Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-129/2022 11.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babayeva Vəfa Həsən qızının katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz məsələsinə bаxaraq, MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək işə Ucar Rayon Məhkəməsinin hakimi X2 tərəfindən baxılmasına etiraz etmişdir. Ucar Rayon Məhkəməsinin 27 yanvar 2022-ci ildə keçirilən məhkəmə iclasının protokoluna daxil edilməklə çıxarılmış qərara əsasən, Təqsirləndirilən şəxs tərəfindən verilmiş hakimə etiraz baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs hakimə etirazını onunla əsaslandırmışdır ki, hakim X2 həm məhkəmənin hazırlıq iclasında işin ibtidai istintaqa geri qaytarılıb düzgün araşdırılmasını rədd edib, həm də onu susdurmağa çalışıb. Ona görə də o, cinayət işinə hakim Hilal Xəlilovun baxmasına etiraz edir. Etirazın dəlillərini iş materialları üzrə аrаşdırıb hesаb edirəm ki, etiraz əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1. Şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. Hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. Hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. Hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. Hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. Hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Etirazın dəlillərini ayrı-ayrılıqda təhlil etdikdə müəyyən olunur ki, iş üzrə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova etiraz edilməsi üçün CPM-in 109.1-ci maddəsində sadalanan əsaslardan heç biri iş üzrə mövcud deyil. Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsi tərəfindən ədalətsiz qərarın qəbul edilməsi barədə göstərdiyi dəlilləri heç bir sübuta söykənməyən ehtimal və mülahizələrə əsaslanır və hakimə etirazın təmin edilməsi üçün qanuni əsas ola bilməz. Ona görə də etiraz əsassız olduğundan təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh оlunаnlаrı və CPM-in 109 və 321.2.3 mаddələrini rəhbər tutаrаq, qərara aldim: Təqsirləndirilən şəxs tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz təmin edilməsin və iş Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-129/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-129/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver