Məhkəmə qərarları › İş №1(107)-137/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-137/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-137/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi-Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə və Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X4, hakimlər X5 və X1 ibarət tərkibdə) 02 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Yevlax rayonunun Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2019-cu il tarixdən hesablanması, əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 14763,6 qram olan qurudulmuş marixuana və ümumi sayı 8 ədəd olmaqla əkilibbecərilməsi qadağan olunmuş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 53,4 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 01 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə 104,40 AZN (yüz dörd manat, qırx qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, özünə məxsus fermanın yerləşdiyi Yevlax rayonu Qaramanlı bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmək məqsədi ilə Yevlax rayonunun Qaramanlı bələdiyyəsi ilə aralarında 15 il müddətinə bağlanmış 05 mart 2004-cü il tarixli icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2019-cu ilin mart ayının 5-dən sonrakı istintaqa məlum olmayan müddət ərzində şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı torpaq sahəsini vahid niyyətlə mülkiyyət, istifadə və icarə hüququ olmadan becərmə aparıb özbaşına tutmuş, həmin zəbt etdiyi ərazilərdə qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib, 24 sentyabr 2019-cu il tarixədək olan müddətdə ümumilikdə xeyli miqdarda-08 (səkkiz) ədəddən artıq sayda olmaqla narkotik tərkibli çətənə (kannabis) bitkilərini xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, həmçinin kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığıb toplamaqla satış məqsədi ilə külli miqdarda-14765 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 13450 qramını qeyd edilən ərazidə, qalan 1315 qramını isə Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daşıyıb yataq otağında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları ilə Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2019-cu il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından satış məqsədi ilə qanunsuz əldə edərək daşıyıb saxladığı beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda-1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 14:37-də Təqsirləndirilən şəxs iştirakı ilə yuxarıda qeyd olunan Yevlax rayonu Qaramanlı bələdiyyəsinə məxsus olan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla özbaşına becərib tutduğu kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsinin şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı ərazisində torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin həmin ərazidə kolların və torpaq səthinin üzərində sərilmiş vəziyyətdə olan satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda-13450 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraət verildiyi, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın həmin məcəllənin 237.2.3-cü maddəsinə tövsif olunmaqla Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğu hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla ədalətli cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı sonradan verdiyi apellyasiya protestinə dəyişiklikdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın həmin məcəllənin 237.2.3-cü maddəsinə tövsif olunmaqla Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilmiş ittihamın Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunduğu hissədə qanunsuz və əsassız olduğundan, eləcə də cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla ədalətli cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində, hökm çıxdığı günə kimi olan müddətlə kifayətlənməklə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verərək dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Yalnız özü istifadə etmək üçün 8-12 arası tərkibində narkotik vasitə olan çətənə bitkisi əkmiş, onlara qulluq etmişdir. Həmin bitki hissələrini toplayıb ondan istifadə etmişdir. Çətənə bitkilərini əkdiyi torpaq sahəsi örüş torpaq sahəsidir və Yevlax rayon Qaramanlı bələdiyyəsinin balansındadır. Həmin torpaq sahəsi onun atası tərəfindən 15 illik müddətə icarəyə götürülmüşdür və atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onun və ailəsinin istifadəsində qalmışdır. Həmin torpaq sahəsində aşkar olunmuş 8 ədəd çətənə bitkisini o əkməmiş, onlara qulluq etməmişdir, həmin əraziya sadəcə olaraq çətənə bitkisinin toxumlarını səpmiş, həmin 8 ədəd bitki isə orada yabanı halda bitmişdir. Evindən və sözügedən sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi ittiham aktında göstərildiyi qədər olmamış, sahədən bitkilərin hissələrini yığan zaman polis əməkdaşları adi alafları, biyan otlarını da çətənə bitkilərinin qurumuş hissələri ilə birlikdə yığıb qablaşdırmışlar, ona görə də həmin çəki alınmışdır, əslində isə həm evindən aşkar olunan, həm də sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi az olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuananı siqaretə doldurmaqla qəbul edir. Mütəmadi olaraq narkotik vasitə olan marixuana qəbul etdiyinə görə özünün istifadəsi üçün 2019-cu ilin may ayında yaşadığı Köyük kəndində ona məxsus torpaq sahəsinin yaxınlığında moruq kollarının arasında gediş-gəliş olmayan gizli hissədə 4 ayrı-ayrı bir-birinə yaxın yerdə ümumi sayı təxminən 54 ədəd çətənə kolunun bitkisini əkmişdir. Eyni zamanda həmin çətənə kollarının bitkilərini əkdikən sonra 4 ay müddətində onlara qulluq etmişdir. Belə ki, mütəmadi olaraq çətənə kollarının bitkilərini suvarmaq məqsədi ilə arx çəkmiş, suvarmış və diblərini təmizləmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində, yəni təxminən 10 gün bundan əvvəl həmin çətənə kollarının bitkilərini yığmış, 8 ədəd çətənə kolunun bitkisini isə tam yetişmədiyi üçün saxlamışdır. Çətənə kollarının bir hissəsini tam quruması üçün torpaq sahəsində saxlamış, digər hissəsini isə yığıb, əsas hissələrini koldan ayırıb yaşadığı ünvana aparmışdır. Yaşadığı ünvanda həmin qurudulmuş marixuananı 5 ədəd ayrı-ayrı sellofan torbalara yerləşdirmiş və otağın müxtəlif yerlərində gizlətmişdir. Həmin yığdığı marixuanadan özü bir neçə dəfə istifadə etmişdir. 24.09.2019-cu il tarixdə saat 13:50-də evdə olan zaman küçədən onu çağırmışlar. Küçəyə çıxdıqda küçədə bir neçə mülki geyimdə olan şəxslər özlərini DİN-in BNMİ-nin QBRŞ-nin polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona bildirmişlər ki, tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması ilə bağlı barəsində əməliyyat məlumatları olduğu üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün səlahiyyətli subyektin qərarı çıxarılmışdır. Ona görə də, yaşadığı evə və həyətyanı torpaq sahəsinə, eyni zamanda yaşadığı ünvanın yaxınlığında yerləşən ona məxsus torpaq sahəsinə baxış keçirilməsinə icazə verməsini xahiş etmişlər. Etiraz etməyərək yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə razılıq vermiş və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları onun və digər şəxslərin iştirakı ilə baxışa başlamışlar. İlk öncə polis əməkdaşları ondan evində narkotik vasitə olan marixuana və ya digər qanunsuz əşya və predmetlərin olmasını soruşmuş və varsa, könüllü olaraq təqdim etməsini xahiş etmişlər. O bildirmişdir ki, onda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sənədsiz ov tüfəngi vardır və könüllü olaraq təqdim edə bilər. Bundan sonra evin içərisinə keçərək otaqda giriş qapısının arxasında olan 1 ədəd sellofan torbanın və həmin otaqda yataq çarpayısının baş hissəsində gizlətdiyi 4 ədəd sellofan torbaların içərisinə yerləşdirilmiş qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda onda olan bir ədəd ov tüfəngini də polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bu tüfəng vəfat etmiş atasından qalıb, heç bir sənədi yoxdur. Polis əməkdaşları ondan aşkar olunan 5 ədəd sellofan torbanın içərisində olan qurudulmuş narkotik vasitə marixuananı və 1 ədəd ov tüfəngini götürərək hər birini ayrı-ayrılıqda ağ rəngli sintetik kisələrə qablaşdırıb üzərinə imzalar etmiş və möhürləmişlər. Daha sonra polis əməkdaşları yaşadığı evin digər hissələrinə və həyətyanı sahəyə baxış keçirmişlər və qanunsuz heç bir predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ona bu narkotik vasitəni hardan əldən etməsi barədə sual vermişlər. O, mütəmadi olaraq narkotik vasitə olan marixuana qəbul etdiyinə görə özünün istifadə etməsi üçün 2019-cu ilin may ayında yaşadığı Köyük kəndində ona məxsus torpaq sahəsinin yaxınlığında moruq kollarının arasında gediş-gəliş olmayan gizli hissədə xüsusi hazırladığı yerdə 4 ayrı-ayrı bir-birinə yaxın yerdə ümumi sayı təxminən 54 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin kollarını əkib-becərərək kultivasiya edib aqrotexniki qaydada qulluq etməsini bildirmişdir. Təxminən 10 gün əvvəl həmin marixuananın çətənə kollarının bir hissəsini kökündən çıxartmış, 8 ədəd çətənə kollarının bitkisini isə tam yetişməsi üçün saxlamışdır. Yığdığı çətənə kollarının bir hissəsini tam quruması üçün torpaq sahəsində saxlamış, digər hissəsini isə quruduğu üçün yığıb, əsas hissələrini gövdədən ayırıb yaşadığı ünvana gətirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin yeri də göstərə bilər. Bundan sonra polis əməkdaşları və digər şəxslər yaşadığı evin yaxınlığında ona məxsus olan torpaq sahəsinə gəlmişlər və həmin ərazini, yəni marixuananın çətənə kollarının bitkilərini əkib-becərdiyi və kultivasiya etdiyi ərazini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları həmin ərazidə 4 ayrı-ayrı hissəyə onun və digər iştirakçılar ilə birlikdə baxış keçirmişlər. Baxış zamanı orada quruması üçün ətrafa sərdiyi tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan çətənə bitkisinin kütlələri aşkar olunmuşdur. Həmin bitki kütləsi 02 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq ağzı tikilib, üzərinə imzalar etmiş və möhürlənmişdir. Bundan sonra orada olan 8 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin kollarını göstərib bildirmişdir ki, bunlar gec yetişdiyi üçün sonra yığması üçün saxlamışdır. Polis əməkdaşları aşkar olunan 8 ədəd çətənə kolunun bitkisini bir ədəd ağ rəngli zərfə qablaşdıraraq, üzərinə imzalar etmiş və möhürləmişlər. Baxış bitdikdən sonra polis əməkdaşları onu aşkar olunmuş maddi subutlar ilə birlikdə Gəncə şəhərində yerləşən DİN-in BNMİ-nin QBRŞ-yə gətirmişlər. Bundan sonra ona hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıdan seçdiyi vəkil ilə təmin olunmuşdur. Həmin müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuş və izahat vermişdir. Bundan əlavə verdiyi ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu, sadəcə əkib-becərdiyini, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxs Yevlax rayon Qaramanlı kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Köyük kəndi Qaramanlı bələdiyyəsinin nəzdində olmuşdur. Onun əkilib-becərilməsi qadağan olan tərkibində narkotik tərkibli bitkiləri əkdiyi ərazi Qaramanlı kənd bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı olmayan örüş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi 2004-cü ildə müqavilə əsasında Təqsirləndirilən şəxs atasına 15 illiyə icarə əsasında verilmişdir. Həmin müqavilənin müddəti 2019-cu ilin mart ayında bitmişdir. Lakin müqavilə müddəti bitməsinə baxmayaraq həmin ərazi Təqsirləndirilən şəxs istifadəsində qalmışdır. Bələdiyyə həmin torpaq sahəsini geri istəməmişdir. Hazırda bələdiyyənin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Köyük kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında yerləşən meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuna saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evinə, həyətyanı torpaq sahəsinə və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında yerləşən torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, həmçinin əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra 24.09.2019-cu il tarixdə Yevlax rayonunun Köyük kəndinə gələrək Yevlax RİHB-nin Köyük kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini ilə görüşərək keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti barədə ona da məlumat verilmişdir. Bundan sonra tədbirdə iştirak edən protokolda göstərilmiş şəxslər ilə birlikdə saat 13 radələrində Təqsirləndirilən şəxs Köyük kəndində yerləşən yaşayış evinin qarşısına gəlmişlər. Evin qarşısında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə onlara əməliyyat məlumatları daxil olduğu üçün evinə, həyətyanı torpaq sahəsinə baxış keçirilməsi məqsədi ilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı səlahiyyətli subyektin qərarını elan etmişlər. Ona tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsində, evində narkotik vasitə marixuna saxlamasında və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində şübhəli olduğu üçün hüquqları izah olunub, bu barədə bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilən hüquqları ilə tanış olduqdan sonra ona yaşadığı evdə narkotik saxlamağı ilə bağlı barəsində əməliyyat məlumatları olduğu üçün evinə baxış keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına evində narkotik vasitə marixuana saxladığını səmimi olaraq etiraf edib evinə baxış keçirilməsi üçün icazə vermiş və bu barədə rəsmi ərizə ilə müraciət edib baxış keçirilməsinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin yataq otağına daxil olaraq giriş qapısının sol tərəfində sellofan paketdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar kütləni, həmin otaqda sağ tərəfə dönərək otağın baş tərəfində, solunda yerləşən çarpayının üzərində dörd ədəd müxtəlif rəngli sellofan paketlərin içərisində tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı kəndin ərazisində yerləşən özünə məxsus fermanın yaxınlığında meşə zolağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış 0.15 sot torpaq sahəsində özünün istifadəsi üçün əkib-becərdiyi narkotik xassəli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş beş ədəd sellofan paketlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr polis əməkdaşları tərəfindən götürüldükdən sonra aşkar olunan otaqda ekspertizaya göndərilməsi üçün videoçəkiliş altında ağ rəngli sintetik kisəyə qablaşdırılmış, ağzı bağlanıb möhürlənmiş, Təqsirləndirilən şəxs, icra nümayəndəsinin müavini və baxışda iştirak edən digər əməkdaşlar tərəfindən imzalanmışdır. Daha sonra şifahi sorğu zamanı polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüş həmin narkotik vasitələri Təqsirləndirilən şəxs özünün istifadəsi üçün bu il yaşadığı kəndin kənarında yerləşən özünə məxsus fermanın yaxınlığında moruq kollarının arasında xüsusi hazırladığı yerdə 54 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinin kollarını əkib, qulluq edərək becərib əldə etdiyini, həmin əməllərindən nə ailə üzvlərinin, nə də digər şəxslərin məlumatının olduğunu və narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyi həmin yeri göstərə biləcəyini bildirmişdir. Baxışda iştirak edən şəxslərlə birlikdə tərkibində narkotik maddə olan bitkiləri əkib becərdiyi və kultivasiya etdiyi yerə dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə baxış keçirilməsi üçün getmişlər. Yevlax rayonunun Köyük kəndində Təqsirləndirilən şəxs baxışda iştirak edən şəxsləri fermasının yaxınlığında meşə zolağında moruq kollarının arasına apararaq orada xüsusi hazırlanmış yeri göstərmişdir. Baxış zamanı həmin yerdə tərkibində narkotik maddə olan hündürlüyü 50-60 santimetr olan səkkiz ədəd çətənə bitkilərinin kolları aşkar olunmuş, həmin çətənə kollarının kökü sulanmış, aqrotexniki qaydada qulluq edilməsi müşahidə edilmişdir. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı həmin yerdə quruması üçün yerə və moruq kollarının üstünə sərilmiş vəziyyətdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar çətənə bitkisinin kütlələri aşkar olunmudur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin quruması üçün sərdiyini bildirmişdir. Gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkar olunmuş səkkiz ədəd çətənə bitkiləri ağ rəngli kağız zərfə, yerə və moruq kollarının üzərinə quruması üçün sərilmiş tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar kütlələr iki ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış, ağzı bağlanılmış, üzəri imzalanaraq möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid3, Şahid2, Şahid4, Şahid7, Şahid6 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsinin iclasında Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ali təhsilli alim-aqronomdur və 44 ildir ki, aqronom təcrübəsinə sahibdir. 24 sentyabr 2019-cu il tarixdə günorta saatlarında polis əməkdaşları gələrək mütəxəssis qismində onlara kömək etməsini xahiş etmişlər. Heç bir etirazını bildirməmiş və bundan sonra həmin gün günorta radələrində baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs adlı şəxsin onlara göstərdiyi ünvana getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs onları fermanın yaxınlığında meşə zolağında moruq kollarının arasına apararaq orada xüsusi hazırlanmış yeri göstərmişdir. Baxış zamanı həmin yerdə tərkibində narkotik maddə olan 8 ədəd çətənə bitkisinin kolları aşkar olunmuş, həmin 8 ədəd çətənə bitkisinin hündürlüklərini dəqiq xatırlamasa da, həmin bitkilərin hündürlükləri 1 metr və ya 1 metrdən artıq olmuşdur. Tərəfindən həmin 8 ədəd çətənə kollarına baxış keçirilmiş və həmin çətənə kollarının köklərinin sulandığı, aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Müəyyən etdiklərinin protokola qeyd edilməsi məqsədi ilə o, bu barədə polis əməkdaşlarına bildirmişdir. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı həmin yerdə quruması üçün yerə və moruq kollarının üstünə sərilmiş vəziyyətdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər çətənə bitkilərinin kütlələri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin quruması üçün sərdiyini bildirmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkar olunmuş 8 ədəd çətənə bitkiləri ağ rəngli kağız zərfə, yerə və moruq kollarının üzərinə quruması üçün sərilmiş tünd yaşıl rəngli, kəskin iyli quruudulmuş marixuanaya oxşar kütlələr iki ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılıb ağzı bağlanılmış, üzəri imzalanaraq möhürlənib ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid Arif Məmmədovun məhkəmə iclası zamanı aşkar edilmiş 8 ədəd çətənə bitkisinin hündürlükləri ilə bağlı göstərdiyi xüsusat üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin hissədə elan olunmaqla tədqiq olunmuş və ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suala cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 24.09.2019-cu il tarixli “Raport”dan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkibbecərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin X7 Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan 24.09.2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi faktının müəyyən edilməsi üçün təxirəsalınmaz hal kimi müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 07) Cinayət işinin materiallarında olan 24.09.2019-cu il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 24.09.2019-cu il tarixdə Yevlax rayonunun Köyük kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 16) Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 24 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkibbecərməsi, kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları tərəfindən 24 sentyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə 13 radələrində yaşadığı Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə Yevlax rayonunun Köyük kəndində yerləşən meşə zolağından torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və külli miqdarda - 13450 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 14-18) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid8 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 107-108) Cinayət işinin materiallarında olan 24.09.2019-cu il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan fermanın yaxınlığında meşə zolağında moruq kollarının arasında ətrafdan görünməyən sahəsi təxminən 0,15 sotdan ibarət yer hazırlaması, deməsinə görə, bu ilin may ayında 54 sayda çətənə kolu əkib-becərərək aqrotexniki qaydada qulluq edib yığması, həmin yerdə çətənə bitkisinin zəif yetişən 8 ədəd kolunu saxlayaraq qulluq etməkdə davam etməsi müəyyən edildi. Belə ki, becərmə nəticəsində narkotik xassəli bitki çətənə kolu daha intensiv inkişaf etmişdir, çətənə kollarının yığılaraq kökündən çıxarılmasının yerləri aşkar görünür. Həmin yerdə 8 ədəd narkotik tərkibli çətənə kollarının ətraf hissəsində torpaq yumşaldılaraq, çətənə kolunun suvarılması üçün həmin hissəyə suvarma arxı çəkilmiş, qulluq edərək becərməkdə davam etməsi müəyyən olundu. Aşkar olunmuş 8 (səkkiz) ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmiş, hər bir ədədinin hündürlüyünün orta hesabla 50-60 sm və hər bir ədəd çətənə kolunun çəkisinin orta hesabla 10 qram, ümumi çəkisinin isə 80 qram olması müəyyən edildi. Nəticə: Təqsirləndirilən şəxs məxsus fermanın yaxınlığında yerləşən meşə zolağında moruq kollarının arasında hazırlanmış 0,15 sot sahədə aqrotexniki qulluq edilmiş 8 ədəd bitki narkotik xassəli çətənə koludur. (cild 01, iş vər. 19) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının 24.09.2019-cu il tarixli 532 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisinin kolları” sözləri yazılmış, bir ədəd kağız paketdə ümumi sayı 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 55 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilərkən aşkar olunan qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan sintetik kisədəki 5 (beş) ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram, 225 qram, ümumi təmiz çəkisi 1315 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər birinin üzərində “Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilər əkibbecərdiyi yerdən aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan iki ədəd sintetik kisədəki, ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram, 6300 qram, ümumi təmiz çəkisi 13450 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sintetik kisədə və 5 ədəd polietilen torbada olan marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 43-44) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 oktyabr 2019-cu il tarixli 2519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 118- 119) Cinayət işinin materiallarında olan 18.02.2020-ci il tarixli 206-347-1220 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, 24.09.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri ƏAT-i zamanı Yevlax rayonunun Köyük kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Yevlax rayonunun Köyük kəndi ərazisində saxlanılmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı həmin kənddə əkib-becərərək əldə etdiyini bildirmişdir. Keçirilən ƏAT-i nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsi müəyyən edilməmiş, bu istiqamətdə ƏAT-i davam etdirilmişdir. Təqsirləndirilən şəxs Yevlax rayonunda, eləcə də ətraf rayonlarda yaşayan narkotik vasitələr satmaqda şübhəli və qəbul etməkdə şübhəli olan şəxslərlə əlaqələri yoxlanılmış, bu məqsədlə onun tanışları və əlaqə saxladığı şəxslər arasında tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. (cild 01, iş vər. 155) Cinayət işinin materiallarında olan Yevlax rayonu Qaramanlı bələdiyyəsindən daxil olmuş 25.06.2020-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Yevlax rayonunun Köyük kənd sakini Təqsirləndirilən şəxs Yevlax rayonunun Köyük kəndində özünə məxsus fermanın ərazisində narkotik tərkibli çətənə kollarını əkib yetişdirməklə kultivasiya etdiyi torpaq sahəsi Yevlax rayonu Qaramanlı kənd bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatı olmayan örüş torpaq sahəsidir. Həmin torpaq sahəsi Təqsirləndirilən şəxs məxsus fermanın yerləşdiyi Yevlax rayonu Qaramanlı bələdiyyəsinə məxsus olan 1,9 ha torpaq sahəsinin şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 2 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı ərazidən ibarətdir. Sözügedən torpaq sahəsi 05.03.2004cü il tarixdən icarə müqaviləsi əsasında Yevlax rayonunun Köyük kənd sakini Təqsirləndirilən şəxs atası mərhum X2 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Hal-hazırda icarə müqaviləsinin müddəti bitməsinə baxmayaraq sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin istifadəsindədir. (cild 02, iş vər. 9) Cinayət işinin materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X14 tərəfindən verilmiş 28.01.2020-ci il tarixli 684 saylı məktubdan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə bu xəstəxanada müalicə olunmayıb. (cild 01, iş vər. 154) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində düzgün nəticəyə gəlsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilmiş ittihamın isə Cinayət Məcəlləsinin 237.2.3-cü maddə ilə əhatə olunması barədə nəticəyə gəlməsi düzgün olmamışdır. Belə ki, məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin, birinci instansiya məhkəməsi digər hissədə Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10 maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ...təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuananı siqaretə doldurmaqla qəbul edir. Mütəmadi olaraq narkotik vasitə olan marixuana qəbul etdiyinə görə özünün istifadəsi üçün 2019-cu ilin may ayında yaşadığı Köyük kəndində ona məxsus torpaq sahəsinin yaxınlığında moruq kollarının arasında gediş-gəliş olmayan gizli hissədə 4 ayrı-ayrı bir-birinə yaxın yerdə ümumi sayı təxminən 54 ədəd çətənə kolunun bitkisini əkmişdir. Eyni zamanda həmin çətənə kollarının bitkilərini əkdikən sonra 4 ay müddətində onlara qulluq etmişdir. Belə ki, mütəmadi olaraq çətənə kollarının bitkilərini suvarmaq məqsədi ilə arx çəkmiş, suvarmış və diblərini təmizləmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində, yəni təxminən 10 gün bundan əvvəl həmin çətənə kollarının bitkilərini yığmış, 8 ədəd çətənə kolunun bitkisini isə tam yetişmədiyi üçün saxlamışdır. Çətənə kollarının bir hissəsini tam quruması üçün torpaq sahəsində saxlamış, digər hissəsini isə yığıb, əsas hissələrini koldan ayırıb yaşadığı ünvana aparmışdır. Yaşadığı ünvanda həmin qurudulmuş marixuananı 5 ədəd ayrı-ayrı sellofan torbalara yerləşdirmiş və otağın müxtəlif yerlərində gizlətmişdir... Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarına əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə verilmiş ittihamın isə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə əhatə olunması ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində, hökm çıxdığı günə kimi olan müddətlə kifayətlənməklə cəza təyin edilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə məhkəmənarkoloji ekspertizasının rəyləri ilə təsdiq olunur ki, həmin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinin iştirakçısıdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs evində və narkotik tərkibli bitkini əkdiyi yerdə baxışın aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs evindən beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar-1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, meşə zolağından torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və külli miqdarda-13450 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitənin şəxsi istifadə məqsədi ilə saxlanıldığına dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onları hissələrə ayıraraq müxtəlif yerlərdə saxlaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, təqsirləndirilən şəxsin həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul edir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq xeyli miqdarda yəni 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkilib kultivasiya edildiyindən onun əməlində CM-in 237.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə prosesində verdiyi ifadələrini özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan, cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək niyyətilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham kifayət qədər əsaslıdır, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilib ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş nisbətən aşağı həddə cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin fundamental prinsiplərinə və dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olmaz. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hissəsində ləğv edilərək yeni hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla cəza təyin edilməlidir. nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü qismən “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi” hissəsində ləğv edilərək həmin hissədə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar