Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-147/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiləndirilmələrinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-8/2020 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən Z.Tahirov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu Qızıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Balakən Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsilə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm üzrə çəkilməmiş cəzası 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ay 16 gün azadlıqdan məhrum etmə cəzası təşkil edən, əməli cinayətin residivini yaratmayan, Balakən şəhəri, Atatürk prospekti ev8a/37 ünvanında müvəqqəti məskunlaşmış, Balakən şəhəri Atatürk prospekti ev-37 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Balakən Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza tamamilə və 4 ay 16 gün müddətə azadlıqdan məhrumetmə növündə əsas cəza qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 2 ay 28 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra olunması, CM-in 70-ci maddəsinə əsasən barəsində 1 (bir) il sınaq müddəti tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 1 (bir) il 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsinin Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs1 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunması və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması üçün hazırki hökmün surətinin onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməsi, Balakən Rayon Məhkəməsinin (sədrlik edən Z.Tahirov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1994-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində daimi qeydiyyatda olanvə Balakən rayonu Hənifə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlandığı (ev dustaqlığı və həbsdə saxlandığı) 7 ay 18 gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, X4 üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, X4 cəza çəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X4 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməsi, İş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 70,52 manatın 35,26 manatı Təqsirləndirilən şəxs1 və 35,26 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan 6,29 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,24 qramı və 8,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,36 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılan zaman və Təqsirləndirilən şəxs2 yaşadığı evinə baxış keçirilən zaman çəkilmiş videogörüntülərin köçürüldüğü 02 ədəd SD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılması, Hökmün icrasının Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin mart ayında Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Balakən rayonu Hənifə kəndində at arabası ilə meşədən lobya şaxı qırıb gələrkən yol kənarında bir ədəd sellofan torbada tapıb Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, cinayət əlaqəsinə girərək, qəsdən qanunsuz olaraq ümumi təmiz çəkisi 12,33 qram narkotik vasitə –qurudulmuş marixuananı (kannabisi) əldə edib daşıyaraq, gətirib həmin şəffaf rəngli sellofan torbada Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxlamış, xx.xx.2019-cu il tarixdə Balakən rayonu Gülzanbinə kəndinin ərazisində öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq pay almaqla satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,34 qram olan narkotik vasitəqurudulmuş marixuananı əldə edərək, üzərində saxlamış, xx xxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda saxladığı təmiz çəkisi 6,34 qram olan həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayında Ağdam rayonu Qızıllı kənd sakini, Balakən şəhəri Atatürk prospekti-37 ünvanında müvəqqəti məskunlaşmış Təqsirləndirilən şəxs1 ilə birlikdə Balakən rayonu Hənifə kəndində at arabası ilə meşədən lobya şaxı qırıb gələrkən yol kənarında bir ədəd sellofan torbada tapıb Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək, qəsdən qanunsuz olaraq ümumi təmiz çəkisi 12,33 qram narkotik vasitə-qurudulmuş marixuananı (kannabisi) əldə edib daşıyaraq, gətirib həmin şəffaf rəngli sellofan torbada yaşadığı ünvanda saxlamış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 6,34 qram olan narkotik vasitə-qurudulmuş marixuananı bir ədəd kibrit qutusuna dolduraraq, xx xxxxx 2019-cu il tarixdə, axşam radələrində Balakən rayonu Gülzanbinə kəndinin ərazisində Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay vermiş, qalan hissəsini, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi bir ədəd sellofan torbada təmiz çəkisi- 5,99 qram olan narkotik vasitə-qurudulmuş marixuananı öz istifadəsi üçün Balakən rayonu Hənifə kəndində yaşadığı evində saxlamış, xx xxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyi 6,34 qram narkotik vasitəqurudulmuş marixuana sonuncunun üzərindən, qalan hissəsi, yəni bir ədəd sellofan torbada təmizçəkisi-5,99 qramolan narkotik vasitə-qurudulmuş marixuana isə xx xxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri zamanı Hənifə kəndində yaşadığı evdə çarpayının döşəyinin altından aşkar edilərək, götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-8/2020 nömrəli hökmündən Dövlət ittihamçısı3 apelyasiya protesti vermişdir. Apelyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı3 apelyasiya protestini onunla əsaslandırmışdır ki, Balakən rayon məhkəməsinin həmin hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində təyin etdiyi 1 il sınaq müddəti müəyyən edilməklə, 1 il 2 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi həm cinayətin ictimai təhlükəliyinə, xarakterinə ağırlığına, həm də Təqsirləndirilən şəxs1 şəxsiyyətinə uyğun deyildir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsiləndirilmələrinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-8/2020 nömrəli hökmü, Təqsirləndirilən şəxs1 barəsində CMin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməklə, həmçinin əlavə cəzanın çəkilməsi müddətinin başlanmalı olduğu müddət müəyyən edilməklə, eləcə də əlavə cəzanın birləşdirilməsini tənzimləyən xüsusi norma olan CM-in 66.4 və 67.5-ci maddələrinə istinad edilməsi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayəti “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” törətmələri CM-in 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi hökmə daxil edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apelyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apelyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin apelyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamçısı3 apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsiləndirilmələrinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(019)-8/2020 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, apelyasiya protestində təqsirləndirilən şəxslərin CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri mübahisələndirilməsə də məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin mart ayında Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Balakən rayonu Hənifə kəndində at arabası ilə meşədən lobya şaxı qırıb gələrkən yol kənarında bir ədəd sellofan torbada tapıb Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, cinayət əlaqəsinə girərək, qəsdən qanunsuz olaraq ümumi təmiz çəkisi 12,33 qram narkotik vasitə –qurudulmuş marixuananı (kannabisi) əldə edib daşıyaraq, gətirib həmin şəffaf rəngli sellofan torbada Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxlamış, xx.xx.2019-cu il tarixdə Balakən rayonu Gülzanbinə kəndinin ərazisində öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 əvəzsiz olaraq pay almaqla satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,34 qram olan narkotik vasitəqurudulmuş marixuananı əldə edərək, üzərində saxlamış, xx xxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda saxladığı təmiz çəkisi 6,34 qram olan həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayında Ağdam rayonu Qızıllı kənd sakini, Balakən şəhəri Atatürk prospekti-37 ünvanında müvəqqəti məskunlaşmış Təqsirləndirilən şəxs1 ilə birlikdə Balakən rayonu Hənifə kəndində at arabası ilə meşədən lobya şaxı qırıb gələrkən yol kənarında bir ədəd sellofan torbada tapıb Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək, qəsdən qanunsuz olaraq ümumi təmiz çəkisi 12,33 qram narkotik vasitə-qurudulmuş marixuananı (kannabisi) əldə edib daşıyaraq, gətirib həmin şəffaf rəngli sellofan torbada yaşadığı ünvanda saxlamış, həmin narkotik vasitənin bir hissəsini, yəni təmiz çəkisi 6,34 qram olan narkotik vasitə-qurudulmuş marixuananı bir ədəd kibrit qutusuna dolduraraq, xx xxxxx 2019-cu il tarixdə, axşam radələrində Balakən rayonu Gülzanbinə kəndinin ərazisində Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay vermiş, qalan hissəsini, qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi bir ədəd sellofan torbada təmiz çəkisi- 5,99 qram olan narkotik vasitə-qurudulmuş marixuananı öz istifadəsi üçün Balakən rayonu Hənifə kəndində yaşadığı evində saxlamış, xx xxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq pay verdiyi 6,34 qram narkotik vasitəqurudulmuş marixuana sonuncunun üzərindən, qalan hissəsi, yəni bir ədəd sellofan torbada təmizçəkisi-5,99 qramolan narkotik vasitə-qurudulmuş marixuana isə xx xxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri zamanı Hənifə kəndində yaşadığı evdə çarpayının döşəyinin altından aşkar edilərək, götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşsada, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı cinayət qanunvericiliyin tələblərinə uyğun bilmir. Belə ki, CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Öyrənilən işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına daxil olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Bu qəbildən olan cinayətlər cəmiyyətimizin normal inkişafına və ictimai dəyərlərə neqativ formada təsir etdiyndən ən aktual cinayətlərdən sayılır və məhkəmələr tərəfindən bu qəbildən olan cinayətlərə görə daha ciddi cəza verilməsi ilə şərtləndirilir. Bundan başqa Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə CM-in 263-1.2-ci maddəsilə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərində çəkilməmiş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası qalmışdır. (Cild 1, vər.299-305) Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdiyi müddətdə qəsdən yenidən az ağır cinayət törətmiş, bununla da islah olunma yolunda olmadığını göstərmişdir. Cinayət qanunvericiliyinin müddəalarına əsasən onun əməlində cinayətlərin residivi olmasa da, məhkumluğu vardır. Qeyd edilən xüsusatlar törədilən cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edən hallar olmaqla bərabər Təqsirləndirilən şəxs1 şəxsiyyətini də mənfi xarakterizə edən əlamətlərdir. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X3 1961 -ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971 ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinə əsasən müəyyən edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu X1 “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsi cinayət qanununun müvafiq normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs1 barəsində hazırkı hökmlə təyin etmiş olduğu cəzanı şərti olaraq tətbiq etməkdə səhvə yol vermişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 70.2-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdən aydın olur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair tərtib edilmiş ittiham aktında onların həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri onlara qarşı irəli sürülmüş ittihamın məzmununa daxil edilmiş, həmin əlamət tövsifedici əlamət olmadığı üçün CM-in 61.1.3-cü maddəsinə əsasən onların cəzasını ağrlaşdıran hal kimi nəzərə alınmışdır. (Cild 2, vər. 239) Öz növbəsində birinci instansiya məhkəməsi də hökmdə onların həmin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək törətmələri nəticəsinə gəlmiş, lakin sonradan heç bir hüquqi əsas olmadan onların əməlində cəzanı ağırlaşdıran halın olmamasnı qeyd etmiş və sonda Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın şərti tətbiq olunması qənaətinə gəlmişdir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə uyğun olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın şərti tətbiq olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real çəkilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 67.5-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CM-in 66.4-cü maddəsində göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində qəbul etdiyi hökmdə həm əsas, həm də ki, əlavə cəzaları birləşdirsə də, yalnız CM-in 67.1-ci maddəsinə istinad etmiş, əlavə cəzanın birləşdirilməsini tənzimləyən xüsusi norma olan CM-in 66.4 və 67.5-ci maddələrinə istinad etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı3 apelyasiya protesti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilməli, CM-in 66.4, 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına Balakən rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tamamilə, 04 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası növündə əsas cəza qismən birləşdirilməklə ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 ay 28 gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmdə həmin cəza üçün müəyyən edilmiş 03 il müddətə şamil edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbs olunmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayəti “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmələri” CM-in 61.1.3-cü maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal kimi hökmə daxil edilməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Apelyasiya protesti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilsin. CM-in 66.4, 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına Balakən rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tamamilə, 04 ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası növündə əsas cəza qismən birləşdirilməklə ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 ay 28 gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmdə həmin cəza üçün müəyyən edilmiş 03 il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayəti “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmələri” CM-in 61.1.3-cü maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal kimi hökmə daxil edilsin. Hökm verilmiş apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-147/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-147/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver