Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-128/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxs Səfər oğlu və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X15 iştirakı ilə, Təqsirləndirilən şəxs Səfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Elbrus Məmmədov) 27 yanvar 2021-ci il tarixli hökmü ilə, xx.xx.1976-cı il tarixdə Zaqatala rayonu Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, əvvəllər Zaqatala rayon məhkəməsinin 16.05.2018-ci il tarixli 1(033)-27/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 saxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 mart 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına göndərilməsi, iş üzrə maddi sübut kimi tanınaraq, Zaqatala RPŞ-də saxlanılan üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,75 qram olan və üzərində “Şahid4 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam həcmdə məhv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edən məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 17 mart 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən 6,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitənin bir hissəsini 18 mart 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı həmin evdə tanışı Şahid4 30 manata qanunsuz olaraq satmış, satdıqdan sonra yerdə qalan hissəsini 19 mart 2020-ci il tarixdə, saat 15 radələrində Zaqatala şəhərində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında üzərində qanunsuz olaraq daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinib rayon polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 16:30 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibində şəffaf sellofan bükümdə təmiz çəkisi 5,77 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, eləcə də Şahid4 Zaqatala rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 20:35 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibində şəffaf sellofan bükümdə təmiz çəkisi 0,82 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə tam təqsirli bilinməsini, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X31 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə tam təqsirli bilinməsini, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Səfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs Səfər oğlu birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, o heç kəsə narkotik vasitə satmadığını, özünün narkotik vasitələrdən asılılığına görə istifadə etdiyini, ona görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etdiyi bildirdi. Birinci instansiya məhkəmə iclasında Təqsirləndirilən şəxs Səfər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, ilk dəfə 1996-cı ildə Azərbaycan Respublikası CM-nin 242 P «A» maddəsi ilə, 2011-ci və 2018-ci illərdə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 17 mart 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evin həyətyanı sahəsində təmizlik işləri apardığı zaman əvvəlki illərdən kağıza büküb həyətə atdığı qurudulmuş marixuana tapmışdır. Həmin marixuana bir neçə il həyətdə qaldıqdan nəmləndiyi üçün kağızdan çıxarıb evinin ikinci mərtəbəsində yerləşən otaqların birində kasanın içərisinə atmışdır ki, marixuana qurusun. 18 mart 2020-ci il tarixdə saat 21 radələrində istifadə edilməyən evin 2-ci mərtəbəsində yerləşən, hərdən bir özünün istirahət etdiyi otağa keçərək marixuananın bir hissəsini «Belamor» siqaretinə doldurub çəkmişdir. Orada qalmış bir büküm marixuananı özündə olan, qızıl-zinət əşyaları saxlamaq üçün nəzərdə tutulmuş, ağzı bağlanan şəffaf sellofan torbanın içərisinə yığaraq əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibinə qoymuşdur. 19 mart 2020-ci il tarixdə saat 15:30 radələrində o, Zaqatala şəhərində yerləşən «Ağ-saray» şadlıq evinin arxasındakı küçədə olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb, özlərini Zaqatala RPŞ-nin CABnin əməkdaşları kimi təqdim edərək onlarla birlikdə Zaqatala RPŞ-nə getməyini təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Zaqatala RPŞ-nə gəlmişdir. Orada ona narkotik vasitələrin saxlanılması və istifadəsində şübhəli olduğu üçün onu PŞ-nə gətirdiklərini bildirib vəkillərin siyahısını təqdim etmişlər. O, həmin siyahıdan vəkil Müdafiəçi seçdikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonradan üzərində şəxsi axtarış aparılan zaman o, üzərində olan gödəkçəsinin iç cibində saxladığı qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin gödəkçənin cibindən üzərində “ARGO” yazısı olan ağ rəngli siqaret qutusunun içərisində 2 ədəd “Belamor” siqaretləri, gödəkcəsinin sağ yan cibindən cib dəsmalı, alışqan, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq əskinasları, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkildikdə narkotik vasitə olan marixuananın çəkisi 6,38 qram olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə olan marixuana və 2 ədəd belomor siqaretləri zərfə qoyulub qablaşdırılıb imza etmişlər. O, tez-tez narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün tapdığı marixuananı üzərində götürmüşdür. O, Şahid4 ilə sonucu dəfə tutulanda cəza çəkmə müəssisəsində tanış olmuşdur. Həmin vaxtdan sonra onunla yaxın münasibəti yaranmışdır. 17 mart 2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində Rəsul onun mobil telefonuna zəng vurub şəhərə supsidia kartını almağa gəldiyini və onunla görüşmək istədiyini demişdir. O, Rəsulun təklifi ilə razılaşaraq onunla Zaqatala şəhəri avtovağzal ərazsində yerləşən “Nur market” adlanan mağazada görüşmüşdür. O, Rəsul ilə birlikdə “Görüş” restoranına gedərək orada çörək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra o, Rəsuldan ayrılıb “Zərifə Əliyeva” adına parka kofe içmək məqsədi ilə getmişdir. 18 mart 2020-ci il tarixdə Rəsul yenə onun mobil telefonuna zəng vurub yenə şəhərə gəldiyini və birlikdə çörək yemək istədiyini bildirmişdir. O, yenə Rəsulun təklifi ilə razılaşıb onunla şəhərin avtovağzal ərazisində yerləşən kafedə görüşüb orada çörək yeyib spirtli içki qəbul etmişdir. Həmin günü axşam radələrində onunla birlikdə yaşadığı evə getmişdir. Yaşadığı evdə onunla birlikdə çay içib söhbət etdikdən sonra Rəsul taksi avtomaşını ilə yaşadığı evə getmişdir. O, Rəsula heç bir narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Onunla telefon danışıqları apararaq görüşsə də onunla narkotiklə bağlı heç bir söhbəti olmamışdır. Onun yaşadığı evdə və digər yerlərdə saxladığı narkotik vasitə yoxdur, yalnız üzərindən götürülmüş qurudulmuş marixuana omuşdur. Üzərində aşkar olunmuş belomor siqaretlərini mağazadan almış və adi siqaretlər olmuşdur. O, həmin belomor siqaretlərini içərisini boşaldıb narkotik maddə olan marixuana doldurub çəkmək üçün saxlamışdır. Həmin siqaretlərin içərsində olan kütlə isə adi tütün olmuşdur. O, diskdə olan səs yazılarına qulaq asmışdır. Şahid4lə onun arasında 18-19 mart 2020-ci il tarixlərdə telefon danışıqları olmuşdur. Şahid4 əvvəlcə supsidia kartı almaq məqsədi ilə Zaqatala şəhərinə gəldiyini demişdir. Bundan sonra içkili olduğu üçün ondan pul istəməyi onun yadına gəlmir. Onun yaşadığı evdə və digər yerlərdə saxladığı narkotik vasitə yoxdur, yalnız üzərindən götürülmüş qurudulmuş marixuana omuşdur. Odur ki, ona CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərdi ki, cəzaçəkmə müəssisəsində olduğu zaman Elşad söhbət zamanı narkotik vasitə olan marixuanadan həm istifadə etdiyini, həmdə satışı ilə məşğul olduğunu bildirmişdir. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə dəfə Elşadla görüşmüş və narkotik vasitə olan marixuana barədə söhbət etmişdir. 18 mart 2020-ci il tarixdə Elşada zəng edərək marixuananın lazım olduğunu bildirmişdir. Elşad da bildirmişdir ki, narkotik vasitə var. O, həmin günü saat 20 radələrində Elşadın yaşadığı ünvan 3 ünvanda yerləşən evinə getmiş, 30 manat verib Elşaddan marixuananı almış və bildirmişdir ki, yenə də narkotik vasitə olan marixuananı alacaqdır. 19 mart 2020-ci il tarixdə Elşadla görüşmək üçün Zaqatala şəhərinə getmişdir. Zaqatala şəhərinə getdikdən sonra Elşada görüşmək üçün bir neçə dəfə zəng etsə də Elşad zənglərinə cavab verməmişdir. O, əsəbləşərək ona sms yazmış, bundan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orda müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərində axtarış aparılmış, 18 mart 2020-ci il tarixdə istifadə etmək üçün Elşaddan aldığ narkotik vasitə olan marixuananı gödəkcəsinin sol cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şahid4 birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala rayonun Lahic kəndində valideynləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2017-ci ildə həqiqi hərbi xidmətdə olduğu zaman xidmət yerini özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası CM-nin 333-cü maddəsi ilə məhkum edilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Son vaxtlar hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, cəzaçəkmə müəssisəsində olduğu zaman Zaqatala şəhər sakini Təqsirləndirilən şəxsla tanış olmuşdur. Onunla söhbət zamanı Elşad narkotik vasitə olan qurudulmuş marixuananın həm satışı ilə məşğul olduğunu, həmdə özü istifadə etdiyini bildirmişdir. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə dəfə Zaqatala şəhərində Təqsirləndirilən şəxsla görüşərək onunla narkotik vasitə olan qurudulmuş marixuana barədə söhbətlər etmişdir. 18 mart 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** nömrəsindən zəng edərək narkotik vasitə olan marixuana lazım olduğunu demişdir. Elşad ona narkotik vasitə olduğunu bildirmişdir. O, həmin günü saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gəlmişdir. Ona 30 manat pul verərək narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni almış və onunla razılığa gələrək 19.03.2020-ci il tarixdə yenə də narkotik vasitə olan qurudulmuş marixuana alacağını demişdir. Elşad onun təklifi ilə razılaşdıqdan sonra yaşadığı kəndə qayıtdıqdan sonra spirtli içki qəbul etdiyi üçün Elşaddan aldığı marixuananı çəkə bilməmiş və onu qara rəngli dəridən olan gödəkçənin sol yan cibində saxlamışdır. 19 mart 2020-ci il tarixdə saat 19 radələrində o, Təqsirləndirilən şəxsla görüşmək üçün ondan söz verdiyi narkotik vasitə olan marixuananı almaq üçün Zaqatala şəhərinə gəlmişdir. Ona bir neçə dəfə zəng etsədə Elşad onun zənglərinə cavab verməmişdir. O, əsəbləşərək ona SMS yazmışdır. Bundan sonra polis əməkdaşları onu Zaqatala şəhərində saxlıyaraq polis şöbəsinə gətirmişlər. Orada polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra video çəklişlə üzərində şəxsi axtarış aparılan vaxt 18 mart 2020-ci il tarixdə istifadə etmək üçün Təqsirləndirilən şəxs aldığı içərsində narkotik vasitə olan qurudulmuş marixuananı üzərindəki gödəkçənin sol yan cibindən bir ədəd balaca siqaret qutusunun üzərində olan şəffaf selofana bükülü bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açaraq baxış keçirmişlər. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqareti alışqanı, şalvarının sağ yan cibindən 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq, 1 ədəd 20 manatlıq pul əskinazları, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş Təqsirləndirilən şəxs aldığı narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərkən narkotikin çəkisi 0,97 qram olmuşdur. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmişdir. O, konkret olaraq 18 mart 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gəlib orada ona 30 manat pul verərək qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananı ondan almışdır. Əlavə olaraq sorğu sual zamanı Elşaddan almasını sübut edən telefonunda səs yazısı vardır. Telefonunda səs yazan proqram olmuşdur. Elşadla danışıqlarını yazmaqda heç bir məqsədi olmamışdır. Elşadın evində 1 dəfə olmuşdur. Elşad ona 30 manata bir dəfəlik istifadə üçün verəcəyini demişdir. Elşad ona marixuananı evində çıxanda qapıda vermişdir. Onun polislə heç bir əlaqəsi olmamışdır. Əvvəllər hərbiçi olmuşdur. O, 19 mart 2020-ci il tarixdə Zaqatala şəhərində “Nur market” adlanan yerin qarşısında olarkən saat 15:00-da polis əməkdaşları ona zəng edərək harada olmasını soruşmuşlar, sonra gəlib onu polis şöbəsinə aparmışlar. Onu saxlayan polislər sivil formada olmuşlar. Polis şöbəsində hansısa otaqda ifadəsi alınmış, ifadəsi oxudulmuş və özü də qol çəkmişdir. Telefonunu şöbədə götürmüşlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş 21.10.2020-ci il tarixli baxış iclasında təkrar şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18.03.2020-ci il tarixdə Elşad ona narkotiki özünün yaşadığı evdə yeyib içərkən vermis, o Elşada 30 manatı isə əvvəlcədən kafedə yeyib içərkən vermişdir. 19.03.2020-ci il tarixdə Elşada bir neçə dəfə zəng edərək onu Ağsaray adlanan yerə çağırmışdır, mülki məsələsi ilə bağlı tələsdiyinə görə Elşaddan taksi tutub onun yanına gəlməsini xahiş etmişdir. 17.03.2020-ci il tarixdə Zaqatala RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3 onu ot məsələsi ilə bağlı bir neçə dəfə zəng edib şöbəyə çağırmışdır. Ot məsələsi ilə bağlı ondan 102 xidmətinə şikayət edilmişdir. O, 30 manata neçə qram marixuana verildiyini bilmir. Onu polis əməkdaşları Elşaddan sonra tutmuşlar. O, şöbəyə gedən zaman Elşad orada idi. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zaqatala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəçisi, həm də satmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Onun barəsində tərəfimizdən əməliyyat tədbiri keçirilərək Zaqatala Rayon Polis şöbəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə çıxdı. Satış ilə bağlı 1 vətəndaş var idi X32, onu polis şöbəsinə dəvət etdik. X32 da həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. X32 barəsində polis şöbəsində araşdırma gedirdi, o, məhkum olunmuş şəxs idi. X32 ilə onunla əlaqə ona görə saxlayırdıq ki, onun etmiş olduğu şikayətləri araşdıraq, həll edək. Onu polis şöbəsinə dəvət edəndə öz işi ilə bağlı çağırılmışdır. Ona görə də hesab edirəm ki, Rəsul üzərindəki narkotik vasitəni atmağa və tullamağa imkan tapmadan polis şöbəsinə gəlmişdir. Qasımov Rəsul polis şöbəsinə gələndə bizdə onda narkotik vasitə olması barədə məlumat olmayıb. Onunla aramızda olan çoxsaylı telefon zəngləri ilə onu bildirmək istəyirəm ki, həmin telefon zəngləri həm Rəsulun şikayəti ilə bağlı idi, həm də o, əvvəllər məhkum olunmuş şəxsdir. Onunla mütəmadi olaraq həm sahə müvəkkili, həm də biz danışmaq vəzifəmizdir. Bizə bu barədə tapşırıq verilir ki, onu kimi şəxsləri daim nəzarətdə saxlasınlar. Rəsul öz şikayəti ilə bağlı doğru olmayan məlumatlar verirdi, ona görə də telefon zənglərinin sayı çox olub. Birinci instansiya məhkəməsinin 21.10.2020-ci il tarixli baxış iclasında təkrar şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin əməkdaşı Şahid3 sorğu sual zamanı Şahid4 əvvəllər də tanımışdır. Rəsula Elşad tutulandan əvvəl də və sonra da dəfələrlə zənglər etmişdir. O, Şahid4 Elşadla əlaqəsini əvvəldən bilməmişdir. Şahid4 barəsində şöbədə ot məsələsi ilə bağlı iş təhqiqat bölməsində iş olmuşdur. Həm də Şahid4 əvvəllər məhkum olduğu üçün və bir məhkum kimi nəzarətində olduğu üçün ona mütəmadi olaraq zənglər etmişdir. Onun əvvəllər narkotik vasitədən istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. Onunla hər hansı əməkdaşlıq və ya əməliyyat işi olmamışdır. Rəsulun otla bağlı problemi 2020-ci ilin fevral ayından başlamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Zaqatala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19.03.2020-ci il tarixdə saat 15:40 radələrində Zaqatala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən Zaqatala şəhəri, Faiq Əmirov küçəsində yerləşən “Ağ Saray” şadlıq evinin arxasındakı “Görüş” adlı kafenin arxa hissəsində bir nəfər şəxsin narkotik vasitə qəbul etməsindən şübhələnərək həmin şəxsə yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. Pols şöbəsinə gətirilərkən məlum olmuşdur ki, həmin şəxs ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Tərəfindən raport tərtib edilərək şöbə rəisinə təqdim edilmiş və araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunmuşdur. X27 tərəfndən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla sərbəst dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində təmizlik işləri apardığı zaman taparaq qurudub özünün istifadəsi üçün üzərində saxladığı qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcəsinin sol iç cibindən bir ədəd balaca, qızıl zinət əşyaları saxlamaq üçün nəzərdə tutulmuş şəffaf selofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində spesfik iyli, yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan başqa onun həmin cibindən üzərində “ARGO” yazısı olan ağ rəngli siqaret qutusunun içərisində 2 ədəd “Belamor” siqaretləri, gödəkcəsinin sağ yan cibindən cib dəsmalı və alışqan, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq əskinaslar, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən onun 6.38 qram olması müəyyən edilmişdir. Həmin kütlə və aşkar edilmiş 2 ədəd “Belamor” siqaretləri götürülərək zərfdə qablaşdırıb möhürlənmişdir. Daha sonra protokol tərtib edilərək o və digər iştirakçılar həmin protokolla, həmçinin aparılmış videoçəkilişin köçürüldüyü DVD diskdə olan görüntülərlə tanış olmuşlar. Protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı oradan narkotik vasitə və ya hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə əlaqər da protokol tərtib edilərək o və baxış keçirilməsində iştirak etmiş digər şəxslər həmin protokolla tanış olub protokolu imzalamışlar. Tərəfindən Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun 18.03.2020-ci il tarixdə Zaqatala rayonu Lahıc kənd sakini Şahid4 narkotik vasitə olan marixuana satması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəflərindən keçirilmiş tədbirlər nəticəsində həmin şəxs müəyyən olunaraq polis şöbəsinə gətirilmişdir. Tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş və araşdırma aparılması təhqiqat bölməsinə həvalə edilmişdir. X27 tərəfindən Şahid4 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Şahid4 üzərində qanunla sərbəst dövriyyəsi qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Şahid4 üzərində özünün istifadə etməsi üçün daşıdığı və 18 mart 2020-ci il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs 30 manata almış olduğu qurudulmuş marixuana olduğunu bildirib əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən bir ədəd balaca siqaret qutusunun üzərində olan şəffaf selofana bükülü çıxarıb təqdim etmişdir. Həmin selofan açıldıqda içərisində spesifik iyli, yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Gödəkçəsinin sol iç cibindən AA******* №-li şəxsiyyət vəsiqəsi, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Palmall” siqareti və alışqan, şalvarın sağ yan cibindən 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq, 1 ədəd 20 manatlıq əskinaslar, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd sellofanın içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs 30 manata almış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisinin 0,97 qram olması müəyyən olunmuşdur. Həmin kütlə götürülərək zərfdə qablaşdırılıb möhürlənərək daha sonra protokol tərtib edilmiş o və digər iştirakçılar həmin protokolla, həmçinin aparılmış videoçəkilişin köçürüldüyü DVD diskdə olan görüntülərlə tanış olmuşlar və protokolun doğru tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Bundan əlavə sorğu sual zamanı Şahid1 bildirdi ki, Şahid4 barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Təxirə salınmaz əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə satması barədə məlumat verməmişdir. Onları bir yerdə görmüşlər, ona görə də güman etmişlər ki, Elşad Şahid4 narkotik vasitə satmışdır. Şahid4 saxladıqda həqiqətən də üzərindən narkotik vasitə olan marixuana çıxmış və özü Təqsirləndirilən şəxs almasını etiraf etmişdir. Şahid4 saxlanılarkən onun harada olması barədə onlarda əməliyyat məlumatı olmuşdur. Şahid4 şəhər ərazisində 19.03.2020-ci il tarixdə saxlamışlar. Rəsulun 18.03.2020-ci il tarixdə Elşaddan aldığı marixuananı nəyə görə çəkmədiyini bilmir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin əməkdaşları Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Elvin Mirzəyevin üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə 19 avqust 2020-ci il tarixdə Elvin Mirzəyevin ətrafında əməliyyat-axtarış tədbilərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün İsmayıllı rayonuna gəlmişlər və saat 16:00 radələrində X28 qəsəbəsinin giriş hissəsində olması barədə məlumat əldə edərək həmin yerə getmişlər. O və əməliyyat qrupunun üzvləri olan Ceyhun İsmayılov və X38 Mirzəyevə yaxınlaşaraq xidməti vəsiqlərini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. X37 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Elvindən üzərində narkotik vasitə olubolmadığını soruşduqda sonuncu üzərində marixuana olduğunu etiraf etmişdir. Onlar üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək Elvinə İsmayıllı rayon polis şöbəsinə getməyi təklif etmişlər. Elvin onlarla birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmişdir. X29 hüquq və vəzifələri izah edilmiş, ona seçdiyi müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Elvin tərtib edilmiş sənədləri müdafiəçisinin iştirakı ilə oxuyaraq tanış olmuş və ona videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmiş, Elvinə üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Elvin Mirzəyev əynindəki gödəkçənin cibindən 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin qutuların içərilərindən yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Elvindən həmin kütlələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, kütlələrin marixuana olduğunu, meşə ərazisindən qurumuş halda gördüyü çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Həmin kütlələrin ayrı ayrılıqda çəkiləri müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Elvin Mirzəyevin üzərinə şəxsi axtarış davam etdirilsə də onu üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və qanunlıa dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin digər əməkdaşları X7, X26, X8 və X21 da şahid Anar Seyidov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin Regional şöbəsinin baş əməliyyat müvəkkili X33 tərəfindən qəbul edilmiş 19 avqust 2020-ci il tarixli qərarından müəyyən edilir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Elvin Mirzəyevin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 19 mart 2020-ci il tarixli protokoldan görünür ki, hüquq və vəzifələri izah edilməsindən sonra Təqsirləndirilən şəxs, üzərində qanunsuz saxladığı əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində həyətyanı sahəsində təmizlik işləri apardığı zaman taparaq qurudub özünün istifadəsi üçün üzərində saxladığı qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcəsinin sol iç cibindən bir ədəd balaca, qızıl zinət əşyaları saxlamaq üçün nəzərdə tutulmuş şəffaf selofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində spesifik iyli, yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun həmin cibindən üzərində “ARGO” yazısı olan ağ rəngli siqaret qutusunun içərisində 2 ədəd “Belamor” siqaretləri, gödəkcəsinin sağ yan cibindən cib dəsmalı və alışqan, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq əskinaslar, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən onun 6.38 qram olması müəyyən edilmişdir. Həmin kütlə və aşkar edilmiş 2 ədəd “Belamor” siqaretləri götürülərək zərfdə qablaşdırıb möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 19 mart 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 üzərində qanunla sərbəst dövriyyəsi qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Şahid4 bildirmişdir ki, üzərində özünün istifadə etməsi üçün daşıdığı və 18 mart 2020-ci il tarixdə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs 30 manata almış olduğu qurudulmuş marixuana vardır. Şahid4 əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən bir ədəd balaca siqaret qutusunun üzərində olan şəffaf selofana bükülü çıxarıb təqdim etmişdir. Həmin selofan açıldıqda içərisində spesifik iyli, yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Gödəkçəsinin sol iç cibindən AA******* №-li şəxsiyyət vəsiqəsi, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Palmall” siqareti və alışqan, şalvarın sağ yan cibindən 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq, 1 ədəd 20 manatlıq əskinaslar, 1 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik sikkələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd sellofanın içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs 30 manata almış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi, çəkisinin 0,97 qram olması müəyyən olunmuşdur. Həmin kütlə götürülərək zərfdə qablaşdırılıb möhürlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zaqatala Rayon Polis X9 təhqiqatçısı X13 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi haqqında” 20 mart 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi mobil telefon aparatı “Redimi” markalıdır, telefonda olan simkart ***-***-**-** mobil nömrəsinin daşıyıcısıdır. Mobil telefonun arxa hissəsi göy rəngli olmaqla arxasında “Redmi-desiqned by xiaomi yazıları vardır. Telefonun kontaktlar menyusunda ***-***-**-** mobil nömrəsi “Elşad səhər” adı ilə qeydə alınmışdır. Telefona baxış zamanı 18-19 mart 2020-ci il tarixlərində yuxarıda qeyd edilən nömrələr arasında dəfələrlə qarşılıqlı danışıqlar aparıldığı müəyyən edilmişdir. Eləcə də mobil telefonu yaddaşında telefon danışıqları zamanı səs yazma xüsusi proqram və həmin proqramda ***-***-**-** və 077-584-4725 mobil nömrələri vasitəsilə marixuananın Elşad tərəfindən Rəsula satılması barədə danışıqların səs yazıları olan fayllar aşkarlandı. Baxış iştirakçısı Şahid4 həmin səs yazılarının onunla Elşad arasında aparılmış danışıqlara aid olduğunu və onunla danışan şəxsin məhz Elşad olduğunu bildirmişdir. Həmin səs yazıları olan fayllar 01 ədəd diskə köçürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X23 Bölməsinin 20 mart 2020-ci il tarixli 17/184 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 bölməsinin 20 mart 2020-ci il tarixli 17/184 nömrəli ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,77 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfin içərsindəki 02 (iki) ədəd üzərində “Belomorkanal” yazısı olan siqaret formalı bükümlərin içərisində ümumi təmiz çəkisi 0,62 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki qurudulmuş marixiana və üzərində “Şahid4 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra narkotik vasitələrin qalıq çəkisi 5,75 qram və 0,80 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 13 may 2020-ci il tarixli 341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-isyifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş “Şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 20 mart 2020-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı Namiq Orucovun qərarına əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 21 mart 2020-ci il tarixli “Cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 21 mart 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Zaqatala RPŞnin İB-nin müstəntiqi Əhməd Əmirovun qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Zaqatala rayon məhkəməsinin 21 mart 2021-ci il tarixli 4(033)- 20/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən 02.08.2019-cu il tarixdə verilmiş məlumatdan görünür ki, Hüseynov X17 Qarnizonu Hərbi Tribunalının 09.12.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olmuş Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.11.1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin 17.10.1997-ci il tarixli Amnistiya qərarının 3cü maddəsinə əsasən azad edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20.05.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09.02.2013cü ildə cəzasının sonu ilə azad edilmiş, Zaqatala Rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 21.07.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli 820 nömrəli arayışdan görünür ki, Hüseynov X18 şəhəri A.Həmidov küçəsi ev 183 ünvanında yaşayır, ailə tərkibi özündən, həyat yoldaşı X2, oğlu 2001-ci il təvəllüdlü X4 və qızı 2007-ci il təvəllüdlü X5 ibarətdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş 30.06.2015-ci il tarixdə Səyyar Asan 1 tərəfindən verilmiş AZE seriyalı 10867985 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 07.12.2007-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Hüseynova Şəhladır. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmənin elektron sorğu məlumatından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət alır. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala RPŞ-nin İB-nin müstəntiqi Əhməd Əmirovun 23 mart 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarına əsasən Şahid4 təqdim etdiyi səs yazılarının saxlandığı 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə baxışı iclasında Şahid4 istintaqa təqdim etdiyi “Redmi” markalı mobil telefon aparatından götürülmüş xüsusi səs yazma proqramı vasitəsi ilə yazılmış Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında telefon danışıqlarının səs yazılarının saxlanıldığı diskə baxış keçirilərkən müəyyən edildi ki, diskdə üç fayl var və həmin fayllarda Şahid4 Təqsirləndirilən şəxsla apardığı telefon danışıqlarının səs yazıları var. Həmin səs yazıları məhkəmə iclası zalında dinlənilərkən müəyyən edildi ki, Şahid4 səsi aydın eşidilir, lakin Təqsirləndirilən şəxs səsi çox zəif eşidilir. Həmin səs yazılarından aydın olur ki, Şahid4 Elşada zəng edərək onunla görüşmək istədiyini və bunun üçün ondan taksiylə gəlməsini xahiş edir, Təqsirləndirilən şəxs isə cibində pulunun olmadığını, Rəsuldan taksi göndərməsini xahiş edir, Rəsul isə ona taksi nömrəsi verərək həmin taksiylə əlaqə saxlamasını deyir, lakin Elşad mobil nömrəsində konturunun olmadığını bildirirək Rəsuldan onun yaşadığı ünvana taksi göndərməsini xahiş edir. Lakin baxış zamanı həmin səs yazılarında Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı almasını təsdiq edən hər hansı bir ifadənin olması müəyyən edilmədi. Həmçinin baxış zamanı həmin səs yazılarının qeyd edilmə tarixlərini və vaxtlarını müəyyən etmək mümkün olmadı. Zaqatala Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 1(033)-37/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ifadəsində göstərdilklərini aydınlaşdırmaq məqsədi ilə Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 19 mart 2020-ci il tarixədək aparılmış danışıqların kompyuter açıqlamalarının və «sms» yazışmalarının, həmçinin daxil olan və ya çıxan zənglərin edildiyi telefon nömrələri, həmin nömrələrin sahibləri barədə məlumatların, habelə danışıqlar aparılarkən nömrələrin qeydə alındığı anten dairəsinə dair məlumatların “xxxx” MMC-dən ələ keçirilməsinə icazə verilmişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “xxxx” MMC-nin 21 sentabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 19 mart 2020-ci il tarixədək aparılmış zənglərin siyahısına, SMS mətinlərinə, əhatə dairələrinə və abunəçilərə dair məlumatların əlavə olunduğu 1 ədəd diskə baxış keçirilən zaman müəyyən edildi ki, Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 25.02.2020-ci il tarixdən 19.03.2020-ci il tarixinədək 84 qarşılıqlı zəng olmuşdur. Hətta Təqsirləndirilən şəxs tutulduğu gün, yəni 19.03.2020-ci il tarixində Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə Zaqatala RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 34 qarşılıqlı zəng olmuşdur. Həmçinin həmin diskə baxış zamanı iş üzrə digər şahid Zaqatala RPŞ-nin kriminalisti Şahid2 istifadəsində olmuş 055 *** ** ** mobil nömrəsindən Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsinə 18.03.2020-ci il tarixdə bir zəngin olması müəyyən edildi. Bundan əlavə Zaqatala Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli 1(033)-37/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ifadəsində göstərdilklərini aydınlaşdırmaq məqsədi ilə iş üzrə digər şahid Zaqatala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixədək aparılmış danışıqların kompyuter açıqlamalarının və «sms» yazışmalarının, həmçinin daxil olan və ya çıxan zənglərin edildiyi telefon nömrələri, həmin nömrələrin sahibləri barədə məlumatların, habelə danışıqlar aparılarkən nömrələrin qeydə alındığı anten dairəsinə dair məlumatların “xxxx” MMC-dən ələ keçirilməsinə icazə verilmişdir. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “xxxx” MMC-nin 06 noyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixədək aparılmış zənglərin siyahısına, SMS mətinlərinə, əhatə dairələrinə və abunəçilərə dair məlumatların əlavə olunduğu 1 ədəd diskə baxış keçirilən zaman müəyyən edildi ki, iş üzrə Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə iş üzrə digər şahid Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 25.02.2020-ci il tarixdən 21.10.2020-ci il tarixinədək 342 qarşılıqlı zəng, 31 sms yazışması olmuşdur. İş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmənin sorğusu əsasında təqdim edilmiş Zaqatala RPŞ-nin Təhqiqat Bölməsinin 271 nömrəli rədd materialından görünür ki, Gəncə şəhər sakini X10 03.06.2020-ci il tarixdə Zaqatala RPŞ-nə müraciət edərək Zaqatala rayonu Lahıc kənd sakini olan “Rəsul” adlı şəxsə ot presləri satdığını, lakin sonuncunun onu aldadaraq həmin ot preslərinə görə verməli olduğu 2900 manat pulu vermədiyini bildirmiş, Zaqatala RPŞ-də aparılmış araşdırmanın nəticəsində tərəflər arasında olan mübahisə predmeti olan borc pul məsələsi mülki xarakterli məsələ olduğundan cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsin nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1 maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə tam təqsirli bilinməsini, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci mаddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə, yəni CM-nin 234.2-ci maddəsi təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcələnin 234.2-ci maddəsinə tövsif edilmiş və bu maddə ilə məhkəməyə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə bağlı qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 19 mart 2020-ci il tarixdə, saat 15 radələrində Zaqatala şəhərində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinib rayon polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 16:30 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibində şəffaf sellofan bükümdə təmiz çəkisi 5,77 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iş üzrə Şahid4 19.03.2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 20:35 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 0,82 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi və şifahi sorğu zamanı Şahid4 üzərindən aşkar olunmuş bir ədəd sellofanın içərisində olan narkotik vasitə marixuananın şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs 30 manata almasını bildirməsi və buna sübut kimi Şahid4 istintaqa təqdim etdiyi “Redmi” markalı mobil telefonunda olan xüsusi proqram vasitəsilə qeyd edilmiş səs yazılarının olması, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X23 Bölməsi tərəfindən 20 mart 2020-ci il tarixdə keçirirlmiş ekspertizanın nəticəsində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərsindəki qurudulmuş marixiananın və üzərində “Şahid4 üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki qurudulmuş marixuananın tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq etmək üçün kifayət deyildir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etməyərək, 17 mart 2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində Rəsulun onun mobil telefonuna zəng vuraraq şəhərə supsidia kartını almağa gəldiyini və onunla görüşmək istədiyini bildirdiyini, o, Rəsulun təklifi ilə razılaşaraq onunla Zaqatala şəhəri avtovağzal ərazsində yerləşən “Nur market” adlanan mağazada görüşdüyünü, o, Rəsul ilə birlikdə “Görüş” restoranına gedərək orada çörək yeyib spirtli içki qəbul etdiyini, bundan sonra o, Rəsuldan ayrılıb “Zərifə Əliyeva” adına parka kofe içmək məqsədi ilə getdiyini, 18 mart 2020-ci il tarixdə Rəsulun yenə onun mobil telefonuna zəng vurub yenə şəhərə gəldiyini və birlikdə çörək yemək istədiyini bildirdiyini, o, yenə Rəsulun təklifi ilə razılaşıb onunla şəhərin avtovağzal ərazisində yerləşən kafedə görüşüb orada çörək yeyib spirtli içki qəbul etdiyini, həmin günü axşam radələrində onunla birlikdə yaşadığı evə getdiyini, yaşadığı evdə onunla birlikdə çay içib söhbət etdikdən sonra Rəsulun taksi avtomaşını ilə yaşadığı evə getdiyini, Rəsula heç bir narkotik vasitə olan qurudulmuş marixuana satmadığını, onunla telefon danışıqları apararaq görüşsə də onunla narkotiklə bağlı heç bir söhbəti olmadığını, onun yaşadığı evdə və digər yerlərdə saxladığı narkotik vasitə olmadığını, yalnız üzərindən götürülmüş qurudulmuş marixuana olduğunu, o, diskdə olan səs yazılarına qulaq asdığını, onun Rəsulla 18-19 mart 2020-ci il tarixlərdə telefon danışıqlarının olduğunu, Rəsuldan pul istəmədiyini, həmin səs yazılarında narkotiklə bağlı heç bir söhbətin olmadığını, o, tez-tez narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün tapdığı marixuananı üzərində götürdüyünü bildirmiş, onun həmin narkotik vasitələri satması və ya satış məqsədi ilə saxlamasına dair ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı hər hansı digər mötəbər sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 17 mart 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən 6,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitənin bir hissəsini 18 mart 2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı həmin evdə tanışı Şahid4 30 manata qanunsuz olaraq satması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən, həmçinin Avropa Məhkəməsinin Xudobin (Khudobin) Rusiyaya Qarşi iş üzrə 26 oktyabr 2006-cı il tarixli qərarında göstərilənləri də nəzərə almışdır. Belə ki, “xxxx” MMC-nin 21 sentabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 19 mart 2020-ci il tarixədək aparılmış zənglərin siyahısına, SMS mətinlərinə, əhatə dairələrinə və abunəçilərə dair məlumatların əlavə olunduğu 1 ədəd diskə bininci instansiya zamanı baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 25.02.2020-ci il tarixdən 19.03.2020-ci il tarixinədək 84 qarşılıqlı zəng olmuşdur. Hətta Təqsirləndirilən şəxs tutulduğu gün, yəni 19.03.2020-ci il tarixində Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 34 qarşılıqlı zəng olmuşdur. Həmçinin həmin diskə baxış zamanı iş üzrə digər şahid Zaqatala RPŞ-nin kriminalisti Şahid2 istifadəsində olmuş 055 *** ** ** mobil nömrəsindən Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsinə 18.03.2020-ci il tarixdə bir zəngin olması müəyyən edildi. Bundan əlavə iş materallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş “xxxx” MMC-nin 06 noyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixdən 21 oktyabr 2020-ci il tarixədək aparılmış zənglərin siyahısına, SMS mətinlərinə, əhatə dairələrinə və abunəçilərə dair məlumatların əlavə olunduğu 1 ədəd diskə baxış keçirilən zaman müəyyən edildi ki, iş üzrə Şahid4 istifadəsində olmuş 050 *** ** ** mobil telefon nömrəsi ilə iş üzrə digər şahid Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi arasında 25.02.2020-ci il tarixdən 21.10.2020-ci il tarixinədək 342 qarşılıqlı zəng, 31 sms yazışması olmuşdur. Məhkəmə kolegiyasının iclasında Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Əlizadə X11 Rəsul Abid oğlu ilə telefonda danışmağının səbəbi kimi onun barəsində şöbədə ot məsələsi ilə bağlı təhqiqat bölməsində iş olmuşdur. Həm də Şahid4 əvvəllər məhkum olduğu üçün və bir məhkum kimi nəzarətində olduğu üçün ona mütəmadi olaraq zənglər etmişdir. Onun əvvəllər narkotik vasitədən istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. Onunla hər hansı əməkdaşlıq və ya əməliyyat işi olmamışdır. Rəsulun otla bağlı problemi 2020-ci ilin fevral ayından başlamışdır. Lakin məhkəmə kollegiyasının iclasında sorğu əsasında alınmış materialdan görünür ki, Gəncə şəhər sakini X10 03.06.2020-ci il tarixdə Zaqatala RPŞ-nə müraciət edərək Zaqatala rayonu Lahıc kənd sakini olan “Rəsul” adlı şəxsə ot presləri satdığını, lakin sonuncunun onu aldadaraq həmin ot preslərinə görə verməli olduğu 2900 manat pulu vermədiyini bildirmiş, Zaqatala RPŞ-də aparılmış araşdırmanın nəticəsində tərəflər arasında olan mübahisə predmeti olan borc pul məsələsi mülki xarakterli məsələ olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Avropa Məhkəməsinin Xudobin (Khudobin) Rusiyaya Qarşi iş üzrə 26 oktyabr 2006cı il tarixli qərarının 59-cu bəndində göstərilmişdir ki, 5 iyul 1995-ci il tarixli Əməliyyataxtarış fəaliyyəti haqqında Qanunun 6-cı maddəsində (sonrakı əlavələrlə) bir neçə təhrikedici üsullar sadalanır ki, hüquqmühafizə və ya təhlükəsizlik orqanları cinayətlərin araşdırılması məqsədi ilə onlardan istifadə edə bilərlər. Qanunun 6-cı maddəsinin 1-ci bəndinin 4-cü yarımbəndinə əsasən, polis qadağan olunmuş malların, yəni narkotik vasitələrin “şərti alışını” həyata keçirə bilər. Qeyd edilən Qərarın 60-ci bəndində göstərilir ki, Qanunun 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən, “şərti alışını” həyata keçirmək üçün polis cinayətin planlaşdırıldığına və ya artıq törədildiyinə dair müəyyən ilkin informasiyaya malik olmalıdır. Şərti alış müvafiq polis bölməsinin başçısının yazılı göstərişi əsasında həyata keçirilir. Əgər “şərti alış” mənzilə daxil olmanı, yazışmaların oxunmasını və konstitusiya ilə qorunan digər hüquqlara müdaxiləni nəzərdə tutursa, onda məhkəmə nəzarəti təmin olunmalıdır. Formal tələb “protokolun” doldurulmasından ibarətdir, orada şərti alışın nəticələri qeydə alınır. “Protokol” sonradan cinayət prosesində sübut qismində istifadə oluna bilər. Qanunda “şərti alışın” həyata keçirilə biləcəyi digər mümkün situasiyalar da yer almışdır (məsələn, cinayət istintaqı başlandıqda; “şərti alışın” həyata keçirilməsi barədə məhkəmə və ya cinayət təqibi orqanlarından müraciət alındıqda və s.); lakin bu işin məqsədlərinə onların aidiyyəti yoxdur.
128. Məhkəmə öncə vurğulamaq istərdi ki, o, ciddi cinayətlərlə mübarizədə dövlət orqanlarının qarşılaşdığı çətinliklərə göz yummur və bu kontekstdə bəzən daha məharətli istintaq metodlarına ehtiyac duyulur. Prinsipcə, cinayət prosesinin istintaq mərhələsində və cinayətin xarakteri bunu tələb etdikdə Məhkəmənin presedent hüququ məxfi polis əməliyyatı nəticəsində əldə edilmiş sübutlara əsaslanmağa mane olmur (nümunə üçün bax: Lüdi İsveçrəyə qarşı, 15 iyun 1992-ci il tarixli qərar, A seriyaları, c. 238). Lakin məxfi agentlərdən istifadə məhdudlaşdırılmalıdır; polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 36).
129. Məhkəmə qeyd edir ki, ərizəçi polis əməliyyatı nəticəsində həbsə alınıb və sonra məhkum edilib. Məhkəmə dövlət nümayəndələri tərəfindən tələ qurulması vasitəsilə əldə edilmiş sübutlardan cinayət prosesində istifadə edilməsi məsələsini bundan əvvəl də nəzərdən keçirmişdir. Belə ki, yuxarıda adı çəkilən Texeyra de Kastronun işində məxfi polis əməkdaşları ərizəçiyə onları heroinlə təchiz etmək üçün pul təklif etmişdilər. Ərizəçi bundan əvvəl cinayət törətməsə də, narkotik maddələrin əldə edilmədi sahəsində əlaqələri vardı. Puldan şirniklənmiş ərizəçi polis əməkdaşlarının xahişini qəbul etmişdi. Sonradan o, narkotik maddələrlə bağlı cinayətə görə ittiham olundu və məhkum edildi. Məhkəmə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən edərək həmin işdə polis əməkdaşlarının hərəkətlərini adi məxfi agentlərin hərəkətlərindən fərqləndirdi, sonuncular cinayətkar olduğu güman edilən şəxsi cinayət törətməyə faktiki təhrik etmədən cinayət barədə məlumat və sübut əldə etmək üçün kimliklərini gizlədə bilərlər. Həmin işdə Məhkəmə qeyd etdi ki, “mütəşəkkil cinayətkarlığın artması, şübhəsiz ki, müvafiq tədbirlərin görülməsini tələb edir, lakin ədalət mühakiməsinin ədalətlə həyata keçirilməsi hüququ elə bir önəmli yer tutur ki, onu məqsədəuyğunluq naminə qurban vermək olmaz” (b. 36). Məhkəmə həmin işin bir sıra xüsusiyyətlərini, xüsusən də belə bir faktı vurğuladı ki, iki polis əməkdaşının müdaxiləsi məhkəmə tərəfindən nəzarət edilən hər hansı əməliyyatın tərkib hissəsi deyildi və milli hakimiyyət orqanları narkotik maddə alverində ərizəçidən şübhələnmək üçün tutarlı əsasa malik deyildilər: o, əvvəllər cinayət törətməmişdi və polis əməkdaşları ona yaxınlaşana qədər onun narkotik maddələrin satışına meylli olduğunu düşünmək üçün heç bir səbəb yox idi (bax: Texeyra de Kastronun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 37-38).
130. Eynilə, son dövrlərə aid olan Vanyan Rusiyaya qarşı məhkəmə işində də (ərizə Nº 53203/99, 15 dekabr 2005, b. 45-50) Məhkəmə narkotik maddə alışının simulyasiyasını təhrikedici hərəkət hesab edərək 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi, baxmayaraq ki, həmin alış məxfi agent qismində hərəkət edən adi şəxs tərəfindən həyata keçirilsə də, nəticə etibarı ilə polis tərəfindən təşkil edilmişdi və polisin nəzarəti altında idi.
132. Hökumət öz izahatlarında belə bir fikri vurğuladı ki, ərizəçinin əvvəllər narkotik maddə alveri ilə məşğul olub-olmaması məsələsi onun məhkumluğu ilə nəticələnmiş cinayət prosesinin məqsədləri üçün əhəmiyyət daşımırdı. Polis əməliyyatının lazımi qaydada sənədləşdirilməsi həmin əməliyyatı qanuni etmişdi və nəticədə sonrakı məhkəmə prosesi ədalətli idi.
133. Lakin Məhkəmə bu arqumenti qəbul edə bilməz. Daxili qanunvericiliyin dövlət nümayəndələrinin təhriki nəticəsində əldə edilmiş sübutlardan istifadəyə icazə verməsi dözülməz haldır. Əgər o buna icazə verirsə, onda Texeyranın işində və sonrakı işlərdə Məhkəmənin şərh etdiyi kimi, daxili qanunvericilik bu məsələdə “ədalətli məhkəmə araşdırması” prinsipinə cavab vermir. Məhkəmə araşdırmasında müdafiə tərəfi iddia etdi ki, polis əməkdaşlarının “provokasiyası” olmasaydı cinayət törədilməzdi. Başqa sözlə, ərizəçi “tələyə qarşı müdafiə” arqumentini irəli sürdü ki, bu arqumentə birinci instansiya məhkəməsi, xüsusən işdə tələ qurulmasına dair aydın sübutlar olduqda, lazımi qaydada baxmalıdır. Göründüyü kimi, Avropa Məhkəməsi təhrik nəticəsində əldə edilmiş subutun qəbul olunmazlığını açıq şəkildə qeyd edir. Bu baxımdan da kollegiya birinci instansiya məhkəməsinin həmin xüsusatı nəzərə almadan hökm çıxarmasını və təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf etməsinə haqq qazandırır. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş narkotik vasitəyə münasibətdə ona cəza təyin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 mart 2020-ci il tarixdə, saat 15 radələrində Zaqatala şəhərində yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinib rayon polis şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 16:30 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibində şəffaf sellofan bükümdə təmiz çəkisi 5,77 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə kollegiyası qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almış, onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar (3-cü qrup əlil olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar) və həmin Məcəllənin 61-ci maddəsində göstərilən onun əməlində cinayətlərin residivi olmasını onun cəzasını ağırlaşdıran hal olması qənaətinə gəlmişdir. Həmçinin Apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsinə göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan cəzanı ağırlaşdırılan halların dairəsi və bütövlükdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddənin sanksiyasında göstəriləndən də yüngül cəza növünün təyin olunmasına, yaxud onların azadlıqdan məhrum etməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin ediləcək cəza heç bir halda həm təqsirləndirilən şəxsin özünə, həm də onun ailəsinə, yaxınlarına sitəm vermək xarakteri daşımamalıdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etməyərək barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Qeyd edilən hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, yəni azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən daha ağır cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına, yəni onun törədiyi cinayət əməlinin CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Səfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 1(033)-1/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov