Məhkəmə qərarları › İş №1(107)-143/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-143/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-143/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X11, hakimlər X14 oğlu və X4 ibarət tərkibdə) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə, xx xxxxxxx 1992-ci il tarixdə Oğuz rayonu, Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Oğuz RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs xəsarət aldığı vaxt əynində olmuş bir ədəd şalvar, bir ədəd mayka və bir ədəd qolu qısa kofta, Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi bir ədəd şalvar və bir ədəd köynək tələb edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Azərfon MMCdən daxil olmuş 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə 218,46 AZN (iki yüz on səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Oğuz rayonunun Qumlaq kəndində, Əlican çayının kəndin aşağısından keçən hissəsinin kənarında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olmasından şübhələnərək həmin məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla qəsdən sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq onа qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran, həmin bıçaqla qəsdən sonuncunun sağ qol nahiyyəsinə bir dəfə zərbə vuraraq onа sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətində göstərmişdir ki, ona təyin edilmiş cəza həddən artıq ağırdır. O, zərərçəkmiş şəxsə yalnız bir zərbə endirmişdir. Həmin zərbə də çox ağır olmamışdır. Həmçinin zərərçəkmiş şəxs ilə barışmışdır. Onun heç bir şikayət və tələbi yoxdur. Ailəsində qoca və xəstə valideynləri var. Onların onun köməyinə ehtiyacı var. Ondan başqa valideynlərinin ehtiyaclarını təmin edəcək kimsə yoxdur. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünü ləğv edib barəsində daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz göndərərək birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə razılaşdığını, lakin onun apellyasiya şikayəti verərək işinin yüngülləşdirilməsinə qarşı olduğunu, ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apelyasiya şikayətlərinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 1(091)-50/2021 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərdi ki, məhz Zərərçəkmiş şəxs onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olmasından şübhələnərək həmin məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla qəsdən sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hazırda əməlindən çox peşmandır, hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd olunan halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında dostu Baba ilə söhbət zamanı o, X9 yaşadığı evdən çıxanda gördüyünü və Pərvinlə Tünzalə arasında münasibət olduğundan şübhələndiyini demişdir. xx.xx.2020ci il tarixdə saat 21:50 radələrində Baba onun telefonuna zəng edərək harada olduğunu ondan soruşmuş, o da Babaya Qumlaq kəndinin aşağı hissəsində Əlican çayının kənarında olduğunu demişdir. Baba da ona həmin yerdə gözləməsini və onunla görüşməli olduğunu demişdir. Həmin vaxtdan 10 dəqiqə sonra Baba Pərvinlə birgə onun olduğu yerə gəlmişdir. Bu vaxt Pərvin ona sözü olduğunu bildirərək kənara çəkmiş və ondan Tünzalə ilə münasibəti olması barədə Babaya danışıb-danışmadığını soruşmuşdur. O da Pərvinə Tünzalə ilə münasibəti olduğunu Babaya danışdığını demişdir. Bu zaman Pərvin əlindəki bıçaqla onun qarın boşluğuna bir dəfə vurmuşdur. Bundan sonra o, qarnından qan gəldiyini görüb yaxınlıqda dayanan traktora tərəf qaçmış, Pərvin isə arxasınca gələrək istifadəsində olan mobil telefonu ona verməyini bildirib əlindəki bıçaqla sağ qoluna xəsarət yetirmişdir. Həmin vaxt orada olan şəxslərdən Orxan və Baba onu traktora əyləşdirərək Oğuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəki rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən bu halların nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində ağır deyil, yüngül cəza, yəni ən azından üç il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Pərvin adlı həmkəndlisi onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o da Pərvinlə razılaşaraq yaşadığı kəndin mərkəzində yerləşən məktəbin yanına gedərək onunla görüşmüşdür. Söhbət zamanı Pərvin ona Röyalla yaxın dost olduğunu deyərək Röyalın Tünzalə ilə münasibətlərindən xəbəri olub-olmamasını ondan soruşmuşdur. O da cavabında Röyalla Tünzalənin arasında intim münasibətlərinin olmasından xəbəri olduğunu demişdir. Bu zaman Pərvin bu barədə kiminsə yanında deyib-demədiyini ondan soruşmuş, o da cavabında qeyd edilənlər barədə həmkəndlisi Fəqana dediyini bildirmişdir. Həmin vaxt Pərvin ondan Röyalla onu görüşdürməsini xahiş etmişdir. Bundan sonra o, Röyalın mobil telefonuna zəng edərək harda olmasını soruşmuş, Röyal da cavabında Əlican çayının Oğuz rayonu Qumlaq kəndinin aşağı hissəsindən keçən hissəsində olduğunu ona demişdir. O da Röyala olduğu yerdə dayanmasını və onunla görüşməli olduğunu demişdir. Bundan sonra o, Pərvinlə birlikdə Röyalın olduğu yerə getmişdir. Onlar həmin yerə çatanda Röyalın Tural adlı şəxsin idarə etdiyi traktorda olduğunu, traktorda Röyal və Turaldan başqa Orxan adlı şəxsin də olduğunu görmüşlər. Röyal onları görüb traktordan düşərək Pərvinə tərəf getmiş, Pərvin də Röyalı kolluq olan yer tərəfə aparmış, o, da Röyal və Pərvinin arxası ilə onların söhbət etdiyi yerə tərəf getmişdir. Həmin vaxt X13 ilə arasında nə kimi münasibətlərin olmasını soruşmuş, Röyal isə Tünzalə ilə arasında intim münasibətləri olmasını təsdiqləyərək Pərvinin də Tünzalə ilə arasında intim münasibətləri olduğunu bildirdiyini demişdir. Bu zaman Pərvin bıçaqla Röyalın qarnına bir dəfə vurmuşdur. Bundan sonra Röyal traktora tərəf qaçmış, Pərvin də Röyalın arxasınca gedərək Röyaldan telefonda olan Tünzaləyə aid smsləri və fotoşəkilləri silməsini tələb edərkən Pərvinin əlindəki bıçaq Röyalın qoluna dəyərək xəsarət yetirmişdir. Bundan sonra Pərvin oradan çıxıb getmiş, o da Orxan və Turalın köməyi ilə Röyalı xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid4 və Şahid5 Şahid7 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş verən münaqişə barədə məlumatı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində olmuş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğu ona məlum olmuşdur. Röyalla Tünzalə arasında olan intim münasibətləri olmasından onun məlumatı hadisə baş verməzdən bir müddət əvvəl olmuşdur. Belə ki, Şahid7 Zərərçəkmiş şəxslə Şahid6 arasında intim münasibətləri olması barədə ona deyərkən bilmişdir. Bundan sonra o, Röyalla Tünzalə arasında olan intim münasibətlər barədə həmkəndlisi Şahid3 yanında danışmışdır. Həmin vaxtdan bir müddət sonra Təqsirləndirilən şəxs onun yanına gələrək, Röyal ilə Tünzalə arasında intim münasibətlərin olub-olmamasını hardan bildiyini soruşmuş, o da bu barədə Şahid7 eşitdiyini demişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, baş verən hadisəni görməmişdir. Lizinq yolu ilə aldığı Belarus 892 markalı 90 A 815 dövlət qeydiyyat nişanlı traktoru vardır. O, həmin traktoru xx.xx.2020-ci il tarixdə həmkəndlisi Şahid4 etibarnamə vermədən və traktor idarə etmək üçün sürücülük vəsiqəsi olmadan özünə məxsus bağ sahəsinə mal peyini daşıması üçün idarə etməyə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Tural idarə etdiyi ona məxsus traktorla Oğuz rayonu Qumlaq kəndi ərazisində Orxan və Röyal adlı şəxslərlə birlikdə mal peyini daşıyarkən Röyal adlı şəxs Pərvin adlı şəxslə münaqişə etmiş və həmin münaqişə zamanı Pərvin Röyalı bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, bundan başqa Təqsirləndirilən şəxs onun qohumudur. Belə ki, Pərvin onun həyat yoldaşı Şahmarın dayısı oğludur. Pərvin onun yaşadığı evə yalnız xeyir və şər işlərində gəlmişdir. Pərvin və Röyalla arasında intim münasibətləri olmasa da, Zərərçəkmiş şəxslə arasında uzun müddətdir ki, sevgi münasibətləri olmuşdur. Belə ki, həyat yoldaşı Şahmar Qasımovun adına qeydiyyatda olan, lakin özü istifadə etdiyi 070-557-4390 saylı mobil telefon ilə Röyalın istifadəsində olan 709484849, ********* və ********* saylı nömrələrlə günün müxtəlif vaxtlarında mütəmadi olaraq əlaqə saxlamış və SMS vasitəsilə yazışmışdır. Təqsirləndirilən şəxs nə üçün Zərərçəkmiş şəxs bıçaqla vurmasından heç bir məlumatı olmamış, hadisəni sonradan öyrənmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:57 radələrində Oğuz Rayon Mərkəzi Xəstəxanasından Oğuz rayonu, Şirvanlı kəndində yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun kəsilmişdeşilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə Oğuz Rayon Polis Şöbəsinə məlumat verilmişdir. (cild 01, iş vər. 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən “Baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Oğuz rayonunun Qumlaq kəndində, Əlican çayının kəndin aşağısından keçən hissəsinin kənarında baş vermişdir. Hadisə yeri təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən göstərilmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 1823) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 83-88) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3nin kəsilmiş yarası, qarının ön divarında orta xətt üzərində və qarını ön aşağı hər iki qalça çüxuru nahiyyələrində drenaj qoyulmuş yaralar vardır. Qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə iti deşici-kəsici xarakterə malik olan alətin (əşyanın-bıçağın) təsirindən törənə bilər. Qeyd olunan xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir, ayrı-ayrılıqda isə qarının ön sol yuxarı hissəsində qarın boğluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Qarının ön divarında orta xətt üzərindəki, qarını ön aşağı sol və sağ qalça çüxurundakı yaralar onun üzərində xx xxxx 2020-ci ildə həyati göstəriş məqsədi ilə aparılmış cərrahi əməliyyat zamanı yaranmışlar. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər- qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası bıçağın təsirindən törənməsinə uyğun gəlir. (cild 01, iş vər. 169-171) Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 3/924 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Həmin zədə qərarın təsviri hissəsində qeyd olunan şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş şalvarın üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. (cild 01, iş vər. 152-153) Cinayət işinin materiallarında olan məhkəmə lifli ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/1554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 nömrəli cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan boz rəngli köynəyi üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. (cild 01, iş vər. 145-149) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji tədqiqi şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 9/886 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O alfa beta/İ/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt mayka, qısaqol mayka və şalvar üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda H antigeni, qısaqol mayka üzərindəki ləkələrdə həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri O alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. (cild 01, iş vər. 208- 212) Cinayət işinin materiallarında olan Oğuz Rayon Mərkəzi X10 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 313 saylı məktubdan görünür ki, Oğuz rayonu, Şirvanlı kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Oğuz RMX-nın Ruhi-Əsəb və Narkoloji kabinetində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 115) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 126.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihama görə o, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Oğuz rayonunun Qumlaq kəndində, Əlican çayının kəndin aşağısından keçən hissəsinin kənarında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun bibisi oğlu Şahmar Qasımovun arvadı Şahid6 ilə intim münasibətdə olmasından şübhələnərək həmin məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla qəsdən sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq onа qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran, həmin bıçaqla qəsdən sonuncunun sağ qol nahiyyəsinə bir dəfə zərbə vuraraq onа sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında dostu Baba ilə söhbət zamanı o, X9 yaşadığı evdən çıxanda gördüyünü və Pərvinlə Tünzalə arasında münasibət olduğundan şübhələndiyini demişdir. xx.xx.2020ci il tarixdə saat 21:50 radələrində Baba onun telefonuna zəng edərək harada olduğunu ondan soruşmuş, o da Babaya Qumlaq kəndinin aşağı hissəsində Əlican çayının kənarında olduğunu demişdir. Baba da ona həmin yerdə gözləməsini və onunla görüşməli olduğunu demişdir. Həmin vaxtdan 10 dəqiqə sonra Baba Pərvinlə birgə onun olduğu yerə gəlmişdir. Bu vaxt Pərvin ona sözü olduğunu bildirərək kənara çəkmiş və ondan Tünzalə ilə münasibəti olması barədə Babaya danışıb-danışmadığını soruşmuşdur. O da Pərvinə Tünzalə ilə münasibəti olduğunu Babaya danışdığını demişdir. Bu zaman Pərvin əlindəki bıçaqla onun qarın boşluğuna bir dəfə vurmuşdur. Bundan sonra o, qarnından qan gəldiyini görüb yaxınlıqda dayanan traktora tərəf qaçmış, Pərvin isə arxasınca gələrək istifadəsində olan mobil telefonu ona verməyini bildirib əlindəki bıçaqla sağ qoluna xəsarət yetirmişdir. Həmin vaxt orada olan şəxslərdən Orxan və Baba onu traktora əyləşdirərək Oğuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəki rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən bu halların nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində ağır deyil, yüngül cəza, yəni ən azından üç il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3nin kəsilmiş yarası, qarının ön divarında orta xətt üzərində və qarını ön aşağı hər iki qalça çüxuru nahiyyələrində drenaj qoyulmuş yaralar vardır. Qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə iti deşici-kəsici xarakterə malik olan alətin (əşyanın-bıçağın) təsirindən törənə bilər. Qeyd olunan xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir, ayrı-ayrılıqda isə qarının ön sol yuxarı hissəsində qarın boğluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Qarının ön divarında orta xətt üzərindəki, qarını ön aşağı sol və sağ qalça çüxurundakı yaralar onun üzərində xx xxxx 2020-ci ildə həyati göstəriş məqsədi ilə aparılmış cərrahi əməliyyat zamanı yaranmışlar. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər- qarının ön sol yuxarı hissəsində qarın boşluğuna nüfuz edən, mədənin, mədəaltı vəzinin daxili qanaxması ilə müşayiət olunan deşilmiş-kəsilmiş, sağ saidin arxa yuxarı 1/3-nin kəsilmiş yarası bıçağın təsirindən törənməsinə uyğun gəlir. (cild 01, iş vər. 169-171) Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 126.1ci maddəsinin törədilməsinə görə şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan da halda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddə üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin vermis olduğu apellyasiya şikayətinə qarşı etiraz edərək ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinə etiraz etmişdir. Bu baxımından təqsirləndirilən şəxsə daha sərt cəza, yəni azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın şərti hesab edilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 1(091)-50/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar