Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-141/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-02/2020 nömrəli hökmündən Dövlət İttihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1989-cu ildə Balakən rayonunun Hetovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Talalar kəndlində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinibaylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasının saxlanması, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin qazancından aylıq tutulmaların başlandığı gündən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, Həmin hökmlə, xx xxxx 1991-ci ildə Balakən rayonunun Hetovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Balakən Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 əməlində CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün hökmün surətinin Balakən rayon prokuroruna göndərilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri -260 manat Təqsirləndirilən şəxs1 tutulub Az.MEM; VÖİN: **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Aqentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməsi, İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd ağ rəngli qısaqol mayka Təqsirləndirilən şəxs2, Şahid6 məxsus 01 ədəd tünd göy rəngli qısaqol mayka və 01 ədəd göy rəngli cins şalvar Şahid6, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd çəkicin Zərərçəkmiş şəxs qaytarılması, Hökmün icrasının Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli və ayağı ilə zərbələr vurmaqla ona sağ gicgahda şişkinlik, sağ gözaltında qançır, sağ kürəkaltında sıyrıq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3- cü qabırğalar səviyyəsində qançır, sağ bazunun yuxarı 1\3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək rayonun Talalar kənd sakini Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli və ayağı ilə çoxsaylı zərbələr vurmaqla ona sağ gicgahda şişkinlik, sağ gözaltında qançır, sağ kürəkaltında sıyrıq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3-cü qabırğalar səviyyəsində qançır, sağ bazunun yuxarı 1\3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-02/2020 nömrəli hökmündən narazı qalan dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən apelyasiya protesti, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apelyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs2 bəraət verilməsi hissəsində ləğv edilməklə, Təqsirləndirilən şəxs1 aid hissədə isə dəyişdirilməklə, Təqsirləndirilən şəxs2 barəsində CM-in 128-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzası təyin olunmaqla ittiham hökmünün çıxarılmasını, həmçinin Təqsirləndirilən şəxs1 barəsində olan “Hökmdə olan anlaşılmazlığın həll edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməklə ona CM-in xx xxxx 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 1.3-cü bəndinə əsasən qəti müəyyən edilmiş müddətə islah işləri cəzasının təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək ona bəraət verilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək hökmün Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməsi və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, törətdiyi əmələ görə səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəyən zərərin tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 bildirdi ki, müdafiə etdiyi şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri tam olaraq ödəmiş, hazırda zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbi yoxdur. Ona görə də göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini və təqirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 bildirdi ki, törətdiyi əmələ görə səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəyən zərərin tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X7 bildirdi ki, müdafiə etdiyi şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri tam olaraq ödəmiş, hazırda zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbi yoxdur. Ona görə də göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini və təqirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəyən zərərin tam olaraq ödənildiyini, hazırda heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq təqirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, apelyasiya protestinin təmin edilərək hökmün Təqsirləndirilən şəxs2 bəraət verilməsi hissəsində ləğv edilməklə Təqsirləndirilən şəxs2 barəsində CM-in 128-ci maddəsi ilə təqsirli bilinməsini, lakin zərərçəkmiş şəxslə barışmalarını barələrində hazırda heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosessi tərəflərinin çıxışlarını dinləyərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışması və ona dəymiş ziyanı tam olaraq ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, aşağıdakı əsaslara görə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)- 02/2020 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 CM-in 128-ci maddəsi ilə təqsirli bilinməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-in 128-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, verilmiş itihamdan aydın olur ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli və ayağı ilə zərbələr vurmaqla ona sağ gicgahda şişkinlik, sağ gözaltında qançır, sağ kürəkaltında sıyrıq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3- cü qabırğalar səviyyəsində qançır, sağ bazunun yuxarı 1\3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək rayonun Talalar kənd sakini Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli və ayağı ilə çoxsaylı zərbələr vurmaqla ona sağ gicgahda şişkinlik, sağ gözaltında qançır, sağ kürəkaltında sıyrıq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3-cü qabırğalar səviyyəsində qançır, sağ bazunun yuxarı 1\3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin silkələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Öz növbəsində birinci instansiya məhkməsi təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 CM-in 128-ci maddəsi ilə təqsirli bilib məsuliyyətə cəlb etsədə, digər Təqsirləndirilən şəxs2 əməlində CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə bəraət vermişdir. Məhkəmə hökmünün bu hissəsi ilə razılaşmayan dövlət itihamçısı apelyasiya protesti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs2 əməlində CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi hissəsi ilə razılaşmır, uyğun olaraq bununla bağlı apelyasiya protestinin dəlillərini inandırıcı hesab edir. Belə ki, istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis idarəsinin inzibati binasının birinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə aqcadan əlbir olan bir qrup şəxs halında birləşərək rayonun Talalar kənd sakini Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər linində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli ayağı ilə çoxsaylı zərbələr vurmaqla ona sağ gicgahda şişkinlik, sağ gözaltında qançır, sağ gickahında sıyrıq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3 cü qabırğalar səviyyəsində qançır, bazunun yuxarı l\3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin ələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə iən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşlar. Həmçinin hökmün təqsviri-əsaslandırıcı hissəsində göstərilir ki, məhkəmə iclasında tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 06 radələrində Balakən rayon polis İdarəsinin inzibati binasının birinci mərtəbəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək rayonun Talalar kənd sakini Zərərçəkmiş şəxs ilə uzun müddət aralarında torpaq sahəsinə görə davam edən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən əli və ayağı ilə saylı zərbələr vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi faktiki olaraq Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməsini qəbul etmişdir Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadə verərkən özlərini həmin maddə ilə təqsirli bilməsələr də, CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə müdafiəçnin iştirakı ilə ifadə verərkən hər ikisi özlərini həmin maddə ilə təqsirli bilərək, Zərərçəkmiş şəxs birlikdə döydüklərini və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirdiklərini təsdiq etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” iş üzrə gəldiyi qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Öz növbəsində Zərərçəkmiş şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində onun baş, sifət və digər nahiyələrində olan, o cümlədən sağlamlığına yüngül zərərvuran baş-beyin silkələnməsi ilə müşaiyət olunan sağ gicgah nahiyəsindəki şişkinlik və sağ gözaltmda qançır xəsarətlərin ona təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən yetirildiyini təsdiq etmişdir. Eləcədə, şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Sahib və Təqsirləndirilən şəxs2larm Balakən RPŞ-nin inzibati binasının birinci mərtəbəsində birlikdə Zərərçəkmiş şəxs hücum edərək onun baş və bədəninin müxtəlif nahiyyələrinə yumruq və sillə ilə vurduqlarını gördüyünü, sonuncu yerə yıxıldıqdan sonra da qeyd olunan şəxslərin həmin hərəkətlərini davam etdirdiklərini, digər polis əməkdaşları ilə birgə onları sakitləşdirib ayırdıqlarını təsdiq etmişdir. (Cild 2, vəri90-192) Şahidlər Şahid2, Şahid3 və qeyriləri də ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 161 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxsn müəyyən edilmiş xəsarətlərsağ gicgahda şişkinlik, sağ gözaltmda qançır, sağ kürəkaltında sıynq, sağ ön döş qəfəsində orta körpücük xətlə 2-3-cü qabırğalar səviyyəsində qançır, sağ bazunun yuxarı 1/3-də arxa səthdə qançır, sağ dizin aşağı ön səthində qançır, baş beyin silkələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2019-da əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. (Cild 1, vər. 124-125) İş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli T48\2020 saylı rəyində isə göstərilmişdir ki, Şahib Əliyevin 11,02.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət və ya onların izi aşkar olunmamışdır. Lakin xx.xx.2019-cu il tarixdə onun ilkin məhkəmə-tibbi ekspertizası və nevropatoloq tərəfindən müayinəsi zamanı müəyyən edilmiş xəsarətlərbaş-beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsində şişkinlik və sağ gözaltmda qançır, sağ kürəkaltında sıyrıq, sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sağ dizin və sağ döş qəfəsinin ön səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə,yəni xx.xx.2019-cu ildə törənmişlər və dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayət olunan sağ gicgah nahiyəsinin şişkinliyi və sağ gözaltının qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, hər iki təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrində bildirmişlər ki, onlar özlərini CM-in 128-ci maddəsi ilə təqsirli bilirlər, törətdikləri əmələ görə səmimi peşmandırlar. Hazırda zərərçəkmiş şəxslə barışmışlar, ona dəyən zərərin tam olaraq ödəmişlər, zərərçəkmiş şəxsin onlar barəsində heç bir şikayət və tələbi yoxdur, bu baxımdan da iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Belə olan halda, məhkəmə kollegiyası həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxslərdən Şahib Əliyevin apelyasiya şikayətləri üzrə əlavə araşdırmanının aparılmasına zəruriət görmür. CM-in 128-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. CM-in 73.2-ci maddəsində isə göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CPM-in 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 40.2 və 40.2.2-ci maddələrinə əsasən isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: -zərər çəkmiş şəxslə barışdıqda. CPM-in 391.3 və 391.3.9-cu maddələrinə əsasən, apelyasiya şikayətinə və ya apelyasiya protestinə ilkin baxılması zamanı apelyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs ilə barışmışlar və ona dəymiş ziyanı tamamilə ödədiyindən CM-in 128-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmələrini xahiş edirlər. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs X6 ərizəsindən aydın olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla barışdığından və ona dəymiş ziyanı tamamilə ödənildiyindən o, iş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsinlərin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-02/2020 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 CM-in 128-ci maddəsi ilə təqsirli bilinməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışdıqlarına və ona dəymiş ziyan tamamilə ödənildiyinə görə CM-in 128-ci maddəsinin qeyd hissəsinə əsasən barələrində icraata xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidirlər. Məhkəmə kollegiyas göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət İttihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 128-ci maddəsi ilə təqsiləndirilmələrinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-02/2020 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs2 CM-in 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışdıqlarına və ona dəymiş ziyan tamamilə ödənildiyinə görə CM-in 128-ci maddəsinin qeyd hissəsinə əsasən barələrində icraata xitam verilsin və onlar cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-141/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-141/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver