Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-134/2021 07.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6 müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1982-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməsi, iş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına-büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı-adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi, iş üzrə maddi sübut olan “VAZ-21074” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə mülki iddianın olmaması müəyyən edilmişdir işin halları: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki,o, xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi Zərərçəkmiş şəxs2 müliyyətində olan “VAZ 21074 MİNİK” markalı **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Əhən kəndindən Lahıc qəsəbəsi istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edəcək formada avtomobilin idarə olunması ilə əlaqədar tormozlama, manevr etmə və sair kimi hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunları etməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət təhlükəsizliyinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək idarəetməni itirmiş, avtomobil öz hərəkət zolağından sola istiqamətlənərək rayonun Lahıc qəsəbəsinin ərazisində yerləşən “Ximran körpüsü” adlandırılan körpünün sol tərəfində yerləşən çay yatağına aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sol incik sümüyünün yerdəyişən sınığı, sağ gözün ağlı qişasına qansızma, burunun sıyrığı, hər iki gözaltı nahiyənin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına və idarə etdiyi “VAZ 21074 MİNİK” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 467 (dörd yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün cəzaya aid hissədə ləğv edilərək barəsində daha yüngül cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində təyin edilmiş cəza həddən artıq ağırdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 6000 manat cərimə cəzasının barəsində Cİnayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, o, anası Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2107” markalı, **-GL- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan mülki etibarnamə əsasında idarə edir. xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində o, həmin avtomobillə İsmayıllı rayonu lahıc qəsəbəsinə getmək üçün yola çıxmış və yoldan Zərərçəkmiş şəxs1 adlı həmyerlisini sərnişin kimi avtomobilinə götürmüşdür. Avtomobili saatda 50 km/sürətlə İsmayıllı rayonu ərazisində “Dəmirçi yol” deyilən hissəsindən keçən asfalt örtüklü yolda idarə etməklə İsmayıllı rayonu Lahıc qəsəbəsinə gələrkən yoldakı körpüyə çatmağa az qalmış avtomobilin qarşısına qəfil it çıxmışdır. Həmin vaxt o idarə etməni itirmiş və avtomobil körpüdən aşmışdır. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləmiş Zərərçəkmiş şəxs1 xəsarət almış, həmçinin avtomobilə maddi ziyan dəymişdir. Özü isə xəsarət almamışdır. Avtomobildə Kamildən başqa sərnişin olmamışdır. Avtomobili idarə edərkən tam ayıq və sağlam olmuş, avtomobildə heç bir nasazlıq olmamışdır. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la barışıq əldə etmiş, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Sonuncuların ondan şikayət və tələbləri yoxdur. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, xx xxx 2020ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsinə getmək qərarına gəlmiş və bu məqsədlə Şamaxı rayonunun Dəmirçi kəndinə gəlmişdir. Həmin kənd yolunda Lahıc qəsəbəsinə gedən avtomobil gözləmiş və saat 13:00 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşmişdir. Avtomobildə ondan və sürücü Elnurdan başqa heç kim olmamışdır. Elnur avtomobillə Lahıc qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoldakı körpüyə təxminən 6 metr qalmış avtomobilin qarşısına qəfil it çıxmışdır. Bu zaman Elnur idarəetməni itirmiş və avtomobil beton körpünün üzərindən aşmışdır. Baş vermiş hadisə zamanı o, sol ayağından, burun, göz və gözaltı nahiyyələrindən xəsarət almışdır. Elnurun özü isə xəsarət almamışdır. Elnur təcili yardıma zəng etmiş və İsmayıllı RMX-nın TTYŞ əməkdaşları gələrək ona köməklik göstərmişlər. Daha sonra isə onu Şamaxı RMX-na gətirmişlər. Elnur onun müalicə xərclərini ödəmiş və müalicə olunaraq tamamilə sağalmışdır. Hazırda səhhəti normaldır. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış və sonuncudan şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş ifadə verərək göstərmişdir ki, ona məxsus “VAZ-2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs idarə etmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Elnur həmin avtomobillə Şamaxı rayonundan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə getmək üçün yola çıxmışdır. Həmin gün axşam tərəfi Elnur ona zəng edərək bildirmişdir ki, idarə etdiyi avtomobili İsmayıllı rayonu Lahıc qəsəbəsində körpüdən aşırmışdır. Hadisə nəticəsində avtomobilinə sərnişin kimi götürdüyü Şamaxı şəhər sakini Kamil adlı şəxs xəsarət almış, avtomobil isə əzilərək maddi ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanla bağlı Elnurdan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli 01207 nömrəli alkotester müayinəsi protokolundan müəyyən edilir ki, “VAZ-2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtоmоbilin sürücüsü Təqsirləndirilən şəxs həmin tarixdə alkotester müayinəsindən keçirilərkən spirtli içki qəbul etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ağsu Regional Qİ və TBŞ-nin xx xxxxxxx 2020-ci il tarixli 016-312-1749-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. “VAZ2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs2 adına qeydiyyatdadır və Təqsirləndirilən şəxs adına həmin avtomobilə aid Sabirabad “Asan” xidmət mərkəzindən 2548 nömrəli reyesterlə qeydiyyatdan keçmiş, etibarlılıq müddəti xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan etibarnamə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 195/03 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər-sol incik sümüyünün yerdəyişən sınığı, sağ gözün ağlı qişasına qansızma, burunun sıyrığı, hər iki gözaltı nahiyənin qançırları bərk-küt əşya(alət) təsirindən törənmişdir, xx xxx 2020-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3067 nömrəli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş “Xəzər-Lada” tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən nəzəri hesablama yolu ilə 2005-ci il buraxlışlı “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hdisəsi zamanı təxminən 467,0 manat madi ziyan dəymişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1304 nömrəli rəyi ilə müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ-2107 markalı, 90GL532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X5 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Elvin Mirzəyev əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2818 və 2820 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1955-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2dan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş AD 236202 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2101 markalı “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş müstəntiqin xx xxxxxxxx 2020-ci il tаrixli qərаrındаn görünür ki, cinаyət işi üzrə qəzаlı vəziyyətdə оlаn “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş müstəntiq tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tаrixli protokoldan görünür ki, cinаyət işi üzrə maddi sübut qismində tanınmış “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs2 məsul saxlancına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş müstəntiqin xx xxxxxxxx 2020-ci il tаrixli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263-1.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ona təyin edilmiş cərimə cəzasının CMnin 62-ci maddəsini tətbiq edilməklə daha yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş 6000 manat miqdarında cərimə cəzası işin faktiki hallarına uyğun, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun təqsirli bilindiyi maddə üzrə təyin edilə biləcək ən aşağı həddə olan cəzadır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən zərərçəkmiş şəxslərin də mənafeyini nəzərə almış, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması nəzərə alınaraq barəsində təqsirli bilindiyi maddə üzrə yüngül cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan törətmişdir. Məhkəmə kollegiyasının qənaətincə onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil idarə etməsi nəticəsində hazırkı cinayət əməlinin törədilməsi ilə onun barəsində Cinayət Qanunvericiliyi ilə müəyyən edilmiş digər yüngülləşdirici halları istisna edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-134/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-134/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver