narkotik tərkibli çətənə kolları əkməsindən, eləcə də onu aldadaraq həmin yerə aparması planından xəbəri olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxx 2019cu ildə hadisə yerinə baxış zamanı birlikdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiklərini etiraf etmişlər. Bu barədə video çəkiliş aparılmış, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx xxx 2019-cu ildə ilkin izahatında, xx xxx 2019-cu ildə şübhəli şəxs qismində və xx xxx 2019-cu ildə təqsirləndirilən şəxs qismində ifadələrində, həmçinin ifadəsi yerində yoxlanılarkən, eləcə də xx xxx 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilərkən İsmayıllı Rayon Məhkəməsində həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 ilə birlikdlə əkməsini etiraf etmiş, Şahid8 həmin narkotik tərkibli çətənə kollarının əkilməsində hər hansı bir rolu olmasını bildirməmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı xx xxx 2019-cu ildə ilkin izahatında, xx xxx 2019-cu ildə şübhəli şəxs qismində və xx xxx 2019-cu ildə təqsirləndirilən şəxs qismində ifadələrində, həmçinin ifadəsi yerində yoxlanılarkən, eləcə də xx xxx 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilərkən İsmayıllı Rayon Məhkəməsində həmin narkotik tərkibli çətənə bitkiilərini Təqsirləndirilən şəxs1 ilə birlikdə əkmələrini, becərmələrini etiraf etmiş, Şahid8 tərəfindən həmin narkotik tərkibli çətənə kollarının əkilməsində Şahid8 hər hansı bir rolu olmasını göstərməmişdir. Şahidlər Şahid5, Şahid4, X13, Şahid2, Şahid3, Şahid6, Şahid7, Şahid8 ifadələri ilə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadələrində göstərdikləri həmin xüsusatlar təkzib olunmuşdur. Bununla yanaşı məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019cu il tarixli 538 və 539 nömrəli rəylərindən də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomaniya xəstələridir. Narkomaniyadan müalicəyə ehtiyacları vardır. Təqsirləndirilən şəxs1 şikayət ərizələrində və izahatlarında İsmayıllı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid8 hərəkətləri ilə bağlı göstərdikləri faktlar öz təsdiqini tapmadığından İsmayıllı rayon prokurorluğu tərəfindən xx xxxxxxx 2019-cu ildə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı CM-in 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qarşı 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxsi həmin maddələr üzrə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1-ci ilə maddəsi ilə ittihamın irəli sürülməsi əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdirlər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edib, bu məqsədlə xx xxxxx 2019-cu ildə birlikdə İsmayıllı rayonunun Qoşakənd bələdiyyəsinə aid, İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan 2 (iki) kvadratmetr torpaq sahəsini kolkosdan təmizləyərək çətənə bitki toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuşlar. Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxslərin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxslər becərdikləri torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn, dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan görünür ki, İsmayıllı rayonunun Qoşakənd bələdiyyəsinə aid, İsmayıllı rayonunun Ağbulaq kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi maddənin dispozsiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxslər tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini əkinçilik məqsədilə istifadə etməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxs gizli şəkildə bələdiyyəyə məxsus torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxslərin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus torpaq sahəsindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslərin niyyəti torpaq sahəsini zəbt etməyə deyil, çətənə bitkisinin toxumlarını əkmək üçün münasib yer seçməyə yönəlmişdir. Cinayət Məcəlləsinin 188.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən cinayətlərə aid olduğundan təqsirləndirilən şəxslərə qarşı həmin maddə ilə ittiham irəli sürülməsi o zaman əsaslı olardı ki, onların məqsədi bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmək olsun. Lakin təqsirləndirilən şəxslərin torpaq sahəsini zəbt etmək kimi məqsədi olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, şəxs “daxil olmaq” (yaşayış sahəsinə) əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq Cinayət Məcəlləsinin 157-ci maddəsi (mənzil toxunulmazlığını pozma) ilə də tövsif etməyə ehtiyac yoxdur. Eyni məntiqlə belə nəticəyə gəlmək olar ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri özgəyə məxsus zəbt etdiyi torpaq sahəsində əkib becərmiş şəxslərin də əməlini Cinayət Məcəlləsinin 237-ci maddəsindən əlavə olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız olaraq Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham verilmişdir. Ona görə də onların barəsində həmin maddə üzrə bəraət hökmünü çıxarılması işin faktiki hallarına uyğundur. Həmçinin, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs1 verilmiş digər maddələr üzrə, yəni onun Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri üzrə təqsirli bilinməsi ilə bağlı qeyd edir ki, ona həmin maddələr üzrə verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunur, buna görə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də ittiham verilməsi əsassızdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşımaqla üzərində saxlamış, xx xxx 2019-cu ildə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman əynində olmuş hərbi geyim forması olan kitelin sağ cibindən 1 ədəd sellofan bükümün içərisində 11,41 qram çəkidə və həmin kitelin sol cibindən “Winston” markalı 1 ədəd siqaret qutusuna yerləşdirilmiş 1 ədəd siqaretin içərisinə doldurulmuş vəziyyətdə 0,27 qram çəkidə, ümumilikdə 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasınagörə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın xx xxx 2019-cu il tarixli 282 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əkilib-becərilmiş 327 ədəd...” sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada ümumi sayı 327 ( üç yüz iyirmi yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2 kiloqram 10 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs1 üzərində aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 11,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisindəki 01 (bir) ədəd papirosun içərisində təmiz çəkisi-0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin papirosun içərisində, təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş 327 (üç yüz iyirmi yeddi) ədəd bitkilər, 01 (bir) ədəd şəffaf bükümdə və 01 (bir) ədəd papirosun içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Konkret halda Təqsirləndirilən şəxs1 çəkisi 2 kiloqram 10 qram olan, külli miqdar təşkil edən 327 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini peyin və kübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin tərkib hissəsi ilə, üzərində aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan bükümün içərisində 11,41 qram çəkidə və həmin kitelin sol cibindən “Winston” markalı 1 ədəd siqaret qutusuna yerləşdirilmiş 1 ədəd siqaretin içərisinə doldurulmuş vəziyyətdə 0,27 qram çəkidə, ümumilikdə 11,68 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tərkib hissələrinin eyni olması onu deməyə əsas verir ki, Rauf Süleymanov üzərində aşkar olunmuş narkotik vasitəni kultivasiya etmiş olduğu 327 ədəd çətənə bitkilərində yığıb qurutmuşdur. Bununla da o, bütövlükdə Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin toplanmasına, saxlanılmasına görə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Rauf Süleymanova həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əkib becərməsini, onun hissələrini satış məqsədi ilə olmadan topladığını bildirməsindən asılı olmayaraq, Təqsirləndirilən şəxs1 əməli yalnız Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunur, bu səbəbdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamın ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi dəlillər yəni, X25 Məhkəməsinin məlum hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxslərə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından bəraət verilməsi ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməllərin təqsirliliklərinin olmaması, həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə onun əməlinin eyni zamanda ona elan edilmiş Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri üzrə əhatə olunması hissəsində apellyasiya şikayətinin dəlillərini əsaslı saysa da, təqsirləndirillən şəxslərə elan edilmiş CM-nin 237.2.1 və 237.2.3-cü maddələr üzrə onların əməllərində həmin maddənin tərkib hissələrinin mövcud olması qənaətindədir. Ona görə apellyasiya şikayətinin həmin hissədə təmin edilməsi əsassızdır. Belə ki, təqsirləndirilən şəxslərin törətdikləri əməldə Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onların əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Habelə, Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü ilə maddələri ittiham verilərkən onların əməlini Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində ona istinad edilən Cinayət Məcəlləsinin 188.1-ci və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 münasibətdə isə onun əməlində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.1-ci və 234.1-ci maddələri ilə, həmçinin də Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1-ci maddəsi təqsirli bilib onlara cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsinə müvafiq olaraq, (399.1.2) məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; (399.1.4) cinayət qanunu normasının düzgün tətbiq edilməməsi – apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Cinayət-Prosessual Məcəlləsinin 401.1 və 401.1.1-ci maddələrinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 403.0 və 403.0.3-cü maddələrinə əsasən, cinayət qanunu normasının düzgün şərh (təfsir) edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməli, ona Azərbaycan Respublikası 234.1.ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1 və Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1.ci maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılmalı, Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamı əsaslı sayır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Onlara göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə Cinayət Məcəlləsinin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngüləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş və xx xxx 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. X2 xx xxx 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş və xx xxx 2019-cu ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxxxx 2019-cu ildə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Onların həbsdə olduğu və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin ağır cinayətlər kateqoriyasına aid edildiyindən Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlar təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd sellofan torbada tədqiqatdan sonrakı yaş vəziyyətdə təmiz çəkisi 2 kq 9,10 qram olan 327 ədəd çətənə bitkiləri, həmçinin 1 ədəd şəffaf bükümdə tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-11,36 qram marixuana, 1 ədəd papirosun içərisində tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-0,22 qram marixuana məhv edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onlarınlər barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə ekspertiza xərci 34 (otuz dörd) manat 35 qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 17 manat 17 qəpik olmaqla tutularaq dövlət hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1 və 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399.1, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.1, 234.1, 237.2.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə X23 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-22/2020 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ona verilmiş ümumi ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin və ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ izah edilsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı xx xxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi Narkoloji Dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 34 (otuz dörd ) manat 35 (otuz beş) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 17 ( on yeddi) manat 17 ( on yeddi) qəpik olmaqla tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd sellofan torbada tədqiqatdan sonrakı yaş vəziyyətdə təmiz çəkisi 2 kq 9,10 qram olan 327 ədəd çətənə bitkiləri, həmçinin 1 ədəd şəffaf bükümdə tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-11,36 qram marixuana, 1 ədəd papirosun içərisində tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi-0,22 qram marixuana məhv edilsin. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-125/2020
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-125/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver