Məhkəmə qərarları › İş №1(107)-136/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-136/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-136/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihаmçısı X7, təqsirləndirilən Təqsirləndirilən şəxs İqbаl oğlu, onun müdafiəçisi Bаbаyev Tоğrul Bаbаlı oğlu, zərərçəkmiş Zərərçəkmiş şəxs Şаmil оğlu və оnun qаnuni nümаyəndəsi Niftəliyev Şаmil Məmmədhəsən oğlunun iştiraklаrı ilə, Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə qapalı məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), hakimlər R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) 12 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1998-ci ildə Ucar rayonunun Boyat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ucar rayonunun Boyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs CM-in 150.3.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 14 mart 2020-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan üzərində sperma nümunəsi aşkar edilmiş 03 ədəd taxta parçası və Təqsirləndirilən şəxs məxsus qurudulmuş qan nümunəsinin məhv edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 2019-cu ilin dekabr ayı ərzində iki dəfə, təkrarən 2020-ci ilin yanvar ayının ortalarında bir dəfə yaşayış olmayan Ucar rayonu Boyat kəndində X4 məxsus fərdi yaşayış evinin otağında onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döyməklə zor tətbiq edib həmin evin otağında olan çarpayıya uzadaraq əynindəki şalvarını aşağı çəkmiş, öz əynindəki şalvarını aşağı çəkib gərginləşmiş (ereksiya vəziyyətində olan) cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə sürtdükdən sonra düz bağırsağına yeridərək sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamaqla Məmmədhəsənlə və sonuncunun ailə üzvləri ilə münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Bir ildən çox müddət ərzində Məmmədhəsən tez-tez onlara döyüşdürmək üçün xoruz gətirmiş, valideynləri Məmmədhəsənə bir neçə dəfə onlara xoruz dalaşdırmağa gəlməməsini demişdir. 19 yanvar 2020-ci il tarixdə günorta saatlarında Məmmədhəsən yenə də xoruz götürərək onlara gəldiyinə görə də əsəbiləşib Məmmədhəsənin sifətinə sillə vurub geri qayıtmasını demiş, Məmmədhəsən də ona bu barədə atasına deyəcəyini bildirmişdir. Bundan sonra o, mağazaya getmiş, Məmmədhəsən atası ilə onlara gəlib onu axtarmışdır. Evə gəldikdən sonra bu barədə eşidib qardaşı Rövşənlə birlikdə Məmmədhəsəngilə getmiş, bu zaman Məhəmmədhəsənin atası Şamil onun sifətinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra o da, Şamili yumruqla vurduqdan sonra Şamil yerə yıxılmışdır. Həmin vaxtı orada Şamil, sonuncunun oğlu Məmmədhəsən, qaynanası Təzəgül və arvadı Elmira olmuşdur. Şamil və orada olan həmin şəxslər ona Məhəmmədhəsəni və Şamili vurduğuna görə onu 10 il müddətinə həbsə atdıracaqları ilə hədələmiş, bundan sonra o, qardaşı ilə evə qayıtmışdır. Bundan sonra X23 Nazirliyinin 102 xidmətinə zəng vuraraq guya Şamilin oğlu Məmmədhəsənlə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişlər. Məmmədhəsənlə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, Məmmədhəsənə qarşı heç bir hərəkət etməmiş, Məmmədhəsəni mobil telefonla videoya da çəkməmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin noyabr ayının ortalarında saat 11 radələrində qonşuluqda yaşayan nənəsi Təzəgülgilə gedərkən həmkəndlisi Elminlə rastlaşmış, sonuncu onu əsassız olaraq qovmağa başlamışdır. Elmindən qaçaraq nənəsigilin məhləsinə keçdikdən sonra Elminin onu qovmağı barədə nənəsinə danışmışdır. Nənəsi Təzəgül də həmin günü Elmini görərək sonuncuya onunla işi olmamasını bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Elmin onu yaşadıqları evin qarşısında görərək onunla işi olduğunu bildirib onu yaxınlıqda olan nənəsi Minayəgilin yaşadıqları evin həyətyanı sahəsində yerləşən qoruqlarına aparmışdır. Ora çatdıqda Elmin onun ağzından tutaraq əynində olan şalvarı aşağı çəkmiş, daha sonra öz şalvarını da aşağı çəkərək gərginləşmiş cinsiyyət orqanını onun bədəninin müxtəlif yerlərinə təxminən 6-7 dəqiqə ərzində sürtərək yerə boşalmışdır. Həmin vaxt Elmin etdiklərini özünə məxsus olan mobil telefona çəkmiş, bundan sonra o şalvarını geyinmişdir. Elmin ona qarşı etdiklərinin görüntülərinin olduğunu bildirərək iki gündə bir dəfə olaraq saat 1400-1430 ərəfələrində qonşuluqda yerləşən və Rusiya Federasiyasında olan İlhamgilin evində olmasını, əgər deyilən vaxtda həmin yerə getməsə, video görüntüləri onun yaxınlarına göstərəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən iki-üç gündən bir deyilən vaxtda İlhamgilin evinə getmiş, həmin vaxt evdəki otağında otağın qapısını arxadan bağladıqdan sonra eyni qayda ilə Elmin onun şalvarını aşağı çəkərək gərginləşmiş cinsiyyət orqanını onun bədən nahiyyəsinə sürtərək yerə boşalmışdır. Elminin görüntülərini kiməsə göstərməsindən qorxaraq həmin yerə gədərək bu barədə heç kimə deməmiş, bundan əlavə Elmin onu qonşuluqda yaşayan, həmçinin Rusiya Federasiyasında olan Emingilin evinə də apararaq orada onunla qeyri-təbii yola cinsi əlaqədə olmuşdur. Emingilin evi bağlı olmaqla pəncərəsi açıq olmuş, Elmin onu pəncərədən evə keçirmişdir. Elminin atası qoyunları sahədə otaran vaxtı isə onu İlhamgilin evinə aparmışdır. İlhamgilin evində Elmin onunla üç dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, 2019-cu ilin dekabr ayının ortaları günorta saatlarında Elmin ona dediyi vaxtda İlhamgilin evinə getmişdir. Elmin eyni qayda ilə evin otağını açaraq onu içəri salmış, daha sonra onun və öz şalvarını aşağı çəkərək onu otaqda çarpayıya uzatmışlar. Uzanmış şəkildə Elmin gərginləşmiş cinsiyyət orqanını onun bədəninin müxtəlif yerlərinə sürtməyə başlamış, daha sonra cinsiyyət orqanını onun yan tərəfinə gətirmiş və arxa hissəsinə sürtmüşdür. Elmin cinsiyyət orqanını onun arxa keçəcəyinə saldığına görə bərk ağrı hiss etmiş, Elminə ağrıdığını bildirmişdir. Elmin isə cavabnda ona üzünü qabağa tutmasını deyərək cinsiyyət orqanını onun arxasına salıb, ağrıları olduğundan cinsiyyət orqanını onun arxasına tam soxmamışdır. Təxminən 2-3 dəqiqə ərzində Elmin onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olaraq yerə boşalmışdır. Yataqdan qalxaraq ayağa durub əlini arxasına vurduqda arxasından qan gəldiyini görmüşdür. Orada arxasını su ilə yuduqdan sonra bir yerdə çıxaraq o, evə getmişdir. Daha sonra iki-üç gündə bir dəfə İlhamgilin yenə də evinə getmiş, Elmin onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirsə də Elminə ağrıdığını bildirmiş, buna görə də Elmin bir müddət onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. 2019-cu ilin dekabr ayının sonlarında yenidən Elminlə İlhamgilin evinə getmiş, Elmin video görüntünü ailə üzvülərinə göstərəcəyi ilə onu hədələyərək yenə də onu otağa salaraq eyni qayda ilə çarpayıya uzadıb gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcəyinə salmış, 3-4 dəqiqə ərzində onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra yenidən yerə boşalmışdır. O da şalvarını yuxarı qaldırıb ayağa durmuş, Elmin özünə məxsus telefonla onu videoya çəkəcəyini bildirib videoda yalandan guya qeyd olanan evdə sinif yoldaşları İsmayıl və Ruslanla bir yerdə bir-biriləri ilə qeyri-təbii yolla cinsi əlaqadə olan zaman onları tutmasını deməsini tələb etmişdir. Elminə həmin sözü deməyəcəyini bildirmiş, Elmin isə ona demədiyi təqdirdə nənəsigilin qoruğunda çəkdiyi videonu hamıya göstərəcəyini bildirmişdir. Elmin ona guya bayırdan gələrək onu yarı soyunmuş vəziyyətdə tutacağını, ondan kiminlə olduğunu soruşacağı halda yalandan guya Ruslanla olduğunu deməsini bildirmişdir. Daha sonra Elmin ona dünən nənəsi Təzəgülgilin tövləsinin damında kimlə olmağını soruşduqda o, Elminə İsmayılla olduğunu deməsini bildirmişdir. Elmindən qorxduğundan deyilənlərin hamısını eləmiş və Elmin də onu videoya çəkmişdir. Elmin ona qarşı etdiklərini kiməsə deyəcəyi təqdirdə video-çəkilişi qohumlarına göstərəcəyi ilə hədələmiş, bu səbəbdən də sonuncu ilə İlhamgilin evində görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təxminən 13-14 yanvar 2020-ci il tarixdə təhsil aldığı məktəbdən gələrək yemək yemiş, saat 15 radələrində Elminin təkidi ilə yenidən İlhamgilin evinə getmişdir. Orada Elmin eyni qayda ilə onu çarpayıya uzadaraq gərginləşmiş cinsiyyət oraqını yenə də bir qədər onun arxa keçəcəyinə yeritmiş, Elmin 3-4 dəqiqə ərzində onunla arxadan cinsi əlaqədə olduqdan sonra yerə boşalmışdır. Bir gün sonra Elminlə küçədə qabaqlaşan zaman Elmin ona nənəsi Təzəgülə məxsus olan heyratı xoruzunu tutub verməsini demiş, bunu edə bilməyəcəyini dedikdə Elmin onu şillə ilə bir neçə dəfə vuraraq videonu tezliklə yayacağını demişdir. Sonuncu dəfə 18 yanvar 2020-ci il tarixdə saat 1430da İhamgilin evində Elminlə eyni qayda ilə görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt ağrıdığından Elmin cinsiyyət orqanını onun arxasına sürtərək boşalmışdır. 19 yanvar 2020-ci il tarixdə günortadan sonra artıq İlhamgilin evinə getməmiş, anası ilə evdə qalmışdır. Elmin onu dediyi yerdə gözləyərək gəlmədiyini görüb onların evlərinə gələrək onu çağırmış, bayıra çıxaraq Elminə işi olduğunu demişdir. Elmin ona gəlməyəcəyi təqdirdə sirri açacağını dedikdən sonra həyəcanlanaraq evə girmişdir. Anası onun bu vəziyyətini görərək Elminin nə üçün onu tez-tez çağırdığını soruşduqda əvvəl heç bir şey deməmiş, lakin sonuncunun təkidindən sonra Elminin ona qarşı etdiyi bütün hərəkətləri demişdir. Bundan sonra anası atasına zəng vuraraq bu barədə demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla sonuncu ilə münasibətləri normal olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 19 yanvar 2020-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan əmisigildə olan zaman arvadı Elmira ona zəng edərək evə çağırmış, evə getdikdən sonra arvadı ona qonşuları Elminin oğlu Məmmədhəsənlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, oğluna hədə-qorxu gəldiyindən sonuncu onlara bu barədə heç bir söz deyə bilmədiyini bildirmişdir. Bundan sonra oğlu Məmmədhəsəni götürüb Elmingilə getmiş, lakin Elmin evdə olmadığından evə geri qayıtmışdır. Bir müddət sonra Elmin qardaşı Rövşənlə onlara gəlmiş, Elmindən nəyə görə belə bir hərəkət etdiyini soruşduqda Elmin Məmmədhəsənin üzərinə gedib yalan danışdığını bildirmişdir. Bunun üstündə Elminlə aralarında mübahisə yaranmış, bir-birlərini yumruqla vurmuşlar. Həmin vaxt Rövşən Elmini götürüb oradan uzaqlaşmış, bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Qanuni nümayəndə yuxarıda göstərdiklərini təsdiq etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmünü ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının 28 iyul 2021-ci il tarixli iclasında ifadə vərən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə günаhsız yerə 11 il müddətinə аzаdlıqdаn məhrum etmə cəzаsınа məhkum оlunmuşdur. O, istintаq оrqаnının qаnunsuz hərəkətləri nəticəsində həbs оlunmuşdur. MTE və PА birliyinin Ucаr rаyоn şöbəsinin ekspertinin ilkin оlаrаq verdiyi rəyinə əsаsın Zərərçəkmiş şəxs Şаmil оğlundа heç nə аşkаr оlunmаmışdır. MTE və PА birliyinin Ucаr rаyоn şöbəsinin ekspertinin ilkin оlаrаq verdiyi həmin ekspertizа rəyi istintаq оrqаnının qаnunsuz hərəkətləri nəticəsində, yəni işin istintаqını аpаrаn müstəntiq tərəfindən ləğv оlunmuşdur və iş mаteriаllаrınа əlаvə оlunmаmışdır. Həmin ekspertizа rəyi veriləndən sоnrа Məmmədsаleh özü də təsdiq edib ki, o, оnа dəyməmişdir. O, müstəntiqin suаllаrınа cаvаb оlаrаq bildirmişdir ki, qаrşı tərəf ona böhtаn аtmışdır. O, özündən аrxаyın оlduğu üçün Məmmədhəsənin ekspertizаdаn keçirilməsini tələb etmişdir. Məmmədhəsəndə heç nə аşkаr edilməyib, lаkin müstəntiq оnu təkrаrən ekspertizаdаn keçmək üçün Bаkı şəhərinə göndərib. Bаkıdаkı ekspert rəy verib ki, güyа Məmmədhəsən küt аlətlə döyülüb və аrxа keçəcəyində bir bаlаcа bоşаlmа vаr. Müdаfiəçinin vəsаtəti əsаsındı Məmmədhəsən yenidən ekspertizаdаn keçirildi. Təkrаr оlunаn ekspertizаnın rəyində Məmmədhəsənin küt аlətlə döyüldüyü аşkаr оlunmаmışdır. Bildirir ki, Məmmədhəsən küt аlətlə döyülməsi bаrədə fikir belə bildirməyib. Cinаyət işinin ibtidаi istintаqını аpаrаn müstəntiq ona bildirdi ki, əgər оnа 60000 mаnаt pul versə onu cinаyət məsuliyyətindən аzаd edər. Müstəntiqin dediyi həmin sözlər, yəni оnun səs yаzısı disk şəklində аtаsında sаxlаnılır. Məhkəmə işə baxarkən qeyd etdiyi xüsusаtlаrı аrаşdırmаmış, işə faktlar əsasında ədalətlə baxmamış, sübutları CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun tədqiq etməmiş, hökmü tədqiq olunmuş sübutlarla əsaslandırmamış və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməklə sonda cinayət işi üzrə düzgün və əsası olmayan hökm çıxarmışdır. Onun heç bir günаhı yоxdur, ona istinаd оlunаn cinаyət əməlini törətməmiş və bаrəsində bərаət hökmünün çıxаrılmаsını məhkəmə kоllegiyаsındаn xаhiş etmişdir. Məhkəmə kollegiyasının 28 iyul 2021-ci il tarixli iclasında ifadə vərən Zərərçəkmiş şəxs Şаmil oğlu bildirmişdir ki, o, nənəsigilə gedirdi, yolda Elmin dalınca gəldi. Oda da qaçıb nənəsi gilin həyətinə girdi. Sabahı gün yenə də qovaladı o nənəsigilin həyətinə girdi. Sonrakı gün onu tutdu. Sonra həyətdə onu tutdu ağzını və əlini və pis əməli törətdi. Məhkəmə kollegiyasının 28 iyul 2021-ci il tarixli iclasında ifadə vərən Zərərçəkmiş şəxs Şаmil оğlunun qаnuni nümаyəndəsi Qanuni nümayəndə bildirmişdir ki, o, hadisə baş verəndə əmisigildə idi. Evdən zəng etdilər ki, belə hadisə olub. Sonra o, uşağı götürüb Elmingilə getdi evdə olmadı. Sonra buna görə söz söhbət oldu, o da 102 xidmətinə zəng edib məlumat verdi. Məhkəmə kollegiyasının 23 sentyabr 2021-ci il tarixli iclasında şahid qismində ifadə vərən Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Ucar rayon şöbəsinin eksperti X9 bildirmişdir ki, müstəntiq X6 Niftəliyevi onun yanına gətirdi. Müstəntiq bununla bağlı qərar vermədi, o da imtina etdi ekspertiza keçirməkdən. Ona görədə bizim qeydiyyat jurnalına düşmədi. Belə olan halda adətən yönəldirik Göyçay rayon üzrə ekspertizasına. Daha bilmədi getdi ya yox. Məhkəmə kollegiyasının 23 sentyabr 2021-ci il tarixli iclasında şahid qismində ifadə vərən Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Göyçay rayon üzrə AB-nin eksperti X5 bildirmişdir ki, o, rəy verməmiş və heç kimi görməmişdir. Məhkəmə kollegiyasının 21 oktyabr 2021-ci il tarixli iclasında şahid qismində ifadə vərən Ucar rayon PŞ-də müstəntiq işləmiş X8 bildirmişdir ki, o, işi qismən aparmış, sonra xidməti yerini dəyişdiyi üçün başqa müstəntiq aparmışdır. O, işi 2020-ci ilin yanvar ya da fevral ayında başlamış, 19 mayda iş yerini dəyişmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs İqbаl oğlunu şübhəli şəxs kimi tutmuşdu, ekspertizalar təyin etmişdi. Təkarar ekspertiza keçirdi rəy aldı. Bioloji eksperizanın rəyi gəlməmişdi, şahid qismində şəxsləri dindirmişdi. Zərərçəkmiş şəxsin ifadəsini yerində yoxlamışdır. Məhkəmə kollegiyasının 03 noyabr 2021-ci il tarixli iclasında çıxış edən təqsirləndirilən şəxsin Müdafiəçi bildirmişdir ki, uzun müddətdir ki, çinayət işi Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Müdafiə tərəfi hesab edir ki, kifayət qədər məsələ araşdırılmadı. Bu ağır cinayət işidir və ağır cəza təyin edilmişdir. Birinci gündən bu günə qədər təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir və demişdir ki, zərərçəkmiş şəxslə onlar arasında mübahisə ancaq xoruz döyüşdürməsi məsələsi ilə başlamışdır. O, zərərçəkmişə şillə vurduğuna görə atası tərəfindən çağırılmış və ona qarşı xüsusi amansızlıqla xəsarətlər yetirilmiş, tərəflər polisə müraciət etmişlər. Yanvar ayının 19-da olan hadisədir. Həmin müddətdə zərəcəkmiş tərəf guya iddia edib ki, təqsirləndirilən şəxs onun oğluna zor tətbiq edib, cinsi əlaqədə olub. Tərəf və müstəntiq dərhal uşağı Ucar Rayon Məhkəmə Tibb ekspertizasına aparmışdır. Orada uşaq ətraflı müayinə olunmuşdur, rəy verilmişdir, müstəntiq atasına zəng vuraraq gözaydınlığı vermişdir ki, təmiz çıxdı. Zərərçəkmiş tərəfindən etiraz edildikdə uşaq müstəntiq tərəfindən Göyçaya göndərilir, ekspert uşağa baxır lakin məhkəmədə bunu dandı. Zərərçəkmiş onun üzünə dedi ki, filan kabinetdə, filan otaqda. O da rəy vermişdir ki, hər şey yaxşıdır. Aralarında müəyyən söhbətlər olmuşdur. Atası məhkəmədə ifadə verdi ki, ondan pul istəyiblər, səs yazısı var. Məsələ alınmadığına görə Bakıya göndərilir və Bakıdan 49 saylı rəy alınır. Rəydə göstərilir ki, bir balaca dəyişiklik var. Yaş fərqi böyükdür onlar arasında. Bəndəliyev 24-25 yaşdadır, zərərçəkmişin yaşı azdır. Əgər onlar arasında cinsi zorakılıq olsa idi böyük xəsarətlər olardı, yəni çat olardı, yara, qanaxma olardı. Həmin evdə yaşayışla bağlı Şəki Apellyasiya Məhkəməsi Dövlət Sərhəd Xidmətinə sorğu göndərdi və məlum oldu ki, həmin dövrdə ev yiyələri evlərində olmuşlar. Zərərçəkmiş ifadə verir ki, məni videoya çəkib ancaq ortada telefon, video yoxdur. Müstəntiq məhkəmədə ifadə verir ki, mənim qərarım vardı və apardım həkimə, ancaq işdə yoxdur qərar. Etiraz bildirmişdir amma etirazın surəti yoxdur. Ekspert bildirdi ki,təqsirləndirilən şəxsin xəsarət almağı ilə bağlı rəy var, ancaq dəfələrlə təkid edilməsinə baxmayaraq məhkəməyə təqdim olunmadı. Biz hesab edirik ki, ibtitai istintaq, birinci instansiya məhkəməsi son dərəcə qərəz göstərmişdir, təqsirləndirilən şəxsə. Təqsirləndirilən şəxsə ağır cəza verilmişdir. Nənəsi belə ifadə vermişdir ki, onun başqa şəxslərlə videosu var səhv etmirəmsə. Bunları heç biri araşdırılmadan şəxsi yükləmişlər. Şəxs öz təqsirsizliyini sübut etməməlidir. Ekspertin rəyi sübutun bir növüdür. Rəydə heç bir çat yoxdur yazılıb. Mən soruşdum ki, bir balaca nə deməkdir? Nəticəsiz qaldı. Biz məhkəmə tərkibinə etiraz etmək istəsək də mənlə şəxsə şərait yaradılmadı. Avropa İnsan hüquqları konvensiyasının 6-cı maddəsini, müdafiə hüququnu pozmuşdur. Məhkəmə faktlara, araşdırmalara qiymət verməlidir. Bu vaxta qədər ekspertlər dindirilməmişdir, sənədlər işə tikilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)- 28/2021 saylı hökmünü ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Hazırki məhkəmə iclasında çıxış edən dövlət ittihаmçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)- 28/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hazırki məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs Şаmil оğlu və оnun qаnuni nümаyəndəsi Niftəliyev Şаmil Məmmədhəsən oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)- 28/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hazırki məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs son sözündə apellyasiya şikayətinin təmin edilməsini Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmünü ləğv edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin ifadə və çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 03 fevral 2020-ci il tarixli 49 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin qaşarası hissəsində və sol və sağ yanaq nahiyələrində qançırlar müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitdə əmələ gələ bilərdilər. Müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaya dəlalət edir. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının 16 mart 2020-ci il tarixli, 56 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Makroskopik olaraq Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmaya mane ola biləcək hər hansı pataloji hal aşkar edilmədi. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 24.03.2020-ci il tarixli, 239/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta (H)/İİ/. Ekspertizaya təqdim olunan 02 ədəd taxta parçası və 01 ədəd nazik taxta lövhə üzərində sperma ləkələri aşkar olundu. Bu sperma ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı. Bu sperma Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixoloji ekspertizasının 11.08.2020-ci il tarixli 190 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:-praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. 14 yaşı tamam olmayan Zərərçəkmiş şəxs barəsində edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmişdir. O, baş vermiş qanunazidd hərəkətləri “pis iş” deyə hazırki ekspertiza zamanı xarakterizə edir. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixatrik-psixoloji eksertizasının 13.05.2020ci il tarixli 237/90 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlərdən (Ucar RMX PHŞ tərəfindən verilmiş 16.03.2020-ci il tarixli 347 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.O hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunan məhkəmə-tibb ekspertizasının 02.06.2020-ci il tarixli, 231/KEŞ №li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 22.05.2020-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onda arxa keçəcəyin büzücü əzələsinin (sfinktorun) bir qədər boşalmasının olduğu müəyyən edilmişdir ki, bu da onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmaya dəlalət edir. Arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmadığından onun müddəti haqqında fikir söylənilməsi mümkün deyil. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə sorğu edilmiş və 18 iyul 2021ci il tarixli, 33/2470 saylı məktubla cavab verilmişdir ki, X10, X12, X20 və X13 26 yanvar 2021-ci il tarixdə dövlət sərhəddindən çıxış etməsi barədə məlimat vardır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun onun müdafiəçisi Müdafiəçi bildirmişlər ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Şаmil оğlunun üzərində Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Ucar və Göyçay rayonunda tibbi ekspertiza keçirilmiş, lakin hər hansı bir xəsarət almaması aşkar edilmişdir. Habelə cinayət işinin istintaqını aparan Ucar rayon PŞnin müstəntiqi X8 telefonla təqsirləndirilən şəxsin atasına zəng edərək zərərçəkmiş şəxsdən heç bir xəsarətin olmamasını bildirmişdir. Lakin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş müstəntiq belə bir fakt olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Ucra şəhər tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixdə cavab verilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 22.01.2021-ci il tarixdə cinsi məhkəmə-tibbi ekspertizadan keçmək üçün Birliyin Ucar rayon şöbəsinə müraciət etmişdir. Birliyin Ucar rayon şöbəsində Zərərçəkmiş şəxs valideynləri onun Ucar rayon öbəsində cinsi məhkəmə-tibbi ekapertizadan keçirilməsinə qəti etiraz etmiş. Bu səbəbdən Nİftəliyev Məjmmədhəsən Şamil oğlunun adına Birliyin Ucar rayon Birliyin Ucar rayon şöbəsində rəy tərtib edilməmişdir. “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” Göyçay rayon Publik Hüquqi şəxs tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli 42 nömrəli məktubu ilə cavab verilmişdir ki, CM-nin 150.3.3-cü maddəsi ilə Şəki Apellyasiya məhkəməsində cinayət işi ilə əlaqədar olaraq, Zərərçəkmiş şəxs, MTE və PA B PHŞ Göyçay rayon şöbəsində məhəkəmə-tibbi ekspertizası aparılmadığı üçün, canlı şəxslərin qeydiyyat jurnalında onun barədə heç bir məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyasının 28 iyul 2021-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Ucar rayon PŞ-nin müstəntiqi olmuş Sübhan Zeynalov onun atasından 60000 manat rüşvət istəməsi müqavilində onu cinayət məsuliyyətindən azad edəcəyini ona demişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu barədə araşdırmanın aparılması üçün Ucar rayon Prokurorluğuna məlumat göndərilməlidir. Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməməsi, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamasına dair ifadəsində göstərdiklərini məhkəmə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmənin belə qənaətə gəlməsinə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, məhkəmə bioloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq, birinci instansiya zamanı sübutlara habelə apellyasiya baxışı zamanı əldə edilmiş və araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona məqsədə müvafiq cəza verilmişdir. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ucar rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət səciyyələndirilməsidir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikayətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(091)-28/2021 saylı hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar