Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-145/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1967-ci il tarixdə Ağdaş rayonunun Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi,10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş zərəçəmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş bir ədəd boz rəngli şortik və bir ədəd yaşıl rəngli futbolka hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılsın, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd göy rəngli kənarlarında ağ xətləri olan idman şalvarı, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd ağ-göy-qara zolaqlı alt paltarı tələb edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, iş üzrə 108,46 AZN (yüz səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində ağır dərəcəli sərxoş vəziyyətdə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs, yəni xx.xx.2011-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs aldadaraq sonuncunun yaşadığı Ağdaş şəhəri N.Nərimanov küçəsindən Ağdaş şəhəri X18 küçəsində yerləşən uzun müddət heç kəsin yaşamadığı uçuq vəziyyətdə olan evə aparmış, həmin evdə sonuncunun köməksiz vəziyyətindən istifadə edərək əynində olan şortiki aşağı çəkmiş, zor tətbiq etməklə əli ilə onun arxa sağrı hissəsini əlləmiş, daha sonra belindən və kürəyindən tutaraq zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə sürtmüş, daha sonra ora yeritmək istəmiş, yəni Təqsirləndirilən şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya şikayəti, apellyasiya protesti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın ağır olmasını, hadisə zamanı içkili olmasını, etdiyi cinayət əməlinin fərqində olmamasını, etdiyi əməldən səmimi peşman olmasını nəzərə alıb ona daha humanist və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayəti və apellyasiya protestində qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 150.3.3-cü maddəsi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı həddə cəza təyin edilməsini, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsini, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayəti və apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti və apellyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayəti və apellyasita protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 150.3.3cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində xx.xx.2020-ci il tarixdə çoxlu spritli içki qəbul etdiyindən bərk sərxoş olduğunu, daha sonra Nizami məktəbinin yanı ilə üzü Ağalı kəndi istiqamətinə getdiyini, həmin vaxt yolda 9-10 yaşlarında azyaşlı bir uşaq gördüyünü, həmin uşağa onunla yaşadıqları evə gedib gəlmələrini dediyini, həmin uşağın kimin uşağı olduğunu bilmədiyini, həmin uşağın Pərviz adlı şəxsin oğlu və adının Samir olduğunu sonradan bildiyini, daha sonra X17 Xətai küçəsində uzun müddət heç kimin yaşamadığı uçuq bir evə apardığını, sərxoş olduğundan hərəkətlərini bilmədiyini, həmin evə girdikdən sonra Samirin arxasına keçərək şortikini aşağı çəkdiyini, özü də şalvarını aşağı çəkdiyini və əli ilə onun arxasını sığalladığını, cinsiyyət orqanını çıxardaraq uşağın arxa nahiyəsinə sürtdüyünü, lakin konkret olaraq cinsiyyət orqanını uşağın arxa nahiyəsinə daxil etmədiyini, həmin vaxt uşağın qışqırdığını və onun əlindən qaçıb küçəyə çıxdığını, onun dalınca küçəyə çıxdığını, həmin vaxt küçədə orada yaşayan Qəribə adlı şəxsin olduğunu, Qəribənin həmin uşağı yanına aldığını və onu da danladığını, özü isə evə getdiyini, etdiyi əməldən çox peşman olduğunu göstərmiş və məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında müəllim-mütəxəssis və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək xx.xx.2020-cı il tarixdə yaşadıqları evin yerləşdiyi küçədə oynadığını, bir az keçdikdən sonra böyük bacısına evə yemək yeməyə gədəcəyini bildirdiyini və yol ilə evə qayıtdığını, evə çatmağa bir qədər qalmış qarşısına bir nəfər sonradan adını bildiyi Nadir adlı kişinin çıxdığını, Nadirin ona atasının dostu olduğunu və onlara gedib gəlmələrini dediyini, Nadir ilə həmin küçə ilə üzü Ağalı istiqamətinə geri qayıtdığını, bir qədər getdikdən sonra yanları çəpərli olan bir həyətə çatdıqlarını, həmin həyətin qapısını Qolqəti kəndi istiqamətinə 5-10 metr keçdikdən sonra geri qayıtdıqlarını və həyətə girdiklərini, həmin həyətdə uçuq bir ev olduğunu, həyət girməzdən qabaq yolda bir nəfər qadının qaz borusunun üzərində oturduğunu, həyətə girdikdən sonra Nadirin ona həmin uçuq evə girmələrini dediyini, uçuq evə girdiklərini, həmin vaxt Nadirin onun arxasına keçdiyini və əynində olan şortikini aşağı çəkdiyini, əli ilə belindən və boynundan tutduğunu, daha sonra arxasını əli ilə sığallamağa başladığını, həmin vaxtı da öz şalvarını aşağı çəkərək cinsi orqanını çıxardığını və cinsi orqanını onun yanlarına sürtdükdən sonra arxa keçəcək dəliyinə yeritmək istədiyini, bu zaman qışqırdığını və həmin an Nadirin əlinin azca boşaldığını və fürsətdən istifadə edərək qışqıraraq onun əlindən qaçıb həyətə çıxdığını və qapının yerini dəyişik saldığından əvvəlcə həyətin aşağı hissəsinə qaçdığını, daha sonra orada qapı olmadığını gördüyünü və geri qayıtdığını və yol qapısını taparaq küçəyə çıxdığını, küçəyə çıxan kimi onlar həyətə girən zaman qaz borusunun üzərində oturan qadının ona tərəf qaçdığını və qorxmamasını deyərək onu qucaqladığını və onun kim olduğunu, valideynlərini, nənəsini, babasını soruşduğunu, daha sonra ondan nə baş verdiyini soruşduğunu, ona Nadirin evdə ona qarşı elədiklərini bildirdiyini, həmin vaxt Nadirin qapıdan küçəyə çıxdığını və onun yanında olan qadının Nadirə dalaşaraq ona sərt şəkildə iradını bildirdiyini, Nadirin isə həmin qadınla mübahisə etdiyini, həmin vaxt Nadirin içkili olduğunu, daha sonra ora bir nəfər də kişinin gəldiyini, bundan sonra həmin qadının onu öz yaşadıqları evə apardığını və valideyninə təhvil verdiyini, həmin vaxt anasının ondan nə baş verdiyini soruşduğunu, anasına olanları danışdığını göstərmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq hazırda təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirməklə məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 iş üzrə Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun ifadə verməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, evdə olan zaman anasının səsini eşitmiş, nəsə mübahisə yarandığını başa düşüb çölə çıxmış və anasının Nadir adlı şəxsi danladığını eşitmişdir. Anasından nə baş verdiyini soruşduqda anası ona hadisəni danışmış və belə olan halda o, özü də Nadiri danlamışdır. Bundan sonra Nadir qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra anası uşağın kim olduğunu soruşmuş və müəyyən olunmuşdur ki, adı Samirdir və atası ustadır. Onu tanımışdır. Beləliklə, anası Samiri aparıb evinə təhvil vermişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid2 xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin qapısının ağzında oturduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yanında azyaşlı bir oğlan uşağı ilə söhbət edə-edə X18 küçəsinin N.Nərimanov küçəsinə çıxışı olan istiqamətindən gəldiyini və onun oturduğu yerin qarşısından küçədən yolla üzü Qolqəti kəndinə keçən istiqamətə təxminən 15 metr getdiklərini gördüyünü, həmin uşağın Nadirin nəvəsi olduğunu fikirləşdiyini, daha sonra Nadir və həmin azyaşlı uşağın geri çevrildiklərini və arxaya gəlib onun yaşadığı evlə üzbəüz yerləşən heç kimin yaşamadığı içərisində uçuq vəziyyətdə ev olan təxminən 10-15 sot ərazidən ibarət olan bir həyətə girdiklərini, həmin həyətin yanları uçuq vəziyyətdə olduğu üçün yoldan baxanda evin bayır tərəfi və həyətin göründüyünü, ürəyində bu işdən şübhələndiyini və uşağın kimin uşağı olduğunu və Nadirin onu həmin evə niyə apardığını, onların arxası ilə girib yoxsa girməməsini fikirləşdiyini, qadın olduğu üçün bu hisslərlə tərəddüd etdiyini, bu zaman birdən həmin uşağın qışqıraraq uçuq evdən çölə çıxdığını və həyəcanlı vəziyyətdə əynindəki şortiki çəkə-çəkə həyətin arxa hissəsi tərəfə, yəni qapının əksi tərəfə qaçdığını, uşağın qapını axtardığını gördüyünü və tez qapıya tərəf qaçdığını, həmin vaxt Nadirin də şalvarını düzəldə-düzəldə evdən çıxdığını, Nadirin evdən çıxan zaman azyaşlı uşağın həyətin arxasında qapı olmadığını görüb yenidən dala qayıtdığını, qapını gördüyünü və qapıya tərəf qaçdığını, qapıda onu gördüyünü, həmin uşağın qorxduğunu və həyəcanlı olduğunu gördüyünü, uşağı qucaqladığını və uşağın Nadirin ona sarı gəldiyini görüb arxasında gizləndiyini, uşağa qorxma deyib ondan nə baş verdiyini soruşduğunu və uşağın ona Nadirin onun şortikini aşağı salıb onun başına pis iş gətirmək istədiyini, yəni onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini dediyini, buna görə, Nadirlə dalaşdığını, həmin vaxt Nadirin sərxoş olduğunu və onunla mübahisə etməyə başladığını, səsə haradansa oğlu Şahid3 da gəldiyini, hadisəni Elçinə danışdığını və Elçinin də Nadirə əsəbləşdiyini və bir neçə ifadə işlətdiyini, bundan sonra Nadirin çıxıb getdiyini, daha sonra həmin uşaqla söhbət edə-edə Samirgilə gəldiklərini və olanları Samirin anasına bildirdiyini və Samiri anasına təhvil verib evə gəldiyini göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağdaş şəhəri X18 küçəsində yerləşən uçuq evdir. Müvafiq olaraq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 26-31) Cinayət işinin materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən dörd nəfər şəxsin arasından ona qarşı seksual xarakterli hərəkətlər etmiş Təqsirləndirilən şəxs tanımışdır. (cild 01, iş vər. 24-25) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 158 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoş olmuşdur. (cild 01, iş vər. 20) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsi yoxlanılarkən şübhəli şəxs qismində ifadə verdiyi zaman göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (cild 01, iş vər. 76-81) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli 497 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində onunla cinsi əlaqədə olmağa uyğun gələn hər hansı bir əlamət aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs Pərviz oğlunun arxa keçəcək dəliyində sperma aşkar olunmadı. (cild 01, iş vər. 71- 72,158) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 498 saylı rəyindən görünür ki, X9 xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa mane olan hər hansı bir yara, xora, çapıq və s. aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. (cild 01, iş vər. 73-74) Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən paltarlardan yaşıl rəngli köynəyi üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. X11 məxsus olduğu qeyd edilən idman şalvarı üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin tərkib liflərinə uyğun gəlir. (cild 01, iş vər. 132-137) Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020ci il tarixli 601/272 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal hazırda heç bir xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Zərərçəkmiş şəxs PSİXİ POZUNTUSUZ İDİOPATİK EPİLEPSİYA xəstəliyi keçirir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilmiş qanunazidd əməllər zamanı öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, həmçinin ona qarşı törədilmiş qanunazidd əməlin niyyətini başa düşmüşdür. Zərərçəkmiş şəxs baş vermiş əməli düzgün qavrayaraq həmin əməllər barəsində düzgün ifadə vermək iqtidarındadır. (cild 01, iş vər. 155-157) Cinayət işinin materiallarında olan məhkəmə-psixiаtrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 153-154) Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın ağır olmasını, hadisə zamanı içkili olmasını,etdiyi cinayət əməlinin fərqində olmamasını, etdiyi əməldən səmimi peşman olmasını nəzərə alıb ona daha humanist və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protestində hazırkı cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Ağır Cinayətər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd etmişdir ki, Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağdaş şəhəri A.Heydərov küçəsi 1/8 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 1, iş vər. 140-141) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyat statistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 120) Təqsirləndirilən şəxs CM-nin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı da təqsirləndirilən şəxsin əməlini ağırlaşdıran və ya yüngülləşdirilən əlavə hallar müəyyən edilmədi. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilərək ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya Məhkəməsinin qənaətincə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin xüsusilə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə bağlı nəticəyə gəlməklə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, zərərçəkmiş şəxsin və başqa doğmalarının mənafelərini nəzərə alan, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(091)- 69/2021 saylı hökmü baxılmış apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-145/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-145/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver