Məhkəmə qərarları › İş №1(107)-135/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-135/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-135/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X20, bəraət almış şəxs Təqsirləndirilən şəxs Beqlaridze, onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasıının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 və tərcüməçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Beqlaridzeyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1980-ci ildə Gürcüstanın Laqodexi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işsiz, Gürcüstanın Laqodexi şəhəri, Mişvidobyani kəndi, Rustaveli küçəsi, ev 26 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə verilmiş ittiham üzrə ibtidai araşdırma mərhələsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə CM-in 206.2-ci maddəsilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınması göstərilən 1,39 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd 18AA10472 seriyalı pasport, UU099VV qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AM5098869 seriyalı qeydiyyat şəhadətnaməsi, bir ədəd «Dreamking» markalı saat, RH0969150 seriyalı sürücülük vəsiqəsi, 15İA67323 seriyalı şəxsiyyət vəsiqəsi, bir ədəd «Samsung G532F» markalı mobil telefon, içərisində 55 Azərbaycan manatı və 10 Gürcüstan larisi olan bir ədəd portmane və Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda saxlanılan «Volksvvagen Sharan» markalı, UU099VV dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ona qaytarılması, iş üzrə 34,55 manat ekspertiza xərcinin Azərbaycan Respublikasının dövlət büdcəsinə aid edilməsi, məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X12 120 manat ödənilməsi, ona göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, X22 filialındakı bank rekvizitləri: VÖEN **********, KOD 200695, Müxbir hesab AZ37NABZ********************, BİK AİİBAZ2x. hesabına 42 manat köçürülməsi, ona göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 X22 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu: c200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X7 hesabı: AZ11AİİB******************** VÖEN: ********** Muxbir bank: SVVİFT kod: Müxbir hesabına 30 manat köçürülməsi, iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X5 100 manat ödənilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o 2019-cu ilin dekabr ayının 1-də Gürcüstanın Laqodexi şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədi ilə əldə etdiyi 1,41 qram qurudulmuş mariuxana narkotik vasitəsini 1 ədəd kağız bükümdə qablaşdıraraq idarə etdiyi Volsvvagen Sharan markalı UU099VV dövlət nömrə nişanlı minik avtomobilinin salonunda ön sağ qapı üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə yerləşdirmiş və Gürcüstandan Azərbaycan Respublikasına gələrkən idarə etdiyi Volksvvagen Sharan markalı UU099VV dövlət nömrə nişanlı minik avtomilinin salonunda ön sağ qapı üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apelyasiya protesti vermişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə dövlət ittihamçısı kimi yekun nitqimdə Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin olunmasını təklif etmişəm. Təklifimin nəzərə alınmadığı hissədə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə razılaşmıram. Hesab edirəm ki, qeyd olunan məhkəmə hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, Təqsirləndirilən şəxs CMin 206.2- ci maddəsi ilə təqsirli bilinərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd olunan cinayət işi üzrə dövlət ittihamı xx xxxx 2020-ci il tarixə kimi Dövlət ittihamçısı1, həmin tarixdən xx xxxx 2020-ci il tarixə kimi isə Dövlət ittihamçısı2 tərəfindən müdafiə edilsə də, məhkəmə bəraət hökmündə iştirak edən şəxslərin tərkibində dövlət ittihamçısı kimi yalnız Dövlət ittihamçısı2 göstərmiş, digər dövlət ittihamçısını göstərməmiş, həmçinin onu dəvət etməmiş, cinayət prosesinin sonrakı mərhələsində iştirak edib-etməyəcəyini aydınlaşdırmamış və yekun məhkəmə hökmünün surətini həmin dövlət ittihamçısına göndərməmişdir. Həmin cinayət işi üzrə dövlət ittihamçısı kimi məhkəmənin xx xxxx 2020-ci il, xx xxx 2020ci il, xx xxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli iclas protokolları ilə tanış olarkən həmin protokolların tərtibi zamanı məhkəmə iclaslarında faktiki baş vermiş aşağıdakı halların qeyd olunmaması və ya təhrif olunması müəyyən edilmiş, ona görə də tərəfimdən protokollara yazılı qeydlər verilmişdir. Belə ki, cinayət işi üzrə dövlət ittihamçısı kimi prosesə qoşulduqdan sonra məhkəmə istintaqının şahidlərin dindirilməsi mərhələsində olduğunu, hələ sənədlərin tədqiqi mərhələsinə keçilməməsini əvvəlcədən bildiyim üçün həmin mərhələyə kimi keçirilmiş məhkəmə iclas protokolları ilə tanış olmaq məqsədilə xx xxx 2020-ci il tarixli iclasda şifahi vəsatət verərək vaxt istəmişdim. Ona görə də məhkəməyə sədrlik edən məhkəmə iclasını təxirə salmış, mən qeyd olunan günə kimi keçirilmiş məhkəmə iclas protokolları ilə tanış olduqda isə məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında proses iştirakçılarının xəbəri olmadan artıq məhkəmə istintaqının tamamlanması, dövlət ittihamçısının çıxış üçün vaxt istəməsinə görə iclasın təxirə salınmasını protokolda qeyd etdiyini müəyyən etmişəm. Halbuki, həmin iclas protokolunda qeyd edilmişdir ki, “sədrlik edən cinayət təqibi ilə bağlı olan bütün halların tam və obyektiv tədqiq edilməsi, qanuni və əsaslı məhkəmə qərarının çıxarılması üçün məhkəmə istintaqının təqsirləndirilən şəxsin və müdafiəçilərin iştirakı ilə keçirilməsinin zəruri olduğunu bildirir və bu barədə dövlət ittihamçısının etirazının olubolmamasını soruşur.” Göstərilən hal məhkəmə istintaqının əslində həmin iclas keçirilən günədək tamamlanmadığını, istintaqın guya tamamlanmasının sonradan arxa tarixə protokola daxil edildiyini və bununla da cinayət prosesinə yeni qoşulmuş dövlət ittihamçısı kimi ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqində əsassız olaraq mənim iştirak hüquqlarımın məhdudlaşdırıldığını göstərir. Mən növbəti iclaslarda şifahi vəsatət verərək məhkəmə istintaqının CPM-in tələbinə əsasən, təzələnməsini və mənim iştirakımla təqsirləndirilən şəxs və şahidlərin yenidən dindirilməsini, protokollarla tanışlıqdan sonrahəmin şəxslərə sual vermək imkanı yaradılmasını xahiş etsəm də, bu xahişim əsassız olaraq 05 may, 09 iyun və xx xxxx 2020-ci il tarixlərdə keçirilmiş məhkəmə iclas protokollarına daxil edilməmiş, əksinə mənim guya 3 dəfə ardıcıl olaraq həmin iclaslarda çıxışa hazır olmadığım və çıxışa hazırlaşmaq üçün vaxt istəməyim qeyd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində ilkin təhqiqat aparılarkən Qərb Ərazi Baş Gömrük idarəsinin təhqiqatçısı Natiq Əmirov tərəfindən dövlət hesabına müdafiəçi qismində xx.xx.2019-cu il tarixdə Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 dəvət edilmiş və vəkil müvafiq qaydada cinayət prosesinə qoşulmuşdur. Həmin cinayət işi Dövlət Gömrük Komitəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinə verildikdən sonra isə Təqsirləndirilən şəxs istintaqı aparan müstəntiq Anar Hacıyevə ərizə ilə müraciət edərək Müdafiəçi1nm hüquqi yardımından imtina etməsini göstərmiş, onun imtinası qəbul edilərək xx xxxxxx 2019-cu il tarixli qərarla Bakı şəhəri “Mərkəz Vəkil Bürosu”nun vəkili Ramiz Mirzəyev müdafiəçi qismində cinayət prosesinə buraxılmışdır. Müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə CPM-in 92.16.2-ci maddəsinə əsasən vəkil Müdafiəçi1 şübhəli şəxsin müdafiəçisi qismində iştirakına xitam verilmişdir (iş vər. 61-77). Qeyd olunan cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun sədrliyi ilə keçirilən proses zamanı Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 yenidən təqsirləndirilən şəxs Orjomkıdze Davıtının razılığı ilə onun müdafiəçisi kimi dəvət edilmiş və vəkil müvafiq qaydada yenidən cinayət prosesinə qoşulmuşdur. Məhkəmə istintaqının gedişində həmin vəkildən təqsirləndirilən şəxsin artıq bir dəfə imtina etməsi və vəkilin 2-ci dəfə eyni təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət prosesinə buraxılmasının CPM-in 92-ci maddəsinin tələbinə əsasən, gələcəkdə yekun məhkəmə qərarının şübhə altına alacağını güman edən məhkəmə, “səhv”ini aradan qaldırmaq məqsədi ilə Müdafiəçi1 iştirakını saxlamaq şərtilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “beynəlxalq qanunları bilən” yeni müdafiəçi kimi Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 da prosesə buraxmışdır. Yəni, əslində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün beynəlxalq qanunları bilən yeni müdafiəçi tələb etməmiş, məhkəmə öz təşəbbüsü ilə 2-ci vəkili cinayət prosesinə qoşmuşdur. Məhkəmə iclas protokollarında təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin məzmununda təhrifə yol verilmiş, eləcə də dövlət ittihamçısının, müdafiəçilərin və sədrlik edənin verdiyi suallara cavablar düzgün qeyd olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində verdiyi sərbəst ifadəsində, həm də ki, dövlət ittihamçısı tərəfindən verilən suallara cavablarda narkotik vasitədən istifadə etməsini etiraf edərək, həmin narkotik vasitənin bir hissəsini Azərbaycan Respublikasına gələrkən bir bükümdə idarə etdiyi avtomobilin sağ qabaq qapısının saxlanc yerinə qoyduğunu, bükümün həmin yerdə qalmasım unutduğunu, ona görə də gömrük postunda inspektora üzərində qadağan olunmuş predmet və ya narkotik vasitə olmadığını dediyini, avtomaşında narkotik vasitə qalmasını isə inspektorun yoxlama aparmasından sonra xatırladığını, bu hərəkəti qəsdən etmədiyini, yaşadığı Gürcüstanda narkotik vasitəni əldə edib saxlamağa və istifadə etməyə görə cinayət məsuliyyəti olmadığını, ona görə də özünü təqsirli bilmədiyini, ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini, psixi və ya fiziki təsirə məruz qalmadığını, rus dilində sərbəst danışdığı üçün gömrük yoxlaması zamanı tərcüməçiyə ehtiyacının olmadığını göstərmişdir. Lakin məhkəmə iclaslarının sonrakı mərhələsində müdafiəçilərin və sədrlik edənin təkidli və yönəldici suallarından sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmadığını, avtomobilinə kim tərəfindən qoyulmasını bilmədiyini göstərmişdir. Yəni iclas protokollarında Təqsirləndirilən şəxs dindirmə zamanı verdiyi ifadəsi və suallara cavabları düzgün yazılmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Azərbaycanda yanacağın qiyməti Gürcüstana nisbətən ucuz olduğundan, o, ayda üç dəfə idarə etdiyi Volkswagen Sharan markalı UU099VV qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonuna gəlmiş və yanacaq doldurub geri qayıtmışdır. Növbəti dəfə yenə də yanacaq doldurmaq məqsədi ilə xx xxxxxx 2019-cu ildə idarə etdiyi avtomobillə Balakən rayonuna gəlmək üçün maşınla yola çıxmışdır. “Mazımçay” gömrük postuna daxil olub maşım minik avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamışdır. Gömrük əməkdaşı onunla şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparmış, o da üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və Azərbaycan Respublikasına yanacaq doldurmaq üçün gəldiyini bildirmişdir. Gömrük əməkdaşı avtomobilə baxış keçirməyə başlamışdır. Baxış zamanı sağ qapıdakı rəfdən bir ədəd kağız bükülü aşkar edilmişdir. Bükülünü açdıqda içərisindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Aşkar olunmuş marixuana tərəzidə çəkilmiş, çəkisinin təxminən 3 qram olduğu məlum olmuşdur. Orjomkıdze Davıtı bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə yaşadığı Laqodexi rayonunun Mşvidobiyani kəndində axşam saat 20 radələrində qohumunun ad günündə olan zaman orada təzə tanış olduğu, adını xatırlamadığı bir şəxsdən çəkmək üçün qurudulmuş marixuana almışdır. Həmin narkotik vasitənin bir hissəsini orada siqaretin tütününə qarışdırıb çəkmiş, qalan marixuananı həmin bükümə büküb müxtəlif vaxtlarda çəkmək üçün avtomobilinin sağ qapısında olan rəfə qoymuşdur. Daha öncə Azərbaycan Respublikasına gələndə narkotik vasitələr və ya qanunla qadağan olunmuş hər hansı bir əşya gətirməmiş və həmin büküm avtomobilində yadından çıxıb qalmışdır. Suallara cavab olaraq, özünün narkotik vasitə istifadə etdiyini və son dəfə bir-iki gün əvvəl çəkdiyini bildirmişdir (iş vər. 94-96). Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində “Mazımçay” gömrük postunun baş müfəttişi vəzifəsində çalışdığını, xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 09 radələrində növbədə xidmətə başladığını, xidmətdə olduğu zaman giriş nəqliyyat vasitələrinə baxış keçirilməsinin ona həvalə olunduğunu bildirmişdir. Xidmətdə olduğu vaxt, saat 11:23 radələrində Gürcüstan vətandaşı Orjomkıdze Davıtı idarə etdiyi Volkswagen Sharan markalı UU099VV qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən “Mazımçay” gömrük postuna daxil olmuş, maşını talvarın altında saxlamışdır. O, sonuncu ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparmış, Orjomkıdze Davıtı isə üzərində və avtomobildə qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və yanacaq doldurmağa getdiyini demişdir. Bundan sonra Gürcüstan vətandaşı Orjomkıdze Davıtıya məxsus Volkswagen Sharan markalı UU099VV qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin sag qapısındakı rəfindən bir ədəd kağız bükülüdə olmaqla, bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş marixuanaya oxşar bitki kütləsi olan bir ədəd kağız bükülü “Qosmetr BTE-3000” markalı tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisinin 3 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmet 207588 saylı paketdə qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Daha sonraTəqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilmiş, sonuncu şəxsi yoxlama otağına dəvət edilmişdir. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə hüququ, vəzifələri və məsuliyyəti izah edilmişdir. Eyni zamanda o, yoxlama başlamazdan əvvəl sonuncuya üzərində gömrük nəzarətinə təqdim edilməyən malları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətinə bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş heç bir şeyin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir (iş vər. 152-154). Şahid3 məhkəmə iclasında da ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermiş, lakin onun ifadəsi təhrif olunaraq, ifadəsində guya Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən və onun avtomaşınına ilkin baxış keçirilərkən tərcüməçi və hal şahidlərinin iştirak etməməsi, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olubolmamasını soruşduqda sonuncunun narkotik vasitənin ona məxsus olmamasını bildirməsi, sonradan hal şahidləri və tərcüməçinin dəvət olunması yazılmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində göstərmişlər ki, xx xxxxxx 2019-cu il tarixdə gömrük postunun qarşısında dayanarkən, saat 11:50 radələrində bir nəfər gömrük işçisi onlara yaxınlaşmış, “Mazmnçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar etiraz etməmiş və birlikdə posta daxil olmuşlar. Əvvəlcə gömrük əməkdaşı onlara hal şahidi kimi hüquq və vəzifələrini izah etmiş, sonra Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxsnin idarə etdiyi Volkswagen Sharan markalı UU099VV qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin sağ qapısındakı rəfdən bir ədəd kağız bükülüdə olmaqla bitki kütləsi aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd selofan bükülü “Qosmetr BTE-3000” markalı tərəzidə çəkilmiş və çəkisinin təxminən 3 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş predmet 207588 saylı paketdə qablaşdırılmış, protokol tərtib edilərək götürülmüşdür. Daha sonra şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxsnin üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Tərtib olunmuş protokola bütün iştirakçılar kimi imza etmiş, iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır (iş vər. 155-157,149-151). Şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında da həmin ifadələrini təsdiq etmiş, lakin hökmdəki ifadələrində onların gömrük əməkdaşı tərəfindən keçirilmiş avtomaşının ilkin yoxlanılmasında iştirak etməmələri, oradan nə tapıldığını bilməmələri qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 ifadəsi Təqsirləndirilən şəxsnin xeyrinə təhrif olunmuşdur. Dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxsnin, iş üzrə şahidlər Şahid3, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi barədə verilmiş vəsatət təmin edilərək həmin ifadələr elan olunmuş, təqsirləndirilən şəxs istisna olmaqla, iş üzrə şahidlər Şahid3, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin doğru olduğunu təsdiq etmişlər. Lakin məhkəmə iclasının protokollarında bu barədə heç bir qeyd yoxdur. Məhkəmənin bəraət hökmündə əsaslandığı dəlillərdən biri ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “Mazımçay” gömrük postunda hansı miqdarda narkotik vasitənin saxlanması, daşınması və sərhəddən keçirilməsinin Azərbaycan Respublikasında hansı maddə ilə cinayət məsuliyyəti yaratması və buna görə hansı cəzanın nəzərdə tutulduğu barədə, həmçinin hansı malların Azərbaycana gətirilməsinin qadağan edilməsi haqqında gürcü dilində və ya başqa başa düşdüyü dildə gözlə görünən lövhədə və ya başqa yerdə informasiya görməmiş və bu barədə sərhəddə olan gömrük əməkdaşları ona hər hansı məlumat və bilgi verməmişlər. Onun ana dili və başa düşdüyü dil gürcü dilidir. İngilis dilini bilmir. Rus dilini isə ittihamın mahiyyətini anlamaq və özünü müdafiə etmək dərəcəsində yaxşı bilmir. Gürcüstanın qanunlarına görə şəxsin 6 qrama qədər şəxsi istehlak miqdarında narkotik vasitəni saxlaması heç bir məsuliyyət yaratmır, 6 qramdan 70 qrama qədər isə inzibati məsuliyyət yaradır, ibtidai istintaqda verdiyi ifadəsi onun iradə ifadəsinin nəticəsi olmamışdır. Belə ki, üstündə axtarış aparılan zaman müdafiəçi və tərcüməçi iştirak etməmiş, o, üzücü vəziyyətdə olmuş və bərk qorxmuşdur. Onun ibtidai istintaqdakı ifadəsi bu qorxu və sarsıntının nəticəsi olmuşdur. Məhkəmənin hökmündə göstərdiyi həmin dəlillərin heç biri konkret sübuta söykənmir və məhkəmənin ehtimallarından ibarətdir. Çünki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı heç bir psixi təsir və ya fiziki təzyiq olmadığını və törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirmişdir (iş vər. 94-96). Bununla bağlı qeyd etmək lazımdır ki, məhkəmənin hazırkı hökmündə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin mətni, eləcə də digər sübutların təhlili ilə bağlı məhkəmənin təsvir etdiyi xüsusatların mətni əksər hissədə Arakhamıa Davıtıya CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair həmin məhkəmənin xx xxx 2020-ci il tarixli hökmündə təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin mətni, həmçinin şərh olunan digər sübutların mətni ilə demək olar ki, eynilik təşkil edir. Bu isə onu göstərir ki, Gürcüstanın Khobı rayonu, Shua Khorga kəndində yaşamış, xx xxxxxx 2019-cu ildə Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postunda qaçaqmalçılıq yolu ilə üzərində narkotik vasitə keçirən və barəsində xx xxx 2020-ci il tarixdə bəraət hökmü çıxarılan Arakhamıa Davıtı ilə Gürcüstanın Laqodexi rayonu, Mişvidobyan kəndi, Ş.Rustaveli küçəsi, ev 26-da yaşamış, xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postunda qaçaqmalçılıq yolu ilə idarə etdiyi avtomobildə narkotik vasitə keçirən və barəsində xx xxxx 2020-ci il tarixdə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs barəsində olan iki ayrı-ayrı hökmlər məzmununa görə eyni olmaqla biri digərindən köçürmədir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin olunmamasını xahiş etmişdir (iş vər. 107-108). Həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs onun avtomobilindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, gömrük nəzarətindən qərəzli olaraq gizlətmədiyini etiraf etmişdir (iş vər. 122-124). Məhkəmə gömrük postunda müvafiq qadağanedici lövhələrin olmaması, gömrük postunda sarsıntı keçirməsi, Gürcüstanda narkotik vasitələrin sərbəst istehlakı və dövriyyəsi ilə bağlı da Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini işin həqiqi halları kimi qəbul etmiş, bu faktların həqiqiliyini yoxlamaq üçün gömrük postuna baxış keçirilməsi, yaxud müvafiq sorğu göndərilməsi, narkotik vasitələrin istehlakı və qanunsuz dövriyyəsi ilə bağlı Gürcüstan qanunvericiliyinə dair normativ sənədlərin əldə edilməsi, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyətinin aydınlaşdırılması üçün onun barəsində məhkəməpsixoloji ekspertizasının keçirilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Digər tərəfdən, cinayət işinin materiallarında olan ölkəyə giriş-çıxışa dair vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Mazımçay” gömrük postunda xx.xx.2019-cu ildə saxlanılan günədək 55 dəfə Azərbaycan Respublikasına gömrük postundan keçməklə gəlib-getmişdir. Yəni, onun gömrük postunda rəsmi prosedur zamanı nabələd şəxs olması, sərhədkeçmə qaydalarını, daxil olduğu dövlətin qanunlarını bilməməsi, qorxu və sarsıntı keçirməsi barədə məhkəmənin gəldiyi nəticə konkret sübutlara deyil, subyektiv fərziyyələrə əsaslanır. Məhkəmə onu da nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ana dili olan gürcü dilində istintaq sənədlərinin surətlərini almasına, bir neçə müdafiəçiyə və tərcüməçiyə malik olmasına baxmayaraq, narkotik vasitənin ona məxsus olmaması, gömrük postunda ona qarşı hansısa qanunsuz təsir və təzyiq edilməsi barədə ibtidai istintaq, o cümlədən də ibtidai istintaqın sonunda iş materialları ilə müdafiəçi və tərcüməçinin iştirakı ilə birgə tanış olarkən və barəsində məhkəmədə qətimkan tədbiri seçilməsi zamanı heç bir vəsatət və ya şikayət verməmişdir. Hökmdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi yoxlama protokolunda qeyd olunan vaxtda faktiki tutulması sənədləşdirilməməklə, həmin tutulmanın vaxtı, yeri, əsasları və hansı məqsəd daşıması qeyd edilməməklə, həmçinin Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində qeyd olunan əsaslar olmadan gömrük orqanında saxlandığından, ona qarşı özbaşınalıq baş vermiş, tutulma anından onun qanunda nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamış, bununla da onu tutan orqan qarşısında tam əlverişsiz vəziyyətə salınmaqla, Təqsirləndirilən şəxs özbaşınalıqdan müdafiə olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan vaxtda hansı statusda həbs olunması və nəyə görə həbsdə saxlanması aydın olmamış, həbs olunan şəxs kimi onun hüquqları, o cümlədən müdafiə hüququ təmin olunmamış, onun azadlıq və toxunulmazlıq hüququna qanunsuz və əsassız müdaxilə baş vermişdir. Bu da şəxsin azadlıq və toxunulmazlıq hüququna təminat verən Avropa Konvensiyasının 5-ci maddəsinin mənası və məqsədləri ilə bir araya sığmayan faktoloji haldır. Məhkəmənin qənaətinə görə bu hal Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs münasibətdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsinə tam əsas verir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə ittiham verilməsi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin xx xxxxxx 2019-cu il tarixli 622 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ekspert rəyində tədqiqat obyekti olaraq üzərində “AR DGK Qərb Ərazi Baş Gömrük idarəsi” sözləri və 01 ədəd polietilen paketin içərisində aşkar edilmiş iki ədəd kağız büküm” yazılmışdır. Göründüyü kimi, tədqiqata təqdim edilmiş bitki kütləsinin üzərində həmin bitki kütləsinin “Orjonıkıdze Davıtdan aşkar edilməsi” qeyd olunmamışdır. Bu hal tədqiqat obyektinin dəqiq və konkret göstərilmədiyini sübut etməklə təqdiq olunan kütlə ilə Təqsirləndirilən şəxs «aşkar edilən» kütlə arasında mübahisə doğurmayan eyniləşdirmə müəyyən edilməsi baxımından əminliyə kölgə salır. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edən maddi sübutla bağlı hər hansı rəy alınarkən məlumatlar konkret və dəqiq yazılmalıdır. Məhkəmə həmin sübutu mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından mötəbər saymamışdır (iş vər. 55). Lakin məhkəmə cinayət işində olan şəxsi yoxlama aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokolda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd narkotik vasitə olan bükümün 207588 saylı zərfdə qablaşdırılması və yuxarıda qeyd olunan ekspertiza rəyində də tədqiqat obyektinin məhz 207588 saylı zərfdə təqdim olunmasının göstərilməsini nəzərə almayaraq, həmin sübutu əsassız olaraq şübhə altına almağa cəhd göstərmişdir (iş vər. 7-8). Digər tərəfdən, cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 67 saylı rəyinin tədqiqi-əsaslandırıcı hissəsindəki məlumatlardan görünür ki, ekspert komissiyası Təqsirləndirilən şəxs ilə sorğu-sual apararkən sonuncu təxminən iki il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini və ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı özü istifadə etmək məqsədilə əldə edib saxladığını etiraf etmişdir (iş vər. 159-160). Məhkəmə həmin ekspertiza rəyini də mötəbər sübut kimi qəbul etməyərək öz hökmündə göstərmişdir ki, ekspertlər konkret olaraq hansı tədqiqat metodlarına, anamnez məlumatlara, qan və sidik məlumatlarına əsaslandığını rəydə qeyd etməmişlər. Məhkəmə həmin rəyin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini (komissiyanın sədri), həkim-narkoloq, həkim-terapevt və həkim nevropatoloqdan (komissiya üzvləri) ibarət tərkibdə ixtisaslı komissiya tərəfindən verilməsini, rəyin tədqiqi-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində bütün zəruri məlumatların və konkret yekun nəticəyə gəlinməsi üçün tədqiqat metodlarının göstərilməsini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1999-cu il tarixli Qanununun İV fəslinin 27-37-ci maddələrində məhkəmə ekspertizası idarələrində canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasının xüsusiyyətlərinə aid qaydalara tam əməl edilməsini nəzərə almamış, həmçinin hökmdə yuxarıda qeyd olunan Qanunun konkret hansı tələblərinin pozulmasına yol verildiyini göstərməyərək, ümumi sözlərlə rəyi şübhə altına almışdır. Hökmdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi yoxlama protokolunda qeyd olunan vaxtda faktiki tutulması sənədləşdirilməməklə, həmin tutulmanın vaxtı, yeri, əsasları və hansı məqsəd daşıması qeyd edilməməklə, həmçinin Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində qeyd olunan əsaslar olmadan gömrük orqanında saxlandığından ona qarşı özbaşınalıq baş vermiş, tutulma anından onun qanunda nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamış, bununla da onu tutan orqan qarşısında tam əlverişsiz vəziyyətə salınmaqla, Təqsirləndirilən şəxs özbaşınalıqdan müdafiə olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan vaxtda hansı statusda həbs olunması və nəyə görə həbsdə saxlanması aydın olmamış, həbs olunan şəxs kimi onun hüquqları, o cümlədən müdafiə hüququ təmin olunmamış, onun azadlıq və toxunulmazlıq hüququna qanunsuz və əsassız müdaxilə baş vermişdir. Bu da şəxsin azadlıq və toxunulmazlıq hüququna təminat verən Avropa Konvensiyasının 5-ci maddəsinin mənası və məqsədləri ilə bir araya sığmayan faktoloji haldır. Məhkəmənin qənaətinə görə bu hal Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs münasibətdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunun müəyyən edilməsinə tam əsas verir. Məhkəmə həmin sübutu mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından mötəbər saymamışdır (iş vər. 55). Lakin məhkəmə cinayət işində olan şəxsi yoxlama aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokolda Orjomkıdze Davıtının idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd narkotik vasitə olan bükümün 207588 saylı zərfdə qablaşdırılması və yuxarıda qeyd olunan ekspertiza rəyində də tədqiqat obyektinin məhz 207588 saylı zərfdə təqdim olunmasının göstərilməsini nəzərə almayaraq həmin sübutu əsassız olaraq şübhə altına almağa cəhd göstərmişdir (iş vər.7-8). Məhkəmənin hökmünə görə şahidlər Şahid1 və Şahid2 verdiyi ifadələrin ittihamın təsdiqi üçün mötəbər sübut sayılmaması əsası o halla təsdiq olunur ki, həmin şəxslərin hal şahidi qismində yoxlamada (axtarışda) iştirakı real olaraq həyata keçirilməmiş, qanunsuz olaraq tərtib edilmiş protokola imza edilməklə sırf formal xarakter daşımışdır. Bu şəxslərin əvvəllər də hal şahidi qismində bu səpkili işlərə cəlb olunması bunu bir daha sübut edir. Belə ki, Şahid2 Balakən Rayon Məhkəməsində baxılan 12 iş üzrə hal şahidi qismində iştirak etmiş, Şahid1 isə 1 iş üzrə hal şahidi qismində iştirak etmişdir. Lakin məhkəmə həmin xüsusatla bağlı məhkəmə istintaqında heç bir araşdırma aparmamış, qeyd olunan hala dair sənədləri tərəflərə tanış olmaq üçün təqdim etməmiş, onların elan edilməklə tədqiqini keçirməmiş və məhkəmə istintaqında tədqiq olunmayan sübuta əsaslanmışdır. Bu barədə həmin cinayət işi üzrə məhkəmə iclas protokolunda da heç bir qeyd yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zamanı pozuntulara yol verildiyi üçün həmin istintaq hərəkətinə dair xx xxxxxx 2019-cu il tarixli protokolu mötəbər sübut kimi qiymətləndirməsə də, qeyd olunan hərəkətin aparılmasında iştirak edən Müdafiəçi1 və tərcüməçini dindirməmiş, Müdafiəçi1 məhkəmə istintaqında sonadək iştirak etsə də, bu istintaq hərəkəti zamanı hansısa qanun pozuntusuna yol verilməsi barədə heç bir vəsatət verməmişdir. CPM-nin 353.3-cü maddəsinə görə, məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar, təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları və digər məsələlər göstərilməli, nəticəvi hissədə isə şəxsə bəraət verilməsi haqqında qərar və sair hallar təsbit edilməlidir. Cinayət prosessual qanunvericiliyin mənasına görə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq maddəsinin pozuntusu, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi məsələləri bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilsə də, nəticəvi hissədə konkret şəxsə münasibətdə Avropa Konvensiyasının hansısa maddəsinin pozuntusunun müəyyən edilməsi məhkəmələrə cinayət prosessual qanunvericiliklə verilmiş səlahiyyətlərdən kənara çıxır. Məhkəmə öz hökmündə göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsi yoxlamasının (şəxsi axtarışının) gömrük qanunvericiliyinə və cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmamasına, həmçinin sübutların qanuni yolla əldə edilibedilməməsinə düzgün hüquqi qiymət vermədən, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üstündən narkotik vasitə «tapılması» qeyd olunan xx xxxxxx 2019-cu il tarixli şəxsi yoxlama (əslində şəxsi axtarış) haqqında protokolu, həmçinin bu protokol nəticəsində yaranmış digər sübutları, yəni şahid ifadələrini, ekspertiza rəylərini sübut kimi tanımışdır. Həmçinin Təqsirləndirilən şəxs «tapılan» narkotik vasitə maddi sübut kimi tanınmışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən istintaq orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmiş, ona həmin maddə ilə ittiham vermişdir. Belə ki, məhkəmə istintaqında tədqiq olunmuş sübutlardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə keçirilən şəxsi yoxlamada (faktiki şəxsi axtarış) tərcüməçi və müdafiəçi, həmçinin hal şahidləri iştirak etməmiş, videoçəkiliş aparılmamış və Təqsirləndirilən şəxs tam şəkildə gömrük orqanı əməkdaşlarının nəzarətində olmuşdur. Bu da onun üstündən «tapılan» narkotik vasitənin ona məxsus olmaması və kimsə tərəfindən qoyula bilməsi və onun adına sənədləşdirilə bilməsi barədə əsaslı şübhə yaradır. Bundan başqa, məhkəmənin hökmündə qeyd olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması barədə protokolda barəsində müvafiq hərəkət aparılan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi aydınlaşdırılmamışdır. Həm təqsirləndirilən şəxs, həm də yoxlama aparan gömrük postunun inspektoru məhkəmə iclasında verdikləri ifadələrində şəxsi yoxlama aparılması barədə protokolun sonradan tərcüməçi tərəfindən Təqsirləndirilən şəxs tərcümə edildiyini bildirmişlər. Bu halda sözügedən istintaq hərəkətinin tərcüməçi tərəfindən tərcümə edilənədək ünsiyyətin hansı dildə aparılması barədə suallar yaratmaqla şübhə altına alır. Digər tərəfdən, təqsirləndirilən şəxsin məhkəmədə bildirdiynə görə onun ana dili və başa düşdüyü dil gürcü dilidir. Belə olan halda ondan narkotik vasitənin «tapılması» ilə müşayiət olunan və sonradan bütün sübutların bu maddi sübutun əsasında əldə edilməsi fakt olan hazırki işdə ilkin yoxlamada (axtarışda) təqsirləndirilən şəxsə tərcüməçinin və müdafiəçinin verilməməsi, orada hal şahidlərinin iştirak etməməsi və videoçəkilişin aparılmaması şübhəsiz və birmənalı nəticəyə gəlməyə əsas verir ki, həmin vaxt istər maddi sübut, istərsə də digər sübutlar qanunsuz yolla əldə edilməklə mötəbər deyildir. Hesab edirəm ki, məhkəmə hökmdə əsassız olaraq sübyektiv mülahizələrə əsaslanaraq, mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərəkbiri-digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirərək ibtidai istintaq zamanı dindirilmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etməmiş, məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etməklə yalnış nəticəyə gələrək bəraət hökmü çıxarılmasına zəmin yaratmışdır. Odur ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilsin, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılsın. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən bəraət almış şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, Azərbaycanda yanacağın qiyməti Gürcüstana nisbətən ucuz olduğundan ayda üç dəfə idarə etdiyim Volksvvagen Sharan markalı UU099VV qeydiyyat nişanlı minik avtomobili ilə Balakən rayonuna gəlirdim, yanacaq doldurub geri qayıdırdım. Növbəti dəfə yenə də yanacaq doldurmaq məqsədi ilə xx xxxxxx 2019-cu ildə idarə etdiyim avtomobili ilə Balakən rayonuna gəlmək üçün maşınla yola çıxdım. «Mazımçay» gömrük postuna daxil olub, maşını minik avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxladım. Bir nəfər gömrük əməkdaşı mənə yaxınlaşıb avtomaşında, həmçinin üzərimdə qanunla qadağan olunan hər hansı bir predmetin olub-olmamasını soruşdu. Mən də qadağan olunan heç bir əşyanın olmadığını bildirdim. Bundan sonra mən avtomaşının sürücü tərəfindəki qapı hissəsində dayandım, gömrük əməkdaşı isə avtomaşınımı yoxlamağa başladı. Gömrük işçisi avtomaşını yoxlayanda orada bizdən başqa heç kim, tərcüməçi və hal şahidləri yox idi. Avtomaşının gömrük əməkdaşı tərəfindən yoxlanılması zamanı videoçəkiliş də aparılmamışdır. Gömrük əməkdaşı əvvəl maşının kapotunu açdı, sonra isə avtomaşının qabaq sağ qapı tərəfinə keçdi. Bu zaman mən avtomaşının sürücü tərəfində, yəni sol qabaq qapı tərəfində idim, gömrük əməkdaşının avtomaşının sağ qabaq qapı tərəfində nə ilə məşğul olduğunu görmədim. Sonra gömrük əməkdaşı avtomaşının sağ qabaq qapı tərəfində olarkən məni çağırdı və ona əlində olan xırda kağız bükümü göstərərək, bunun nə olduğunu soruşdu. Mən də bunun nə olduğunu bilmədiyimi bildirdim. Məndə olan sənədlərimi aldılar. Sonra gömrük əməkdaşı məni gömrük otağına apardı və bu otaqda qalacağımı mənə dedi. Mən xeyli müddət gömrük otağında saxlanıldım. Avtomaşında yoxlama aparılanda tərcüməçi iştirak etməyib, tərcüməçi bir neçə saatdan sonra, mən artıq gömrük otağında saxlanılanda dəvət edildi. Himayəmdə 95 yaşında nənəm və 18, 16 və 6 yaşlarında olan uşaqlarım var. Valideynlərim yoxdur. Günahsız olduğumdan apelyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Daha sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycana gəlməmişdən 3 həftə qabaq toy məclisində şadlıq evinin içində axırıncı dəfə narkotik vasitədən istifadə etmişəm. Narkotik vasətinin Azərbaycana gətirilməsinin cinayət olduğunu bilirdim. Əvvələr Azərbaycan Respublikasına yanacaq almaq üçün gələndə azərbaycan dilində danışa bilməsəm də, yanacaqdoldurma məntəqəsinin işçiləri məni anlayıb yanacağı satırdılar. Hər dəfə Azərbaycan Respublikasına keçəndə maşınımı yoxlayırdılar, amma indi birinci dəfə idi ki, kapotu açdırdılar. Mən sərhədi təkbaşına keçmişəm. Maşında tək idim. Bir nəfər gömrük işçisi avtomobilimi yoxlayıb. Azərbaycan dilini bilməsəm də, gömrük işçisi narkotik sözünü deyəndə, bunu başa düşdüm. Mən rus dilində çox pis və işarələrin köməyi ilə bu narkotik vasitənin mənə məxsus olmadığını və tərəfimdən ora qoyulmadığını bildirdim. Həmin vaxt narkotikə görə tutulduğumu anladım. Bakıdakı tərcüməçi və özünü vəkil adlandıran Zal adlı şəxs mənə dedilər ki, üzərinə götür, səni tez buraxacaqlar, barəndə ev dustaqlığı seçiləcək. Ona görə də məhkəmədə narkotik vasitənin mənə aid olduğunu dedim və bununla səhv etdim. Azərbaycan gömrüyündə işləyən şəxslərin avtomobilimə narkotik qoyduqlarını iddia etmirəm. Narkotik vasitənin avtomobilimə haradan düşdüyünü, kimin qoyduğunu bilmirəm. Bu barədə heç nə dəyə bilmərəm. Ehtimal edirəm ki, Gürcüstan gömrüyündə kimsə bunu avtomobilimə atmış olar. Mən bir neçə gün əvvəl də sərhəddən keçmişdim. Mən sərhədi keçəndə avtomobilimi yoxlamamışam. Gürcüstanda avtomobilimi başqa şəxslər də sürmüşlər. Ola bilsin ki, narkotik vasitə onlardan qalıb. Azərbaycan gömrüyünə keçəndən sonra məndən qabaq bir neçə maşın var idi, ancaq onları yoxlamadan mənim avtomobilimi növbəsiz qabağa çəkdilər. Bundan əvvəl maşınımın kapotumu bir dəfə 2018-ci ildə açdırıblar. İndiyə qədər heç zaman avtomobilimi növbəsiz qabağa çəkməyiblər. Avtomobilimi yoxlayanda hal şahidləri olmayıb, hərbiçilər, daha sonra gömrük işçisi yoxlayıb. Avtomaşınıma baxanda ciblərimi də yoxladılar. Üzərimə baxış keçiriləndə müdafiəçim və tərcüməçim olmayıb, bir mən, bir də gömrük işçisi olub. Gömrükdə mənə müdafiəçi verilməyib, Balakən Gömrük İdarəsinə gətirildikdən sonra mənə müdafiçi verilib. Məni səhər saat 11-12 arası saxladılar. Məni Balakən Gömrük İdarəsinə aparanda artıq hava qaralmışdı. İfadəmi də orada vermişəm. Mən ifadə verəndə tərcüməçiyə narkotik vasitə barədə xəbərim olmadığını bildirdim. Baxışdan əvvəl qanunsuz maddələrin olub-olmamasını məndən soruşdular. Həmin narkotik vasitəni nə Gürcüstanının Laqodexi şəhərində, nə də başqa yerdə əldə etmədim, maşına qoymadım və qaçaqmalçılıq yolu ilə keçirmədim. Onun maşınıma necə düşdüyünü bilmirdim. Gürcüstanda 2 dəfə narkotik maddədən istifadə etmişəm. Amma onun aludəçisi deyiləm. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi2 çıxışını yazılı formada təqdim edərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apelyasiya protestinin dəlillərinə uyğun çıxış edən dövlət ittihamçısı Telman Əhmədov apelyasiya protestinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası, həmçinin əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını, bundan başqa Orjonikıdze Davıtı özünü təqsirli bilmədiyindən və beləliklə avtomobilinə narkotik vasitənin başqa şəxslər tərəfindən qoyulduğu barədə ehtimallar irəli sürdüyündən, əməlində CM-in 296-cı maddəsinin tərkibinin olub-olmamasına qiymət verilməsi üçün materialın rayon prokurorluğuna göndərilməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət prosesi tərəflərini dinləyib, apelyasiya protestinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya protesti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli və hökmün nəticə hissəsindən Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsinə dair hissələr xaric edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid3 оğlu bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində növbədə xidmətə başladım. Xidmətdə olduğum zaman giriş tərəfdən nəqliyyat vasitələrinə baxış keçirilməsi mənə həvalə edildi. Xidmətdə olduğum vaxt xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində adı və soy adı sonradan mənə məlum olan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi Volksvvagen Sharan markalı UU099VV qeydiyyat nişanlı minik avtomobili ilə Gürcüstan istiqamətindən «Mazımçay» gömrük postuna daxil oldu, maşını talvarın altında saxladı. Bundan sonraTəqsirləndirilən şəxs şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə soruşuldu, Təqsirləndirilən şəxs üzərində və avtomaşınında qanunla qadağan olunmuş heç bir predmetin olmadığını və yanacaq doldurmağa gəldiyin dedi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Volksvvagen Sharan markalı UU099VV qeydiyyat nişanlı avtomaşına tərəfimdən baxış keçirildi. Baxış zamanı avtomaşının qabaq sağ qapısını açdım və qabaq sağ qapının üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulmuş rəfində göy rəngli dəsmal altında balaca kağız bükümü aşkar etdim. Həmin predmet aşkar edildiyi üçün hal şahidləri dəvət edildi, hal şahidlərinə hüquq və vəzifələri izah olunduqdan sonra kağız bükümünə baxış keçirildi. Baxış zamanı həmin bükümün içində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Hal şahidlərin iştirakı ilə sürücünün üzərinə də baxış keçirildi, heç bir qadağan edilmiş maddə aşkar edilmədi. Aşkar edilmiş kağız bükümü tərəzidə çəkildi və onun çəkisinin təxminən 3,0 qram olduğu müəyyən edildi. Həmin maddə 207588 saylı zərfə qoyularaq qablaşdırılmış və protokol vasitəsi ilə sənədləşdirilmişdir. Daha sonra verilən suallara cavab verən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs növbəsiz çağırmamışam. Maşınların növbəsi körpünün üzərində olur və orada maşınlar hərbiçilər tərəfindən yoxlanılır. Bundan sonra maşınların növbəsi olmur, mən Təqsirləndirilən şəxs maşın saxlanılması üçün yer göstərdim. Təqsirləndirilən şəxsməxsus avtomobildə narkotik vasitənin olması barədə əməliyyat məlumatımız olmayıb. Avtomobil yoxlanılanda Təqsirləndirilən şəxs yanımda idi. Avtomobil onun vasitəsi ilə açılmışdı. Əvvəl avtomobilin hansı hissəsinə baxış keçirilməsi dəqiq yadımda deyil. Bükümü gördükdən sonra ona dəymədən hal şahidlərini çağırmışıq. Yanımdakı əməkdaşa hal şahidlərin çağırlılmasını dedim, mən onları çağırmamışam. Hal şahidləri orada işləyən fəhlələr idi, onları üzdən tanıyıram. Həmin yerdə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Protokolaşdırma zamanı tərcüməçi çağırılmışdır. Hadisədən sonra xeyli vaxt keçdiyindən protokolaşdırmanı nə vaxt aparmağım dəqiq yadımda deyil. Avtomobildə aşkar edilmiş predmetə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif aparatlar vasitəsi ilə yoxladıq. Həmin vaxt tərcüməçi olmayıb. İş rejimi ilə əlaqədar onu çağırmaq mümkün olmadı. Narkotik vasitənin yoxlamadakı çəkisini təşkil edən 3,0 qramla ekspertizadakı çəkisi 1,4 qram arasında nəyə görə belə böyük fərqin yaranmasını bilmirəm. Mənimlə birgə bir neçə əməkdaş hərbiçilər tərəfindən buraxılmış hər bir avtomobili eyni qaydada yoxlayırıq. Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmamasını rus dilində soruşdum. Az da olsa rus dilində başa düşürdü. Mən Təqsirləndirilən şəxs tanımıram. Mənə elə gəlir ki, onu birinci dəfə yoxlamışam. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 оğlu bildirmişdir ki, daimi iş yerim olmadığı üçün fəhləliklə məşğul oluram, «Mazımçay» gömrük postunun qarşısında dayanıb gedib-gələnlərin əl yüklərini daşımaqla, qazanc əldə edirəm. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məxsus avtomobilin baxışında hal şahidi kimi iştirak etmişəm. Baxış keçiriləndə Təqsirləndirilən şəxs avtomaşınının sağ qapısından kağıza bükülmüş narkotik vasitəni tapdılar. Bundan sonra Şahid3 aşkar edilmiş maddəni tərəzidə çəkdi, 3 qram müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə də baxış keçirildi, lakin heç nə tapılmadı. Baxış keçirilən zaman məndən başqa orada digər hal şahidi, inspektor Şahid3 və bizi çağıran gömrük işçisi var idi. Orada həmçinin digər gömrük əməkdaşları də dayanmışdılar. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ tərəfində sakit şəkildə dayanırdı. Avtomobilin qapısını Davıtı özü açmışdı. Narkotiki çəkdikdən sonra onun hara olduğunu, kim tərəfindən apardığını bilmirəm. Mən sənədlərə qol çəkdikdən sonra oradan aralandım. Narkotiki zərfə qoydular, zərf stolun üzərində qalıb. Məni çağıran şəxsi tanımıram. Bundan əvvəl bir dəfə də hal şahidi qismində iştirak etmişəm. Məni çağıran şəxs mənə bildirdi ki, avtomaşında nəsə aşkar edilib, ona baxış keçirtmək lazımdır və hal şahidi qismində iştirak etməyi mənə təklif etdi. Mənə hüquq və vəzifələrim izah edilib. Sürücü avtomobilin sağ tərəfində dayanmışdı. Avtomobildə aşkar edilmiş maddəni mənə göstərdilər. Tərtib edilmiş bir neçə sənədə qol çəkmişəm. Narkotikin qablaşdırıldığı zərfə imza çəkib-çəkməməyim yadımda deyil. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Balakən rayonunun Gərəkli kənd sakinidir. Daimi iş yeri olmadığı üçün fəhləliklə məşğul olur, «Mazımçay» gömrük postunun qarşısında dayanıb, gedib-gələnlərin əl yüklərini daşımaqla qazanc əldə edir. xx xxxxxx 2019-cu il tarixdə gömrük postunda yük boşaldanda onu Şahid3 adlı bir gömrük əməkdaşı çağıraraq, hal şahidi olmasını təklif etmişdir. O, bundan əvvəl hal şahidliyi etdiyi üçün buna razılaşmışdır. Şahid3 Təqsirləndirilən şəxs ilə rus dilində danışmış, ancaq o, rus dilini bilmədiyindən onların nə danışdığını anlamamışdır. Şahid3 Təqsirləndirilən şəxs avtomaşınının sağ qapısından bir dəftər kağızında ota oxşayan vasitə tapıldığını bildirmiş, lakin həmin dəftər bükümü açılıb içində nə olduğu ona göstərilməmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs avtomaşının içində sürücü oturacağında oturmuşdur. Gömrük əməkdaşı tərəfindən avtomaşının ilkin yoxlanmasında o, iştirak etməmiş və orada nə tapıldığını bilməmişdir. Narkotik vasitə gömrük otağında tərəzidə çəkilmiş və çəkisi 3 qram olmuşdur. Dəqiq olaraq gömrük otağında baş verənləri və narkotik vasitənin neçə qram olmasını xatırlamır. Protokol gömrük otağında Şahid3 tərəfindən kompyuterdə tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlamada da iştirak etmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qadağan olunmuş əşya tapılmamışdır. Bunlardan əlavə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli yoxlama və götürmə haqqında protokolda qeyd olunan tarixdə, saat 12:00-dan saat 12:40-dək olan müddətdə Təqsirləndirilən şəxs məxsus Volksvvagen Sharan markalı UU 099VV dövlət qeydiyyat nişanlı minik avtomobilinə keçirilən baxış zamanı avtomaşının salonunda, ön sağ qapı üzlüyündə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən bir ədəd kağıza bükülmüş bitki kütləsinin aşkar olunması, həmin kütlənin «Qosmetr BTE 3000» markalı tərəzidə çəkilməsi, bükümlə birlikdə çəkisinin 3,0 qram olduğunun müəyyən olunması və qeyd olunan kütlənin 207588 saylı paketə qoyulub götürülməsi göstərilmişdir. Protokolda onu tərtib edən şəxsin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun inspektoru Şahid3 olması, şəxsi yoxlamada iştirak edən hal şahidlərinin Şahid2 və Şahid1 qeyd olunmuşdur. Həmçinin, onlara Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən, hüquq və vəzifələrinin izah edilməsilə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə (maddə göstərilməmişdir) nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilməsi, yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs avtomaşınında yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyətinin izah edilməsi, eyni zamanda yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs avtomaşınında və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğusual aparılaraq üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsinin izah edilməsi, üzərində yoxlama aparılan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs avtomaşınında və üzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirməsi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli şəxsi yoxlama aparılmasıhaqqında protokolda həmin tarixdə, saat 12:50-13:10-daTəqsirləndirilən şəxs üzərində şəxsi yoxlamanın keçirilməsi və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir predmetin aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixlicinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu ildə, saat 15:00-da Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (iş vərəqi 78-80) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasının göstərildiyi vaxtdan təqribən bir gün sonra (xx xxxxxx 2019-cu il tarixdə, saat 10:00-10:30-da) şübhəli şəxs kimi dindirilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 622 nömrəli rəyində göstərilir ki, üzərində "…AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi” sözləri yazılmış bir ədəd sellofan paketin içərisindəki bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 1,41 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq qaldı 1,39 qram. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli 67 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 4(004)-986/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə üç ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 4 (004)-1024/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuş, ev dustaqlığı qətimkan tədbirinin müddəti xx xxxx 2020-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(103)-867/2019 nömrəli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair 4(004)-1024/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında müdafiəçi X10 vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsə alınmış və saxlanılması üçün Azərbaycan Respublkası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi ona bəraət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs və şahidlərin birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclaslarında verdikləri ifadələrə ekspert rəyinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilirlər. İşdən görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,Təqsirləndirilən şəxs avtomaşınında yoxlama və götürmənin, bu yoxlama və götürməni aparan gömrük əməkdaşı Şahid3 verdiyi ifadəyə görə xx xxxxxx 2019-cu il tarixdə, saat 11:23-də, xx xxxxxx 2019-cu il tarixli protokola görə xx xxxxxx 2019-cu il tarixdə, saat 12:00-dan saat 12:40-dək aparılması, şübhəli şəxs qismində tutulmanın isə xx.xx.2019-cu il tarixdə, saat 15:00-da reallaşdırılması, Azərbaycan Respublikasınının Gömrük Məcəlləsində yoxlama kimi nəzərdə tutulmasına baxmayaraq, faktiki olaraq Cinayət- Prosessual Məcəlləsinin müəyyən etdiyi şərtlərə görə xx.xx.2019-cu il tarixdə, saat 12:00dan 12:40-dək Təqsirləndirilən şəxs avtomaşınında qanunun tələblərinə zidd olaraq axtarış və götürmənin aparılması, bu zaman təqsirləndirilən şəxsin əcnəbi vətəndaş və başqa millətdən (gürcü) olmasına baxmayaraq, ona tərcüməçinin və müdafiəçinin verilməməsi, həmin yoxlama və götürmənin (faktiki axtarış və götürmənin) tərcüməçinin və müdafiəçinin iştirakı olmadan, həmçinin faktiki olaraq hal şahidlərinin iştirakı olmadan və ya videoçəkiliş aparılmadan həyata keçirilməsi, kobud qanun pozuntuları əsasında gizli olaraq keçirilən axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs avtomaşının salonundan narkotik vasitənin «tapılması», həmçinin maddi sübut-qurudulmuş marixuananın miqdarının müxtəlif rəqəmlərlə (xx xxxxxx 2019cu il tarixli yoxlama və götürmə protokolunda 3,0 qram, məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 622 №-li rəyində isə 1,41 qram) göstərilməsi (şübhəli şəkildə çəkisinin 2 dəfədən də çox azalması) ilə bağlı işdə olan və ittiham tərəfindən heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən ziddiyətli məqamlar, ibtidai araşdırma zaman həmin prosessual hərəkətlərdə Təqsirləndirilən şəxs bütün prosessual hüquqlarının təmin olunmaması Təqsirləndirilən şəxs avtomaşınında «tapılan» maddi sübütün-qurudulmuş marixuananın əldə ediliməsinin mötəbərliyinə, həmçinin həmin maddi sübut əsasında əldə edilmiş digər sübutların əldə edilməsi mötəbərliyinə əsaslı şübhələr yaratmış və bu hallar həmin sübutların mötəbərliliyini heçə endirmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilməsi göstərilən avtomaşının yoxlamasında və götürmədə tərcüməçinin və hal şahidlərinin iştirak etməməsi Təqsirləndirilən şəxs və həmin yoxlama və götürməni aparan şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid3 məhkəmədə verdiyi ifadələrindən, həmçinin şahidlər Şahid2 və Şahid1 ifadələrindən və digər iş materiallarından aydın görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 həmin ifadələrində Təqsirləndirilən şəxs avtomaşının ilkin yoxlaması aparılarkən hal şahidlərinin və tərcüməçinin iştirak etmədiyini göstərmişlər. Bu halı Şahid2 və Şahid1 də məhkəmədə verdiyi ifadələrində təsdiq etmişlər. Şahid2 və Şahid1 məhkəmədə verdiyi ifadələrində həmçinin gömrük əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs ilə həmin vaxt rus dilində danışdığını və rus dilini bilmədikləri üçün onların nədən danışdıqlarını anlamadıqlarını göstərmişlər. İttihama görə bu yoxlamada tərcüməçi olduğu halında gömrük əməkdaşı Şahid3lə Təqsirləndirilən şəxs nəyə görə rus dilində danışmalı olması aydın deyildir. Digər tərəfdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sərbəst yazıb oxuduğu, yəni başa düşdüyü dil gürcü dilidir və özünün də dediyinə görə o, Azərbaycan və rus dilllərini bilmir, həmçinin rus dilini ona verilən ittihamı anlayıb, özünü müdafiə edəcək səviyyədə bilmir və anlamır. Təqsirləndirilən şəxs Azərbaycan və rus dilllərini bilməməsi məhkəmə iclasında da öz təsdiini tapmış və məhz ona görə də ona tərcüməçi təyin edilmişdir. Eynilə Təqsirləndirilən şəxs ibtidai araşdırmada təhqiqatçı Natiq Əmirov tərəfindən xx xxxxxx 2019-cu il tarixli qərarla X18 tərcüməçi təyin edilmişdir. Lakin iş materiallarında xx xxxxxx 2019-cu il tarixdə gömrük əməkdaşı Şahid3 tərəfindən avtomaşınında yoxlama və götürmə (faktiki olaraq şəxsi axtarış və götürmə) aparılmasında, həmçinin şəxsi yoxlama (faktiki şəxsi axtarış) aparılmasında Təqsirləndirilən şəxs tərcüməçi təyin olunması, həmçin tərcüməçinin Azərbaycan və gürcü dillərini sərbəst bilməsi barədə heç bir qərar yoxdur. Həmçinin, xx xxxxxx 2019-cu il tarixdə avtomaşında yoxlama və götürmə (faktiki olaraq şəxsi axtarış və götürmə) və şəxsi yoxlama (faktiki şəxsi axtarış) aparılmasında Təqsirləndirilən şəxs tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməsi haqqında işdə heç bir sənəd yoxdur. Bundan başqa təhqiqatçı Natiq Əmirovun xx xxxxxx 2019-cu il tarixli qərarında X13 Təqsirləndirilən şəxs tərcüməçi təyin olunması göstərilmiş və həmin qərar kompyuterdə tərtib olunmuşdur. İş materiallarından görünür ki, həmin qərar Təqsirləndirilən şəxs hələ avtomaşınla gömrük postuna daxil olmamış yazılmamış və o, gömrük postuna hələ gəlməmiş ona tərcüməçi təyin edilməmişdir. Belə ki, təhqiqatçı X19 Davıtı gömrük postuna gəlməmiş ona tərcüməçi lazım olduğunu və ona görə də tərcüməçi təyin olunmalı olduğunu bilə bilməzdi. Təqsirləndirilən şəxs gömrük postuna gələndə və gömrük əməkdaşı tərəfindən onun avtomaşınına baxış keçiriləndə və götürmə aparılanda Lətif İbrahimov hələ Təqsirləndirilən şəxs tərcüməçi təyin olunmamışdır. Bununla da xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs avtomaşınında yoxlama və götürmə aparılması zamanı barəsində müvafiq hərəkət aparılan şəxsin-Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət dilində danışa bilibbilməməsi aydınlaşdırılmamış, ona tərcüməçi verilməmiş, həmçinin hal şahidləri real olaraq iştirak etməmişlər. Bu halda sözügedən protokolda qeyd edilən «hal şahidlərinə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6-cı maddəsinə əsasən, hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 97.4-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edildi. Yoxlama başlanmazdan əvvəl Təqsirləndirilən şəxs avtomaşınında yoxlama aparılacağı barədə məlumat verilməklə hüquq və vəzifələri və məsuliyyəti izah edilmiş, eyni zamanda yoxlama başlanmazdan öncə Təqsirləndirilən şəxs avtomaşınında və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmadığı barədə sorğu-sual aparılaraq avtomaşınında və üzərində gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi izah edilmiş, üzərində yoxlama aparılan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs avtomaşınında və üzərində gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olmadığını bildirmişdir» sözləri həqiqəti əks etdirməməklə bərabər, bu istintaq hərəkətinin tərcüməçi tərəfindən tərcümə edilənədək ünsiyyətin hansı dildə aparılması barədə suallar yaratmaqla şübhə altına alır. Avtomaşında yoxlama və götürmə zamanı hal şahidlərinin də iştirak etdiyini və bu barədə protokolu imzaladıqları ehtimal olaraq qəbul olunsa və sözügedən yoxlama və götürmənin Azərbaycan dilində deyil, başqa dildə (hal şahidlərinin bildirdiyinə görə rus dində)aparıldığı düşünülsə, “aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq edilməsi üçün cəlb edilmiş bu şəxslərin-hal şahidlərininbilmədikləri dildə baş verənləri nə dərəcədə tam və düzgün dərk etmə qabiliyyətlərinin olması sual yaradır. Digər tərəfdən, təqsirləndirilən şəxsin məhkəmədə bildirdiynə görə, onun ana dili və başa düşdüyü dil gürcü dilidir. Belə olan halda onun avtomaşınından narkotik vasitənin «tapılması» ilə müşayiət olunan və sonradan bütün sübutların bu maddi sübutun əsasında əldə edilməsi fakt olan hazırki işdə yoxlama və götürmədə (faktiki axtarış və götürmədə) təqsirləndirilən şəxsə tərcüməçinin və müdafiəçinin verilməməsi, orada hal şahidlərinin iştirak etməməsi və videoçəkilişin aparılmaması şübhəsiz birmənalı nəticəyə gəlməyə əsas verir ki, həmin vaxt istər maddi sübut, istərsə də digər sübutlar qanunsuz yolla əldə edilmişdir və mötəbər deyildir. Avropa Məhkəməsi Dialli İsveçə qarşı iş üzrə qərardadında qeyd etmişdir ki, istintaq mərhələsi cinayət işinin hazırlanması üçün mühüm əhəmiyyətə malikdir, çünki bu mərhələdə əldə edilmiş sübutlar ittiham olunan cinayətin baxılacağı çərçivəni müəyyənləşdirir. Konvensiyanın 6-cı maddəsinin 3 e) bəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin tərcüməçinin pulsuz yardımından istifadə hüququ vardır. Bu hüquq yalnız məhkəmə iclasında verilən şifahi ifadələrə deyil, sənədli materiallara və məhkəməyə qədərki icraata da şamil olunur. Bu o deməkdir ki, məhkəmədə istifadə olunan dili başa düşməyən və ya danışa bilməyən təqsirləndirilən şəxsin anlamaq üçün ona lazım olan bütün sənədləri və ya ifadələri tərcümə etmək və ya şərh etmək üçün tərcüməçinin pulsuz yardımından istifadə etmək hüququ vardır. Bundan əlavə, pis rəftardan qorunmaq və məhkum üçün istifadə olunan bir vəkilin iştirakı olmadan polis dindirilməsində səsləndirilən ifadələrin qarşısını almaq üçün, bir qayda olaraq, şübhəli şəxsin ilk dindirilməsindən etibarən vəkilə giriş təmin edilməlidir. 6-cı maddənin 3cü bəndinin e) yarımbəndi yalnız məhkəmə iclası zamanı verilmiş şifahi ifadələrə deyil, həmçinin sənəd formasındakı materiallara və məhkəməyədək ilkin prosedurlara tətbiq edilir (Kamasinski Avstriyaya qarşı iş üzrə qərar, § 74; Ermi İtaliyaya qarşı iş üzrə qərar). Təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər (Brozisek İtaliyaya qarşı, § 41; Tabai Fransaya qarşı). Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin e) yarımbəndinin təmin etdiyi hüququn səmərəli və praktiki şəkildə həyata keçirilməsi üçün səlahiyyətli orqanlar təkcə tərcüməçinin təyin edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini yoxlamalıdırlar (Kamasinski Avstriyaya qarşı, § 74; Ermi İtaliyaya qarşı [BP] §70; Protopapa Türkiyəyə qarşı işlər). Nəticədə təqdim edilmiş tərcüməçi köməyi təqsirləndirilən şəxsin ona qarşı açılmış iş barədə məlumatlı olmasına və məhkəmədə hadisələri öz versiyası ilə təqdim etmək imkanı qazanmaqla özünü müdafiə etməsinə şərait yaratmalıdır (Kamasinski Avstriyaya qarşı iş). Tərcümə xidməti təmin edilmədikdə sübutetmə yükü birinci instansiya məhkəməsinin hakimin üzərinə düşür, yəni o, sübut etməlidir ki, işə tərcüməçinin iştirakı olmadan baxılmasının ərizəçinin onun üçün mühüm əhəmiyyət daşıyan məsələləri tam anlaya bilməsinə mane olmayacağını müəyyənləşdirmək üçün yetərincə səy göstərilib (Kuskaninin işi). Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomaşınında yoxlama və götürmə (faktiki axtarış və götürmə) aparılarkən tərcüməçinin və müdafiəçinin iştirakının təmin edilməməsi onun edilən prosessual hərəkətin mənasını kifayət qədər anlamaq və buna qarşı müdafiə olunmaq imkanından məhrum etmişdir. Gürcüstan vətəndaşı olan Təqsirləndirilən şəxs tərcüməçi və müdafiəçi olmadan avtomaşını yoxlanılmaqla onun öz davranışının nəticələrini ağlabatan çərçivədə əvvəlcədən müəyyən edə biləcəyi dərəcədə dərk etməməsi və özünü keyfiyyətli müdafiə etməsi nöqteyi-nəzərindən prosessual hərəkətlərin mənasını başa düşməməsi və bu xüsusda səmərəli müdafiə vasitələrinə malik olmaması kimi qiymətləndirilməlidir. İşin faktiki hallarına həmin məhkəmə presedentlərinin tələbləri işığında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, faktiki olaraq tutulduğu vaxt və avtomaşınında yoxlama və götürmə (faktiki axtarış və götürmə) aparılan zaman Azərbaycan dilində yazıb-oxumağı bilmədiyi halda tərcüməçinin köməyindən istifadə etmək və müdafiə hüququ təmin edilməməklə, Təqsirləndirilən şəxs ittiham tərəfinə münasibətdə işinin ədalətli, tam və obyektiv araşdırılması ilə bağlı olduqca əlverişsiz vəziyyətə salınmış, bu hal ona qarşı ittihamın əsasını təşkil edən maddi sübutun onun avtomaşınında «tapılması» ilə bağlı əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. Bütün bu hallar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs münasibətdə müdafiə hüquqları kobud şəkildə pozulmuş və nəticədə ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokolda Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulması göstərilmişdir. Təqsirləndirilən şəxs avtomaşınında yoxlama və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomaşının salonunundan (ön sağ qapının üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerindən) marixuanaya oxşar bitki kütləsi olan bir ədəd ağ kağız bükülü «aşkar edilmiş» və bu yoxlama və götürmənin (faktiki axtarış və götürmənin) aparılması 12:00-dan başlanmaqla 12:40-da yekunlaşmışdır. Bu hal sübut edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə 12:40-dan saat 15:00dək prosessual statusu müəyyən olunmadan, tutulmanın əsasları, səbəbləri, vaxtı və yeri göstərilməklə sənədləşdirilmədən (qeyd edilmədən) tutulmuş, yəni faktiki olaraq onun azadlığı əsassız məhdudlaşdırılmışdır. Bu da faktdır ki, onun tutulmasının səbəbləri, tutulma yeri və vaxtı göstərilməməklə faktiki tutulması müvafiq qaydada qeydə alınmamış,bu zaman onun başa düşdüyü dildə tutulmanın səbəblərini və əsaslarını bilmək, öz yaxınları ilə əlaqə saxlamaq, tərcümçəçiyə və müdafiəçiyə malik olmaq, özünə qarşı ifadə verməmək və sair qanunda göstrəilən prosessual hüquqları izah edilməmiş və onların həyata keçirilməsinə şərait yaradılmamışdır. Təqsirləndirilən şəxs prosessual statusu müəyyən edilmədən xx.xx.2019-cu il taixdə 2 saaat 20 dəqiqə əsassız saxlanılmaqla, onun tutulmasını həyata keçirən orqana münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 12:40dan saat 15:00-a qədər faktiki saxlandığı, yəni tutulduğu zaman onun hansı vaxtda (hansı il, gün, saat və dəqiqədə) və yerdə, hansı əsasa görə və hansı məqsədlər üçün gömrük əməkdaşları tərəfindən tutulması sənədləşdirilməmişdir. Halbuki, qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı əsaslarla həyata keçirilməsinin qeyd edilməsi vacibdir. Bu, şəxsin onun tutulmasını aparan orqanın özbaşınalığından qorunma vasitəsi olmaqla, həm də tutulmuş şəxsin hüquqlarının həyata keçirilməsi üçün bir başlanğıc məqamdır. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququna təminat verilməklə, a)-f) yarımbəndlərində hər kəsin qanunla müəyyən olunmuş hallarda və qaydada azadlıqdan məhrum edilməsi (tutulması və ya həbsə alınması) üçün nəzərdə tutulan halların tam siyahısı göstərilmişdir. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin c) yarımbəndində şəxsin azadlıqdan məhrum edilməsi (o cümlədən həbs edilməsi) üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması əsası qeyd edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə ittiham verilməsi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional bölməsinin xx xxxxxx 2019-cu il tarixli, 622 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə hüquqi qiymət verməyi zəruri hesab edir. Həmin ekspert rəyində tədqiqat obyeki olaraq “üzərində AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi sözləri yazılmış 01 ədəd sellorfan paketin içərisində aşkar edilmiş bir ədəd kağız büküm” qeyd edilmişdir. Göründüyü kimi, tədqiqata təqdim edilmiş bitki kütləsinin üzərində həmin bitki kütləsinin “Təqsirləndirilən şəxs aşkar edilməsi” qeyd olunmamışdır. Bu hal tədqiqat obyektinin dəqiq və konkret göstərilmədiyini sübut etməklə təqdiq olunan kütlə ilə Təqsirləndirilən şəxs avtomaşınında «aşkar edilən» kütlə arasında mübahisə doğurmayan eyniləşdirmə müəyyən edilməsi baxımından əminliyə kölgə salır. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edilən maddi sübutla bağlı hər hansı rəy alınarkən məlumatlar konkret və dəqiq yazılmalıdır. Maraqlıdır ki, hətta həmin ekspertiza rəyində ekspertizanın tədqiqatı predmetinin Təqsirləndirilən şəxs avtomaşınından «tapılan» qurudulmuş marixuana olması belə qeyd edilməmişdir. Belə olan halda, ekspertizanın tədqiqat predmetinin həqiqətən Təqsirləndirilən şəxs avtomaşınından «aşkar edilən» narkotik vasitəqurudulmuş marixuana olub-olmaması əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 nəfər hal şahidinin iştirakı məcburidir. Avtomaşında yoxlama və götürmə (faktiki axtarış və götürmə) aparılması zamanı faktik olaraq tərcüməçinin, müdafiəçinin və hal şahidlərinin iştirak etmədikləri halında təqsirləndirilən şəxsin avtomaşınından narkotik vasitənin «tapılması» və məhz həmin vasitənin ekspertizaya təqdim edilməklə, burada bu vasitə üzərində tədqiqatın aparılması və bu rəyin təqsirləndirilən şəxslə bağlı həqiqəti əks etdirməsi əsaslı şübhələr yaradır. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə yoxlama və götürmə haqqında (faktiki axtarış və götürmə) protokolda Təqsirləndirilən şəxs avtomaşınından «götürülən» narkotik vasitənin-qurudulmuş marixuananın «Qosmetr BTE 3000» markalı tərəzidə çəkilməklə çəkisinin 3,0 qram olduğunun müəyyən edildiyi halda, iş üzrə keçirilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 622 №-li rəyində isə tədqiqata AR DQK Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən təqdim olunmuş 01 ədəd kağız bükümdə həmin maddənin təmiz çəkisinin 1,41 qram olması, bundan 0,02 qramının tədqiqata sərf olunması, qalıq kütlənin isə 1,39 qram olması qeyd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs avtomaşınında «tapılması» göstərilən qurudulmuş marixuanının yoxlama və götürmə zamanı (faktiki axtarış və götürmə) tərəzidə çəkisi (3,0 qram) ilə ekspertiza rəyindəki çəkisi (1,41 qram) arasında kəskin fərq vardır. Sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarda və ya iş üzrə ibtidai araşdırma orqanının hər hansı digər qərarında «Qosmetr BTE 3000» markalı elektron tərəzidə çəkilərkən narkotik vasitənin (qurudulmuş marixuanının) çəkisi ilə hansı markalı tərəzidə çəkilməsi bilinməyən ekspertiza tədqiqi zamanı çəkisi arasında fərqin (özü də 2 dəfədən də çox fərqin) nəyə görə yaranmasına heç bir hüquqi qiymət verilməmiş, həmin tərəzilər (yoxlama və götürmədə istifadə olunan «Qosmetr BT 3000» markalı tərəzi və məhkəmə-bioloji ekspertizasında istifadə olunmuş markası məlum olmayan tərəzi) tədqiq edilməmiş, onların düzgün işləyib-işləməməsi, nəyə görə belə fərq verməsi, həmçinin nəyə görə yoxlama və götürmədə və ekspertizada biri-biri ilə ölçüdə fərq verən tərəzilərdən istifadə olunması, bunun hansı zərurətdən yaranması və hansı qanunvericilik aktı ilə tənzimlənməklə qanuni olması məsələləri aydınlaşdırılmamışdır. Göstərilənlər xx xxxxxx 2019-cu il tarixdə yoxlama və götürmədə Təqsirləndirilən şəxs avtomaşınından 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın «tapılması», məhz bu «tapılan» kütlənin təmiz çəkisinin 1,41 qram olması, həmçinin ekspertizaya məhz Təqsirləndirilən şəxs avtomaşınından «tapılan» narkotik vasitə olan qurudulmuş marixuananın göndərilməsi və orada tədqiq olunması əsaslı şübhələr yaradır. İttiham tərəfi də bu əsaslı şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qanuna görə həmin əsaslı şübhələr ittiham tərəfindən aradan qaldırıla bilmədikdə təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Digər tərəfdən, məhkəmə iclaslarında şahid qismində dinirilmiş hal şahidləri Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs avtomaşınından narkotik vasitənin tapıldığının onlara Şahid3 tərəfindən deyildiyini, həmin kağız bükümün açılıb onlara göstərilmədiyini, onun içində nə olduğunu görmədiklərini bildirmişlər. Sözügedən hallar onların ibtidai istintaq zamanı verdikləri ifadələri və digər sənədlərlə ziddiyyət təşkil edir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun əməkdaşı Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində faktiki Təqsirləndirilən şəxs avtomaşınında yoxlama və götürmə aparılan zaman hal şahidlərinin və tərcüməçinin iştirak etmədiyini göstərmişdir. Həmin vaxt tərcüməçinin və müdafiəçinin iştirak etməməsi isə məhkəmə tərəfindən işin müəyyən olunmuş halıdır. Bu kimi ziddiyətli hallara əsaslanan və aradan qaldırıla bilməyən əsaslar təqsirləndirilən şəxsin təqsirli bilinməsi üçün faktoloji və hüquqi əsaslar kimi qəbul oluna bilməz və olunmur. Məhkəmə hesab edir ki, qeyd olunanlarla da tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomaşında yoxlamanın və götürmənin gömrük qanunvericiliyinə və cinayətprosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmamasına, həmçinin sübutların qanuni yolla əldə edilib-edilməməsinə düzgün hüquqi qiymət vermədən, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs avtomaşınından narkotik vasitə «tapılması» qeyd olunan xx xxxxxx 2019-cu il tarixli yoxlama və götürmə haqqında protokolu, həmçinin bu protokol nəticəsində əldə edilmiş digər sübutları, yəni şahid ifadələrini, ekspertiza rəylərini sübut kimi tanımışdır. Həmçinin, Təqsirləndirilən şəxs avtomaşınından «tapılan» narkotik vasitə maddi sübut kimi tanınmışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən istintaq orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmiş, ona həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı CPM-in tələblərini də pozmuşdur. Belə ki, qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. CPM-in 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. CPM-in 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsin həmin hüququnu təmin etməmişlər. İşin hallarına hüquqi qiymət verən məhkəmə CPM-nin 9.2,125.2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə istinad edərək, birmənalı nəticəyə gəlir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilmədiyindən, xx xxxxxx 2019-cu il tarixli yoxlama və götürmə aparılması haqqında protokol, Təqsirləndirilən şəxs avtomaşınını salonunda «tapılan» maddi sübut, ekspertiza rəyləri və şahid ifadələri CM-nin 206.2-ci maddəsilə verilən ittihamın həqiqiliyini şübhə altına almaqla, həmin prosessual hərəkətlər və onlara əsaslanan istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və bununla bağlı həyata keçirən digər istintaq hərəkətlərinin nəticələri mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxsin üstündə «tapılmış» maddi sübutun ona verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. İşin yuxarıda göstərilən faktoloji və hüquqi əsaslarına, qanun normalarına istinad edən məhkəmə həmçinin hesab edir ki, məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 622 nömrəli rəyi təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından, mötəbər sayıla bilməz. Ona görə də məhkəmə, məhkəmə bioloji ekspertizasının həmin xx xxxxxx 2019-cu il tarixli, 622 nömrəli rəyini Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə təqsirli bilinməsinə əsas verən mötəbər sübut saymır. Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələri ziddiyyət təşkil etdiyindən həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Belə ki, CPM-in 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidati istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qusurlar olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. CPM-in 94.3-cü maddəsinə əsasən hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müvafiq maddələrinə əsasən də yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qanun normalarının tələbinə əsasən gömrük orqanında şəxsi yoxlama, həmçinin avtomaşında yoxlama keçiriləndə və mallar və ya sənədlər götürülərkən videoçəkiliş istifadə edilmədikdə birməlanı şəkildə işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış ən azı 2 hal şahidinin iştirakı məcburidir. Bu qanunun imperativ tələbidir. Qanun normasının mənasına görə bu tələbə əməl edilməyən istənilən hüquqi prosedur, prosessual hərəkət qanunsuz sayılmalıdır. İşdəki mötəbər sübutlardan görünür ki, Şahid2 və Şahid1 faktiki olaraq xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs avtomaşınında keçirilən yoxlama və götürmədə iştirak etməmişlər. Şahid2 və Şahid1 məhkəmədə verdikləri ifadələrində gömrük işçisi tərəfindən təqsirləndirilən şəxsin avtomaşınında kağız bükümdə narkotik vasitənin tapıldığının onlara bildirildiyini, həmin bükümün açılaraq içində nə olduğunun onlara göstərilmədiyini, bu zaman Şahid2 avtomaşında yoxlama aparılanda Təqsirləndirilən şəxs maşından kənarda sol tərəfdəki qapıda dayandığını, Şahid1 isə həmin vaxt Təqsirləndirilən şəxs avtomahşının içində, sürücünün oturacağında oturduğunu bildirmişlər. Eyni bir prosesi izləyən və görmə və qavrama qabiliyyətlərində heç bir qüsur aşkar olunmayan hal şahidlərinin bu prosesdəki detalları bir-birinə zidd olan formada təsvir etməsi onların həmin prosessual tədbirdə iştirakını şübhə altına alır. Eyni zamanda, hal şahidləri yoxlama və götürmə zamanı həmin vaxt narkotik vasitənin tərəzidə çəkilməsini bildirsələr də, bu iş materialları ilə təsdiqini tapmır. Belə ki, avtomaşında yoxlama və götürmə talvarda, açıq havada olmuş və orada hər hansı yerdə tərəzi yerləşdirilməmişdir. Qeyd olunanlar avtomaşında sözügedən yoxlama və götürmənin (faktiki axtarış və götürmənin) qanunun tələblərinə zidd olaraq keçirilməsini və qanunsuz şəkildə protokollaşdırılmasını əyani şəkildə göstərir. Şahidlər Şahid2 və Şahid1 məhkəmədə verdiyi ifadələri ilə ibtidai istintaqda verdiyi ifadələri arasında olan bu ziddiyyətlər ittiham orqanı tərəfindən aradan qaldırılmamış və bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmin şahidlərin məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələrindəki ziddiyyətə hüququi qiymət verərək, həmin şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini işin halları və işdəki mötəbər sübutlarla ziddiyyət təşkil etdiyi üçün mötəbər sübutlar kimi qəbul etmir. Məhkəmə eyni zamanda Şahid2 və Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi məlumatları işin həqiqi müəyyən olunmuş halları kimi qəbul edir. Həmin hallarla da Təqsirləndirilən şəxs məxsus avtomaşında yoxlama və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokolu, həmin protokol əsasında təqsirləndirilən şəxsin avtomaşınından «götürülən» qurudulmuş marixuanadan ibarət maddi sübutu, xx xxxxxx 2019-cu il tarixli, 622 saylı eksperiza rəyini, Şahid2 və Şahid1 ifadələrini ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qəbul etmir. Şahid2 və Şahid1 verdiyi ifadələrin ittihamın təsdiqi üçün mötəbər sübut sayılmaması əsası o halla da təsdiq olunur ki, həmin şəxslərin hal şahidi qismində yoxlama və götürmədə (faktiki axtarış və götürmədə) iştirakı real olaraq həyata keçirilməmiş, qanunsuz olaraq tərtib edilmiş protokola imza edilməklə sırf formal xarakter daşımışdır. Bu şəxslərin hansısa əsaslara görə əvvəllər də hal şahidi qismində bu səpkili işlərə cəlb olunması bunu bir daha sübut edir. Belə ki, Şahid2, Balakən Rayon Məhkəməsində baxılan X6 Azərbaycan Respublikası CMin 206.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-63/2018 saylı, xx.xx.2018-ci il tarixli hökm), X15 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1 (019)-74/2018 saylı, xx.xx.2018-ci il tarixli hökm), X23 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-17/2018 saylı, xx.xx.2018-ci il tarixli hökm), Davit Glontinin Azərbaycan Respublikası CM-in 206.2 maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)- 57/2019 saylı, 14.xx.xx.2019-cu il tarixli hökm), X1 Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işində (№ 1(019)-52/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), Başparmak Orhan Mustafa oğlunun Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)23/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), Kol Erkanın Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1 (019)-40/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), X3 AzərbaycanRespublikası CM-in 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-70/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), X17 Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-21/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), X9 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-16/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm), Şirəliyev RəşadCahangir oğlunun Azərbacan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1 (019)-71/2019 saylı, xx.xx.2019-cu il tarixli hökm) və Giorgidze Avtandilin Azərbaycan Respublikası CM-in 206.2-cı maddəsilə olan cinayət işində hal şahidi qismində iştirak etmiş, Şahid1,X11 Azərbaycan Respublikası CMin 206.2-cı maddəsilə təqsirləndirilməsinə dair cinayət işində (1(019)-13/2020 saylı, xx.xx.2020-ci il tarixli hökm) hal şahidi qismində iştirak etmişdir. Məhkəmə eyni zamanda Şahid3 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun ifadəsi verilmiş ittihamla bağlı təqsirləndirilən şəxsin təqsirli bilinməsi üçün mötəbər sübut ola bilməz. Belə ki, Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində xx xxxxxx 2019-cu il tarixdə avtomaşında yoxlama və götürmə zamanı hal şahidlərinin və tərcüməçinin iştirak etdiyini, yoxlama zamanı Təqsirləndirilən şəxs avtomaşınından narkotik vasitə tapıldığını bildirdiyi halda, məhkəmədə verdiyi ifadəsində həmin vaxt Təqsirləndirilən şəxs avtomaşınında yoxlama aparılanda və tərəfindən avtomaşının salonunda narkotik vasitə tapılanda hal şahidlərinin və tərcüməçinin iştirak etmədiyini, onların sonradan dəvət olunduğunu göstərmişdir. Hal şahidləri Şahid2 və Şahid1 məhkəmədə verdiyi ifadələrində həmin prosesdə tərcüməçinin olmaması və Şahid3 Təqsirləndirilən şəxs ilə rus dilində danışmasını qeyd etmişlər. Təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində hal şahidlərinin xx xxxxxx 2019-cu il tarixdə keçirilməsi göstərən avtomaşında yoxlama və götürmədə (faktiki axtarış və götürmədə) iştirak etmədiklərini, onun heç bir hal şahidini görmədiyini söyləmişdir. Göstərilənlər Şahid3 ifadəsinin işin həqiqi hallarına uyğun olmamasını, qanunları pozmaqla həyata keçirilmiş xx xxxxxx 2019-cu il tarixli avtomaşında yoxlama və götürməyə (faktiki axtarış və götürmə), bu yoxlama və götürmənin nəticələrinə dair protokola və bu qanunsuz aparılmış yoxlama və götürmə (faktiki axtarış və götürmə) nəticəsində qanunsuz yolla əldə edilmiş mddi sübutaqurudulmuş marixuanaya söykənməsini göstərməklə bu ifadənin mötəbər olmamasını açıq göstərir. Məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut- Təqsirləndirilən şəxs avtomaşınının salonunda «tapılan» narkotik vasitə (qurudulmuş marixuana) ilə bağlı olmuşdur. İş materiallarında da əsas sübut olan maddi sübut olmadığı halda, bu şahidlərin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlaması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eynilə məhkəmə tərəfindən iş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli, 67 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi də aşağıda göstərilənlərə əsasən mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin rəy də mənbə olaraq Təqsirləndirilən şəxs avtomaşınından qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta-qurudulmuş marixuanaya söykənmişdir. İttihamın əsasını təşkil edən maddi sübut mötəbər sübut sayılmadığı halda, bu sübutdan doğan ambulator-məcburi narkoloji tibbi yoxlamanın rəyi və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəy Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut etmir. Belə ki, ki, Təqsirləndirilən şəxs şəxsi istelak miqdarında narkotik vasitə-qurudulmuş marixuananı istehlak edib, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə də onda çətənə bitkisi preparatlarından sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyi aşkar oluna bilərdi. Həmin rəydə Təqsirləndirilən şəxs məhz cinayət əməli törətməklə onda bu xəstəliyin aşkar olunması qeyd edilmir. Təqsirləndirilən şəxs narkomaniya xəstəlyinin aşkar olunmasının ona istinad olunan cinayət əməli ilə bağlı olması nə bu rəylə, nə də işdəki digər sübutlarla təsdiqini tapmır. Hətta rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin qurudulmuş marixuana olan narkotik vasitəni qanunsuz olaraq əldə edib, kömrük sərhəddindən bəyan etməməklə keçirməsinin sübutu anlamına gəlmir. Bundan başqa, həmin rəyin konkret olaraq, hansı tədqiqat metodlarına, anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəydə göstərilməmişdir. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin (çətənə bitkisi preparatlarından sui-istifadə etməsi ilə nəticələnən) aşkar olunması göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə həmin ambulator məcburi- narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 67 №-li rəyini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi məhkəmə istintaqı zamanı mötəbər sübutların tədqiqi əsasında müəyyən olunmuş işin həqiqi halları uyğunluq təşkil etdiyindən və onun iradə ifadəsinin nəticəsi olduğundan mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdımada bu xüsusda şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ifadələri isə onun prosessual hüquqlarının, xüsusən ədalətli məhkəmə araşdırması hüquququnun pozulması ilə bilavastə bağlı olduğundan (yuxarıda bu pozuntular göstərilmişdir) iradə ifadəsini əks etdirməmişdir. Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmuyu ilə təsdiqini tapmamışdır. Əksinə onun məhkəmə iclasında verdiyi ifadəsi işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində ona qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrində narkotik vasitənin ona aid olmadığını bildirdiyi halda, bu məlumata heç bir hüquqi qiymət verilməmiş və o, əsaslı sayılmamışdır. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutun və bunun əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs isə ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-in 206.2-ci maddəsindəki ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hazırki iş üzrə ittihamın əsassız olmasını o halla da qeyd edlir ki, ittihamda narkotik vasitənin xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi göstərilir. Ancaq işdə ki xx.xx.2019-cu il tarixli yoxlama və götürmə protokolunda yoxlamanın və götürmənin 12:00-12:40-da keçirilməsi və protokollaşdırılması qeyd olunur. Saat 12 radələri 12 ətrafında olan dəqiq olmayan vaxt məfhumudur. Yoxlama və götürmənin saat 12:40-da bitdiyi və məhz bundan sonra təqsirləndirilən şəxsin avtomaşınında ehtimal olunun narkotik vasitənin “aşkar olunmasının” müəyyən edildiyi halda, həmin vaxtdan əvvəl Ordjonıkıdze Davıtının narkotik vasitəni qaçaqmalçılıq yolu ilə sərhəddən keçirməsi qənaətinə gəlinməsi ittihamın əsaslı olmasına böyük şübhə doğurur. Həmçinin gömrük əməkdaşı Şahid3 ifadəsində avtomaşının qabaq sağ qapı hissəsinin rəfində narkotik vasitənin tərəfindən aşkar olunmasını, bu zaman Ordjonıkıdze Davıtının avtomaşının qabaq sol qapı hissəsi tərəfdə olduğunu və avtomaşının sağ qapı hissəsini açarkən Ordjonıkıdze Davıtının onu görmədiyini bildirmişdir. Ordjonıkıdze Davıtı da gömrük əməkdaşı onun avtomaşının qabaq sağ qapı hissəsini açarkən gömrük əməkdaşının yanında olmadığını, bu zaman avtomaşının sol qabaq qapı hissəsi tərəfdə olduğunu və gömrük əməkdaşının avtomaşının sağ qabaq qapı hissəsini yoxlayanda orada olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifasində həmin narkotik vasitənin ona aid olmadığını, narkotik vasitəni avtomaşınına qoymadığını, bu vasitəni onun xəbəri olmadan kiminsə ora qoymasını göstərmişdir. Belə olan halda hətta təqsirləndirilən şəxsin avtomaşınında narkotik vasitənin tapılması ehtimal edilsə belə, heç bir mötəbər sübut olmadan həmin vasitənin məhz Ordjonıkıdze Davıtıya məxsus olması və onun tərəfindən qaçaqmalçılıq yolu ilə sərhədən keçirilməsi nəticəsinə gəlinməsi sırf ehtimal xarakteri dayışır və bu mülahizə heç bir mötəbər sübutla təsdiqini tapmır. Həmin qurudulmuş marixuananın olduğu güman edilən kağız bükümdə Ordjonıkıdze Davıtının əl-barmaq izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmədaktiloskopik ekspertizası belə təyin olunub, keçirilməmiş,beləliklə də iş üçün vacib olan hal-kağız bükümdə Ordjonıkıdze Davıtının əl-barmaq izlərinin olub-olmamaması müəyyənləşdirilməmişdir. Halbuki, həmin məhkəmə ekspertizasının rəyi ilə həmin kağız bükümdə Ordjonıkıdze Davıtının əl-barmaq izlərinin aşkar olunduğu şəraitdə həmin narkotik vasitənin məhz ona məxsus olması və onun tərəfindən avtomaşına qoyulmaqla qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi qənaətinə gəlmək müəyyən qədər əsaslı olardı. Ancaq işdə bunu təsdiq edən belə bir ekspertiza rəyi və ya digər mötəbər sübutyoxdur. İş üzrə gömrük əməkdaşı və hal şahidlərinin ifadələri ilə, nə də başqa sübutlarla da avtomaşının sağ qapı tərəfindən aşkar edilməsi göstərilən narkotik vasitənin məhz Ordjonıkıdze Davıtıya məxsus olması, onun tərəfindən avtomaşına qoyulması və qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi təsdiq və sübut olunmur. Belə ki, gömrük əməkdaşı və hal şahidləri narkotik vasitənin Ordjonıkıdze Davıtı tərəfindən Gürcüstanda əldə olunmasını və avtomaşına qoyulmasını görməmişlər, təqsirləndirilən şəxs də həmin narkotikin ona aid olmadığını bildirmişdir. Ona görə də gömrük əməkdaşı və hal şahidlərinin ifadələri əsasında həmin narkotik vasitənin məhz Ordjonıkıdze Davıtıya məxsus olması, onun tərəfindən avtomaşına qoyulması və sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilməsinin onun qəsdi ilə əhatə olunması nəticəsinə gəlmək əsassızdır. Eynilə işdə olan narkotik vasitədən ibarət maddi sübut, məhkəmə-bioloji ekspertizasının və məhkəmətibbi-narkoloji yoxlamanın rəyləri və ittihamın təqdim etdiyi digər sübutlarda bu narkotik vasitənin məhz Ordjonıkıdze Davıtıya məxsus olmasını və onun tərəfindən avtomaşına qoyulmasını sübut etmir. Avtomaşının sağ qapı tərəfində tapılması güman edilən narkotik vasitənin büküldüyü kağızda Ordjonıkıdze Davıtınınəl-barmaq izlərinin aşkar edilmədiyi, bu vasitənin təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi, məhz ona məxsus olması və onun tərəfindən avtomaşına qoyulması barədə heç bir mötəbər sübutlar olmadığı, həmçinin avtomaşında yoxlama və götürmə aparılarkən və o, şübhəli şəxs qismində tutularkən prosessual qanunvericiliyin kobud şəkildə pozulması və Ordjonıkıdze Davıtının müdafiə və sair hüquqlarının kobud pozuntusu halında həmin narkotik vasitənin Ordjonıkıdze Davıtıya məxsus olması və onun tərəfindən avtomaşına qoyulmaqla qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsi əsaslı şübhə doğurur.Bu şübhə onunlada möhkəmlənirki, təqsirləndirilən şəxs Ordjonıkıdze Davıtının məhkəmədə verdiyi ifadəsinə görə benzin ucuz oduğu üçün onun dəfələrlə Azərbaycan Respublikasına avtomaşını ilə gəlməsi və benzin vurub geri qayıtması, bu vaxtlar onun avtomaşınında narkotik vasitənin aşkarlanmaması və narkotik vasitəilə Azərbaycan Respublikasına gəlməsinin məsuliyyətə cəlb olunacağı nöqteyi-nəzərindən riskli olmasını bildiyi halında avtomaşınında narkotik vasitə saxlaması və bunun gömrük işçiləri tərəfindən xx xxxxxx 2019-cu il tarixdə avtomaşınında “aşkarlanması” ağlataban deyildir. Həmçinin, Gürcüstanda qurudulmuş marixuananın istifadə edilməsinə icazə verilməsi şəraitində onun həmin vasitəni Gürcüstanda istifadəsini həyata keçirməsinin daha ağlabatan olması, bununüçün həmin marixuananın Azərbaycana gətirilməsinə lüzum olmaması, avtomaşınına benzin doldurub tez Gürcüstana qayıtması və həmin istifadəni həyata keçirə bilməsi, narkotiklərin saxlanması və istifadəsinə görə cinayət məsuliyyətinin və inzibati məsuliyyətin müəyyən olunması ilə bağlı Azərbaycana narkotiklərlə gəlməyin təhlükəli olması halında təqsirləndirilən şəxsin heç bir əsaslı məqsəd olmadan narkotik vasitəilə sərhəddən keçməsi və bununlada özünü ağlasığmaz riskə atması normal, sağlam ağıl və məntiqə sığmır. İşdəki sübutlardan isə görünür ki, təqsirləndirilən şəxs psixi cəhətdən sağlamdır, öz hərəkətlərinin xarakterini başa düşüb onları dərk etmək və idarə etmək iqtidarındadır. Əks nəticəyə gəlmək üçün isə işdə heç bir mötəbər sübut yoxdur. O da qeyd edilməlidir ki, narkotik vasitə təqsirləndirilən şəxsin avtomaşınının sağ qapısının rəfində, yəni gözlə görünən açıq və asan bir yerdə «aşkarlanmış» və təqsirləndirilən şəxsin üstündə aparılmış şəxsi yoxlama zamanı heç bir qanunla qadağan olunmuş predmet və vasitə aşkar olunmamışdır. Belə ki, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə sər həddən keçirilməsi üçün bu vasitələrin gözlə görünən adi açıq yerdə deyil, gizli, xüsusi hazırlanmış yerdə gizlədilməsi daha ağlabatandır. Bu hallarda təqsirləndirilən şəxsin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını şübhə altına alır. İttiham tərəfi də nə ibtidai istintaq mərhələsində, nədəməhkəmə baxışında bu əsaslı şübhələri aradan qaldıran və təqsirləndirilən şəxsin ittiham olunduğu maddə üzrə təqsirli bilinməsinə əsas yaradan hər hansı mötəbər sübut əldə etməmiş və məhkəməyə təqdim etməmişdir. İttihamın topladığı sübutlar qanunsuz yolla əldə edilmiş sübutlardır və mötəbər deyildir, ittihamda sırf ehtmallara əsaslanmışdır. Ehtimallar isə şəxsin təqsirli bilinməsi üçün yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs bəraət verilməsi barədə gəldiyi hüquqi mövqe ilə razılaşır və hesab edir ki, apelyasiya protestinin hökmün ləğv edilməli olması barədə dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv olunması üçün əsas ola bilməz. İşin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz (CPM-in 399.3cü maddəsi). Belə ki, cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtlərindən bəhs edən İİ fəslinin CPM-in 26-cı maddəsinə əsasən,cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: -cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək: -ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək (mad. 26.2.1-26.2.2). Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: -ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək; -tərcüməçinin köməyindən pulsuz istifadə etmək (mad. 90.7.11-90.7.12). Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək (mad. 153.2.9). Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (mad. 33). Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad.144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad. 145). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir(mad. 125.2.1, 125.2.3, 125.2.7). Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (mad. 125.3). CPM-in tələbinə əsasən, axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər (mad. 243.1). Təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər (mad. 243.3). -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini, -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini, -yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və -yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir (mad. 243.4). Axtarış və ya götürmə zamanı azı iki hal şahidinin iştirakı məcburidir (mad. 244.1). Şübhəli və təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu arzusunu təmin etməlidir (mad. 244.2). Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydləri vermək hüququna malikdirlər (mad. 244.6). Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən, ilkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar(maddə 64.4). -Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər (maddə 99.4). “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarın5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-in 82.5-ci maddəsi və sair ). Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Həmin Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-in 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır.Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (bu Qanunla təsdiq edilmiş siyahıya) əsasən qurudulmuş marixuana-kannabisin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla daxil olmaqla) yuxarı həddi 5 qram müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya protestinin Təqsirləndirilən şəxs bəraət verilməsinin qanunsuz olması barədə dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyasiya protestinin dəlillərindən biri ondan ibarətdir ki, cinayət işi üzrə dövlət ittihamı xx xxxx 2020-ci il tarixə kimi Dövlət ittihamçısı1, həmin tarixdən xx xxxx 2020-ci il tarixə kimi isə Dövlət ittihamçısı2 tərəfindən müdafiə edilsə də, məhkəmə bəraət hökmündə iştirak edən şəxslərin tərkibində dövlət ittihamçısı kimi yalnız Dövlət ittihamçısı2 göstərmiş, digər dövlət ittihamçısını göstərməmiş, həmçinin onu dəvət etməmiş, cinayət prosesinin sonrakı mərhələsində iştirak edib-etməyəcəyini aydınlaşdırmamış və yekun məhkəmə hökmünün surətini həmin dövlət ittihamçısına göndərməmişdir. CPM-ə əsasən, məhkəmə hökmünün giriş hissəsində dövlət ittihamçısı (soyadı, adı, atasının adı və vəzifəsi) göstərilməlidir (mad. 353.1.6). Məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya) , mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir (mad. 358.1.1). Apelyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir (mad. 383.2.)... Apelyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apelyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir (mad. 390.2). Göründüyü kimi, məhkəmə hökmünün məhkəmə iclasında iştirak etməyən və ya əvvəlki məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısına göndərilməsi və ya hökmün giriş hissəsində dövlət ittihamçısının göstərilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də apelyasiya protestinin bununla bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya protestinin cinayət işi üzrə dövlət ittihamçısı kimi məhkəmənin xx xxxx 2020, xx xxx 2020, xx xxx 2020, xx xxxx 2020, xx xxxx 2020, xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixli iclas protokolları ilə tanış olarkən həmin protokolların tərtibi zamanı məhkəmə iclaslarında faktiki baş vermiş halların qeyd olunmaması və ya təhrif olunmasının müəyyən edilməsi barədə dəlilləri ilə də razılaşmır. Belə ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx xxxx 2020, xx xxx 2020, xx xxx 2020, xx xxxx 2020, xx xxxx 2020, xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixli iclas protokollarına verilmiş qeydlər əsassız olmaqla, həqiqətə uyğun olmadıqlarından təsdiq edilməmişdir. Apelyasiya protestində daha bir dəlil kimi göstərilmişdir ki, təhqiqatçısı Natiq Əmirov tərəfindən dövlət hesabına müdafiəçi qismində xx.xx.2019-cu il tarixdə Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 dəvət edilmiş, vəkil müvafiq cinayət prosesinə qoşulmuş, lakin cinayət işi Dövlət Gömrük Komitəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinə verildikdən sonra isə təqsirləndirilən şəxs Orjomkıdze Davıtı istintaqı aparan müstəntiq Anar Hacıyevə ərizə ilə müraciət edərək Müdafiəçi1 hüquqi yardımından imtina etmiş, onun imtinası qəbul edilərək xx xxxxxx 2019-cu il tarixli qərarla Bakı şəhəri “Mərkəz Vəkil Bürosu”nun vəkili Ramiz Mirzəyev müdafiəçi qismində cinayət prosesinə buraxılmış və vəkil Müdafiəçi1 şübhəli şəxsin müdafiəçisi qismində iştirakına xitam verilmişdir. Ancaq Balakən Rayon Məhkəməsi Müdafiəçi1 yenidən təqsirləndirilən şəxs Orjomkıdze Davıtının razılığı ilə onun müdafiəçisi kimi dəvət etmiş və vəkil müvafiq qaydada yenidən cinayət prosesinə qoşulmuşdur. Məhkəmə kollegiyası apelyasiya protestinin bu dəlili ilə də razılaşa bilmir. Belə ki, CPM-in 92.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz. İşdən görünür ki, Müdafiəçi1 ilə bərabər Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini daha səmərəli təmin etmək üçün Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən digər vəkil Müdafiəçi2 da cinayət prosesinə qoşulmuşdur. Belə olan halda bir dəfə iştirakına xitam verilmiş vəkilin yenidən həmin təqsirləndirilən şəxsə müdafiəçi təyin edilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Apelyasiya protestində daha sonra göstərilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 ifadəsi Təqsirləndirilən şəxsnin xeyrinə təhrif olunmuşdur. Məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Belə ki, şahidlər Şahid3 və Şahid2 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrdən də aydın olur ki, Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılarkən və onun avtomaşınına ilkin baxış keçirilərkən tərcüməçi və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə, bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinin iclas protokollarına qeyd də verilməmişdir. Halbuki, CPM-in 51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra üç gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə üç gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir. Lakin bunula bağlı məhkəmə iclas protokoluna heç bir qeyd verilmməişdir. Ona görə də apelyasiya protestinin bu dəlili də əsaslı sayıla bilməz. Apelyasiya protestinin başqa bir dəlili ondan ibarətdir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs ilkin dindirmə zamanı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərəkən, habelə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərəkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş, avtomobilindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, gömrük nəzarətindən qərəzli olaraq gizlətmədiyini etiraf etmiş, məhkəmə də onun göstərdiklərini işin həqiqi halları kimi qəbul etmiş, lakin bu faktların həqiqiliyini yoxlamamışdır. Apelyasiya protestinin bu dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CMP-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həm birinci instansiya məhkəməsi, həm məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilmədiyini göstərmişdir. İbtidai araşdırma zamanı ona qarşı irəli sürülmüş cinayət əməlini etiraf etməsinin səbəbi ilə bağlı verilən suala cavab olaraq bildirmişdir ki, Bakıdakı tərcüməçi və özünü vəkil adlandıran Zal adlı şəxs mənə dedilər ki, deyilənləri üzərinə götür, səni tez buraxacaqlar, barəndə ev dustaqlığı seçiləcək. Ona görə də məhkəmədə narkotik vasitənin mənə aid olduğunu dedim və bununla səhv etdim. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edilmədiyi halda, onun əsası olmayan vədlərə görə verilən ittihamda təqsirini etiraf etməsi bəraət almış şəxs Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün əsas ola bilməz. Apelyasiya protestində daha sonra göstərilmişdir ki, məhkəmə cinayət işi üzrə məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 67 saylı rəyini də mötəbər sübut kimi qəbul etməyərək öz hökmündə göstərmişdir ki, ekspertlər konkret olaraq hansı tədqiqat metodlarına, anamnez məlumatlara, qan və sidik məlumatlarına əsaslandığını rəydə qeyd etməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs təqsiri ümumilikdə Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün ayrılıqda onda narkomaniya xəstəliyinin aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasının məsləhət görülməsinə dair ekspert rəyi məsələnin həllinə təsir edən, habelə Təqsirləndirilən şəxs təqsirləndirilməsinin əsasını təşkil edən sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya protestinin cinayət prosessual qanunvericiliyin mənasına görə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq maddəsinin pozuntusu və Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi məsələləri bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilsə də, nəticəvi hissədə konkret şəxsə münasibətdə Avropa Konvensiyasının hansısa maddəsinin pozuntusunun müəyyən edilməsinin məhkəmələrə cinayət prosessual qanunvericiliklə verilmiş səlahiyyətlərdən kənara çıxmasına dair dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşır. Belə ki, CPM-in 9-cu (Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı) maddəsinə əsasən, bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: 9.1.1. cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 9.1.2. insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Eyni zamanda, CPM-in tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur (mad. 10). Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (mad. 318.1). Eyni zamanda, CPM-in 353.5-ci maddəsinə əsasən, bəraət hökmünün nəticəvi hissəsində aşağıdakılar göstərilməlidir: 353.5.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və ona bəraət verilməsi haqqında qərar; 353.5.2. məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi; 353.5.3. məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi; 353.5.4. mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi); 353.5.5. maddi sübutların həlli; 353.5.6. məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə qaydasının izahı. Bundan əlavə, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göründüyü kimi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarının da rəhbər tutulması və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunsa də, məhkəmələrə bəraət hökmünün nəticəvi hissəsində “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq maddəsinin pozuntusunun müəyyən edilməsi səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (maddə 21.3). Məzmununa görə, yəni CPM-in bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmasını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. CPM-in 138.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır (CPM-in 349.5.1-ci maddəsi). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-in 351.2-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş,ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. CPM-in 10.1, 349.4-cü maddələrinə əsasən, məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Eyni zamanda, həmin Məcəllənin 399.2-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi bəraət hökmünü yalnız təqsirləndirilən şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsaslanaraq dəyişdirə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmün nəticə hissəsindən Avropa Konvensiyasının pozuntusunun müəyyən edilməsinə dair müddəaların xaric edilməsi təqsirləndirilən şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsaslanmadığından hökm dəyişdiriə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya protesti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli, hökmün nəticə hissəsindən Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsinə dair müddəalar xaric edilməli və hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya protesti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin və hökmün nəticə hissəsindən Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsinə dair müddəalar xaric edilsin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar