Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-148/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X8 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmü ilə xx xxxx 1970-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər 14.05.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.10.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Ağdaş Rayon Məhkəməsinin 25.10.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 23.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, ona CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 26.03.2020-ci il tarixdən 28.03.2020-ci il tarixədək və 05.05.2020ci il tarixdən 07.05.2020-ci il tarixədək olan 04 (dörd) gün müddət cəzasına hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq onun üzərində 08 (səkkiz) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 12.05.2020-ci il tarixdən hesablanması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 14.05.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 15.10.2016-cı il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduğu, həmçinin Ağdaş Rayon Məhkəməsinin 25.10.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 23.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduğu, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən 01 ədəd sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 505 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 16 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0.726 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 05 ədəd ümumilikdə təmiz çəkisi 1,125 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol həblərini satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında qanunsuz olaraq satış məqsədilə saxlamış, 26.03.2020-ci il tarixdə saat 12:20 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı evində axtarış keçirilən zaman həmin narkotik vasitələr və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təkrarən satış məqsədilə 2020-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,576 qram və 0,828 qram, ümumilikdə təmiz çəkisi 1,404 qram narkotik vasitə olan heroini təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitələri qanunsuz olaraq təkrarən satış məqsədilə üzərində saxlayıb daşımış, 05.05.2020-ci il tarixdə saat 10:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmün ləğv edilməsini, barəsində humanist və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində 26.03.2020-ci il tarixdə səhər saatlarında evində olduğunu, həmin vaxt polis əməkdaşlarının onun evinə gəldiklərini, ona evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini, bundan sonra onun evinə müdafiəçi və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı soyuducunun üstündə 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisindən 16 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kiçik kağız bükümlərin açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin maddələrin narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra onun yatdığı evdə sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbləri aşkar olunduğunu, həmin dərman həblərinin ağrıkəsici olduqlarını və narkotik tərkibli olmadıqlarını dediyini, sellofan torba açıldıqda isə içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, ancaq həmin narkotik vasitənin onun olmadığını, onu polis əməkdaşlarının onun evinə yatağın arasına qoyduqlarını, bundan sonra kağız bükümlərin və dərman həblərinin kağız zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra onun barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyini, daha sonra 05.05.2020-ci il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirdiklərini, onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində vəkil və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan bükümü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoyduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələrin aşkar edildiyini, həmin maddələri polis əməkdaşının onun üzərinə qoyduğunu bildirmişdir. Odur ki, özünə aid olan narkotik və dərman vasitələrini şəxsi istifadə üçün əldə edib saxlamağa görə özünü təqsirli sayır, xəstə olduğu üçün narkotik vasitədən əl çəkə bilmir, hazırda əməlindən peşmandır, məhkəmədən əməlinin CM-in 234.1 və 240.1-ci maddələrinə tövsif olunmasını və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan yüngül həddə cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövrünün ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək 2020-ci ilin may ayının əvvəllərində Ağdaş rayon bazarının yaxınlığı ilə gedən zaman yerdən 02 ədəd sellofan büküm tapdığını, həmin sellofan bükümləri açıb baxan zaman içərisindən narkotik vasitə olan heroin olduğunu gördüyünü, özü ağrıları olduğu üçün narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyini, həmin 02 ədəd sellofan bükümdə olan narkotik vasitələri özü istifadə etmək məqsədilə üzərində saxladığını, 05.05.2020-ci il tarixdə saat təxminən 10 radələrində Ağdaş şəhəri Vaqif küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirdiklərini, onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində bir vəkil və iki nəfər hal şahidinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları çıxardıb masanın üzərinə qoymasının təklif olunduğunu, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoyduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələr aşkar edildiyini, həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdiyini, sellofan bükümlər açılan zaman elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,98 və 0,68 qram olduğunu, aşkar edilmiş narkotik vasitələrin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, şəxsi axtarış zamanı fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu, iştirakçıların protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni 2020-ci ilin may ayının əvvəllərində Ağdaş rayon bazarının yaxınlığından yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, hazırda narkotik vasitəni tapdığı yeri xatırlamadığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 26.03.2020-ci il tarixdə ünvan 3 ünvana baxış keçirən zaman oradan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 505 qram narkotik vasitə olan qurudulmuş marixuana və 16 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,726 qram narkotik vasitə olan heroin edildiyini, xəstə olduğu üçün həmin narkotik vasitələrdən istifadə etdiyini, bədənində olan ağrıları narkotik vasitə istifadə etməklə kəsdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində 05.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik maddələri saxlaması, satması və narkotik maddələrdən istifadə etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, əməliyyat tədbirlərinin keçirilməsi üçün tərəfindən müvafiq sənədləşmələr aparıldığını, daha sonra həmin gün saat təxminən 10 radələrində CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və Şahid4 ilə birlikdə Ağdaş şəhəri Vaqif küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt İntizamın onları görən kimi özünü şübhəli apardığını və İntizamın onlardan uzaqlaşmaq istədiyini, dərhal ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu RPŞyə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə İntizamın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı İntizamın əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris aşkar olunduğunu, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələrin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirdiyini, bundan sonra sellofan bükümlərin elektron tərəzidə çəkildiyini, çəkilərinin müvafiq olaraq 0,98 və 0,68 qram olduğunu, aşkar edilmiş narkotik vasitələrin zərfə qablaşdırıldığını, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu və hal şahidlərinin həmin zərfə imza etdiklərini, bundan başqa, Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillərin çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, həmçinin 26.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə aşkar olunduğunu, həmin günü evə baxış keçirilərkən soyuducunun üstündən 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisində 16 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kiçik kağız bükümlər açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, İntizamın həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün evində saxladığını bildirdiyini, 16 ədəd kağız bükümlərin elektron tərəzidə çəkildiyini, ümumilikdə çəkilərinin 1.05 qram olduğunu, bundan sonra onun yatdığı evdə sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbinin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin dərman həblərinin ağrıkəsici və narkotik tərkibli olduqlarını dediyini, sellofan torba açıldıqda içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsinin aşkar olunduğunu, İntizamın həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu dediyini və özü istifadə etmək üçün saxladığını bildirdiyini, həmin sellofan torbanın elektron tərəzidə çəkildiyini, çəkisinin 516 qram olduğunu, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək məqsədilə saxladığını bildirdiyini, 26.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəni İntizamın özünün istifadə etmək məqsədilə əldə etdiyini, lakin həmin vaxt onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyini, daha sonra 2020-ci ilin aprel ayının sonlarından İntizamın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olduğunu, İntizamın bir neçə şəxsin yanında barəsində cinayət işinin olduğunu, həbs ediləcəyini, həmin vaxta qədər narkotik vasitə satıb pul qazanacağını danışdığını, həmin məlumatların əməliyyat aparatına daxil olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, həqiqətən də, 05.05.2020-ci il tarixdə başqa bir nəfər hal şahidinin, o cümlədən vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd edilən narkotik vasitələrin aşkar olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, həqiqətən də, 26.03.2020-ci il tarixdə başqa bir nəfər hal şahidinin, o cümlədən vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etdiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan soyuducunun üstündə 01 ədəd kağız büküm aşkar olunduğunu, həmin büküm açıldıqda içərisindən 16 ədəd kiçik kağız bükümlərin aşkar olunduğunu, həmin kiçik kağız bükümlərin açıldığını, içərisindən qəhvəyi rəngli, toz və kristal halında olan maddənin aşkar olunduğunu, bundan sonra onun yataq otağında olan sandığın üstündə olan döşəklərin arasından 01 ədəd sellofan büküm və göy rəngli sellofan torba aşkar olunduğunu, sellofan bükümün içərisindən 07 ədəd dərman həbi aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin dərman həblərinin də ağrıkəsici və narkotik tərkibli olduqlarını dediyini, sellofan torba açıldıqda isə içərisindən yaşıl rəngli xüsusi iyə malik bitki kütləsinin aşkar olunduğunu, daha sonra həmin sellofan torbanın zərfə qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində Təqsirləndirilən şəxs bir yerli kimi bir neçə il olar ki, tanıdığını, onun da özü kimi narkotik vasitələrin alüdəçisi olduğunu bildiyini, lakin heç vaxt ondan narkotik vasitə almadığını bildirmişdir. Şahid12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və verdiyi həmin ifadəsində Şahid12 əvvəllər narkotik vasitələrin qanunsuz olaraq istifadəsi ilə məşğul olduğu üçün məhkum olunduğunu, Təqsirləndirilən şəxs tanıdığını, İntizama el arasında “Qara” dediklərini, onu 2-3 il olar ki, tanıdığını, İntizamdan təxminən 2020-ci il mart ayında iki dəfə onun yaşadığı binanın yanında ondan 5 manata narkotik vasitə heroin aldığını, lakin İntizamın ona verdiyi narkotik vasitənin miqdarını bilmədiyini, daha sonra İntizamı polis əməkdaşlarının həbs etdiklərini eşitdiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində Təqsirləndirilən şəxs onun qonşusu olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunun şahidi olmadığını göstərmişdir. Şahid13 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və verdiyi həmin ifadəsində Şahid13 əvvəllər iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, özünün narkotik vasitə heroindən arabir istifadə etdiyini, İntizami az bir müddətdir ki, tanıdığını, onunla adi münasibətlərinin olduğunu, təxminən 2020-ci ilin mart-aprel aylarında İntizamdan narkotik vasitə heroin aldığını, həmin narkotik vasitəni onun yaşadığı binanın yanında aldığını, lakin nə qədər olması və hansı qiymətə almasını hazırda xatırlamadığını, İntizamın narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitdiyini göstərmişdir. İş materiallarında olan 05.05.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə Ağdaş şəhəri Azadlıq küçəsi 76/1 ünvanında qeydiyyatda olan, xx.xx.1970ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 5). İş materiallarında olan 05.05.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 6) İş materiallarında olan 05.05.2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə protokolundan görünür ki, 05.05.2020ci il tarixdə saat 10:00 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, iki hal şahidi və bir vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd Nokia markalı telefon və 01 ədəd şpris çıxardıb masanın üzərinə qoymuş, sellofan bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli toz və kristal halında olan maddələr aşkar edilmiş, həmin maddələrin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, sellofan bükümlər açılan zaman elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,98 və 0,68 qram olmuş, aşkar edilmiş narkotik vasitələr zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, şəxsi axtarış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, iş vər. 27-32) İş materiallarında olan 05.05.2020-ci il tarixli, materialların məhkəmə ekspertizasının 17/270 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...iki ədəd sellofan büküm...” sözləri yazılmış zərfin içərisində 02 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,576 qram və 0,828 qram ümumi təmiz çəkisi - 1,404 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 40-43) İş materiallarında olan 26.03.2020-ci il tarixli “Raport”dan görünür ki, polis şöbəsinə Ağdaş şəhəri Azadlıq küçəsi 76/1 ünvanında qeydiyyatda olan xx.xx.1970ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vərəqi 77). İş materiallarında olan 26.03.2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və evin həyətində axtarış aparılması üçün müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 78). İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli, 5(014)- 30/2020 saylı qərarından görünür ki, Ağdaş şəhəri Azadlıq küçəsi 76/1 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi ilə əlaqədar olaraq onun üzərində şəxsi axtarış aparılması, yaşadığı ünvan 4 ünvanında yerləşən evə və evin həyətinə baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 86). İş materiallarında olan 26.03.2020-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evinə baxış və götürmə protokolundan görünür ki, 26.03.2020-ci il tarixdə saat 12:20 radələrində Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin mətbəxində olan soyuducunun üstündən 01 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız büküm açıldıqda içərisindən 16 ədəd xırda kağız bükümlər aşkar edilmiş, həmin bükümlər açıldıqda içərilərindən qəhvəyi rəngli, toz və kristal halında olan narkotik vasitəyə oxşar maddələr aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,04, 0,05, 0,08, 0,05, 0,04, 0,04, 0.07, 0,10, 0,05, 0,06, 0,08, 0,08, 0,05,0,11, 0,08 və 0,07 qram olmuş, daha sonra digər otaqdan sandığın üzərinə yığılmış döşəklərin arasından 01 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm açıldıqda içərisindən 07 ədəd dərman həbi aşkar olunmuş, həmin dərman həbləri və aşkar edilmiş 16 ədəd kağız bükümlər kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, daha sonra həmin döşəklərin arasından göy rəngli sellofan torba aşkar olunmuş, sellofan torbanın içərisindən başqa göy rəngli sellofan torba çıxmış, həmin torba da açıldıqda içərisindən rəngli xüsusi iyə malik, qurudulmuş halda olan bitki kütləsi aşkar olunmuş, həmin sellofan torba elektron tərəzidə çəkilmiş, çəkisi 516 qram olmuş, sonra həmin bitki kütləsi qablaşdırılmış, üzərinə möhür vurulmuş, baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 01, iş vər. 102-121). İş materiallarında olan məhkəmə-bioloji və materialların ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfi açdıqda içərisində 16 (on altı) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ümumi təmiz çəkiləri 0,726 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 (bir) ədəd üzərində “Tramadol Hydrochloride 225” yazısı olan blister kəsiyində olan 05 (beş) ədəd tünd çəhrayı rəngli dairəvi formalı tablet formasında həblər “Tramadol” dərman preparatıdır. “Tramadol” dərman preparatı 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısına” daxildir. Təqdim edilmiş 05 (beş) ədəd tablet formalı həblərdə “Tramadol” preparatının təsir maddəsinin ümumi miqdarı – 1,125 qram (bir ədəd həbdə təsir maddəsinin miqdarı 0,225 qramdır) təşkil edir. 02 (iki) ədəd açıq-yaşıl rəngli dairəvi formalı tablet formasında olan həblərin tədqiqatını müfaviq labarotoriya cihazları olmadığından aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 16 (on altı) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 505,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır (cild 01, iş vər. 130- 133). İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 27.07.2020-ci il tarixli 17/465 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 16 ədəd gümüşü-ağ rəngli kağızların içərisindəki heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 02 ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə fərqlidirlər (cild 02, iş vər. 31-36). İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 09.04.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 179). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29.05.2020-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 37). Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs apellyasiya şikayətində ibtidai istintaq və məhkəmə tərəfindən düzgün araşdırma aparılmadığnı göstərərək ona köməklik edilməsini xahiş etmişdir. Apellyasiya baxışında isə Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç kimə narkotik vasitə satmamışdır. Hesab edir ki, əməli düzgün tövsif edilməmişdir. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini qismən etiraf etməsinə dair ifadəsi 26.03.2020-ci il tarixdə müxtəlif növdə olan narkotik vasitələrin, habelə psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olan tramadol həblərinin onun yaşadığı evdən, o cümlədən narkotik vasitələrin 05.05.2020-ci il tarixdə onun üzərindən cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və işin həqiqi hallarına uyğun gəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhz həmin ifadəyə istinad etməsini əsaslı sayır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan normaları ilə məhkum olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin növlərinin müxtəlifliyi, həmin narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin şəxsin evindən psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol həblərinin aşkar olunması və bu həblərin də narkotik maddələrlə bir yerdə saxlanılması, habelə həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla hazırlanması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol həbləri şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və sözügedən həbləri satmaq niyyəti ilə deyil, öz istifadəsi üçün əldə edib saxlamaqla bağlı özünü təqsirli bilməsinə dair ifadələrinin həqiqətə və işin faktiki hallarına uyğun olmaması qənaətinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri Azadlıq küçəsi 76/1 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Həmçinin iş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 14.05.2007-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.10.2016-cı il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş, həmçinin Ağdaş Rayon Məhkəməsinin 25.10.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 23.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən isə bu halda şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranır. CM-nin 61-ci maddəsinə əsasən, əməldə təhlükəli residivin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. CM-in 65.2-ci maddəsinə əsasən isə, təqsirli şəxsə təhlükəli residivə görə təyin edilən cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Göstərilənlərə və istinad edilən qanun normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın (təhlükəli residivin) isə olmasını, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini, CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə cəza təyin edilməli olmasını, eyni zamanda təyin ediləcək cəzanın onun islah olunmasına təsirini yetərincə nəzərə almış, ona bu xüsusatların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən əlavə hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(091)-43/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №1(107)-148/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-148/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver