Məhkəmə qərarları › İş №1(107)-14/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-14/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-14/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6 oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1977-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonunun Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 2, otaq 48-də yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, onun ibtidai istintaq zamanı xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 35,97 manatın ondan alınıb dövlət büdcəsinə (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN- **********, hesab-AZ34CTRE********************01) keçirilməsi və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan maddi sübut - 59,89 qr marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qаnunsuz оlаrаq əkib-becərilməsi qadağan olunmuş tərkibində nаrkоtik maddələr olan narkotik xаssəli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivаsiyа etmiş, həmin bitkilərin hissələrini toplayıb qurudaraq qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuanа hаzırlаyıb, əldə edərək yaşadığı evində və həyətyanı sahəsində sаxlmaqdan ibarət cinayət əməlini törətmişdir. Belə ki, о 2020-ci ilin may ayında, Ağsu rayonunun Ərəbmehdibəy kəndində yaşadığı evin həyətində qanunsuz olaraq əkib-becərilməsi qadağan olunmuş tərkibində nаrkоtik vasitələr olan üç ədəd çətənə (kannаbis) bitkisini əkib onlara aqrotexniki qaydada qulluq edərək becərməklə kultivasiya edib yetişdirmiş, dаhа sоnrа qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq qurudub şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 60,04 qram çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnаnı hаzırlаmаqlа əldə edərək yaşadığı evdə saxlamış və xx xxxx 2020-ci ildə Ağsu RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı evinin həyətində olan tövlənin sağ hissəsində açıq halda 53,97 qram, evinin qonaq otağında dəmir sobanın altında çuğun qaba yığılmış açıq halda 3,89 qram, qonaq otağında olan qab-qacaq rəfində nəlbəkinin içərisində yığılmış açıq halda 2,18 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, həmçinin apellyasiya protestinə qarşı etiraz verilməmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ona təqsirli bilindiyi maddələr, eləcə də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Telman Əhmədov bildirmişdir ki, ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş üç ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə birkisinin hissələridir. Burdan da görünür ki, CM-in 237.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Ona görə də Təqsirləndirilən şəxs barədə CM-in 237.1-ci maddəsi ilə cinayət təqibindən imtina edirəm və eyni zamanda verilmiş apellyasiya protestinin CM-in 237.1-ci maddəsinə münasibətdə geri götürürəm və apellyaiya protestinin CM-in 234.1-ci maddəsinə münasibətdə müdafiə edərək qeyd etmək istəyirəm ki, həmin maddə ilə ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hökmün dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqsirini etiraf edir, törətdiyi əməldən peşmandır. Ona görə də apellyasiya protestinin təmin edilməməsini və ona azadlıqdan məhrum etmə cəzasının verilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Xəyal İbrahimov apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, CM-in 234.1-ci maddəsi ilə ona təyin edilmiş cəzanın ağırlaşdırılması barədə apellyasiya protesti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə münasibətindən görünür ki, o, Təqsirləndirilən şəxs barədə CM-in 237.1-ci maddəsi ilə cinayət təqibindən imtina edir və eyni zamanda verilmiş apellyasiya protestini CM-in 237.1-ci maddəsinə münasibətdə geri götürür. Məhkəmə kollegiyası əvvəlcə Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə verilmiş ittihamdan və apellyasiya protestindən imtina məsələsinə münasibət bildirməyi zərui hesab edir. Dövlət ittihamçısı fikrini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş üç ədəd bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə birkisinin hissələridir. CM-in 237.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş şxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” haqqında İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) miqdarları 6-30 hissə xeyli miqdar, 31 hissə isə külli miqdar (daxil olmaqla aşağı hədləri) hesab olunur. Təqsirləndirilən şəxs isə ona görə CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilir ki, о 2020ci ilin may ayında, Ağsu rayonunun Ərəbmehdibəy kəndində yaşadığı evin həyətində qanunsuz olaraq əkib-becərilməsi qadağan olunmuş tərkibində nаrkоtik vasitələr olan üç ədəd çətənə (kannаbis) bitkisini əkib onlara aqrotexniki qaydada qulluq edərək becərməklə kultivasiya edib yetişdirmiş, dаhа sоnrа qanunsuz olaraq həmin bitkilərin hissələrini toplayaraq qurudub şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 60,04 qram çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş mаrixuаnаnı hаzırlаmаqlа əldə edərək yaşadığı evdə saxlamışdır. Ona görə də o, CM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə və cəzaya məruz qala bilməz. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 4cü bəndinə əsasən, toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir. CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. CPM-in 43.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittihamın müdafiəsindən imtina etməsi qəbul edilməli, həmin hissədə cinayət təqibinə və apellyasiya protesti üzrə icraata xitam verilməlidir. Apellyasiya protestinin Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın daha da ağırlaşdırılmalı olması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq ediləncəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinə uyğun olaraq, narkotik vasitəni saxlayaraq daşımağa görə ittiham olunur. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Göründüyü kimi, qanunverici CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə üç ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə bərabər üç ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutmuşdur. Cinayət işində olan AZ-İ 201833 nömrəli və AZ-İ 201834 nömrəli şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009 və xx.xx.2012-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül və ədalətsiz olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri baxımından da mütənasib hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. İşdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Bundan əlavə, Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü ailə və məişətdə yaxşı aparır və heç bir ailə münaqişəsi olmamışdır. O yaşadığı Ərəbmehdibəy kəndində kənd camaatı və yaxın qohumlar arasında dərin hörmət qazanmışdır. Kəndin ictimai işlərində fəal iştirak edir. Təqsirləndirilən şəxs nümayəndəliyə istər yazılı, istər şifahi şikayət daxil olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarından asılı olmayaraq təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası da təqsirləndirilən şəxsin islаh olunması üçün yetərli ola bilər. Çünki, cəzanın islah təsiri fərdi psixoloji xarakter daşıyır və gözlənilir ki, bir il ərzində azadlıqdan məhrum etmənin təqsirləndirilən şəxsə gətirdiyi məhrumiyyətlər sosial ədalətin bərpasına, həm Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararkən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmiş və bunun əsaslarını təhlil etmişdir. Birinci instansiya məhkəmsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgündür. Apellyasiya protestinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Ona görə də hökm dəyişdirilməli, dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibindən və həmin hissədə apellyasiya protestindən imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs qarşı cinayət təqibi və apellyasiya protesti üzrə icraata xitam verilməli və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibindən və həmin hissədə apellyasiya protestindən imtina etdiyi üçün CPMin 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs qarşı cinayət təqibi və apellyasiya protesti üzrə icraata xitam verilsin. Baxılmış apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar