Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-13/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X24, baraət almış şəxs X21 və onun müdafiəçisi-Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional vəkil bürosunun vəkili X30, zərərçəkmiş şəxs Qanuni nümayəndə3, zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protestinə, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X37, hakimlər X25 və X38) 01 sentyabr 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1968-ci il tarixdə Laçın rayonu Minkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Abşeron rayonu Aşağı Güzdək Hərbi şəhərciyin yaxınlığındakı yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcı 03.12.2018-ci il tarixdən hesablanması, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; xx xxxxx 1970-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməsi, mülki iddiaçılar Əliyar Əliyev, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 tərəfindən qaldırılan mülki iddia baxılmamış saxlanılması, mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə maddi sübut olan Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs8 və “Mercedes 316CDİ” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sahibi Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınması, məhkəmə məsrəfləri olan 638 AZN (altı yüz otuz səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı ittiham irəli sürülmüşdür ki, o, 30.06.2018-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkət edərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, hadisənin qarşısını almayıb, öz hərəkət zolağında idarə etdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin edə bilməyib avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən 44 km/saat sürətlə keçib əks hərəkət yoluna çıxaraq, təhlükə yaradıb qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan, yəni “Mercedes 316CDİ” markalı mikroavtobusun salonunda olan sərnişinlər X8 onurğa beyninə qansızma ilə müşayiət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X5 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, 11.09.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X23 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X32 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol gicgah nahiyəsinin yarası, hər iki göz ətrafı nahiyənin qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Qanuni nümayəndə3 müştərək, açıq kəllə-beyin travması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyyədə dərialtı hematoma, subaroxnoidal qansızmanın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, xx.xx.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travmasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, xx.xx.2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs10 sol mil bilək oynağının yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 alın nahiyəsinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 burun belinin və sol yanağın sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs9 sifətin və sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Zərərçəkmiş şəxs7 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Qanuni nümayəndə2 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, 18.06.2013-cü təvəllüdlü, azyaşlı X10 alın qabarının şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, habelə “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsi nəticəsində Təqsirləndirilən şəxs2 12000 (on iki min) manat və “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs8 4620 (dörd min altı yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı ittiham irəli sürülmüşdür ki, o, 30.06.2019-cu il tarixdə təxminən saat 18:03 radələrində 60 km/saat sürətlə idarə etdiyi “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286cı km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, hadisənin qarşısını almayıb, Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib 44 km/saat sürətlə əks hərəkət yoluna istiqamətlənərkən, yəni avtomobilin ayırıc zolağı olan yolu iki hissəyə ayıran daş lövhələrin üzərinə qalxdığı zaman, təhlükəni gördüyü anda dayandırmalı olduğu halda dayandırmadığından toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan, yəni “Mercedes 316CDİ” markalı mikroavtobusun salonunda olan sərnişinlər X8 onurğa beyninə qansızma ilə müşayiət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X5 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, 11.09.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X23 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X32 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol gicgah nahiyəsinin yarası, hər iki gözətrafı nahiyənin qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Qanuni nümayəndə3 müştərək, açıq kəllə-beyin travması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyyədə dərialtı hematoma, subaroxnoidal qansızmanın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, xx.xx.2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan X16 hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travmasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, xx.xx.2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs10 sol mil bilək oynağının yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 alın nahiyəsinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 burun belinin və sol yanağın sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs9 sifətin və sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Zərərçəkmiş şəxs7 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Qanuni nümayəndə2 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, 18.06.2013-cü il təvəllüdlü, azyaşlı X10 alın qabarının şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, habelə “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs8 4620 (dörd min altı yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 bəraət verildiyi hissədə qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinməklə cinayət qanunu normalarına müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünü ləğv edib Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 verdikləri apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün digər proses iştirakçıları tərəfindən apellyasiya şikayətləri, eləcə də verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X50 onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünü ləğv edib Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında baraət almış şəxs X21 və onun müdafiəçisi- Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X22 onun tərəfindən, zərərçəkmiş şəxslərin hüquqi varisləri X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinin, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ən yuxarı həddə cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X44 dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinin, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Qanuni nümayəndə3 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətləri və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, bəraət almış şəxs, onların müdafiəçilərinin, zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisi, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri və apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30.06.2018-ci il tarixdə qum doldurmaq üçün Yevlax şəhərinə yola düşmüş, həmin vaxt avtomobili yolun sağ zolağı ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirdiyi vaxtı təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobili ötüb keçmək üçün idarə etdiyi avtomobili yolun sol hərəkət zolağına çəkib ötmə əməliyatı etmək istəyərkən idarə etdiyi Howo ZZ3327N3847D yük markalı avtomobilin qabaq sol təkəri partlamış, bu zaman avtomobilin idarəetməsini itirmiş, avtomobilin idarə olunmaz vəziyyətdə sola istiqamətlənib yolun sol tərəfində olan daş səkiyə çırpılmışdır. Bir müddət həmin səki ilə irəli doğru hərəkət etdikdən sonra avtomobilin yolu iki hissəyə ayıran daş lövhələrin və ayırıcı yaşıllıq zolağının üzərinə çıxmış, həmin anda qarşı yoldan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun gəldiyini görmüş, əlini yan pəncərədən çıxarmaqla işarə etmiş, həmçinin siqnal verməklə onun dayanması üçün tədbirlər görməsi ilə bağlı hərəkətlər etmişdir. Lakin Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkəti davam etdirdiyindən, təxminən 15 metr həmin arakəsmə ilə yaşıllıq zolağın üzəri ilə hərəkət etdikdən sonra həmin arakəsməni keçib əks hərəkət yoluna çıxdı, avtomobilin arxa təkərləri arakəsmə olan daş lövhələrdən endiyi anda, yəni avtomobilin öz qabarit uzunluğu ilə yola daxil olduğu anda idarə etdiyi Howo ZZ3327N3847D yük markalı avtomobilin qarşı sol hissəsinin Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsinə dəymiş və toqquşmadan sonra bir qədər qarşıya doğru hərəkət edib dayanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 263.3cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək etibarnamə əsasında idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilinə 30.06.2018-ci il tarixdə qum doldurmaq üçün Yevlax şəhərinə yola düşdüyünü, həmin vaxt avtomobili yolun sağ zolağı ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirdiyini, təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobili ötüb keçmək üçün idarə etdiyi avtomobili yolun sol hərəkət zolağına çəkib ötmə əməliyatı etmək istəyərkən idarə etdiyi Howo ZZ3327N3847D yük markalı avtomobilin qabaq sol təkərinin partladığını, bu zaman avtomobilin idarəetməsini itirdiyini, avtomobilin idarə olunmaz vəziyyətdə sola istiqamətlənib yolun sol tərəfində olan daş səkiyə çırpıldığını, bir müddət həmin səki ilə irəli doğru hərəkət etdikdən sonra avtomobilin yolu iki hissəyə ayıran daş lövhələrin və ayırıcı yaşıllıq zolağının üzərinə çıxdığını, həmin anda qarşı yoldan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun gəldiyini gördüyü üçün əlini yan pəncərədən çıxarmaqla işarə edərək, həmçinin siqnal verməklə onun dayanması üçün tədbirlər görməsi ilə bağlı hərəkətlər etdiyini, lakin Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkəti davam etdirdiyini, təxminən 15 metr həmin arakəsmə ilə yaşıllıq zolağın üzəri ilə hərəkət etdikdən sonra həmin arakəsməni keçib əks hərəkət yoluna çıxdığını, avtomobilin arxa təkərləri arakəsmə olan daş lövhələrdən endiyi anda, hələ tam düşməmiş, yəni avtomobilin öz qabarit uzunluğu ilə yola daxil olduğu anda idarə etdiyi Howo ZZ3327N3847D yük markalı avtomobilin qarşı sol hissəsinin Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsinə dəydiyini və toqquşmadan sonra bir qədər qarşıya doğru hərəkət edib dayandığını göstərmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 hadisənin onun günahı ucbatından deyil, məhz idarə etdiyi yük avtomobilinin qabaq sol təkərinin qəfildən partlamasının səbəb olduğunu, bundan sonra idarəetməni həyata keçirə bilmədiyini və qarşı yola çıxaraq qarşıdan gələn mikroavtobusla toqquşduğunu, əslində həmin vaxt Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa imkanının olduğunu, çünki ona siqnal və əl işarəsi ilə xəbərdar etməyə çalışdığını göstərmiş, hadisə baş verəndən sonra hadisə yerində qalıb yaralılara köməklik etdiyini, polis əməkdaşları, o cümlədən müstəntiqin iştirakı ilə hadisə yerinə baxışın keçirilməsində iştirak etdiyini, hadisənin təsirində olduğu üçün tərtib olunan protokolda nələrin qeyd edildiyinə fikir vermədən həmin protokolu və sxemi imzaladığını, baxış keçirilərkən çəkilən şəkillərdə isə öz yolundan qarşı yola keçdiyi yeri, həmçinin toqquşma baş verdikdən sonra yerə səpələnən şüşələri və yük avtomobilinin dayananadək getdiyi istiqaməti əli ilə göstərdiyini, hadisənin baş vermə sxemində göstərilənlərin həqiqəti əks etdirmədiyini, onun idarə etdiyi yük avtomobili ilə qarşı yola keçdikdən sonra 32 metr maşını idarə etməsinin düzgün göstərilmədiyini, əslində hadisənin məhz yol ayrıcını keçdiyi anda, hətta idarə etdiyi yük avtomobilinin arxa təkərlərinin hələ səkidən düşməmiş toqquşmanın baş verdiyini, hadisədən sonra idarə etdiyi yük avtomobili təkəri cırılmış vəziyyətdə 3 km məsafədə sürülərək dayanacağa aparıldığı üçün partlamaya xarakterik olan xəsarətlərin öz əhəmiyyətini itirdiyini, ona görə də iş üzrə mövcud ekspert rəyi ilə razı olmadığını bildirərək, məhkəmədən məcburi köçkün olduğunun nəzərə alınmaqla barəsində ədalətli qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30.06.2018-ci il tarixdə təxminən saat 15 radələrində Qırmızı Körpüdən çıxıb Bakı şəhərinə yola düşmüş və Qazax, Tovuz və Şəmkir rayonlarından tanımadığı sərnişinləri yolun kənarından götürmüşdür. Hadisənın baş verməsindən bir qədər əvvəl Yevlax avtovağzalında dayanmış, avtobusda bir nəfərlik boş yer olduğu üçün sərnişin götürməyə çalışmış, daha sonra oradan çıxıb təxminən saat 18 radələrində idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusu yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. Yolda seyrək sayda avtomobil olmuş, hətta hadisədən qısa müddət öncə uzun bir Tır onu ötərək yoluna davam etmiş, qəfildən əks hərəkət yolunda Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin yolu iki hissəyə ayıran daş lövhələrin üzərinə çıxaraq onun hərəkətdə olduğu yolun hərəkət hissəsinə doğru istiqamətləndiyini görmüş, hadisə o qədər anidən baş vermişdir ki, həmin anda aralarındakı məsafə cox qısa, təqribən 25-30 metr olduğundan, o, əyləci basmağa vaxt tapmamış, baş verəcək toqquşmadan yan keçmək və hadisənin qarşısını almaq üçün idarə etdiyi Mercedes 316CDİ markalı mikroavtobusun sükanını sağa çəkmiş, lakin məsafə yaxın olduğundan, Howo ZZ3327N3847D yük markalı avtomobil yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna, yəni öz qabarit ölçüsündə onun yoluna daxil olan anda avtomobilin qarşı sol hissəsi ilə onun idarə etdiyi Mercedes 316CDİ markalı mikroavtobusunu arxa sol hissəsindən vurmuş və onun avtomobilini hərəkətdə olduğu yolun sağ səkisinin üstünə atmışdır. Hadisədən sonra avtobus səkidə dayanıb qalmış, yük avtomobili isə onunla toqquşandan sonra bir az irəli gedib dayanmışdır. Məhkəmə kollegiyası istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs2 onun hadisənin qarşısını almağa imkanının olmadığını, hətta əyləci basmağa vaxtının yetmədiyini göstərmiş, Təqsirləndirilən şəxs1 yalan danışdığını, ona ümumiyyətlə siqnal verilmədiyini, hər hansı əl işarəsi etməyə imkanının olmadığını, yük avtomobili yol ayrıcını keçdiyi, hətta tam olaraq səkidən yerə düşməyə vaxt tapmadığı anda toqquşmanın baş verdiyini göstərmiş, hadisə baş verəndən sonra hadisə yerində qalıb yaralılara köməklik etdiyini, polis əməkdaşları, o cümlədən müstəntiqin iştirakı ilə hadisə yerinə baxışın keçirilməsində iştirak etdiyini, hadisədə günahının olmadığını hesab etdiyi üçün tərtib olunan protokolda nələrin qeyd edildiyinə fikir vermədən həmin protokolu və sxemi imzaladığını, baxış keçirilərkən çəkilən şəkillərdə isə toqquşma baş verdikdən sonra yerə səpələnən şüşələri və yük avtomobilinin dayananadək getdiyi istiqaməti əli ilə göstərdiyini, hadisənin baş vermə sxemində göstərilənlərin həqiqəti əks etdirmədiyini, yük avtomobilinin onun hərəkətdə olduğu yola daxil olub 32 metr getməsi barədə sxemdə göstərilənlərin düzgün olmadığını, böyük qabaritdə olan yük avtomobilinin onların yoluna daxil olduğunu və onların üzərinə doğru gəldiyini görə-görə, yəni real təhlükənin mövcud olduğunu bilə-bilə idarə etdiyi avtomobili saxlamaq üçün kifayət qədər vaxta və manevr etmək üçün kifayət qədər təcrübəyə sahib olduğu halda öz həyatını və sərnişinlərin həyatını riskə ataraq avtomobilin idarə olunmasının davam etdirilməsinin məntiqsiz olduğunu, ona görə də ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razı olmadığını və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərdi ki, 30 iyun 2018-ci il tarixdə, təxminən saat 16:25 radələrində arvadı Zərərçəkmiş şəxs7, oğlu Emil Abdullayevi, baldızlarını və baldızının oğlunu Şəmkir avtovağzalından Bakı şəhərinə yola salmış, təxminən saat 18:40 radələrində onların yol-nəqliyyat hadisəsinə düşərək Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirildikləri barədə məlumat almış, hadisəni görməmiş, hadisə barədə sonradan məlumat almışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X22 göstərmişdir ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16:25 radələrində arvadı Zərərçəkmiş şəxs7, oğlu Emil Abdullayevi, baldızlarını və baldızının oğlunu Şəmkir avtovağzalından Bakı şəhərinə yola salmış, təxminən saat 18:40 radələrində onların yolnəqliyyat hadisəsinə düşərək Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirildikləri barədə məlumat almışdır. Bundan sonra Yevlax RMX-na getmiş, xəstəxanada olarkən ona məlum olmuşdur ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 18:15 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo markalı yük avtomobili ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşub, nəticədə Mercedes markalı mikroavtobusun salonunda olan sərnişinlər oğlu Emil Abdullayev, baldızı Samirə Musayeva və avtomobilin salonunda olan digər sərnişin sonradan adını bildiyi Ziyafət Ələsgərova aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, digər sərnişinlər isə müxtəlif bədən xəsarətləri alaraq Yevlax RMXna daxil olmuşlar. Ötən müddət ərzində təqsirləndirilən şəxslər tərəfindən barışıq üçün hər hansısa cəhd olmamış, hətta olmuş olsaydı belə o, barışmazdı. Təqsirləndirilən şəxslərlə barışmır, onlardan şikayətçidir və məhkəmədən onlara ağır cəza təyin edilməsini xahiş edir. Həmçinin əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı arvadı Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 595 manat olan məişət əşyaları və ərzaq malları, o cümlədən 1000 manat nağd pul yoxa çıxmış, hadisədə övladı vəfat etdiyinə görə və başı övladının dəfninə, o cümlədən yas mərasiminə qarışdığına görə hüquq mühafizə orqanlarına vaxtında məlumat verməmişdir. Sonradan bu barədə dəfələrlə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə bildirsə də, onun tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyası iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16:25 radələrində oğlu Emil Abdullayev, bacıları və bacısı oğlu Ramal Bağırlı ilə birlikdə Şəmkir avtovağzalından Bakı şəhərinə yola düşmüş, bir qədər getdikdən sonra təxminən saat 18:15 radələrində Yevlax rayon ərazisində yol nəqliyyat hadisəsi baş vermiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks-hərəkət yoluna çıxaraq, salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində oğlu X34 və bacım X13 vəfat etmişdir. Birinci istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16:25 radələrində oğlu Emil Abdullayev, bacıları və bacısının oğlu Ramal Bağırlı ilə birlikdə Şəmkir avtovağzalından Bakı şəhərinə yola düşmüşlər. Bir qədər getdikdən sonra təxminən saat 18:15 radələrində Yevlax rayon ərazisində yol nəqliyyat hadisəsi baş vermiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuşdur. Həmin vaxt şok vəziyyətində olduğundan nə baş verdiyini hal-hazırda xatırlamır. Baş vermiş hadisə nəticəsində oğlu X34 və bacısı X13 vəfat etmişdir. Ötən müddət ərzində təqsirləndirilən şəxslər tərəfindən barışıq üçün hər hansısa bir cəhd olmamışdır. Təqsirləndirilən şəxslərlə barışmır, onlardan şikayətçidir və məhkəmədən onlara ağır cəza təyin edilməsini xahiş edir. Həmçinin əlavə olaraq bildirdi ki, hadisə vaxtı ona məxsus ümumi dəyəri 595 manat olan məişət əşyaları və ərzaq malları, o cümlədən 1000 manat nağd pul yoxa çıxmış, hadisədə övladı vəfat etdiyinə görə və başı övladının dəfninə, o cümlədən hüzr mərasiminə qarışdığına görə hüquq mühafizə orqanlarına vaxtında məlumat verməmişdir. Sonradan bu barədə əri Vasif Abdullayev dəfələrlə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə bildirsə də, onun tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxs X39 ifadəsində göstərdi ki, sözügedən tarixdə arvadı və oğlu Cavidanla birlikdə üçyol adlanan yerdən adını sonradan bildiyi X14 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüş. Avtobusda ən arxa oturacaqda orta hissədə oturmuşdur. Arvadı sağında, oğlu isə solunda oturdu. Gedəndə birdə görmüşdür ki, Howo markalı avtomobil Ağdaş rayon istiqamətindən Gəncə şəhər istiqamətində hərəkətdə olarkən avtomobil idarəetməni itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxmış, o, da sürücüyə demişdir ki, Howo markalı avtomobil dəyəsən onlar tərəfə gəlir, sürücü də qayıdıb ona sakit dayanmasını bildirmişdir. O, istəyirdi ki, oğlu Cavidanı götürüb, sağ tərəfə qoysun. Ona heçnə olmasın, onu götürərgötürməz hadisə baş vermişdir. Ondan sonra daha heçnə yadında qalmayıb. Məhkəmə kollegiyası istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, Howo markalı avtomobil onlar tərəfə keçəndə onlarla onun arasındaki məsafəni dəqiq dəyə bilməz. Ola bilər ki, həmin məsafə 80 metr olar, 100 metr olardı. Maşın ola bilər ki, Howo tam onlar tərəfə keçməmişdir. Xatırladığı qədəriylə yük maşının bir tərəfi onlar tərəfdə idi. Bir hissəsi isə daş lövhənin üzərində. Orda kolluq vardır deyə dəqiq görə bilməmişdir. Yuk maşın onlar tərəfə keçən zaman toquşma baş vermişdir. Ondan sonra heçnə xatırlamır. 3 gündən sonra ayılmışdır. O, Howo markalı avtomobil ilə onların aralarındakı məsafəni həmişə 70-80-100 metr demişdir. Sürücüyə yarı-yarımçıq demişdir ki, bəlkə maşını saxlasın, Cavidanı götürə də bilmədən toqquşmuşdur. Howo markalı avtomobil səthin üzərindən biz tərəfə düşən kimi toqquşma baş vermişdir. Howo markalı avtomobilin sağ tərəfi öz yolunda idi, sol tərəfi isə səthin üzərindən onlar tərəfə düşən kimi toqquşmuşdur. Mercedes avtomobilin sürücüsü o, olsaydı Howo markalı avtomobili görən kimi, ən azınan əyləcdən istifadə etməyə çalışardı ki, avtomobili saxlasın. Birinci instansiya istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Qanuni nümayəndə3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, göstərmişdir ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16 radələrində arvadı Zərərçəkmiş şəxs5 və oğlu Zərərçəkmiş şəxs6 ilə birlikdə Şəmkir rayonunda üçyol adlanan yerdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxt mikroavtobusun salonunda ən arxa oturacaqda orta hissədə oturmuş, arvadı Zərərçəkmiş şəxs5 onun sağında, oğlu Zərərçəkmiş şəxs6 isə onun solunda oturmuşdur. Bakıya qədər kifayət qədər çox məsafə, yəni ən azı bir neçə saatlıq yol olduğundan, avtobusda olan sərnişinlərin əksəriyyəti yuxulu vəziyyətdə olmuş, yəni gözlərini yumaraq dincəlmişdir. Onun isə avtobusa mindiyi andan diqqəti daima yolda olmuşdur. Çünki avtobusun sürücüsünün idarəetməsindən narahat olmuşdur, ona görə də diqqətini yoldan ayırmamışdır. Sürücü avtobusu sürətli sürməmiş, təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Təqribən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo markalı yük avtomobili ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq 80-100 metr məsafədən onların üzərinə doğru gəldiyini görmüş, bu barədə sürücüyə bildirərək ucadan avtomobilin dayandırılmasını tələb etsə də, sürücü özünün gördüyünü deyərək onun söylədiklərinə əhəmiyyət verməmiş və idarəetməni davam etdirmişdir. Bu vəziyyətdə yük avtomobilinin artıq onlarla toqquşmasının qaçınılmaz olduğunu dərk etdiyindən özündən solda əyləşən oğlu Cavidanı dartaraq özünə tərəf çəkmiş və anasının qucağına otuzdurmağa çalışmışdır. Bu zaman toqquşma baş vermiş və salonda olan bir neçə nəfər aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, o, arvadı və oğlu, həmçinin digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxararaq yoldan keçən maşınlarla onları Yevlax RMX-na yola salmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Həmçinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianı müdafiə edir və onlardan hadisə nəticəsində ona və ailəsinə dəymiş 27000 manat maddi ziyanın tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Qanuni nümayəndə3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Qanuni nümayəndə3 göstərmişdir ki, 30.06.2018-ci il tarixdə təxminən saat 16 radələrində arvadı Zərərçəkmiş şəxs5 və oğlu xx.xx.2000-ci ildə anadan olan, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 ilə birlikdə Şəmkir rayonunda üçyol adlanan yerdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüşlər. Təxminən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə sonradan adlarını bildiyi X17, X13, 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X34 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, o, arvadı Zərərçəkmiş şəxs5 və oğlu YYÇ-an Zərərçəkmiş şəxs6, sonradan adını bildiyi X45 və digər sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxarmışlar və yoldan keçən tanımadığı avtomobillə onları Yevlax RMX-na yola salmışlar. Sonradan ona məlum olmuşdur ki, 03.07.2018-ci il tarixdə X62 şəhərində xəstəxanada ölmüşdür. Birinci instansiya istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən zərərçəkmiş şəxs (mülki iddiaçı) Qanuni nümayəndə3 ibtidai istintaq zamanı verdiyi ifadəni də təsdiq etmiş, həmin ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin arasındakı ziddiyyəti onunla izah etmişdir ki, həmin vaxt hadisənin üzərindən qısa müddət keçdiyinə görə yalnız müstəntiqin suallarını cavablandırmış, ətraflı ifadə verə bilməmişdir. Hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadə ətraflı ifadədir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16.00 radələrində əvvəllər avtobus sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes markalı mikroavtobusla Bakı şəhərinə yola düşmüş. Avtobusda qabaq sırada sürcünün sağ tərəfində əyləşmişdir. Avtobusla Yevlax rayon ərazisindən keçən zaman Gəncə şəhəri istiqamətində olan sonradan bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi yük avtomobili idarə etməni itirərək yolun iki hissəyə ayrılan daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq bizim mikroavtobusla toqquşmuşdur. Məhkəmə kollegiyası istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, hadisə anidən olmuş, Howo markalı yük maşını ilə onlar arasındakı olan məsafəni dəqiq dəyə bilməz. O, olan avtomaşının sürücüsü əyləcdən istifadə edibetmədiyini dəqiq dəyə bilmir. Howo markalı yük maşının orta səkidən keçmiş və birbaşa onlarla toqquşmuşdur. Hadisə ani anda baş vermiş, Howo markalı yük maşının orta səkinin üstündə getməsini görməmişdir. O, sürürcünün böyründə sağ tərəfdə oturmuşdu. Avtomaşınlar toqquşmamışdan əvvəl avtomaşında olan sərnişinlər “bu neyniyir, hara gəlir” və ya başqa səsləri eşitməmişdir. Ancaq toqquşduqdan sonra səs küy olmuşdur. Avtomaşınlar toqquşmamışdan əvvəl kimnənsə Mayısın maşını pis idarə etməsi barədə narazılıq etməsini eşitməmiş, Howo markalı yük maşınının sürücüsünün avtomaşından əl çıxarıb nəsə işarə verməsini görməmişdir. Howo markalı yük maşının sağ təkər səkidən düşməsini, nə qədərsə məsafə getməsini görməmişdir. Hadisə yerində gedəndə ona kimsə təsir-təzyiq göstərməsi olmayıb. Hadisə yerində baxış keçirilən zaman nə yadında qalmışdı, nə görmüşdür onu da ifadəsində göstərmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 30.06.2018-ci il tarixdə təxminən saat 16:00 radələrində əvəllər avtobus sürücüsü kimi tanıdığı Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüş, avtobusa Ağstafada minmiş, həmin mikroavtobusda qabaq sırada sürücünün sağ tərəfində əyləşmişdir. Avtobusla Yevlax rayon ərazisindən keçən zaman Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq onun salonunda olduğu Mercedes 316CDİ markalı mikroavtobusla toqquşmuşdur. Hadisədə xəsarət almamış, hadisədən sonra orada qalaraq yaralı sərnişinlərə köməklik etməyə çalışmışdır. Hadisə nəticəsində Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər sonradan adlarını bildiyi X4, X6, yetkinlik yaşına çatmayan X18 aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü, digər sərnişinlər sonradan adlarını bildiyi X26, Qanuni nümayəndə3, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, az yaşlı Zərərçəkmiş şəxs9 və Qanuni nümayəndə2 xəsarət aldıqlarını görmüş, hadisə yerinə gələn X68 maşınları vasitəsi ilə ölən və xəsarət alanlar Yevlax RMX-na aparılmışlar. İfadəsinin davamında göstərmişdir ki, hadisənin baş verməsindən bir qədər əvvəl avtobus Yevlax avtovağzalında dayanmış, avtobusda bir nəfərlik boş yer olduğu üçün Təqsirləndirilən şəxs2 sərnişin götürməyə çalışmışdır. Qısa bir müddət dayandıqdan sonra Təqsirləndirilən şəxs2 yoluna davam etmiş, idarə etdiyi mikroavtobusu Bakı şəhəri istiqamətində hərəkət etdirmişdir. Yolda seyrək sayda avtomobil olmuş, hətta hadisədən qısa müddət öncə uzun bir Tır onları ötərək yoluna davam etmiş, həmin vaxt onun telefona başı qarışdığı üçün yola çox fikir verməmiş və Mayisin avtomobili hansı sürətlə idarə etdiyini görməmişdir. Lakin avtobus sərnişinlə demək olar dolu olduğundan və avtovağzaldan çıxaraq yola təzə düzəldiyindən Təqsirləndirilən şəxs2 avtobusu sürətli sürməmiş, təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Qəfildən əks hərəkət yolunda nəsə baş vermiş, ora tərəf baxdıqda Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxdığını görmüş, məsafə çox yaxın olduğundan bərk qorxmuş və özünü sağ tərəfə atmış, elə həmin anda həmin yük maşını salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuşdur. Hadisə qəfildən baş verdiyindən və hadisənin şokunda olduğundan, Təqsirləndirilən şəxs2 həmin an əyləci basdığını xatırlamır. Lakin hadisə anidən baş verdiyindən hesab edir ki, Təqsirləndirilən şəxs2 hadisənin qarşısını ala bilməmişdir. Mikroavtobus toqquşmanın təsirindən yolun sağındakı səkiyə çırpılmış və orada qalmışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, 30.06.2018ci il tarixdə təxminən saat 16:00 radələrində Şəmkir avtovağzalından əvəllər tanıdığı tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüş və Mayisi əvəllər tanıdığından ona kömək də edir. Bildirmişdir ki, təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə nə o, nə də Mayis heç bir xəsarət almamışlar. Bundan sonra onlar abtomobildən çıxmışlar, bu zaman o, Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər sonradan adlarını bildiyi X4, X6, 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X18 aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü, digər sərnişinlər sonradan adlarını bildiyi X26, Qanuni nümayəndə3, xx.xx.2000-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6, xx.xx.2002-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, xx.xx.2006-cı il tarixdə anadan olmuş, Zərərçəkmiş şəxs9 və Qanuni nümayəndə2 xəsarət aldıqlarını görmüşdür. Bundan sonra hadisə yerinə gələn X68 maşınları ölən və xəsarət alanları Yevlax RMX-na aparmışdır. Sonradan ona Mətləb Tomarovun 03.07.2018-ci il tarixdə Gəncə şəhərində xəstəxanada ölməsi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni də təsdiq etmiş, həmin ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin arasındakı ziddiyyəti onunla izah etmişdir ki, həmin vaxt müstəntiq tərəfindən ona ətraflı şəkildə suallar verilməmiş, ümumi şəkildə hadisənin baş verməsi barədə məlumat verilməsi ondan xahiş edilmiş, o da ümumi şəkildə baş verən hadisəni bildirmişdir. Hazırda məhkəmə istintaqı zamanı ona ətraflı suallar verildiyi üçün ətraflı şəkildə ifadə vermişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, hadisə günü şəxsi işləri ilə bağlı Yevlax şəhərində idi. İşlərini yekunlaşdırandan sonra Gəncə şəhərinə qayıtmaq üçün hadisə baş verən yerə yaxın yolun kənarından Gəncə şəhəri istiqamətində gedən tərəfə keçməyə çalışarkən yolun Bakı istiqamətində hərəkətdə olan Howo markalı avtomobil səthə dəymiş, dəyən kimi də təkəri partlamış və səthi keçmişdir. Keçməklə bərabər də Mersedes sprinter markalı avtomobillə toqquşdu. Məhkəmə kollegiyası istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərdi ki, Howo markalı avtomobil səthi keçməsi ilə toqquşma bir oldu. Müstəntiq gəlib onun yanına bir dəfə gəlmiş, lakin izahatı onun özü yazmış, o, da imza etmişdir. Ondan sonra izahat verməmişdir. Toqquşmadan qabaq maşınlar arası nə qədər məsafə olardı bilmir. O, bircə görmüşdür ki, Howo markalı avtomobil səthi keçmişdir. Keçən kimi də toqquşmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilən X27 göstərmişdir ki, o, hadisə yerinə baxış protokolunun və hadisə yerinin sxeminin tərtib olunmasında hal şahidi qismində iştirak etsə də, əslində o, hadisə baş verən vaxt şəxsi işləri ilə bağlı Yevlax şəhərində hadisə baş verən ərazidə olduğundan, hadisə baş verən anın birbaşa şahidi olmuşdur. Belə ki, 30.06.2018-ci il tarixdə şəxsi işləri ilə bağlı Yevlax şəhərində olmuş, işlərini yekunlaşdırdıqdan sonra yaşadığı Gəncə şəhərinə qayıtmaq üçün hadisə baş verən yerə yaxın yolun kənarından Gəncə şəhəri istiqamətində gedən tərəfə keçməyə çalışarkən yolun Bakı istiqamətində olan hissəsinin kənarında dayandığı vaxt qəfildən yolun Gəncə şəhəri istiqamətində hərəkətdə olan Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin yolu iki hissəyə ayıran daş lövhələrin üzərinə çıxaraq yolun digər hissəsinə keçdiyini və dərhal da yolun Bakı şəhəri istiqamətində hərəkətdə olan Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol yanı ilə toqquşduğunu görmüşdür. O, Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yolun hissəsindəki səkiyə çırpıldığının yox, məhz yolu iki hissəyə ayıran daş lövhələrin üzərinə çıxdığı anın şahidi olmuş, avtomobil çox qısa bir vaxt kəsiyində arakəsməni keçərək qarşı yola düşdüyü anda, avtomobilin arxa təkərləri demək olar ki, qarşı yola dəydiyi anda toqquşma baş vermişdir. Şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Habil Baxşəliyev göstərmişdir ki, 30.06.2018-ci il tarixdə şəxsi işi ilə əlaqədar Yevlax şəhərinə gedərkən Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb, hadisə barədə məlumat aldıqda 30.06.2018-ci il tarixdə təxminən saat 18 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşduğunu, nəticədə Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər X4, X6 və 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X18 aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü, digər sərnişinlər X26, X28, 2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 və 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 müxtəlif bədən xəsarətləri alaraq Yevlax RMX-na daxil olduğunu öyrənmişdir. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşı ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər imza etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid Habil Baxşəliyev ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmiş, ifadədə əks olunan imzanın ona məxsus olduğunu, lakin həmin ifadənin hadisədən səkkiz ay keçdikdən sonra alındığını və latın qrafikasını oxuya bilmədiyindən həmin ifadədə nəyin yazıldığını bilmədən imzaladığını, orada yazılanların müstəntiq tərəfindən yazıya alındığını, əslində isə hadisənin birbaşa şahidi olduğunu, hadisənin onun gözü qarşısında baş verdiyini, hadisə vaxtı yolun kənarında olmaqla yolu digər tərəfə keçməyə hazırlaşdığı üçün diqqəti yolda olan Bakı istiqamətində gedən avtomobillərdə olduğundan, yük avtomobilinin səkiyə çırpıldığı anı deyil, yalnız onun yolun ortasında olan arakəsməyə çıxıb qarşı yola girdiyi anda toqquşmanın baş verdiyinin şahidi olduğunu, hadisə yerinə dərhal yaxınlaşaraq orada olan şəxslər, sonradan oraya gələn polis əməkdaşları ilə birlikdə xəsarət alanlara köməklik etdiyini, daha sonra hadisə yerinə gələn müstəntiq tərəfindən heç bir sorğu-sual edilmədən, hadisəni görüb-görmədiyi soruşulmadan hal şahidi kimi hadisə yerinə baxışa cəlb edildiyini, hadisə günü heç bir sənədə imza etmədiyini, hadisədən səkkiz ay sonra ifadə vermək üçün müstəntiqlə görüşərkən müstəntiqin təkidi ilə savadı olmadığı üçün protokol və sxemlə tanış olmadan, orada yazılanlara nəzər salmadan həmin sənədlərə imza etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X40 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, mərhum X17 onun anası olmuşdur. 30 iyun 2018-ci ildə təxminən saat 19 radələrində anası Ziyafət Ələsgərovanın yol-nəqliyyat hadisəsinə düşərək Yevlax RMX-na daxil olması barədə ona məlumat verilmiş, bundan sonra hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo yük avtomobili ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X31 göstərmişdir ki, mərhum X45 onun oğlu olmuşdur. 30 iyun 2018-ci il tarixdə təxminən saat 12 radələrində oğlu Mətləb Tomarov şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmək üçün evdən çıxmış, 01 iyul 2018-ci il tarixdə təxminən saat 16 radələrində oğlu Mətləbin Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286cı km-də yol-nəqliyyat hadisəsinə düşərək Yevlax rayon Mərkəzi Xəstəxanasına düşməsi barədə məlumat almış və dərhal Yevlax RMX-na getmişdir. Xəstəxanada hadisə barədə maraqlanarkən ona məlum olmuşdur ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo markalı yük avtomobili ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes markalı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşub, nəticədə Mercedes markalı mikroavtobusun salonunda olan sərnişinlər bəziləri aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüş, oğlu və digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Yevlax RMX-na daxil olmuşlar. Sonradan 03 iyul 2018-ci il tarixdə oğlu X62 şəhər X68 xəstəxanasında ölmüşdür. Ötən müddət ərzində təqsirləndirilən şəxslər tərəfindən barışıq üçün hər hansısa cəhd olmamışdır, hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ölkə hüdudlarından kənarda olması səbəbi ilə dindirilməsi mümkün olmayan zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Qanuni nümayəndə1 göstərmişdir ki, mərhum X13 onun arvadı olmuşdur. O, ailəsini dolandırmaq üçün Rusiya Federasiyasının Tomsk şəhərində işləyir və 30.06.2018-ci il tarixdə Tomsk şəhərində olarkən ona arvadı X4 Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də yol-nəqliyyat hadisəsinə düşərək Yevlax RMX-na daxil olması barədə məlumat verilmişdir. Bundan sonra o, hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, 30.06.2018-ci il tarixdə təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər arvadı X13, X17 və baldızı Təranənin oğlu 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X34 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, oğlu 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11, baldızları Zərərçəkmiş şəxs7, Qanuni nümayəndə2, sonradan adını bildiyi X45 və digər sərnişinlər müxtəlif bədən xəsarətləri alaraq Yevlax RMX-na daxil olmuşlar. X49 03.07.2018-ci il tarixdə Gəncə şəhər X68 xəstəxanasında ölmüşdür. Birinci instansiya məhkəməsi istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də, əri zərərçəkmiş şəxs Qanuni nümayəndə3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, hazırda təqsirləndirilən şəxslərlə barışmadığını, onlardan şikayətçi olduğunu bildirmiş, təqsirləndirilən şəxslərə qarşı qaldırdıqları mülki iddianı müdafiə etdiyini və təqsirləndirilən şəxslərdən hadisə nəticəsində ona və ailəsinə dəymiş 27000 manat maddi ziyanın tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 30.06.2018-ci il tarixdə təxminən saat 16 radələrində əri Qanuni nümayəndə3 və oğlu Zərərçəkmiş şəxs6 ilə birlikdə Şəmkir rayonunda üçyol adlanan yerdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhərinə yola düşmüşlər. Təxminən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, salonunda olduğu Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə sonradan adlarını bildiyi X17, X13, 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X34 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, o, əri Qanuni nümayəndə3 və oğlu Zərərçəkmiş şəxs6 və digər sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Həmin vaxt ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxarmışlar və yoldan keçən tanımadığı avtomobillə onları Yevlax RMX-na yola salmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 eyni ilə əri zərərçəkmiş şəxs Qanuni nümayəndə3 kimi ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, həmin ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadənin arasındakı ziddiyyəti onunla izah etmişdir ki, həmin vaxt hadisənin üzərindən qısa müddət keçdiyinə görə yalnız müstəntiqin suallarını cavablandırmış, ətraflı ifadə verə bilməmişdir. Hazırda məhkəmə istintaqı zamanı ətraflı ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 16 radələrində anası və atası ilə birlikdə Şəmkir rayonunda üçyol adlanan yerdə Mercedes markalı mikroavtobusla Bakı şəhərinə yola düşmüşlər. Avtobusda atasının yanında əyləşmiş və yola düşdükləri vaxtdan hadisə baş verən ana kimi oturduğu yerdə yatdığından, hadisənin necə baş verməsi barədə məlumatı olmamışdır. Ancaq toqquşma baş verən zamanı səsə yuxudan oyanmışdır. Toqquşmadan əvvəl heç bir səs eşitməmişdir. Həmin vaxt o, anası və atası, həmçinin digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Ətrafa toplaşan tanımadığı şəxslər onları avtomobildən çıxarmış və yoldan keçən avtomobillə Yevlax RMX-na yola salmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Həmçinin təqsirləndirilən şəxslərə qarşı qaldırdıqları mülki iddianı müdafiə edir və onlardan hadisə nəticəsində ona və ailəsinə dəymiş 27000 manat maddi ziyanın tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 30 iyun 2018-ci il tarixdə təxminən saat 15 radələrində bacıları X17, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, bacısı Ədilənin nəvəsi 2006-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs9 ilə birlikdə Tovuz rayon avtovağzalından sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdyi mikroavtobusla Bakı şəhərinə yola düşmüşlər. Sürücünün arxasındakı oturacaqda əyləşdiyindən və yol boyu yatdığından, heç də görməmiş, yalnız toqquşma səsinə yuxudan oyanmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Birinci instansiya məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs10 ayrı-ayrılıqda ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq edərək bacıları Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib onun göstərdiyi xüsusatları təsdiq etmiş, hazırda təqsirləndirilən şəxslərlə barışmadıqlarını, onlardan şikayətçi olduqlarını göstərmişlər. Birinci instansiya məhkəməsi istintaqı zamanı ölkə hüdudlarından kənarda olması səbəbi ilə dindirilməsi mümkün olmayan Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadənin Zərərçəkmiş şəxs3 ifadəsi ilə eyni məzmunlu ifadə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ölkə hüdudlarından kənarda olması səbəbi ilə dindirilməsi mümkün olmayan zərərçəkmiş şəxslər Qanuni nümayəndə2, o cümlədən yetkinlik yaşına çatmayan şəxs olduğu üçün qanuni nümayəndənin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs11 məhkəməyədək icraat zamanı verdikləri ifadələr ayrıayrılıqda elan olunmaqla tədqiq olunmuş və həmin ifadələrin Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş, həmin avtomobili etibarnamə əsasında qonşusu Təqsirləndirilən şəxs1 idarə etmək üçün vermişdir. 30.06.2018-ci il tarixdə eşitmişdir ki, qonşusu Təqsirləndirilən şəxs1 30.06.2018-ci il tarixdə təxminən saat 18:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə bir neçə nəfər hadisə yerində vəfat etmiş, xeyli sayda sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Həmin hadisə nəticəsində ona məxsus Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 4620 (dörd min altı yüz iyirmi) manat maddi ziyan vurulmuşdur. Hazırda Təqsirləndirilən şəxs1la barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, BDYPİ-nin YPXA-nın 8-ci tağım üzrə inspektoru vəzifəsində işləyir, polis serjantıdır. Hadisə günü, yəni 30.06.2018-ci il tarixdə Şahid3, Şahid2 və Şahid5 ilə birlikdə xidmətdə olduğu zaman saat təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş və onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, 30.06.2018-ci il tarixdə təxminən saat 18 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vuraraq toqquşmuş, nəticədə Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər X13, X17 və 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X34 aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişinlər X45, X46, 2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 və 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 müxtəlif bədən xəsarətləri alaraq Yevlax RMX-na daxil olmuşlar. Sonra isə o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək müstəntiq tərəfindən tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Müstəntiq tərəfindən hadisə yerinə baxış protokolu və sxem tərtib olunarkən, ölçmələr aparılarkən orada iştirak etmiş, protokolun tərtib olunması və protokolda əks olunan məlumatlar hamısı müstəntiq tərəfindən aparılmışdır. Hadisənin üzərindən xeyli vaxt keçdiyindən protokolda nəyin yazıldığını dəqiq xatırlamır. Ona görə də, protokolda olan ziddiyyətləri izah edə bilmir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 digər Şahid4 ilə eyni məzmunda ifadə verərək məhkəməyədək icraat zamanı göstərdiklərini təsdiq etdilər. Birinci instansiya məhkəməsi istintaqı zamanı dindirilməsi mümkün olmayan Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid məhkəməyədək icraat zamanı göstərmişdir ki, Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobus ona məxsus olmuş, lakin həmin avtomobili 23.08.2017-ci il tarixdə əvəllər tanıdığı Təqsirləndirilən şəxs2 satmışdır. Sonradan eşitmişdir ki, 30.06.2018-ci il tarixdə təxminən saat 18:15 radələrində BakıQazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də, sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan əvəllər tanıdığı Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə Mercedes 316CDİ markalı mikroavtobusun salonunda olan sərnişinlər sonradan adını bildiyi X13, X17 və 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X34 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, digər sərnişinlər X45, Qanuni nümayəndə3, 2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 və 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 müxtəlif bədən xəsarətləri alaraq Yevlax RMX-na daxil olmuşlar və 03.07.2018-ci il tarixdə X62 şəhər X68 xəstəxanasında ölmüşdür. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə məhkəmə istintaqı zamanı çağırılaraq şahid qismində dindirilmiş X19 göstərmişdir ki, hadisə baş verdiyi gün Yevlax şəhərinə gedərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı kilometrliyində yol nəqliyyat hadisəsi baş verdiyini və oraya insanların toplaşdığını görmüş, hadisə baş verdiyi yerə yaxınlaşdıqda Howo markalı avtomobil ilə Mercedes markalı mikroavtobusun toqquşduğunu öyrənmişdir. Ona məlum olmuşdur ki, Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı kilometrliyində Howo markalı avtomobilin sürücüsü Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib əks hərəkət yoluna çıxaraq, qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Mercedes markalı mikroavtobusun arxa sol hissəsindən idarə etdiyi avtomobili vuraraq toqquşmuş və hadisə nəticəsində Mercedes markalı mikroavtobusun salonunda olan bir neçə sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüş, digər sərnişinlər isə müxtəlif bədən xəsarətləri alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Sonradan ona hadisə nəticəsində xəsarət almış bir nəfər şəxsin də Gəncə şəhər X68 xəstəxanasında ölməsi məlum olmuşdur. O, hadisə yerinə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, daha sonra hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olaraq digər iştirakçılarla bərabər həmin protokola imza etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Nizam Musabəyli göstərmişdir ki, o, hadisə yerinə yaxınlaşanda, baş vermiş hadisədən bir qədər vaxt keçmiş, hadisə yerində yalnız iki nəfər sürücü və polis əməkdaşları olmuşdur. O, hadisə baş verdiyi yerdə hal şahidi qismində iştirak etmiş, hadisə yerinə baxış keçirildikdən sonra tərtib olunan protokola imza etmiş, hadisə yerinə baxış zamanı polis əməkdaşları tərəfindən hadisənin baş verdiyi yerin ölçülməsi həyata keçirilmişdir. Hadisə yerinin ölçülməsində o da iştirak etmiş, müstəntiq toqquşma yerini mikroavtobusla yük avtomobilinin sürücülərinin hər ikisindən soruşaraq dəqiqləşdirmiş, onların dediklərinə və hadisə yerinə tökülmüş qırıntılara əsasən toqquşma yerini müəyyən etmişdir. Daha sonra sualları cavablandırarkən göstərmişdir ki, hadisə baş verdiyi yerə baxış zamanı hadisə yerinin fotoşəkilləri onun tərəfindən çəkilmiş, lakin həmin şəkillərdən hansının cinayət işinin materiallarına əlavə edildiyini bilməmişdir. Hal şahidi kimi ilk dəfə olaraq cəlb olunmuş, daha əvvəl heç bir prosessual hərəkətdə hal şahidi kimi iştirak etməmişdir. Ona görə də, hal şahidi kimi iştirak etməyin nə olduğunu tam dəqiqliklə bilməmişdir. İfadəsinin davamında göstərmişdir ki, ictimai əsaslarla müstəntiq Mehman Şükürovun köməkçisi olduğundan, hadisə baş verdiyi yerə müstəntiq Mehman Şükürovla birlikdə gəlmiş, bundan əvvəl bir neçə dəfə müstəntiq Mehman müəllimlə birlikdə hadisə yerlərində olmuş, hadisə yerinin ölçülməsində ona köməklik etmişdir. Hadisə yerinə baxış keçirilən zaman ondan başqa hal şahidinin iştirak edib-etməməsini xatırlamır. İctimai əsaslarla köməkçi kimi fəaliyyət göstərdiyinə görə pul alır və həmin pul ona müstəntiq Mehman Şükürov tərəfindən ödənilir. Birinci instansiya məhkəməsi istintaqı zamanı tərtib etdiyi 16.11.2018-ci il tarixli 24554 №- li ekspert rəyi ilə bağlı dindirilən ekspert Şahid1 verdiyi rəyi müdafiə edərək qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində böyük ekspert vəzifəsində çalışır və birinci dərəcəli ədliyyə qulluqçusudur. Ekspert olaraq kompleks ekspertizalar üzrə rəy vermək səlahiyyətinə malik olduğundan, ********* №-li cinayət işi üzrə tərəfindən 16.11.2018-ci il tarixdə 24554 №-li kompleks məhkəmə nəqliyyat-trasoloji və yol-nəqliyyat hadisəsi ekspertizası aparılaraq rəy verilmişdir. İfadəsinin davamında qeyd etmişdir ki, hərəkət zamanı avtomobilin təkərinin pokrışkası daxili təzyiqdən partladığı şəraitdə zədə sahəsində kord sapları xaricə çıxmaqla uzunluqları müxtəlif olur, kord saplarının ucları liflənmiş vəziyyətdə olur, zədə sahəsi xaricə doğru qabarır və zədə sahəsində rezin qatlarının laylanması baş verir. Həmin zədə sahəsi pokrışkanın yan səthində olduğu vəziyyətdə təkərin uzun məsafədə boş sürülməsi zamanı daxili təzyiqdən yaranmağa xarakterik olan qeyd etdiyi həmin əlamətlər dəyişmir və öz xarakterini saxlayır. Təkərin boş sürülməsi zamanı pokrışkanın protektor layının qopması, diskin kənar çevrəsi ilə pokrışkanın yan səthinin kontaktı zamanı pokrışkanın yan səthində sürtünmə, kəsilmə xarakterli zədələrin və pokrışkanın rezin qatının nazikləşərək qaralması kimi zədələr yarana bilər. Ekspertizaya təqdim olunmuş Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin pokrışkasının yan səthində olan zədə sahəsində kord saplarının eyni uzunluqda olması, sapların uclarının liflənməməsi, zədə sahəsinin xaricə doğru qabarmaması, həmin sahədə rezin qatlarının laylanmaması müəyyən edilib. Bu faktlar onu izah edir ki, pokrışkanın üzərində olan zədələr daxili təzyiqdən partlamağa xarakterik deyil və həmin zədələr kəsilmə xarakterlidir. Pokrışkanın yan səthi üzərində pokrışkanın dolu vəziyyətində güclü xarici dinamiki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik batıq formalı sahənin olması, təkərin diski üzərində xarici dinamiki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədənin olması və zədə sahəsində qeyd etdiyi əlamətlərin olması onu izah edir ki, avtomobilin qabaq sol təkəri üzərində olan zədələr hadisədən əvvəl avtomobilin qabaq sol təkərinin ayrıcı zolağın beton bordürünə dəyməsi nətisəsində yaranmış və təkərin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Ona görə də, sürücü Təqsirləndirilən şəxs1 ifadəsində göstərdikləri real hadisə mexanizminə uyğun olmamış və Howo ZZ3327N3847D markalı avtomobilin öz hərəkət zolağından ayrıcı zolağın üzərinə çıxması avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə əlaqədar olmamışdır. Howo ZZ3327N3847D markalı 99HS521 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 və Mercedes 316CDİ markalı 90RE316 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat da həmçinin 16.11.2018-ci il tarixli 24554 №-li rəydə aparılmış, Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin pokrışkasının üzərində olan zədələrin daxili təzyiqdən partlamağa xarakterik olmaması onu izah edir ki, Howo ZZ3327N3847D markalı avtomobilin öz hərəkət zolağından ayrıcı zolağın üzərinə çıxması avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə deyil, sürücü Təqsirləndirilən şəxs1 təhlükəsizliyi təmin etməyən hərəkətləri ilə əlaqədar olumuş və sürücü idarəetməni itirərək yaranmış təhlükənin qarşısını ala bilməmişdir. Ekspertizaya təqdim olunan məlumatlar əsasında tədqiqat aparılmaqla Mercedes 316CDİ markalı 90RE316 dövlət qeydiyyat nişanlı mikroavtobus üçün təhlükə yaranan anda onun toqquşma yerindən olduğu məsafə düstur əsasında dəqiqləşdirilmiş və həmin məlumatlar əsas götürülməklə nəticədə mikroavtobusun sürücüsünün də mikroavtobusu dayandırmaq imkanının olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən ekspert Şahid1 göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı toqquşma yeri orada qala bilən izlərin eninə və uzununa ölçüləri, izlərin başlanğıc və sonunun yolun kənarına nəzərən koordinatları, hadisə yerinə tökülən şüşə, torpaq qırıntılarının ən kiçik hissələrinin və rəng hissəciklərinin yerləşdiyi sahə, onların hərəkət hissəsinin kənarına nəzərən koordinatları, hadisə yerində qalan qazıntı, cızılma və maye izləri, nəqliyyat vasitələrinin toqquşmadan sonrakı dayanma vəziyyətləri haqqında məlumatlara görə müəyyən edilir. Rəng hissəciklərinin çəkisi az olduğu üçün həmin rəng hissəcikləri toqquşma zamanı yerə tökülür. Həmin hadisə zamanı Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil güllüyə, torpaqlı əraziyə girdiyi üçün həmin yerlərdən toqquşma yerinə torpağın tökülməsi mümkündür. Hadisə yerinin tədqiqi zamanı ilk öncə hadisə yerinə tökülən rəng hissələrinin tədqiqi ilə başlanılmalıdır, çünki əsas rəng hissəciklərinin töküldüyü yer toqquşma yeri sayılır. Yük avtomobilinin qabaq sol təkəri ilə bağlı ona ünvanlanan suallara cavab olaraq isə ekspert göstərmişdir ki, hərəkət zamanı avtomobilin təkərinin pokrışkası daxili təzyiqdən partladığı şəraitdə zədə sahəsində kord sapları xaricə çıxmaqla uzunluqları müxtəlif olur, kord saplarının ucları liflənmiş vəziyyətdə olur, zədə sahəsi xaricə doğru qabarır və zədə sahəsində rezin qatlarının laylanması baş verir, həmin partlama daxili təzyiqdən baş verəndə liflər dartılır, xaricə doğru qabarır, rezin qatlarının daxilində zəifləmə meydana çıxır. Təkərə keçirdiyi baxış zamanı isə bu əlamətlərin heç biri müəyyən edilməmişdir. Hadisəyə səbəb sürücünün diqqətinin yayınması, manevri düzgün etməməsi və digər bir sıra hallar ola bilərdi. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, təkərdəki zədələr avtomobilin kənar maneəyə dəyməsinin nəticəsində yaranmışdır. Hadisədən sonra avtomobilin partlamış təkərlə sürülməsi yalnız o halda təkər üzərindəki izlərin itməsi ilə nəticələnə bilərdi ki, zədə təkərin qaçış sahəsində olmuş olsun. Bu halda isə zədə təkərin yan səthində olmuşdur. Əgər zədə partlama xarakterli olsaydı, hərəkət zamanı avtomobilin təkərinin pokrışkası daxili təzyiqdən partladığı şəraitdə zədə sahəsində meydana gələn əlamətlər öz ilkin vəziyyətini, xarakterini dəyişməzdi. Partlama xarakterli zədənin isə kəsilmə xarakterli zədəyə çevrilməsi mümkün deyil. O, avtomobilin hərəkətlərini avtomobil bordürü keçənə kimi yox, bordürə dəyənə kimi tədqiq etmişdir, ona görə ki, məqsədi avtomobilin bordürə dəymə səbəbini müəyyən etmək olmuşdur. Bordürə çıxmağa səbəb avtomobil sürücüsünün öz səhlənkarlığı olmuşdur. Avtomobilin sürücüsü elə hərəkət etməlidir ki, qarşı zolağa keçməsin, qarşıdan gələn avtomobil üçün təhlükə yaratmasın. Birinci instansiya məhkəməsi istintaqı zamanı həmçinin işin ibtidai istintaqını aparan müstəntiq X20 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və göstərmişdir ki, hadisə baş verən gün təsadüfən həmin ərazidə xidmətdə olmuş, hadisə baş verən yerə baxışı şəxsən özü həyata keçirmiş, toqquşma yerini Howo markalı avtobusla mikroavtobusun sürücüsünün göstərdikləri nöqtələrin ölçülməsi və ilkin qırıntılar əsasında müəyyən etmişdir. Baxış protokoluna əlavə olunan foto şəkillərdə hadisə yerinə xarakterik əlamətlərin, yəni torpaq qırıntılarının olmaması, hadisənin iyun ayında baş verməsi və həmin ərəfədə yağış yağmadığı üçün hadisə yerinə avtomobilin təkərindən torpağın tökülməməsi ilə izah etmiş, hadisə yerinə baxış protokolunu hadisə yerini ölçüb bitirdikdən sonra aparıb öz iş yeridə tərtib etdiyini, hadisə nəticəsində avtomobillərin hər ikisinə zərərin dəydiyini, lakin hadisə yerində nəqliyyat vasitələrinin sınmış və itmiş hissələrinin aşkar olunmadığını, ona görə də protokolda bu barədə qeyd yazdığını, hadisə yerinə baxış zamanı tərtib edilən protokolda real ölçülərin göstərildiyini qeyd etmişdir. İfadəsinin davamında toqquşma yerini əvvəlcədən təxmini müəyyən etdiyini, daha sonra təqsirləndirilən şəxslərdən avtomobillərin harada toqquşduğunu soruşduqda onların göstərdikləri nöqtə ilə onun müəyyən etdiyi nöqtə üst-üstə düşdüyü üçün toqquşma yerini dəqiq müəyyən etdiyinə əmin olduğunu, protokolda qeyd etdiyi toqquşma yerinin real hadisə mexanizminə uyğun olduğunu, hadisə yerində ölçmələr həyata keçirilərkən hər iki təqsirləndirilən şəxsin, hal şahidlərinin və polis əməkdaşlarının orada iştirak etdiyini bildirmişdir. İfadəsinin davamında isə qeyd etmişdir ki, toqquşma nöqtəsini təqsirləndirilən şəxslərin hər ikisinin iştirakı ilə avtomobil təkərinin dayanma izi, torpaq izi və dəmir qırıntılarına əsasən müəyyən etmiş, toqquşma nöqtəsini necə müəyyən etdiyini protokolda göstərməli olsa da, bu halları protokolda ümumi yazmışdır. Hazırda hadisə yerinə baxış protokolunun məzmununda olan ziddiyyəti izah edə bilmir. Cinayət işi materiallarına əlavə edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30.06.2018-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı kilometrliyində yerləşən avtomobil yoludur. Avtomobil yolu iki tərəfli hərəkət istiqamətlidir, hər istiqamətdə iki hərəkət zolağı vardır, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün eni 2.5 metr olan daş lövhə çəkilmiş yaşıllıq sahə vardır, hərəkət hissəsi asfalt örtüklüdür, düzdür. Hər iki istiqamətdə görünüş məsafəsində məhdudiyyət və maneə yoxdur, yolun hərəkət hissəsinin ümumi eni 16.9 metrdir, hadisə baş verən yolun eni 9.4 m-dir. Yolun sağ çiynində eni 3 m olan səki yolu vardır, daha sonra dəmir mühəccər, sonu şəhər tipli tikililərdir. Yolun sağ çiynində eni 3 m olan səki yolu vardır, daha sonra dəmir mühəccər, sonu şəhər tipli tikililərdir. Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də idarəetməni itirərək avtomobili sola istiqamətləndirərək hərəkətdə olduğu yolun sol hissəsində olan daş lövhələrə çırpmış, həmin anda sürəti 44 km/saata düşmüş və həmin sürətlə hərəkəti davam etdirməklə lövhədə 1 m şin izi qoyduqdan sonra qarşıya hərəkət edib 11.4 m-dən sonra sürtünmə nəticəsində lövhədə əlavə 1.8 m şin izi buraxdıqdan sonra yolu iki hissəyə ayıran daş lövhənin və ayırıcı yaşıllıq zolağın üzərinə qalxmış, orda olan yaşıllıq sahənin üzərində 15 metr getdikdən sonra daş lövhələrdən əks hərəkət yolunda sola istiqamətlənmiş şəkildə düşüb, qarşı yolda 32 metr hərəkət etdikdən sonra Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol arxa hissəsi ilə toqquşmuşdur. Protokola sxem və foto şəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 7-23) Cinayət işi materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinə akt”larından görünür ki, sürücülər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxtı ayıq olmuşlar. (cild 01, iş vər. 26-27) Cinayət işi materiallarına əlavə edilmiş «xxxx» ASC-nin 01.07.2018-ci il tarixli 24 saylı rəyindən görünür ki, Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilə 4620 (dörd min altı yüz iyirmi) manat dəyərində ziyan dəymişdir. (cild 01, iş vər. 130) Cinayət işi materiallarına əlavə edilmiş «xxxx» ASC-nin 01.07.2018-ci il tarixli 25 saylı rəyindən görünür ki, Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusa 12000 (on iki min) manat dəyərində ziyan dəymişdir. (cild 01, iş vər. 131) Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 12 №-li rəyindən göründüyü kimi, X6 meyitində aşkar edilmiş xəsarətlər onurğa beyninə qansızma ilə müşayiət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqları bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. X2 bilavasitə ölümünə səbəb onurğa beyninin boyun şöbəsinə qansızma ilə ağırlaşan boyun fəqərələrinin sınığı olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitinin müayinəsindən 1-1.5 saat əvvəl baş verdiyini göstərir. (cild 01, iş vər. 148-151) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 13 №-li rəyindən göründüyü kimi, X4 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralar bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. X1 bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitinin müayinəsindən 2-2.5 saat əvvəl baş verdiyini göstərir. (cild 01, iş vər.152-155) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 14 №-li rəyindən göründüyü kimi, 2006-cı il təvəllüdlü, YYÇ-an X18 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşaiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırı bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. Mərhum YYÇ-an X18 bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitinin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. (cild 01, iş vər.156-159) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 16 №-li rəyindən göründüyü kimi, X26 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşaiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırı bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna edilmir, sağlamlığa Ağır zərər vurmaya xas əlamətlərə malikdirlər. X3 bilavasitə ölümün səbəb açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitinin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. (cild 01, iş vər.160- 163) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 429 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət - sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.164166) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 430 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs7 bədənində aşkar edilmiş xəsarət - sağ diz oynağının ön səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər.167-169) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 431 №-li rəyindən göründüyü kimi, Qanuni nümayəndə2 bədənində aşkar edilmiş xəsarət - sağ diz oynağının ön səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər.170-172) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 432 №-li rəyindən göründüyü kimi, 2013-cü il təvəllüdlü, azyaşlı X29 bədənində aşkar edilmiş xəsarət - sol alın qabarının şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər.173-175) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 434 №-li rəyindən göründüyü kimi, Qanuni nümayəndə3 aşkar edilmiş xəsarətlər- müştərək, açıq kəllə-beyin travması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyyədə dərialtı hematoma, subaroxnoidal qansızma küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Ağır zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.177-178) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 435 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs6 bədənində aşkar edilmiş xəsarət - hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.179-181) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 436 №-li rəyindən göründüyü kimi, YYÇ-an Zərərçəkmiş şəxs11 bədənində aşkar edilmiş xəsarət - ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarası küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.182-184) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 437 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs5 aşkar edilmiş xəsarət - burun belinin və sol yanağın sıyrığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixinə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər.185-187) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 438 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs10 bədənində aşkar edilmiş xəsarət - sol mil bilək oynağının yarası iti kənarlı alətin, ola bilsin şüşə parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixiə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.188-190) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 440 №-li rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs4 aşkar edilmiş xəsarət - alın nahiyəsinin yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixiə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. (cild 01, iş vər.191-193) Məhkəmə-tibb ekspertizasının 10.07.2018-ci il tarixli 462 №-li rəyindən göründüyü kimi, YYÇ-an Zərərçəkmiş şəxs9 aşkar edilmiş xəsarət - sifətin və sol bazunun yuxarı 1/3nin yan səthinin sıyrıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 30.06.2018-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətlərə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 01, iş vər.194-196) “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 16.11.2018-ci il tarixli 24554 №- li rəyindən görünür ki, 1a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b. Rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla təhlükənin yaranma anı və Howo ZZ3327N3847D yük markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxana kimi hərəkət sürətinin nə qədər azalması istintaq tərəfindən müəyyən edilməklə mövcud hadisə mexanizmi üzrə Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinə qiymət verilməlidir. 2. Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin pokrışkasının üzərində partlama xarakterli zədələr yoxdur və pokrışkanın üzərində olan zədələr avtomobilin qabaq sol təkərinin ayrıcı zolağın beton bordürünə dəyməsi zamanı yaranmışdır. Howo ZZ3327N3847D yük markalı avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. (cild 03, iş vər. 3-8) “Baxış və götürmə haqqında” 15.11.2018-ci il tarixli protokoldan görünür ki, Matrix Telecom MMC-nin avtomotik rejimdə GPS naviqatoru tərəfindən çəkilmiş və 46 (qırx altı) ədəd A4 vərəqindən ibarət sənədlər istintaq orqanı tərəfindən götürülmüş və həmin sənədlərə əsasən Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı ayrıcı zolağın üzərinə çıxdığı andan toqquşmaya kimi sürətinin 44 km/saat sürət olması müəyyən olunmuşdur. (cild 02, iş vər. 132-181) Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2019-cu il tarixli 7579 saylı Məlumatında (Metodik tövsiyyə) göstərilmişdir ki, həmin cinayət işi üzrə təqdim olunan məlumatlar əsasında 16.11.2018-ci il tarixdə ekspert Şahid1 tərəfindən 24554 №-li rəy verilmişdir. Rəydə Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat həm təhlükənin qarşıdan əks istiqamətdən hərəkətdə olan Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sola istiqamətlənərək ayrıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində uyğun olaraq aparılmışdır. Təhlükənin Howo ZZ3327N3847D yük markalı avtomobilin ayrıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində Howo ZZ3327N3847D yük markalı avtomobilin ayrıcı zolağın üzərinə çıxana kimi ayrıcı zolağın kənarında olan beton bördürlərə dəyməsi və bunun nəticəsində avtomobilin qabaq sol təkərinin zədələnərək boşalması nəzərə alınmaqla kritik parametr kimi həmin avtomobilin hərəkət sürətinin 10 km/saat azalması, yəni avtomobilin ayrıcı zolağın üzərinə çıxdığı andan toqquşmaya kimi 40-50 km/saat sürətlə hərəkətdə olması qəbul edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, hər iki şəraitdə Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onunn hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin rəydə göstərilmişdir ki, təhlükənin yaranma anı və Howo ZZ3327N3847D yük markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxana kimi hərəkət sürətinin nə qədər azalması istintaq tərəfindən müəyyən edilməklə mövcud hadisə mexanizmi üzrə Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinə qiymət verilməlidir. Hazırkı əlavə ekspertizanın təyini haqqındakı qərarda istintaq tərəfindən müəyyən edilərək göstərilmişdir ki, Howo ZZ3327N3847D yük markalı avtomobilin ayrıcı zolağın kənarında olan beton bördürlərə dəyərək ayrıcı zolağın üzərindən keçərkən onun hərəkət sürəti 44 km/saata qədər azalmışdır. Qeyd edilir ki, əvvəlki 24554 №-li rəydə təhlükənin Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin ayrıcı zolağın üzərinə çıxdığı andan yaranması, Howo ZZ3327N3847D yük markalı avtomobilin ayrıcı zolağa çıxana kimi ayrıcı zolağın kənarında olan beton bördürlərə dəyməsi və həmin avtomobilin hərəkət sürətinin (44 km/saat) 40-50 km/saata qədər azalması şəraitinə də uyğun tədqiqat aparıldığından, hazırkı qərarda göstərilən Howo ZZ3327N3847D yük markalı avtomobilin hərəkət sürətinin (44 km/saat) 40-50 km/saat hədləri arasında olduğundan və sürət hədlərinin, yəni rəqəmlərinin müqayisəsi xüsusi texniki bilik tələb etmədiyindən istintaq tərəfindən yenidən ekspertiza təyin olunmadan Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını ala bilmək imkanına dair müvafiq nəticəyə gəlinməli idi. Azərbaycan Respublikası CPM-nin 264.1-ci maddəsinin tələblərinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Əvvəlki 24554 №-li rəydə təhlükənin Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin ayrıcı zolağın üzərinə çıxdığı andan yaranması, Howo ZZ3327N3847D yük markalı avtomobilin ayrıcı zolağın üstünə çıxana kimi ayrıcı zolağın kənarında olan beton bördürlərə dəydiyindən həmin avtomobilin hərəkət sürətinin 40-50 km/saata qədər azalması şəraitinə də uyğun tədqiqat aparıldığından, hazırkı qərarda göstərilən Howo ZZ3327N3847D yük markalı avtomobilin hərəkət sürətinin (44 km/saat) 40-50 km/saat hədləri arasında olduğundan və sürət hədlərinin, yəni rəqəmlərinin müqayisəsi xüsusi texniki bilik tələb etmədiyindən yenidən ekspertiza təyin olunmasına (rəy verilməsinə) lüzum yoxdur.(cild 03, iş vər. 191-193) “Hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında” 27 dekabr 2019cu il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı kilometrliyində yerləşən avtomobil yoludur. Avtomobil yolu iki tərəfli hərəkət istiqamətlidir, hər istiqamətdə iki hərəkət zolağı vardır, qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün eni 2.5 metr olan daş lövhə çəkilmiş yaşıllıq sahə vardır, hərəkət hissəsi asfalt örtüklüdür, düzdür. Hər iki istiqamətdə görünüş məsafəsində məhdudiyyət və maneə yoxdur, yolun hərəkət hissəsinin ümumi eni 16.9 metrdir, hadisə baş verən yolun eni 9.4 m-dir. Yolun sağ çiynində eni 3 m olan səki yolu vardır, daha sonra dəmir mühəccər, sonu şəhər tipli tikililərdir. Yolun sağ çiynində eni 3 m olan səki yolu vardır, daha sonra dəmir mühəccər, sonu şəhər tipli tikililərdir.Hadisənin 30 iyun 2019-cu il tarixdə baş verməsi əsas götürülməklə həmin vaxt üçün yolun şəraiti və digər hallar (yolun vəziyyəti, yol örtüyünün növü, yolun işıqlanması və s.) ibtidai istintaq orqanı əməkdaşlarının həmin tarixdə hadisə yerinə baxış zamanı müəyyən etdiyi şərtlər əsas götürülməklə müvafiq ölçmələr aparılmış, təqsirləndirilən şəxslərin hər ikisnin ifadəsi hadisə yerində yoxlanılmış, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdikləri xüsusatları bir daha ifadələri hadisə yerində yoxlanılarkən qeyd etmiş və müəyyən edilmişdir ki, Howo ZZ3327N3847D yük markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən BakıQazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də idarəetməni itirərək avtomobili sola istiqamətləndirərək hərəkətdə olduğu yolun sol hissəsində olan daş lövhələrə çırpmış, həmin anda sürəti 44 km/saata düşmüş və həmin sürətlə hərəkəti davam etdirməklə lövhədə 1 m şin izi qoyduqdan sonra qarşıya hərəkət edib 11.4 m-dən sonra sürtünmə nəticəsində lövhədə əlavə 1.8 m şin izi buraxdıqdan sonra yolu iki hissəyə ayıran daş lövhənin və ayırıcı yaşıllıq zolağın üzərinə qalxmış, orda olan yaşıllıq sahənin üzərində 15 m getdikdən sonra daş lövhələrdən əks hərəkət yoluna sola istiqamətlənmiş şəkildə öz qabarit uzunluğu qədər girdiyi anda qarşıdan gələn və Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes 316CDİ markalı ** RE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol arxa hissəsi ilə toqquşmuşdur. “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 14 fevral 2020-ci il tarixli 1380 saylı rəyindən görünür ki, Howo ZZ3327N3847D markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın beton bordürünə dəydiyi andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Howo ZZ3327N3847D markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin pokrışkası üzərində partlama xarakterli zədələr yoxdur və pokrışkanın üzərində olan zədələr avtomobilin qabaq sol təkərinin ayrıcı zolağın beton bordürünə dəyməsi zamanı yaranmışdır. Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin pokrışkası üzərində olan zədələr pokrışkanın yan səthində yerləşdiyindən və təkərin yan səthi yer səthi ilə kontaktda olmadığından, təkərin uzun məsafədə boş sürülməsi zamanı təkərin yan səthində olan zədələrin əlamətləri dəyişmir və öz xarakterini saxlayır. “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 07 avqust 2020-ci il tarixli 8/958 saylı rəyindən görünür ki, Howo ZZ3327N3847D markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın beton bordürünə dəydiyi andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Howo ZZ3327N3847D markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin pokrışkası üzərində partlama xarakterli zədələr yoxdur və pokrışkanın üzərində olan zədələr avtomobilin qabaq sol təkərinin ayrıcı zolağın beton bordürünə dəyməsi zamanı yaranmışdır. Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Howo ZZ3327N3847D markalı avtomobilin qabaq sol təkərinin pokrışkası üzərində olan zədələr pokrışkanın yan səthində yerləşdiyindən və təkərin yan səthi yer səthi ilə kontaktda olmadığından, təkərin uzun məsafədə boş sürülməsi zamanı təkərin yan səthində olan zədələrin əlamətləri dəyişmir və öz xarakterini saxlayır. Nəqliyyat vasitələri təmir olunduğundan nəqliyyat vasitələri arasında toqquşmanın hansı bucaq altında baş verməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Nəqliyyat vasitələri arasında toqquşmanın hansı bucaq altında baş verməsini müəyyən etmək mümkün olmadığından, qeyd olunan suallar üzrə tədqiqat aparmaq mümkün deyildir. Məhkəmə kollegiyası tədqiq etdiyi hər bir sübutu аyrı-аyrılıqdа və məcmu hаlındа, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, cinayət işi üzrə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittiham əsaslı olması, sonuncunun CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılması, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilməsi qəyaətinə gəlmişdir. Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin birinci instansiya məhkəməsi digər Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittiham isə əsaslı olmadığından və onun əməlində cinayət tərkibi olmadığından, ona CM-nin 263.3-cü maddəsi ilə bəraət verməklə haqlı olmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərindən görünür ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 bəraət verildiyi hissədə qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinməklə cinayət qanunu normalarına müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 verdikləri apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünü ləğv edib Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 verdikləri apellyasiya şikayətlərində Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən sübutların siyahısında 30.06.2018-ci il tarixli hadisə yerinə baxış protokolu, ona əlavə olunmuş sxem və foto şəkillər, 16.11.2018-ci il tarixli 24554 №-li kompleks məhkəmə nəqliyyat-trasoloji və yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi, iş üzrə əldə olunan və cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin ayrı-ayrılıqda verdikləri ifadələr, hadisə nəticəsində hər iki avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsinə dair «xxxx» ASC tərəfindən verilmiş rəylər çıxış etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın əsasını təşkil edən sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə ayrı-ayrılıqda qiymət verərkən ilk növbədə hadisə yerinə baxış protokolu, ona əlavə olunmuş hadisə yerinin sxemi və protokola əlavə olunmuş foto şəkilləri araşdırır və qeyd etməyi zəruri sayır ki, hər hansı bir yol nəqliyyat hadisəsi barədə ilkin təsəvvür yaradan, həmçinin də cinayət işinin gedişatında sonradan əsas hüquqi sənədə və sübut növünə çevrilən, sonradan bütün ittihamın onun üzərində qurulmasına zəmin yaradan prosessual sənəd-hadisə yerinə baxış protokolu və onun əsasında tərtib olunan yol nəqliyyat hadisəsinin sxemidir. Qeyd olunan sənədlərin yüksək peşəkarlıqla tərtib olunması olduqca zəruridir, çünki həmin sənədlərin peşəkarlıqla tərtib olunması cinayət təqibinin gedişində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ətraflı, əhatəli təsəvvürün yaranmasına, hadisənin baş vermə mexanizminin dəqiq müəyyən olunmasına, hadisə yeri və toqquşma nöqtəsi barədə dolğun qənaətə gəlməyə, bunun da nəticəsində yekunda ibtidai istintaq orqanı tərəfindən qeyd olunan sübutla bərabər digər sübutların cəminə əsasən hadisənin törədilməsində təqsirli olan şəxsin (və ya şəxslərin) müəyyən edilməsinə və gələcəkdə həmin şəxsin (və ya şəxslərin) məsuliyyətə (cinayət və ya inzibati) cəlb edilməsinə imkan yaradır. Əks halda, yəni tərtib olunan sənədlərdə nöqsanlara yol verilməsi, həmin sənədlərin qeyripeşəkarcasına, səhlənkarlıqla, cinayət prosessual qanunvericiliyinin normalarının pozulması ilə tərtib olunması gələcəkdə baş verən hadisə ilə bağlı təqsirli olmayan şəxsin (və ya şəxslərin) əsassız olaraq məhrumiyyətlərə məruz qalmasına, həmçinin həmin şəxsin (və ya şəxslərin) hüquq və azadlıqlarının əsassız olaraq məhdudlaşdırılmasına, heç bir hüquqi əsas olmadan törətmədiyi cinayətdə təqsirləndiriməsinə, hadisədə təqsirli olan şəxsin (və ya şəxslərin) isə məsuliyyətdən kənar qalmasına gətirib çıxara bilər ki, bu hal yolverilməzdir. Məhkəmə kollegiyası qeyd olunanları əsas götürərək ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edilən 30.06.2018-ci il tarixli hadisə yerinə baxış protokolunu və ona əlavə olunan sxemi tədqiq edib hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən protokol və ona əlavə olunan sxemi etibarsız saymaqla ittihamın əsasını təşkil edən sübutların siyahısından xaric etmişdir. Sözügedən yol nəqliyyat hadisəsinin baş verməsindən sonra edilən hərəkətləri xronoloji ardıcıllıqla nəzərdən keçirərkən müəyyən olunur ki, hadisə yerinə gələn müstəntiq baxış keçirməyə başladığı andan səriştəsizlik etmiş, ən zəruri sənəd olan baxış protokolunun tərtibində nöqsanlara yol vermiş, protokolu nataman tərtib etmiş, həmin protokolu tərtib edərkən cinayət prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir ki, yekunda da həmin protokol, onun əsasında tərtib olunan sxem və ona əlavə olunan fotoşəkillər sübut kimi öz əhəmiyyətini itirmişdir. Belə ki, müstəntiq hadisə yerinə gəldikdən sonra etməyə başladığı ilk hərəkətlərdə artıq qeyri-peşəkarlıq nümayiş etdirmiş, baxışın keçirilməsində iştirak edəcək hadisə ilə heç bir əlaqəsi olmayan və hadisədə heç bir marağı olmayan iki hal şahidini cəlb edərkən nöqsanlara yol vermiş, istənilən iki hal şahidinin cəlb edilməsi ilə keçirilən baxışın prosessual qanunvericilik çərçivəsində olduğuna əmin olmaqla hadisə barədə ilkin məlumat toplamadan, hadisəni görən və baxış keçirilən an hadisə yerində olan şahidlərin dairəsini müəyyən etmədən, dərhal hadisə yerinə baxış keçirməyə və müvafiq ölçmələr aparmağa başlamış, nəticədə hadisə yerinə baxışda iştirak edəcək hal şahidlərinin CPMnin 94.1-ci maddəsinin tələblərinə cavab verən şəxslərdən seçilməli olması tələbini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı hər iki hal şahidi dindirilmiş və məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, hal şahidi Nizam Musabəyli iş üzrə müstəntiq Mehman Şükürovun ictimai əsaslarla köməkçisi olmuş, bir çox hallarda onunla hadisə yerinə baxış protokolunun tərtib olunmasında, hadisə yerinin şəkillərinin çəkilməsində iştirak etmiş, həmin yardımın həyata keçirilməsinə görə Mehman Şükürovdan qeyri-rəsmi əmək haqqı almışdır. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Nizam Musabəyli müstəntiqin öz köməkçisi olmaqla dolayısı ilə sözügedən protokolda əks olunanların həqiqəti əks etdirdiyini söyləməyə marağı olan şəxs olduğundan, onun sözügedən hadisə yerinə baxışın keçirilməsində hal şahidi qismində iştirak etməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Odur ki, məhkəmə kollegiyası onun şahid qismində verdiyi ifadəni ittihamın əsasına qoyulan sübut növü kimi qəbul etmir və həmin ifadənin sübutlar siyahısından xaric edilməsini əsaslı sayır. Hadisə yerinə baxışın həyata keçirilməsində iştirak edən digər hal şahidi Habil Baxşəliyevin isə məhkəmə baxışının gedişində hadisənin birbaşa şahidi olduğu müəyyən olunmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi, müstəntiq hadisəni görən və baxış keçirilən an hadisə yerində olan şahidlərin dairəsini müəyyən etmədiyindən, səriştəsizlik nümayiş etdirərək bu şəxsin hadisənin şahidi olması ehtimalını nəzərə almamış, ümumiyyətlə bu məsələni aydınlaşdırmamış, həmin şəxs ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilməli olduğu halda, iş üzrə hal şahidi qismində hadisə yerinə baxışın keçirilməsinə cəlb olunmuşdur. Bu hal isə cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olmuş və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, CPM-nin 115.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 109.1.3109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Həmin Məcəllənin 115.4-cü maddəsinə əsasən isə bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Lakin müstəntiqin yol verdiyi nöqsanlar bununla bitməmiş, hadisə yerinə baxış protokolu nöqsanlara yol verilməklə, o cümlədən natamam şəkildə tərtib olunmuş, hadisə ilə bağlı ən vacib məqam olan toqquşma yerinin necə və hansı yolla müəyyən edilməsi protokolda əks olunmamış, hansı xarakterik əlamətlər əsasında onun toqquşma yerini müəyyən etdiyi əsaslandırılmamış, iki iri nəqliyyat vasitəsinin toqquşmasına, kifayət qədər çoxlu sayda şəxslərin xəsarət almasına, hadisə nəticəsində mikroavtobusun sol tərəfinin tamamilə deformasiyaya uğramasına, yük avtomobilinin qabaq sol tərəfinin əzilməsinə, müəyyən ehtiyyat hissələrinin sıradan çıxmasına baxmayaraq protokolda nəqliyyat vasitələrinin sınmış və itmiş hissəsinin mövcudluğunun aşkar olunmadığı göstərilmişdir. Yol verilmiş nöqsanlara müstəntiq Mehman Şükürov birinci instansiya məhkəməsinin iclasında aydınlıq gətirməyə çalışsa da, məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericilik protokoldakı natamamlığın ittiham etmək məqsədi ilə ifadələrlə aradan qaldırılmasını qadağan edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsində açıq şəkildə göstərilmişdir ki, istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Müstəntiq birinci instansiya məhkəməsi iclasında ifadə verərkən toqquşma yerini Howo markalı avtobusla mikroavtobusun sürücüsünün göstərdikləri nöqtələrin ölçülməsi və ilkin qırıntılar əsasında müəyyən etdiyini bildirsə də, məhkəmə kollegiyasında protokola əlavə edilən foto şəkillərdə əksini tapan və güya sürücülərin toqquşma yeri kimi göstərdiyi xırda daşlarla əhatə olunan nöqtənin toqquşma yeri olması inamı formalaşmır. Belə ki, elmi ədəbiyyatlara, yol nəqliyyat hadisələri ilə bağlı metodik vəsaitlərdə toqquşma yerinin xüsusiyyətləri, onun xarakterik əlamətləri, toqquşma yerinin necə müəyyən edilməsi ilə bağlı kifayət qədər ətraflı məlumatlar mövcuddur. Həmin məlumatlardan, həmçinin birinci instansiya məhkəməsinin iclasında dindirilən ekspert Şahid1 söylədiklərindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı toqquşma yeri orada qala bilən izlərin eninə və uzununa ölçüləri, izlərin başlanğıc və sonunun yolun kənarına nəzərən koordinatları, hadisə yerinə tökülən şüşə, torpaq qırıntılarının ən kiçik hissələrinin və rəng hissəciklərinin yerləşdiyi sahə, onların hərəkət hissəsinin kənarına nəzərən koordinatları, hadisə yerində qalan qazıntı, cızılma və maye izləri, nəqliyyat vasitələrinin toqquşmadan sonrakı dayanma vəziyyətləri haqqında məlumatlara görə müəyyən edilir. Qeyd edilən protokola əlavə olunan foto şəkillərdən isə toqquşma yerinin dəqiq müəyyən olunduğunu söyləmək mümkün deyil. Belə ki, toqquşma yeri kimi şəkildə göstərilən nöqtədə bir nəqliyyat vasitəsinin sol tərəfinin demək olar ki, tam sıradan çıxdığı, deformasiyaya uğradığı, digər nəqliyyat vasitəsinin qabaq sol tərəfinin əzildiyi, bəzi ehtiyyat hissələrinin (fara və s.) sıradan çıxdığı iki nəqliyyat vasitəsinin toqquşmasına xarakterik heç bir əlamət aşkar edilmir. Belə olan halda məhkəmə kollegiyasında müstəntiq tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi yerini əks etdirən protokolda, həmçinin ona əlavə olunan sxemdə və həmin protokolu tamamlayan foto şəkillərdə iki nəqliyyat vasitəsinin toqquşma yerinin müəyyən olunması, o cümlədən hadisənin baş vermə mexanizmi ilə bağlı gəldiyi nəticənin qüsurlu olması qənaəti formalaşmışdır. Qeyd olunan nəticəyə gəlinməsində həmçinin məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxslərin, şahidlərdən Habil Baxşəliyevin və Şahid6 ifadələrində kəsişən, üst-üstə düşən məqamların olması da vacib rol oynamışdır. Belə ki, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sözügedən protokolla və ona əlavə olunan sxemlə üst-üstə düşməyən, orada əks olunanlardan əhəmiyyətli dərəcədə fərqlənən ifadələr verərək qarşılıqlı şəkildə bir-birilərini günahlandırsalar da, onların ifadələrində bir məqam üst-üstə düşmüşdür ki, bu da hadisənin, yəni toqquşma anının baş verdiyi məqamla, toqquşma yeri ilə bağlı olmuşdur. Qeyd edilən şəxslərin həmin ifadələri həmçinin iş üzrə heç bir marağı olmayan şahid Habil Baxşəliyevin və Şahid6 ifadəsi ilə üst-üstə düşməklə eyniyyət təşkil etmişdir. Məhkəmə kollegiyası iş üzrə şahid qismində dindirilən Habil Baxşəliyev və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ona görə əsaslı sayır ki, həmin ifadələr işin faktiki halları ilə uyğun gəlir, digər sübutlarla təkzib edilmir, habelə hər iki şəxs işdə heç bir marağı olmayan - Habil Baxşəliyev təsadüfən hadisə yerində olan və hadisənin şahidi olmuş şəxsdir, Şahid6 isə hadisə vaxtı mikroavtobusda olmaqla hadisə günü Bakı şəhərinə getmək istəyən, Təqsirləndirilən şəxs2lə heç bir qohumluğu, yaxınlığı olmayan sərnişindir. Məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Qanuni nümayəndə3 məhkəmə istintaqı zamanı yük avtomobilinin qarşı yoldan çıxaraq 80-100 metr məsafədən mikroavtobusun üzərində doğru gəlməsini görməsi və bu barədə ucadan qışqıraraq sürücüyə xəbərdarlıq etməsinə dair göstərdiklərinə və onun həmin ifadəsini təsdiq edən Zərərçəkmiş şəxs5 qeyd etdiklərinə münasibətdə bildirir ki, hər iki şəxs ibtidai istintaq zamanı verdiyi ifadənin ətraflı olmamasını, məhkəmə istintaqı zamanı bildirdikləri arasındakı ziddiyəti hadisədən qısa müddət sonra ifadə vermələri və yalnız müstəntiqin suallarını cavablandırdıqları ilə əsaslandırsalar da, iş materiallarından Qanuni nümayəndə3 hadisədən 45 gün, Zərərçəkmiş şəxs5 isə 50 gün sonra ifadə verməsini, bu halın isə qısa müddət kimi qəbul edilə bilmədiyini, həmin ifadələrdən onlara müstəntiq tərəfindən sualların ünvanlanmadığı, əksinə hər iki şəxsə sərbəst şəkildə ifadə vermək üçün şəraitin yaradıldığını, hər iki zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olduqdan sonra istintaqın gedişatı ilə bağlı narazı qaldıqları hər hansı məqama dair vəsatət vermək hüquqları olsa da, bu hüquqdan istifadə edilmədiyini və hər hansı vəsatətin verilmədiyini, həmçinin hər iki zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin hadisə vaxtı mikroavtobusda olan digər şəxslərin ifadəsi ilə təsdiq edilmədiyini, hətta hadisə vaxtı mikroavtobusda özlərinin yanında oturmuş övladları digər Zərərçəkmiş şəxs6 ifadəsi ilə də təkzib edildiyini, o cümlədən Təqsirləndirilən şəxs2 qarşı yoldan yük avtomobilinin çıxaraq onların üzərilərinə gəlməsini görə-görə, zərərçəkmiş şəxslərin dediklərinə əsasən aralarında kifayət qədər məsafə olduğunu bildiyi halda öz həyatı və mikroavtobusda olan sərnişinlərinin həyatını təhlükəyə ataraq iri qabaritli yük avtomobilinin üzərinə doğru avtomobili sürməkdə davam etdirməsinin ağlabatan və inandırıcı olmadığını nəzərə alıb onların məhkəmə istintaqı zamanı qeyd etdiklərini əsaslı saymır. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirməklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaqın ilkin mərhələsində tərtib olunan 30.06.2018-ci il tarixli hadisə yerinə baxış protokolu cinayət prosessual qanunverciliyin tələbləri nəzərə alınmadan, nöqsanlara yol verilməklə və natamam şəkildə tərtib edildiyindən, həmçinin həmin protokolun əsasında çəkilən hadisə yerinin sxemi və protokola əlavə olunan foto şəkillər isə iki nəqliyyat vasitəsinin toqquşma yeri barədə dolğun fikir yaratmadığından, hadisənin real baş vermə mexanizmini, o cümlədən obyektiv həqiqəti əks etdirmədiyindən, habelə işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, həmin istintaq hərəkəti etibarsız sayılmaqla ittihamın əsasını təşkil edən sübutlar siyahısından xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsində göstərilmişdir ki, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İttihamın əsasını təşkil edən digər vacib sübut növü olan 16.11.2018-ci il tarixli 24554 №-li kompleks məhkəmə nəqliyyat-trasoloji və yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinə münasibətdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, ibtidai istintaqın ilkin mərhələsində yol verilmiş qeyd olunan nöqsanların nəticəsində istintaqın gedişində əldə olunan bu sübut növü də öz etibarlılığını itirmişdir. Çünki, həmin ekspertizanın təyin olunmasına əsas olan sübutlar, məlumatlar öz mötəbərliyini itirmişdir. Odur ki, məhkəmə kollegiyası həmin sübut növünün də ittihamın əsasını təşkil edən sübutlar siyahısından xaric edilməsini əsaslı sayır. Məhkəmə istintaqı zamanı müəyyən olunan hallar, yəni təqsirləndirilən şəxslərin və iş üzrə yuxarıda qeyd olunan şahidlərin ifadələri, hadisə yerinə baxış protokolundakı natamamlıqlar, toqquşma yerini fiksə edən fotoşəkillərdəki anlaşılmazlıqlar iş üzrə hadisənin baş vermə mexanizminin fərqli olma ehtimalını güclü etdiyindən, 27.12.2019-cu il tarixdə hadisə yerinə məhkəmə heyətinin, o cümlədən təqsirləndirilən şəxslərin, müdafiəçilərin, dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, kriminalist-mütəxəssisin iştirakı ilə yenidən baxış keçirilmiş, təqsirləndirilən şəxslərin ifadələri hadisə yerində bir daha yoxlanılmaqla obyektiv şəkildə ölçmələr həyata keçirilmiş və bunun nəticəsində hadisənin yeni baş vermə mexanizmi, yəni iş üzrə hadisə zamanı iki nəqliyyat vasitəsi arasındakı baş verən toqquşma zamanı ibtidai istintaq orqanının gəldiyi qənaətdən fərqli yeni toqquşma yeri müəyyən edilmişdir. (27.12.2019-cu il tarixli hadisə yerinə baxış protokolu) Hadisə yerinə keçirilən baxış əsasında birinci instansiyaa məhkəməsinin gəldiyi qənaət, yəni məhkəmənin müəyyən etdiyi hallar-yeni toqquşma yeri və hadisənin yeni baş vermə mexanizmi əsas götürülməklə həmin şəraitdə hər iki sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə uyğunsuzluğun olub-olmaması, habelə hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmamasının aydınlaşdırılması üçün 27.12.2019-cu il tarixdə iş üzrə əlavə kompleks məhkəmə nəqliyyat-trosoloji və yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmiş və 14 fevral 2020-ci il tarixli 1380 saylı rəy alınaraq cinayət işinə əlavə edilmişdir. Həmin rəydən müəyyən olunmuşdur ki, Howo ZZ3327N3847D markalı 99- HS521 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə istintaqının gedişində dövlət ittihamçısı yuxarıda adı çəkilən rəylə razılaşmayaraq iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət vermiş və məhkəmə tərəfindən vəsatət əsaslı sayılaraq təmin edilməklə iş üzrə təkrar komisyon kompleks məhkəmə nəqliyyat-trosoloji və yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və 07 avqust 2020-ci il tarixli 8/958 saylı rəy alınmaqla cinayət işinə əlavə edilmişdir. Sözügedən 07 avqust 2020-ci il tarixli 8/958 saylı rəydən bir daha müəyyən olunmuşdur ki, Howo ZZ3327N3847D markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, təhlükənin Howo ZZ3327N3847D markalı avtomobilin ayırıcı zolağın üzərinə çıxdığı andan yaranması şəraitində, Mercedes Benz-316 CDİ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürcüsü X9 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə kollegiyası məhkəmə istintaqının gedişində müəyyən olunan hallar əsasında əldə edilməklə cinayət işinin materiallarına əlavə olunan 27.12.2019-cu il tarixli hadisə yerinə baxış və ifadələrin yerində yoxlanması protokolunu, həmin protokol əsasında əldə olunan iş üzrə sonuncu ekspert rəyini, yəni 07 avqust 2020-ci il tarixli 8/958 saylı yol nəqliyyat hadisələri ekspertizasının rəyini, o cümlədən iş üzrə şahidlərdən Şahid6 və Habil Baxşəliyevin ifadələrini işin faktiki halları ilə üst-üstə düşən, obyektiv həqiqəti əks etdirən əsaslı sübut növü kimi qəbul edir, habelə iş üzrə mövcud olan digər sübutları da (iş üzrə əldə olunan və cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin ayrı-ayrılıqda verdikləri ifadələr, hadisə nəticəsində hər iki avtomobilə dəymiş maddi ziyanının müəyyən edilməsinə dair «xxxx» ASC tərəfindən verilmiş rəylər və s.) qarşılıqlı şəkildə qiymətləndirməklə qeyd edir ki, hətta iş üzrə məhkəmə istintaqı ilə müəyyən olunan hadisənin yeni baş vermə mexanizmi şəraitində belə Təqsirləndirilən şəxs1 təqsirli olması təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı CMnin 263.3-cü maddəsi ilə irəlin sürülən ittiham əsaslı olmuş, hadisə baş verən an onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuş, onun hadisənin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək bu nətcəyə gəlir ki, Təqsirləndirilən şəxs1 30.06.2018-ci il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkət edərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286cı km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin1-ci hissəsinin3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, hadisənin qarşısını almayıb, öz hərəkət zolağında idarəetdiyi avtomobilin təhlükəsiz hərəkətini təmin edə bilməyib avtomobilin idarəetməsini itirərək həmin avtomobillə yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən 44 km/saat sürətlə keçib əks hərəkət yoluna sola istiqamətlənmiş şəkildə öz qabarit uzunluğu qədər girib qarşıdan Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yəni, “Mercedes 316CDİ” markalı mikroavtobusun salonunda olan sərnişinlər X8 onurğa beyninə qansızma ilə müşayiət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X5 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, 11.09.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X23 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X32 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol gicgah nahiyəsinin yarası, hər iki göz ətrafı nahiyənin qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Qanuni nümayəndə3 müştərək, açıq kəllə-beyin travması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyyədə dərialtı hematoma, subaroxnoidal qansızmanın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, xx.xx.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travmasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, xx.xx.2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs10 sol mil bilək oynağının yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 alın nahiyəsinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 burun belinin və sol yanağın sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs9 sifətin və sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Zərərçəkmiş şəxs7 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Qanuni nümayəndə2 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, 18.06.2013-cü təvəllüdlü, azyaşlı X10 alın qabarının şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, habelə “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsi nəticəsində Təqsirləndirilən şəxs2 12000 (on iki min) manat və “Howo ZZ3327N3847D” yük markalı **- HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs8 4620 (dörd min altı yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, onun cinayət əməli, qismən öz ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı idarə etdiyi yük avtomobilinin qabaq sol təkərinin qəfildən partlaması və bunun nəticəsində idarəetməni itirməsi nəticəsində sözügedən hadisənin ondan asılı olmayan səbəbdən baş verməsi, qeyd edilən hadisənin bədbəxt hadisə olması ilə bağlı bildirdiklərinə gəldikdə isə həmin ifadələr həqiqəti əks etdirmədiyindən, işin faktiki halları ilə üst-üstə düşmədiyindən və işdə olan sübutlar (məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 07 avqust 2020-ci il tarixli 8/958 saylı rəyi və s.) vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi, öncədən seçilmiş müdafiə taktikası ilə deyilən sözlər kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs1 bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan bütün sübutlara məcmu halında qiymət verərək məhkəmə istintaqı zamanı müəyyən olunan hallara əsasən əldə olunan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 07 avqust 2020-ci il tarixli 8/958 saylı rəyində göstərilənləri əsas götürərək Təqsirləndirilən şəxs2 baş verən hadisədə təqsirinin olmadığı, onun həmin şəraitdə hadisənin qarşısını almağa texniki imkanının olmadığı qənaətinə gəlir və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından hesab edir ki, ona qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən 30.06.2019-cu il tarixdə təxminən saat 18:03 radələrində 60 km/saat sürətlə idarə etdiyi “Mercedes 316CDİ” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Gəncə şəhəri istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edərkən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax şəhərinin ərazisindən keçən 286-cı km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin1-ci hissəsinintələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq,hadisənin qarşısını almayıb, Ağdaş rayonu istiqamətindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat avtomobil idarəetməni itirərək yolu iki hissəyə ayıran daş lövhələrin üzərindən keçib 44 km/saat sürətlə əks hərəkət yoluna istiqamətlənərkən, yəni avtomobilin ayırıc zolağı olan yolu iki hissəyə ayıran daş lövhələrin üzərinə qalxdığı zaman, təhlükəni gördüyü anda dayandırmalı olduğu halda dayandırmadığından toqquşma baş vermiş, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yəni, “Mercedes 316CDİ” markalı mikroavtobusun salonunda olan sərnişinlər X8 onurğa beyninə qansızma ilə müşaiyət olunan İİ-İİİ boyun fəqərələrinin qapalı sınığı, sol bazunun və döş qəfəsinin sol yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X5 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin sol qulaq seyvanının və sol baldırın yuxarı 1/3-nin ön səthinin yaralarının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, 11.09.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan X23 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol alın təpə nahiyəsinin yarası, sol üst göz qapağının qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X32 açıq kəllə beyin travması, baş beynin yumşaq qişası altı geniş qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol gicgah nahiyəsinin yarası, hər iki gözətrafı nahiyənin qançırının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, Qanuni nümayəndə3 müştərək, açıq kəllə-beyin travması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, sol qasıq sümüyünün sınığı, koma İ-İİ dərəcə, sol göz ətrafı nahiyyədə dərialtı hematoma, subaroxnoidal qansızmanın əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır, xx.xx.2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan X16 hər iki bud sümüyünün və burun sümüklərinin sınığı qapalı kəllə beyin travmasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, xx.xx.2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs11 ağır dərəcəli qapalı kəllə beyin travması, alt çənənin sınığı, sol yuxarı ətrafın iri ölçülü yarasının əmələ gəlməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs3 sağ baldırın yuxarı 3/1-nin ön səthinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs10 sol mil bilək oynağının yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs4 alın nahiyəsinin yarasının əmələ gəlməsi ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs5 burun belinin və sol yanağın sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, xx.xx.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs9 sifətin və sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqlarının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Zərərçəkmiş şəxs7 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, Qanuni nümayəndə2 sağ diz oynağının ön səthinin sıyrığının əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, 18.06.2013-cü il təvəllüdlü, azyaşlı X10 alın qabarının şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığa zərər vurmayan xəsarət, habelə “Howo ZZ3327N3847D” yük markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs8 4620 (dörd min altı yüz iyirmi) manat məbləğində ziyan vurmasına dair ittiham əsassız olmuşdur və ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı istintaqın gedişində Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı qənaətində olmuş, sonuncu uzun müddət iş üzrə zərərçəkmiş şəxs statusunda saxlanılmışdır. İstintaqın sonrakı mərhələsində ona qarşı CM-nin 263.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 04 dekabr 2018-ci il tarixli qərardan (cild 03, iş vər. 15-28) görünür ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-nin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibi rədd olunmuşdur. Lakin nədənsə sonradan qeyd olunan qərar qüvvədə olduğu halda, həmin qərar ləğv edilmədən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılması ilə bağlı nəticəyə gəlindiyindən və bəraət hökmü şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması əsası ilə ləğv edilə bilmədiyindən, məhkəmə kollegiyası bu məqamı ibtidai istintaq orqanı tərəfindən yol verilən nöqsan kimi qəbul edir və hesab edir ki, bu hal Təqsirləndirilən şəxs2 xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasına dair yuxarıda gəlinən qənaət olmasaydı belə, ibtidai istintaq orqanı tərəfindən sonuncuya qarşı irəli sürülən ittihamda yol verilmiş nöqsana görə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmünün çıxarılması qeyri-mümkün idi. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamda onun tərəfindən qeyd edilən cinayət əməlinin 30.06.2019-cu il tarixdə törədilməsinə israr edilir. Lakin cinayət işi üzrə məhkəmə istintaqı zamanı gəlinən nəticə, habelə cinayət işinin materiallarında mövcud olan sənədlərdən Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini həmin tarixdə törətməsi nəticəsinə gəlmək qeyri-mümkündür. Çünki mövcud sübutlara əsasən hadisənin 30.06.2018-ci il tarixdə baş verməsinin təsdiq olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamda əks olunan tarix 30.06.2019-cu il göstərilmişdir ki, həmin tarixdə qeyd olunan cinayət əməlinin törədilməsi istisna olunur. Göründüyü kimi, ibtidai istintaq orqanı bu halda da səriştəsizliyə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası bu məqamı da ibtidai istintaq orqanı tərəfindən yol verilən nöqsan kimi qəbul edir və hesab edir ki, bu hal da Təqsirləndirilən şəxs2 xeyrinə həll edilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Zərərçəkmiş şəxs8 ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını CM-ni 59.1.12-ci maddəsinə əsasən, məcburi köçkün olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya Məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Apellyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını ilə bağlı gəldiyi nəticəyə gəlməklə haqlı olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona həmin maddə ilə 8 il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, mərhum zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və başqa doğmalarının mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlara əsasən Təqsirləndirilən şəxs1 göstərdiklərini müdafiə xarakterli addım kimi qəbul edir və göstərilənlərin məsuliyyətdən yayınmaq məqsədi ilə deyildiyi qənaətinə gəlir və onun uzunmüddətli cəza tədbirlərinin tətbiqinə məruz qalmasının zəruriliyini şərtləndirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22 və X31 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 1(091)-5/2020 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-13/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-13/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver