Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-134/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X12, müdafiəçi-Bakı şəhəri l vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızının iştirakları ilə, Təqsirləndirilən şəxs Abil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: X28 Məhkəməsinin (hakimlər X16 (sədrlik edən), X17 və X4 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1966-cı il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Ucar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları - 01 ədəd boz rəngli şalvar, 01 ədəd tünd bənövşəyi rəngdə uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol gödəkçə, gödəkçənin cibində olan 02 ədəd salfet kağızı, 01 ədəd göy rəngli cib dəsmalı, 01 cüt qara rəngli ayaqqabı sahibinə qaytarılsın, tələb edilmədikdə məhv edilsin. Zərər çəkmiş şəxs X6 hadisə zamanı əynində olmuş geyim əşyaları - 01 ədəd tünd göy rəngli üzəri ağ rəngli işləmələri olan poliver, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd boz rəngli qısaqol mayka, 01 ədəd ağ rəngli qısaqol mayka, 01 ədəd tünd göy rəngli cins şalvar, 01 ədəd kəmər zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, tələb edilmədikdə məhv edilsin. Hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan torpaqdan 02 ədəd və köbə daşından 01 ədəd nümunələr, 01 ədəd çay daşı, əşyaya baxış zamanı avtomobilin oturacağından götürülmüş üzərində qanabənzər ləkələr olan 02 ədəd parça, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Abil oğlu məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən ticarət mərkəzində icarəyə götürüb işlətdiyi paltar dükanından çıxaraq piyada Ucar şəhəri, Şirvan küçəsi istiqamətində hərəkətdə olarkən bacısı qızı Şahid5 ailə həyatı qurduğu X13 idarə etdiyi VAZ-21063 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun qarşısını kəsərək avtomobildən düşüb İlahəni xx.xx.2019-cu il tarixdə döyməsi ilə əlaqədar sonuncunun Ucar rayon polis şöbəsinə etdiyi şikayətə görə əyilib yerdən götürdüyü çaylaq daşı ilə onun başından vuraraq başın təpə nahiyyəsinin əzilmiş yarası və təpiklə vuraraq sağ budun orta 1/3nin yan səthinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən hiddətlənərək, həmçinin bacısı qızı Şahid5 ilə nikah münasibətlərini Ucar rayon Qeydiyyat şöbəsində qeydiyyata aldırmaqdan boyun qaçırması ilə sonuncunun gəlin köçdüyü evdən geri qayıtması və xx.xx.2019cu il tarixdə baş vermiş mübahisə zamanı İlahəni döyməsi səbəblərindən əvvəlcədən qəzəbli münasibət bəslədiyi X5 qisas almaq və onu qəsdən öldürmək qərarına gələrək əynində olan gödəkçənin sağ yan cibində saxladığı istintaqla əldə edilməsi mümkün olmayan bıçaqla Abbas Cəbrayılovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə sonuncuya döş qəfəsinin sol yan tərəfinin yuxarı şöbəsinin, sol ağ ciyərin aşağı payının, diafraqmanın və mədənin kardial şöbəsinin zədələnməsi ilə ağırlaşan döş qəfəsinin sol aşağı tış hissəsinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran 02 ədəd daxilə keçən xəsarət, sağ dirsək arteriyasının zədələnməsi ilə ağırlaşan, bazunun aşağı 1/3-nin ön səthinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran 01 ədəd daxilə keçməyən xəsarət, döş qəfəsinin sol yuxarı tış hissəsinin deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran 01 ədəd daxilə keçməyən xəsarət olmaqla ümumilikdə 04 ədəd xəsarət yetirmiş, nəticədə Abbas Cəbrayılov aldığı daxili üzvlərin zədələnməsi, daxili və xarici qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları səbəbindən müalicə aldığı xəstəxanada xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bununla da Təqsirləndirilən şəxs Abbas Cəbrayılovu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı və onun nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Abil oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanskiyasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində həmin hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 126.3-cü maddəsinə tövsif edilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Abil oğlu və onun müdafiəçisi Müdafiəçi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, həmin hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Abil oğlunun cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı və onun nümayəndəsi Nümayəndə çıxışlarında onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Abil oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən son həddində cəza təyin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclası təxirə salındıqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya baxışının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X20 apellyasiya şikayətlərinin təmin edilməməsini, X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Abil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında birinci instansiya məhkəməsi iclasında vermiş ifadənin məzmununa uyğun ifadə verərək özünü CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmədiyini, özünü CM-nin 126.3-cü maddəsi ilə təqsirli hesab etdiyini, həmin əmələ görə səmimi peşman olduğunu bildirərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasında CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Abbas Cəbrayılov xx.xx.2018-ci il tarixdə bacısı qızı Şahid5 ilə ailə həyatı qursa da, dəfələrlə İlahə ilə nikahın Ucar rayon Qeydiyyat İdarəsində qeydiyyata alınmasından yayınmışdır. Abbas ilə ailə münasibətlərində yaşadığı müddət ərzində Abbas İlahəni daim döyərək təhqir etmişdir. Buna görə də, İlahə xx.xx.2019-cu il tarixdə yaşadıqları evə geri qayıtmışdır. Abbas dəfələrlə Züleyxanın və İlahənin qarşısını kəsərək İlahə ilə barışmağa çalışmışdır. Hətta Abbas dəfələrlə onun işlədiyi yerə gələrək İlahənin ər evinə qayıtmasında köməklik etməsini xahiş etsə də, o, barışıq barədə İlahənin özünün qərar verə biləcəyini bildirmişdir. Buna görə də, Abbas onu dəfələrlə nalayiq ifadələrlə təhqir etmişdir. Lakin yaşca böyük olduğu üçün həmişə Abbasla sakit tərzdə danışaraq onunla mübahisə etməməyə çalışmışdır. xx.xx.2019-cu il tarixdə saat 18:50-də isə o, işlədiyi mağazanı bağlayıb yaxınlıqdakı “Bərəkət” marketə keçib oradan 1 qutu “winston” siqareti, 2 manatlıq buğda və bir ədəd 20 qəpiklik “patron” tumu alıb öz evinə getmək üçün Ucar şəhəri 20 Yanvar küçəsi ilə piyada hərəkət etmişdir. Bir qədər həmin küçə ilə getdikdən sonra birbaşa Ucar şəhəri Vaqif küçəsinə çıxmaq məqsədilə Ucar şəhəri Şirvan küçəsinə dönmüşdür. Ucar şəhəri Şirvan küçəsi ilə təxminən 150 metr irəliləmişdi ki, arxadan avtomobil gəldiyini görmüşdür. Həmin avtomobilin gəlib onu keçməsi üçün bir qədər yolun sağ tərəfinə çəkilmişdir. Avtomobil onu keçdikdən təxminən 2-3 metr sonra sağa çəkib dayanmışdır. Sürücü avtomobildən düşüb ona tərəf istiqamətlənməklə “sizin məni tutdurmaq fikriniz var, amma alınmayacaq, mən sizin hər birinizi tək-tək içəri atdıracam” demişdir. Ona tam yaxınlaşan zaman həmin şəxsin Abbas olduğunu görmüş, lakin hava qaranlıq olduğundan Abbasın əynində hansı paltarların olduğunu görə bilməmişdir. Münaqişəyə meyilli insan olduğunu bildiyi üçün Abbasa əhəmiyyət verməyib yoluna davam etmək istəmişdir. Həmin vaxt Abbas əyilib yerdən qaranlıq olduğu üçün onun görmədiyi əşyanı götürərək başından vurmuşdur. Ucar şəhəri Şirvan küçəsində yer çınqıllı və daşlı olduğundan, ola bilsin ki, Abbas yerdən götürdüyü daş parçası ilə başından vuraraq ona xəsarət yetirmişdir. Ağrıdan başını tutub yerə yıxılmış və o, yıxıldıqdan sonra Abbas onun yıxılmağından istifadə edərək təpiklə onu vurmağa başlamışdır. Onu döyməkdən əl çəkmədiyini görüb özünü müdafiə etmək məqsədilə ayağa qalxıb əvvəlcədən üzərində olan qara rəngli kurtkanın sağ yan cibinə qoyduğu bıçağı çıxararaq sağ əli ilə Abbasa zərbələr endirmişdir. Abbası vurduğu bıçaq adi mətbəx bıçağı olmuş və həmin bıçağı iş yerində meyvə doğramaq, mağazada olan qutuları açmaq üçün evdən götürmüşdür. Başından axan qan gözünü tutduğundan qorxub özünü itirdiyi üçün bıçaqla Abbasa neçə dəfə və harasından vurduğunu bilməmişdir. Bıçaqla vurduqdan sonra Abbas qaçaraq hadisə yerindən uzaqlaşmış, o isə hadisə yerində qalmışdır. Həmin vaxt onun Abbasın qaçmağına mane olmaq imkanı olsa da, Abbası öldürmək niyyəti olmadığı üçün onun qaçmasına mane olmamışdır. Daha sonra Abbasın getdiyini görüb əlində olan bıçağı oralarda özü də bilmədiyi bir yerə atmışdır. Daha sonra bacısı Şahid3 zəng vuraraq Şirvan küçəsində olduğunu və Abbasın onu vurduğunu deyərək kömək istəmişdir. Bir müddət sonra bacıları Şahid3 və Şahid4 hadisə yerinə gəlmişlər. O, bacılarının qorxmamaları üçün bıçaqla Abbasa xəsarət yetirməyi barədə məlumat verməyərək yalnız Abbasın idarə etdiyi avtomobillə onun qarşını kəsdiyini və hava qaranlıq olduğundan bilmədiyi əşya ilə başından vuraraq xəsarət yetirdiyini bildirmişdir. X31 Nazirliyinin “102 xidməti”nə zəng edərək baş vermiş hadisə, yəni Abbasın ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Başından qan axdığı üçün Nazilə ilə Züleyxa qışqıraraq köməklik istəmişlər. Həmin vaxt üzbəüz olan qonşu Sahilə Məmmədova qışqırıq səslərini eşidərək evindən gəlmiş və əyləşməyi üçün stul və sakitləşdirici dərman həbləri gətirmişdir. Daha sonra hadisə yerinə Ucar rayon polis şöbəsinin rəis müavini Şahid7 və polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Abbas Cəbrayılovun bıçaq xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına daxil olması barədə məlumat vermişlər. Hadisə yerində o, Ucar rayon polis şöbəsinin rəis müavini Şahid7 kənara çəkərək cinayət hadisəsini törətdiyini etiraf etmiş və həmin cinayət barədə bacılarına məlumat verilməməsini xahiş etmişdir. Sonradan polis əməkdaşları onu Ucar rayon polis şöbəsinə aparmışlar və inzibati binada o, cinayəti könüllü etiraf edərək baş vermiş hadisələri bildirmişdir. Daha sonra isə xx.xx.2019-cu il tarixdə Abbasın Ucar Rayon Mərkəzi Xəstəxanasında öldüyünü eşitmişdir. Onun əvvəlcədən Abbası öldürmək niyyəti olmamış və bıçaqla Abbası vurmaqda məqsədi yalnız özünü müdafiə etmək olmuşdur. Çünki hadisə vaxtı Abbas onu mütəmadi olaraq vurduğundan özünü müdafiə etmək üçün başqa imkanı olmamış, buna görə də, özünü qorumaq məqsədilə ilk ağlına gələn Abbasın qorxub qaçması üçün cibindəki bıçağı çıxarıb onu vurmaq olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı Məhkəmə kollegiyası iclasında birinci instansiya məhkəməsi iclasında vermiş ifadənin məzmununa uyğun ifadə verərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iclası zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Cəbrayılova Möhtərəm Ələkbər qızı ifadəsində göstərmişdir ki, oğlu X26 şəhər sakini Şahid5 ilə xx.xx.2018-ci il tarixdə ailə həyatı qurmuşdur. 2019-cu ilin yanvar ayında İlahə hər hansı səbəb olmadan dayısı Təqsirləndirilən şəxs evinə geri qayıtmışdır. İlahə ata evinə geri qayıtdıqdan sonra X27 böyüyü bildiyi üçün onunla danışaraq arvadının ər evinə qayıtmasına köməklik etməsini xahiş etsə də, Nazim cavabında İlahənin ər evinə qayıtmasının qeyrimümkün olacağını bildirmişdir. Cehizlik əşyalarının qaytarılması üçün İlahə Ucar rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə iddiası təmin edilmişdir. Qeyd olunan məhkəmə qərarı əsasında 2019-cu ilin iyun ayında Şahid5, Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs icra məmurlarının və polis əməkdaşlarının iştirakı ilə cehizlik əşyalarını onun yaşadığı evdən götürüb geri qayıtmışlar. 2019-cu ilin noyabr ayının əvvəllərində isə İlahə qərəzli olaraq oğlu Abbasdan onun qulağına xəsarət yetirilməsi və qızıl sırğasının oğurlanması barədə Ucar rayon polis şöbəsinə şikayət etmişdir. Ucar rayon polis şöbəsində araşdırma zamanı isə İlahənin şikayət ərizəsində göstərdiklərinin yalan olması təsdiqlənmişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində isə oğlu Abbas yeməyini yemək üçün evə gəlmişdir. Həmin vaxt Abbasın telefonuna kimsə zəng etmiş və o, təxminən 5-10 saniyə həmin şəxslə danışmışdır. Daha sonra Abbas özünə məxsus avtomobillə evi tərk etmişdir. Həmin gün saat 19:15-də qohumu Mirəli Pürqafari X1 bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. Mirəli Pürqafari onu Tural Cəbrayılovla birlikdə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparmış və o, Abbasın əməliyyata götürüldüyünü öyrənmişdir. xx.xx.2019cu il tarixdə isə qohumlardan oğlunun xəstəxanada öldüyünü öyrənmişdir. Sonradan ona Nazimin üzərində gəzdirdiyi bıçaqla Ucar şəhəri Şirvan küçəsində oğlu Abbasa xəsarət yetirdikdən sonra Abbasın oradan qaçdığı, Mirəli Pürqafariyə köməklik üçün zəng edərək Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat verərək köməklik istədiyi, Şahid1 isə idarə etdiyi avtomobil ilə Abbası götürərək Ucar Rayon Mərkəzi Xəstəxanasına apardığı məlum olmuşdur. O, hazırda oğlu Abbası günahsız yerə öldürdüyü üçün Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır və Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə qanunla müəyyən olunmuş qaydada ən sərt cəzanın verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə gecə saat 19 radələrində Ucar şəhəri Oğuz küçəsində avtomobilində olarkən istifadəsində olan mobil nömrəyə Abbas Cəbrayılov zəng edərək Nazim adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermiş və onu 20 Yanvar küçəsindən götürərək Ucar Rayon Mərkəzi Xəstəxanasına aparmasını xahiş etmişdir. O, dərhal avtomobili idarə edərək qeyd olunan ünvana getmiş və hadisə yerinə çatdıqda yolun kənarında olan səkidə Abbas Cəbrayılovun oturmuş vəziyyətdə, onun yanında isə Ucar şəhər sakini Şahid2 olduğunu görmüşdür. Abbas Cəbrayılov “Allah öldüm, mənə köməklik edin” deyə onlara müraciət etmişdir. O, təcili olaraq sonuncunu öz avtomobilinə əyləşdirmiş və Ucar Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Yolda gedərkən Abbas Cəbrayılov dəfələrlə “Nazim məni bıçaqla vurdu” deyərək xəstəxanaya tez sürməsini tələb etmişdir. Onlar təxminən 3 dəqiqəyə xəstəxanaya çatmışlar. Həkimlər tərəfindən Abbas Cəbrayılov nəzarətə götürülərək müvafiq tibbi yardımlar edilməyə başlanılmışdır. O, Abbas Cəbrayılovu xəstəxanaya təhvil verəndə orada polis əməkdaşları olmamış və o, heç kimə hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi barədə mələumat verməmişdir. Daha sonra cəld gedərək Abbas Cəbrayılovun anası Möhtərəm Cəbrayılovanı öz avtomobili ilə xəstəxanaya gətirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid2 şahid X2 ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunli ifadə verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində bacısı oğlu X14 yas mərasimindən çıxaraq Ucar şəhəri 20 Yanvar istiqamətində piyada olmaqla hərəkətdə olmuşdur. Hava qaranlıq və yol işıqla işıqlandırılmadığından qarşıdakı yolu görməkdə çətinlik çəkmişdir. Təxminən 15-20 metr qarşıda yolun kənarında oturmuş şəkildə və “Allah öldüm, mənə köməklik edin” deyə səslənən şəxsi eşitmişdir. Dərhal yaxınlaşdıqda həmin şəxsi tanıyaraq Ucar şəhər sakini X13 olduğunu bilmişdir. Abbas Cəbrayılov ona Ucar RMX-yə aparılmasında köməklik istəmişdir. O, səbəbini soruşduqda Abbas Cəbrayılov cavabında “Platin” ərzaq dükanında işləyən Nazim adlı şəxs tərəfindən bıçaqlaması barədə məlumat vermişdir. X9 qohumu Mirəli Pürqafariyə köməklik üçün zəng etdiyini bildirmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün Abbas Cəbrayılovdan avtomobilinin harda olmasını soruşduqda Abbas Cəbrayılov cavabında ara küçədə avtomobilini saxladığını bildirmişdir. O, ara küçə olan Şirvan küçəsinə baxmış, lakin hava qaranlıq olduğundan həmin yerdə hər hansı avtomobil görməmişdir. Daha da yaxınlaşdıqda Abbas Cəbrayılovun sağ qolundan qan axdığının şahidi olmuşdur. Qısa müddətdən sonra Abbas Cəbrayılovun qohumu Mirəli Pürqafari LADA 21011 markalı avtomobili ilə onlar olduqları yerə yaxınlaşmışdır. O, Abbas Cəbrayılovun LADA 21011 markalı avtomobilin kabinəsinin arxa sərnişin tərəfində oturmasında köməklik etmiş və Mirəli Pürqafari avtomobili idarə edərək Ucar RMX-yə tərəf getmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qızı Şahid5 ilə Abbas Cəbrayılov xx.xx.2018-ci il tarixdə ailə həyatı qurmuşlar. Abbas İlahə ilə evlənsə də, nikahın Ucar rayon Qeydiyyat İdarəsində qeydiyyata alınmasına razı olmamışdır. O, qızının evliliyinə nikah qeydə alınmadığı təqdirdə razılıq vermədiyini bildirmiş, Abbasın anası Möhtərəm Cəbrayılova isə yaşadığı evə gələrək toydan sonra tərəflərin nikaha daxil olacağına dair ona söz vermişdir. Lakin xx.xx.2018-ci il tarixdə oğlan toyu olduqdan sonra Abbas və onun anası Möhtərəm Cəbrayılova nikahın qeydiyyata alınmasına razı olmamışlar. Hətta İlahə və Abbasın nikaha daxil olmaları barədə ərizələri Ucar rayon Qeydiyyat İdarəsində olsa da, Abbasın deyilən vaxtda Ucar rayon Qeydiyyat İdarəsində olmaması və İlahəyə həmin idarəyə getməsinə icazə verməməsi səbəbindən nikahın dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Abbas ilə ailə həyatı qurduqdan sonra qızı İlahə dəfələrlə Abbas tərəfindən döyülərək təhqirlərə məruz qalmışdır. Ona görə də, qızı xx.xx.2019-cu il tarixdə yaşadıqları evə geri qayıtmışdır. Sonradan xx.xx.2019-cu il tarixdə Abbas yaşadıqları evə gələrək barışıq olmasını və İlahənin rəsmi nikah olmadan ər evinə qayıtmasını xahiş etsə də, İlahə buna razılıq vermədiyi üçün barışıq baş tutmamışdır. Abbas dəfələrlə onun və qızı İlahənin qarşısını kəsərək yenidən barışıq edilməsinə çalışsa da, İlahənin barışmayacağı ilə əlaqədar qəti mövqeyini bildikdən sonra ona və qızına hədə-qorxular gəlməyə başlamışdır. Hətta o, dəfələrlə 102 xidmətinə Abbasın onu təhqir etməsi və digər qanunsuz əməllərə yol verməsi barədə müraciət etmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Abbas Ucar şəhəri Koroğlu küçəsində İlahənin qarşısını kəsərək yenidən ər evinə qayıtmasını tələb etmiş, əks təqdirdə onu və qardaşı Nazimi şərləyərək tutduracağı, xəsarət yetirəcəyi ilə hədələmişdir. X32 qəti olaraq ər evinə qayıtmaq istəmədiyini gördüyündən onu döyərək xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixdə döyülməsi barədə İlahə Ucar rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və həmin müraciət üzrə Ucar rayon polis şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılmışdır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində isə qardaşı Nazim istifasində olan mobil nömrəyə zəng edərək Ucar şəhəri Şirvan küçəsində Abbas tərəfindən vurularaq xəsarət alması barədə məlumat vermişdir. O, dərhal bacısı Şahid4 ilə birlikdə Ucar şəhəri Şirvan küçəsinə getmişdir. Qeyd olunan ünvana çatdıqda o, Nazimin yerdə oturmuş vəziyyətdə olduğunu, başından qan axdığını və əlindəki cib dəsmalının qan içində olduğunu görmüşdür. Baş vermiş hadisənin səbəbini soruşduqda Nazim evə gedən yolda Abbasın idarə etdiyi avtomobillə onun qarşısını kəsdiyini və hava qaranlıq olduğundan bilmədiyi əşya ilə başından vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, əvvəlcə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə, daha sonra isə Səhiyyə Nazirliyinin “103 xidməti”nə zəng edərək baş vermiş hadisə, yəni X19 Səfərova xəsarət yetirməsi barədə məlumat vermişdir. Nazimin başından qan axdığı üçün o, və bacısı Nazilə qışqıraraq kömək istəmişlər. Qeyd olunan vaxt üzbəüz olan qonşu Sahilə Məmmədova qapını açaraq onlara yaxınlaşmış və evdən onlara sakitləşdirici dərman həbləri gətirmişlər. Daha sonra hadisə yerinə dərhal Ucar rayon polis şöbəsinin rəis müavini Şahid7 və polis əməkdaşları gəlmişlər. X35 bıçaqla vurub xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Yalnız Ucar rayon polis şöbəsinə getdikdən sonra o, Nazimin qeyd olunan cinayət hadisəsini törətdiyini öyrənmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Ucar RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı Şahid6 ifadəsində göstərdi ki, Ucar şəhər sakini Şahid5 əvvəllər faktiki nikah münasibətində olduğu Abbas Cəbrayılov tərəfindən xx.xx.2019-cu il tarixdə döyülməsi barədə həmin tarixdə Ucar RPŞ-yə ünvanladığı müraciət əsasında tərəfindən HK-1/740 saylı material üzrə araşdırma aparılmışdır. Aparılmış təhqiqat zamanı tərəflərin izahatları və toplanmış digər sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Şahid5 ilə Abbas Cəbrayılov arasında baş vermiş mübahisə zamanı sonuncu Şahid5 boyunun arxa sağ-yan səthinin, sağ kürəküstü nahiyənin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Ona görə də, əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən tərəfindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin qəbul edilmiş prosessual qərarın surəti Abbas Cəbrayılov barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi üçün Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Bu barədə Abbas Cəbrayılova xx.xx.2019-cu il tarixdə saat 12 radələrində şəxsən öz kabinetində məlumat vermiş, sonuncu ilk əvvəl bunu qəbul etməsədə, müvafiq sübutlar ona təqdim olunduqdan sonra xidməti otağı əsəbi şəkildə tərk etmişdir. Bundan sonra həmin tarixdə axşam radələrində Daxili İşlər Nazirliyinin “102 xidməti”nə verilmiş Ucar şəhəri, Şirvan küçəsində baş vermiş münaqişə, həmçinin Ucar RMX-dən rayon polis şöbəsinə verilmiş Ucar şəhər sakini X6 tanışı tərəfindən bıçaqlanması barədə məlumat əsasında o, Ucar RPŞ-nin rəis müavini Şahid7la birlikdə Abbas Cəbrayılovun səhhəti ilə maraqlanmaq üçün Ucar RMX-yə getmişdir. Lakin Ucar RMX-də cərrahi əməliyyatda olması səbəbindən Abbas Cəbrayılovdan şifahi olaraq cinayətin baş verməsi barədə məlumat ala bilməmişdir. Daha sonra əməliyyat qrupunda olan polis əməkdaşları Nurədddin Zeynalov, Kənan Zakirov, Əhməd Xancanov, Orxan Umudov, Firdovsi İsmayılov, Saleh Muştaqov və Sübhan Zeynalovla birlikdə Ucar şəhəri, Şirvan küçəsinə getmişdir. Qeyd olunan yerdə o, Təqsirləndirilən şəxs oturmuş vəziyyətdə olmasının, başından qan axmasının, əlindəki cib dəsmalının qan içində olmasının şahidi olmuşdur. Həmçinin hadisə yerində Təqsirləndirilən şəxs bacıları Şahid3 və Şahid4 da olmuşdur. Hadisə yerinə gedənədək isə baş vermiş hadisə, habelə həmin yerdə kimin xəsarət alması barədə məlumatı olmamış, 102 xidmətindən verilən məlumatdan qeyd edilən yerdə münaqişənin baş verdiyini bilmişdir. Hadisə yeridnə Təqsirləndirilən şəxs nəyin baş verdiyini soruşduqda sonuncu evə gedən yolda Abbas Cəbrayılovun idarə etdiyi avtomobillə qarşısını kəsdiyini və hava qaranlıq olduğundan bilmədiyi əşya ilə başından vuraraq xəsarət yetirdiyini bildirmişdir. Polis əməkdaşları isə Abbas Cəbrayılovun bıçaq xəsarətləri ilə Ucar RMX-yə daxil olması barədə məlumat vermişlər. Hadisə yerində Təqsirləndirilən şəxs Ucar RPŞ-nin rəis müavini Şahid7 kənara çəkərək cinayət hadisəsini, yəni Abbas Cəbrayılov onun başından vuraraq xəsarət yetirdikdən sonra sonuncuya üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirdiyini etiraf etmiş və həmin cinayət barədə Şahid3 və Şahid4 qorxmamaları üçün məlumat verilməməsini xahiş etmişdir. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs Ucar RPŞ-yə aparmışlar və inzibati binada Təqsirləndirilən şəxs cinayəti könüllü etiraf edərək baş vermiş hadisəni bildirmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş Ucar RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə Ucar rayon MX-dən daxil olmuş məlumatda göstərilmişdir ki, Ucar şəhəri 20 Yanvar küçəsi ev 1-də yaşayan 1983-cü il təvəllüdlü X13 döş qəfəsinin və sağ bazunun çoxsaylı deşilmiş-kəsilmiş yaraları diaqnozu ilə Ucar RMX-ya daxil olmuşdur. Deməsinə görə tanıdığı şəxs tərəfindən bıçaqlanmışdır. (cild 01, iş vər. 4) Cinayət işi materiallarına əlavə edilmiş “Könüllü gəlmə barədə” xx xxxxxx 2019cu il tarixli protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19:20-də Təqsirləndirilən şəxs könüllü olaraq Ucar RPŞ-nin İstintaq bölməsinə gələrək xx xxxxxx 2019cu il tarixdə saat 19 radələrində Ucar şəhəri Şirvan küçəsi ərazisində tanışı X10 bıçaqla vurub xəsarət yetirdiyini bildirdi. (cild 01, iş vər. 7) Cinayət işi materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Ucar şəhəri Şirvan küçəsi, həmçinin Ucar şəhəri Şirvan küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsidir. (cild 01, iş vər. 10-35) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 1643 nömrəli məktubundan görünür ki, Ucar şəhəri 20 Yanvar küçəsi ev 1-də yaşayan 1983-cü il təvəllüdlü X13 xx.xx.2019-cu il tarixdə saat 19:10-da cərrahiyyə şöbəsinə daxil olmuşdur. İlkin müayinə zamanı xəstədə “döş qəfəsinin sol yan divarının iki ədəd daxilə keçən, döş qəfəsinin sağ ön səthinin bir ədəd daxilə keçməyən deşilibkəsilmiş yaraları və sağ bazunun ön səthinin geniş sahəli kəsilmiş yarası. Travmatik hemorrogik şok İİİ-İV dərəcə” diaqnozu müəyyən edilmiş, həyati göstərişə əsasən təcili əməliyyat olunmuşdur. Əməliyyat zamanı “döş qəfəsinin sol yan divarındakı yaraların daxilə keçərək sol ağ ciyərin aşağı payının diafraqma və mədənin divarının zədələnməsi” aşkar edilmişdir. Döş qəfəsinin sağ ön divarındakı yara əzələlər arası ilə gedərək daxilə keçmir. Sağ bazuda olan yarada dirsək venası qismən zədələnmişdir. Əməliyyatdan sonra xəstəyə “döş qəfəsinin sol yan divarının iki ədəd daxilə keçib sol ağciyərin aşağı payının diafraqmanı və mədə dibinin divarının dəlib boşluğuna keçən deşilib-kəsilmiş yaralar, döş qəfəsinin sağ öz divarının daxilə keçməyən və bazunun ön səthinin dirsək venasını zədələyən deşilibkəsilmiş yarası, travmatik-hipordemik, hemorrogik şok İİİ-İV dərəcə” diaqnozu müəyyən edilmişdir. Xəstə əməliyyatda sonra ağır stabil vəziyyətdə reanimasiya şöbəsində müalicəsini davam etdirir. Xəstənin vəziyyəti ağır olduğu üçün onu dindirilməsi mümkün deyil. (cild 01, iş vər. 36) Cinayət işi materiallarına əlavə edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2019-cu il tarixli 1675 nömrəli məktubdan görünür ki,Ucar şəhəri 20 Yanvar küçəsi ev 1-də yaşamış X13 əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülmüşdür. Xəstə xx.xx.2019-cu il tarixdə saat 11:45-də süni ventilyasiya aparatında saxlanılmış, xx.xx.2019cu il tarixdə 13:55-də vəfat etmişdir. Diaqnoz döş qəfəsinin sol yan divarının daxilə keçən deşilibkəsilmiş yaraları (iki ədəd), döş qəfəsinin sağ ön səthinin və sağ bazunun deşilib-kəsilmiş yarası, travmatik hemorrogik şok İİİ-İV dərəcə, aqnol vəziyyət. X13 poliklinika şöbəsinin narkoloji, ruhiəsəb, vərəm, onkoloji xəstəlikləri kabinetlərində dispanser qeydiyyatında yoxdur. (cild 02, iş vər. 9) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən alınmış məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2019cu il tarixli 898/2019- MTBŞ nömrəli rəyindən görünür ki, X6 ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ olmuşdur. Ekspertizaya təqdim edilən mərhum X11 məxsus gödəkçə, tamlığı pozulmuş köynək, sviter, 02 ədəd mayka, cins şalvar, kəmər, 02 ədəd material kəsiyi /avtomobilin oturacaq üzlüyündən kəsik hissə/ üzərindəki ləkələrdə və hadisə yerində kosmetik çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq edildikdə B, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri B-alfa/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X11 məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi üzrə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxsna məxsus şalvar, sağ tay ayaqqabı, burun dəsmalı, gödəkçəsinin cibində olan 02 ədəd salfet kağızı, 01 ədəd çay daşı üzərində ləkələrdə və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq edildikdə A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxsna məxsus ola bilər. Göstərilən maddi sübutlar üzərindəki ləkələrdə mərhum X6 qanının olması ABO sistemi üzrə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus sol tay ayaqqabı üzərində qan, ona məxsus gödəkçə, vodolazka üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 02, iş vər. 244-250) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən alınmış məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli 597- MTKŞ/2019 nömrəli rəyindən görünür ki, mərhum X11 məxsus gödəkçənin, sviterin, köynəyin və mayka fraqmentlərinin ön səthinin sol yarısında bir ədəd, ön səthinin sağ yarısında bir ədəd, gödəkçənin və sviterin arxa səthinin sağ yarısında bir ədəd, köynək və mayka fraqmentlərinin arxa səthinin sol yarısında bir ədəd, gödəkçənin və sviterin sağ qolunun ön səthi üzərində bir ədəd və köynəyin sağ qolunun ön səthi üzərində iki ədəd deşilmiş-kəsilmiş zadələr aşkar olundu. Bu zədələr itilikli ülgücü, qabırğaları özünü kafi biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertzaya təqdim edilmiş və mərhum X11 məxsus köynəyin ön səthinin üzərində tikilmiş aşağıdan yuxarıya doğru ikinci düymənin öz yerində olmaması aşkar olundu, bu qopmuş düymənin yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertzaya təqdim edilmiş və mərhum X11 məxsus bir ədəd şalvar və bir ədəd kəmər üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertzaya təqdim edilmiş və mərhum Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd şalvar, bir ədəd cib dəsmalı və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Qərarın təsviri hissəsində göstərilən bıçaq ekspertiza tədqiqatına təqdim olunmadığı üçün mərhum X11 məxsus paltarların üzərində olan zədələrin həmin bıçaqla yetirilib-yetirilməməsi barədə fikir söyləmək qeyrimümkündür. (cild 02, iş vər. 3-12) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-lifli materialları ekspertizasının xx.xx.2019-cu il tarixli 29141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Abbas Cəbrayılovun şalvarının üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Abbas Cəbrayılovun şalvarının tərkib liflərinə uyğun gəlir. (cild 03, iş vər. 15-20) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Ucar rayon şöbəsinindən alınmış xx.xx.2019-cu il tarixli 343 nömrəli tibbiekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət – başın təpə nahiyəsində əzilmiş yarası, sağ budun orta 1/3-nin yan səthinin qançırı bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə əvvələ uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (cild 03, iş vər. 53-54) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Ucar rayon şöbəsinindən alınmış xx.xx.2020-ci il tarixli 01/343 nömrəli əlavə tibbiekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin əzilmiş yarası, sağ budun orta 1/3-nin yan səthinin qançırı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Başın təpə nahiyyəsində olan əzilmiş yaranın ekspertizaya təqdim edilmiş daş parçasının (“çaylaq daşının”) təsirindən əmələ gəlməsi istisna edilmir. Digər xəsarət-sağ budun orta 1/3-nin yan səthinin qançırı təpiklə zərbənin və ya öz boyu hündürlüyündən yıxılma zamanı, hər hansı bir küt əşyaya dəyməsi nəticəsində törənməsi də mümkündür. (cild 03, iş vər.100-101) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Ucar rayon şöbəsinindən alınmış xx.xx.2019-cu il tarixli 19 nömrəli tibbiekspertiza rəyindən görünür ki, X6 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: İ.Daxilə keçən xəsarətlər: Döş qəfəsinin sol yan tərəfinin yuxarı şöbəsinin,sol ağ ciyərin aşağı payının,diafraqmanın və mədənin kardial şöbəsinin zədələnməsi ilə ağırlaşan döş qəfəsinin sol aşağı tış hissəsinin deşilmiş-kəsilmiş yaraları (cəmi iki ədəd).İİ.Sağ dirsək arteriyasının zədələnməsi ilə ağırlaşan bazunun aşağı 1\3-nin ön səthinin kəsilmiş yarası (bir ədəd). İİİ.Daxilə keçməyən xəsarət: Döş qəfəsinin sol yuxarı tış hissəsinin deşilmiş kəsilmiş yarası (bir ədəd).Bu xəsarətlər yastı tiyə tipli deşicikəsici alətin (əşyanın)-alətlərin təsirindən əmələ gəlmişdir. Ölçü göstəricilərinə görə qeyd edilən xəsarətlərin qərarda təsvir edilmiş bıçaqla yetirilməsidə istisna edilmir.Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Birinci və ikinci bənddə qeyd olunan xəsarətlər həm bir yerdə həmdə ayrı-ayrılıqda sağlamlığa AĞİR zərər vurmaya xas əlamətlərə malikdirlər. Üçüncü bəndə qeyd edilən xəsarət adətən sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. X6 adına tərtib edilmiş xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən alkohollu içkilərin qəbul edib-etməməsi barədə qeydiyyat yoxdur.Onun xəstəxanada müalicə aldığı iki gün ərzində intensiv dərman,o cümlədən dezintoksikasion dəman pereparatlarından istifadə edildiyindən alkoholun təyini üçün kimyavi şöbəyə qan nümunəsinin götürülməsi məqsədəuyğun sayılmadı. Ekspertizaya təqdim edilmiş,hadisə vaxtı mərhumun əynində olmuş paltarlarda aşkaredilən zədələrlə meyitdə aşkar edilmiş xəsarətlərin yerləşdiyi nahiyələr cüzi fərqlə üst-üstə düşür. Mərhum X6 ölümünə səbəb daxili üzvlərin zədələnməsi,daxili və xarici qanitirmə ilə ağırlaşan döş qəfəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları olmuşdur. Erkən meyit əlamətləri ğlümün tibbi sənəddə qeyd edilən vaxtını inkar etmir. Mərhumun arxa keçəcək dəliyində və düz bağırsağın selikli qişasında hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (cild 03, iş vər. 95-98) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserindən alınmış ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 57/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırki ekspertiza zamanıda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs səciyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs əqli inkişafinda gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini tam idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosianal halda olmuşdur, həmin halın yaranma səbəblərindən biri zərərçəkmiş şəxslə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 03, iş vər. 56-59) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs Abil oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs Abil oğlunun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Abil oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs Abil oğlunun əməlinin CM-nin 120.1-ci maddəsindən həmin məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin qənaətincə həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müdafiə və ittiham tərəfin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə cinayət işinin materiallarında yer alan sübutları qarşılıqlı şəkildə araşdıran, yuxarıda istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Abbas Cəbrayılov xx.xx.2019-cu il tarixdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbələri nəticəsində yaranan ağır bədən xəsarətləri səbəbindən müalicə aldığı xəstəxanada xx.xx.2019-cu il tarixdə ölmüşdür. (cinayət işində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə ictimai təhlükəli əməllə baş verən ölüm arasında olan səbəbli əlaqə müəyyən edilmişdir). Mübahisə məqamı zərərçəkmiş şəxsin vəfat etməsinin Təqsirləndirilən şəxs qəsdi, eyni zamanda niyyəti ilə əhatə olunub-olunmaması ilə bağlıdır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2 və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş, yox əgər şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli məhz Abbas Cəbrayılovu dolayı olaraq qəsdən öldürməyə yönəlmiş, o, törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməsə də belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Belə ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla Abbas Cəbrayılova 4 ədəd bədən xəsarəti yetirmiş, həmin xəsarətlərin 3-ü ağır dərəcəli bədən xəsarəti olmaqla, 2-si birbaşa daxilə nüfuz edən və şəxsin döş qəfəsinə istiqamətlənən xəsarətlər olmuşdur ki, bu halda məhkəmə kollegiyası hesab edir ki, yetirilmiş xəsarətlərdən sonra Təqsirləndirilən şəxs onun arxasınca qaçıb onu öldürmək niyyətini davam etdirməməsi onun qəsdən Abbas Cəbrayılovu öldürmək istəməməsi nəticəsinə gəlməyə və Təqsirləndirilən şəxs əməlinin qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasına əsas verə bilməz. Təqsirləndirilən şəxs Abbas Cəbrayılovun arxasınca qaçmaması onun sonuncunu birbaşa qəsdlə öldümək istəməməsi ilə əlaqədar olmuşdur. Lakin yetirilən xəsarətlərin sayından və lokalizasiyasından görünür ki, Təqsirləndirilən şəxs bunu arzu etməsə də, belə əməlin yekunda nə ilə nəticələnəcəyi ehtimalını qabaqcadan görmüş, hadisənin baş verməsinə şüurlu sürətdə yol verməklə niyətinin məhz Abbas Cəbrayılovu öldümək olduğunu öz əməli ilə təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası bu halda ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi qənaətin düzgün olduğu nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlara əsasən müdafiə tərəfin göstərdiklərini müdafiə xarakterli addım kimi qəbul edir və göstərilənlərin məsuliyyətdən yayınmaq məqsədi ilə deyildiyi qənaətinə gəlir və onun uzunmüddətli cəza tədbirlərinin tətbiqinə məruz qalmasının zəruriliyini şərtləndirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb bu nəticəyə gəlir ki, həmin dəlillər işin faktiki hallarına uyğun deyildir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı və onun nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətində həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Abil oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanskiyasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Abil oğluna cəza təyin edərkən onun cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, könüllü gəlib təqsirlini boynuna almasını, cinayətin açılmasına fəal köməklik etməsini, himayəsində ümumilikdə üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini cəzasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Apelyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Abil oğlu tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə ağırlaşdıran halların olmamasını, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını ilə bağlı gəldiyi nəticəyə gəlməklə haqlı olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Abil oğlunun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, ona həmin maddə ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Abil oğluna törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və başqa doğmalarının mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Abil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi Cəbrayılova Möhtərəm Ələkbər qızı, onun nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs Abil oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Abil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair X28 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-134/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-134/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver