Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-140/2020 26.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, müdafiəçi- Şəki şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxx 1972-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan 4 ay 9 gün vaxtından əvvəl azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan 3 ay 6 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhəri Mehmandarov küçəsi 18A №li evdə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivi 1-ci küçədə yaşamış, barəsində xx xxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, xx xxxx 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,316 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 69.10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Əliyev X4 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, xx xxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağız bükümünün içərisində təmiz çəkisi 0,366 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki yaşıl-boz gödəkçənin sağön cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə saxlanılıb Mingəçevir ŞPŞ-nə aparılmış, üzərinə axtarış zamanı həmin çəkidə narkotik vasitə heroin onun əynində olan yaşıl-boz gödəkçənin sağön cibindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünü ədaləltli hesab etmədiyini, ona görə də işinə yenidən baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X3 tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan rədd edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Özünün səhhəti ilə bağlı xəstəliyinin nəzərə alınaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu birinci instansiya məhkəməsi iclasında оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilməyərək ifаdəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Günəşli bağ massivi 3-cü küçədə polis əməkdaşları onu saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində əgər narkotik maddədən istifadə etdiyini etiraf etməsə, ona fiziki təsir göstərməklə hədələdilər. O da məcbur olub göstərdikləri qaydada narkotik vasitədən istifadə etdiyini boynuna almışdır. Bununla belə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində (işin 41-42-ci və 56-58 vərəqləri) göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Mingəçevir şəhərinin Günəşli bağ massivi 10-cu küçədə yerləşən poçtun inzibati inzibati binasının yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olduğunu görüb götürmüşdür. Bükümün içərisini yoxladıqda içərisində heroin olduğunu tanımış və həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki yaşıl boz rəngli gödəkçəsinin sağön cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Günəşli bağ massivi 3-cü küçə ilə piyada hərəkətdə olan zaman tapdığı narkotik vasitə dəüstündə idi. Polis əməkdaşları onu saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirmiş və Polis Şöbəsində üstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən əynindəki yaşıl boz rəngli gödəkçəsinin sağön cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdəki kütlə bükümlə birlikdə tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,75 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni özünə istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Həmçinin məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli bilmiş, lakin səhhəti ilə əlaqədar ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Günəşli bağ massivi 3-cü küçədə saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki yaşıl boz rəngli gödəkçəsinin sağön cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidə çəkilmiş vəümumi çəkisinin 0,75 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçədə yerləşən poçtun inzibati binasının yaxınlığından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan yaşıl boz rəngli gödəkçəsinin sağ ön cibində gizlədərək saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 da oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Günəşli bağ massivi 3-cü küçədə saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki yaşıl boz rəngli gödəkçəsinin sağön cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidəçəkilmiş vəümumi çəkisinin 0,75 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Mingəçevir şəhəri Günəşli bağ massivi 10-cu küçədə yerləşən poçtun inzibati binasının yaxınlığından keçərkən yerdən siqaretin gümüşü kağız bükümündə tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan yaşıl boz rəngli gödəkçəsinin sağön cibində gizlədərək saxladığını və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, onun əynindəki yaşıl boz rəngli gödəkçəsinin sağön cibindən bir ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş halda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin elektron tərəzi iləçəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 17/168 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (01) ədəd gümüşü-ağ rəngli bükümdə təmiz çəkisi 0,366 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,05 qramı tədqiqata sərf olunmuş, 0,316 qramı isə qalıq qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 337 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə hesab edilən heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin hökmündən və tələbnamədən görünür ki, Əliyev X1 şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 3 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hər iki hökm üzrə məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CMnin 65.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-140/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-140/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver