Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-132/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X14, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.1, 237.2.1, 237.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 188.1, 237.2.1 və 237.2.3cü maddələri ilə məhkum edilmələrinə dair X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X24 Məhkəməsinin (sədrlik edən, N.Mirzəyev, hakimlər B.Məmmədov və R.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1973-cü il tarixdə İsmayıllı rayonunun Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində ikisi yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İsmayıllı rayonunun Göytəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 188.1, 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə,təqsirli bilinib CM-nin 188.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanması,barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, qeydiyyatda olduğu yer üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxx 1973-cü il tarixdə İsmayıllı rayonunun, Göytəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində ikisi yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, orta təhsilli, işsiz, İsmayıllı rayonunun Göytəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs1 isə CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, onun qeydiyyatda olduğu yer üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd sintetik kisədə tədqiqatdan sonrakı vəziyyətdə təmiz çəkisi 20 kq 809 qram olan 30 ədəd narkotik tərkibli çətənə bitkiləri, 1 ədəd kağız bağlamanın içrəsində tədqiqatdan sonrakı vəziyyətdə 324,90 qram çəkidə qurudulmamış marixuana, 3 ədəd sellofan bükümlərdə 256,977 qram, 18,733 qram, 267,371 qram çəkidə gübrələr, 1 ədəd sellofan bağlamada 1 ədəd plasmas yeşik və 35 ədəd plasmas qabların hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 107,91 manat (yüz yeddi manat, doxsan bir qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 53,95 manatın dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə, həmkəndlisi Təqsirləndirilən şəxs2 30 ədəd plasmas qablarda əkib-becərdiyi çətənə bitkisinin şitillərini gizli yerdə əkib-becərmək barədə 2019-cu ilin may ayının ortalarında dəqiq tarixi bilinməyən gündə sonuncu ilə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib İsmayıllı rayonunun Qalınçaq bələdiyyəsinə aid, İsmayıllı rayonunun Göytəpə kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 4 metr enində, 5 metr uzunluğunda 20 kv m torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitkisi toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 12 ədəd çətənə bitkisinin dibçəklərini, bir neçə gün sonra isə ayrı-ayrı vaxtlarda qalan 18 ədəd çətənə bitkisinin dibçəklərini həmin yerə gətirib şitilləri dibçəkdən çıxarıb qanunsuz olaraq torpaqda əkib sulayaraq gübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, x xxxx 2019-cu il tarixdə, saat 13 radələrində İsmayıllı RPŞnın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 20 kiloqram 810 qram olan, külli miqdar təşkil edən otuz ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayətində göstərilmişdir ki, mən narkotik vasitələrin əkilməsi və alveri ilə hec vaxt məşğul olmamışam. Düzdür həmkəndlim X5 narkotik vasitə olan marixuananı əkməkdə kömək etmişəm, lakin əkməkdə köməklik etdiyim narkotik vasitələrin kolu hökmdə göstərildiyi kimi 30 yox, 12 ədəd olub. Mənim digərlərindən xəbərim yoxdur. Onlar xırda ştillər olub. Hansı ki, heç istifadəyə yaralı olmayıb. Məni sadəcə olaraq polis idarəsində zor tətbiq edərək boynuma qoyublar. Xəstə adamam, 4 azyaşlı övladım var, birinci dəfədir ki, belə iş görürəm, övladlarım mənsiz maddi cəhətdən çox sıxıntı çəkəcəklər. Krantin vəziyyəti onlar üçün acınacaqlı olacaq. Ona görə də bunları nəzərə alaraq X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, barəmdə başqa cəza növünün seçilməsini apelyasiya instansiya məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, mən yalnız 12 şitilin əkilməsində iştirak etmişəm. Təqsirləndirilən şəxs2 həmkəndlimdir. Özündə 12 ədəd çətənə bitkisinin şitilinin olduğunu mənə dedi və məndən kömək istədi. Mən həmin şitilləri aparmağı kömək etmişəm. X17 cəmi bir dəfə getmişəm. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa o, verilən suallara cavab olraq bildirmişdir: Narkotikdən istifadə etdiyim üçün Rahil məndən kömək istədi. Şitilləri meşədə, kənddən aralıda, Əyriçayının yanında əkdik. Mən onunla 1 dəfə getmişəm. Rahilə təzyiq göstərildiyinə görə belə ifadə verib. Mən şitilləri Rahilin tapdığı yerə aparıb orada ştillərə su vermişəm. Cəmi 12 ədəd şitil olub, bundan sonra digər 18 ədəd çətənə bitkisinin şitilini mənim iştirakım olmadan Rahil özü aparıb əkib. Digər 18 ədəd çətənə bitkisinin şitilinin əkilməsində iştirak etməmişəm. 12 ədəd çətənə bitkisini əkdiyimiz zaman digər 18 ədəd hələ əkilməmişdi. Onlar barəsində tutulduqdan sonra öyrənmişəm. Biz 12 ədəd yer qazdıq. Rahil şitilləri əkdi, mən isə su gətirdim. Narkotikdən isifadə etdiyim üçün ona kömək etdim. Mən çətənə bitkilərinə qulluq etməyə getmirdim, Rahil özü gedirdi. Rahil məndən cəmi 1 dəfə kömək istədi, sonra məni çağırmayıb. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində ifadə verdiyi zaman mən ona etirazımı bildirdim. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Zaur Bayramov bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ifadə verərək göstərmişdir ki, cəmi 1 dəfə, yəni 12 ədəd çətənə bitkisinin əkilməsində iştirak etmiş, qalan 18 ədəd çətənə bitkisinin əkilməsi barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 də müdafiə etdiyim şəxsin dediklərini təsdiq edərək təzyiqlər nəticəsində ona qarşı ifadə verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 torpağın zəbt edilməsi niyyətində olmamışdır. Ona görə Təqsirləndirilən şəxs1 CM-in 188.1 və 237.2.1 maddələri ilə bəraət verilməsini, ona qarşı irəli sürülmüş CM-in 237.2.3-cü maddəsinin CM-in 237.1-ci maddəsinə tövsif edilməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, apelyasiya şikayəti əsassızdır. Təqsirləndirilən şəxs1 CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli olması özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, baxış protokolları ilə kifayət qədər sübuta yetirilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1la birlikdə narkotik bitkilərin əkib-bəcərdiyini bildirmişdir. Bu halı üzləşdirmə zamanı da təsdiq etmişdir. Onun hazırki məhkəmə iclasında verdiyi ifadəsi isə Təqsirləndirilən şəxs1 azad edilməsinə yönəldilmiş ifadə kimi qiymətləndirilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, zərərçəkmiş hüquqi şəxs İsmayıllı rayon Qalınçaq bələdiyyəsinin sədr müavininümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qismən ləğv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Rahil Mirzalıyevin əməlində CMin 188.1-ci maddəsinin tərkibi olmadığına görə, həmin maddə ilə onlara bəraət verilməli və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən digər Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 mənim şərikim olmayıb, yeri qazıb 12 ədəd şitil əkdiyim zaman o, mənə kömək etmişdir. Bundan başqa, o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 mənimlə ərazidə bir dəfə olub. Biz onunla 12 şitil aparmışıq. Mən quyuları qazıb əkmişəm, o isə su gətirib vermişdir. Eldəniz narkotikdən istifadə etdiyinə görə mənimlə getdi. Başqa razılaşmamız olmayıb. Eldəniz narkotik aludəçisi olduğuna görə mənə kömək etdi. Eldəniz mənimlə bir dəfə gedib. Mənə təzyiq göstərildiyinə görə Eldənizə qarşı ifadə vermişəm. X24 Məhkəməsində mənə təzyiq olmayıb. Şitilləri əkməyə birinci dəfə Eldənizlə getdim. Ondan əvvəl əkməmişəm. Bundan sonra Eldənizlə ora getməmişəm. 30 şitil əkildikdən sonra təkcə mən həmin əraziyə getmişəm. Üzləşmədə Eldənizin adını verməmişəm. Mənə təzyiq göstərildiyinə görə Eldənizin əleyhinə ifadə vermişəm. Məhkəmədə mənə təzyiq göstərilməmişdir. Bu halda niyə məhkəmədə Təqsirləndirilən şəxs1 əleyhinə ifadə vermisiniz? sualına Təqsirləndirilən şəxs2 cavab verməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə vermiş İsmayıllı rayon Qalınçaq bələdiyyəsinin sədr müavini Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Göytəpə kəndi ərazisində çətənə bitkilərinin əkildiyi sahə təmsil etdiyi bələdiyyəyə aiddir və sonuncular tərəfindən özbaşına zəbt edilmişdir. Hazırda bələdiyyənin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Göytəpə kənd sakini Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Göytəpə kəndindəki meşə sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə İsmayıllı rayon polis şöbəsinə daxil olmuş məlumatlar əsasında xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın icrası ilə əlaqədar o, İsmayıllı RPŞ-nın TQ-nun təhqiqatçısı, polis kapitanı Səfa Əsgərov, RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Yelmar oğlu, RPŞ-nın CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Zakir oğlu, İTB-nin polis nəfəri, polis serjantı X6, PPXB-nin polis nəfərləri, polis serjantları X6, Şahid4 Mübariz oğlu, Şahid5 Xalid oğlu ilə birlikdə İsmayıllı rayonunun Göytəpə kəndinə getmişlər. xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evdən çölə çağırıldıqdan sonra ona özlərini təqdim edərək Göytəpə kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini deyib həmin qərarla tanış etmiş və həmin əraziyə birlikdə baxış keçiriləcəyini bildirmişlər. Rahil əvvəl heç bir yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərmədiyini və əgər polisdə hər hansı məlumat vardırsa, həmin yerə birlikdə getməklərini və ona göstərməklərini demişdir. Bundan sonra yuxarıda adlarını göstərdiyi polis əməkdaşları, həmçinin dəvət edilmiş İsmayıllı Rayon Dövlət X13 bitkiçilik sektorunun müdiri X10 və Qalınçaq kəndi ərazisindən dəvət edilmiş 2 nəfər hal şahidinin iştirakı ilə həmin əraziyə getmişlər. Baxış keçirilməmişdən əvvəl hal şahidlərinə və Təqsirləndirilən şəxs2, həmçinin baxışda iştirak edən digər şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Göytəpə kəndinin meşə ərazisində “Əyriçay” adlanan çaydan ayrılan kanalın yanında təxminən 4x5 metr sahədə 30 ədəd çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Aşkar edilmiş kolları Rahilə göstərərək həmin kolların nə olması, kimə məxsus olması və nə məqsədlə orada əkməsi barədə sorğu-sual etdikdə, o, səmimi etiraf edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, gələcəkdə özü istifadə etmək məqsədi ilə tək özünün əkibbecərdiyini bildirmişdir. Çətənə bitkilərinə bənzər kolların hündürlüyü ölçüldükdə müəyyən edilmişdir ki, 50 sm-dən 2 metrə qədər müxtəlif hündürlüklərdədir. Həmin ərazidə kolluğun içərisində qara rəngli plasmas qutu görmüş və plasmas qutunun içərisinə baxdıqda çətənə bitkilərinin yarpaqlarına bənzər kəskin iyi olan kütlələr aşkar edilmişdir. Həmin kütlələr plasmas qabla birlikdə çəkildikdə müəyyən edilmişdir ki, çəkisi 1,61 kq-dır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin yeşikdə olan bitkinin hissələrini əkib-becərdiyi çətənə bitkilərinin yarpaqlarından yığmaqla əldə etmişdir və özü istifadə etmək məqsədi ilə saxlayır. Yeşiyin içərisində 3 ədəd ayr-ayrı sellofanlarda içərisində ağ rəngli maddələr olan kütlələr aşkar edilmiş və Rahil həmin maddələrin bitkinin becərilməsi üçün istifadə etdiyi azot gübrəsi olduğunu bildirmişdir. Aşkar edilmiş çətənə bitkilərinə bənzər 30 ədəd kol, plasmas qutunun içərisində aşkar edilmiş çətənə bitkisinin yarpaqlarına bənzər bitki kütlələri, həmçinin 3 ədəd sarı və şəffaf sellofanda aşkar edilmiş maddələr götürülərək qablaşdırılmış və üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Ərazidə həmçinin kiçik ölçüdə 35 ədəd boş plasmas dibçəklər də aşkar edilmiş və götürülmüş, baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 Xalid oğlu, Şahid4 Mübariz oğlu da şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Yelmar oğlu ifadəsində hazırda polis orqanlarından xaric edildiyini, lakin hadisə baş verən ərəfədə İsmayıllı RPŞnin NMQ-nun əməliyyat müvəkkili olduğunu, qeyd edilən əməliyyat tədbirinin keçirilməsində iştirak etdiyini bildirərək şahid X3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İfadəsinin davamında göstərmişdir ki, əməliyyat müvəkkili işlədiyi dövrdə Təqsirləndirilən şəxs2 ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı müəyyən məlumatlar vermişdir. Rahil agentur tələblərə cavab vermədiyi üçün onu rəsmi agent kimi əməkdaşlığa cəlb etməmişdir. Dəfələrlə Rahillə görüşüb söhbət etmiş, Rahilin onunla münasibətinin olduğunu başqa şəxslərin bilməməsi üçün onu heç vaxt şöbəyə dəvət etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik əkib becərməsi barədə hər hansı söz deməmiş və Rahil ona çətənə bitkisi verməmişdir. Əvvəllər idarə etdiyi özünə məxsus Vaz-21074 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rahillə bir neçə dəfə Göytəpə kəndində yolun kənarında görüşüb ondan keçirəcəyi tədbirlər barədə müəyyən məlumatlar almış, lakin onunla görüşə “Niva” markalı avtomobillə getməmiş və Rahillə görüşməmişdir. Rahillə söhbət zamanı sonuncu ona narkotik əkib-becərməsi barədə heç bir söz deməmiş, lakin bu barədə onda əməliyyat məlumatı olmuşdur. Əməliyyat tədbiri keçirilməmişdən əvvəl onda məlumat olduğu üçün xx xxxxx 2019-cu il tarixdə onun barəsində əməliyyat işi açmış və əməliyyat işinin realizəsi üçün tədbirlər hazırlayıb keçirmək üçün x xxxx 2019-cu il tarixdə əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar da qəbul etmiş və həmin tarixdə qeyd edilən əməliyyat tədbiri uğurla keçirilmişdir. Daha sonra ifadəsinin davamında son dövrlərdə İsmayıllı rayonu ərazisində tərkibində narkotik vasitə olan bitkilərin əkilib-becərilməsində iştirak edən, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən çoxlu sayda şəxsin ifşa olunmasında yaxından iştirak etdiyindən, öz işində peşəkar və aktiv olduğundan, daha çox cinayət faktı aşkar etdiyindən rayon ərazisində ona qarşı cinayətkarlar tərəfindən, guya ki, şəxsləri tərkibində narkotik vasitə olan bitkilərin əkilməsinə təhrik etdiyi barədə bir şayiə buraxıldığını bildirdi və qeyd etdi ki, belə bir hal olmamışdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərin göstərdiyi xüsusatlar rayon prokurorluğu tərəfindən araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 İsgəndər oğlu ifadəsində bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə, saat 12 radələrində iş yerində olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ona daxil olmuş məlumat əsasında Göytəpə kənd sakini Təqsirləndirilən şəxs2 Göytəpə kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi əraziyə baxış keçiriləcəyini bildirərək, həmin hadisə yerinə baxış zamanı onun da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, heç bir etiraz etməyib dəvət edilmiş digər hal şahidi Şahid7 Xalıq oğlu, həmçinin Təqsirləndirilən şəxs2, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları və dəvət edilmiş aqronomla birlikdə həmin meşə ərazisinə getmişlər. Baxış keçirilməmişdən əvvəl ona və digər hal şahidinə, həmçinin digər baxış iştirakçılarına hüquq və vəzifələri izah edilmiş, baxış zamanı video çəkilişlə çəkiliş aparılacağı bildirilmişdir. Baxış zamanı meşə ərazisində “Əyriçay” çayından ayrılan su kanalının yanında 5x4 ölçüdə ərazidə 30 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kəskin iyi olan kollar aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin narkotik tərkibli çətənə bitkilərinə bənzər kolların kimə məxsus olması soruşulduqda o bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir və özü istifadə etmək məqsədilə əkib becərmişdir. Həmin çətənə bitkilərinin hündürlüyü ölçüldükdə 50 sm-dən 2 m-ə qədər müxtəlif hündürlüklərdə olması müəyyən edilmiş, həmin ərazidə kolluğun içərisində qara rəngli plasmas yeşiyin içərisində çətənə bitkilərinin yarpaqlarına bənzər kəskin iyi olan kütlələr aşkar olunmuşdur. Həmin kütlələr plasmas qabla birlikdə çəkildikdə 1,61 kq çəkidə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 həmin qutuda olan bitkinin hissələrini əkib-becərdiyi çətənə bitkilərinin hissələrini yığıb saxladığını bildirmişdir. Plasmas qutunun içərisində, həmçinin 3 ədəd sarı və şəffaf sellofanda ağ rəngli maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi üçün azot gübrəsi olduğunu qeyd etmişdir. Aşkar edilmiş 30 ədəd çətənə bitkilərinə bənzər bitkilər, 3 ədəd sellofan torbadakı maddələr, plasmas qutunun içərisindəki bitki kütlələri qablaşdırılaraq götürülmüş, üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənmişdir. Həmin ərazidə həmçinin kiçik ölçüdə 35 ədəd boş plasmas dibçəklər də aşkar edilmiş və götürülmüşdür. Bundan sonra isə baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, o, Təqsirləndirilən şəxs2 və digər şəxslər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 Xalıq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etdiyini qeyd edib, Şahid6 İsgəndər oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Zakir oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid1 Zaman oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materillarında olan baxış keçirilməsi və götürmə haqqında xx xxxx 2019cu il tarixli protokoldan görünür ki, İsmayıllı rayonunun Göytəpə kəndi ərazisində yerləşən Əyriçayın kənarına baxış keçirilmiş və baxış nəticəsində torpaq üzərində əkilmiş və aqrotexniki qaydada qulluq olunmuş halda ümumilikdə 30 ədəd narkotik vasitəyə bənzər bitki kolları, bundan başqa qara rəngli plastik tərkibli yeşikdə narkotik tərkibli bitki kollarının yarpaqları, 2 ədəd biri sarı, digəri isə şəffaf rəngli sellofan torbalarda gübrə olduğu qeyd edilən maddə, həmçinin 35 ədəd hər birinin hündürlüyü 11 sm olan plastik qablar aşkar olunmuşdur. Protokola müvafiq olaraq çəkilişin aparıldığı CD disk və şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 13-21). Cinayət işinin materillarında olan xx xxxx 2019-cu il tarixli mütəxəssis aqronom rəyindən görünür ki, 30 ədəd narkotik tərkibli çətənə bitkilərinə su verilmiş, dibləri alaq otlarından təmizlənmiş, bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 22). Cinayət işinin materillarında olan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir (cild 01, iş vər. 142-145). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “..Təqsirləndirilən şəxs2 özünə məxsus olduğunu bildirdiyi...bitki kolları...kimyəvi maddələr...” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki 30 (otuz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi - 20 kiloqram 810 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisində 02 (iki) ədəd sellofan torbalardakı ümumilikdə 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 256,977 qr.., 18,733 qr.., 267,371 qr.., ümumi təmiz çəkisi 543,081 qram olan maddələrin tərkibindən narkotik aktivliyə malik olan komponentlər aşkar edilmədi və həmin maddələr narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 özünə məxsus olduğunu bildirdiyi narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi...” sözləri yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki 01 (bir) sellofan torbada nəm vəziyyətdə, təmiz çəkisi - 325,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdim edilmiş 30 ədəd (otuz) çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş 30 (otuz) ədəd çətənə bitkiləri ilə qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. Aqronom X10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aqronom rəyinə əsasən, təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 53-54). Cinayət işinin materillarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonunun Göytəpə kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyi yeri göstərməklə ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (cild 01, iş vər. 146-149). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Göytəpə kəndinin meşə ərazisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərməklə ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir (cild 01, iş vər. 150-153). Cinayət işinin materillarında olan məhkəmə bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs2 özünə məxsus olduğunu bildirdiyi...bitki kolları...kimyəvi maddələr...” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki 30 (otuz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi - 20 kiloqram 810 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisində 02 (iki) ədəd sellofan torbalardakı, ümumilikdə 03 (üç) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 256,977 qr.., 18,733 qr.., 267,371 qr.., ümumi təmiz çəkisi 543,081 qram olan maddələrin tərkibindən narkotik aktivliyə malik olan komponentlər aşkar edilmədi və həmin maddələr narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 özünə məxsus olduğunu bildirdiyi narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi...”sözləri yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki 01 (bir) sellofan torbada nəm vəziyyətdə, təmiz çəkisi - 325,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdim edilmiş 30 ədəd (otuz) çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş 30 (otuz) ədəd çətənə bitkiləri ilə qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. Aqronom X10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aqronom rəyinə əsasən, təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş vər. 53-54) Cinayət işinin materillarında olan Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserindən alınmış xx xxxxxx 2019-cu il tarixli 612 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 9) Cinayət işinin materillarında olan Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserindən alınmış xx xxxxxx 2019-cu il tarixli 614 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər.10) Cinayət işinin materillarında olan İsmayıllı rayonu Qalınçaq bələdiyyəsindən alınmış x xxxxxx 2020-ci il tarixli 249 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Göytəpə kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi ərazi Qalınçaq bələdiyyəsinin tabeliyində olan Göytəpə kəndinin kolluq ərazisinə aid olmaqla kənd təsərrüfatı təyinatlı deyildir (cild 02, iş vər. 182). Cinayət işinin materillarında olan İsmayıllı Rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxx 2019-cu il tarixli 389 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Göytəpə kənd sakinləri xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 poliklinikanın “Narkoloji” və “Psixiatriya” kabinetlərində dispanser qeydiyyatında yoxdur (cild 01, iş vər.199). Cinayət işinin materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunun Göytəpə kəndində yaşayır. Himayəsində 4 azyaşlı uşağı vardır. Övladları 2007-ci il təvəllüdlü X11, 2010-cu il təvəllüdlü X8 və 2015-ci il təvəllüdlü X9, X1 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, iş vər. 31- 33). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx xxxx 1997-ci il tarixli hökmü ilə Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək on il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.1997-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx xxxx 1998-ci il tarixli hökmü ilə Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 2-ci hissəsi və s. maddələrinə əsasən, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda əvvəlki məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 211-212). Apelyasiya şikayətində və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirəndə Təqsirləndirilən şəxs1 özünü yalnız CM 237.1-ci maddəsi ilə təqsirli bildiyini göstərdiyindən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin bu barədə dəlilinə hüquqi qiymət verilməsi zəruridir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 ona görə CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edilmişdir ki, o, narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədi ilə, həmkəndlisi Təqsirləndirilən şəxs2 30 ədəd plasmas qablarda əkib-becərdiyi çətənə bitkisinin şitillərini gizli yerdə əkib-becərmək barədə 2019-cu ilin may ayının ortalarında dəqiq tarixi bilinməyən gündə sonuncu ilə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib İsmayıllı rayonunun Qalınçaq bələdiyyəsinə aid, İsmayıllı rayonunun Göytəpə kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 4 metr enində, 5 metr uzunluğunda 20 (iyirmi) kvadratmetr torpaq sahəsini kol-kosdan təmizləyərək çətənə bitkisi toxumlarının əkilib becərilməsi üçün münbit şərait yaratmaqla özbaşına tutmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 12 ədəd çətənə bitkisinin dibçəklərini, bir neçə gün sonra isə ayrı-ayrı vaxtlarda qalan 18 ədəd çətənə bitkisinin dibçəklərini həmin yerə gətirib şitilləri dibçəkdən çıxarıb qanunsuz olaraq torpaqda əkib sulayaraq gübrə verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci mаddəsi ilə məhkum edilmələrinə dair birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs1 onlara qarşı irəli sürülən ittiham üzrə təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM-in 33-cü maddəsi) sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə faktların müəyyən edilmiş sayılması üzrə nəticələrini həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan, tam, hərtərəfli və obyektiv yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunan hüquq normalarının tələbləri baxımından və məhkəmə kollegiyasının mülahizələri kontekstində birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü yoxlandıqda, həmin yekun məhkəmə aktının əsaslı olması müəyyən olunmur. Belə ki, CM-in 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma (mad. 188.1) cinayət məsuliyyətinə səbəb olur. Maddənin məzmunundan göründüyü kimi, təhlil edilən cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, İsmayıllı rayonunun Qalınçaq bələdiyyəsinə aid, İsmayıllı rayonunun Göytəpə kəndinin ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 4 metr enində, 5 metr uzunluğunda 20 kvadratmetr torpaq sahəsi maddənin dispozisiyasında göstərildiyi kimi, Təqsirləndirilən şəxs1 tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxslər gizli şəkildə bələdiyyə fonduna aid 4 metr enində, 5 metr uzunluğunda 20 kvadratmetr torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxsin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin məlumatı olmuşdur ki, ona məxsus 4 metr enində, 5 metr uzunluğunda 20 kvadratmetr torpaq sahəsindən təqsirləndirilən şəxs ondan icazəsiz istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 həm CM-in 237.2.1, 237.2.3-cü maddələrində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm də CM-in 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. CM-in 237.2.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi cinayət məsuliyyəti üçün əsasdır. CM-in 237.2.3-cü maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göründüyü kimi, CM-in 188.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237.2.3cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2lə birlikdə qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiklərinə görə CM-in 237.2.1, 237.2.3-cü maddəsi ilə bərabər, həm də CM-in 188.1-ci maddəsi ilə də təqsirli bilinərək doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, bu əməllə cinayətlərin məcmusuna görə təqsirləndirilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. İşin bu vəziyyəti onun törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalması, başqa sözlə bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gətirib çıxarır ki, bu da qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində təsbit edilmişdir ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair xx xxxxxx 1984-cü il tarixli 7 saylı Protokolun 4-cü (İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ) maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. CPM-in 34-cü (Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi) maddəsində də göstərilir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaları barədə nəticə çıxarması CPM-in 144-146, 349-cu maddələrinin tələblərinə cavab verən (tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutetmə predmeti - əməlin qəsdən törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusundan hasil edilmiş) mühakimə kimi qiymətləndirilə bilməz. CPM-in 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti yuxarıda şərh olunan məsələlərə dair hissədə əsaslıdır, birinci instansiya məhkəməsi həmin şikayətlə mübahisələndirilən hökmün apelyasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 401.1 və 400.2-ci maddələrində nəzərdə tutulan pozuntuya yol vermişdir. CPM-in 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad. 145). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında xatırlatmışdır ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə ittiham verilərkən onun əməli CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs1qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs1 əməlində ona israr edilən CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsi onu CM-in 188.1-ci maddəsi il təqsirli bilib cəza təyin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da hökmün ləğv edilməsi üçün əsasdır. CPM-in 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-in 350.2ci maddəsi). O da qeyd olunmalıdır ki, CPM-in 56.0.1-ci mаddəsinə əsаsən, bəraət almış şəxs cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın ödənilməsi hüququnа mаlikdir. Bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (CPM-in 61.2-ci maddəsi). Cinаyət prosesini həyаtа keçirən orqаnın səhvi və yа sui-istifаdəsi nəticəsində vurulmuş ziyаnın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki məhkəmə icraatı prosesində həyata keçirilir (CPM-in 63-cü maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilə bilməz, o həmin cinayət əməlinin törədilməsində təqsirsizdir. Bu səbəbdən ona bəraət verilməli, CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1-ci maddəsi ilə bəraət verilməli, CM-in 237.2.3-cü maddəsi isə həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməlidir. Bununla razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CMin 237.2.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, Təqsirləndirilən şəxs2lə üzləşməsində, habelə ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən bildirmişdir ki, ...2019-cu ilin may ayının ortalarında həmkəndlim Rahil çətənə bitkisi əkmək üçün yer axtarmağımız dedi. Rahil həmçinin həmin ərazidə əkmək üçün şitili olduğunu dedikdə Rahillə münasibətim yaxşı olduğu üçün onunla birlikdə meşəyə getdik. Orada çətənə bitkisinin şititilini əkmək üçün əlverişli yer axtardıq. Səhəri gün Rahillə birlikdə yer tapdıq. Səhəri gün Rahil özü ilə bel balta və qayçı götürdü və biz həmin yerə getdik. Oranın ərazsini kolkosdan təmizlədik, ...şitillləri əkmək üçün torpaqda yer qazdıq. Bundan başqa, istintaqın ilkin mərhələsində digər Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, 12 ədəd şitili dibçəkdən çıxarıb torpaqda əkmiş və yaxınlıqdakı çaydan su götürüb bitkiləri sulamışlar. Bundan sonra əlavə olaraq şitilləri əkmək üçün torpaqda 6 ədəd quyu da qazmış, sonra isə yaşadıqları evə getmişlər. Təxminən 3 gün sonra o, özü 4 ədəd içərisində çətənə bitkisinin şitili olan dibçəyi həmin yerə gətirmişdir. Özü 4 ədəd çətənə bitkisinin şitilini 4 ədəd quyuda əkmiş və sulamışdır. Kəndə gəldikdən sonra Eldənizə əlavə olaraq özünün 4 ədəd çətənə bitkisinin şitilini əkdiyini bildirmişdir. Bundan təxminən 5 gün sonra Eldənizlə birlikdə yenidən həmin əraziyə getmiş və əkdiyi şitilləri sulamışlar. Həmin ərazidə öz-özünə yabanı şəkildə bitmiş çətənə bitkiləri olduğu üçün torpaqdan 2 ədədini çıxarıb boş olan 2 ədəd quyuda əkmişlər. Təxminən 1 həftə sonra may ayının axırlarında dəqiq tarixini bilmədiyi gündə yenidən Eldənizlə birlikdə 6 ədəd çətənə bitkisini dibçəklə birlikdə götürüb digər çətənə bitkilərini əkdikləri yerə gətirmişlər. Orada bellə 6 ədəd quyu qazdıqdan sonra 6 ədəd dibçəyi plasmas qabdan çıxarıb quyularda əkmiş, əkdikləri çətənə bitkilərinə qulluq göstərmişdir. Orada qalan 6 ədəd çətənə bitkiləri isə öz-özünə yabanı şəkildə bitmiş və həmin bitkilərə qulluq etmişlər. O, Eldənizlə birlikdə özlərində olan azot gübrəsini gətirib həmin 30 ədəd çətənə bitkisinin dibinə tökmüş və bitkiləri də sulamışlar. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində də ifadə verərək bildirmişdir ki, 2019-cu ilin may ayının ortalarına qədər həmin yerə gedib əkdiyi çətənə bitkilərinə qulluq etmiş və həmin günlərdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə söhbət edərkən Eldəniz ona bir yerdə meşədə yer axtarıb çətənə bitkisinin toxumlarını əkməklərini bildirmişdir. Eldənizlə münasibəti yaxşı olduğundan onunla meşədə yer axtarıb münasib yer taparaq çətənə bitkisi əkməyə razılıq vermiş və səhəri gün Eldənizlə birlikdə görüşüb meşə ərazisinə getmişlər. Söhbət zamanı həmçinin Eldənizə Şahid2 onların işinin arxasında dayandığını və ona verdiyi vədə görə heç bir problem olmayacağını demişdir. Eldənizlə birlikdə meşədə çayın kənarında çətənə bitkisinin toxumunu əkmək üçün münasib bir yer tapmışdır. Həmin yerdən də “Əyriçay” adlanan çay keçmiş və oranın torpağı qumsal olmaqla münbit olmuşdur. Öz aralarında razılığa gəlmişlər ki, səhəri gün həmin yerə özləri ilə bel və s. alətlər götürüb oranı böyürtkən kol-kosundan təmizləyib çətənə bitkisinin toxumunu əksinlər. Səhəri gün Eldəniz özü ilə bel götürmüş, o isə balta və bağ qayçısı götürmüş, birlikdə həmin yerə getmişlər. Çayın kənarında 4 metr enində, 5 metr uzunluğunda ərazini kol-kosdan təmizləmişlər. Söhbət zamanı Eldəniz ondan çətənə bitkisinin şitilinin olubolmadığını soruşmuş, o, Eldənizə özündə cəmi 12 ədəd çətənə bitkisinin şitilinin olduğunu və həmin şitilləri gətirib əkə biləcəyini demişdir. Belə olduqda razılaşmalarına əsasən, həmin çətənə bitkiləri yetişdikdən sonra birlikdə istifadə edəcəkdilər. Eldənizlə birlikdə səhəri gün həmin yerə gedərək şitillərin əkilməsi üçün 12 ədəd quyu qazmış, birlikdə çətənə bitkisinin şitilllərini əkdiyi yerə getmişlər. Orada 12 ədəd plasmas qabda olan çətənə bitkisinin şitillərini qara rəngli plasmas qabın içərisinə qoyub təmizləmiş və seçdikləri əraziyə gətirmiş, orada 12 ədəd şitili dibçəkdən çıxarıb torpaqda əkmiş və yaxınlıqdakı çaydan su götürüb bitkiləri sulamışlar. Əlavə olaraq şitilləri əkmək üçün torpaqda 6 ədəd quyu da qazmış, sonra isə yaşadıqları evə getmişlər. Təxminən 3 gün sonra o, özü 4 ədəd içərisində çətənə bitkisinin şitili olan dibçəyi də həmin yerə gətirmiş, əkdiyi digər 12 ədəd dibçəkdən 2 ədədi qırılmış və yararsız vəziyyətə düşmüşdür. Özü 4 ədəd çətənə bitkisinin şitilini 4 ədəd quyuda əkmiş və sulamışdır. Kəndə gəldikdən sonra Eldənizə də bildirmişdir ki, əlavə olaraq özü 4 ədəd çətənə bitkisinin şitilini də əkmişdir. Təxminən 5 gün sonra Eldənizlə birlikdə yenidən həmin əraziyə gedərək əkdikləri şitilləri sulamışdır. Həmin yerə yaxın ərazidə hal-hazırda xatırlamadığı yerdə öz-özünə yabanı şəkildə bitmiş çətənə bitkiləri olduğu üçün torpaqdan 2 ədədini çıxarıb boş olan 2 ədəd quyuda əkmişdir. Bundan təxminən 1 həftə sonra may ayının axırlarında dəqiq tarixini bilmədiyi gündə yenidən Eldənizlə birlikdə 6 ədəd çətənə bitkisini də dibçəklə birlikdə götürüb digər çətənə bitkilərini əkdiyi yerə gətirmişdir. Eldənizlə birlikdə bellə 6 ədəd quyu qazdıqdan sonra 6 ədəd dibçəyi plasmas qabdan çıxarıb quyularda əkmiş və əkdikləri çətənə bitkilərinə qulluq etmişlər. Qalan 6 ədəd çətənə bitkiləri isə çətənə bitkilərini əkib becərdiyi təxminən 4 metr enində 5 metr uzunluğundakı ərazidə yabanı şəkildə bitmiş və həmin bitkilərə özü qulluq etmişdir. Azot gübrəsini gətirib həmin 30 ədəd çətənə bitkisinin dibinə tökərək bitkiləri sulamış, Eldənizlə birlikdə 2019-cu ilin iyul ayının əvvəllərinə qədər həmin bitkilərə qulluq göstərmişdir. 2019cu ilin iyul ayının əvvəllərinə qədər Eldənizlə birlikdə həmin bitkilərə qulluq göstərmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, ...Təqsirləndirilən şəxs1 və Rahil Mirzalıyev baxış keçirilən 5x4 metr ölçülü torpaq sahəsində ümumilikdə 30 ədəd narkotik vasitəyə bənzər bitki kolları, bundan başqa qara rəngli plastik tərkibli yeşikdə narkotik tərkibli bitki kollarının yarpaqları, 2 ədəd biri sarı, digəri isə şəffaf rəngli sellofan torbalarda gübrə olduğu qeyd edilən maddə, həmçinin 35 ədəd hər birinin hündürlüyü 11 sm olan plastik qablar aşkar olunmuşdur. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaşa bilmir. Təqsirləndirilən şəxsin əməlinin CM-in 237.2.3-cü maddəsindən 237.1-ci maddəsinə tövsif edilməsi məsələsində gəlincə, bununla da razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ...hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 9.1.3, 33.1 və 33.2-ci maddələri). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, cinayətin düzgün tövsifinin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli düzgün olaraq CM-in 237.2.1 və 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin əməlinə görə təqsirli bilinib cəzaya məruz qalmalıdır. Digər Təqsirləndirilən şəxs2 barəsində olan hökmdən apelyasiya şikayəti verməmiş və o, CM-in 237.2.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi ilə razılaşmışdır. Lakin CPM-in 397.5-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apelyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Qanunun imperativ tələbindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində olan hökmdən apelyasiya şikayəti verməsə də, Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin baxışının nəticələri buna əsas verdiyindən, bu əsasla Təqsirləndirilən şəxs2 də xeyrinə yekun qərar qəbul etməlidir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 də təqsirli bilinərək məhkum edildiyi CM-in 188.1-ci maddəsi ilə bəraət verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 CM-in 188.1, 237.2.1, 237.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qismən, yəni CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə aid hissədə ləğv edilməli, onların əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə onlara bəraət verilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 399.1 və 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin nəticələri üzrə həmin məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 350, 352-353, 399, 400, 401 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası H Ö K M E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 CM-in 188.1, 237.2.1, 237.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qismən, yəni onların CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinib doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmələrinə dair hissədə ləğv edilsin. Həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində CM-in 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə onlara bəraət verilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və onlara izah edilsin. Təqsirləndirilən şəxs1 üzərində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər
Məhkəmə qərarları › İş №1(107)-132/2020
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-132/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver