Məhkəmə qərarları › İş №1(107)-126/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-126/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-126/2020 12.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)- 72/2020 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X12 Məhkəməsinin (sədrlik edən hakim B.Məmmədov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1978-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) ilmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi,cəza çəkmə müddətinin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Zaqatala rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 60,057 qram heroin, heroinin olduğu sellofan torba, 18 ədəd 1ml-lik şpristlər, “Sobranie” siqaret qutusu, 02 ədəd karton kağız parçaları və 07 ədəd gümüşü-ağ rəngli kağız parçalarının məhv edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınması hökmedilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində eyni məqsədlə qanunsuz olaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 1205-də Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin evdə baxış keçirilərkən külli miqdarda, yəni təmiz çəkisi 60,107 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, eləcə də narkotik vasitəni satmasında istifadə etdiyi, üzərlərində cüzi miqdarda narkotik vasitə olan heroinin hissəcikləri olan 1 ml-lik 18 ədəd şprits və 02 ədəd karton kağız parçaları, 07 ədəd gümüşü-ağ rəngli kağız parçaları aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hökmdən narazıdır. Belə ki, o özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1-ci madəsilə təqsirli hesab edir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X6 çıxışında apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, Təqsirləndirilən şəxs CM-in 234.1 maddəsi ilə səmimi peşmançılığını bildirmiş və törətdiyi əməli səmimi etiraf etmişdir. İş materiallarında, məhkəmə istintaqında da verilmiş ifadələrində də bildirmişdir ki, hər hansı satış məqsədi olmamışdır. Şprislərin olması onların satış məqsədi kimi qiymətləndirilməməlidir. Müdafiə etdiyi şəxsin etirafı həcmində onun əməli CM-in 243.4.3 maddəsindən CM-in 234.1 maddəsinə tövsif olunmasını və həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli hesab edərək ifadəsində bildirdi ki, evində aşkar edilmiş narkotik vasitəni, şpritsləri və digər aşkar edilmiş əşyalar qəbul edir. Belə ki, o narkotik maddələrin istifadəçisidir, həm də xəstəsidir. Lakin, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. O, özünü CM-in 234.4.3-cü maddəsi ilə yox, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla 2019-cu ilin təxminən dekabr ayının sonlarında saat 17 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən qəbirstanlığa mərhum atası Orucəlinin qəbrini ziyarət etməyə gedərkən qəbirstanlığın böyük girişindən içəri daxil olduqdan sonra giriş qapısından solda yerləşən reklam lövhəsinin yanındakı zibil qutusunun yanında sellofan torbada büküm olduğunu görmüş, narkotik istifadəçisi olduğu üçün həmin büküm onun diqqətini çəkməklə bükümə baxdıqda içində qəhvəyi rəngli narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə yaşadığı evə gətirərək qara rəngli əl çantasının içərisinə qoyub yataq otağında şkafın üzərində olan tumbanın altında saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Zaqatala şəhəri ərazisində VAZ-2105 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə məhkəmənin qərarı ilə yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Onun və oraya dəvət edilmiş iki nəfər hal şahidlərinin iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman pilləkənlə evə qalxdıqda sağ tərəfdə olan otaqda divar boyu olan şkafın içində ayrıayrılıqda 2 ədəd şəffaf sellofan torbada şpritslər, şkafın yanındakı stolun alt hissəsindən 1 ədəd sellofan torbada şpritslər və şkafda 2 ədəd şprits aşkar olunaraq ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra pilləkənlə üzbəüz olan dəhlizin sağ tərəfindəki yataq otağında qiriş qapısının sol tərəfində olan şkafın üzərində olan tumbanın üst hissəsində 2 ədəd şprits, 1 ədəd ağ rənqli “Sobranie” siqaret qutusunun içərisində 1 ədəd üzərində qəhvəyi rəngli toz hissəcikləri və “Nar” yazısı olan karton kağız parçası, 1 ədəd üzərində toz hissəcikləri olan üzərində 2 yazılmış oyun kartı və 7ədəd gümüşü rəngli kağız parçası və tumbanın içərisində olan 1 ədəd şprits götürülərək ağ zərfdə qablaşdırılmışdır. Bundan sonra tumbanın altındakı qara rəngli dəri əl çantasının içərisində saxladığı ümumi çəkisi 62,27 qram olan büküm aşkar olunduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı polis əməkdaşlarına həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, həmin bükümü yaşadığı evin yaxınlığındakı qəbiristanlıqdan tapdığını və öz istifadəsi üçün yaşadığı evə gətirib saxladığını bildirmişdir. Evində aşkar olunan şpritslər anası Rəhimənin insulin şpritsləri olmuş, tutulduğu tarixdən 10 gün əvvəl tapdığı narkotik vasitədən on gün ərzində sonuncu dəfə 2020-ci ilin yanvar ayının 1-2 tarixində istifadə etməklə həmin 18 ədəd şpritslə heroini özü istifadə etmişdir. O, həmin narkotik vasitəni “kakos” kimi tanıdığı üçün narkotik vasitənin onun sağlamlığına pis təsir etməsindən qorxaraq hər dəfəsində az miqdarda qəbul etmişdir. Onun evinə baxış zamanı aşkar edilmiş yeddi ədəd gümüşü-ağ rəngli kağız parçalarından öz şəxsi istifadəsi üçün narkotik vasitəni qurutduqdan sonra həmin kağız parçalarının içərisinə yığaraq saxlamışdır. Heç vaxt narkotik vasitələri satmaq məqsədi olmamış, aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid Zaqatala rayon Polis Şöbəsinin X2 baş əməliyyat müvəkkili işləyən Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən əməliyyat işi açılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Zaqatala rayon məhkəməsinə vəsatət və təqdimat verilərək 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı sahəsinə və yardımçı binalara daxil olmaqla baxış keçirilməsi haqqında məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar əsasında xx xxxxxx 2020-ci il tarixdə Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid9, əməliyyat müvəkkili Şahid10, X1 baş inspektoru Şahid8, dəvət edilmiş hal şahidləri Şahid1 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək məqsədilə ünvan 1 ünvanında yerləşən evə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evə baxış keçirilməsi haqqında məhkəmə qərarı elan olunduqdan sonra Təqsirləndirilən şəxs, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 1 ünvanında yerləşən evə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin pilləkəni ilə qalxdıqda sağ tərəfdə olan otaqda divar boyu olan şkafın içində ayrı-ayrılıqda iki ədəd şəffaf sellofan torbada şpritslər, şkafın yanındakı stolun alt hissəsindən bir ədəd sellofan torbada şpritslər və şkafda iki ədəd şpritslər aşkar olunaraq ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra pilləkənlə üzbəüz olan dəhlizin sağ tərəfindəki yataq otağına giriş qapısının sol tərəfində olan şkafın üzərində olan tumbanın üst hissəsində iki ədəd şprits, bir ədəd ağ rəngli “Sobraniye” siqaret qutusunun içərisində bir ədəd üzərində qəhvəyi rəngli toz hissəcikləri və üzərində “Nar” yazısı olan karton kağız parçası, bir ədəd üzərində toz hissəcikləri olan üzərində iki yazılmış oyun kartı, yeddi ədəd gümüşü rəngli kağız parçası və tumbanın içərisində olan bir ədəd şprits götürülərək ağ zərfdə qablaşdırılmışdır. Bundan sonra tumbanın arxa hissəsində bir ədəd qara rəngli dəri əl çantasının içərisində şəffaf rəngli sellofan bükümün içərisində qara rəngli sellofan bükümün və həmin bükümün içərisinə qoyulmuş qəhvəyi rəngli maddə aşkar edilmiş, həmin maddə sellofan bükümü ilə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 62,27 qram təşkil etmişdir. Həmin aşkar olunan narkotik vasitəyə oxşar maddə də ağ rəngli kağız parçasında qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, tapdığını və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid9, əməliyyat müvəkkili Şahid10, X1 baş inspektoru işləyən Şahid8, hal şahidləri Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla əvvəllər narkotik vasitə istifadə etmiş və bunun üstündə əri ilə aralarında münaqişələri olmuşdur. 2017-ci il tarixdə Orucəli adlı uşaqları dünyaya gəldikdən sonra Rəşadın narkotik vasitələrdən uzaq olmasını və istifadə etməməsini hesab etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində polis əməkdaşları yaşadıqları ünvan 4 ünvanına gələrək məhkəmənin qərarı ilə yaşadıqları evə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları yaşadıqları evə baxış keçirmiş, həmin vaxt həyəcanlı olduğu üçün oradan nə tapıldığını bilməmişdir. Sonra evin girişindəki pilləkənlə üzbəüz olan dəhlizin sağ tərəfindəki yataq otağının giriş qapısının sol tərəfində olan şkafın üzərində olan tumbanın üst hissəsindən nə isə tapıldığını eşitmiş, lakin narkotik vasitə aşkar edildiyini bilməmişdir. Baxış başa çatdırıldıqdan sonra əri Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Rəşad tutulduqdan sonra evindən aşkar edilib götürülmüş şeylərin narkotik vasitə olduğunu bilmişdir. Evlərində narkotik olmasından və ya saxlanılmasından, evdə aşkar edilmiş şpristlərdən hər hansı məlumatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdən tanımış, Rəşadın əvvəl polisdə işlədiyini, daha sonra narkotikdən istifadə etdiyi üçün polisdən xaric edildiyini bilmişdir. Özü əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, 2019-cu il tarixdə şəxsi istifadə üçün narkotik vasitə saxlaması səbəbilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun gətirdiyi narkotik vasitədən təxminən iki-üç dəfə narkotik vasitə olan heroindən istifadə etmiş, lakin narkotikə görə Rəşada heç bir məbləğdə pul verməmişdir. İstintaq zamanı müstəntiq ona yenidən məsuliyyətə cəlb olunacağını bildirdiyinə görə qorxub ifadəsində guya Rəşadın ona pul müqabilində narkotik vasitə təşkil etdiyini bildirmişdir. Əsl həqiqətdə Rəşad narkotik vasitə üçün ondan heç bir məbləğdə pul almamışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımaqla münasibətləri normal olmuş, özü əvvəllər narkotik istifadəçisi olsa da təxminən 2020-ci ilin yanvar ayından başlayaraq narkotik vasitə istifadə etməmişdir. Təxminən iki-üç il əvvəl Rəşadla birlikdə sonuncunun gətirdiyi narkotik vasitəni qəbul etmiş, lakin Rəşad ona narkotik vasitəni satmamış, həmçinin Rəşadın narkotik vasitə satması barədə heç bir məlumatı olmamışdır. Rayon Polis Şöbəsində ifadəsi alınarkən orada Təqsirləndirilən şəxs narkotik vasitənin satışına görə tutulmasını eşitmişdir. İfadəsində də o cür göstərmiş, ola bilsin ki, müstəntiq onun fikrini yanlış anlayaraq onun adından Rəşadın narkotik vasitə satmasını eşitdiyini ifadəsində yazmışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşamaqla Rəşadla münasibəti normal olmuşdur. Zaqatala şəhər bazarında qəssablardan heyvanların satılmayan artıq tullantılarını yığaraq satmaqla məşğul olmuş, Rəşad da ondan özünə məxsus itinə yem vermək üçün tullantılar yığmağı xahiş etmişdir. Rəşada müxtəlif vaxtlarda pul müqabilində heyvan tullantıları vermiş, bəzi vaxtlarda Rəşad özü gəlib həmin tullantıları bazardan götürmüş, bəzi vaxtlarda isə özü aparıb həmin tullantıları Rəşadın evinə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində təkrarən Rəşadın yaşadığı evə sonuncunun itinə heyvan tullantıları apararkən Rəşad onun narkotik istifadəçisi olduğunu bildiyi üçün ona balaca bir kağızın içərisində təxminən bir günəbaxan tumu böyüklükdə açıq qəhvəyi rəngli toz halında narkotik pay vermişdir. Həmin narkotiki götürərək yaşadığı mənzildə narkotik vasitəni qəbul etmişdir. Çox vaxt Rəşada yemi pulsuz verdiyinə görə sonuncu da həmin vaxt narkotik vasitəni ona pulsuz vermişdir. Rəşad həbsdə olarkən ona zəng vuraraq ittiham aktında yazılanlara əsasən onun ifadəsində Rəşadın ona narkotik vasitə satdığını qeyd etdiyini bildirmiş, lakin Rəşad ona narkotik vasitə satmamış, məhkəməyədək icraat zamanı ifadəsinin həmin hissəsini təsdiq etməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə pilləkənlə qalxdıqda şkafın üzərində olan tumbanın altından aşkar olunaraq götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-60,107 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə pilləkənlə qalxdıqda sağ tərəfdəki otaqda aşkar olunaraq götürülmüş şpristlər” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd sellofan torbalarda ümumilikdə 15 (on beş) ədəd 1ml-lik şpritslərdə cuzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə-heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evə pilləkənlə qalxdıqda aşkar edilərək götürülmüş, 3 ədəd şprist, 1 ədəd ağ rəngli “Sobranie” siqaret qutusunun içərisində.kağız parçası” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: -03 (üç) ədəd 1ml-lik şpritslərdə cuzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə olan heroin hissəcikləridir; -01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindəki, 02 (iki) ədəd karton kağız parçalarının üzərlərindəki cuzi miqdarda olan maddə hissəcikləri narkotik vasitə-heroin hissəcikləridir. Həmin siqaret qutusunun içərisindəki yeddi ədəd gümüşü-ağ rəngli kağız parçalarının üzərində narkotik maddə hissəcikləri aşkar olunmamışdır. Tədqiqata təqdim edilmiş 18 (on səkkiz) ədəd 1 ml-lik şpritslərdəki və 02 (iki) ədəd karton kağız parçalarının üzərindəki cuzi miqdarda olan heroin hissəcikləri müqayisəli tədqiqatın aparılması üçün zəruri olan miqdardan az olduğuna görə həmin obyektlərlə 01 (bir) ədəd sellofan bükümdəki heroinin müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinin sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020ci il tarixli 114/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu- “Heroin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, kannabinoidlər və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1415-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Zaqatala RPŞ tərəfindən ********* nömrəli cinayət işi üzrə CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2011-ci il tarixdə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmiş, xx xxxxx 2013-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 200 nömrəli məktubdan görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Zaqatala RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatr xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur, 2013-cü ildən narkoloji xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xx xxxxx 2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs оğlu satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində eyni məqsədlə qanunsuz olaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 1205-də Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin evdə baxış keçirilərkən külli miqdarda, yəni təmiz çəkisi 60,107 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, eləcə də narkotik vasitəni satmasında istifadə etdiyi, üzərlərində cüzi miqdarda narkotik vasitə olan heroinin hissəcikləri olan 1 ml-lik 18 ədəd şprits və 02 ədəd karton kağız parçaları, 07 ədəd gümüşü-ağ rəngli kağız parçaları aşkar olunaraq götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs apellyasiya şikayətindən bəlli olur ki, o özünü CM-in 243.4.3-cü maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli hesab edir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Çünki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona CM-in 234.1-ci maddəsi ilə ittiham edilməli olduğu halda, CM-in 234.4.3-cü maddəsi ilə ittiham edildiyini bildirsədə, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində Rəşadın narkotik vasitə satması barədə heç bir məlumatının olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadəsində Rəşadın narkotik vasitə satdığını eşitdiyini bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində ola bilsin ki, müstəntiq onun fikrini yanlış anlayaraq onun adından Rəşadın narkotik vasitə satmasını eşitdiyini ifadəsində yazdığını bildirsə də verdiyi ifadəni oxuduğunu, öz sözləri ilə yazıldığını, əlavə və düzəlişlərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. (cinayət işi 1-ci cild səh.140-141) Eyni zamanda həm ibtidai istintaqda həm də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 da verdiyi ifadəsində Rəşadın yaşadığı evə sonuncunun itinə heyvan tullantıları apararkən Rəşad onun narkotik istifadəçisi olduğunu bildiyi üçün ona balaca bir kağızın içərisində təxminən bir günəbaxan tumu böyüklükdə açıq qəhvəyi rəngli toz halında narkotik pay verdiyini bildirmişdir. (cinayət işi 1-ci cild səh.70) Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, həmçinin hazıkı məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası X12 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-72/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. X12 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-72/2020 nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar