Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-128/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1964-cü ildə Qax rayonunun Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qax rayonunun Almalı kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılması, hökmün icrasının Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, iş üzrə maddi sübutlar olan VAZ 21072 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1, Belarus 89.2 markalı 24-T-424 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş Özduman markalı toxumsəpən aqreqatın sahibi Zərərçəkmiş şəxs3 qaytarılmasının nəzərə alınması, işdə olan 100 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsindəki müvafiq hesaba keçirilməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun Zərərçəkmiş şəxs1 izah edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə, saat 18:15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və kabinası bir yerlik olan traktorun kabinasında sərnişin apardığı Belarus 892 markalı 34-T- 424 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş Özduman markalı toxum səpən aqreqatla Şəki rayonu istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Qax rayonunun ərazisindən keçən 96-cı km-də “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, Belarus 892 markalı 34-T-424 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş Özduman markalı toxum səpən aqreqatın sol təkəri ilə Zaqatala rayonu istiqamətindən Şəki rayonu istiqamətində hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21072 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol təkərindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21072 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 təpə nahiyyəsində və sol qaşın üstündə 01 ədəd sıyrıq izləri, sağ Xİ qabırğanın qapalı yerdəyişməyən sınığı, kiçik ölçülü hemotoraksın əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, həmin avtomobilin salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 təpə və boyunun yumşaq toxumalarının əziyi və təpə nahiyyəsində sıyrıq izinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarətlər, habelə VAZ 21072 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 1980 manat, Belarus 89.2 markalı 34-T-424 dövlət qeydiyyat nişanlı traktora qoşulmuş Özduman markalı toxum səpən aqreqatın zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 310 manat məbləğində maddi ziyan vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apelyasiya şikayəti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayətləri belə əsalandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən 1 il sürücülük hüququndan məhrum olunmaqla bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Bu cəza mənim üçün çox ağırdır, çünki ailəmin yeganə qazanc gətirəniyəm, ilk məhkumluğumdur, təqsirimi tam etiraf etmişəm, maddi cəhətdən imkansızam, yoldaşım xəstədir və işləmir. Bütün bunları nəzərə alıb xahiş edirəm cəzamı yüngülləşdirəsiniz. Apelyasiya şikayətinə münasibət bildirən təqsirləndirilən şəxsin vəkili Müdafiəçi isə ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ailəsindən təcrid edilməsi onun ailə üzvlərinə də bir çox maddi çətinliklər yarada bilər. Hesab edirəm ki, o, cəmiyyətdən təcrid edilmədən cəzalandırılmalıdır. İş materiallarından da görünür ki, o, cəmiyyət içərisində də islah oluna bilər. Odur ki, məhkəmə kollegiyasından onunla bağlı həbslə əlaqədar olmayan hökm çıxarılmasını xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, ailəmlə birlikdə Qax rayonunun Almalı kəndində yaşayıram. “xxxxxxxxxxxx” MMC-yə məxsus Belarus 89.2 markalı 34-T-424 nömrəli traktora qoşulmuş “xxxxxxxxxxxx” MMC-yə məxsus Özduman markalı toxum səpən aqreqatla zavod rəhbərliyinin göstərişinə uyğun mənə tapşırılan işləri həyata keçirirəm. 2ci dərəcəli traktor-maşinist sürücülük vəsiqəmin olmasına baxmayaraq, həmin vəsiqənin etibarlılıq müddəti keçmişdir. xx.xx.2019-cu ildə zavod rəhbərliyinin göstərişi ilə Belarus 89.2 markalı traktora qoşulmuş Özduman markalı toxum səpən aqreqatla Qax rayonunun Qorağan kəndi ərazisində yerləşən torpaq sahəsinə taxıl səpdikdən sonra sahədən çıxıb Zaqatala rayonu istiqamətinə saatda 20 km sürətlə hərəkət edirdim. Təxminən saat 18:15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində Şəki rayonuna doğru hərəkət edən VAZ 2107 markalı avtomobilin gəldiyini görüb uzaq vuran işıqdan və səs siqnalından istifadə edərək ona xəbərdarlıq etdim. Lakin buna baxmayaraq, avtomobil yüksək sürətlə gəldiyi üçün avtomobilin ön sol tərəfi traktora qoşulmuş toxum səpən aqreqatın sol təkəri ilə toqquşdu, zərbədən sürüşərək əks hərəkət zolağına çıxaraq körpünün üzərindəki məhəccərə dəyib yolun kənarındakı çökəkliyə düşdü. Bu zaman traktordan düşüb VAZ 21072 markalı avtomobilə yaxınlaşdım və avtomobilin sürücüsünün vəziyyətini soruşdum. Sonra avtomobilin sürücüsü hadisə yerindən gedib xəstəxanadan özbaşına arayış alıb. Onu heç kəs yoxlamayıb. Mən isə polisləri gözləyirdim. Beləliklə, hər şey boynumda qaldı. Mənə təyin edilmiş cəza çox ağırdır, ailəmin yeganə qazanc gətirən şəxsiyəm, evim kəndin qırağındadır, yoldaşım xəstə olduğuna görə işləmir. Onu tək saxlaya bilmərəm. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini xahiş edirəm. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd etdiyi halları nəzərə alıb ona aşağı həddə cəza təyin etmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Səbuhi Rəcəbov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə kollegiyası ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, onların müalicə xərclərinə köməklik gösətrmədiyini, qəza nəticəsində avtomobilin yararsız vəziyyətə düşdüyünü və təmir xərclərini ödəmədiyini, buna görə də ona ağır cəza təyin edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilməməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və Təqsirləndirilən şəxsapelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Bu əməlinə görə o,həmin maddənin sanksiyasına uyğun olaraq üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Maddənin sanksiyasından göründüyü kimi, ən yüngül cəza cərimə cəzasıdır. Ancaq Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olduğunu və maddi vəziyyətinin ağır olduğunu bildirmişdir. Belə olan halda ona ən aşağı həddə belə cərimə cəzasının təyin edilməsi apelyasiya tələbi ilə uzlaşmır. Digər tərəfdən, təqsirləndirilən şəxsə ittiham olunduğu maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmuşdur. Belə vəziyyətdə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyi nəzərə alındıqda, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin olunmuş bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ədalətsiz hesab oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi cəzanın islah təsiri baxımından mütənasib deyil. Ona görə də apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-128/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-128/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver