Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-139/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 isə CM-in 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Şərif oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala rayonunu Aşağı Tala kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu ilədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 günün CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün həmin cəzadan çıxılması və üzərində qəti cəza olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində xx xxxx 2019-cu il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçillməsi və məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılması, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, profilaktiki qeydiyyata alınması üçün hökmün surətinin yaşayış yeri üzrə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilməsi, iş üzrə maddi sübut qismində tanınmış, Zaqatala RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş bir ədəd ağ rəngli selofan torbada olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,25 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, bir ədəd qara rəngli sellofan torbada olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 404,95 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş üzərində “AVİON” sözü yazılmış 2 ədəd kibrit qutusunda 1,87 qram və 3,49 qram, ümumilikdə 5,36 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd 20-lik və 2 ədəd 5-lik əsginaslardan ibarət 30 manat pulun dövlət nəfinə müsadirə edilməsi, iş üzrə 35,97 manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 2019-cu ilin may ayının sonlarında dəqiq günü istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Zaqatala rayonunun Aşağı Tala kəndinin yaxınlığındakı “Torpaq qala” adlanan ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını toplayaraq təmiz halda çəkisi 411,76 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitə - qurudulmuş marixuananı yaşadığı evə gətirməklə ağ rəngli sellofan torbanı yaşadığı evin həyətində yerləşən ayaqyolunun arxasından 5 metr aralıdakı torpaqda, qara rəngli sellofan torbanı isə yaşadığı evin həyətindəki altıaçıqda olan şifonerin siyirtməsində gizlədərək saxlamış, xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində həmin narkotik vasitə - qurudulmuş marixuananın bir hissəsini iki ədəd kibrit qutusuna yığaraq yaşadığı Zaqatala rayonunun Aşağı Tala kəndində olan evinin həyətində qanunsuz olaraq Təqsirləndirilən şəxs1 30 manata satmış, həmin tarixdə Zaqatala RPŞnın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məmmədov X2 rayonunun Aşağı Tala kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən həmin iki ədəd kibrit qutusunda olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,92 qram və 3,54 qram, ümumi təmiz çəkisi 5,46 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana sonuncunun üzərindən aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri çərçivəsində xx xxxx 2019-cu il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən yaşadığı evin həyətinə baxış keçirilərkən isə ayaqyolunun arxasından 5 metr aralıdakı bellənmiş torpağın üzərindən bir ədəd ağ rəngli sellofan torbada 1,30 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, həyətdə olan altıaçığın altındakı şifonerin siyirtməsindən isə bir ədəd qara rəngli sellofan torbada 405 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verilmişdir Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə yanaşı, şahid qismində dindirilmiş Şahid5 və Şahid6 da Təqsirləndirilən şəxs2 da ifadələrində yaşadığı evin həyətyanı sahəsində baxışda iştirak etsələr də həmin narkotik vasitələr aşkarlanan zaman aşkar edilən yerdə almadıqlarını, kənarda siqaret çəkdiklərini, daha sonradan həmin narkotik vasitələrin onlara göstərildiyini, həmin vaxtı Soltanıın qışqıraraq narkotikin özünə məxsus olmadığını bildirdiyini, həmçinin ibtidai istintaq zamanı onların adından yazılmış ifadələrin həqiqəti əks etdirmədiyini qeyd etmişlər. İşin digər bir halı isə ondan ibarətdir ki, cinayət işinin materiallarında da olan "Axtarış aparılması haqqında" qərarlar ümumiyyətlə məhkəmə nəzarətini həyata keçirmiş məhkəməyə göndərilməmiş və dolayısı ilə qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. İttiham olunduğu CM-in 234.2-ci maddə ilə nəzərdə tutulmuş cinayət əməli ilə heç bir əlaqəsi olmayan Təqsirləndirilən şəxs2 qarşı Zaqatala Rayon Məhkəməsi tərəfindən bu cür höküm çıxarılması və onun təqsirli bilinməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Cinayət-Prosessual Məcəlləsinin 21-ci, "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddələrində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasına ziddir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ləğv edilməli və CM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlllər Təqsirləndirilən şəxs2 tərəfindən törədilmədiyi və onun belə cinayət törətməsi nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun ifadə verən Təqsirləndirilən şəxs2 demişdir: – Özümü elan edilmiş ittiham üzrə təqsirli hesab etmirəm. Təqsirləndirilən şəxs1 mənə borcu var idi, ona görə yanıma gələrək borcunu verdi. O, mənim yanımdan çıxdıqdan sonra əməliyyatçılar onu tutdular və Təqsirləndirilən şəxs1 üstündən narkotik aşkar edildi. İlkin döyüldüyünə görə, həmin narkotik maddəni məndən aldığını dedi. Amma birinci instansiya məhkəməsində bildirdi ki, polis şöbəsində onu döydükləri və ona hədə-qorxu gəldikləri üçün məndən narkotik aldığını ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxs1 mənə borcu olmuşdur. Mən özüm də narkotikdən istifadə edirəm. Özümdə 11 qram çəkidə narkotik olub. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik isə mənə məxsus deyildi. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində üzərində aşkar edilmiş narkotiki balıq tutmağa gedəndə çöldən yığdığını bildirdi, məndən aldığını demədi. Mənə irəli sürülmüş CM-in 234.2-ci maddəsi ilə razılaşmıram, çünki mən narkotik vasitələri satan deyiləm. Amma arada ondan çəkirəm. Savadsızlığımdan istifadə edilərək sənədlərə qol çəkməyim və təqsiri boynuma almağım müqabilində buraxılacağımı mənə vəd etdilər. 75 yaşında xəstə anam var. Onun tək övladıyam. Ona görə mənə həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa, o verilən suallara cavab lolaraq demişdir: Görüşməyimizin səbəbi Təqsirləndirilən şəxs1 mənə borcunu qaytarması olmuşdur. Hadisədən iki ay əvvəl ona 3 metr uzunluqda kanalizasiya borusunu 50 manata satmışdım. O 20 manatı əvvəl vermişdi, 30 manat borcu qalmışdı. İlkinə zəng vurub mənə pul lazım olduğunu bildirdim və o, bizə gələndən sonra tutuldu. İlkinin telefonuna daxil olan axırıncı zəng mənə məxsus olduğu üçün əməliyyatçılar bizim evə gəliblər. Həqiqətən də, üstümdən narkotik çıxdı, çünki mən ondan istifadə edirəm. Mən üzərimdə aşkar edilmiş narkotikin mənə məxsus olmasını demişəm, İlkinə narkotik satdığımı deməmişəm. Mən yaza və oxuya bilmirəm, bilmədən hara qol çək deyiblər orada qol çəkmişəm. Yanımda müdafiəçi olmayıb. Həyətimizə baxış keçiriləndə əməliyyatçılar və müdafiəçim olub. Təxminən 10 nəfər əməliyyatçı həyətimizə daxil olub qapını bağladılar. Xəstə atamdan başqa evdə heç kim yox idi. Onlardan 6 nəfər həyətdə qaldılar, 4 nəfər isə evin içinə girdilər. Bundan sonra iki nəfər hal şahidi var idi. Bütün evi gəzdilər. Axırda yarım kilo narkotik maddə qoyub götürdülər. Şahid5 və Şahid6 hal şahidləri qismində baxışda iştirak ediblər və onlar baxış başlayandan yanımda olublar. Üzərimdə olan 11 qram marixuananı meşədən tapmışam. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışam və həyətimdə aşkar edilən narkotik vasitələr mənə məxsus deyil. Narkotik vasitələri həyətimə polis əməkdaşları qoyublar. Mənə məxsus narkotik qurudulmuş idi, amma həyətimə qoyulan yaş halda idi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Emil Əliyev apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, müvafiq ekspertiza rəyindən görünür ki, aşkar edilmiş narkotik vasitələr tərkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini hal-hazırda etiraf etməsə də, onun ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış protokolları, ekspertiza rəyləri, maddi sübut, şahid ifadələri və digər sənədlər onun təqsirli olmasını təsdiq edir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində yaşadığım evdə olan vaxt polis əməkdaşları məni çağırıb qonşum Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasında və onun yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etdilər. Axtarış olanda Soltanın evində, evin zirzəmisində, mal tövləsində heç nə tapılmadı. Daha sonra evin arxasında yerləşən tualetdən və onun həyətinin ortasından torbalar tapıldı. İçində nə olduğunu bilmirəm. Hava qaralmışdı. Təqsirləndirilən şəxs2 bu torbaların ona aid olmadığını bildirdi. Bildiyim bu qədərdi. Torba heyətin ortasında aşkar edilib. Torbanın aşkar edilməsini müşahidə etməmişəm. Onun haradan çıxdığını görmədim. Torba aşkar edildiyi yerdə çoxlu polislər var idi. Bir onu eşitdim ki, Soltan bu torbanın onun olmadığını deyir. Torbanın haradan çıxdığını görməmişəm. Hava qaraldığı üçün torbanın içində nə olduğunu görməmişəm. Torbanın içinə baxmadım. Torbanı bağladılar. Müstəntiq ifadəni özü yazdı. Nə yazdığını bilmirəm. İfadəni oxumadan qol çəkmişəm. İfadəmi imzalayanda mənə təzyiq olmayıb. Həyətdən torba aşkar ediləndə mən polislərin yanında deyildim. Qıraqda durub siqaret çəkirdim. Soltan həmin torbanın ona aid olmadığını deyəndə onlara yaxınlaşdım. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 evindən heç nə aşkar edilməmişdir. Evin dalında yerləşən tualetdən balaca torba aşkar edildi. Mal tövləsindən heç nə tapılmadı. Həyətdə balaca bir saxlanca baxış keçirildikdə mən siqaret çekmək üçün kənara çəkildim. Bu zaman Soltanın səsi gəldi. Mən qara torbanı gördüm. Soltan hərmin torbanın ona aid olmadığını deyirdi. Müstəntiqin yazdığını oxumamışam, çünki eynək olmadan oxuya bilmirəm. Mən siqareti çəkmək üçün kənara çəkildiyim zaman Şahid5 harada olduğunu dəqiq bilmirəm. Təqsirləndirilən şəxs2 evinə baxış keçirəndə çoxlu polislər var idi. Mənə kənara çəkilməyi heç kim deməyib. Gördüm ki, heç nə tapılmır, siqaret çəkmək üçün kənara çəkildim. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ibtidai ifаdəsində göstərmişdir ki, uzun müddətdir Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitə - qurudulmuş marixuana istifadəçisi olması və mütəmadi olaraq üzərində narkotik vasitə - qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx xxxx 2019-cu il tarixdə onun, Zaqatala RPŞ-nın CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Tural Soltanovun iştiraklarından ibarət əməliyyat qrupu yaradılmış, cinayət əməlinin ifşa olunması və üzərinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 güdülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 tərəflərindən müşahidəyə alınaraq izlənməyə başlanmışdır. Müşahidə zamanı Təqsirləndirilən şəxs1 istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı narkotik vasitələrin alqı-satqısında şübhəli olan, Zaqatala rayonu Aşağı Tala kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yaşadığı evindən alaraq çıxdıqdan sonra təxminən 200 metr kənarda ** FZ *** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Meredes Benz” markalı və üzərində “Taxi” işarəsi olan nəqliyyat vasitəsinə əyləşən zaman tərəflərindən saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi yardımından istifadə etmək hüququ təmin edilmiş və 2 nəfər hal şahidi qismində dəvət edilərək onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun üzərində olan idman şalvarının qabaq sol cibindən iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kibrit qutularında olan maddənin nə olduğu və haradan əldə etdiyi soruşulmuşdur. O da bildirmişdir ki, həmin kibrit qutularındakı maddə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır, həmin narkotik vasitə ona məxsusdur və onu Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs2 30 manata almışdır. Bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, bir kibrit qutusunda 4,55 qram, digərində isə 6,05 qram narkotik vasitə olduğu müəyyən edilmiş, fotoşəkilləri çəkilmişdir. Həmin kibrit qutuları bir ədəd zərfdə qablaşdırılmış, zərf bağlanaraq möhürlənmiş, protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub düzgün tətrib edildiyini imzaları ilə təsdiq etmişlər. Bundan sonra Zaqatala rayonunun Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat tədbirlərinin davamı nəticəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 da şübhəli şəxs qismində tutularaq müdafiəçi yardımından istifadə etmək hüququ təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra iki nəfər hal şahidi qismində dəvət edilərək Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan şalvarın arxa sağ cibindən 35 manat 40 qəpik pul aşkar edilmiş, lakin onun üzərindən qanunla azad dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirmək istədiklərini bildirilmiş, o da buna etiraz etməmiş və öz razılığı ilə evinə baxış keçirilmiş, oradan qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Daha sonra isə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxasında yerləşən tualetdən 5 metr aralıda qarışdırılmış torpağın üstündə olan ağ rəngli sellofan torbanın içində yaşıl rəngli, qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə selofan torba ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 0,025 kq olmuş və qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin sol tərəfində evə paralel yerləşən tövlənin alt hissəsinə baxış keçirilmiş və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin həyət qapısından içəri daxil olduqda sol tərəfdə yerləşən saxlanc yerinə baxış keçirilərkən orada olan şifonerin siyirtməsindən qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən yaşıl rəngli, qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə də sellofan torba ilə birlikdə təzərzidə çəkilmiş, ümumi çəkisi 0,430 kq olmuş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin sol tərəfində yerləşən tövlənin tavan hissəsinə baxış keçirilmiş və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Ən sonda isə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində Zaqatala Rayon Polis Şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Onların təklifini qəbul edib polis əməkdaşları ilə polis şöbəsinin inzibati binasında yerləşən 5 nömrəli xidməti otağa getmişdir və orada adını sonradan bildiyi, Zaqatala rayonunun Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Orada onunla birlikdə başqa bir hal şahidi və vəkil olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara, yəni hal şahidlərinə, vəkilə və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 da əynində olan şalvarın sol yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütləni, içərisində altı ədəd papiros olan bir ədəd “Magna” markalı siqaret qutusunu və bir ədəd bir manatlıq pul əsginasını, şalvarının sağ yan cibindən isə bir ədəd bir manatlıq pul əsginasını çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin iki ədəd kibrit qutusunun içərisinə baxış keçirildikdə, onların içərisində yaşıl rəngli, qurudulmuş halda narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Elektron tərəzidə kütlələr çəkilərkən kibrit qutularının birinin çəkisi 4,55 qram, digərinin çəkisi 6,05 qram, ümumilikdə isə 10,60 qram olduğu müəyyən edilmişdir. Həmin iki ədəd kibrit qutusu ağ rəngli zərfə qoyularaq qablaşıdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması ilə əlaqədar protokol tərtib olunmuş, orada iştirak edən şəxslərə oxunmuş, onlar da protokolla tanış olub imzalamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, özünə məxsus Mercedes markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində bir nəfər adını sonradan bildiyi İlkin adlı şəxs taksi sifariş etmişdir. Onu “Lenin qoruqları” adlanan yerdən götürüb Aşağı Tala kəndində sahibini tanımadığı bir evin qarşısına aparmışdır. İlkin avtomobildən düşüb həyətə girmişdir. O isə avtomobili biraz qabağa sürüb geri çevirib gəlmişdir. Təxminən 5 dəqiqə sonra İlkin gəlib avtomobilə oturmuşdur. Onu yenidən “Lenin qoruqları” adlanan yerə aparmaq istəyəndə yolda polis əməkdaşları avtomobili saxlamış və onları polis şöbəsinə gətirmişlər. Polis əməkdaşlarından nə baş verdiyini soruşduqda ona demişlər ki, avtomobilində olan İlkin adlı sərnişin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur və ona görə də onu polis şöbəsinə gətiriblər. O, Təqsirləndirilən şəxs1 tanımırdı, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 apardığı Aşağı Tala kəndində yerləşən evin kimə məxsus olduğunu və onun həmin evə nə məqsədlə getdiyini bilməmişdir. Təqsirləndirilən şəxs1 avtomobildən düşüb qapıdan həyətə daxil olmuş, onu heç kim qarşılamamışdır, Təqsirləndirilən şəxs1 geri qayıtdıqdan sonra onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə, saat 17:30 radələrində uzaq qohumu olan Təqsirləndirilən şəxs1 ona zəng edərək yaşadıqları kənddə yerləşən “İbişin kafesi” adlanan kafeyə gedib pivə içməyi təklif etmişdir. Onlar birlikdə həmin kafeyə getmiş, orada bir vaxtlar bazarda İlkinin qardaşının yanında fəhlə işləmiş, onun da tanıdığı Elçin adlı şəxs də onlara qoşulmuşdur. Onlar birlikdə hərəyə iki bakal pivə içmiş və təxminən 1 saat həmin kafedə oturduqdan sonra İlkin sifariş etdiyi “Mercedes” markalı taksi avtomobilinə əyləşib getmişdir. Elçinin isə hara getdiyini bilməmiş, özü isə başqa tanışları gəldiyindən onlara qoşulub kafedə dayanmışdır. Sonradan həmin gün axşam eşitmişdir ki, İlkin onlardan ayrıldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb, üzərindən narkotik vasitə aşkar edilib, o həmin narkotik vasitəni kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 almasını bildirdiyi üçün həmin şəxs də polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs1 onlardan ayrılıb gedərkən ona evə gedəcəyini demiş, hətta onun çağırdığı taksiyə minib getdiyini də görmüşdür. İlkinin narkotik vasitə almağa getməsindən xəbəri olmamışdır, bu barədə İlkin ona heç nə deməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən “İbişin kafesi” adlanan kafeyə pivə içməyə getmişdir. Saat 17:30 radələrində ora tanışı Təqsirləndirilən şəxs1 və Şahid8 da gəlmişlər. Onlarla birlikdə həmin kafedə təxminən 1 saat ərzində oturub hərəyə 2 bakal pivə içmişlər. Sonra İlkin taksi sifariş edərək kafenin qabağına gəlmiş “Mercedes” markalı taksi avtomobilinə əyləşib getmişdir. Orxan isə kafedə başqa masada əyləşmiş tanışları ilə oturmuşdur. O isə kafedən çıxıb yaşadığı Yuxarı Tala kəndində yerləşən evinə getmişdir. Səhəri gün o eşitmişdir ki, İlkin onlardan ayrıldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb, üzərindən narkotik vasitə aşkar edilib, o həmin narkotik vasitəni onun da tanıdığı Təqsirləndirilən şəxs2 almasını bildirdiyi üçün polis əməkdaşları Soltanı da tutublar. Təqsirləndirilən şəxs1 onlardan ayrılıb gedərkən evə gedəcəyini demiş, hələ, bir yerdə olarkən zəng edib taksi sifariş etmiş və kafenin qarşısına gələn “Mercedes” markalı taksi avtomobilinə minib getmişdir. İlkinin narkotik vasitə almağa getməsindən xəbəri olmamış, bu barədə İlkin də ona heç nə deməmişdir. Bunlardan əlavə, işdə olan xx xxxx 2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan qurudulmuş marixuana, içərisində 6 ədəd papiros olan üstündə “Magna” yazısı olan 1 ədəd siqaret, 2 ədəd alışqan və 1 manat pul aşkar edilərək götürülmüşdür. İşdə olan xx xxxx 2019-cu il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd 20, iki ədəd 5 və beş ədəd 1 manatlıq pul əsginasları və 2 ədəd 20 qəpik pul aşkar edilərək götürülmüşdür. İşdə olan Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində olan tualetin arxa tərəfindəki dirrikdən qarışdırılmış torpağın üzərindən 1 ədəd ağ rəngli sellofan torbada və həyətdə olan altıaçıqda, şifonerin siyirtməsindən 1 ədəd qara rəngli sellofan torbada tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq zamanı Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatları yerində yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 göstərməsi ilə Zaqatala rayonunun Aşağı Tala kəndinin yaxınlığında yerləşən “Torpaq qala” adlanan çöl sahəsinə gedilmiş, müəyyən edilmişdir ki, həmin yer Zaqatala rayonunun Aşağı Tala kəndindən Üçüncü Tala kəndi istiqamətində avtomobil yolundan sol tərəfdə olan fındıq bağları və əkin sahələri olan ərazidir. Təqsirləndirilən şəxs2 avtomobil yolundan sol tərəfə fındıq bağlarına və əkin sahələrinə gedən daşlı yola dönüb təxminən 100 metr məsafə getdikdən sonra orada olan su kanalının kənarındakı kolluq sahəni göstərib bildirmişdir ki, 2019-cu ilin may ayının axırlarında dəqiq günü yadında qalmıyan tarixdə həmin ərazidə çırpı yığarkən ağ rəngli selofan torbanın içərisində 2 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar etmişdir. Həmin selofan torbanın içərisində də bir az qurudulmuş marixuana olmuşdur. Həmin marixuananı özü istifadə etmək üçün selofan torba ilə birlikdə götürmüşdür. Evə gəldikdən sonra kibrit qutularını özündə saxlamış, selofan torbanı isə tualetin arxasında, dirrikdə gizlətmişdir. 2 ədəd kibrit qutusunu xx xxxx 2019-cu il tarixdə istifadə etməsi üçün tanışı Təqsirləndirilən şəxs1 vermişdir. Həmin tarixdə polis əməkdaşları dirrikdə olan selofan torbadakı qurudulmuş marixuananı aşkar etmişdir. Lakin həmin vaxt həyətdə olan altıaçıqdakı şifonerin siyirtməsindən aşkar olunmuş qurudulmuş marixuana onun həmin ərazidən aşkar etdiyi qurudulmuş marixuana deyil, həmin kütlə ümumiyyətlə ona məxsus deyil və onu həmin yerə kimin qoymasından xəbəri yoxdur. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsinin xx xxxx 2019-cu il tarixli 350 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindəki tualetin 5 metr arxa tərəfində yerləşən...ağ rəngli polietilen torba...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi – 1,30 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyət qapısından içəri daxil olduqda... saxlanc yerindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisindəki 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 405,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar, 01 ədəd ağ rəngli sellofan torbada olan qurudulmuş marixuana və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli sübutların qiymətlənidirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş bir ədəd ağ rəngli selofan torbada olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,25 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, bir ədəd qara rəngli sellofan torbada olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 404,95 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş üzərində “AVİON” sözü yazılmış 2 ədəd kibrit qutusunda 1,87 qram və 3,49 qram, ümumilikdə 5,36 qram qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd 20-lik və 2 ədəd 5-lik əsginaslardan ibarət 30 manat pul maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin xx xxxxxx 2019-cu il tarixli 647 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyaya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Həsənov X4 Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Əhmədov Şöhrət Abuzər oğlu tərəfindən həmin gün saat 20:20də Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli sorğusu əsasında Zaqatala Rayon Polis Şöbəsindən göndərilən məktuba əsasən Təqsirləndirilən şəxs2 barədə Zaqatala RPŞ-da əməliyyat işinin olmadığı bildirilmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasında verdiyi ifadəsində CM-in 234.2ci maddəsilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ancaq cinayət işində olan 11-xx xxxx 2019-cu ildə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən (cild 1, i. v. 117-118, 127-129), barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu ildə keçirilən məhkəmə iclasında verdiyi izahatdan (cild 1 i. v. 140-141) görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan çətənənin ona məxsus olmasını və pul müqabilində Təqsirləndirilən şəxs1 satdığını etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində ifadə verərkən bildirmişdir ki, “...2019-cu ilin may ayının axırlarında Zaqatala rayonu Aşağı Tala kəndinin yaxınlığında yerləşən “Torpaq qala” adlanan ərazidə yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını yığaraq yaşadığım evə gətirdim. Həmin bitkinin yarpaqlarını şəxsi istifadəm üçün yığdım. Həmin bitkilərin yarpaqlarını yığıb qurutduqdan sonra iki ədəd sellofan torbaya yığıb evin həyətindəki altıaçıqda gizlətdim. Mən arabir narkotik maddədən özüm istifadə edirdim. xx xxxx 2019-ci il tarixdə təxminən saat 17 radələrində tanışım Təqsirləndirilən şəxs1 mənə zəng vurdu və ona narkotik maddə lazım olduğunu dedi. Mən özümdə narkotik maddə olduğunu və ona sata biləcəyimi dedim. Təxminən yarım saat keçdikdən sonra İlkin taksi ilə mənimn evimə gəldi evin həyətinə daxil oldu. Mən iki ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı İlkinə 30 manata satdım...” İfadəsinin sonunda öz xətti ilə ifadəmi oxudum mənim dediklərim doğru yazılıb əlavəm və düzəlişim yoxdur öz imzamla təsdiq edirəm yazaraq müdafiəçi, müstəntiq və özü tərərfindən imzalanmışdır Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ifadə verərkən isə bildirmişdir ki, ...xx xxxx 2019-ci il tarixdə, təxminən saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və ona narkotik maddə lazım olduğunu demişdir. O, özündə narkotik maddə olduğunu və ona verə biləcəyini demişdir. Təxminən yarım saat keçdikdən sonra İlkin taksi ilə onun evinə gəlib evin həyətinə daxil olmuşdur. O, iki ədəd kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı İlkinə 30 manata satmışdır. İlkin narkotik maddəni aldıqdan sonra çıxıb getmişdir. Bundan təxminən 2 saat keçdikdən sonra polis əməkdaşları onun evinə gəlmişlər. Polis əməkdaşları onun narkotik vasitə satmaqda şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra onun üzərində iki nəfər hal şahidinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın arxa sağ cibindən 35 manat 40 qəpik pul aşkar edilmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı evdə və evin həyətində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 həmin vaxt müstəntiqin “Siz həmin narkotik vasitəni şəxsi istifadəniz üçün yaşadığınız evdə saxladığınızı bildirirsiniz. Eyni zamanda isə xx xxxx 2019-cu il tarixdə həmin narkotik vasitənin bir hissəsinin Təqsirləndirilən şəxs1 satmısınız. Bu barədə nə deyə bilərsiniz?”sualına cavab olaraq bildirmişdir ki, “ Həmin gün ilkin məndən xahiş etdiyinə görə, həm də pula ehtiyacım olduğuna görə ona narkotik vasitə satdım” cavabını vermişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə Zaqatala Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən keçirilən məhkəmə iclasında da bildirmişdir ki, vəsatətdə göstərilən cinayət əməlini törəmişəm. Törətdiyim əməli səmimi olaraq etiraf edirəm. Etdiyim hərəkətlərdən peşmanam. ...Buna görə barəmdə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini məhkəmədən xahiş edirəm. İş üzrə digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı məhkəməsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində ...Soltanın işlə heç bir əlaqəsi yoxdur. ...Polis şöbəsində Şahid müəllim dediyi qaydada izahatları yazmışdır və yazdıqları düz deyildir. ...şöbədə iki dəfə - həm tutulan gün, həm də 2-ci gün ifadə verdiyini, Şahid müəllimin onu qorxudaraq ilk izahatında nə yazıbsa yenə də onu yazmalı olduğunu tələb etdiyini, tutulan zaman ondan Şahid və Şöhrətin ifadə almasını, Soltanın nömrəsini polis əməkdaşları onun telefonunda gördüklərini, hal şahidlərinin iştirakı zamanı Soltanın adını çəkmədiyini, başa salan olmadığı üçün vaxtında şikayət etmədiyini, tutulduqdan sonra video çəkiliş aparılmadığını, foto şəkillər çəkildiyini, üzərində olanları könüllü çıxardıb qoyduğunu, narkotiki tanımadığını, 2-3 dəfə çəkdiyini, həmin gün dadına baxmaq istədiyini, marixuananı “Torpaqqala” ərazisindən yığdığını, narkotiki Soltandan almasını deməyə zorla məcbur edildiyini, içkili günü yazdıqlarını yenidən yazmalı olduğu tələb edildiyini, əks halda həbs olunacağı ilə qorxudulduğunu, Elman müəllimə ifadə verəndə o da birinci dəfə olduğu kimi yazmasını tələb etdiyini, ərizəni cırıb üstünə atdığını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. xx xxxx 2019-cu il tarixdə saat 17:30 radələrində Zaqatala şəhərində taksi fəaliyyəti göstərən qohumu Orxan Datdayevə zəng vurub təklif etmişdir ki, birlikdə yaşadığı kənddə yerləşən “İbişin kafesi” adlanan kafeyə pivə içməyə getsinlər. Orxan onunla razılaşmış və onlar birlikdə həmin kafeyə getmişlər. Həmin vaxt kafedə olan tanışı Elçin də onlara qoşulmuşdur və onlar birlikdə hərəyə 2 bakal pivə içmişlər. Təxminən 1 saat kafedə oturduqdan sonra ürəyinə narkotik vasitə hesab edilən qurudulmuş marixuana çəkmək düşmüşdür. O, əvvəllər bir neçə dəfə marixuana çəkmiş, kənd sakinlərindən eşitmişdir ki, Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs2 marixuana satışı ilə məşğul olur. Soltanı əvvəlcədən tanımışdır. Belə ki, X16 kəndində onun nənəsinin qonşuluğunda yaşayır. Hadisədən 3-4 gün əvvəl də, nənəsigilə gedəndə yolda Soltanla rastlaşmışdır. Həmin vaxt Soltandan ona lazım olarsa marixuana təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Soltan da ona təşkil edə biləcəyini bildirmişdir. Buna görə də o, xx xxxx 2019-cu il tarixdə saat 18:30 radələrində öz mobil telefonundan “Zaqatala kuryer” taksi xidmətinə zəng vurub taksi sifariş etmişdir. Həmin sifariş əsasında onun olduğu kafeyə gələn “Mersedes-benz” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı taksi ilə Soltanın evinə getmişdir. O, taksi sürücüsünə demişdir ki, maşını çevirib dayandıqları yerə qayıtsın. Özü isə maşından düşüb Soltanın evinin həyətinə girmişdir. Orada Soltanla görüşüb narkotik maddə dalınca gəldiyini demiş, Soltan cibindən iki kibrit qutusu qurudulmuş marixuana çıxararaq ona 30 manata satmışdır. O, bundan sonra həmin taksi ilə evə getmək qərarına gəlmişdir. Evə gedərkən Aşağı Tala kəndində qəbiristanlığın yanında polis əməkdaşları onu saxlayaraq Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə, yəni qanunsuz olaraq narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli şəxs qismində tutulmuşdur. Ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin və iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun üzərində olan idman şalvarının qabaq sol cibindən iki ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin kibrit qutularında olan maddənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin kibrit qutularındakı maddə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır, həmin narkotik vasitə ona məxsusdur və onu Aşağı Tala kənd sakini Təqsirləndirilən şəxs2 30 manata almışdır. Bundan sonra onun, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Bir kibrit qutusunda 4,55 qram, digərində isə 6,05 qram narkotik vasitə olduğu müəyyən edilmiş, fotoşəkilləri çəkilmişdir. Bundan sonra həmin kibrit qutuları onun, müdafiəçinin və hal şahidlərini iştirakı ilə bir ədəd zərfə qablaşdırılmış, zərf bağlanaraq möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitəni özü istifadə etmək üçün aldığını, Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə almadığını, xx xxxx 2019-cu il tarixdə onunla birlikdə kafedə olmuş Orxan və Elçin adlı şəxslərin, həmçinin onu Təqsirləndirilən şəxs2 evinə idarə etdiyi avtomobillə aparmış Şahid7 narkotik vasitə almağa getməsindən məlumatlarının olmadığını, Təqsirləndirilən şəxs2 evinin həyətinə girib ondan narkotik vasitə alarkən həyətdə Soltandan və ondan başqa heç kəsin olmadığını, əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan stifadə etsə də, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini göstərmişdir. Bunlardan başqa, məhkəmə kollegiyasının iclasında şahidlər Şahid5 və Şahid6 axtarış olanda evin arxasında yerləşən tualetdən və onun həyətinin ortasından torbaların tapılması, siqaret çəkmək üçün kənara çəkilməsi, torbanın aşkar edilməsini müşahidə etməməsi, onun haradan çıxdığını görməməsi, hava qaraldığı üçün torbanın içində nə olduğunu görməməsi, torbanın içinə baxmaması, ifadəni müstəntiqin yazması, nə yazdığını bilməməsi, ifadəni oxumadan qol çəkməsinə dair ifadələrini tərsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin şəxslər ibtidai istintaq zamanı sərbəst ifadə vermiş (1-ci cild, i. v. 194-199) və həmin ifadələri oxuduqlarını, dedikləri ilə döğru yazıldığını, əlavə düzəlişlərinin olmadığını bildirmiş və imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində yaşadığı evdə olan vaxt polis əməkdaşları onu çağırıb qonşusu Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasında və onun yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. Onlarla razılaşmış və Təqsirləndirilən şəxs2 yaşadığı evin həyət qapısının qarşısında, küçədə onun üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona və hal şahidi qismində dəvət edilmiş Şahid6, həmçinin Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəziləri izah edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinası və 2 ədəd 20 qəpik aşkar edilmişdir və həmin pullar ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış aparılması ilə əlaqədar protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub imzalamışlar. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs2 da buna etiraz etməmişdir və öz razılığı ilə evinə baxış keçirilmiş, oradan qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Daha sonra isə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxasında yerləşən tualetdən 5 metr aralıda qarışdırılmış torpağın üstündə olan ağ rəngli sellofan torbanın içində yaşıl rəngli, qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə selofan torba ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 0,025 kq olmuş və qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin sol tərəfində evə paralel yerləşən tövlənin alt hissəsinə baxış keçirilmiş və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin həyət qapısından içəri daxil olduqda sol tərəfdə yerləşən saxlanc yerinə baxış keçirilərkən orada olan şifonerin siyirtməsindən qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən yaşıl rəngli, qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə də sellofan torba ilə birlikdə tərəziidə çəkilmiş, ümumi çəkisi 0,430 kq olmuş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin sol tərəfində yerləşən tövlənin tavan hissəsinə baxış keçirilmiş və qanunsuz heç bir əşya aşkar edilməmişdir. Ən sonda isə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o və orada iştirak edən şəxslər də protokolla tanış olub imza etmişlər. İbtidai istintaq zamanı digər Şahid6 da Şahid5la eyni məzmunlu ifadə vermişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin xx xxxxxx 2019-cu il tarixli 647 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyaya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxsin müdafiəçisi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional bölməsinin xx xxxx 2019-cu il tarixli 350 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar, 01 ədəd ağ rəngli sellofan torbada olan qurudulmuş marixuana və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Bu cür rəylərin verilməsi artıq kütləvi xarakter almış, digər cinayət işlərində də birmənalı olaraq tədqiqata təqdim edilmiş maddələr eynitərkibli sayılır. Həmin rəylər kifayət qədər əsaslandırılmır, tədqiqat hansı üsulla aparıldığı da qeyd olunmur. Hətta xarici olkələrdə ekspert rəylərinə diaqrammalar əlavə olunur. Ekspertizaların müasir aparatların əsasında aparılması şübhə doğurur. Ona görə də tədqiqata təqdim olunmuş, 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuananın, 01 ədəd ağ rəngli sellofan torbada və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olmasının əsaslandırılmasına və rəyə tədqiqata dair diaqrammaların əlavə edilməməsinin səbəbini aydınlaşdırmasına zərurət olduğundan xx xxxx 2019-cu il tarixli, 350 nömrəli rəyi vermiş ekspert X3 məhkəmə iclasında dəvət edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, məhkəmə kollegiyası müdafiəçinin vəsatətini təmin edərək ekspert X7 məhkəmə iclasına dəvət etmişdir. Məhkəmə kollegiyasının iclasın izahat verən X11 bildirmişdir ki, bizə təqdim edilmiş obyektlərin narkotik aktivliyinə malik olan komponentlərin konsenstasiyasına görə BMT-nin standart metodiklarına əsasən eyniliyi müəyyən edirik. Biz yalnız narkotik aktivliyinə malik olan komponentlərinə görə eynilik müəyyən edə bilərik, başqa metodlar üçün şəraitimiz yoxdur. Həmin iş üzrə nazik təbəqəli xromotoqrafiya üsulundan istifadə edilib. Nazik təbəqəli xromotoqrafiya analizində biz komputerdən və ya hər hansı bir yazı vasitədən istifadə etmirik. Nazik təbəqəli xromotoqrafiyada silfor lövhələrdə ləkələrin diametrinə, rənglərin intensivliyinə görə eynilik müəyyən edirik, lakin hər hansı şəkillər əlavə olunmur. Nazik təbəqəli xromotoqrafiyada spektrin şəkillərini əlavə etmirik. Spektoral analiz bizdə yox, Məhkəmə Ekspertiza Mərkəzində aparılır. Həm nazik təbəqəli xromotoqrafiya analizində, həm spektoral analizində kimyəvi cəhətdən metodu eynidir. Başqa-başqa ərazilərdə bitən bitkilər tərkibinə görə eyni ola bilər. Biz rəy verəndə yalnız narkotik komponentləri nəzərə alırıq. Müxtəlif mənbələrdən olan bitkilər də eynitərkibli ola bilər. Amma tərkibinə görə fərqli olan bitkilər mütləq şəkildə müxtəlif mənbələrdən olur. İkas spektorlu analiz metodu bitki mənşəli obyektlərə tətbiq olunmur. Tədqiqata təqdim edilmiş obyektlərin tərkiblərinə görə eyni olması onların bir ağacdan əldə olunmasını istisna etmir. Həmin obyektlər müxtəlif ağaclardan da ola bilər. Ağacların yarpaqlarında kifayət qədər narkotik aktivliyinə malik olan komponentlər mövcuddur. Həmin komponentlər yalnız kökündə və toxumunda olmur. Beləliklə, Təqsirləndirilən şəxs2 ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, digər Təqsirləndirilən şəxs1, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apelyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.2-ci maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Apelyasiya şikayətinin digər dəlili olan axtarış aparılması haqqında qərarların ümumiyyətlə məhkəməyə göndərilməməsi barədə dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin (cild 1, i. v 41) vərəqəsindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surəti xx xxxx 2019-cu il tarixdə məlumat üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs2 israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-139/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-139/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver