Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-136/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, Təqsirləndirilən şəxs Məmməd oğlu və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxx 1986-cı il tarixdə Ağdam rayonu, Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan, hazırda Yevlax rayonu, Yeni köçkün qəsəbəsi 3/44 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Məmməd oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli hökm icraya yönəldiyi gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba keçirilsin. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X2 mülki iddiası baxılmamış saxlanılması, mülki iddiaçı X3 mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. işin halları: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Məmməd oğlu məhkum olunmuşdur ona görə ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Bakı-ŞamaxıYevlax yolunun Yevlax rayonu ərazisindən keçən 267-ci kilometrində idarə etdiyi Mercedes-Benz Vito 115C markalı B4250E15 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək özündən qarşıda eyni istiqamətdə hərəkətdə olan bir rəst atı vurmuş, nəticədə ehtiyatsızlıqdan atın üstündə olan Zərərçəkmiş şəxs1 Nağı oğluna xəsarətlər yetirərək onun ölümünə, habelə atın sahibi Zərərçəkmiş şəxs2 1,200 manat məbləğində maddi ziyan vurmaqla bir rəst atın tələf olunmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Abbasov X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və mülki iddianın təmin edilməsi barədə iş üzrə yeni hökm çıxarılmasını xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs Məmməd oğlu və onun müdafiəçisi Müdafiəçi çıxışında apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs Məmməd oğlu əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxsin qohumları ilə dəfələrlə barışıq üçün cəhdlər etmişlər. Lakin, zərərçəkmiş şəxsin qohumları ondan 115.000 manat pul tələbi barədə iddia qaldırdıqları üçün həmin danışıqlar faydasız olmuşdur. Onun öz ailəsi ilə barəbər bacısının da ailəsi onun himayəsindədir. O, həbs edilərsə həmin şəxslərə maddi cəhətdən köməklik edəcək başqa bir kəs yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasındakı çıxışında Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və mülki iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə ağırlaşdırılmaqla dəyişdirilməsini, onun barəsində 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi, onun nümayəndəsi, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə ağırlaşdırılmaqla dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli hesab etməyərək söyləmişdir ki, xx xxxxx 2019-cu il tarixdə dostu Pərvizlə birlikdə idarə etdiyi özünə məxsus X13 115C markalı avtomobillə Mingəçevir şəhərinə gedərkən, avtomobili o idarə etmiş, Pərviz isə yanında qabaq sağ oturacaqda əyləşmişdir. Yevlax şəhərindən Mingəçevir şəhərinə yola düşəndə saat 00:30 olardı. Saat təxminən 01 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Hava qaranlıq olmuş, avtomobilinin işıqları yanılı halda olmaqla yolu kifayət qədər məsafədə işıqlandırmışdır. Bu məqamda qarşısına at çıxmış və o heç bir tədbir görə bilməmiş, idarə etdiyi X13 115C markalı V4250E15 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol tərəfi ilə atı vurmuşdu. Atı vurandan sonra at avtomobilin üzərində olmaqla idarə etdiyi avtomobil təxminən 35-40 metr məsafədə irəliyə hərəkət etmiş, o, avtomobili yolun kənarında saxlamış və at sürüşüb yolun hərəkət hissəsinə düşmüşdür. O, Pərvizlə avtomobildən düşmüş, ata yaxınlaşanda görmüşlər ki, at can verir. Təxminən 10-15 dəqiqədən sonra hadisə yerinə YPX əməkdaşı gəldikdən sonra onlar atı sürüyüb yolun kənarına çəkmişlər. Polis əməkdaşı bildirmişdir ki, atın yəhəri olduğundan mütləq onun sahibi olmalıdır və bu səbəbdən hadisə yerinin kənarında atın sahibini axtarmağa başlamış, lakin heç kimi tapmamışdır. Öz mobil telefonunun şarjı bitdiyi üçün dəqiq yadında deyil, ya Pərviz, ya da ki, polis əməkdaşının telefonu ilə qaynına zəng edib at vurmağı barədə məlumat vermişdir. Onlar hadisə yerində olan zaman, onların getdiyi istiqamətdən gələn yük avtomobilinin sürücüsü onların yanında saxlayıb bildirmişdir ki, arxada yolun kənarında yaralı adam var. Onlar təxminən 80-90 metr geriyə qayıdanda yolun sağ kənarında orta yaşlı kişinin yaralı vəziyyətdə yerdə uzandığını görmüşlər, polis əməkdaşı təcili-tibbi yardıma məlumat verib hadisə yerinə çağırmışdır. Bir qədər sonra təcili-tibbi yardım briqadası gəlib adını sonradan bildiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs1 xəstəxanada olan zaman onun qohumları onu xəstəxanada ziyarət etmiş və ona zəruri olan dərman preparatları almaqla maddi yardım göstərmişlər. Hətta Zərərçəkmiş şəxs1 xəstəxanadan çıxardıqdan sonra onu Bakı şəhərində xəstəxanaya aparmağı onun arvadına təklif etsələr də, sonuncu, bundan imtina etmişdir. Atı vuran zaman onun üstündə atlı olmamışdır. Güman edir ki, Zərərçəkmiş şəxs1 həmin zaman yol kənarı ilə getmiş və onu başqa bir nəqliyyat vasitəsi vurmuşdur. Ona qarşı verilmiş mülki iddianın təmin edilməməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı Rayisə Nağıyeva bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun əri olmuşdur. Zərərçəkmiş şəxs1 təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Hadisədən bir neçə gün əvvəl özünə at almışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında at məhəllədən qaçdığı üçün Azad, onun qardaşı Firaminə məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. O evdən çıxan vaxt saat təxminən 23:00 olardı. Gecə saat təxminən 01 radələrində kəndçilərdən kimsə zəng edib bildirmişdir ki, Azadı magistral yolda avtomobil vurub. Onlar dərhal evdən çıxıb X1 getmişlər. Orada məlum olmuşdur ki, Azadı reanimasiya şöbəsinə yerləşdiriblər, vəziyyəti ağırdır. Hadisə barədə maraqlananda məlum olmuşdur ki, Azad atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Həmin avtomobilin sürücüsünü xəstəxanada görməmişlər, təxminən 1 saatdan sonra həmin sürücünün yaxınları olan, tanımadığı 2-3 kişi xəstəxanaya gəlmişlər. Əvvələvvəl sürücünün qohumları Azadın müalicəsi üçün bir müddət köməklik etsələr də, sonradan heç bir köməklik göstərməmiş, ümumiyyətlə xəstə ilə maraqlanmamışlar. Azad təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3-də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. Azad bildirmişdir ki, onu vuran sürücü ilə bir nəfər onu sürüyərək yolun kənarına çəkmişlər ki, izi itirsinlər. Avqustun 20-də xəstəxanadan bildirmişlər ki, Azadın müalicəsini ev şəraitində də davam etdirsin. Onlar razılaşmasa da, həkimlər məcbur etmişlər ki, onu evə aparsınlar. Məcbur qalıb ayın 20-si onu xəstəxanadan çıxarıb kəndə aparmışlar. Sentyabr ayının 3-də, axşam saatlarında Azadın vəziyyəti pisləşmiş və o, ölmüşdür. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs onlardan üzr istəməmiş, onlara vurulmuş maddi zərəri ödəməmişdir. Belə ki, ərinin qəbir daşı üçün 6,000, cənazə aparmaq üçün avtomobilə 100 manat, tabut üçün 250 manat, cənazə yuyan molla üçün 100 manat, üç mərasimi üçün 2,000 manat, kişi mollaya 100 manat, qadın mollaya 60 manat, birindən üçünədək süfrə yeməkləri 2,000 manat, üçündən yeddisinə qədər 4-cü gün 300 manat, 5ci gün 400 manat, 6-cı gün 300 manat, yeddisində 360 manat, qadın mollası 50 manat, kişi mollası 150 manat, 5 cümə axşamı üçün hər dəfə 200 manat, mərhumun qırx mərasimində 2,000 manat, qadın və kişi mollası üçün 150 manat xərcləmiş, atın ölməsi nəticəsində 1,200 manat, ümumi 15,820 manat maddi ziyanın, mənəvi ziyan olaraq 100,000 manatın və ödənilmiş dövlət rüsumu olan 30 manat pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması və ona qanunverciliklə nəzərdə tutulan ağır cəzanın verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Rayisə Nağıyeva onun bacısıdır, mərhum Zərərçəkmiş şəxs1 isə həmin bacısının əri olmuşdur. Azad təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Hadisədən bir neçə gün əvvəl özünə at almış, xx.xx.2019-cu il tarixdə axşam saatlarında həmin at məhəllədən qaçdığı üçün Azad ona məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. O evdən çıxan vaxt saat təxminən 23:00 olardı. Gecə saat, təxminən 01:00-da kimsə zəng edib məlumat vermişdir ki, Azadı magistral yolda avtomobil vurmuşdur. Hadisə barədə maraqlananda məlum olmuşdu ki, Azad atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində ona məxsus atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Azad təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3-də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. Ona məxsus at yol məqliyyat hadisəsi zamanı öldüyündən ona 1,200 manat məbləğində maddi ziyan dəymişdir. Lakin, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmiş, buna heç bir cəhd etmişdir. Təqsirləndirilən şəxs ağır cəzanın təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atası olmuşdur. Hadisədən bir neçə gün əvvəl atası özünə at almışdı. xx.xx.2019-cu il tarixdə axşam saatlarında at məhəllədən qaçdığı üçün, atası, onun dayısı Firaminə məxsus atla həyətdən çıxıb həmin atı axtarmağa getmişdir. Gecə saat təxminən 01:00-da, evdə yatdıqları zaman kəndçilərdən kimsə zəng edib məlumat vermişdi ki, Azadı magistral yolda avtomobil vurub. Onlar dərhal evdən çıxıb X1 getmişlər. Orada məlum olmuşdur ki, atası reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə barədə maraqlanarkən məlum olmuşdur ki, atası atı axtarmaq üçün yolun kənarı ilə Xaldan istiqamətində atın üstündə hərəkət edərkən arxadan gələn Mercedes-Benz Vito markalı avtomobil tərəfindən vurulmuşdur. Həmin avtomobilin sürücüsünü xəstəxanada görməmişdir. Lakin, təxminən 1 saatdan sonra sürücü tərəfdən tanımadığı 2-3 kişi xəstəxanaya gəlmiş və bildirmişlər ki, yol nəqliyyat hadisəsini törədən sürücünün yaxınlarıdırlar. Əvvəl-əvvəl sürücünün qohumları atasının müalicəsi üçün bir müddət köməklik etsələr də, sonradan heç bir köməklik göstərməmiş, ümumiyyətlə xəstə ilə maraqlanmamışlar. Atası təxminən 4 aya yaxın xəstəxananın reanimasiya şöbəsində qalmış, vəziyyəti stabilləşdiyindən avqustun 3də onu palataya köçürmüşlər. Həmin vaxtlar onun vəziyyəti bir qədər yaxşılaşmışdır. O zaman atası arasıra danışmağa başlamış və bildirmişdir ki, atın üstündə Xaldan istiqamətində yolun hərəkət hissəsi ilə hərəkətdə olan zaman arxadan zərbə almış və yerə yıxılaraq huşunu itirmişdir. Avqustun 20-də xəstəxanadan bildirmişlər ki, atasının müalicəsini ev şəraitində də davam etdirsinlər. Həkimlərin təkidi ilə atasını evə aparmışlar, lakin sentyabr ayının 3-də, axşam saatlarında atasının vəziyyəti pisləşmiş və o, ölmüşdür. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs onlardan üzr istəməmiş, vurulmuş maddi ziyanın ödənilməsi üçün heç bir tədbir görməmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid2 bildirmişdir ki, BDYPİ YPXA-nın 8-ci tağımının inspektoru vəzifəsində işləyərkən, xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixə keçən gecə, növbədə olan zaman, saat təxminən 01:00-da, idarə etdiyi patrul avtomobili ilə Xaldan dairəsində xidmətdə olmuşdur. Bu zaman hazırda xatırlamadığı avtomobil yanında dayanıb tanımadığı sürücü ona bildirmişdir ki, bir qədər arxada, Yevlax istiqamətində yolnəqliyyat hadisəsinin baş vermişdir. Dərhal avtomobillə həmin yerə getmiş və çatanda görmüşdü ki, Yevlax istiqamətində yolun sol tərəfində göy rəngli Mercedes-Benz Vito markalı avtomobil dayanmış, ondan arxada isə at cəsədi vardır. Avtomobildən enib hadisə yerinə yaxınlaşmış və orada, əvvəllər tanımadığı iki nəfər cavan oğlanın olduğunu görmüşdür. Onlardan bir nəfər adını sonradan bildiyi Qalib adlı şəxs sürücü olduğunu bildirmişdir. Hadisənin necə baş verdiyini soruşduqda o, bildirmişdir ki, hadisədən əvvəl dostu ilə birlikdə Mingəçevir şəhəri istiqamətində hərəkət edərkən bir anlıq qarşısına at çıxmış və o, hərəkətdə olan atı vurmuşdur. Atın üstündə yəhərin olduğunu görüb atlının harada olduğunu sürücüdən soruşduqda o, bildirmişdir ki, atın üzərində atlı olmayıb. Buna baxmayaraq həmin ərazinin ətrafına baxış keçirsə də, ətrafda kimsənin olmadığını müəyyən etmişdir. Daha sonra qarşı tərəfdən gələn yük avtomobili onlara hadisə yerindən bir xeyli məsafədə yaralı bir şəxsin yol kənarında uzandığını bildirmişdir. Bundan sonra onlar bir qədər Yevlax istiqamətində hərəkət edib yolun sol kənarında orta yaşlı kişinin yaralı vəziyyətdə uzandığını görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs “dayı ölmə” diyə ağlamağa başlamışdır. Bundan sonra telefonum vasitəsilə 113 təcili-tibbi xidmətinə zəng edib məlumat vermiş və növbətçi hissəyə hadisə zamanı xəsarət alan şəxsin olduğunu bildirib hadisə yerinə təhqiqatçı göndərilməsini xahiş etmişdir. Bir qədər sonra təcili-tibbi yardım briqadası gəlib yaralı şəxsi X1 aparmışdır. Sonra isə təhqiqatçı gəlib sürücü ilə birlikdə hadisə yerinə baxış keçirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli 31 №-li rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 Nağı oğlunun meyitində aşkar edilmiş xəsarətlər beyin koması, subaraxnoidal qansızıma, sağ bud sümüyünün, sağ İİ-İİİ-V-Vİ qabırğaların sınığı, oturaq sümüyünün sınığı - bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərərvurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb baş beynin atrofiyası ilə ağırlaşan baş beynin yumşaq toxumalarına qansızıma olmuşdur. Erkən meyit əlamətləri ölümün qərarın təsviri hissəsində göstərilən vaxtını inkar etmir.(səh. 101-103) Cinayət işi materiallarına əlavə edilmiş Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 29306 saylı rəyində qeyd olunur ki, Mersedes-Benz Vito 115 C markalı B425ƏE15 rus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(səh.133134). Cinayət işi materiallarına əlavə edilmiş Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 08/20 saylı rəyində qeyd olunur ki, Nağıyevin xx xxxxx 2019-cu il tarixdə avtomobil tərəfindən vurularkən onun at üzərində və ya atın yanında olub-olmaması, Nağıyevin və ya atın vurulduğu yerin müəyyən edilməsi, onun həmin zaman hərəkət istiqaməti, atın hərəkət surəti, Nağıyevin hadisədən sonra atın cəsədindən uzaq məsafədə olması təsvir edilən şəraitə uyğun olub-olmamasının müəyyən edilməsi üçün yol-nəqliyyat hadisələri ekspertizaları şöbəsində işlənib-hazırlanmış və ekspertizada istifadə olunması üçün təsdiq edilmiş metodik vəsait olmadığından həmin məlumatları məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqqiqatı yolu ilə müəyyən etmək mümkün deyil. İstintaq tərəfindən müəyyən edilən hadisə mexanizminə əsasən Mercedes-Benz Vito markalı, B425OE15 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodiki vəsaitlərin tələblərinə əsasən yol-nəqliyyat ekspertizası yolu ilə nəqliyyat vasitəsinin hərəkət surəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. İş materiallarında xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, onun sxemi və hadisə yerinin fotoşəkillərində hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izinin olması haqqında məlumat olmadığından Mercedes-Benz Vito markalı avtomobilin hadisədən əvvəlki hərəkət surətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən sürücü Abbasov hərəkət zolağında qarşısı ilə hərəkətdə olan atlının olmasını kifayət qədər böyük məsafələrdən görmək imkanına malik olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax rayonu. X4 tərəfindən verilmiş 05-li, xx xxxx 2019cu il tarixli arayışdan görünür ki. hadisə zamanı tələf olmuş bir baş at Zərərçəkmiş şəxs2 məxsusdur və atın dəyəri 1,200 (bir min iki yüz) manat olmuşdur. (səh. 108) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs Məmməd oğluna istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Məmməd oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi Təqsirləndirilən şəxs Məmməd oğlu barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə ağırlaşdırımaqla dəyişdirilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişlər. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Məmməd oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Məmməd oğlunun barəsində birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanın onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, o, etdiyi cinayət əməlində özünü təqsirli hesab etmir, zərərçəkmiş şəxsin hüquqi varisi, o cümlədən iş üzrə digər zərərçəkmiş şəxs ondan şikayətçi olmaqla barışmaq niyyətində olmadıqlarını qeyd edirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Məmməd oğlu barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza işin faktiki hallarına uyğun deyil. Ona görə apellyasiya məhkəməsinin hesab edir ki, həmin cəza cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin edə bilməyəcəyi qənaətindədir. Təqsirləndirilən şəxs Məmməd oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi onun lazımınca islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Məmməd oğlunun şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Məmməd oğlunu Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkarın şəxsiyyətinə, həmçinin zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin mənafeyinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə əsaslı sayır. Həmçinin apellyasiya şikayətinin digər dəlili olan mülki iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddia tələbi üzrə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırılma aparılmalı və sübutlar təqdim edildiyi təqdirdə həmin sübutlara ayrı-ayrılıqda qiymət verilməlidir. Lakin, hazırkı iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, iddiaçı öz tələblərini əsaslandırdığı hallara istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin məcəllənin 354.1.3-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 5 (beş) il 3(üç) ay müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilməli, o, ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi və vəkili X7 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Məmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilsin. Təqsirləndirilən şəxs Məmməd oğluna təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 5 (beş) il 3 (üç) ay müəyyən edilsin. Təqsirləndirilən şəxs Məmməd oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Məmməd oğlu ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-136/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-136/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver