Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-129/2021 08.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(046)- 11/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 26 yanvar 2021-ci il tarixli 1(046)-11/2021 nömrəli hökmü ilə xx.xx.1990-cı il tаriхdə Göyçay rayonu Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, subay, Göyçay rayonu Qaraməryəm kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsi və ya CM) 127.1-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 1 il 6 аy müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, haqqında sеçilmiş bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkan tədbirinin hökm qаnuni qüvvəsini аlаnаdək dəyişdirilmədən sахlаnılması, hökmün icrasının Göyçay Rayon İcrа və Prоbаsiyа Şöbəsinə həvalə olunması, ona göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 36 manat məbləğində pulun dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 03.04.2020ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Qaraməryəm kəndi dairəsində yerləşən «Çinar market» mağazasının yaxınlığında idarə etdiyi «Lada Priora» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili həmkəndlisi Zərərçəkmiş şəxs yanında saxlayıb zərərçəkmişə yaxınlaşaraq mütəmadi olaraq sosial şəbəkələrdə onun ailə üzvləri haqqında nalayiq statuslar paylaşması ilə bağlı irad bildirib narazılıq etdikdə, Zərərçəkmiş şəxs ona söyüşlər söydükdə bundan hiddətlənib, yəni heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən qəsdən yumruqla və təpiklə vuraraq ona, burun tağının sağ, burun qanadının sol yarısının və sağ diz oynağının ön hissəsinin sıyrıqları, sol çiyin üstü, sağ kürək nahiyələrinin yuxarı tış və hər iki kürək arası nahiyələrinin qançırları, sağ mil-bilək oynağının bayır və sağ əl üstü nahiyədə İİİ, İV, V əl daraqları sümükləri proyeksiyalarında dərinin epidermis qatının soyulmuş yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və sol mil sümüyünün tipik yerinin az yerini dəyişmiş sınığı və bizvari çıxıntının qopuğu ilə müşayiət edilən Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri, Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(046)-11/2021 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə tövsif etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza müəyyən edən hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(046)-11/2021 nömrəli hökmünün cəza hissəsində dəyişdirilərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya protestində Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(046)- 11/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs əməlinin CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyin müddəalarına uyğun cəza təyin olunması xahiş edilmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri Zərərçəkmiş şəxs apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 1 (046)-11/2021 №-li hökmü ilə Təqsirləndirilən şəxs Nazım oğlu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il altı ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Həmin cinayət işi 12 may 2020-ci il tarixdə CM-nin 127.1-ci maddəsi ilə başlanmış, istintaq gedişində kifayət qədər əsaslar müəyyən edildiyinə görə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokurorunun 04 iyul 2020-ci il tarixli qərarı ilə iş üzrə cinayət əməli CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilərək, barəsində ittiham hökmü çıxarılmışdır. Cinayət işi üzrə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı toplanmış sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham məhkəmə tərəfindən işin faktiki hallarına istinad edilmədən, onun əməli CM-nin 127.1-ci maddəsinə düzgün tövsif edilməyərək, qeyd edilən maddə ilə barəsində əsassız və qanunsuz olaraq yüngül cəza müəyyən edən hökm çıxarılmışdır. Belə ki, cinayət işi üzrə istər ibtidai istintaq və istərsə də məhkəmə araşdırması zamanı irəli sürdüyü vəsatətlər təmin edilməmiş, həmin vəsatətlər və məhkəmənin vəsatətləri üzrə qərarları məhkəmə iclas protokoluna daxil edilməmişdir. Məhkəmənin iclas protokolu ilə tanışlığına dair müraciətlərinə heç bir reaksiya verilməmiş, uzun müddət ona belə bir imkan yaradılmamaqla zərərçəkmiş kimi hüquqlarının kobud pozuntusuna yol verilmişdir. Bu barədə davamlı şikayətlərindən sonra hakim tərəfindən məhkəmənin iclas protokolu ilə tanışlığına icazə verilmişdir. İclas protokolu ilə tanışlıqdan sonra hakimin onun protokolla tanışlığına imkan yaratmamasının səbəbləri tam aydın olmuşdur ki, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr protokola olduğu kimi qeyd edilməmiş, təhrif edilmiş formada yazılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün cəza hissəsini əsaslı və qanuni hesab etmir, aşağıda göstərdiyi əsaslara görə hökmün dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Həmin Məcəllənin 59-2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alma bilər. Cinayət Məcəlləsinin qeyd edilən normalarını nəzərə alaraq hesab edirəm ki, məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ailə başçısını itirdiyinə görə ailəsinin bütün qayğılarının onun üzərində olmasını, məlum cinayət hadisəsinin zərər çəkmiş şəxsin təşəbbüsü ilə baş verməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini nəzərə alıb ona daha yüngül cəza təyin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 N-li qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in, Azərbaycan Respublikası CPM-in, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li, «Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688- İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4- cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarlarının, yuxarıda sadalanan normaların tələblərini, eləcə də X9 Məhkəməsinin yuxarıda göstərilən presedentlərini nəzərə almaqla məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları kifayət qədər araşdırmamışdır. Azərbaycan Respublikasının CPM-nin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə dəyişdirir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə dövlət ittihamçısı kimi yekun nitqində Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi təklif edilmişdir. Lakin məhkəmə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməyib təqsirləndirilən və zərərçəkmiş şəxs arasında mübahisənin şəxsi münasibətlər zəminində baş verdiyi, zərərçəkmişin mübahisənin təşəbbüskarı kimi Təqsirləndirilən şəxs sosial şəbəkələrdə anasının ünvanına söyüş söydüyü üçün hadisənin baş verməsini təsvir etməklə təqsirləndirilən şəxsin əməlini CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Təklifinin nəzərə alınmadığı hissədə Göyçay Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, qeyd olunan məhkəmə hökmü Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona, cinayət qanunvericilyinin müddəalarına uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011 -ci il qərarında qeyd edilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi" haqqında 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarının 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən qəsdən yumruqla və təpiklə vuraraq ona, burun tağının sağ, burun qanadının sol yarısının və sağ diz oynağının ön hissəsinin sıyrıqları, sol çiyin üstü, sağ kürək nahiyələrinin yuxarı tış və hər iki kürək arası nahiyələrinin qançırları, sağ mil-bilək oynağının bayır və sağ əl üstü nahiyədə Üİ. İV, V əl daraqları sümükləri proyeksiyalarında dərinin epidermis qatının soyulmuş yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və sol mil sümüyünün tipik yerinin az yerini dəyişmiş sınığı və bizvari çıxıntının qopuğu ilə müşayiət edilən CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə cinayət çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Bu hal da qeyd edilməlidir ki, xuliqanlıq niyyətilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə əməlin xuliqanlıq niyyətilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində isə göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldtirmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. İş materiallarında Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsi cinayətini törətməsini təsdiq edən kifayət qədər sübutlar mövcud olmuş, lakin məhkəmə həmin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmündə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ei il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, Göyçay Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində olan hökmündə təqsirləndirilən şəxs tərəfimdən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsi cinayət əməlinin törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş, tətbiq edilməməli olan cinayət qanunu normasını tətbiq etmiş, cinayət qanunu normasını düzgün şərh etməməklə əməlin tövsifində səhvə yol vermişdir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edir və onun barəsində olan hökmün cəza hissəsinin dəyişdirilərək, həmin maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, onlar ailəlikcə Göyçay rayonu Qaraməryəm kəndində kiçik bir mağaza işlədirlər. O özü isə həmin mağazanın yanında dönərxana işlədir. Zərərçəkmiş şəxs ilə əvvəllər mehriban münasibətləri olmuşdur. Lakin Səbuhi onunla 2020-ci ilin payız aylarından ədavət aparmağa başlayıb. Belə ki, Səbuhi onlardan müxtəlif inzibati orqanlara əsassız şikayətlər etmişdir. Onun işlətdiyi dönər dükanı barədə Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdir ki, burada qaz balonu işlədilir, partlayış ola bilər, müdaxilə edilsin. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verib ki, guya o (Təqsirləndirilən şəxs), içkili halda maşını idarə edərək, avtoxuliqanlıq etmişdir. Gecə polis şöbəsinin növbətçi hissəsinin əməkdaşları məcbur olub gələrək onu şöbəyə çağırıb, testdən keçirdiblər və məlum olmuşdur ki, şikayət əsassızdır. Zərərçəkmiş şəxs onun ailəsi ilə ədavətə başlamasının səbəbi odur ki, Səbuhi əvvəllər onların mağazasından 100-150 manat aylıq pul almış və digər alış-veriş etmiş, pulunu verməmişdir. Onları marketi işlətməyə imkan verməmiş, hər ay pul tələb etmişdir ki, onlardan şikayət etməsin. Həm pul tələb etmiş, həm də pulunu ödəmədən müxtəlif ərzaq məhsulları aparmışdır. Zərərçəkmiş şəxs həm Qaraməryəm kəndində, həm də Göyçay rayonunun digər kəndlərində, o cümlədən Göyçay şəhərində ayrı-ayrı şəxsləri, əsasən iş adamlarını şərləyərək onlardan müxtəlif oqranlara şikayətlər etmiş, sonra isə həmin şəxslərdən şikayətini geri götürmək müqabilində müxtəlif məbləğlərdə pullar almışdır. Səbuhinin belə əməllərini hamı bilir. Onların ailəsinə qarşı da belə etmişdir. Axırda Səbuhinin onların marketinə 500 manat məbləğində borcu yığılmışdır. Həmin vaxt pandemiyaya görə karantin vaxtı olduğundan vəziyyət çətin olmuş, özlərinin pula kəskin ehtiyacları yaranmışdır. Ona görə də fikirləşiblər ki, onlar ona nəyə görə pul verməlidirlər. Qərara gəliblər ki, ona daha aylıq pul verməsinlər, mart ayında Səbuhi mağazaya gələndə satıcı demişdir ki, pul yoxdur, alver yoxdur, ona pul verə bilməyəcəklər. Bütün bunlardan sonra Səbuhi onun və ailəsinin haqqında sosial şəbəkələrdə nalayiq, həqarət xarakterli ifadələr yazmağa başlamışdır. Səbuhinin onun və ailəsinin haqqında sosial şəbəkələrdə söyüş yazması ilə bağlı polis şöbəsinə müraciət etmiş, polis şöbəsində ona demişlər ki, bu məsələ məhkəmə işidir. Ondan sonra prokurorluğa getmiş, demişlər ki, karantin vaxtıdır, vətəndaş qəbulu yoxdur və onu qəbul etməmişlər. Onun məqsədi Səbuhidən onu və ailəsini sosial şəbəkələrdə təhqir etməsinin səbəbini öyrənmək olmuşdur. Həmin vaxt hadisə baş vermiş ərazidən avtomaşın ilə keçərkən Səbuhini orada marketlərin birindən çıxan görmüş, avtomaşında atası və qardaşıda olmuş, avtomaşını kəndin içərilərində saxlayaraq atasını və qardaşını düşürüb yenidən hadisənin baş verdiyi əraziyə qayıtmışdır. Həmin vaxt Səbuhi səkinin digər tərəfində olmuş, avtomaşını yolun kənarında saxlayıb düşdükdən sonra səkinin digər tərəfinə keçərək ona yaxınlaşıb onu və ailəsini sosial şəbəkələrdə təhqir etməsinin səbəbini soruşanda Səbuhi ona cavab olaraq yaxşı elədiyini demiş, ardınca yenə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da əlacsız qalaraq Səbuhini vurmuşdur. O, həmin yerə Səbuhini vurmaq məqsədi ilə getməmiş, onu vurarkən əlində heç nə olmamış, onu maşınla vurmamış, maşını kənarda, uzaq məsafədə saxlamışdır. Maşın Səbuhiyə toxunmayıb, ondan çox kənarda olubdur. Səbuhi ona söyüş söydükdən sonra onun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Səbuhi yerə yıxıldıqdan sonra yerdə də ona bir neçə zərbə vurmuşdur. Hadisə baş verərkən yanlarında başqa heç kəs olmamış, onları aralayan şəxslər İlqar və Arzu olmuşdur. Aralarında dava olarkən atası, qardaşı onun yanında olmamış, onlar sonradan hadisəni eşidib gəlib onu danlayıblar ki, niyə Səbuhini vurmusan? Yadındadır ki, yanına birinci İlqar gəlib, onları aralaşdırıb. Hadisə baş verəndə orada heş kim olmamış, sonradan ora kimlərinsə yığılmasını xatırlamır. Hesab edir ki, ona təyin edilmiş cəza həddindən artıq sərtdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməməsini, müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin təmin olunmasını və Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvələr təqsirləndirilən şəxslə aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Əksinə, onunla normal münasibəti olmuşdur. Hətta Təqsirləndirilən şəxsla dostluq etmiş və mütəmadi olaraq bir yerdə istirahətə, yeyib-içməyə getmişlər. Təqsirləndirilən şəxs əmisi oğlu Əfqan adlı şəxslə mübahisəliri vardı, həmin şəxslə onunda mübahisəsi olub, bunlar onu məcbur edirdilər ki, həmin şəxsdən şikayətlər etsin və onun barəsində yazdığı şikayətlərini geri götürməsin. Onun Əfqan adlı şəxslə münasibətləri normallaşdığından şikayət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun səsini yazıb ayrı-ayrı şəxslərə bildirmişdir ki, o, həmin şəxslər barəsində nəsə danışmışdır. Həmin şəxslər ona zəng vurduqdan sonra o, Təqsirləndirilən şəxs hərəkətlərinə görə onun telefonuna zəng vurmuş, o telefonu açmadığından «Whatsapp»da onun və ailəsinin ünvanına söyüş yazmışdır. Sonra Fuadın şəklini sosial şəbəkəyə qoyub onun və anasının ünvanına nalayiq sözlər yazdığından aralarında mübahisə yaranmışdır. Qarşılıqlı şəkildə bir-birlərindən şikayətlər etmişlər. 03.04.2020-ci il tarixdə “Çinar” marketin yanından gedərkən Təqsirləndirilən şəxs onu maşınla vurduqdan sonra hadisə zamanı onu Təqsirləndirilən şəxs, qardaşı Şahid2, atası Şahid1, qohumları Şahid5 və Şahid4 döymüşdür. Onun Təqsirləndirilən şəxs mağazasına borcu olmayıb, əksinə, heç onların mağazasından alış-veriş etməmişdir. Təqsirləndirilən şəxs onu maşınla vurduğunu kiminsə görməyini bilmir. O, Fuadın valdeynlərinin, qohumlarının onu döyməsini kimlərinsə görməsinə fikir verməmişdir. Onlar dalaşarkən kimlərin onu araladığını xatırlamır. Tam olaraq bilir ki, Fuad onu avtomobillə vurub yerə yıxdıqdan sonra yumruqla vurub. Onun döyülməyini kimlərin görməsini bilmir, onları aralayan şəxsləri xatırlamır. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X5 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestin təmin edilməsini, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, hadisə olan gün marketə gəlmişdir ki, evi üçün ərzaq alsın. Görmüşdür ki, kənd sakinləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs yolun kənarında, dükanın qabağında, səkidən kənarda söhbət edirlər. Hadisə yerində Təqsirləndirilən şəxs məxsus olan avtomaşını görməmişdir. Onlara 15-20 metr qalmış baxmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinə nahiyəsinə yumruqla vurub yıxmış, Səbuhi yıxıldıqdan sonra yerdə də onu vurmağa davam etmişdir. Fuad Səbuhini yerə yıxaraq onun sinə nahiyyəsinə yumruq zərbələri vurmuş, Səbuhinin Fuadı vurduğunu görməmişdir. O, cəld onlara yaxınlaşaraq onları aralaşdırıb Təqsirləndirilən şəxs kənara aparmışdır. Təqsirləndirilən şəxs aralaşdırıb aparandan sonra hadisə yerinə polislər və hadisəni sonradan eşidən digər kənd sakinləri gəlib yığışmışlar. Təqsirləndirilən şəxs valideynləri hadisə yerində olmamış, Zərərçəkmiş şəxs maşınla vurulmağını görməmişdir. Həmin vaxt karantin dövrü olduğundan küçədə adamlar az olmuş, hadisə baş verən vaxt həmin yerdə onlardan başqa kiminsə olduğunu xatırlamır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əəvvəllər hər ikisi dost olublar. Sonradan aralarında mübahisələri yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ailəsi barəsində sosial şəbəkələrdə və «Whatsapp» statusunda nalayiq, təhqiramiz sözlər yazıb paylaşmışdır. 03.04.2020-ci il tarixdə Fuad ilə Səbuhinin arasındа baş vermiş dava-dalaşı görmüşdür. Həmin gün saat 17 radələrində yaşadığı Qaraməryəm kəndi ərazisində «Çinar market»in yaxınlığında dayanarkən həmkəndliləri Fuad ilə Səbuhi söhbət etmişlər, ani bir vaxtda Fuad Səbuhini yumruqla vurmuş, zərbədən Səbuhi yerə yıxılmış, bundan sonra Fuad yerdə Səbuhini yumruqla və təpiklə bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bundan sonra digər kənd sakinləri, еyni zamanda Fuadın atası Nazim, qardaşı Cavid də hadisə yerinə gəlmişlər. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid10 oğlu ifadəsində bildirmişdir ki, o, kənardan Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşmağını görmüşdür. Belə ki, 03.04.2020-ci il tarixdə saat 17 radələrində Göyçay RPŞnin PPX-nin sahə polis nəfəri Şahid19lə birlikdə Göyçay rayonu Qaraməryəm kəndi ərazisində həmkəndlisi Nazimin mağazasından siqaret alıb çıxanda “Çinar market”in yaxınlığında bir neçə nəfər şəxslərin toplaşdığını görüb həmin yerə yaxınlaşanda Fuadla Səbuhinin dava-dalaş etdiyini və Fuadın Səbuhini vurduğunu görmüşdür. Həmin vaxt yerdən A30 modelli mobil telefon tapmış və həmin telefonun Fuada məxsus olduğunu güman etmiş, Nazimin mağazasında işləyən satıcıya vermişdir. Sonra məlum olmuşdur ki, telefon Zərərçəkmiş şəxsdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, “telefon mağazadadır telefonunu mağazadan götürsün”. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirmişdir ki, o, Göyçay RPŞ-nin İTB-nin sahə polis nəfəri işləyir. Hadisə olan gün keçmiş polis əməkdaşı olan Şahid10la birlikdə Göyçay rayonu Qaraməryəm kəndi ərazisində dairənin yaxınlığında olarkən, Şahid10 həmkəndlisi Nazimin mağazasından siqaret almağa getmişdir. Həmin vaxt “Çinar market”in yaxınlığına bir neçə nəfər şəxslərin toplaşdığını görüb həmin yerə yaxınlaşanda Qaraməryəm kənd sakini Fuadla Səbuhinin dava-dalaş etdiyini eşitmişdir. O, hadisəni bilavasitə görməmişdir. Ona sonradan məlum olumuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşıblar. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Göyçay rayonu Qaraməryəm kənd dairəsində yerləşən və özünə məxsus olan dükan işlədir. 03.04.2020-ci il tarixdə saat 17 radələrində o, öz dükanında olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs “Çinar” markertin qarşısında etdikləri davanı bilavasitə görməmişdir. Sonradan hadisə yerinə gələndən sonra digər şəxslərdən eşidərək məlumatı olub ki, Fuadla Səbuhi qarşılıqlı dalaşıblar. Lakin belə bir hadisənin olması gözlənilirdi, çünki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul almaq məqsədi ilə onun özünün və ailəsinin barəsində sosial şəbəkələrdə və «Whatsapp» statusunda nalayiq sözlər, həqarətlər yazıb paylaşmışdır. Zərərçəkmiş şəxs kənd camaatı arasında etdiyi əməllər heç bir ölçüyə sığmır. O, həmin əməlləri başqa şəxslərin barəsində də etmişdir. Zərərçəkmiş şəxs yazdığı o həqarətlərə görə mühakimə etmək üçün ona bugünki qanunlarımız çox humanist olduğuna görə bəs etmir. Çünki Zərərçəkmiş şəxs kimdənsə pul almaq məqsədi ilə uzun müddət çörək kəsib dost olduğu bir insanın özü və ailəsi barəsində həqarətlər yazmış, onları uzun müddət ictimaiyyət içərisində təhqir etmişdir. Dövlətimizin hazırkı qanunları çox humanist olduğundan onun əməllərinə bəs etmir, Zərərçəkmiş şəxs törətdiyi əməllərinə görə cəngəllik qanunlarına uyğun mühakimə edilərək diri-diri yandırılmalıdır. Məhkəmə kollegiyаsının iclаsındа şahid qismində dindirilmiş Şahid12, Şahid16 və Şahid17 Şahid19 və Şahid15 ifadələrinə uyğun ifаdə vеrmişlər. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəхs qismində ifadə vermiş Qаsımоv Fuаd Nаzim оğlu özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs uzun illərdir ki, atasına məxsus mağazadan alış-veriş edir. Səbuhinin mağazaya 500 manat borcu, işlətdiyi dönərxanaya isə 240 manat borcu yaranmışdır. Lakin həmkəndli kimi ondan həmin pulu heç vaxt tələb etməmişdir. Аtası Nazim 2020-ci ilin mart ayının əvvəlində mağazada işləyən satıcıya Səbuhiyə artıq nisyə heç nə verməməsini tapşırmışdır. Həmin vaxtdan bir neçə gün sonra Səbuhi haqsız yerə onlar barəsində müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində DİN-in 102 xidmətinə zənglər edərək, guya onun evinin qarşısından yüksək sürətlə avtomobili idarə edərək avtoxuliqanlıq etdiyini bildirmişdir. Lakin S.Quliyеvin müraciətində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs belə hərəkətləri artıq onların narazılığına səbəb olmuşdur. Səbuhi sosial şəbəkədə onun və ailəsinin barəsində nalayiq sözlər yazmağa başlamışdır. Оna görə də, bu barədə 02.04.2020-ci il tarixdə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. 02.04.2020-ci il tarixdə Səbuhi də onlardan göyərti satdıqları üçün 102 xidmətinə məlumat vermişdir. Hadisədən öncə atası Şahid1 Zərərçəkmiş şəxs zəng vurub narazılıq etmişdir. Bununlа yanaşı, özü də şəxsən Zərərçəkmiş şəxslə görüşüb, onun bu məsələyə, yəni özü və ailə üzvləri barəsinə sosial şəbəkələrdə təhqiramiz yazılar dərc etməsinə aydınlıq gətirmək istəmişdir. Bu səbəbdən də, Səbuhi ilə görüşmək istəmiş, Səbuhi onunla görüşməkdən yayınmışdır. 03.04.2020-ci il tarixdə atası Nazim, qardaşı Cavid və dayısı Şahid3lə birlikdə özünə məxsus idarə etdiyi «Priora» markalı **-UF-*** dövlət qеydiyyаt nişаnlı avtomobillə Göyçay rayonu Qaraməryəm kəndinə gedərkən Qaraməryəm kəndi dairəsində yerləşən «Çinar market»in qarşısında Səbuhini görmüş, atasıgilə «sizlik deyil, sizi evə düşürüm, özüm Səbuhi ilə söhbət edəcəm» deyərək bir az aralıda olan Ticarət Mərkəzinin qarşısında onları avtomobildən düşürmüşdür. Özü isə «Priora» markalı **-UF-*** dövlət qеydiyyаt nişаnlı avtomobil ilə qayıdıb Səbuhinin yanına çatıb avtomobili saxlamışdır. Bundan sonra avtomobildən düşüb Səbuhiyə yaxınlaşmış və avtomobilindən təxminən 2-3 metr aralıda Səbuhi ilə söhbət zamanı ona nə üçün özü və ailəsi barəsində təhqiramiz nalayiq sözlər yazdığını sоruşmuşdur. Həmin zaman Səbuhi yenə də ona qarşı nalayiq söyüşlər söymüş, bundan sonra əsəbləşib bir dəfə yumruqla Səbuhinin sifət nahiyəsindən vurmuşdur. Səbuhi yerə yıxılmışdır. Bundan sonra Səbuhinin onu vuracağından çəkinib yumruqla və təpiklə yerdə Səbuhinin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bu zaman həmkəndlisi İlqar oraya gəlmiş, həmin zaman artıq Səbuhidən aralanmışdır, daha sonra isə yaxınlıqda olan kənd sakinləri, eləcə də, atası Nazim, qardaşı Cavid və dayısı İlkin hadisə yerinə gəlmişlər. Hadisə zamanı səs-küy yaranmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs döyülməsinə səbəb Səbuhinin anası barədə sosial şəbəkələrdə təhqiramiz və nаlayiq sözlər yazması olmuşdur. Yəni hadisədən əvvəl Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin barəsində sosial şəbəkələrdə mütəmadi olaraq təhqiramiz statuslar paylаşması ilə yanaşı, «gecə Fuadın evində bazlıqda olmuşam......» məzmunlu yazılar dərc etməsinə görə əsəbləşib onu vurmuşdur. Heç bir xuliqanlıq hərəkətinə yol verməmişdir. Səbuhini döydüyünə görə əməlindən peşmandır. Məhkəmədən ilk dəfə cinayət əməli törətdiyini, özünü qismən təqsirli bildiyini, əməlindən səmimi pеşmаnçılıq çəkdiyini nəzərə alaraq, оna yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs оğlu göstərmişdir ki, 03.04.2020-ci il tarixdə həmkəndliləri Şahid1, Təqsirləndirilən şəxs, Şahid2, Şahid5, Şahid4 və Şahid3 barələrində Göyçay rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Əvvələr onlarla aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Əksinə, onlarla normal münasibətləri olmuşdur. X6 dostluq etmişlər və mütəmadi olaraq bir yerdə istirahətə, yeyib-içməyə getmişlər. Şahid1 Teyyub Hüseynovla şərikli olaraq Qaraməryən kəndi dairəsində ərzaq mağazası, eləcə də, dönərxana işlədirlər. Belə ki, ərzaq mağazasını Nazim, dönərxananı isə Təqsirləndirilən şəxs işlədir. Həmişə onlardan alış-veriş etmiş, eləcə də dəfələrlə nisyə ərzaq götürmüşdür. Аralarında pul ilə bağlı heç bir problem yaranmamışdır. Hətta dəfələrlə Nazimin özündən bir neçə dəfə borca pul almışdır. Sonradan aralarında söz-söhbət yaranmışdır. 2020-ci ilin mart ayının son günlərində Təqsirləndirilən şəxs ağ rəngli «Niva» markalı avtomobillə onun yaşadığı evin qarşısında yüksək sürətlə qaz verib bir neçə dəfə keçərək onu acıqlandırmağa çalışmışdır. Buna görə də DİN-in 102 xidmətinə zəng vuraraq Fuadın onu narahat etməsi barədə məlumat vermişdir. Sonra Fuad onun Qaraməryəm kənd dairəsində işlətdiyi tikinti materialları mağazasından əsassız şikayətlər etməyə başlamışdır. Еləcə də, Təqsirləndirilən şəxs yaşadığı kənddə bir neçə tanışlarına onun pisliyinə danışmağa başlamışdır. Fuadın onun barəsində kənd arasında belə söhbətlər danışdığına əsəbləşib öz «Whatsapp» profilində Fuad barəsində «çörək kəsdiyi adamın səsini yazıb şantaj edən adam fahişənin balasıdır. Bu adam Təqsirləndirilən şəxsdur. Bu adamdan ehtiyatlı olun dostlar» məzmunlu status paylaşmışdır. Bundan sonra Fuad və atası Nazim yenə ondan şikayətlər etməyə başlamışlаr, ona görə də hiddətləndiyindən bu dəfə Fuadın valideyinləri barəsində «Whatsapp» profilində nalayiq ifadələr işlətmişdir. 03.04.2020-ci il tarixdə Fuadın onun yaşadığı kənddən bir neçə nəfər toplayaraq ona qarşı şikayət xarakterli ərizə yazaraq rayon polis şöbəsinə müraciət etdiklərini eşitmişdir. Həmin vaxt ona qarşı haqsız şikayətlər etdikləri üçün bu barədə 102 xidmətinə məlumat vermişdir. 03.04.2020-ci il tarixdə saat 17 radələrində Qaraməryəm kənd dairəsində Çinar marketdən telefonuna kontur yükləyib danışa-danışa gedərkən, mağazadan 15-20 metr aralaşmışdır ki, Fuad idarə etdiyi ağ rəngli «Priora» markalı avtomobillə onun sağ ayaq nahiyəsindən vurmuş, nəticədə asfaltın üzərinə yıxılmış və huşunu itirmiş, ayılandan sonra Təqsirləndirilən şəxs, qardaşı Şahid2, atası Şahid1, qohumları Şahid5 və Şahid4 yumruq və təpiklə onu yerdə vurduqlarını görmüşdür. Həmin vaxt oraya toplaşan kənd sakinləri Şahid7, Şahid10, polis işçisi olan tanışı Şahid19 və Şahid9 yaxınlaşıb onları aralamışlаr. Bundan sonra oradan aralanıb bu barədə yenidən 102 xidmətinə məlumat vermişdir. Sonradan özünə məxsus digər mobil telefonun cibində olmadığını görüb telefonunun da onlar tərəfindən götürüldüyünü bilib bu barədə yenidən 102 xidmətinə məlumat vermişdir. Lakin sonradan telefonunu onları aralaşdıran həmkəndlisi Şahid7 ona vermişdir. Sonradan kənddə gedən söhbətdən onu hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurub xəsarət yetirdikdən sonra avtomobilin qabaq farasını yaxın qohumu Şahid11 Rafayıl oğlunun yaşadığı evin həyətində dəyişdirdiyini eşitmişdir. Həmin hadisə Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yerləşən müşahidə kameralarına düşmüş, hadisə zamanı onu Təqsirləndirilən şəxs, qardaşı Şahid2, atası Şahid1, qohumları Şahid5 və Şahid4 döymüşdür. İlkin izahatında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli «Priora» markalı avtomobillə onu ayağından vurduqdan sonra həmin avtomobilin qabaq alın şüşəsinə dəydiyini və avtomobilin alın şüşəsinin sındığını bildirmişdir. Əslində isə «Priora» markalı avtomobilin sağ qarşı bamperi ona dəymiş və sağ farasının sındığını hiss etmişdir. Hadisənin baş verməsinə səbəb onun Fuadın və ailə üzvlərinin barəsində «Whatsapp» sosial şəbəkəsində yuxarıda qeyd etdiyi nalayiq statusları paylaşması olmuşdur. Məhkəmədən təqsirləndirilən şəхs barəsində Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə cəzа təyin еdilməsini хаhiş еtmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunmuş Zərərçəkmiş şəxs tərəfindən sosial şəbəkələrdə yazılmış statuslardan çıxarışlardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özü və anası barədə təhqiredici yazılar dərc etmişdir. İş matеriallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibb ekspеrtizasının 09.04.2020-ci il tarixli 132 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun tağının sağ, burun qanadının sol yarısının və sağ diz oynağının ön hissəsinin sıyrıqları, sol çiyin üstü, sağ kürək nahiyələrinin yuxarı tış və hər iki kürək arası nahiyələrinin qançırları, sağ mil-bilək oynağının bayır və sağ əl üstü nahiyədə İİİ, İV, V əl daraqları sümükləri proyeksiyalarında dərinin epidermis qatının soyulmuş yaraları, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03.04.2020-ci il tarixə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən də, özünün dediyi kimi, yəni əvvəlcə avtomobilin ön bamperinə dəydikdən sonra bərk sahə (asfaltlı, çınqıllı, daşlı) üzərinə yıxılması nəticəsində də əmələ gəlməsi halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sol mil sümüyünün tipik yerinin az yerini dəyişmiş sınığı və bizvari çıxıntının qopuğu küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03.04.2020-ci il tarixinə uyğun gəlir, müxtəlif şəraitlərdə o cümlədən də, özünün dediyi kimi yəni, əvvəlcə avtomobilin ön bamperinə dəydikdən sonra bərk sahə (asfaltlı, çınqıllı, daşlı) üzərinə yıxılması nəticəsində də əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxsin vəsatəti əsasında məhkəməyə dəvət olunaraq dindirilmiş 09.04.2020-ci il tarixli 132 saylı rəyi vermiş Məhkəmə Tibbi Ekspertiza və X2 Göyçay rayon şöbəsinin eksperti Şahid21 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı İ.Məhərrəmovun 04.04.2020-ci il tarixli qərarı əsasında ekseprt rəyi vermişdir. Rəy verərkən Zərərçəkmiş şəxs dinləmiş, Zərərçəkmiş şəxs ekspertizası zamanı bədəni üzərində burun tağının sağ, burun qanadının sol yarısının və sağ diz oynağının ön hissəsinin sıyrıqları, sol çiyin üstü, sağ kürək nahiyələrinin yuxarı tış və hər iki kürək arası nahiyələrinin qançırları, sağ mil-bilək oynağının bayır və sağ əl üstü nahiyədə İİİ, İV, V əl daraqları sümükləri proyeksiyalarında dərinin epidermis qatının soyulmuş yaraları aşkar edilmiş, həmin yaralar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03.04.2020-ci il tarixə uyğun gəlmiş, müxtəlif şəraitlərdə, o cümlədən də, Zərərçəkmiş şəxs dediyi kimi yəni, əvvəlcə avtomobilin ön bamperinə dəydikdən sonra bərk sahə (asfaltlı, çınqıllı, daşlı) üzərinə yıxılması nəticəsində də əmələ gəlməsi halı inkar edilməmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Bundan başqa sol mil sümüyünün tipik yerinin az yerini dəyişmiş sınığı və bizvari çıxıntının qopuğu küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03.04.2020-ci il tarixinə uyğun gəlmiş, müxtəlif şəraitlərdə o cümlədən də, özünün dediyi kimi, yəni əvvəlcə avtomobilin ön bamperinə dəydikdən sonra bərk sahə (asfaltlı, çınqıllı, daşlı) üzərinə yıxılması nəticəsində də əmələ gəlməsi halı inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin komisyon məhkəmə-tibbi ekspertizasının 22.07.2020-ci il tarixli T193/2020 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - burunun sol yan səthinin və sağ diz oynağının ön hissəsinin sıyrıqları, sol çiyinüstü, sağ kürəyin yuxarı tış və hər iki kürəkarası nahiyələrin qançırları, sağ mil-bilək oynağının bayır və sağ əl üstü nahiyədə İİİ, İV, V əl daraqları proyeksiyasında sıyrılmış yaraları, sol mil sümüyünün tipik yerinin az yerini dəyişmiş sınığı və bizvari çıxıntının qopuğu-bərk küt əşya (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 03.04.2020-ci il tarixdə törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddilər. İş matеriallarında olan Azərbaycan Rеspublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Qаsımоv Fuаd Nаzim оğlu əvvəllər məhkum оlunmamışdır. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kollegiya hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin CM-in 127.1-ci maddəsindən CM-in 127.2.3-cü maddəsinə tövsif edilməli olması barədə dəlilinə münasibət bildirərərək hesab edir ki, həmin hissə əsassızdır. Belə ki, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. İşin halından görünür ki, təqsirləndirilən şəxs Qаsımоv Fuаd Nаzim oğlu zərərçəkmiş şəxs Quliyеv Səbuhi Fəхrəddin оğlunun sоsiаl şəbəkədə özü və anası bаrədə yаzdığı təhqirаmiz ifаdələrdən qеyzlənərək, ittihаmda qеyd оlunаn tаriхdə və vахtdа zərərçəkmiş şəxs Səbuhiyə yахınlаşmış, Səbuhidən bu cür dаvrаnışının səbəbini sоruşmuş, bu əsаsdа аrаlаrındа yаrаnmış mübаhisə zаmаnı Səbuhiyə fiziki təsir göstərərək onu vurmuşdur. Hаdisə məhz bu zəmində bаş vеrmiş, mübаhisədə digər şəхslər iştirаk еtməmiş, təqsirləndirilənlə zərərçəkmiş şəхs аrаsındа mübаhisə zаmаnı nаlаyiq ifаdələr işlədilməmiş, səs-küy оlmаmış, hаdisə cəmi 3-4 dəqiqə civаrındа dаvаm еtmiş, təqsirləndirilən şəхslə zərərçəkmiş şəхsi bir birindən həmin vахt hadisə yerinə özünü çаtdırаn İlqаr adlı şəxs аrаlаmışdır. Hаdisə hər hаnsı хuliqаnlıq niyyəti ilə törədilməmişdir. Bunu təsdiq edən hər hаnsı bir mötəbər sübut mövcud dеyil. Təqsirləndirilən şəхsin öz ifаdəsi ilə yаnаşı, zərər çəkmiş şəхsin və şаhidlərin ifаdələri ilə tаm təsdiq оlunur ki, təqsirləndirilən şəхs zərər çəkmiş şəхsi хuliqаnlıq niyyəti оlmаdаn, zərər çəkmiş şəхsin sоsiаl şəbəkədə özü və anası, eləcə də digər ailə üzvləri bаrədə yаzdığı təhqirаmiz ifаdələrə görə vurmuşdur. İşin аrаşdırılmış hаllаrı ilə təsdiq оlunur ki, hаdisə sоsiаl şəbəkədə yаzılmış ifаdələrlə bаğlı tərəflər arasında yaranmış barışmazlıq, nаrаzılıq zəminində yaranmış şəxsi münasibətlər nəticəsində baş vermişdir ki, bunlar şəxsi münasibətlər zəminində yaranmış münasibət kimi, öz növbəsində Qаsımоv Fuаd Nаzim oğlunun əməlində xuliqanlıq niyyəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in: 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 138.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Xuliqanlıq niyyəti təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər CM-nin 127.2.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-nin 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsa da, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir. Çünki, CM-in 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs təyin edilmiş CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi CM-in 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona qəti olaraq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 1 il 6 аy müddətinə islah işləri cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi peşmanlıq çəkməsini, cinayətin törədilməsində rolunu nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 127.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab etsə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını aşağı həddə təyin etmişdir. Ona görə də cəzanın yüngül olması barədə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, ona təyin edilmiş cəza ağırlaşdırılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilərək, həmin maddənin sanksiyasında gəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 1 il 6 аy müddətinə islah işləri cəzasına məhkum etmə cəzası dəyişdirilərək ona qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 1(046)-11/2021 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Təqsirləndirilən şəxs təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 1 il 6 аy müddətinə islah işləri cəzasına məhkum etmə cəzası dəyişdirilsin və ona qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Baxılmış apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-129/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-129/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver