Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-13/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci dərəcəli hüquqşünas X12, zərərçəkmiş şəxsin hüquqi varisi X23, onun nümayəndəsi X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X23 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 05 avqust 2021-ci il tarixli 1(025)- 11/2021 nömrəli hökmü ilə xx.xx.1990-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərqaz İB-nin Zaqatala Regional şöbəsinin ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 28 avqust 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ şəhərində yerləşən fərdi avtomobillərə texniki xidmət stansiyasında duracaqda saxlanılan “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı və “Seat Leon” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə (zərərçəkmiş şəxsin hüquqi varisinə) geri qaytarılması, iş üzrə məhkəmə xərci 658,46 (altı yüz əlli səkkiz manat 46 qəpik) manatın Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 06.12.2019cu il tarixdə saat 21 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən 19cu kilometrliyində Zarağan istiqamətində təxminən 60 km/saat sürətlə hərkətdə olarkən, “X36” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə qadağan olunduğu üçün hərəkət istiqamətlərini ayıran “1.1” ağ bütöv üfüqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda və bununla da əks hərəkət zolağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə, yuxarıda sadalanan yol hərəkəti qaydalarını pozaraq, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmək üçün əks istiqamətli nəqliyyat axınlarının “1.1” üfiqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin xətti kəsib avtomobili qarşı hərəkət zolağına çıxartmış, bu vaxt qarşıdan əks istiqamətdə hərəkətdə olan “VAZ- 21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkəti üçün təhlükə yaratmış, bununla əlaqədar sürücü Xaqani Nəsirov təhlükədən yayınmaq üçün əyləci işə salaraq avtomobili sola istiqamətləndirmiş, həmin anda Təqsirləndirilən şəxs qarşısındakı avtomobili ötdükdən sonra idarə etdiyi “Seat Leon” markalı avtomobili öz hərəkət zolağına doğru qaytararkən, hərəkət hissəsinin ortasında idarə etdiyi avtomobilin ön sol tərəfi ilə “VAZ-21150” minik markalı avtomobilin ön sol tərəfindən vurub zədələmiş, nəticədə ehtiyatsızlığından “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisə zamanı aldığı daxili qanaxma, hər iki ağ ciyərlərin əzilməsi, döş qəfəsində qabırğaların çoxsaylı sınıqları, burunun, alt çənənin sol şaxəsinin sınığı, sol bud sümüyünün açıq və sağ baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol budun bayır orta 1/3-nin, hər iki dizin ön səthinin əzilmiş-cırılmış yarası, burunun, alt çənənin sol tərəfinin, sağ əlin üst səthinin, sol baldırın ön orta 1/3-nin, sol iç topuq nahiyyəsinin sıyrıqları kimi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmanın əlamətlərinə aid bədən xəsarətlərindən hadisə yerində ölməsinə, idarə etdiyi “Seat Leon” markalı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs1 sol əlin v barmağının orta falanqasının üst və iç səthinin əzilmiş-cırılmış yarası, sol əlin v barmağının orta falanqasının oynaq hissədən açıq çıxığı və həmin oynaqda travmadan sonrakı kontraktura, burunun, sağ baldırın iç səthinin sıyrığı, sol baldırın arxa aşağı 1/3-nin və sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi sağlamlığına az ağır zərər vuran, həmin avtomobildə olmuş digər sərnişin, Zərərçəkmiş şəxs2 başın alın-təpə nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilməsinə, habelə zərərçəkmiş şəxslər, X8 məxsus “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 5500 (beş min beş yüz) manat və Zərərçəkmiş şəxs2 məxsus “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək sahibinə 10930 (on min doqquz yüz otuz) manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X23 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, o cümlədən apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının ifadələri Zərərçəkmiş şəxsin hüquqi varisi X23 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsinə heç bir aidiyyəti yoxdur. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyi sübut edilsə də, birinci instansiya məhkəməsi tədqiq edilmiş və əldə edilmiş sübutlara qərəzli olaraq ədalətsiz qiymət vermiş, qərəzli mülahizələrə istinad edərək ittiham aktının hökmə köçürülməsi ilə nəticələnən, təqsirləndiriən şəxs tərəfindən məhkəmə istintaqında ifadə verilmədiyi halda onun adından güya ifadə vermiş kimi və əməlindən peşman olması kimi qeydlər edərək saxtakarlığa yol verərək əsassız və qanunsuz hökm çıxarmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməlində CM-in 263.2-ci maddəsində göstərilmiş cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün və onun həmin cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində özünü təqsirli hesab etmədiyini bildirdi və göstərdi ki, hadisə yerində onlardan əlavə heç kəs olmamışdır. Sonradan polislər əlavə adamları taparaq onları şahid kimi göstərib ona şər atmışlar. Halbuki, şahidlərin heç biri hadisə vaxtı olmamışlar. Qəza baş verəndə o, anlaqlı olmuş, qəzadan sonra hadisə yerinə yaxınlıqda yaşayan Elşən adlı şəxs onlara kömək etmişdir. Sonradan bir neçə nəfər də gəlmiş, birinci hadisə vaxtı huşunu itirmiş Hikməti, sonra maşında olan xanımı və ən sonda onu maşından çıxartmışlar. Əgər şahidlər orda olmuş olsaydı, niyə insanlıq xatirinə onlara kömək etmədilər? O, heç bir ötmə əməliyyatı etməmişdir, əgər ötmə əməliyyatı etmişdirsə ötdüyü maşın hara oldu? Hadisə baş verəndən 10-15 dəqiqə sonra hadisə yerinə maşınlar gəlməyə başlamışdır. Daha sonra təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmişdir ki, hadisə axşamüstü, sutkanın qaranlıq vaxtı baş vermişdir. Həmin vaxt Zərdabdan Qəbələyə qayıdırdılar, sükan arxasında özü olmuş, sağ oturacaqda avtomobilin sahibi Hikmət əyləşmiş, arxa oturacaqda isə Nurlana xanim əyləşmişdir. Hikmətlə əvvəl dost omuşlar, lakin xanımı əvvəllər tanımamış, həmin xanım Hikmətin işçisi olmuşdur. Getdiyi istiqamətdə ötmə əməliyyatı etməmişdir. Turyançayının üzərində olan körpünü keçəndən sonra onu bir maşın ötmüşdür. Həmin vaxt öz yolu ilə getmiş, əks istiqamətdən də maşınlar gəlmişdir. Axırıncı yük maşınına çatanda “VAZ-21150” markalı avtomobil qəflətən qarşısına çıxmış, idarə etdiyi maşını nə yana qaçıra bilmiş, nə də ki, əyləci basa bilmişdir. Qəbələ Rayon Məhkəməsində isə ifadə verməmiş, peşman olduğunu etiraf etməmiş, cəzanın yüngülləşməsini xahiş etmişdir. Avtomobillər arasında olan məsafə yadında deyil. “Qazel” markalı maşınlar qarşı isitiqamətdən gəlirdi, onun getdiyi istqamətdə nə ondan arxada, nə də ondan qabaqda maşın olmamışdır. Ötmə əməliyyatını isə o yox, “VAZ- 21150” markalı avtomobilinin sürücüsü etmişdir. Hadisə baş verən yerdə yolda düz xətt olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varısı ilə barışmış, zərərin əvəzi kimi ona 8000 manat pulu notariat qaydada ödəmişdir. X28 dəfn mərasimində atası iştirak etmiş, sonradan barışmaq üçün dörd dəfə özü getmişdir. Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərdi ki, hadisə günü Bəyalı ilə zəngləşmişlər. Bəyalı ona demişdir ki, “Sənin maşınına yanacaq vurum, gedək Zərdab şəhərinə qayınatamgildən kənd təsərrüfatı məhsulları gətirək”. O da razılaşaraq işçisinə mağazanı bağlamasını və Zərdab şəhərinə getməsini təklif etmişdir. Axşam vaxtı maşın sürə bilmədiyinə görə Bəyalıdan onun maşınını sürməsini xahiş etmiş, o da razılaşmışdır. O özü, onun işçisi və Bəyalı Zərdab rayonuna getmişlər. Məhsulları maşına yığıb Zərdab rayonundan Qəbələyə qayıtdıqları zaman “Savalan” adlı yeri keçəndə, əks istiqamətdə gələn “Qazel” markalı maşının arxasından bir maşın anidən qarşılarına çıxmışdır. Həmin vaxt onlar öz yolu ilə getmişlər. Daha sonra zərərçəkmiş şəxs ona verilən sualları cavablandıraraq bildirdi ki, onlardan arxada və irəlidə heç bir maşın olmamışdır. Bəyalı “Savalan” adlı yerdən keçərkən heç bir ötmə əməliyyatı etməmiş, heç bir maşını ötməmiş, qış vaxtı olduğundan getdikləri yol boş olmuşdur. Onunla əks istiqamətdə gələn maşınları əvvəl iri yük maşınları bilmişdir, sonradan öyrənmişdir ki, yük maşınları olsa da, “Qazel” markalı avtomobillərdir. Hadisə baş verəndən sonra polisə də, təcili tibbi yardıma da o özü zəng etmişdir. Hadisə baş verən kimi hadisənin baş verdiyi ərazinin qonşuluğunda yaşayan, adını sonradan bildiyi Elşən adlı şəxs birinci onu, sonra da maşında olan digər sərnişiləri maşından çıxartmışdır. Hadisə yerinə Elşəndən öncə heç kim gəlməmişdir. Həmin yol yoxuş olduğundan onunla toqquşan avtomobilin arxasınca hər hansı bir avtomobilin gəlməsini görməmişdir. Nurlana xanım həmin vaxt onun işçisi olmuş, o, hal-hazırda Bakı şəhərində yaşayır. Hadisə nəticəsində yararsız vəziyyətə düşən maşınını təmir etdirməmiş, eləcə əzik vəziyyətdə satmışdır. Təqsirləndirilən şəxs qarşı indi də şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X23 Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etdi. Zərərçəmiş şəxsin hüquqi varisinin nümayəndəsi Şahid6 Jalə Nəsirovanın Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu göstərərək təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа çıxış edən dövlət ittihаmçısı X12 apellyasiya şikayətlərinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiq edir, ancaq üstündən uzun müddət keçdiyinə görə, hazırda həmin ifadələr yadında deyil. Avtoqəzanı görmüş, həmin vaxt sükan arxasında olmuşdur. Belə ki, hadisəni görmüşdür, hadisə onlardan hardasa 500-600 metr qabaqda baş verib, bəlkə də bir az çox olardı. Hadisə yerinə çatanda orada bir-iki maşın dayanmışdı. Hadisə gözünün qabağında, ancaq uzaqda baş verib. Toqquşma anını görmuş, toqquşan maşınların işıqlarını görmüşdür. Saat 7-9 radələrində hava artıq qaralmışdı, alatoranlıq idi. Hadisə Savalan deyilən yerdə olmuşdur. Onların qarşısında yük maşını olmuşdur. Hasisənin baş verdiyi yerə yaxınlaşıb baxıb geri qayıtmışlar. Maşını 150 metr hadisə yerindən aralıda saxlamışdır. Onlar gələndə avtomobillərdən hələ heç kim düşürülməmişdi. Bir nəfər maşında idi. O birilərə fikir verməmiş, ancaq “VAZ-21150” markalı maşına fikir vermişdir. Çünki orada olan adamlardan biri həmin maşının Ağdaş maşını olduğunu demişdir. Onun yanında Samir olmuşdur. Onunla həmin gün Ağdaş şəhərində təsadüfi görüşüb yeyib-içmək üçün Qəbələyə tərəf çıxmışlar. İkisi olmuşlar, heç kimi dəvət etməmişlər. Onun telefonu Samirlə görüşəndə yanında yox, maşında olub və o, telefonla danışmamışdır. Hadisədən 30-60 dəqiqə öncə Ağdaşda olmuş və yanında Samir olmuşdur. Hadisənin baş vermə vaxtı saat 8-9 radələri idi. Hava qaralmışdı. Hadisədən uzun müddət keçdiyi üçün hadisənin bütün məqamları dəqiq yadında deyil. İbtidai istintaq və məhkəmə istintaqı gedişatında ifadələr verərkən ona istintaq tərəfindən və ya kimsə tərəfindən təyziqlər olmayıb. X39 kəndinə yemək yeməyə gedirdilər, lakin hadisəni görüb Ağdaşa geri qayıtmışlar. Yəni qəzanı görüb geri qayıtmışlar. Ağdaşın “Dörd yol” deyilən yerində dayanan taksi sürücülərindən dünyasını dəyişən şəxsin adının Xaqani olduğunu və mərhumun evinin yerləşdiyi ünvanı müəyyən etmişlər. Ondan sonra təxminan saat 22:00 radələrində Samirlə Xaqaninin evinə gedərək yaxınlarına məlumat vermişlər. Onların evinə gedəndə xəbər vermişlər ki, qəza baş verib, ancaq zərərçəkmişin öldüyünü deməmişlər. Həmin vaxtı Niyaz, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi də orada olmuşlar. Həmin maşını tanımır. Qəbələ rayonunun Nic kəndi ilə Ağdaş rayonu arasında 40-50 km məsafə olardı. Özünə məxsus 2 telefon nömrəsi var, hər ikisi bir telefondadır. Həmin telefon da həmin vaxt yanında olmuşdur. Yuxarı Zeynəddin kəndi ilə hadisə baş verən yer arasında məsafə hardasa 15- 20 km olar. Yuxarı Zeynəddin kəndində olmamışdır. Onun nömrəsi ***-***-**-**-dur. İndi də həmin telefon nömrəsindən istifadə edir. Ağdaş maşınının seriya nömrəsi Bakı seriyası idi, maşın göy rəngdə idi. Həmin maşının Ağdaş maşını olduğunu orada bilmişlər. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. İş üzrə ibtidai istintaq zamanı Qəbələ Rayon Polis Şöbəsinə onu Ağdaş polisi aparmışdır. Hadisənin üzərindən çox vaxt ötdüyündən dəqiq yadında deyil. Onlar gedəndə artıq hadisə olmuşdur. Qəbələ RPŞ-nə nə vaxt getməsi yadında deyil. Tural müəllimin yanına getmişlər, Tural müəllim onları çağırmışdır. Tural müəllimin onların şahid olduğunu haradan bildiyindən məlumatı yoxdur. Tural müəllimə izahatda hər şeyi demişdir. Hadisəni necə gördüyü yadında deyil. Belə qəzaları çox görmüşdür. Ərizəni orada yazıblar. Orada izahat vermişdir. Onları ora Əhməd müəllimin aparıb-aparmaması yadında deyil. Latın qrafikası ilə yazıb-oxuya bilir. Birinci dəfə polis şöbəsinə gedəndə özləri ərizə yazmışlar. Onlara gördüklərini yazmasını demişlər, onlar da yazmışlar. İzahatlarının oxuyuboxumaması yadında deyil. Yaddaşı zəifdir. Aşağı Zeynəddin kəndindəndir. Ağəli kəndi qonşü kənddir. Orada işi olanda olur. Zeynəddin kəndində olur. O kənddə isə Pərviz olur. Pərvizlə bir məktəbdə paralel oxumuşlar. Telefon nömrəsi - 478-84-14. İndi də həmin nömrədən istifadə edir. Hadisə baş verən günü harada olması yadında deyil. Şahid1la təsadüfi görüşmüşlər. Həmin gün necə görüşdükləri yadında deyil. Şəkili kəndi istiqamətində yerləşir. Hadisə Qəbələ yolunda baş verib. Qəbələyə tez-tez getmir. Axırıncı dəfə məhkəməyə gedəndə getmişdir. Yuxarı Zeynəddin kəndi ilə hadisə yerinin arasında məsafənin nə qədər olmasını dəqiq bilmir. Hadisə Qəbələ yolunda olub. Hadisədən sonra Ağdaş rayon bazarının qabağına gəlmişlər. Hadisə yerində çox dayanmamışlar, baxıb qayıtmışlar. Bilmişdir ki, o adam Ağdaşlıdır. Bunu orada olanlar demişlər. Həmin günü Ağdaş rayonunun özündə də olmuşdur. İş materiallarında olan anten informasiya məlumatlarına gəlincə, bu, ola bilməz. Həmin vaxt onun nömrəsi indiki nömrəsi olmamışdır. Həmin vaxtı hansı nömrədən istifadə etməsi yadında deyil. Hadisəni görmüşdür. Hadisənin toqquşma anını görməmişdir. Hadisəni özü yox, ancaq Pərvizin görüb-görməməsini bilmir. Maşını Pərviz sürmüşdür. Hadisəni görəndə toqquşma təzə baş vermişdi. Maşınlarının işiqlarının bir-birinə dəydiyini aralıdan görmüşdür. Toqquşma anının Qəbələyə gedən yolda və ya Qəbələdən gələn yolda baş verdini görməmişdir. ***-***-**-** onun nömrəsidir. ***-***-**-** isə xalasının nömrəsidir. ***-**-** onun bələdiyyədə işləyən həmkəndlisinin nömrəsidir. ***-***-**-** qardaşının nömrəsidir. ***-***-**-** kimin nömrəsi olduğunu bilmir. Bu cur izahat verməsi üçün onu heç kim məcbur etməyib. Hadisənin olduğu yerlə bağlı ifadələrinin yerində yoxlanması olmuşdur. Tural müəllim hadisənin necə baş verdiyini soruşmuş, onlar da körpüyə çatmamış onları Vidadinin maşınıın keçdiyini bildirmişlər. Hadisənin korpüdən keçəndən sonra, yoxsa körpüdən əvvəl olması yadında deyil. Qarşılarında “Kamaz” markalı avtomobil gedirdi. Tural müəllimə indi dediyi kimi, yoxsa başqa cür ifadə verməsi yadında deyil. Maşını hadisə yerindən nə qədər aralıda saxladıqlarını dəqiq bilmir. Həmin vaxtı ora yaxınlaşanda hadisə yerində tanımadıqları kənar şəxslər olmuşlar. Qeyd etdiyi “Kamaz” markalı avtomobilin orada dayanıbdayanmamasını bilmir. Ağdaşdan tanıdıqları başqa adamlar-Ləki kəndindən olan uşaqlar hadisə yerinə sonradan gəlmişlər. Onlar Qəbələ tərəfdən gəlmişlər. Mirsaleh də orda olmuşdur. Onlar hadisə yerindən Ağdaşa geri qayıdaraq zərərçəkmiş şəxsin ünvanını müəyyən etmiş, sonra mərhumun evinə bir yerdə getmişlər. O, maşında olmuşdur. Şahid2 ona ünvanlanan və protokolda qeyd edilmiş müəyyən suallara cavab verə bilməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittihamın əsassız olduğunu bildirməklə ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə tanışı Zərərçəkmiş şəxs2 məxsus “Seat Leon” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə onun xahişi ilə qohumlarının işlədiyi fermadan süd məhsulları gətirmək üçün Zərdab rayonuna getmişlər. Hikmət yorğun olduğu üçün avtomobili o idarə etmiş, Hikmətin tanışı və onun mağazasında satıcı işləyən Nurlana da onlarla birlikdə getmişdir. Həmin gün axşam saat 20 radələrində Zərdab rayonundan çıxaraq Qəbələ rayonuna yollanmışlar. Saat 21 radələrində Qəbələ rayonu Savalan kəndinə çatmışlar. Avtomobili yenə də o idarə edirmiş. Həmin vaxt avtomobildə Hikmət qabaq sağ sərnişin oturacağında, Nurlana isə arxa oturacaqda əyləşmişdir. Avtomobili üzü Qəbələ istiqamətinə təxminən 60 km/saat sürətlə idarə edib, Savalan kəndinin mərkəzinə çatmağa təxminən 200-250 metr qalmış öz yolu ilə hərəkətdə olarkən qarşıdan onunla əks istiqamətdə, yəni Ağdaş istiqamətinə hərəkətdə olan sonradan məlumatlandığı “VAZ-21150” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil ona çatmağa təxminən 5-6 metr qalmış qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan markasını və nömrəsini bilmədiyi yük avtomobilini ötmək üçün qarşıqarşıya hərəkət hissələrini ayıran düz xətti kəsib sol qabaq tərəfi onun yoluna çıxmışdır. Əvvəlcədən isə həmin “VAZ-21150” markalı avtomobilin gəldiyini görməmişdir. Çünki “VAZ- 21150” markalı avtomobil yük avtomobilinin arxası ilə gəlirmiş, artıq yük avtomobili onun yanına çatıb ona paralel vəziyyətdə olduqda “VAZ-21150” markalı avtomobil onun arxasından sola istiqamət götürüb ona çatmağa 5-6 metr qalmış onun yoluna çıxmışdır. O, hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş və orta xəttə yaxın hissədə onun yolunda idarə etdiyi Seat markalı avtomobilin qabaq sol tərəfi ilə “VAZ-21150” markalı avtomobilin onun yoluna çıxmış sol qabaq tərəfi toqquşmuşdur. Toqquşmadan sonra məlum olduğu kimi idarə etdiyi avtomobil yolun sağ kənarına çıxıb üzü Ağdaş istiqamətinə dayanmışdır. Onunla toqquşan “VAZ-21150” markalı avtomobil isə toqquşduğu yerdə arxası sağa tərəf fırlanıb yolun ortasında üzü toqquşma yerinə tərəf, arxası yolun sol kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində “VAZ-21150” markalı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. O özü və idarə etdiyi avtomobildə olan sərnişinlər Nurlana və Hikmət müxtəlif dərəcəli xəsarətlər almışlar. Onun ayağı sınmış, əllərinin üstü, alın nahiyəsi sıyrılaraq və hava yastığının açılması nəticəsində burnu əzilərək qanamış, Nurlananın burnu sınmış, ayağı əzilmiş, Hikmət isə alın nahiyəsindən xəsarət almışdır. Hadisə vaxtı “VAZ-21150” markalı avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Hadisə yerinə ilk olaraq yaxınlıqda evi olan Elşən adlı şəxs gəlib, əvvəlcə Hikməti çıxartmış, daha sonra Hikmətlə köməkləşib Nurlananı və onu maşından çıxartmışlar. Daha sonra hadisə yerinə əlavə bir neçə nəfər tanımadığı şəxslər toplaşmışdır. Hadisə vaxtı eyni yoldan keçən avtomobillərin sürücüləri də avtomobili saxlayıb onlara yaxınlaşırmışlar. Bir nəfər hətta başlarının altına qoyub uzanmaları üçün onlara döşək gətirmişdir. Orada olan şəxslər “VAZ-21150” markalı avtomobilə yaxınlaşıb baxdıqda bildirmişlər ki, sürücü artıq ölübdür. Hikmət hadisə yerinə təcili tibbi yardım çağırdığı üçün bir neçə dəqiqədən sonra təcili tibbi yardım gələrək onları Qəbələ rayonunda yerləşən “Diaqnostika mərkəzi”nə aparmışlar. Orada müayinə olunan zaman sol ayağının sındığı məlum olmuşdur. Sonra polis əməkdaşları xəstəxanaya gələrək ondan izahat almış və sərxoşluq müayinəsindən keçərək ayıq olduğu təsdiqlənmişdir. Həqiqətən də, o, hadisə günü spirtli içkilər və digər bihuşedici maddələr qəbul etməmişdir. Xəstəxanada olarkən öyrənmişdir ki, onun idarə etdiyi avtomobillə toqquşan “VAZ-21150” markalı avtomobilin sürücüsü və hadisə zamanı ölən şəxs Ağdaş rayon sakini Xaqani adlı şəxsdir. Ayağındakı xəsarət ciddi olduğuna görə onu cərrahi əməliyyat etdirmək üçün sığortalı olduğu işlədiyi qaz idarəsi vasitəsi ilə Bakı şəhərində yerləşən “Bakı sağlamlıq mərkəzinə” aprmışlar. Orada iki dəfə əməliyyat olunmuşdur. Araşdırma zamanı o, tibbi ekspertizaya təqdim edilmiş və məlum olmuş ki, hadisə zamanı ağır xəsarət alıb. Bundan başqa hadisənin onun yolunda baş verdiyini, həmin vaxt öz hərəkət zolağı ilə hərəkətdə olduğunu, qarşı hərəkət zolağına çıxmadığını, bununla bağlı istintaqın və ekspertin gəldiyi nəticə ilə razılaşmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 etibarnamə üzrə nümayəndəsi Şahid6 ifadəsində göstərmişdir ki, mərhum X14 onun qızının həyat yoldaşı olmuş, qızı ilə X35 2009-cu ildə evlənmiş və birgə nikahlarından iki qız uşaqları dünyaya gəlmiş, hazırda həmin uşaqlar azyaşlıdır. Qızının əri Xaqani Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olmasına baxmayaraq, təxminən 8-9 il ildir ki, Ağdaş şəhərində hazırkı ünvanda əri Niyazın onlara bağışladığı torpaq sahəsində ev tikərək yaşamağa başlamışdır. Xaqaninin rəsmi iş yeri olmadığından özünə məxsus “VAZ-21150” markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Hadisə günü, yəni 06 dekabr 2019-cu il tarixdə Xaqani nahar yeməyindən sonra təxminən saat 14 və 15 radələri olarmış ki, yenə də həmin avtomobilini idarə edib taksilik etmək üçün evdən çıxmışdır. Həmin gün saat təxminən 22 radələrində tanımadığı şəxslər onların ünvanına gələrək onu və əri Niyazı çağırıb bildirmişlər ki, Xaqani Qəbələ rayonu Savalan kəndində idarə etdiyi avtomobillə yol qəzasına düşüb və onu Qəbələ rayon xəstəxanasına aparıblar. Dərhal əri Niyaz, o və bundan xəbər tutan digər qohumları Qəbələ rayon xəstəxanasına yollanmış, orada Xaqani Nəsirovun öldüyünü məlumat almışlar və təxminən 2-3 saat sonra Xaqaninin meyitini Ağdaş rayonuna gətirmişlər. Ertəsi gün Xaqaninin meyitini doğulduğu Ağdaş rayonu Mürsəli kəndində dəfn etmişlər. Cinayət işinin Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qərəzli olaraq araşdırıldığı qənaətindədir. Belə ki, hadisə yerində Xaqani Nəsirovun idarə etdiyi avtomobildən video kameranın “təsadüfən” yoxa çıxması, avtomobil yolunun bir tərəfindən video görüntülər götürülsə də, digər tərəfində olan video görüntülər “səhvən” götürülməmiş, Seat Leon markalı avtomobilin tormoz izinin olmaması, sürücüsünün eyfariya vəziyyətində olması, narkotik vasitələrindən istifadə edibetməməməsi “səhvən” tam olaraq araşdırılmamış, Təqsirləndirilən şəxs burun nahiyəsində sınıq olması bildirilsə də, “səhvən” onu təsdiq edən heç bir həkim rəyi alınmamış, “Seat Leon” markalı avtomobilin ön şüşəsindəki zərbə yerinə Zərərçəkmiş şəxs2 baş nahiyəsinin dəydiyi bildirilsə də, avtomobilin ön şüşəsindən heç bir qan və ya tük nümunələri “səhvən” götürülməmiş, Seat Leon markalı avtomobildəki sürücü və sərnişinlərin kimliyini müəyyən etmək üçün “səhvən” geyimlərdən nümunələr götürülərək lifli ekspertiza aparılmamış, komisiyon qaydada ekspertiza təyin olunması barədə qərarda Seat Leon markalı avtomobilin surətinin “səhvən” 60 km/saat götürülməsi göstərilmişdir. Halbuki, avtomobillərin adi gözlə müşahidəsi zamanı aşkar görünür ki, Nəsirov Xaqaninin idarə etdiyi avtomobilin surəti tormoz verməsi nəticəsində azalsa da, Seat Leon markalı avtomobilin sürücüsü tormoz verməmiş və gəldiyi sürətlə də qəza törətməsi və hər iki avtomobilin yararsız vəziyyətə düşməsi “Seat Leon” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu aşkar sübut edir. Digər sübutlardan biri də Zərərçəkmiş şəxs2 baş nahiyəsində gözlə görünən qanın axması ilə müşahidə olunan zədə olmuş, Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığında qan ləkəsi olmuşdur. Təqsirləndirilən şəxs ayağında və bədəninin müxtəlif nahiyyələrində müxtəlif zədələr olsa da, əl və baş nahiyəsində heç bir zədə olmamışdır. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsin 20.08.2020-ci il tarixli 436/02-20 nömrəli məktubu da sübut edir. Bu aşkar sübutedici hallar heç bir ehtiyac olmadan keçirilmiş Genetik ekspertizanın rəyi ilə şübhə altına alınır. Halbuki, Zərərçəkmiş şəxs2 başında olan qanın axması ilə müşahidə olunan zədədən Seat Leon markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına qanın düşməsi daha real görünsə də, Təqsirləndirilən şəxs qanının “Seat Leon” markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına necə düşməsi böyük bir suala səbəb olur. Bəlkə bu qanı qəsdən Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2 “Seat Leon” markalı avtomobilin sükanı üzərindəki hava təhlükəsizlik yastığına vurmuşdur. Bu halın müəyyən edilməsi üçün Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən “səhvən” heç bir tədbir görülməmişdir. Qəbələ RPŞ-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qeyd olunmuşdur ki, Genetik ekspertizanın aparılması üçün Seat Leon markalı avtomobilin sürücü yerindən götürülmüş qan nümunələri həmin ekspertizanın aparılmasında istifadə edilmiş, daha sonra geri qaytarılaraq cinayət işinə əlavə edilsə də, həmin qanın götürülməsinin üzərindən 1 ildən artıq müddət keçmiş və sərxoşluğun təyini məqsədi ilə tədqiqatlar aparılması üçün yayarlı deyil. Bu halda “təsadüfən” müstəntiq özünü ekspert kimi aparmış və qan nümunələrinin yararsızlığı barədə qəti rəy bildirmişdir. Qəbələ rayon prokuroru, ədliyyə müşaviri cənab Nazim Babayev 01 oktyabr 2020-ci il tarixdə qərar qəbul edərək Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynova yazılı göstəriş verərək X8 məxsus “VAZ-21150” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə təkrar baxış keçirilməsi, qeyd edilən video kamera barədə hadisə yerinə baxış keçirilməsində iştirak etmiş şəxslərin ifadələrinin alınması, hadisə baş vermiş avtomobil yolunun hər iki istiqamət üzrə videogörüntülərin götrülüməsinə dair müvafiq tədbirlərin görülməsini qeyd etmişdir. Lakin Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov “etinasızlıq” göstərərək heç bir tədbir görməmişdir. Dəfələrlə müvafiq medallarla təltif olunmuş Qəbələ RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən “təsadüflər”, “səhvlər”, “etinasızlıqla” aparılan istintaq sonda düzgün olmayan nəticələri səbəb olmuşdur. Belə ki, 24.12.2020-ci il tarixdə yalnış ittiham aktı tərtib edilərək Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilmişdir. Birinci instansiya məhkəməsinin 04.08.2021-ci il tarixdə keçirilən iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə X23 tərəfindən notariat qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir. Həmin notarial qaydada təsdiqlənmiş ərizədə X23 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda 05.08.2021-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 etibarnamə üzrə nümayəndəsi Şahid6 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə adı gedən şəxsdən heç bir şikayəti olmayacağını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə saat 15 radələrində dostu-Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs ona zəng vurub xahiş etmişdir ki, ona məxsus avtomobillə onu Zərdab rayonuna qohumlarından süd məhsulları gətirmək üçün aparıb-gətirsin, yol haqqı əvəzinə avtomobilinə benzin tökəcək. Əvvəllər də Bəyalı ilə onun xahişinə əsasən bir neçə dəfə Zərdab rayonuna süd məhsulları gətirməyə getmişdir. Aralarında olan dostluq münasibətlərinə görə bir neçə dəfə Bəyalıya avtomobilini idarə etməyi həvalə etmişdir. Onlar Zərdab rayonuna getməyi işlətdiyi Qəbələ şəhərində yerləşən “Miray” adlanan qadın geyimləri mağazasını axşam iş qurtarandan sonra yəni saat 18 radələrində bağladıqdan sonra razılaşmışlar. Həmin gün saat 18 radələrində Bəyalı onun mağazasına gəlmiş, birlikdə Zərdaba gedəcəklərini bilən mağazanın satıcısı Şirvan şəhər sakini, müvəqqəti olaraq Qəbələ şəhəri köhnə hərbi şəhərcikdə qalan Zərərçəkmiş şəxs1 onu da özləri ilə aparmalarını xahiş etmişdir. Onlar Nurlana ilə birlikdə özünə məxsus “Seat Leon” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 18 radələrində Zərdab rayonuna yola düşmək üçün avtomobilə əyləşmişlər. Avtomobilə minərkən o, Bəyalıya demiş ki, təzyiqi var, hava qaranlıq olanda avtomobil sürməyə çətinlik çəkir və buna görə də Bəyalıdan avtomobili idarə etməsini xahiş etmişdir. O, Bəyalının sürücülük vəsiqəsinin olduğunu və avtomobili yaxşı idarə edə bildiyini bilmişdir. Bəyalı avtomobili sürməyə razı olduqdan sonra sükana əyləşərək avtomobili idarə etməyə başlamışdır. O, qabaq sağ sərnişin oturacağında, Nurlana isə arxa sərnişin oturacağına əyləşmişdir. Saat 19 radələrində onlar Zərdaba çatmışlar. Bəyalının qohumu süd və süd məhsullarını, yəni qatığı, şoru və pendiri Zərdab rayonu ərazisində yolun kənarına çıxarmışdır. Onlar oradan həmin məhsulları götürüb Qəbələyə geri qayıtmışlar. Yenə də avtomobili Bəyalı idarə edirmiş. Saat təxminən 21 radələrində üzü Qəbələ istiqamətinə hərəkət edib Savalan kəndinin mərkəzinə yaxınlaşmışlar. Həmin vaxtı da o, qarşıda sağ sərnişin oturacağında, Nurlana isə arxa oturacaqda sürücünün arxasında əyləşmişdir. Bəyalı avtomobili təxminən 60 km/saat sürətlə üzü Qəbələ istiqamətinə öz yolu ilə idarə edirmiş. Savalan kəndinin mərkəzinə çatmağa təxminən 300-400 metr qalmış qarşı tərəfdən bir-birinin ardınca aralarında 10-15 metr məsafə olmaqla markalarına və nömrələrinə fikir vermədiyi iki böyük qabaritli yük maşınının aşağı sürətlə Ağdaş istiqamətinə gəldiyini görmüşdür. Arxada gələn yük maşınından təxminən 50-60 metr aralıda uzağa vuran işıqla öz yolunda yüksət sürətlə minik avtomobili də onlarla əks istiqamətdə gəlirmiş. Birinci qarşıda gedən yük avtomobili onların yanından ötüb Ağdaş istiqamətinə keçmiş, ikinci yük avtomobili onların yanından keçib gedərkən yük yeri onun avtomobilinə paralel vəziyyətdə olduqda arxadan yüksək sürətlə gələn həmin vaxt markasını və nömrəsini görmədiyi avtomobil yük avtomobilinin arxasından onlara çatmağa 4-5 metr qalmış yük avtomobilini ötüb keçmək üçün anidən, sola istiqamət götürüb qabaq sol tərəfi onların yoluna çıxmışdır. Həmin avtomobil yük avtomobilinin arxasından ona çatmağa çox qısa məsafə, yəni 4-5 metr qalmış onların yoluna çıxdığından Bəyalı hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş, yəni tormozu basmağa, eləcə də avtomobili sağa tərəf qaçırtmağa imkan tapmamışdır. Nəticədə həmin minik avtomobilinin ön sol qabaq tərəfi ilə onun avtomobilinin ön sol qabaq tərəfi onların hərəkət zolağında qüvvətli zərbə ilə bir-birinə dəyərək toqquşmuşdur. Toqquşma ilə eyni anda artıq yük avtomobili onların avtomobilinin yanından keçib qurtarmışdır. Toqquşmadan sonra onların avtomobili arxa tərəfdən sola fırlanıb yolun kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlarla toqquşan sonradan bildiyi “VAZ-21150” markalı nöməsinə fikir vermədiyi avtomobil isə toqquşma yerində arxası sağ tərəfə fırlanıb öz yoluna keçərək, lakin qabaq sağ tərəfi onların yolunda olmaqla yola köndələn vəziyyətdə üzü yolun sağ kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində hər iki avtomobil toqquşduqları hissədən, yəni sol qabaq tərəflərindən əzilərək zədələnmişdir. Həmçinin onun avtomobilinin təhlükəsizlik şarları açılmışdır. Hadisə nəticəsində o başından və bədəninin müxtəlif nahiyyələrindən elə də ciddi olmayan əzik xəsarətləri, Bəyalı və Nurlana isə ciddi xəsarətlər almışlar. Bəyalı sol ayağından, burnundan, Nurlana isə əlindən, burnundan, ayaqlarından xəsarətlər almışlar. Bir neçə dəqiqə sonra hadisə yerinin yaxınlığında yaşayan sonradan adını öyrəndiyi Savalan kənd sakini Elşən adlı şəxs onun yanına gəlib qapını açaraq onu yerə düşürmüşdür. Buna kimi hələ hadisə yerinə kənar heç kim gəlməmişdir. Elşən onu avtomobildən düşürdükdən sonra artıq yaxınlıqda yaşayan adlarını bilmədiyi bir neçə şəxs ora toplaşmışdır. Hətta yolla keçən hadisəni görən avtomobillərin sürücüləri də dayanıb yaxınlaşmışdır. Köməyə gələn şəxslərlə birlikdə Bəyalını və Nurlananı da maşından düşürmüşlər. Bir neçə insan isə vaz-21015 markalı maşının ətrafına toplaşmışdır. O, “VAZ-21150” markalı avtomobilə yaxınlaşdıqda görmüş ki, avtomobildə sürücüdən başqa heç kim yoxdur və sürücü sükan arxasında ölü vəziyyətdədir, onun qulağından qan gəlirmiş, maşının şiti ilə oturacağı arasında sıxışıb qalmış, nə qədər çalışsalar da, onu oradan çıxara bilməmişlər. O, 102, 103 və 112 qaynar xətlərə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə yerinə toplaşan digər şəxslərdə meyitin çıxarılması ilə bağlı fövqəladə hallar nazirliyinin qaynar xəttinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onu, Nurlananı və Bəyalını Qəbələ rayonunda yerləşən “Diaqnostika mərkəzi”nə çatdırmışlar. Orada müayinələr zamanı məlum olmuş ki, Nurlanın burnu və sol əlinin barmağı sınmış, ayaqlarından isə əzik xəsarətləri almış, Bəyalının isə sol bud sümüyü və burnu sınmışdır. Onun özünün isə xəsarətləri elə də ciddi olmadığından ilkin tibbi yardım göstərilib evə buraxılmışdır. Bəyalı və Nulana isə stasionar müalicəyə yerləşdirilmişdir. Sonradan eşitmiş ki, onların maşını ilə toqquşan “VAZ-21150” markalı avtomobilin hadisə zamanı ölmüş sürücüsü Ağdaş rayon sakini X9r. 17.07.2021-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və fiziki zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı Qəbələ şəhərində yerləşən “Miray” adlanan qadın geyimləri mağazasında işləmişdir. Həmin mağazanın sahibi isə Zərərçəkmiş şəxs2 olmuşdur. 06 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 dostu Təqsirləndirilən şəxs ilə birlikdə Zərdab rayonuna süd məhsulları gətirmək üçün gedəcəyini bildirmişdir. O, evə lazım olan süd məhsullarını almaq və gəzmək məqsədi ilə onlarla getmək istədiyini bildirmiş, həmin şəxslər razılaşmışlar. 06 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Qəbələ şəhərində işlədiyi mağazadan çıxıb iş yoldaşı Zərərçəkmiş şəxs2 və onun dostu Təqsirləndirilən şəxs ilə birlikdə Hikmətə məxsus Seat Leon markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab rayonuna Bəyalının qohumlarının işlədiyi fermaya yola düşmüşlər. Hikmət yorğun olduğundan və qaranlıq hava şəraitində avtomobil sürməkdə çətinlik çəkdiyindən avtomobili Bəyalının sürməsini xahiş etmiş, sonuncu razılaşaraq sükana əyləşmişdir. Hikmət qabaq sağ sərnişin oturacağında, o isə arxa oturacaqda sol tərəfdə əyləşmişdir. Saat 20 radələrində onlar Zərdaba çatmışlar. Yolda gedərkən Bəyalı qohumuna zəng vurub ferma yolunun necə olduğunu soruşmuş, o da bildirmiş ki, ferma yolu palçıqlıqdır, avtomobilin girib çıxması çətindir. Buna görə də Bəyalının qaynı adını bilmədiyi şəxs süd və süd məhsullarını fermadan arabaya yığıb asfalta yolun kənarına çıxartmışdır. Bəyalı və Hikmət maşından düşüb həmin məhsulları avtomobilin yük yerinə yığmışlar və onlar Qəbələyə geri qayıtmışlar. Yenə də avtomobili Bəyalı idarə edirmiş, Hikmət qabaq sərnişin oturacağında, o isə arxa sol tərəfdə oturmuşdur. Saat təxminən 21 radələrində üzü Qəbələ istiqamətinə hərəkət edib sonradan bildiyi Savalan kəndinin mərkəzinə yaxınlaşmışlar. Dəqiq bilməsə də, onu deyə bilər ki, Bəyalı avtomobili həmin vaxt orta sürətlə üzü Qəbələ istiqamətinə öz yolu ilə idarə edirmiş və yadındadır ki, yolun həmin hissəsində hərəkət hissələri bir-birindən bütov ağ xətlə ayrılmışdır. Savalan kəndinin mərkəzinə çatmağa təxminən 100-200 metr qalmış qarşı tərəfdən bir-birinin ardınca aralarında qısa məsafə olmaqla markalarına və nömrələrinə fikir vermədiyi iki böyük yük maşını orta sürətlə Ağdaş İstiqamətinə gəlirmiş. Arxada gələn yük maşınından təxminən 60-70 metr aralıda uzağa vuran işıqla öz yolunda yüksək sürətlə minik avtomobili də onlarla əks istiqamətdə gəlirmiş. Birinci qabaqda gedən yük avtomobili onların yanlarından ötüb Ağdaş istiqamətinə keçmiş, ikinci yük avtomobili isə onların yanlarından keçib gedərkən, yük yeri onların avtomobilinə paralel vəziyyətdə olduqda arxadan yüksək sürətlə gələn hələ markasını və nörməsini görmədiyi avtomobil yük avtomobilin arxasından ona çatmağa 3-4 metr qalmış yük avtomobilini ötüb keçmək üçün anidən, sola istiqamət götürüb qabaq sol tərəfi onların yoluna çıxmışdır. Həmin avtomobil yük avtomobilinin arxasından ona çatmağa çox qısa məsafə qalmış anidən onların yola çıxdığından Bəyalı hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Nəticədə yollarına çıxan həmin minik avtomobilinin ön sol qabaq tərəfi ilə onların avtomobilinin ön sol qabaq tərəfi onların hərəkət zolağında qüvvətli zərbə ilə bir-birinə dəyərək toqquşmuşdur. Toqquşmadan sonra Bəyalının idarə etdiyi avtomobil arxa tərəfdən sağa fırlanıb yolun kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlarla toqquşan sonradan bildiyi “VAZ-21150” markalı nömrəsinə fikir vermədiyi avtomobil isə toqquşma yerində arxası sağ tərəfə fırlanıb öz yoluna keçərək, lakin qabaq sağ tərəfi onların yolunda olmaqla yola köndələn vəziyyətdə üzü yolun sağ kənarına tərəf dayanmışdır. Hadisə nəticəsində o, Bəyalı və Hikmət xəsarət almışlar. Hikmətin xəsarətləri elə də ciddi olmamış, Hikmət gəzərək özünü idarə edirmiş. O, əlindən, burnundan, ayaqlarından xəsarət almışdır. Bəyalının da ayağı sınmışdır. Hadisəni görüb toplaşan tanımadığı şəxslərin köməkliyi ilə onu və Bəyalını maşından çıxartmışlar. Bir neçə insan isə “VAZ-21150” markalı maşının ətrafına toplaşmışdır. Bildirmişlər ki, həmin avtomobilin sürücüsü artıq ölmüşdür. Onu nə qədər çalışsalar da, maşından çıxara bilməmişlər. Hikmət hadisə yerinə təcili tibib yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onu, Hikməti və Bəyalını Qəbələ rayon diaqnostika mərkəzinə çatdırmışlar. Orada müayinələr zamanı məlum olmuş ki, onun burnu və sol əlinin barmağı sınmış, ayaqlarından isə əzik xəsarətləri var. Bəyalının ayağı və burnu sınmışdır. Hikmətin isə xəsarətləri elə də ciddi olmadığından ilkin tibbi yardım göstərilib evə buraxılmışdır. Onunla Bəyalı isə stasionar müalicəyə yerləşdirilmişdir. Sonradan eşitmişdir ki, onların maşını ilə toqquşan “VAZ-21150” markalı avtomobilin hadisə zamanı ölmüş sürücüsü Ağdaş rayon sakini Xaqani adlı şəxsdir. 04.08.2021-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və fiziki zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə sinif yoldaşı Ağdaş şəhər sakini Şahid2 ilə Ağdaşda görüşən zaman təklif etmişdir ki, ona məxsus maşınla Qəbələ rayonu Nic qəsəbəsinə yeyib-içməyə getsinlər. O da razılaşmış və etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 20 radələrində Ağdaş şəhərinin mərkəzindən çıxaraq Qəbələyə yollanmışlar. Avtomobili o özü idarə etmiş, Samir qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Saat 21 radələrində havanın qaranlıq vaxtında Qəbələ rayonu Savalan kəndinin girişdindəki körpüyə yaxınlaşıb üzü Qəbələ istiqamətinə sağ hərəkət zolağı ilə təxminən 70-80 km/saat sürətlə hərəkətdə olan zaman arxadan onunla eyni istiqamətdə hərəkət edən ağ rəngli xarici markalı, nömrəsinə fikir vermədiyi, lakin sonradan bildiyi Seat markalı avtomobil körpüyə yaxınlaşdıqda əks istiqamətli hərəkət zolağına çıxmaqla onu ötüb keçmişdir. Həmin vaxt ondan təxminən 100-150 metr qarşıda hansısa markasına və nömrəsinə fikir vermədiyi yük avtomobili sağ hərəkət zolağı ilə Qəbələ istiqamətinə hərəkətdə olmuşdur. “Seat Leon” markalı avtomobil onu ötüb keçdikdən sonra onlardan qabaqda gedən yuxarıda qeyd etdiyi yük avtomobilinin arxası ilə 300-400 metr gedəndən sonra artıq Savalan kəndinin mərkəzində evlər olan yerdə Seat markalı avtomobil qarşıdan əks istiqamətə gələn hansısa iri qabaritli yük maşınını buraxıb qarşı hərəkət zolağına çıxaraq qarşısında Qəbələ istiqamətinə hərəkətdə olan yük avtomobilini ötməyə başlamışdır. Həmin anda qarşıdan sonradan bildiyi “VAZ-21150” markalı avtomobilin gəldiyini görüb, öz yoluna tərəf qayıtmaq istəsə də, çatdıra bilməmiş və “VAZ-21150” avtomobilin yolunda orta xəttə yaxın hissədə “VAZ-21150” markalı avtomobilin ön tərəfi ilə Seat markalı avtomobilin qabaq tərəfi toqquşmuşdur. Toqquşma təxminən ondan 150 metr qarşı tərəfdə baş vermişdir. Toqquşmadan sonra “VAZ-21150” markalı avtomobilin arxası sağa tərəf fırlanıb ön tərəfi orta xəttin üsündə yola köndələn vəziyyət alıb dayanmışdır. Seat markalı avtomobil isə fırlanıb yolun sağ kənarına çıxıb üzü Ağdaş istiqamətinə dayanmışdır. Hadisəni görən kimi avtomobili yolun sağ kənarına çəkib saxlamış, dərhal o və Samir hadisə yerinə gələrək “VAZ-21150” markalı avtomobilə yaxınlaşmışlar. Avtomobilin ön hissəsi əzilərək yararsız hala düşmüş, ön nömrəni görmək mümkün olmamışdır. Baxdıqda görmüşlər ki, sürücü sükan arxasında ölü vəziyyətdədir, arxaya keçib nömrəsinə baxanda aydın olmuş ki, həmin maşın Ağdaş şəhər sakini taksi fəaliyyəti ilə məşğul olan sifətdən tanıdığı, sonradan adını öyrəndiyi Xaqaninin maşınıdır. Sükan arxasında ölən sürücü də Xaqaninin özü olmuşdur. Hadisə yerinə artıq xeyli sayda adam toplaşmışdır. “Seat Leon” markalı avtomobilin ətrafına toplaşan şəxslər həmin avtomobilin içərisində olan xəsarət alanlara kömək edirmişlər. Lakin, o və Samir Seat markalı avtomobilə yaxınlaşmamışlar. Hadisə nəticəsində ölən “VAZ-21150” markalı avtomobilin sürücüsünün Ağdaş rayon sakini Xaqani olduğunu bildikdən sonra onun qohumlarını tapıb bu barədə məlumat vermək üçün dərhal Ağdaşa qayıtmışlar. Ağdaşın “Dörd yol” deyilən yerində dayanan taksilərdən Xaqaninin yaşadığı evin harada olmasını öyrənib həmin ünvana getmişlər. Qarşılarına bir nəfər ahıl yaşlarında qadın və bir nəfər kişi çıxaraq Xaqaninin qayınanası və qayınatası olduqlarını bildirmişlər. Onlar həmin şəxslərə Xaqaninin Qəbələ rayonu Savalan kəndi ərazisində idarə etdiyi avtomobillə yol qəzasına düşdüyünü məlumat verib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Qəbələ rayonu Zarağan kəndinin mərkəzində yerləşən dairənin yanından Qəbələ istiqamətindən gələrək Ağdaş istiqamətinə gedən səhv etmirsə, VAZ-21011 markalı nömrəsinə fikir vermədiyi avtomobili əl edib saxlatmış, həmin taksinin sürücüsünə Ağdaşa getdiyini məlumat verdikdən sonra avtomobilə əyləşib onu da Ağdaşa aparmasını xahiş etmişdir. O, həmin avtomobilin sağ qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobilə minəndə həmin avtomobilin arxa oturacağında bir nəfər cavan yaşlarında oğlan sərnişin olmuş, sonuncu da Ağdaşa getmişdir. Avtomobilin sürücüsünü və içərisində olan sərnişini tanımamışdır. Onlar gəlib Qəbələ rayonu Savalan kəndinə yaxınlaşıb “Palan tökən” adlanan enişli yoxuşlu yola çatmağa 100-150 metr qalmış kiçik bayıra getmək üçün maşını saxlatmışdır. Təxminən 2- 3 dəqiqə orada ləngimişlər. Onlar maşını saxlayıb düşən zaman yanlarından Ağdaş istiqamətinə böyük qabaritli, yəni tıra oxşayan markasını və nömrəsini görmədiyi yük avtomobili keçib getmişdir. Bundan 2-3 dəqiqə sonra avtomobilə minən zaman yanlarından göy rəngli nömrəsinə fikir vermədiyi VAZ-21150 markalı maşın da keçib Ağdaş istiqamətinə getmişdir. Həmin VAZ-21150 markalı avtomobilin arxasınca onlar hərəkət etməyə başlamışlar. VAZ-21150 markalı avtomobillə onların getdiyi avtomobilin arasında təxminən 100-150 metr məsafə olmuşdur. VAZ-21150 markalı avtomobildən qarşıda isə yuxarıda qeyd etdiyi yük avtomobili hərəkət etmişdir. VAZ-21150 markalı avtomobilin işığı həmin yük avtomobilinin yük yerinə tam olaraq çatmamasına əsaslanaraq başa düşmüşdür ki, VAZ-21150 markalı avtomobillə ondan qarşıda gedən yük avtomobili arasında xeyli məsafə olmuşdur. Savalan kəndinin mərkəzindən, yəni avtobus dayanacağı olan yerdən təxminən 200-300 metr qarşıya getdikdən sonra görmüşdür ki, yolun bir qədər sağa döngəli hissəsini keçən kimi onlardan 100-150 metr qarşıda Ağdaş istiqamətinə hərəkət edən həmin göy rəngli vaz-21015 markalı avtomobil öz yolunda orta xəttə yaxın yerdə qarşıdan onunla əks istiqamətə, yəni Qəbələ istiqamətinə gələn minik avtomobili ilə toqquşmuş və arxası yuxarı qalxıb bir qədər sağa fırlanıb yerə düşüb dayanmışdır. VAZ- 21150 markalı avtomobillə toqquşan ağ rəngli markasına və nömrəsinə fikir vermədiyi avtomobil isə toqquşma yerindən fırlanıb yolun sağ kənarına çıxaraq üzü Ağdaş istiqamətinə dayanmışdır. Onlar hadisəni görüb toqquşma yerindən təxminən 30-40 metr keçib yolun sağ tərəfində saxlayıb yerə düşmüşlər. Birinci VAZ-21150 markalı avtomobilə tərəf gedib görmüşlər ki, sürücüsü sükan arxasında ölü vəziyyətdədir. Avtomobilin sol ön tərəfi əzilərək həmin hissə salona keçməklə sürücünü arxaya sıxışdırmışdır. Avtomobildə başqa heç kim olmamışdır. Bundan sonra onlar VAZ-21150 markalı avtomobillə toqquşan xarici markalı avtomobilə tərəf gedəndə görmüşlər ki, həmin avtomobildən bir nəfər alnında xəsarət olan oğlan düşüb “biz neynədik deyərək” əlini dizinə çırpmışdır. Həmin avtomobildə əlavə bir nəfər qadın və bir nəfər kişi olmuşdur. Lakin, onlar həmin avtomobilə yaxınlaşmamışlar. Təxminən 1-2 dəqiqə ərzində hadisə yerinə ətrafdan çoxlu sayda tanımadığı insanlar toplaşmışdır. Hadisə yerinə baxanda aydın şəkildə görünürmüş ki, orada VAZ-21150 markalı avtomobilin təkərinə aid ağ xəttin yaxınlığında öz yolundan başlayaraq sola doğru çəpləşən tormoz izi var. Həmin tormoz izindən görünürmüş ki, VAZ- 21150 markalı avtomobil öz yolunda olub. Həm də VAZ-21150 markalı avtomobil onların qarşısında getdiyindən tam olaraq onu görürmüş və VAZ-21150 markalı avtomobilin qarşısında gedən yük avtomobilini ötdüyünü və ya digər formada qarşı hərəkət zolağına çıxdığını görməmişdir. O və onunla Ağdaşa gedən bir nəfər tanımadığı şəxs, eləcə də onları aparan maşının sürücüsü hadisə yerində təxminən 2-3 dəqiqə dayandıqdan sonra oradan uzaqlaşıb yollarına davam etmişlər. Yol gedə-gedə onların getdiyi avtomobildə olan sonradan adının Pərviz olduğunu öyrəndiyi şəxs telefonla kimlərəsə zəng vurub öyrənmişdir ki, hadisə zamanı ölmüş VAZ-21150 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakini Xaqani adlı şəxsdir, o taksi fəaliyyəti ilə məşğul olur. Sonradan o da fikirləşəndə Xaqanini xatırlamışdır. Belə ki, Xaqani idarə etdiyi avtomobillə əksər hallarda Ağdaşın “Dördyol” adlanan yerində dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid3 ifadəsində bir daha qeyd etmişdir ki, baş vermiş hadisə ilə əlaqədar VAZ-21150 markalı avtomobilin ölmüş sürücüsü Xaqaninin heç bir günahı olmamış, o öz yolunda hərəkətdə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun evi Savalan kəndində Ağdaş Qəbələ yolunun üstündə, üzü Ağdaşa tərəf getdikdə sağ tərəfdə yerləşir. Yolla evinin arasındakı məsafə təxminən 10-15 metr olar. 6 dekabr 2019-cu il tarixdə təxminən saat 21 radələrində evində çarpayıya uzanıb yatmağa hazırlaşdığı zaman avtomobil yolundan güclü toqquşma səsi eşidib dərhal paltarını geyinib yola çıxmış və görmüş ki, Ağdaş-Qəbələ yolunun onun evinin yanından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib. Həmin avtomobillərdən biri göy rəngli VAZ-21150 markalı, digər isə ağ rəngli markasını dəqiq bilmədiyi xarici markalı avtomobil olmuşdur. Vaz-21015 markalı avtomobilin yolun ortasında qabaq tərəfi hərəkət zolaqlarını ayıran ağ düz xəttə, bir hissəsi isə qarşı hərəkət zolağına çıxmış vəziyyətdə, arxası isə yolun sağ tərəfinə, yəni onun evinə tərəf dayanmışdır. Digər avtomobil isə Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan zolağın sağ kənarında torpaq örtüklü hissədə üzü Ağdaş istiqamətinə dayanmışdır. Hər iki avtomobilin ön tərəfi əzildiyindən ona avtomobillərin bir-biri ilə qarşı hissəsindən toqquşduğu məlum olmuşdur. Asfalt üzərinə tökülmüş detal qırıntılarından və VAZ-21150 markalı avtomobilin dayandığı yerdən görünürmüş ki, toqquşma demək olar ki yolun ortasında orta xətt üzərində baş verib. Hadisə yerinə 1-ci o gəlmiş və əvvəlcə VAZ-21150 markalı avtomobilə tərəf getmişdir. Görmüş ki, içində bir nəfər sürücü var və sükan arxasında ölüb. Boyun tərəfdən nəbzini yoxladıqda həqiqətən müəyyən etmiş ki, o artıq ölübdür. O sükanla oturacaq arasında sıxılıb qalıbmış və oradan çıxarılması mümkün olmamışdır. Həmin sürücünün öldüyünü görüb onunla toqquşan avtomobilə tərəf getmişdir. Həmin avtomobilin içərisində sürücü ilə birlikdə 3 nəfər var imiş və onlar hər üçü xəsarət alaraq fiziki ağrı çəkirmiş və qışqıraraq kömək istəmişlər. Sağ qabaq sərnişin oturacağında olan kök və hündürboylu oğlan az xəsarət almış və onun qolundan tutub yerə düşürmüşdür. O özü sərbəst gəzirmiş, sadəcə olaraq alın nahiyyəsindən elə də ciddi olmayan sıyrıq xəsarəti almışdır. Sürücünün isə ayağı sınmış və o sükan arxasında imiş, qapını açsa da düşə bilmirmiş. Arxada isə bir nəfər qadın var imiş. Onun baş tərəfi oturacaqların arasından qabaqda ayaqları isə arxa oturacaqda olmaqla ağzı üstə uzanıbmış. İlkin olaraq o, qabaq sağ tərəfdə oturan sərnişini düşərəndən sonra köməklik edərək sürücünü maşından çıxarıb yerə uzatmışdır. Onun sol ayağı sınıb çevrilmiş və qışqıraraq fiziki ağrı çəkirmiş. Daha sonra avtomobildə olan qadını maşından düşürüb onu da yolun kənarına uzatmışdır. Bu ərəfədə hadisə yerinə yaxınlıqda yaşayan Şahid5 gəlib çıxmışdır. Turala demiş ki, gedib evdən su və döşək götürüb gəlsin. Tural su və döşək gətirmək üçün evlərinə getmişdir. Həmin ərəfədə avtomobillə yol ötüb hadisəni görən şəxslər dayanıb yaxınlaşmışdır. Hətta yaxınlıqda yaşayan xeyli sayda insanlar toplaşmışdır. Tural evdən döşək və su gətirdikdən sonra xəsarət alanlara su verib altlarına döşək qoymuşdur ki, təcili tibbi yardım gələnə kimi rahat uzansınlar. Kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış və hadisədən bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım gələrək xəsarət alanları xəstəxanaya aparmışdır. Daha sonra hadisə yerinə polis və fövqəladə hallar nazirliyinin xilasediciləri gəlmiş və meyiti çıxarmağa başlamışlar. Həmin vaxt o, hadisə yerindən uzaqlaşıb evinə getmişdir. Hadisənin baş vermə anını görmədiyi üçün hadisənin hansı şəraitdə baş verdiyini və ya hansı sürücünün günahından baş verdiyini bilməmişdir. Lakin avtomobillərin toqquşmadan sonra dayandıqları yerə, eləcə də xarici markalı avtomobilin sağ qabaq sərnişin oturacağından düşən şəxsin deməsinə görə toqquşmadan əvvəl onlar Ağdaş tərəfdən gəlib Qəbələ istiqamətinə gedirmiş, VAZ-21150 markalı avtomibil isə Ağdaş istiqamətinə gedirmiş. Hadisə yerinə təxminən 15-20 ədəd həm minik, həm də yük avtomobili toplaşmışdır. Qaranlıq olduğundan, eləcə də fikir vermədiyinə görə həmin avtomobillərin nömrələri yadında qalmamışdır. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun yaşadığı ev Savalan kəndində Ağdaş Qəbələ yolunun üstündə, üzü Ağdaşa tərəf getdikdə sol tərəfdə yerləşir. Həmin hadisənin baş verdiyi yerlə onların evi arasında təxminən 200 metr məsfə var. Hadisə günü, yəni 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə axşam saat 9 radələrində qonşularından evinə gələrkən görmüş ki, yuxarı tərəfdə Savalan kənd sakini Elşənin evinin qarşısında səs-küy və avtomobillərə aid qəza işıqlarını görüb bilmiş ki, yol qəzası baş verib. Qaçaraq həmin yerə getdikdə görmüş ki, Ağdaş-Qəbələ yolunda iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verib. Həmin avtomobillərdən biri göy rəngli VAZ-21150 markalı, digər isə ağ rəngli Seat markalı imiş, nömrələri yadında qalmamışdır. VAZ-21150 markalı avtomobil yolun ortasında köndələn vəziyyətdə, yəni qabağı hərəkət zolaqlarını ayıran ağ düz xəttə, bir hissəsi isə qarşı hərəkət zolağına çıxmış vəziyyətdə, arxası isə yolun sağ tərəfinə, yəni Elşənin evinə tərəf dayanıbmış. Seat markalı avtomobil isə Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan zolağın sağ kənarında torpaq örtüklü hissədə üzü Ağdaş istiqamətinə dayanıbmış. Hər iki avtomobilin ön tərəfi əzilmiş, buna görə də aydın olurmuş ki, avtomobillər qabaq-qabağa gələrkən toqquşub. Hadisə yerinə baxanda görünürmüş ki, avtomobillər yolun ortasında toqquşub. Çünki vaz-21015 markalı avtomobilin qabaq tərəfi xəttin üstündə imiş. O, çatanda orada hadisə yerinə köməyə gəlmiş Savalan kənd sakini Elşəni görmüş, sonuncu bildirmiş ki, vaz-21015 markalı avtomobilin sürücüsü ölüb. O, yaxınlaşanda həqiqətən görmüş ki, sürücü sükan arxasında sıxışıb və ölmüş vəziyyətdədir. Elşən isə Seat markalı avtomobildə olan ikisi oğlan biri qadın olan 3 nəfəri maşından çıxarıb yerə qoymuşdur. Onlardan kök hündür boylu oğlan özü gəzirmiş və alnında sıyrıq xəsarəti var imiş. Avtomobilin sürücüsünün isə ayağı sınıb sallanıbmış və fiziki ağrı çəkirmiş. Qadın da gəzə bilmirmiş, o da yerdə uzanıb ağrı çəkirmiş. Hadisə yerində başqa hələ heç kim yox imiş. Elşən ona demiş ki, gedib evdən su və döşək gətirsin, xəsarət alanlara yardım etmək lazımdır. O da gedib evdən su və döşək gətirmişdir. Bu vaxt görmüş ki, hadisə yerində post patrul xidmətinin əməkdaşları, bir neçə Savalan kənd sakini, o cümlədən Şahbur var. Həmçinin avtomobillə yol ötüb hadisəni görən xeyli sayda insan toplaşmışdır. Hadisə yerində təxminən 20-25 maşın var imiş. Yol ötən maşınlar əksəriyyəti dayanıb hadisəyə baxıb gedirmişlər. Məlum olmuş ki, toqquşan avtomobillərdən vaz-21015 markalı avtomobilin sürücüsü və hadisə nəticəsində ölmüş şəxs Ağdaş rayon sakinidir, digər avtomobildə olan şəxslər isə Qəbələ sakinləridir, avtomobilin sahibi isə Bum qəsəbə sakinidir. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım gələrək xəsarət alanları xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə polis və fövqəladə hallar nazirliyinin xilasediciləri gəlmiş, meyiti maşından çıxartmışlar və hadisə yerinə baxış keçirmişlər. Hadisənin baş vermə anını görmədiyi üçün hadisənin hansı şəraitdə və hansı sürücünün günahından baş verdiyini görmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 6 dekabr 2019-cu il tarixdə oğlu Murada məxsus Ford markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə o və Murad şabalıd satmaq üçün Gürcüstana gedirmişlər. Murad yorğun olduğu üçün avtomobili o idarə edirmiş. Yolda gedərkən Hacallı kəndində həmkəndlisi “Qıqqı” ləqəbli Elman adlı şəxsin ford markalı avtomobili ilə rastlaşmışlar. Elman da Ağdaş istiqamətinə gedirmiş. Onların maşının işıqları zəif olduğuna görə o Elmanın maşınının dalınca sürürmüş, aralarında təxminən 50-60 metr məsafə var imiş. Saat təxminən 20 və ya 21 radələrində Savalan kəndinə çatmışlar. Savalan kəndinin mərkəzində üzü Ağdaş istiqamətinə avtomobili təxminən 50-60 km/saat sürətlə idarə edib Elmanla dal-qabaq gedərkən qarşıdan, yəni Ağdaş tərəfdən gələn nömrəsinə və markasına fikir vermədiyi ağ rəngli minik avtomobili orta sürətlə öz yolu ilə onların yanından Qəbələ istiqamətinə keçmişdir. Həmin avtomobil onların yanından keçən kimi arxadan toqquşma səsi gəlmişdir. Həmin vaxt ondan arxa tərəfdən də avtomobil gəlirmiş, lakin markasını və nömrəsini bilmirmiş, eləcə də nə qədər məsafə aralıda olduğunu xatırlamırmış. Onlar tələsdikləri üçün saxlamayaraq çıxıb getmişlər. Qarşıda gedən Elman da saxlamamışdır. Ertəsi gün onlar Gürcüstanda olarkən oğlu Şərif ona zəng edib telefonda hal-əhval tutarkən bildirmiş ki, axşam Qəbələ rayonu Savalan kəndində qonşuları Hikmətin maşını ilə bir nəfər Ağdaşlının maşını toqquşub və nəticədə sonuncu ölübdür. Demiş ki, Hikmətin Seat markalı maşını Ağdaş tərəfdən Qəbələ istiqamətinə gedərkən Ağdaş istiqamətinə hərəkət edən ağdaşlı şəxsin idarə etdiyi VAZ-21150 markalı avtomobillə toqquşubdur. Bundan sonra bilmiş ki, onlar Savalan kəndindən keçərkən arxadan gələn toqquşma səsi həmin yol-nəqliyyat hadisəsi zamanı olub və onun yanından gəlib Ağdaş istiqamətinə gedən ağ maşın Hikmətin maşını, onun toqquşduğu maşın isə ondan arxada gələn markasını və nömrəsini bilmədiyi maşın olubdur. Lakin, toqquşma ondan arxada olduğundan, həmin vaxt hava qaranlıq olduğu üçün və güzgüdən arxaya fikir vermədiyinə görə hadisənin baş vermə anını görməmişdir. Buna görə də hadisənin hansı şəraitdə baş verdiyini bilməmişdir. Sonradan rayona qayıtdıqda camaatın danışdıqlarından eşitmiş ki, hadisə günü Hikmət ona məxsus Seat markalı avtomobillə bir nəfər dostu ilə Ağdaş tərəfdən Qəbələyə gəlirmiş, avtomobil Hikmətə məxsus olsa da hadisə vaxtı avtomobili dostu sürürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən Qəbələ RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətində inspektor vəzifəsində işləyir. 06 dekabr 2019-cu il tarixdə saat 21 radələrində xidmətdə olarkən şöbənin növbətçi hissəsindən ona bildirilmişdir ki, Qəbələ rayonu Savalan kəndində iki avtomobilin toqquşması nəticəsində ölümlə və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dərhal xidməti patrul avtomobili ilə hadisə yerinə getmişdir. Məlum olmuş ki, Ağdaş-Zarağan yolunun Savalan kəndi ərazisindən keçən 19-cu kilometrliyində ağ rəngli Seat Leon markalı avtomobillə göy rəngli VAZ-21150 markalı nömrələri yadında qalmayan avtomobil toqquşub. Seat markalı avtomobil Qəbələ istiqamətinə yolun sağ tərəfində daşlıçınqıllı hissədə üzü Ağdaşa tərəf, Vaz-21150 markalı avtomobil isə yolun ortasında Ağdaş istiqamətinə qarşı tərəfi sola, arxası isə yolun sağına tərəf çəpinə dayanıbmış. VAZ-21150 markalı avtomobilin sürücü yerində cavan yaşlarında kişi meyiti olmaqla, o, yarı oturaq, yarı arxaya uzanmış vəziyyətdə imiş. Məlum olmuş ki, hadisə zamanı Vaz-21150 markalı avtomobilin sürücüsü ölübdür. Avtomobillərin üzərindəki zədələrdən və onların toqquşmadan sonra hadisə yerində vəziyyətlərindən aydın olurmuş ki, Seat markalı avtomobil Qəbələ istiqamətinə, Vaz-21150 markalı avtomobil Ağdaş istiqamətinə hərəkətdə olmuş və hər iki avtomobil qarşı-qarşıya sol qabaq tərəflərdən toqquşubdur. Çünki avtomobillərin həmin hissələri içəriyə doğru əzilərək deformasiya olunmuşdur. Seat markalı avtomobili hadisə yerinə çatan kimi tanımış və bilmiş ki, Qəbələ rayonu Bum qəsəbə sakini Hikmət adlı şəxsə məxsusdur. Hadisə yerinə toplaşmış şəxslər bildirmişlər ki, Seat markalı avtomobildə sürücüdən əlavə biri kişi, biri isə qadın olmaqla iki nəfər sərnişin olub və xəsarət alıblar, onları təcili tibbi yardımla xəstəxanaya aparıblar. Hadisə yerinə toplaşan şəxslər bildirmişlər ki, hadisə zamanı ölmüş VAZ-21150 markalı avtomobilin sürücüsü Ağdaş rayon sakinidir və adı Xaqanidir. O, özü də VAZ-21150 markalı avtomobilin dövlət nömrə nişanı ilə mərkəzi bazadan kompüter vasitəsi ilə yoxlayanda məlum olmuş ki, həmin avtomobil Ağdaş rayon sakini Xaqani adlı şəxsə məxsusdur. VAZ-21150 markalı avtomobilin mühərikxanası, əsasən də sürücü tərəfdə güclü toqquşmanın təsirindən arxaya gəlib salona daxil olduğundan sürücünün meyiti sükan arxasında sıxışıb qalmışdır. Hadisə yerinə çağrılmış FHN-nin xilasedicilərinin müdaxiləsi ilə meyit avtomobildən çıxarılaraq meyitxanaya göndərilmişdir. Hadisə yerinə toplaşmış şəxslər, eləcə də özünü Seat markalı avtomobilin sahibi Hikmətin qohumu kimi təqdim edən və baxışda iştirak edən şəxs bildirmiş ki, avtomobilin Hikmətə məxsus olmasına baxmayaraq, hadisə zamanı Hikmətin dostu Bəyalı adlı şəxs idarə edib, Hikmət isə onun yanında sərnişin qismində olub. O, hadisə yerinə çatanda Seat markalı avtomobilin sürücüsünü və həmin avtomobildə olan sərnişinləri xəsarət aldıqları üçün xəstəxanaya apardıqlarından o, onları hadisə yerində görə bilməmişdir. Hadisə yerinə Qəbələ rayon polis şöbəsinin müstəntiqi tərəfindən baxış keçirilməyə başlanmış və baxışda o da iştirak etmişdir. Müstəntiq tərəfindən avtomobillərin toqquşma yeri Seat markalı avtomobilin yolunda orta xəttin yaxınlığında müəyyən olunmuşdur. Çünki avtomobilə aid detal qırıntıları ora tökülübmüş. Bundan başqa hadisə yerində Vaz-21015 markalı avtomobilə aid bir ədəd tormoz izi var imiş, həmin tormoz izi Vaz-21015 markalı avtomobilin öz yolundan başlayıb sola doğru istiqamətlənərək toqquşma yerinə qədər davam edib orta xəttin üstündə bitirmiş, uzunluğu isə 7-8 metr imiş. Həmin tormoz izindən məlum olurmuş ki, Vaz-21015 markalı avtomobil toqquşmadan əvvəl öz yolunda olub, onun sürücüsü qarşıdan təhlükənin yarandığını görüb tormozloma etmiş, bundan sonra avtomobil sola istiqamətlənmişdir. Qarşıda yaranan təhlükə isə onun fikrincə ya toqquşduğu Seat markalı avtomobilin onun yoluna çıxması, ya da qarşısında gedən digər avtomobil olub. Çünki hadisə yerində olan Seat markalı avtomobilin sahibi Hikmətin hansısa qohumu deyirmiş ki, Hikmətin ona deməsinə görə VAZ-21015 markalı avtomobil qarşısında gedən hansısa yük avtomobilini ötmək üçün qəflətən onların yoluna çıxmış və bu zaman hadisə baş vermişdir. Lakin, o, belə fikirləşir ki, əgər Vaz-21015 markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmədə olsaydı, onun tormoz izi öz yolunda deyil, qarşı hərəkət zolağında olmalı imiş. Onun iştirakı ilə keçirilən baxış zamanı başqa əhəmiyyətli hal o olmuş ki, Seat markalı avtomobilin sürücü yerində, təhlükəsizlik şarının üzərində, spidometrin üzərində və ayaqaltında qan ləkələri var imiş və həmin ləkələr müstəntiq tərəfindən götürülmüşdür. Yekunda baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol yazılmış, iştirakçılara oxunaraq imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin baş müstəntiqi, polis mayoru X24 ifadəsində göstərmişdir ki, hadisənin baş vermə mexanizmi istintaq zamanı yalnız şahidlərinin ifadəsinə əsaslanaraq müəyyən edilməmişdir. Birinci ekspert rəyində avtomobillərin toqquşma bucağı, avtomobillərin hadisədən əvvəlki hərəkətləri göstərilmişdir. Bundan başqa hadisə yerində olan əyləc izinin VAZ-21150 markalı avtomobil hərəkət yerindən başlayıb hadisə yerində qutarması VAZ-21150 markalı avtomobilin hadisədən əvvəl öz yolunda olduğunu göstərir. Əsas məqamlardan biri əyləc izidir. Digər əsas məsələ isə birinci ekspert rəyində göstərilmiş toqquşma bucağıdır. Mirsalehin ifadəsini sübutun bir növü kimi tanımışlar. Mirsalehin ifadəsi digər sübutlarla üst-üstə düşdüyündən Mirsalehin ifadəsinin mötəbərliyini başqa əsaslarla yoxlamamışlar. İkinci ekspert rəyi şahid Mirsalehin ifadəsi əsasında verilməmişdir. Mirsalehin ifadəsinin mötəbərliyi birinci rəylə uyğunluq təşkil etdiyindən həqiqiliyini yoxlamamışlar. Şahid Mirsalehin ifadəsi sadəcə olaraq sübutun bir növü kimi qəbul edilmişdir. Habelə həmin şahidlərin ifadələrinin düzgün olmaması barədə tərəflərdən heç bir vəsatət daxil olmamışdır. Genetik ekspertiza keçirilməsi üçün hadisə yerinə baxış zamanı hava yastığı üzərindən, göstəricilər paneli üzərindən və ayaq qoyulan yerdən kriminalist tərəfindən qan nümunələri götürülmüş, bu barədə baxış protokolunda qeydiyyat aparılmışdır. Hadisə qaranlıq vaxtı baş verdiyindən bir tərəfdən videomüşahidə kameraları götürülsə də, digər tərəfdən götürülməmişdir. O cümlədən, hadisə yerinə yaxın başqa kamera olmamışdır. Hava qaranlıq olduğundan avtomobilin salonu görünməmişdir. O cümlədən, avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edilməməsinə dair onlarda hər hansı şübhə olmamışdır. Həmin xüsusatı istintaq zamanı alınmış şahid ifadələri və genetik ekspertizasının rəyi təsdiq edir. Hadisə günü o, sürücü Təqsirləndirilən şəxs izahatını aldığı zamanı onun burun nahiyəsindən qan gəldiyinin şahidi olmuş, sonuncu hava yasdığının açılması nəticəsində burnundan qan gəldiyini bildirmişdir. Seat markalı avtomobilin Zərərçəkmiş şəxs2 məxsus olması, daimi olaraq onun tərəfindən idarə olunduğu üçün sürücü oturacağında olan liflərin Zərərçəkmiş şəxs2 və ya hadisə zamanı avtomobili idarə etmiş Təqsirləndirilən şəxs məxsus olmasını müəyyən etmək mümkün olmayacağından iş üzrə lifli ekspertiza yox, daha dəqiq olan genetik ekspertiza keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonunda maşın ustası işləyir. 2019-cu ilin aprel ayında X8 məxsus “VAZ-21015” markalı avtomobilin ön hissəsinə kamera quraşdırmışdır. Həmin kamera balaca, qara rəngli olmuşdur. Kameraya məxsus şunurlar olsa da, həmin şunurları gizlətmişdir. Lakin kamera çıxarılanda şunurlar orada qalırdı. Hadisə günü kameranın avtomobildə olmasından məlumatsızdır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Mənsubə xanımın kürəkəni X6 maşınından taksi kimi istifadə etmişdir. Mənsubə xanım ondan kürəkəni Xaqani Nəsirovun avtomobilində kamera olubolmadığını soruşmuş, o da X8 məxsus “VAZ-21015” markalı avtomobildə kamera olduğunu bildirmişdir. Hadisə günü kameranın avtomobildə olmasından məlumatsızdır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 06 dekabr 2019-cu il tarixdə hündürboylu bir oğlanın idarə etdiyi avtomobillə Ağdaş rayonundan Qəbələ rayonuna Quşlar kəndinə gəlirmiş. Gəldiyi maşın ağ hündür (yük) maşın imiş və maşının markası yadında deyildir. Onlar Savalan kəndində gedərkən ağ xarici maşın onların yanlarından sürətlə keçmişdir. Qarşı tərəfdən isə yük maşını gəlirmiş. Həmin vaxt onların yanlarından sürətlə keçən ağ maşın öz yolunda deyil, qarşı tərəfin yolunda başqa maşınla toqquşmuşdur. Sonra onun getdiyi yük maşınının sürücüsü avtomobili bir az qıraqda saxlamışdır. Həmin ərəfədə ağ xarici maşından hündürboy oğlan maşından düşmüşdür. Sonra bir qadın düşmüşdür. Sonra hadisə yerinə qonşu şəxslər toplaşmışdır. Qonşular demişlər ki, maşının birindəki adam ölmüşdür. Ağ xarici maşından düşən hündürboy oğlan kiməsə zəng vuraraq “özünü mənə çatdır” deyə bildirmişdir. Sonra onlar hadisə yerindən uzaqlaşmışlar. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, ona məxsus “Vaz 21013” markalı avtomobil vardır. O, tarixi dəqiq xatırlamasa da, hadisə olan gün axşam Xanabad adlanan yerə balıq almaq üçün getmişdir. Qayıdarkən Savalan kəndinin mərkəzində qaranlıq olduğundan yolda FHN-nin əməkdaşlarını görmüş və avtomobili saxlayaraq onlardan nə baş verdiyini soruşmuş, həmin şəxslər ona yol-nəqliyyat hadisəsi olduğunu bildirmişlər. O, hadisədə ölüm olubolmadığını soruşduqda, ona ölüm olduğunu bildirmişlər. O, hadisəni görməmiş və Qəbələdən Xanabad istiqamətində gedərkən heç bir müştəri götürməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: 06 dekabr 2019-cu il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən 19-cu kilometrliyində VAZ-21150 minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermişdir. Hadisə yeri yaşayış məntəqəsində yerləşməklə, toqquşma baş verən hissədə yol quru, düz və üfiqi olmaqla asfaltbeton örtüklüdür. Hadisə yerində yolun hərəkət hissəsinin eni 8 metrdir. Hadisə yerində yol iki əks istiqamətli hərəkət hissəsindən ibarətdir və hərəkət hissələrini 1.1 üfüqi nişanlama xətti (bütöv ağ xətt) ayırır. Hərəkət hissəsinin biri Ağdaş, digər Zarağan-Qəbələ istiqamətinədir. Hadisə yeri 5.22 “yaşayış məntəqəsi” və 1.30 “digər təhlükələr” yol nişanlarının təsiri altındadır. Yolun hərəkət hissəsinə sağ tərəfdən 2.90 metr enində torpaq örtüklü ehtiyat hissə, sol tərəfdən 3 metr enində torpaq örtüklü ehtiyat hissə, daha sağdan torpaq örtüklü boş sahə, daha soldan dağətəyi boş sahə yerləşir. Toqquşma yeri “Seat Leon” markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolunda olmaqla orta bütöv üfüqi xətdən 70 sm məsafə sola doğru Zarağan-Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan hərəkət hissəsində yerləşir. Toqquşma yerindən üzü Ağdaş istiqamətinə yolun sol kənar hissəsinə qədər olan məsafə 3.20 metr, yolun sağ kənar hissəsinə qədər olan məsafə 4.80 metr təşkil etmişdir. Hadisə yerində VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ təkəri əks istiqamətli sol hərəkət hissəsində digər hissələri sağ hərəkət hissəsində olmaqla yola köndələn vəziyyətdə hərəkətsiz olmuşdur. Həmin avtomobilin arxa tərəfi yolun sağına tərəf ön hissəsi isə əks istiqamətli hərəkət hissəsinə tərəf olmuşdur. Toqquşma yerindən “VAZ-21015” markalı avtomobilin ön sağ tərəfinə qədər olan məsafə 50 sm təşkil etmişdir. Yolun sağ kənarına qədər VAZ-21150 minik markalı avtomobilin arxa sağ tərəfindən 1.30 metr, sol arxa tərəfindən 70 sm-dir. VAZ- 21150 markalı avtomobilin ön, əsasən ön sol tərəfi güclü toqquşmanın səbəbindən çöldən içəriyə doğru əzilərək deformasiyaya uğramışdır. Zərbənin təsirindən avtomobilin sükan tərəfdən mühərrikxanası avtomobilin salonuna daxil olmuş, avtomobilin ön şüşəsi, şiti, rulu və ön tərəfdə olan idarə etmə mexanizmləri tamamilə zədələnərək yararsız hala düşmüşdür. Ön şüşə çərçivədən çıxaraq xırda hissələr şəklində sınaraq yolun sol kənarına torpaq örtüklü hissəyə düşmüşdür. Bundan başqa həmin avtomobilin ön sağ tərəfi sola doğru qövsvari əyilmiş, sol qabaq qapısı əzilərək tamamilə yararsız hala düşmüş, damı sol yan orta tərəfdən əyilmiş, arxa sol qapı yuxarı hissədən çərçivədən çıxmış, arxa şüşə sınıb tökülmüş, sol arxa buferi yerindən qoparaq avtomobildən 4.70 metr məsafədə sağ tərəfə düşmüşdür. Buferin içliyi isə avtomobildən 3.70 metr məsafədə sağ tərəfinə düşmüşdür. Həmin avtomobilin arxa sol yuxarı küncündə zədə izi vardır. Eləcə də avtomobilin qopub düşmüş arxa buferinin sol yuxarı küncündə də sürtünmə xarakterli zədə izi vardır. Bununla yanaşı VAZ-21150 markalı avtomobilin arxa sağ farası sınaraq yerə tökülmüşdür. Toqquşma yerinə həmin avtomobilin qabaq dövlət qeydiyyat nişanı, həmçinin ehtiyyat hissələrə aid detallar qoparaq tökülmüşdür. Hadisə yerində Seat Leon minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 4.40 metr Qəbələ istiqamətinə aralıda yolun sol kənarında üzü Ağdaş istiqamətinə və bir qədər sağa tərəf hərəkətsiz vəziyyətdə olmuşdur. Seat markalı avtomobilin ön tərəfi ilə VAZ-21150 markalı avtomobilin ön tərəfi arasındakı məsafə 7.10 metr, sağ qabaq təkərindən yolun sol kənarına qədər 60 sm, arxa sağ təkərindən yolun sol kənarına qədər 1.80 metr məsafə olmuşdur. Seat markalı avtomobilin ön hissəsi, əsasən ön sol tərəfi qüvvətli toqquşmanın təsirindən zədələnərək və içəriyə doğru əzilərək deformasiyaya uğramış, sol qabaq qapı ön tərəfdən içəriyə doğru əzildiyi üçün açıq vəziyyətdə qalmış, ön şüşəsi bir neçə yerdən çat şəklində sınmış, lakin çərçivədən ayrılmamış, ön şüşənin sağ tərəfi dairəvi şəkildə kütlənin zərbə təsirindən iki yerə bölünərək sınmış, rul və sağ qabaq sərnişin tərəfdə şit üzərindəki təhlükəsizlik yastığı açılmışdır. Toqquşma yerinə həmin avtomobilə aid detal qırıntıları, ayrılmış ehtiyyat hissələri tökülmüşdür. Toqquşma yerinə avtomobillərin altından toz şəkilli torpaq qırıntıları, avtomobillərə aid metal və plasmast detallar və detal hissələri tökülmüş, şüşə və boya qırıntıları səpilmiş, mühərriklərinin altından qara rəngli yağ və maye axmışdır. Hadisə yerində toqquşma yerindən əvvəl VAZ-21150 markalı avtomobilin hərəkət yolunda orta bütöv xəttə yaxın hissədən başlayaraq 7.20 metr uzunluğunda düzşəkilli, bütöv, asfalt üzərində qara rəngli səthi iz buraxan və sola doğru istiqamətlənərək toqquşma yerinə çatmamış orta bütöv xəttin üzərində bitən bir təkərə aid tormoz izi aşkar edilmişdir. Tormoz izinin başlanğıc hissəsindən sola tərəf, yəni hərəkət hissələrini ayıran ağ rəngli orta bütöv xəttə qədər olan məsafə 30 sm, izin bitdiyi yer isə ağ xəttin üzərində olmuşdur. Bundan başqa hadisə yerində istər VAZ-21150 markalı, istərsə də Seat markalı avtomobilə aid tormoz və ya şin izi olmamışdır. Hadisə yerində olan toqquşmuş avtomobillərin yerləşdikləri vəziyyətdən, tormoz izindən, toqquşma yerindən, avtomobillərin toqquşduğu hissələrindən müəyyən olunmuş ki, hadisədə əvvəl VAZ-21150 markalı avtomobil Ağdaş istiqamətinə, Seat Leon markalı avtomobil isə əks istiqamətdə, yəni Qəbələ istiqamətinə hərəkətdə olmuşdur. VAZ-21150 markalı avtomobilin sürücü oturacağında yarı oturaq, yarı arxası üstə uzanmış vəziyyətdə Ağdaş rayon sakini X6 meyiti olmuşdur. Onun ayağı sükan arxasında avtomobilin alt hissəsi ilə toqquşmanın təsirindən salona daxil olmuş mühhərikxananın arasında sıxılaraq qaldığından meyit hadisə yerinə çağrılmış FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılmışdır. Bundan əlavə hadisə yerinə baxış zamanı Seat Leon markalı avtomobilin sürücü yerindən, yəni rulun təhlükəsizlik yastığının, göstəricilər panalenin qoruyucusunun üzərindən və ayaq altındakı rezin üzərindən qana bənzər nümunələr götürülmüşdür. 11 dekabr 2019-cu il tarixli “Avtomobilə texniki baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Vaz-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış Qəbələ şəhərində yerləşən “Ford Servis”ə məxsus duracaqda keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobil göy metallik rəngli olmaqla, sedan tiplidir, buraxılış ili 2004-cü il, mühərriki 4004962, banı isə XTA**********8492 nömrəlidir. Qeydiyyat şəhadətnaməsinə uyğun olaraq yüksüz kütləsi 1500 kub sm-dir. Aydın şəkildə müşahidə olunurmuş ki, VAZ-21150 markalı avtomobilin ön, əsasən ön sol tərəfi güclü toqquşmanın təsirindən çöldən içəriyə doğru əzilərək deformasiyaya uğramışdır. Zərbənin təsirindən avtomobilin sükan tərəfdən mühərrikxanası avtomobilin salonuna daxil olmuş, avtomobilin ön şüşəsi, şiti, rulu və ön tərəfdə olan idarə etmə mexanizmləri tamamilə zədələnərək yararsız hala düşmüşdür. Ön şüşə sınaraq çərçivədən çıxmışdır. Bundan başqa həmin avtomobilin ön sağ tərəfi sola doğru qövüsvari əyilmiş, sol qabaq qapısı əzilərək tamamilə yararsız hala düşmüş, damı sol yan orta tərəfdən əyilmiş, arxa sol qapı yuxarı hissədən çərçivədən çıxmış, arxa şüşə sınıb tökülmüş, sol arxa buferi yerindən qoparaq, buferin içliyi də buferdən ayrılıb düşmüşdür. Bundan başqa VAZ-21150 markalı avtomobilin arxa sol yuxarı küncündə və qopub düşmüş arxa buferinin sol yuxarı küncündə sürtünmə xarakterli zədə izləri olmuşdur. Bununla yanaşı VAZ-21150 markalı avtomobilin arxa sağ farası sınaraq yerə tökülmüşdür. Həmin faranın bufer yerindən çıxarkən sınması ehtimal olunur. Avtomobilin arxa hissəsində digər əzilmiş, zədələnmiş və ya başqa formada təmasda olmaya xarakterik izlər olmamışdır. Avtomobilin sol arxa yuxarı küncündə və arxa buferində olan zədələrin xarakterinə əsasən ehtimal olunmuş ki, həmin zədələr ya Seat markalı avtomobillə təmas zamanı, ya da həmin avtomobillə toqquşaraq arxa tərəfi sağa fırlanıb yola köndələn vəziyyət aldıqdan sonra arxadan onunla eyni istiqamətdə gələn digər nəqliyyat vasitəsinin ona sürtünmə formasında dəyməsi nəticəsində yaranmışdır. VAZ-21150 markalı avtomobilin ön tərəfindəki zədədən aydın şəkildə görünmüş ki, qabaq sol hissədən toqquşub. Bundan başqa avtomobilə baxış zamanı müəyyən olunmuşdur ki, hadisədən əvvəl və ya hadisə anında yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola biləcək, eləcə də hadisənin qarşısının alınması üçün texniki imkanları məhdudlaşdıran və ya maneçilik yarada biləcək texniki nasazlıq olmamış, o cümlədən əyləc və qaz sistemi, təkər şinlərinin prorektorları normal vəziyyətdə olmaqla istismara yararlı olmuşdur. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. 11 dekabr 2019-cu il tarixli “Avtomobilə texniki baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Seat Leon” minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil ağ rəngli olmaqla, xetçbek tiplidir, buraxılış ili 2012-ci il, mühərriki BSF 155400, banı isə VSSZZZ1PZDR004831 nömrəlidir. Qeydiyyat şəhadətnaməsinə uyğun olaraq yüksüz kütləsi 1598 kub sm-dir. Aydın şəkildə müşahidə olunmuş ki, “Seat Leon” markalı avtomobilin ön hissəsi, əsasən ön sol tərəfi güclü toqquşmanın təsirindən zədələnərək və içəriyə doğru əzilərək deformasiyaya uğramış, sol qabaq qapı ön tərəfdən içəriyə doğru əzildiyi üçün açıq vəziyyətdə qalmış, ön şüşəsi bir neçə yerdən çat şəklində sınmış, lakin çərçivədən ayrılmamış, ön şüşənin sağ tərəfi dairəvi şəkildə kütlənin zərbə təsirindən iki yerə bölünərək sınmış, rul və sağ qabaq sərnişin tərəfdə şit üzərindəki təhlükəsizlik yastığı açılmışdır. Həmin avtomobilin ön tərəfindəki zədədən aydın şəkildə görünürmüş ki, qabaq sol hissədən toqquşub. Bundan başqa avtomobilə baxış zamanı müəyyən olunmuş ki, hadisədən əvvəl və ya hadisə anında yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola biləcək, eləcə də hadisənin qarşısının alınması üçün texniki imkanları məhdudlaşdıran və ya maneçilik yarada biləcək texniki nasazlıq olmamış, o cümlədən əyləc və qaz sistemi, təkər şinlərinin prorektorları normal vəziyyətdə olmaqla istismara yararlı olmuşdur. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. 20.03.2020-ci il tarixli “videomüşahidə kamerasının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mövcud yol-nəqliyyat hadisəsində iştirak etmiş X6 idarə etdiyi VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində hadisəsinin baş verdiyi yerdən təxminən 4 kilometr əvvəldə Qəbələ ASPİ AQRO MMC-nin qarşısında Ağdaş-Zarağan yolunun üzü Ağdaş istiqamətinə sağ kənarında yerləşən video müşahidə kamerasının yaddaşına baxış keçirilərək müəyyən edilmişdir ki, həmin hissədən keçib Ağdaş və Zarağan istiqamətinə hərəkət edən nəqliyyat vasitələri foto və video şəklində görünüş dairəsinə düşür. Görüntülərə baxış keçirilərkən aydın olur ki, mövcud yol nəqliyyat hadisəsinin iştirakçısı VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobil 06 dekabr 2019-cu il tarixdə saat 20:47:41-də həmin kameranın qarşısından keçib Ağdaş istiqamətinə hərəkət edir, ondan 16 saniyə sonra, yəni 20:47:57-də nömrəsi tam olaraq görünməyən avtomobil, 17 saniyə sonra, yəni 20:47:58-də isə ** DN *** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş istiqamətinə hərəkət edir. Həmin istiqamətdə Ağdaş istiqamətinə hərəkət edən digər nəqliyyat vasitələri isə 3 dəqiqə və daha çox vaxt intervalı ilə VAZ-21150 minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildən əvvəl və ondan sonra eyni istiqamətə hərəkətdə olmuşdur. Baxış zamanı başqa əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir. 27.12.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 25 saylı meyitin ekspertizası rəyində göstərilmişdir ki, X2 meyitində daxili qanaxma, hər iki ağ ciyərlərin əzilməsi, döş qəfəsində qabırğaların çoxsaylı sınıqları, burunun, alt çənənin sol şaxəsinin sınığı, sol bud sümüyünün açıq və sağ baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol budun bayır orta 1/3-nin, hər iki dizin ön səthinin əzilmiş-cırılmış yarası, burunun, alt çənənin sol tərəfinin, sağ əlin üst səthinin, sol baldırın ön orta 1/3-nin, sol iç topuq nahiyyəsinin sıyrıqları kimi xəsarət vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər. Qeyd edilən xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏR vurmanın əlamətlərinə aiddir. X6 ölümünə səbəb döş qəfəsində qabırğaların çoxsaylı sınıqları və ağ ciyərlərin əzilməsi ilə müşayət olunan daxili qanaxma olmuşdur. X2 ölümü ilə 06 dekabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır bədən xəsarətlərinin səbəbli əlaqəsi vardır. X2 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəməkimyəvi tədqiqatlar nəticəsində spirtli içki, narkotik və psixotrop tərkibli maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 06.01.2020-ci il tarixli, 780 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol əlin v barmağının orta falanqasının üst və iç səthinin əzilmiş-cırılmış yarası, sol əlin v barmağının orta falanqasının oynaq hissədən açıq çıxığı və həmin oynaqda travmadan sonrakı kontraktura, burunun, sağ baldırın iç səthinin sıyrığı, sol baldırın arxa aşağı 1/3-nin və sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi xəsarət vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilərlər, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 16.03.2020-ci il tarixli, 781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol bud sümüyünün oynaq başının və budun orta 3/1-nin qəlpəli yerdəyişən sınığı, hər iki əllərin üst səthinin sıyrıqları kimi xəsarət vardır ki, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilərlər, qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasının 30.12.2019-cu il tarixli, 778 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində başın alın-təpə nahiyəsinin sıyrığı kimi xəsarət vardır, həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 06 dekabr 2019-cu ildə törənə bilər, qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. 03.05.2019-cu il tarixdə keçirilən birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin böyük eksperti, ali təhsilli, 14.1 «Yol-nəqliyyat hadisələri hallarının tədqiqi » ixtisası üzrə 1992-ci ildən ekspert iş staşına malik olan, yüksək dərəcəli ekspert, İ dərəcəli ədliyyə qulluqçusu X19 iştirakı ilə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Həmin rəylər tədqiq olunduqdan sonra da təqsirləndirilən şəxs və onun müdafiəçisi, eləcə də digər proses iştirakçıları rəyləri mübahisələndirməmişlər. Eyni zamanda məhkəmə iclasında ekspert Hikmət İbişov proses iştirakçılarının suallarını cavablandıraraq bildirdi ki, toqquşma bucağı nəqliyyat vasitələri üzərində olan əziklərə, onların xarakterinə, yerləşmə sahələrinə, deformasiyanın istiqamətlərinə əsasən müəyyən edilir. İlkin kontakt sahələri müəyyən edilir və daha sonra deformasiya istiqamətləri, yerləşmə sahələri və deformasiyanın dərinliyi nəzərə alınmaqla toqquşma bucağı müəyyən edilir. Belə ki, hər hansı nəqliyyat vasitəsi müəyyən bucaq altında olduqda, yəni həmin vəziyyətə alana kimi arxaya və sola doğru hərəkətdə olur. Ona görə ekspert o halı nəzərə alır ki, həmin vəziyyətdə istiqamətlənən anda onun arxa hissəsinin solda olması nəzərə alınmışdır. Onların müəyyən etdiyi hadisə mexanizmi avtomobilin soldan sağa qayıtması ilə müəyyən olunmuşdur. Seat Leon markalı avtomobil öz hərəkət yolunda hərəkət edərkən 15 dərəcə bucağı yaratması üçün VAZ-21150 markalı avtomobilin tormozunun kordinatları dəyişməlidir. Yəni VAZ-21150 koordinatları düz istiqamətdə olmalıdır. Toqquşma bucağına, tormoz izinin o cür qalmasına əsasən Seat Leon markalı avtomobilin soldan sağa çıxararaq nəqliyyat hadisəsi baş verməsi daha uyğundur. Təqsirləndirilən şəxs ifadəsində dediklərindən öz hərəkət zolağında olarkən VAZ-21150 markalı avtomobilin onun qarşısına çıxaraq toqquşması real hadisə mexanizminə uyğun deyildir. Ekspert rəyləri şahid ifadələrinə görə deyil, istintaq tərəfindən verilmiş hadisə mexanizminə əsasən verilmişdir. Əyləc izinə əsasən nəqliyyat vasitələrinin 39 km/saat-dan nə qədər çox olmasını hesablaya bilən mexanizim yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 06 mart 2020-ci il tarixli 1642 saylı Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyində hadisənin konkret baş vermə mexanizminin təqdim olunmamasına əsaslanaraq hər iki avtomobilin sürücüsünün qeyd olunan hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etməyin mümkün olmadığı qeyd olunsa da, həmin rəydə iş üzrə mühüm əhəmiyyət kəsb edən hal kimi Seat Leon markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və həmin avtomobildə olan sərnişinlərin hadisə mexanizmi ilə bağlı ifadələrində göstərdikləri xüsusatların real hadisə mexanizminə uyğun olmaması, avtomobillərin 10-15 dərəcə bucaq altında toqquşması, toqquşmaya qədər Seat Leon markalı avtomobilin soldan sağa doğru istiqamətlənmiş vəziyyətdə olması, bu halda Seat Leon markalı avtomobilin hadisədən əvvəl qarşı sol hərəkət zolağına çıxması və oradan öz hərəkət zolağına qayıdarkən nəqliyyat vasitələri arasında toqquşmanın baş verə bilməsinin istisna edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 07 avqust 2020-ci il tarixli 8/988 saylı yol nəqliyyat hadisələrinin Komisyon məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü X.Nəsirovun hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 12 noyabr 2020-ci il tarixli 8/2005 saylı Yol nəqliyyat hadisələrinin əlavə məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Seat Leon markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21150 markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 45.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X36” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü X.Nəsirovun hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirlyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 2 iyun 2020-ci il tarixli 5189 saylı materialların məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “VAZ-21150” minik markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yuxarı küncünə məxsus olması qeyd edilən göy metallik rəngli boya örtüklü plastik hissənin səthində qara rəngli polimer tərkibli sürtünmə izləri vardır. Həmin sürtünmələr tərkibinə görə təqdim edilmiş hər iki avtomobilin -“Vaz- 21150” və “Seat Leon” markalı avtomobillərin plastik hissələrinin qara rəngli alt polimer qatı ilə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər.Təqdim edilmiş nümunələr üzərində bir-birinə, eləcə də başqa avtomobilə məxsus lak-boya izləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 19/525R nömrəli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş a/m-in sükanı üzərindən 01 (bir) ədəd çöplü pambıq tamponda götürülmüş qanabənzər ləkə, a/m-in göstəricilər panelinin qoruyucu şüşəsi üzərindən 02 (iki) ədəd pambıq tamponda götürülmüş qanabənzər ləkələr və a/m-in sükanının hava yastığından kəsilmiş 03 (üç) ədəd fraqment üzərində olan qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Ekspertizaya təqdim olunmuş a/m-in sükanı üzərindən 01 (bir) ədəd çöplü pambıq tamponda götürülmüş qan nümunəsi, a/m-in göstəricilər panelinin qoruyucu şüşəsi üzərindən 02 (iki) ədəd pambıq tamponda götürülmüş qan nümunələri və a/min sükanının hava yastığından kəsilmiş 03 (üç) ədəd fraqment üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. (eyni yumurta əkizi olmaqla) AD seriyalı 347066 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21150” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. AD seriyalı 377536 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SEAT LEON” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. 07.12.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X10 “SEAT LEON” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.12.2020-ci il tarixə kimi idarə Zərərçəkmiş şəxs2 etibar etmişdir. Qəbələ rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 06.12.2019-cu il tarixli 577 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. 27.12.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 25 saylı meyitin ekspertizası rəyindən görünür ki, “VAZ-21150” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 ayıq vəziyyətdə olmuşdurlar. Sürücülük vəsiqələrinin surətlərinə, eləcə də Qəbələ RPŞ-nin DYPB-dən daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, mövcud yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs və Xaqani Nəsirov avtomobili idarə etmə hüququ olmaqla idarə etmişdirlər. 27 avqust 2020-ci il tarixli ziyan aktından görünür ki, X6 oğlunun idarə etdiyi “VAZ- 21150” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin 20 faiz hissəsi istismara yararlıdır, avtomobilin əvvəlki bazar qiyməti 5500 manatdır. 27 avqust 2020-ci il tarixli ziyan aktından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SEAT LEON” markalı avtomobilə ümumilikdə 10930 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X23 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 etibarnamə üzrə nümayəndəsi Şahid6 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını ərizəsində göstərmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli 281 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşamaqla müsbət xarakterizə olunur. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: X1, qızı- 2013-cü il təvəllüdlü X3 ibarətdir. “Doğum haqqında şəhadətnamələr”in surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2013-cü il təvəllüdlü Zəhra və 19 sentyabr 2014-cü il təvəllüdlü Adəm adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən, zərəçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, habelə iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, müdafiə tərəfinin əsas dəlili ondan ibarətdir ki, hadisə təqsiləndirilən şəxsin hərəkət etdiyi zolaqda baş vermişdir. Lakin iş materiallarında olan ekspert rəyləri, hadisə yerinə baxış protokolu, ekspertin ifadəsi və işdə olan digər sübutlar ilə müəyyən edilir ki, hadisə yerində olan toqquşma bucağına, “VAZ-21150” minik markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz izinin o cür qalmasına əsasən təqsirləndirilən şəxsin idarə etdiyi “Seat Leon” markalı avtomobilin soldan sağa çıxaraq yol-nəqliyyat hadisəsinin baş verməsi daha uyğundur. Təqsirləndirilən şəxs ifadəsində dediklərindən öz hərəkət zolağında olarkən “VAZ-21150” minik markalı avtomobilin onun qarşısına çıxaraq toqquşması real hadisə mexanizminə uyğun deyildir. Ekspert rəyləri isə müdafiə tərəfinin israrla şübhə altına aldığı şahid ifadələrinin əsasında deyil, istintaq tərəfindən verilmiş hadisə mexanizminə əsasən verilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin və müdafiəçisinin Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri, ekspertin ifadəsi, hadisə yerinə baxış protokolu, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. CM-in 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşdən görünür ki, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasına əsasən, o, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 apellyasiya şikayətinə gəlincə, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Jalə Nəsirova və onun nümayəndəsi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını göstərərək təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etdiklərini nəzərə alan kollegiya Jalə Nəsirovanın verdiyi apellyasiya şikayəti üzrə hüquqi qiymətləndirmənin aparılmasını zəruri bilmir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, apellyasiya şikayəti təmin edilmədən, Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X23 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 1(025)-11/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətində dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-13/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-13/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver