Məhkəmə qərarları › İş №1(107)-144/2021

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-144/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-144/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 1(091)-63/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), hakimlər R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) 16 fevral 2020-ci il tarixli 1(091)-63/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1968-ci il tarixdə Göyçay rayonu Qəbələ Müskürlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Göyçay rayonu Qəbələ Müskürlü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülən ümumi ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın xaric edilməsi, onun CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyatda olmasının nəzərə alınması, iş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd narkotik tərkibli çətənə bitkisi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1479,90 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbada olan torpaq nümunələrinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 69,10 AZN (altmış doqquz manat 10 qəpik) ekspertiza xərcinin ondan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Qəbələ Müskürlü kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada qanunsuz olaraq torpaqda əkib 31 ədəd şitildən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmçinin yaşadığı evin həyətyanı sahəsində istixanada əkib-becərdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin birindən satış məqsədi ilə kustar üsulla hazırladığı külli miqdarda, yəni 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin istixanada açıq vəziyyətdə saxlamış, 04 avqust 2020-ci il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:50-də sonuncunun yaşadığı evin həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman oradan 30 ədəd əkilib-becərilməsi qadağan olunmuş əkib-yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də açıq vəziyyətdə satış məqsədilə saxladığı 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevrla 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ürək xəstəsi olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzanı ağırlaşdıran halların olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı işə CM-in 62-ci madddəsinin tətbiqinin məqsədə uyğun olub-olmamasını müzakirə etməmiş, təqsirləndirilən şəxsə onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü dəyişdirilməli, CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirləndirilən şəxsə ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kolleyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X3 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə ədalətli cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti isə təmin edilməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 1(091)-63/2021 nömrəli hökmü ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı kənddə avtomobil yolunun kənarından 1 ədəd kağız bükümdə çətənə bitkisinin toxumlarını tapmış və həmin toxumları əkib-yetişdirmək üçün özündə saxlamışdır. Həmin bükümdə təxminən 30-35 ədəd çətənə toxumları olmuşdur. Məhz həmin toxumları 2020-ci ilin mart ayının ortalarında həyətində yerləşən pomidor istixanasında pomidor şitillərinin arasında bir yerdə əkmişdir. Onların 31 ədədi bitdiyinə görə onlara qulluq göstərərək becərməyə başlamışdır ki, yetişdirsin və sonra özü istifadə etsin. Mütəmadi olaraq pomidorları suvaranda həmin 31 ədəd çətənə şitilinin də diblərini yumşaltmaqla, alaqdan təmizləməklə suvarmış və onlara daimi quluq etmişdir. Həmin narkotik bitkilərindən biri quruyub yararsız hala düşdüyündən kökündən çıxarıb istixanada bir yerə torpağın üzərinə atmışdır. 04 avqust 2020-ci il tarixdə yaşadığı evin həyətində olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırmışlar. Polis əməkdaşları ona çətənə bitkilərini əkibbecərməkdə şübhəli olduğunu bildirərək ona vəkil Mətanət Həsənovanı təqdim edib hüquq və vəzifələrini izah etmişlər. Eyni zamanda şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Həmin zaman polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə həyətyanı sahəsində baxış keçirilmiş və orada yerləşən istixanada özü istifadə etməsi üçün əkib-becərdiyi 30 ədəd çətənə bitkisi, həmçinin quruyub yararsız hala düşən və artıq qurumuş çətənə bitkisi də aşkar edilmişdir. Həmin 30 ədəd çətənə bitkisi barədə ona sorğu edildikdə həmin bitkilərin çətənə kolları olduğunu, onları özü istifadə etmək üçün əkib-becərdiyini bildirmişdir. İfadəsinin davamında göstərmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmamış, heç vaxt narkotik vasitə satmamışdır, istixanada aşkar olunan qurumuş çətənə bitkisi xarab olduğuna görə onu çıxarıb atmışdır. Əməlindən peşmandır, onun barəsində narkotik tərkibli bitkilər əkdiyinə görə təqsirli bilinməsinə dair hökmün çıxarılmasını və yüngül cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi, həmçinin narkotik vasitə saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 04 avqust 2020-ci il tarixdə tərəfindən RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Bundan sonra tərəfindən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Daha sonra həmin gün, yəni 04.08.2020-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakları ilə Göyçay rayonu Qəbələ-Müskürlü kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün gedilmişdir. Eyni zamanda həmin kənd sakinlərindən iki nəfər hal şahidi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb ona həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də, həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra ona şübhəli şəxs qismində təhqiqatçı tərəfindən müdafiəçi təqdim edilərək, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda həmin zaman polis əməkdaşları, müdafiəçi, aqronom, iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə yerləşən pomidor şitilləri əkib-becərmək üçün nəzərdə tutulmuş istixananın içərisindən girişdən sağ tərəfdə 30 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilibbecərildiyi bildirilmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs da həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, 2020-ci ilin mart ayının ortalarında gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri özünün əkib-becərdiyini, toxumlarını isə 2020-ci ilin mart ayının əvvəllərində yaşadığı kənddə avtomobil yolunda hazırda yadında qalmayan bir yerdən kağız bükümdə tapdığını bildirmişdir. Narkotik bitkiləri aşkar olunan yerdən torpaq nümunələri də götürülmüşdür. Eyni zamanda baxış zamanı istixananın içərisində çətənə bitkilərinin əkilibbecərildiyi yerin yanından açıq və qurudulmuş halda narkotik bitkisinin hissələri kütlə halında aşkar olunmuşdur. Aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkisi 8 ədəd sintetik torbalara, qurudulmuş marixuana və torpaq nümunələri də ayrı-ayrılıqda torbalara qablaşdırılaraq möhürlənib götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Birinci instansiya məhkəməsinin iclasında qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay RİHB-nin Qəbələ Müskürlü kəndində bələdiyyə sədri vəzifəsində işləyir. 04.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsində polis əməkdaşları tərəfindən baxışın aparılmasında hal şahidi qismində iştirak etmiş və baxış zamanı həyətyanı sahədə olan istixanada 30 ədəd narkotik tərkibli çətənə bitkisi, həmçinin həmin bitkilərin yanında açıq halda, yəni həmin bitkilərdən birinin qurudulmuş halda olan hissələri yerdə aşkar olunmuş, həmin aşkar olunanlar qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Şahid4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Göyçay RİHB-nin Qəbələ Müskürlü kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. 04.08.2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayon QəbələMüskürlü kənd ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb həmin kənd sakini Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini və həmin baxışda onun da hal şahidi kimi iştirak etməsini təklif etdilər. Bu barədə ona hüquq və vəzifələri izah olundu. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evindən çağırıb ona həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də, həyətyanı sahəsinə baxış keçirilməli olduqlarını bildirdilər. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etdi. Bundan sonra polis əməkdaşları müdafiəçi, aqronom mütəxəssis, onun və ondan başqa hal şahidi kimi dəvət edilmiş Qəbələ Müskürlü kənd bələdiyyə sədri Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirdi. Baxış zamanı həyətyanı sahədə yerləşən pomidor şitilləri əkib-becərmək üçün nəzərdə tutulmuş istixananın içərisindən girişdən sağ tərəfdə 30 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edildi. Həmin çətənə bitkiləri bir-bir köklərindən çıxarıldı, uzunluqları ölçüldü, lakin uzunluqları hazırda yadında qalmayıbdır. Aqronom tərəfindən də həmin bitkilərə baxış keçirildi və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, diblərinə peyin, şirə verilməklə aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyi bildirdi. Eyni zamanda həmin yerdən torpaq nümunələri də götürüldü. Bundan başqa istixanadan həmin bitkilərin yanından açıq halda, yəni həmin bitkilərdən birinin qurudulmuş halda olan hissələri yerdə aşkar olundu. Həmin kütlələr torbaya qablaşdırıldı, tərəzidə çəkildi və çəkisi 1,860 qram oldu. Eyni zamanda aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkiləri də 8 ədəd sintetik torbaya və torbaq nümunəsi digər bir torbaya qablaşdırılaraq götürüldü. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin aşkar edilmiş 30 ədəd bitkinin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü istifadə etmək üçün 2020-ci ilin mart ayının ortalarında əkibbecərdiyini, eyni zamanda açıq halda aşkar edilmiş kütlənin də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni də istixanada əkib-becərdiyi bitkini kökündən çıxarıb hissələrə ayırmaqla qurudub özü istifadə etmək üçün saxladığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə də baxış keçirildi, lakin onun üzərindən və həyətyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar olunmadı. Bütün bunlar barədə protokol tərtib olundu, fotoşəkillər çəkildi və ucadan oxunduqdan sonra protokola imza edildi. Təqsirləndirilən şəxs əlavə olaraq təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində istixanadan açıq halda aşkar edilmiş marixuananın onun tərəfindən qurudulmadığını, həmin çətənə bitkisini əkib-becərməsinə baxmayaraq öz-özünə quruduğundan tutulmazdan təxminən 2-3 həftə əvvəl kökündən çıxarıb sındırıb əzərək həmin istixanaya kənara atdığını, eyni zamanda polis əməkdaşlarının həmin 30 ədəd çətənə bitkisini aşkar edərkən əvvəlcədən həmin bitkilərin üzərindən quruyaraq yerə tökülmüş yararsız halda olan hissələri də yığıb istixanada kənara atdığı bir ədəd qurumuş bitkiyə əlavə edərək tərəzidə çəkib qablaşdırdıqlarını bildirməsilə bağlı bunları qeyd edə bilər ki, həmin baxışda hal şahidi qismində iştirak edərkən yuxarıda qeyd etdiklərini görmüşdür. Belə ki, istixanadan 30 ədəd çətənə bitkisi aşkar edildikdən sonra oradan bir yerdə topa açıq halda çətənə bitkisinin hissələri də aşkar edilmişdir. Lakin həmin zaman polis əməkdaşları digər çətənə bitkilərinin aşkar olunduğu yerdən və ya kənardan həmin bitkilərin üzərindən quruyaraq yerə tökülmüş kütlələri digər yerdə topa halda olan kütlənin üzərinə yığıb əlavə etməyiblər. Tərəzidə çəkilərək qablaşdırılmış kütlə yalnız bir yerə topa açıq halda olan çətənə bitkisinin qurudulmuş halda olan kütlələri olmuşdur. Bundan başqa ilkin sorğu zamanı da Təqsirləndirilən şəxs həmin açıq halda yerdə topa vəziyyətdə olan kütlə aşkar edilərkən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özü istifadə etmək məqsədilə əkib-becərdiyi bitkinin hissələrindən yığıb, qurudub saxladığını bildirmişdir. (cild 01, iş vər. 170-180) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04.08.2020-ci il tarixli “Raport”dan görünür ki, Göyçay rayonu Qəbələ Müskürlü kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin alüdəçisi olduğu, Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 02) 04.08.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Göyçay rayonu Qəbələ Müskürlü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) 04.08.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 04.08.2020-ci il tarixdə Göyçay rayonu Qəbələ Müskürlü kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 8) “Baxış keçirilməsi və götürmə haqqında” 04 avqust 2020-ci il tarixli protokoldan görünür ki, 04.08.2020-ci il tarixdə hal şahidləri, aqronom və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonunun Qəbələ Müskürlü kəndindəki həyətyanı sahəsinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanaya baxış keçirilən zaman oradan 30 ədəd əkilib-becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, eləcə də açıq vəziyyətdə olan 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 25-41) 04.08.2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, 04.08.2020-ci il tarixdə Göyçay rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Göyçay rayonunun Qəbələ Müskürlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkarlanmış narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilərə baxış keçirilən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən olunmuşdur. Bitkilərin dibləri yumşaldılmış, peyin verilmişdir. Aşkarlanmış bitkilərin ümumi sayı 30 (otuz) ədəd olmuşdur. (cild 01, iş vər. 42) Məhkəmə bioloji ekspertizasının 04 avqust 2020ci il tarixli 17/482 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilmiş...” sözləri yazılmış 08 ədəd sintetik kisələrin içərisində hündürlükləri 80 sm-dən 280 sm-dək, ümumi təmiz çəkiləri 75 kiloqram 200 qram olan ümumilikdə 30 ədəd bitki əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronommütəxəssis Şaiq İsmayılovun 04.08.2020-ci il tarixli rəyinə əsasən 30 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən ixtixanadan aşkar edilmiş qurudulmuş kütlələr...” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 1480,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində...bitki kollarının dibindən götürülmüş torpaq nümunələri.” sözləri yazılmış 01 ədəd sellofan torbada olan torpaq nümunəsindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqata təqdim olunmuş 30 ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 55-58) Məhkəmə-bioloji ekspertizasının 16 oktyabr 2020-ci il tarixli, 17/569 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilmiş qurudulmuş kütlələr” sözləri yazılmış 01 ədəd sintetik kisənin içərisindəki təmiz çəkisi 1479,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza qarşısında qoyulmuş “Ekspertizaya təqdim edilmiş 01 ədəd sintetik torbada olan kütlənin narkotik vasitə kimi istifadəyə yararlı olub-olmaması müəyyənləşdirilsin” sualını cavablandırmaq ekspertin zəruri biliyindən kənara çıxdığından mümkün olmadı. (cild 01, iş vər. 203-206) Məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2020-ci il tarixli 947 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 216) Göyçay Rayon Məhkəməsinin 5(046)-43/2020 saylı 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, Göyçay rayonunun Qəbələ Müskürlü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxışın keçirilməsinə dair 04.08.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 111-112) “Göyçay rayon mərkəzi xəstəxanası” X5 20 iyun 2020-ci il tarixli, 626 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28.02.2004-cü il tarixdən narkoloji kabinetdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır, psixi kabinetdə qeydiyyatda deyil. (cild 01, iş vər. 117) “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə” 04 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 21) Göyçay Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04.08.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 100-102) Belə ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif etsə də, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı xaric etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət – hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Oxşar məsələləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci, yaxud da 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli (CM-in 237.2.3-cü maddəsi) qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu özü əkib-yetişdirdiyi andan başa çatmış, yaşadığı evin həyətyanı sahəsində istixanada əkibbecərdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin birindən satış məqsədi ilə kustar üsulla hazırladığı külli miqdarda, yəni 1 kiloqram 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin istixanada açıq vəziyyətdə saxlamaqla narkotik vasitəyə artıq yiyələnməklə onu əldə etməyə nail olmuş, lakin polis əməkdaşları tərəfindən vaxtında ifşa edilərək tutulmuşdur. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarında gəldiyi hüquqi mövqe təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı xaric etməsi ilə bağlı istinad etdiyi dəlillərlə razılaşmır. Bundan əlavə araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin müdafiəçisi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, CM-in 62ci maddəsi tətbiq edilməklə ona ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Çünki təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə (CM-in 234.4.3cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül və ya daha ağır həddə cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həm apellyasiya şikayətindən, həm Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətindən, həm də onun müdafiəçisinin çıxışından görünür ki, təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsi tətbiq edilərək qanunla müəyyən edilmiş digər alternativ cəza təyin edilməsi xahiş olunur. Bu tələblərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hər hansı müstəsna hal mövcud deyil, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar da yoxdur. Belə olan təqdirdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müstəsna hal hesab edilə və ona CM-in 62-ci maddəsi tətbiq oluna bilməz. Bununla yanaşı, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X1 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan irəli gəlir ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün təyin edilmiş cəzaya aid hissədə qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. CPM-in 398.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 1(091)-63/2021 nömrəli hökmü ləğv edilərək, yeni hökm çıxarılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 1(091)-63/2020 nömrəli hökmü ləğv edilərək yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü və CM-in 237.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 30 ədəd narkotik tərkibli çətənə bitkisi, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1479,90 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd sintetik torbada olan torpaq nümunələri məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat 10 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar