Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-140/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən N.Paşayev) 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Ukrayna Respublikası, Sovetski rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 82/1, mənzil 83-də qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi, 9- cu küçədə yaşayan, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, ödənilməmiş məhkumluğu olan, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 15 fevral 2018–ci il tarixli hökmünün çəkilməmiş hissəsi olan 4000 (dörd min) manat cərimə cəzası ilə tam toplanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 iyul 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilərək yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətiimkan tədbirinin həbs qətiimkan tədbiri ilə əvəz edilməsi, həbsdə olmağının nəzərə alınaraq həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 0,05 qramı ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 140,90 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 manat (otuz dörd manat) 55 qəpik məbləğində məhkəmə məsrəfinin tutulub Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 140,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda bitmiş çətənə (marixuana) kollarından yığaraq Mingəçevir şəhərinə gətirmiş və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərib qurutmaqla qanunsuz əldə edib üzərində saxlayaraq daşımış və 27.07.2020-ci il tarixdə saat 21:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Güllü bağ” dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılaraq Mingəçevir Şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əlində olan sellofan torbadan Azərbaycan Respublikası 28 iyun 2005–ci il tarixli 961–İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısı” ilə müəyyən edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 140,95 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov verdiyi apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib birinci instansiya məhkəməsi istintaqı zamanı ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuana istifadə etmişdir. Təxminən 20 gün qabaq Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda çətənə (marixuana) kollarının bitdiyini görmüş və kolları tanıdığı üçün yığıb bir sellofan torbaya doldurmuşdur. Çətənə kollarını Mingəçevir şəhərinə gətirmiş və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərmiş və qurumasını gözləmişdir. O hərdən həmin tikiliyə gedib marixuanaya nəzər salmışdır. 27 iyul 2020-ci il tarixdə axşam saatlarında o, marixuananı qurutduğu tikiliyə gəlmiş və quruduğu üçün marixuananı sellofan torbaya doldurub evə aparmaq qərarına gəlmişdir. Belə ki, həmin qurudulmuş marixuananı özü istifadə etmək niyyətində olmuşdur. O, Güllü bağ dairəsinə çatana yaxın ona iki nəfər mülki paltarda polis işçisi yaxınlaşmış, özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Ona vəkillərin siyahısı təqdim olunanda müdafiəçi kimi X4 onun hüquqlarını müdafiə etməsini istəmiş və həmin vəkil ona təqdim edilmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əlində olan sellofan torbanı polis işçilərinə təqdim etmişdir. Sellofan açılarkən polis əməkdaşları içərisindəki kütlənin nə olduğunu soruşmuşlar. O isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü üçün yığıb qurutduğunu və evinə aparmaq istədiyini demişdir. Üzərinə şəxsi axtarış zamanı isə əlavə heç nə aşkar olunmamışdır. Bütün prosesslər kamera vasitəsilə vodeolentə alınmış, həmçinin bükümün fotoşəkilləri çəkilmişdir. Aşkar olunmuş qurudulmuş marixuana tərəzidə çəkilmiş və çəkisi 156,66 qramla 156,72 (yüz əlli altı tam yüzdə yetmiş iki) qram arasında dəyişkən olmuşdur. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmişdir. Həmçinin sellofan torba içərisindəki qurudulmuş marixauana ilə birlikdə qablaşdırılmış və üzərinə o və müdafiəçisi Kamil Yunusov imza etmişlər. Lakin o, yabanı halda bitən çətənə kollarını tapdığı yerini unutmuşdur. Ona görə də görə həmin yeri göstərə bilməmişdir. Aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamış, satmaq niyyətində olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edirəm. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. 27.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. 27.07.2020-ci il tarixdə saat təxminən 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində 20 Yanvar küçəsi ilə hərəkət etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 20 Yanvar küçəsi 10 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Kərimov X1 ŞPŞ-nə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı Polad Atayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vəkil Kamil Yunusov dəvət olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan 1 ədəd ağ rəngli sellofan torbanı stolun üzərinə qoymuşdur. Həmin 1 ədəd ağ rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin bir ədəd içərisində qurudulmuş marixuana olan ağ rəngli sellofan bükümün ümumi çəkisi 156,66 qramla 156,72 qram arasında dəyişkən olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd ağ rəngli sellofan bükümün içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə qurudulmuş marixuananı şübhəli şəxs qismində tutulmamışdan təxninən 20 gün qabaq Ağdaş rayonu Pirkəkə kəndində olan zaman kanalın kənarı boyu yabanı halda çətənə (marixuana) kollarının bitdiyini görüb kolları tanıdığı üçün yığıb bir sellofan torbaya doldurduğunu, çətənə kollarını Mingəçevir şəhərinə gətirdiyini və Güllü bağ dairəsinin yaxınlığında yerləşən yarımçıq tikili olan binaya gətirib orada münasib yerə sərdiyini və qurumasını gözlədiyini, 27 iyul 2020-ci il tarixdə axşam saatlarında marixuananı qurutduğu tikiliyə gedərək quruduğu üçün marixuananı sellofan torbaya doldurub əlində evə apardığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin ekspertizasının məhkəməbioloji ekspertizasının 28 iyul 2020-ci il tarixli 17/467 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış bir ədəd sellofan torbada təmiz çəkisi 140,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanseirinin ambulator məhkəmə–narkoloji ekspertizasının 06.10.2020-ci il tarixli 863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 07.10.2020ci il tarixli qərardan görünür ki, 27.07.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 28.07.2020-ci il tarixli 17/467 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış bir ədəd sellofan torbada təmiz çəkisi 140,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqat üçün 0,05 qramı istifadə edildikdən sonra qalan 140,90 qramı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli 1(051)–29/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 08.10.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hazırkı vaxtadək təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 07.08.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 15.02. 2018–ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş və 08.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral2021-ci il tarixli hökmünün cinayət qanunvericiliyinin müddəalarına uyğun qərar qəbul edilməklə xahiş etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 15 fevral 2018–ci il tarixli hökmünün çəkilməmiş hissəsi olan 4000 (dörd min) manat cərimə cəzası ilə tam toplanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə razılaşsa da, onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi olması və ona təyin edilmiş cəzanın müddəti ilə bağlı hissədə Cinayət Məcəlləsinin normalarının düzgün tətbiq etməməsi qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.11-ci maddəsinə görə təqsirləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməsi, o cümlədən cinayətlərin residivi məsələləri məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ İdarəsindən alınmış tələbnamədə göstərilən məlumatlardan, hökmlərin surətlərindən və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 08 oktyabr 2020-ci il tarixli, 67167/3-3 nömrəli məktubundan göründüyü kimi Kərimov X1 şəhər məhkəməsinin 19 may 2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin 1 noyabr 2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 -ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş 4000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası saxlanılmış, 12 avqust 2014-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Bundan sonra Mingəçevir şəhər məhkəməsinin 8 aprel 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1–ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş qalan 4000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası saxlanılmış, 17 iyul 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Bundan sonra Mingəçevir şəhər məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə o, yenidən CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş qalan 4000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası saxlanılmış, 08.05.2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, cərimə cəzasını isə icra etməmişdir. Belə ki, CM-nin 5.1-ci maddəsinə görə əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət ətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda cərimə cəzası müstəqil icra olunur. CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair" 25.05.2009cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlər üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da qeyd olunan hökmlər üzrə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4000 manat cərimə cəzasını çəkmədiyi üçün sonuncu hökm, yəni Mingəçevir şəhər məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə yanaşı, Mingəçevir şəhər Məhkəməsinin 1 noyabr 2012-ci il tarixli və 8 aprel 2015-ci il tarixli hökmləri üzrə də onun məhkumluğu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa, CM-nin 56.1.4-ci maddəsinə görə cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün, yəni 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının dördə üçündən, yəni 2 il 3 ay müddətdən az ola bilməzdi. Göründüyü kimi məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növü də düzgün müəyyən edilməmişdir. Lakin məhkəmə cəza təyini zamanı əsassız olaraq Təqsirləndirilən şəxs cinayətlərin xüsusilə təhlükəli residivinə görə cəza təyin etməməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və belə nəticəyə gəlməsinin motivlərini hökmdə əsaslandırmamışdır. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs münasibət cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmü apellyasiya protestinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qanunla xüsusilə təhlükəli residiv üçün müəyyən edilmiş müddətdən aşağı olmamaq şərti ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və buna uyğun olaraq onun hansı cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(051)-24/2021 nömrəli hökmü apellyasiya protestinə münasibətdə cəzaya və onun həmin cəzanı hansı cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-140/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-140/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver