Məhkəmə qərarları › İş №1(107)-131/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-131/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-131/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X14 Məhkəməsinin (sədrlik edən hakim X10, hakimlər X8 və X4 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1962-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonu, Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsaən ona təyin edilmiş 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla üzərində qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanması, iş üzrə maddi sübut olan- Balakən rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,97 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar, nəm halda ümumi təmiz 34,487 qram narkotik vasitə heroin və ümumi təmzi çəkisi 1,110 qram psixoxtrop maddə olan metamfetamin məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması, iş üzrə 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik)ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın müəyyən edilmişdir. işin halları: X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 2019-cu ilin oktyabr ayında Balakən Zaqatala yolunun Mahamalar kəndi ərazisindən keçən hissəsində yolun kənarından tapdığı bir ədəd sellofan torbanın içərisindəki külli miqdar hesab edilən, nəm vəziyyətdə ümumi təmiz çəkisi 34,987 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 26,904 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,260 qram psixotrop maddə olan metamfetamini, həmçinin 2019-cu ilin sentyabr ayında Balakən rayonu Mahamalar kəndi ərazisindəki beşbulaq adlanan yerdə yabanı halda bitən narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayaraq həmin çətənə bitkilərindən ümumi təmiz çəkisi 1,01 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qəsdən, qanunsuz olaraq əldə edib daşıyaraq Balakən rayonu, Mahamalar kəndində olan yaşadığı evə gətirmiş, həmin heroinin nəm vəziyyətdə 27,601, quru vəziyyətdə 21,225 qramını sellofan bükümdə, 1,01 qram çəkidə qurudulmuş marixuananı 0,15 qramını papirosa doldurulmuş halda, 0,86 qramını şüşə qabın içərisində olmaqla yaşadığı evin qarşısında olan altıaçığın altındakı dolabın içərisində, qeyd edilən heroinin qalan hissəsini yəni nəm vəziyyətdə ümumi təmiz çəkisi 7,386, quru vəziyyətdə 5,679 qramını hər birində nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram olmaqla 09 ədəd sellofan bükümlərdə, eləcə də ümumi təmiz çəkisi 1.260 qram çəkidə psixotrop maddə olan metamfetamini isə hər birində təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümlərdə əynində olan gödəkcənin sol döş cibində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Mahamalar kəndində yerləşən evinə öz könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman həmin evin həyətindəki altıaçığın altında olan dolabın içərisində saxladığı külli miqdar hesab edilən 01 ədəd sellofan bükümdə nəm vəziyyətdə təmiz çəkisi 27,601, quru vəziyyətdə çəkisi 21,225 qram olan narkotik vasitə heroin, 01 ədəd şüşə qabın içərisində olan təmiz çəkisi 0,86 qram və 01 ədəd papirosa doldurulmuş halda təmiz çəkisi 0,15 qram olan narkotik vasitəqurudulmuş marixuana, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs Balakən rayon polis şöbəsində saat 12 radələrində şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sol döş cibindən 01 ədəd Vinston markalı siqaret qutusunun içərisindəki 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda nəm vəziyyətdə təmiz çəkiləri 0,818qram, 0,821qram, 0,827qram, 0,833qram, 0,799qram, 0,848 qram, 0,814 qram, 0,798 qram, 0,828 qram, ümumilikdə nəm vəziyyətdə təmiz çəkisi 7,386, quru vəziyyətdə təmiz çəkisi 5,679 qram külli miqdar hesab edilən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 03 ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,447qram, 0,422qram, 0,391qram, ümumi təmiz çəkisi 1,260 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Kərimov X5 Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs оğlu birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun izahat verərək оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi VAZ 21150 markalı **-XT-*** dövlət nömrə nişanlı avtomaşınını idarə edərkən Balakən rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları sərxoş olduğuna görə onu saxlayaraq polis şöbəsinə gətirmiş, avtomobili özünə lazım olduğu üçün cəriməsini dərhal keçirib maşını götürmək istəsə də polis əməkdaşları onunla razılığa gəlməyərək avtomaşını ancaq rəisin buraxa biləcəyini bildirmişlər. Bir müddət keçdikdən sonra rayon Polis Şöbəsinin rəisinin yanına girərkən rəis ona “kimə söymüsən” deyə qışqırmış, həmin vaxt yol patrul xidmətinin əməkdaşlarının onun haqqında rəisə yanlış məlumat verdiklərini bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barəsində inzibati protokol tərtib olunaraq Balakən rayon məhkəməsinə aparmışlar. Həmin sənədləşmə zamanı Şəmsəddin adlı polis əməkdaşı ona əgər imza etməsə barəsində Zaqatala rayon məhkəməsində narkotiklə əlaqədar cinayət işi olduğunu bildiyini, əgər sənədlərə imza etməsə avtomaşınından külli miqdarda narkotik çıxacağını deyərək onu hədələmişdir. Lakin buna baxmayaraq sənədləşməyə imza etməmiş və məhkəmə də həmin materialı geri qaytarmışdır. Yazılmış cəriməni nəğd formada polislərə ödəmədiyindən və ona qarşı yığılmış materiala imza etmədiyindən polislərlə arasında ziddiyət yaranmışdır. Sərxoşluqla bağlı yazılmış 500 manat cəriməni ödəməsinə baxmayaraq xx xxxxxx 2019-cu il tarixə kimi avtomaşınını götürə bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gələrək onu çağırmışlar. Həmin vaxt evinin həyətindəki ayaqyolunda olmuş, kiminsə onu səslədiyini eşidib həyətə çıxan zaman əməliyyatçıların artıq həyətdə olduğunu görmüşdür. Bu zaman Elvin adlı polis əməkdaşı rəisin əməliyyat haqqında verdiyi qərarı göstərərək evində axtarış aparacağını bildirdikdən sonra bununla razılaşmışdır. Videoçəkilişdən istifadə etməklə axtarışa başlanmış, həyətində olan altıaçığın altındakı mətbəx mebelinin içərisindən bitkilərə vurmaq üçün olan dərmana oxşar maddə çıxardaraq ondan nə olduğunu soruşmuşlar. Həmin maddənin nə olduğunu bilmədiyini desə də polislər maddəni birbirlərinə göstərərək narkotik olduğunu demişlər. Həmin vaxt buna etiraz etsə də əməliyyatçı Elvin onu sakitləşdirməyə çalışaraq əgər narkotik vasitə ona məxsus deyilsə onda ailə üzvlərindən birinə məxsus olduğunu deyərək ailə üzvlərini incidəcəyi ilə ona hədə qorxu gəlmişdir. Daha sonra isə tapılan narkotik vasitənin az miqdarda olduğunu, buna görə də ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini deyərək ona təsəlli vermişlər. Marixuana özünə aid olduğundan və ona Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ittiham veriləcəyinə inandığına görə polis əməkdaşları ilə razılaşmış və aşkar edilmiş maddənin də özünə aid olduğunu demişdir. Narkotik vasitə çəkilərkən 27 qram olduğunu bildikdən sonra yenidən etiraz etmiş, bu zaman polislər kiminləsə zəngləşərək oraya rəisin gələcəyini deyərək ona hədə qorxu gəlməyə başlamışlar. Əgər etiraf etməsə həm silah, həm də narkotik vasitə ilə ona ittiham veriləcəyini demişlər. Polislərlə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyinə dair razılığa gəlmiş, bir müddət keçmiş rəis gələrək Elvindən onun etiraf edib-etmədiyini soruşmuşdur. Rəis Elvinə əgər etiraf etmirsə yenidən yoxlanış aparmalarını, Elvin isə hər yeri yoxladıqlarını, hər şeyin yaxşı olduğunu, onun etiraf etdiyini demişdir. Polis şöbəsinə gəldikdən sonra ona müdafiəçi təklif etsələr də öz vəkili olduğunu və Zaqatala rayonunda fəaliyyət göstərən Müdafiəçi2 dəvət edilməsini xahiş etmişdir. Evində aşkar olunanların sübut olunmayacağına şübhə ilə yanaşdıqlarına görə polis əməkdaşları yenidən üzərində aparılan axtarış zamanı cibində olan hər şeyi çıxarıb stolun üzərinə qoymuş, qanunsuz heç bir əşya aşkar olunmadığına görə onu yenidən rəisin yanına aparmışlar. Rəisin yanında olarkən vəkilinin gəldiyini dedikdən sonra stolun üzərində olan əşyaları cibinə qoymağı təklif etmişlər, lakin əli bağlı olduğundan stolun üstündəki əşyaları polislər özləri onun cibinə qoymuşlar. Vəkili gəldikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibində olan siqaret qutusunun içərisindən 12 ədəd sellofan bükümdə narkotik vasitə aşkar etmişlər. Həmin narkotik vasitə də ona məxsus olmamış, istintaqın ilkin mərhələsində ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyinə inanadığına görə etirafedici ifadələr vermiş, lakin əsl həqiqətdə hazırda ifadəsində göstərdiyi kimi olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat müvəkkili Elvin Seyidov tərəfindən Polis Şöbəsinin rəisinə raport yazılmış, həmin raportun icrasına göstəriş verildikdən sonra qeyd edilən məlumatın yoxlanılması məqsədi ilə polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlanması barədə məlumat daxil olduğunu, buna görə də sonuncunun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək istifadə etmək məqsədilə yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı sonuncu yaşadığı evin həyətindəki altıaçığın altındakı şkafın içərisindən bir ədəd sellofan büküm, daha sonra isə yarısı çəkilmiş papiros çıxardaraq narkorik vasitə olduqlarını, papirosda narkotikin bir hissəsini çəkib geri qalanını isə saxladığını bildirmişdir. Sellofan büküm açıldıqda içərisində sellofansız çəkisi 27,97 qram, sellofanla isə çəkisi 30,15 qram narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Bundan başqa şkafın içərisində şüşə qabın içərisindən çəkisi 0,91 qram olan narkotik vasitəyə oxşar bitki kütləsi və bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Bir ədəd papirosa doldurulmuş qurudulmuş marixuanaya oxşar kütlə də elektron tərəzidə çəkildikdə çəkisi 0.91 qram olmuşdur. Aşkar olunan narkotik vasitəyə oxşar kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüş, evin həyətayanı sahəsinə və yaşayış evinə davam edən baxış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair tərtib olunmuş protokol tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət edilərək polis şöbəsində vəkillərin siyahısı təqdim edildikdə həmin siyahıda olan Zaqatala rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 hüquqularını müdafiə etməsini xahiş etmişdir. Dəvət edilmiş vəkil rayon Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuluraq videoçəkiliş aparılmaqla üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol döş cibindən bir ədəd Vinston markalı siqaret qutusunu çıxardıb təqdim edərək həmin qutunun içərisində olan ümumilikdə 12 ədəd bükümdəki maddənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş 12 ədəd bükümdən 9 ədəd ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar maddə elektron tərəzidə çəkildikdə çəkisi 7.91 qram olmuş və həmin kütlə bir ədəd ağ zərfə qoyulub qablaşdırılaraq götürülmüş, 3 ədəd qara bükümlərdə olan maddə isə elektron tərəzidə çəkildikdə çəkisi 1.48 qram olmuş və həmin maddə də ağ zərfə qoyulub, qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılmasına dair tərtib olunmuş protokol tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmiş, sonuncunun evinə və üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün ifadəsində o cür göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid2 və Balakən rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında fadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1989-cu ildə rayonun Mahamalar kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2003-cü ildə Dünya Kərimova adlı qızları, 2006-cı ildə Nəcəf Kərimov adlı oğlanları olmuşdur. 2018-ci ildə Bəxtiyar narkotik vasitə əkdiyi üçün tutulmuş, 2019-cu ildə də sonuncunun narkotik vasitə saxlaması üstündə tutulduğunu bilmişdir. xx xxxxxx 2019cu il tarixdə səhər saatlarında yaxınlıqda yaşayan qonşularıgilə getmiş, saat 10 radələrində yaşadığı evin həyətində səs küy olduğunu eşidərək evə gəldikdə həyətdə polis əməkdaşlarının olduğunu və əri Bəxtiyarla birlikdə evə və evin həyətyanı sahəsinə baxış keçirdiklərini görmüşdür. Həmin vaxt əri Bəxtiyar orada olduğu üçün o yaşadığı evə getmişdir. Daha sonra isə Bəxtiyar polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və bundan sonra Bəxtiyarın tutulduğunu bilmişdir. Polis əməkdaşlarının evdən nə aşkar etdiklərini bilməmiş, sonradan yaşadıqları evdən narkotik vasitə aşkar olunduğunu eşitmişdir. Əvvəlcədən Bəxtiyarın üzərində və yaşadıqları evdə narkotik vasitə saxlaması barədə məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019cu il tarixli 601 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 09(doqquz) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda nəm vəziyyətdə təmiz çəkiləri - 0,818qr., 0,821qr., 0,827qr., 0,833qr., 0,799qr., 0,848., 0,814., 0,798qr., 0,828., ümumi təmiz çəkisi - 7,386 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroinlərdir. Həmin bükümlərdə heroinin quru maddəsinin ümumi təmiz çəkisi- 5,679 qramdır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 03(üç) ədəd qara rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,447qr., 0,422qr., 0,391qr., ümumi təmiz çəkisi - 1,260 qram olan maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan- metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində "Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, nəm vəziyyətdə təmiz çəkisi - 27,601 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmin bükümdə heroinin quru maddəsinin təmiz çəkisi- 21,225 qramdır. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bitki kütləsi...." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki, təmiz çəkisi - 0,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş maddi sübut...." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd papirosda, təmiz çəkisi - 0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki, təmiz çəkisi - 0,09 qram olan digər bitki mənşəli kütlə isə tütündür. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd zərfin içərisindəki 09 (doqquz) ədəd sellofan bükümlərdə olan heroinlər ilə digər 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd zərfin içərisindəki 03(üç) ədəd sellofan bükümlərdə olan metamfetamin maddələri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd zərfin içərisində olan qurudulmuş marixuana ilə digər 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd papirosda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli 40 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1030-dan hesablanmaqla şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd X13 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balakən rayonu, Mahamalar kəndində pasport qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2003-cü ildə doğulmuş Dünya Kərimova və xx.xx.2006-cı ildə doğulmuş Nəcəf Kərimov adlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş tələbnamədən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Kərimov X6 Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə CM-in 29, 122.1-ci maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, daha sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddəli ilə 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkimə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.4.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа şikаyətindən göründüyü kimi təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi Müdafiəçi2 apellyasiya şikayətində qeyd etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, onlar əsassızdır. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşlarının ona CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcəyinə dair vəd verdiklərinə görə hər şeyi etiraf etdiyini göstərməsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilən baxış protokoluna əlavə olunmuş həmin istintaq hərəkətinin əks olunduğu videoçəkilşə dair CD diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evində və üzrəində keçirilən baxışa heç bir etiraz etmədiyi, hətta şübhəli şəxs kimi üzərinə keçirilən baxış zamanı isə özünün dəvəti ilə ora gələn müdafiəçisi Müdafiəçi2 həmin istintaq hərəkətində iştirak etdiyi, bu zaman da Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrə dair heç bir etiraz etmədiyi və narkotik vasitlələrin saxlanıldığı yeri özü göstərdiyi müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata Balakən Rayon Məhkəməsində baxılarkən də Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə heç bir fikir bildirməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını müəyyən etmişdir. Apellyasiya Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Belə ki, Balakən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmasından CM-in 83.3.3-cü maddəsinin tələbinə əsasən iki il keçmədiyinə görə CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə bəraət verilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair X14 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-54/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar