Məhkəmə qərarları › İş №1(107)-126/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-126/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-126/2022 16.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-66/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 23 dekabr 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1979-cu ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 17 sentyabr 2021-ci il tarixdən hesab edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması xx xxxxx 1986-cı ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə аzаdlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Məlikballı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 оğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi və onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd narkotik tərkibli çətənə bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 95,85 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, Hökmün maddi sübutların məhv edilməsi və məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən 03 ədəd çətənə bitkisinin toxumlarını əldə edib özündə saxlamış, bu məqsədlə 2021-ci ilin iyun ayında, dəqiq tarixi istintaqa məlum olmayan günlərin birində Ucar rayonu, Məlikballı kəndində yaşadığı ünvanın həyətyanı sahəsində yerləşən istixanada və divarın dibində həmin çətənə bitki toxumlarının əkilməsi üçün münbit şərait yaratmış, sonra isə tərkibində narkotik maddələr olan ümumilikdə 03 ədəd çətənə bitkisinin toxumlarını həmin yerlərdə qanunsuz olaraq əkərək, su, peyin və mineral maddələr verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək xeyli miqdarda kultivasiya etmiş, həmçinin o, istintаqа məlum оlmаyаn vaxtda və mənbədən sаtış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 96.20 qram çəkidə qurudulmuş marixuana əldə edərək yaşadığı ünvanda sаxlаmış, şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd kibrit qutusunda olmaqla, ümumi təmiz çəkisi 18,93 qram qurudulmuş marixuanananı 16 sentyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 200 manata yaşadığı evin qarşısında pulu sonradan alacağı ilə razılaşıb satmış, Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində 17 sentyabr 2021-ci il tаrixdə, sааt 01 rаdələrində Təqsirləndirilən şəxs1 Ucаr rayonu, Məlikballı kəndi ərazisində sаxlаnıldıqdаn sоnrа Ucar Rаyоn Pоlis Şöbəsinə gətirilib növbətçi hissədə üzərində şəxsi аxtаrış аpаrılаn zаmаn əynində оlаn boz rəngli şalvarının sağ yаn cibində 1 ədəd sarı rəngli polietilen torbada satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd kibrit qutusunda daşıyaraq qanunsuz olaraq saxladığı, ayrı-ayrılıqda təmiz çəkiləri 3.50 qram, 3.61 qram, 3.49 qram, 4.07 qram və 4.26 qram olmaqla-ümumi təmiz çəkisi 18,93 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış-tərkiblərinə görə eyni narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüş, ardınca 17 sentyabr 2021-ci il tаrixdə, sааt 14-15 rаdələrində Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində Ucar rаyоnu, Məlikballı kəndindəki yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, 117, 177 və 210 sm uzunluqlarında, ümumi təmiz çəkisi 1 kiloqram 910 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin həyətdə tikilidə satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şüşə balonun içərisində olan 1 ədəd şəffaf rəngli sellofan torbada və həmin həyətdə yerləşən ayaqyolunun arxasında 1 ədəd şəffaf rəngli sellofan torbada qanunsuz olaraq saxladığı təmiz çəkisi 43,60 qram və 33,67 qram olmaqla, ümumi təmiz çəkisi 77,27 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış-tərkiblərinə görə eyni narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 16 sentyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs2 sаtış məqsədi olmadan 5 kibrit qutusunda 1 qutusu 40 manatdan olmaqla ümumilikdə 200 manata pulu sonradan verəcəyi ilə razılaşıb sonuncunun evinin qarşısında qanunsuz olaraq alıb şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək sаxlаmış və üzərində daşımış, 17 sentyabr 2021-ci il tаrixdə, sааt 01 rаdələrində Ucаr rayonu, Məlikballı kəndi ərazisində Ucаr Rayon Polis Şöbəsinin əməkdаşlаrı tərəfindən keçirilmiş əməliyyаt tədbirləri nəticəsində sаxlаnıldıqdаn sоnrа Ucar Rаyоn Pоlis Şöbəsinə gətirilib növbətçi hissədə üzərində şəxsi аxtаrış аpаrılаn zаmаn əynində оlаn boz rəngli şalvarının sağ yаn cibində 1 ədəd sarı rəngli polietilen torbada satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd kibrit qutusunda daşıyaraq qanunsuz olaraq saxladığı, ayrı-ayrılıqda təmiz çəkiləri 3.50 qram, 3.61 qram, 3.49 qram, 4.07 qram və 4.26 qram olmaqla-ümumi təmiz çəkisi 18,93 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmıştərkiblərinə görə eyni narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs2 CM-in 234.2 və 237.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə tövsif olunaraq, cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində hökmə adil, ədalətlə baxaraq, humanist qərar çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Müdafiəçi3 əlavə olaraq bildirdi ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 sаtış məqsədi olmadan 5 kibrit qutuda istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı nisyə aldığını demişdir. Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. İbtidai istintaq zamanı hər iki təqsirləndirilən şəxsin birbiriləri ilə əlaqə saxlaması və əlaqə saxlayan zaman onların danışıqlarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında digər Təqsirləndirilən şəxs1 ona köməklik edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X3 apellyasiya şikayətləri üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onlıarın müdafiəçilərinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 оğlu bildirmişdir ki, özünü qismən təqsirli bilir. Bir müddət əvvəl yaşadığı kənddə yabanı halda 1 ədəd çətənə koluna rast gəlmiş və onun hissələrindən özünə götürüb yaşadığı ünvana gətirməklə ondan istifadə etmişdir. Həmin bitkinin hissələrindən əldə etdiyi bir neçə ədəd toxumu əkmək qərarına gəldiyi üçün saxlamış və həmin toxumları 2021-ci ilin iyun ayında, dəqiq tarixi yadında qalmayan vaxtda yaşadığı həyətdəki istixanada 2 ədədini, 1 ədədini isə divarın dibində əkmiş, əkdiyi toxumlara su, peyin və gübrə vermişdir. Hazırda bu əmələ görə peşmandır. Təqsirləndirilən şəxs1 heçnə satmamışdır, deyilənlərin hamısı şər böhtandır. Himayəsində ahıl anası vardır. Köməklik edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər təklikdə narkotik vasitə olan marixuana qəbul etmişdir. Həmin narkotiki qəbul etsə də ondan asılı deyildir, nə vaxt istəsə onda qəbul etmişdir. Bir müddət əvvəl yaşadığı kənddə yabanı halda 1 ədəd çətənə koluna rast gəlmiş və onun hissələrindən özünə götürüb yaşadığı ünvana gətirməklə ondan istifadə etmişdir. Həmin bitkinin hissələrindən əldə etdiyi bir neçə ədəd toxumu əkmək qərarına gəldiyi üçün saxlamış və həmin toxumları 2021-ci ilin iyun ayında, dəqiq tarixi yadında qalmayan vaxtda yaşadığı həyətdəki istixanada 2 ədədini, 1 ədədini isə divarın dibində əkmiş, əkdiyi toxumlara su, peyin və gübrə vermişdir. Vaxt keçdikdə həmin toxumlar cücərmiş və böyüməyə başlamışlar. Bitkilərə bir neçə ay qulluq etmiş, kənarlarını da alaq otlarından təmizləmişdir. Bununla yanaşı yenə yadında qalmayan vaxtda yaşadığı kənddə sahədə yabanı halda bitmiş 1 ədəd çətənə koluna rast gəlmiş və həmin bitkinin hissələrindən yığıb şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirmişdir. Yaşadığı ünvanda tikilidə 1 ədəd 3 kiloqramlıq şüşə balonun içərisində 1 ədəd şəffaf rəngli sellofan torbada gizlətmiş, eləcə də həmin kütlənin yararsız hesab etdiyi hissələrinə isə 1 ədəd şəffaf rəngli sellofan torbaya yığıb həyətindəki ayaqyolunun arxasına tullamışdır. 17 sentyabr 2021-ci il tarixdə, saat 14-15 radələrində polis əməkdaşları yaşadığı ünvana gələrək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz kultivasiyasında şübhəli olduğunu bildirməklə yaşadığı ünvana baxış keçirilməsinə icazə istəmişlər. O, buna razılıq vermiş və razılığı əsasında yaşadığı ünvana videoçəkilişlə baxış keçirilən zaman yaşadığı ünvanda qanunsuz olaraq saxladığı və qanunsuz əkdiyi bütün əşyalar aşkar edilərək götürülmüşdür. O, baxış zamanı məlum predmetləri hansı formada əldə etməyini iştirakçılara bildirmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişlər və Ucar Rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilməklə yanaşı dövlət hesabına təmin olunduğu vəkilinin iştirakı ilə növbətçi hissədə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Buna görə də müvafiq protokol tərtib edilmiş, özü və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı vaxta qədər heç bir əsəb və yа ruhi xəstəlik keçirməmiş və narkotik istifadə etməsindən, eləcə də əkməsindən heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Hazırkı vaxta qədər həmkəndlisi Təqsirləndirilən şəxs1 və ya başqa hər hansı şəxsə narkotik satmamışdır. Təqsirləndirilən şəxs1 göstərdikləri həqiqəti əks etdirmir. Ucar Rayon Polis Şöbəsində olarkən, izahat və ifadə verərkən ona heç bir zor və ya hədə tətbiq edən olmamış, sərbəst şəkildə izahat və ifadəsini vermişdir. Məhkəmədən yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində ahıl anasının olmasını, bacısına və onun 2 azyaşlı uşağına maddi cəhətdən köməklik etməsini nəzərə alaraq ona özünün təqsirli bildiyi maddələrin, yəni 234.1 və 237.1-ci maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında digər Təqsirləndirilən şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs2 5 qutu narkotik vasitəni çəkmək üçün götürmüş, əvəzində əlinə pul keçən zaman 200 manat pul verəcəyini bildirmişdir. Əvvəlcədən aralarında razılaşma olmamış, ona telefonla zəng etməmişdir. Yolda qapılarının yanında narkotik vasitəni almışdır. İşdən gələn zaman Təqsirləndirilən şəxs2 görmüş, evə gedib qayıtdıqdan sonra gəlib söhbət etmişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırmağa çalışır. Təxminən 8-9 il əvvəl ilk dəfə narkotik vasitə istifadə etmiş, həmçinin bir olar ki, narkotik vasitə olan qurudulmuş marixuana çəkmişdir. Marixuana qəbul etsə də ondan asılı deyildir, nə vaxt istəsə onda qəbul etmişdir. Belə ki, yaşadığı kəndin yaxınlığında yerləşən sahədə yabanı halda bitmiş yaşıl rəngdə olan marixuananı yığaraq qurutmuş və sonra da istifadə etmişdir. Təxminən 5-6 ay əvvəl həmkəndlisi Müzəffərin oğlu Seymurun marixuana satmasını eşitmişdir. Buna görə Seymura müraciət edərək pulla ona marixuana satmasını xahiş etmişdir. Seymur ona 1 qutusu 60 manatdan olmaqla 2 qutu marixuana satmış və o, həmin marixuananı özü istifadə etmişdir. Seymur ona bir dəfə marixuana satdığı üçün o, yenə Seymurla yolda görüşmüş və bu zaman Seymur bir kibrit qutusu qurudulmuş marixuananı 40 manata satdığını demişdir. Bundan sonra aralarında olan razılığa əsasən Seymurdan 5 qutu qurudulmuş marixuananı nisyə almış və 2021-ci ilin oktyabr ayının əvvəllərinə qədər cəmi 200 manat məbləğində pulunu verəcəyinə söz vermişdir. O, 17 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində həmin 5 ədəd kibrit qutusu marixuananı əynində olan boz rəngli şalvarın sağ yan cibinə sarı rəngli 1 ədəd polietilen torbada qoyaraq yaşadığı kəndin iç yolu ilə piyada gedən zaman polis əməkdaşları onu və yanında olan həmkəndlisi Bəhərçin Hacıyevi saxlayaraq onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmalarını və bununla bağlı Ucar Rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. O və həmkəndlisi Bəhərçin etiraz etmədən polis şöbəsinə getmiş və polis şöbəsinin növbətçi hissədə müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin 5 ədəd kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı axtarış iştirakçılarına təqdim etmişdir. Həmin qurudulmuş marixuanalar elektron tərəzidə çəkilərək qutuları ilə birlikdə 35 qrama yaxın çəkisinin olması aşkar olunmuş və həmin qutular müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları ondan kibrit qutularında aşkar edilmiş yaşıl rəngli kütlələrin nə olduğunu soruşduqda o, həmin kütlələrin marixuana olmasını, özünə məxsus olmasını və ondan istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Buna görə də müvafiq protokol tərtib edilmiş, özü və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik istifadə etməsindən ailə üzvlərinin və həmkəndlisi Bəhərçin Hacıyevin xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş məlum narkotik vasitəni 16 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Seymurun yaşadığı evin qarşısında görüşərək sonuncudan 200 manata almışdır. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almış, lakin özü heç vaxtı narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni çöldən yığdığını bildirsə də sonradan həqiqəti danışmağı özünə borc bilmiş və narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs2 aldığını qeyd etmişdir. Əvvəllər heç bir əsəb və yа ruhi xəstəlik keçirməmişdir. Ucar Rayon Polis Şöbəsində olarkən, izahat və ifadə verərkən ona heç bir zor və ya hədə tətbiq edən olmamış, sərbəst şəkildə izahat və ifadəsini vermişdir. Məlum ekspertiza rəyi ilə tanış olmuş, rəylə razılaşmış, özünü təqsirli bilmiş və törətdiyi cinayət əməlinə görə peşmаndır.Məhkəmədən yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Məlikballı kənd sakinləri Təqsirləndirilən şəxs1 və X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və həmin vaxtı birlikdə olmaları barədə ona məlumat daxil olduğundan raportu əsasında Ucar Rayon Polis Şöbəsinin rəisinin əmri ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. 17 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində o, qrupun digər üzvləri ilə birlikdə Məlikballı kəndində adları çəkilən şəxslərin yaşadıqları ünvan istiqamətində getdikdə Təqsirləndirilən şəxs1 və Bəhərçin Hacıyevi kəndin içərisində, yolda birlikdə piyada getdiklərini görüb həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirməklə məlum şəxsləri Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs1 və Bəhərçin Hacıyev şübhəli şəxs qismində tutulmuşlar. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra Ucar rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 dövlət hesabına müdafiəçi ilə təmin edilməsindən ötrü Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 təqdim olunmuş vəkillərin siyahısından seçdiyi müdafiəçi ilə az müddət sonra təmin olunmuşdur. Dəvət olunmuş vəkilin də iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd sellofan torbanın içərisində 5 ədəd kibrit qutusunda olmaqla narkotik vasitəyə oxşar yaşıl rəngli kütlələr aşkar edilmişdir. Aşkar edilmiş predmetlər elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin predmetlərin kimə məxsus olmasını və haradan əldə etməyini soruşduqda Təqsirləndirilən şəxs1, həmin kütlələrin özünə məxsus olmasını və çöldən yabanı halda rast gəldiyi 1 ədəd bitkidən yığaraq özü istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də başqa cinayət xarakerli əşya və ya iz aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş predmetlər müvafiq qaydada götürülüb qablaşdırılmış və Ucar Rayon Polis Şöbəsinin 71 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Axtarış barədə tərtib edilmiş protokolu özü və digər iştirakçılar imzalamışlar. Bunun ardınca qanunla müəyyən edilmiş qaydada digər şəxsin- Məlikballı kənd sakini X5 üzərində dövlət hesabına təmin olunmuş vəkili və dəvət edilmiş 2 nəfər hal şahidlərinin iştirakları ilə Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində şəxsi axtarış keçirilmiş və Bəhərçin Hacıyevin üzərindən hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 İstintaq bölməsində verdiyi izahatında üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs2 200 manata aldığını bildirdiyindən sonuncunun Məlikballı kəndindəki yaşadığı ünvana videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 razılığı ilə keçirilmiş baxış zamanı birinciyə məxsus həyətyanı sahədə yerləşən istixanada torpaqda əkilib becərilmiş 2 ədəd, eləcə də həyətin digər tərəfində divarın dibində torpaqda əkilib becərilmiş 1 ədəd olmaqla, ümumilikdə 3 ədəd aqrotexniki qaydada qulluq edilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitki kolları və həyətdə yerləşən tikilinin içərisində 1 ədəd 3 kiloqramlıq şüşə balonun içərisində 1 ədəd şəffaf rəngli sellofan torbanın və həyətdə yerləşən ayaqyolunun yanında 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd çətənə bitkisi kollarının və 2 ədəd sellofan torbada olan narkotik vasitənin, yəni qurudulmuş marixuananın özünə məxsus olmasını, həmin bitkiləri özü üçün əkib becərdiyini və narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonda tərtib edilmiş protokolu bütün iştirakçılar, o cümlədən özü imzalamışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinə gəlməklə növbətçi hissədə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət hesabına təmin edildiyi vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokola bütün iştirakçılar imza etmişlər. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1, Bəhərçin Hacıyevi və Təqsirləndirilən şəxs2 bir rayon sakini kimi tanımamış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Birinci instansiya məhkəməsi iclasında şаhid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan X10 X6 sektorunun aparıcı mütəxəssisi A.Tağıyev tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli rəydən görünür ki, təqdim olunan bitkilər narkotik xassəli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq göstərilmiş və kultivasiya edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2021-ci il tаrixli, 17/701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olumuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindəki istixanadan götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, hündürlükləri 117 sm və 177 sm, ümumi təmiz çəkiləri-655,00 qram olan 02 (iki) ədəd bitki nümunələri əkilb-becərilməsi qadağan olumuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində divarın dibindən götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, hündürlüyü 210 sm, təmiz çəkiləri-1 kiloqram 255,00 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilbbecərilməsi qadağan olumuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Ağarəhim Tağıyevin 17 sentyabr 2021-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olumuş, üzərində “...Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı götürülmüş...5 (beş) ədəd kibrit qutusunda...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri-3,50 qr., 3,61 qr., 3,49 qr., 4,07 qr. və 4,26 qr., ümumi təmiz çəkiləri-18,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olumuş, üzərində “...Təqsirləndirilən şəxs2 məxsus damında götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi-43,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olumuş, üzərində “...Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinin ayaq hissəsində aşkar olunmuş...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi-33,67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd kibrit qutularında və 02 (iki) ədəd sellofan torbalarda olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tаrixli, 1376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tаrixli, 1383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.2 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətində Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə tövsif olunaraq, cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində hökmə adil, ədalətlə baxaraq, humanist qərar çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham Təqsirləndirilən şəxs1 ifadəsi əsasında qurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə kollegiyası həmin dəlillərə hüquqi qiymət verərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2la əvvəlcədən aralarında razılaşma olmadığını, ona telefonla zəng etmədiyini, yolda qapılarının yanında narkotik vasitəni aldığını, müdafiə tərəfinin sualına cavab olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə almadığını bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində (i.v 156-160) Təqsirləndirilən şəxs2 əvvəllər 2 qutu narkotik vasitə olan marixuananı 60 manat almasını bildirməsi barədə verilmiş suala, lap çoxdan bir dəfə almışam cavabını vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində ahıl anasının olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Birinci instansiya məhkəməsi də Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələr üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona təqsirli bilindiyi maddə üzrə cəzasının azaldılmasına əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Cinayət Məcəlləsinin 237.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Ucar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 1(063)-66/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar