Məhkəmə qərarları › İş №1(107)-133/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-133/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-133/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə, xx xxx 1969-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 barəsində xx xxxxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1- ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılması, qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılması, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 45 kq 204,40 qram olan on iki ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməsi, hökmün icrasının Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, yaşadığı ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpaqda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 12 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 45 kq 205 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq 2020-ci ilin may ayının axırlarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:20 radələrində əkmiş olduğu 12 ədəd hündürlükləri 310 sm-dən 420 sm-dək, ümumi çəkisi 45 kq 205 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı ünvan 3 ünvanında yerləşən evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apelyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün onun təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya protestinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinin uyğun dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ünvan 4 ünvanında yerləşən yaşadığı evin həyətində 12 ədəd torpağa narkotik tərkibli bitki toxumları əkdiyini, iki-üç gündən bir əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətəndə yaşdığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 smdən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kollarının aşkar olunub kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli kolları özü istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını Ağdaş şəhərində küçə ilə gedərkən su arxının kənarından tapdığını bildirdi. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə tərəfindən raportla məruzə olunduunu, həmçinin həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını, bundan sonra həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş RPŞnin əməkdaşları və aqronom Şahid6 ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, Mehmanın evinin həyətinə baxış keçirmək üçün iki nəfər hal şahidi dəvət olunduğunu, həyət qapısından Mehmnaı çağırdıqlarını, Mehmanın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiyiklərini bildirdiklərini, Mehmanın da buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Mehmanın yaşadığı evin həyətinə onun, iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Şahid6 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Mehmanın yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 sm-dən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardılıb qablaşdırılaraq götürüldüyünü, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların kisəyə qablaşdırıldığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkilərin toxumlarını Ağdaş şəhərində küçə ilə gedərkən su arxının kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş şəhəri, F.Səfərov küçəsi ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək həmin küçədə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Mehmanın yaşadığı evin həyətindən hündürlükləri 3 metr 10 sm-dən 4 metr 20 sm-ə qədər 12 ədəd yerə əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxarılıb qablaşdırılaraq götürüldüyünü, həmçinin aqronom Şahid6 da həmin bitkilərə baxaraq bu barədə rəy verdiyini, daha sonra aşkar edilmiş bütün narkotik tərkibli kolların torbaya qablaşdırıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/524 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş” sözləri yazılmış 03 ədəd ağ rəngli sintetik kisənin içərisindəki, ümumilikdə 12 ədəd, hündürlükləri 310 sm-dən 420 sm-dək, ümumi təmiz çəkiləri 45 kq 205 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronom mütəxəssis Şahid6 xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 925 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlardən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistik İnformasiya idarəsindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün onun təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin Apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Apellyasiya Məhkəməsi qeyd edir ki, ********* saylı hazırkı cinayət işi üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs cəzasın ağırlaşdırılan hal kimi onun törətmiş olduğu cinayət əməlinin residv olması qeyd edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 0xx-xx/2021 nömrəli məktubdan görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs Moskva Şəhər, Naqatinsk Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsinin İİ hissəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökmün tanınması üzrə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız Cinayət Məcəlləsinə daxil olunduqdan sonar tətbiq edilə bilərvə məhkumluğun yaranması üçün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittiham hökmü olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair x xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Moskva Şəhər, Naqatinsk Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsinin İİ hissəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə belə, həmin hökm Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tanınmamış, birinci instansiya məhkəməsi də haqlı olaraq Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halın, cinayətlərin residivi olmaması qənaətinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngül olması barədə protestin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsində 3 alternativ cəza növü nəzərdə tutulmuşdur, həmin cəza növlərindən daha ağır cəza şübhəsiz ki, azadlıqdan məhrum etmə növündə təyin edilə biləcək cəzadır. Lakin işin faktiki halları, təqsirləndirilən şəxsin etdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, təqsirini səmimi etiraf etməsini nəzərə alan biirnci instnasiya məhkəməsi Təqsirləndirilən şəxs iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab etmir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı apelyasiya protestinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar