Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-143/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 saylı hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (sədrlik edən hakim K.Süleymanov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1979-cu il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 306.1-ci maddəsi ilətəqsirlibilinib1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzanın çəkilməsinin başlanğıcının Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Baş Daşağıl kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilmişdir оndаn ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat - cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(012)-1015/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı cavabdeh kimi icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Oğuz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx xxxxxx 2018-ci il tarixdə 10 (on) gün müddətinə, xx xxxx 2019-cu il tarixdə isə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019-cu il tarixədək cəmi 2770 (iki min yeddi yüz yetmiş) manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs layiqli cəzasını almamışdır. Belə ki, o bugünədək övladlarının qayğısına qalmamış, onların sosial təminatlarının hansı həddə olması ilə maraqlanmamışdır. Hətta hökm çıxdıqdan sonra da aliment borcunun ödənilməsi üçün heç bir addım atmamışdır. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, Apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 bildirdi ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin qəsdən icra etməməsi halı mövcud deyildir. Təqsirləndirilən şəxs hazırda işləyir, aliment borcu onun əməkhaqqı kartına yönəldilmiş və hər ay stabil olaraq əməkhaqqının 50%-i aliment borcuna tutulur. Digər tərəfdən müdafiə etdiyi şəxsin həm birinci, həm də ikinci nikahdan iki uşağı var. Ümumilikdə dörd nəfər uşaq onun himayəsindədir. Birinci nikahdan olan arvadı faktiki olaraq Türkiyə respublikasında yaşayır və orada ərdədir. Ona görə də, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması birmənalı olaraq həmin dörd uşaq üçün əlavə mərhumiyyət yaradacaq. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, hazırki iş üzrə zərərçəkmiş şəxs Türkiyədə yaşayır. Uşaqları isə Azərbaycanda zərərçəkmiş şəxsin anasının himayəsində yaşayır. O aliment borcunu ödəməkdən boyun qaçırmır. Əvvəllər işləmədiyi üçün ödənişlərdə çətinliklər yaranmışdır. Lakin hazırda işləyir, aliment borcu onun əməkhaqqı kartına yönəldilmiş və hər ay stabil olaraq əmək haqqının 50%-i aliment borcuna tutulur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, onlarda olan məlumata görə zərərçəkmiş şəxs Türkiyədə yaşayır. Uşaqları isə Azərbaycanda zərərçəkmiş şəxsin anasının himayəsində yaşayır. Təqsirləndirilən şəxs şəxsən onun iştirakı ilə uşaqlarla telefon əlaqəsi yaradaraq danışmışdır. Bundan başqa aliment borcu Təqsirləndirilən şəxs əməkhaqqı kartına yönəldilmiş və hər ay əməkhaqqının 50%-i aliment borcu üçün tutulur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, Apelyasiya şikayətinin və ya Apelyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya şikayətində Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 306.1-ci maddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 306.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, zərərçəkmiş şəxsin nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında onun əməlinə uyğun həddə (CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, təqsirləndirilən şəxsin ifadəsindən göründüyü kimi zərərçəkmiş şəxs Türkiyədə yaşayır. Eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsi isə şikayətində təqsirlənidirlən şəxs azadlıqdan məhrumetmə növündə cəza verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə şəxsə azadlıdan məhrumetmə cəzasının verilməsi müəyyən mənada azyaşlı uşaqların hər iki valideynindən məhrum edilməsi deməkdir. Bundan başqa təqsirləndirilən şəxsin sonradan ailə qurmasını və himayəsində əlavə olaraq iki azyaşlının da olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, şəxsə azadlıdan məhrumetmə cəzasının verilməsi həm ailədə problemlərin yaranmasına səbəb olacaq həm də uşaqların psixologiyasına mənfi təsir göstərəcəkdir. Bundan başqa işdə olan və Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs DOST İş Mərkəzində işlə təmin edilmiş və aliment borcu onun əməkhaqqı kartına yönəldilmiş və hər ay stabil olaraq əməkhaqqının 50%-i aliment borcuna tutulur, həmçinin uşaqları ilə münasibəti və əlaqəsi vardır. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Digər tərəfdən məhkəmə kollegiyasının xatırlatmasına görə təqsirləndirilən şəxs DOST İş Mərkəzində işlə təmin edilmiş və aliment borcu onun əməkhaqqı kartına yönəldilmiş və hər ay stabil olaraq əməkhaqqının 50%-i aliment borcuna tutulur. Belə olan halda, məhkəmə kollegiyası Oğuz Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(054)-3/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-143/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-143/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver