Məhkəmə qərarları › İş №1(107)-149/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-149/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-149/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim Hümbət Səlimov) xx xxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1993-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermən qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51.06 (əlli bir manat altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitki şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməsi, hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Zohorov X12 Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin avqust ayında Balakən rayonu Şambul kəndi ərazisində çöllük sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb əldə edərək yaşadığı evə gətirib saxlamış, həmin toxumları xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Talalar kəndində yaşadığı evin yataq otağında 1 ədəd dəmir qabda qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 03 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitillərini, alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin yataq otağındakı 1 ədəd dəmir qabda qəsdən qanunsuz olaraq əkdiyi 15 santimetrdən 25 santimetrədək hündürlükdə olan xeyli miqdarda 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ona təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apelyasiya şikayətinin təmin olunmasını, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsini, ona həmin hökm ilə təyin edilmiş cəzanın yüngüləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X15 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apelyasiya şikayəti qismən təmin edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək yüngülləşdirilməlidir. Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rayonun Talalar kənd sakini X16 həmkəndlisi olmaqla tanışıdır. Onunla münasibətləri yaxşı olmuşdur. Heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx xxxxx 2020-ci il tarixdə Tofiq yaşadığı evə gələrək kiminsə ona borcunun əvəzinə müxtəlif markalı siqaretlər verdiyini və həmin siqaretləri ondan saxlamağını xahiş etmişdir. O da Tofiqlə razılaşmış və həmin 1 ədəd sintetik kisədə olan siqaretləri yaşadığı evin otağında saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona Tofiq Hacıyevin siqaret verib vermədiyini soruşduqda o, da siqaret verdiyini və həmin siqaretləri yaşadığı evdə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə getmişlər. Yaşadığı evə onun iştirakı və razılığı ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Tofiqin ona verdiyi 1 ədəd sintetik kisədə olan siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markal və 01 ədəd “Winchester” markalı siqaretlər aşkar edilmişdir. Aşkar edilmiş həmin siqaretlər sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yaşadığı evə baxış davam edərkən yaşadığı evin yataq otağındakı dəmir vedrənin içərisində öz istifadəsi üçün əkmiş olduğu 03 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bitki şitillərinin nə olmasını soruşduqda narkotik tərkibli bitki şitilləri olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları mütəxəssis aqranom dəvət etmişlər. X10 həmin bitki şitillərinə baxıb aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin şitillər köklərindən çıxarılaraq 1 ədəd ağ zərfdə qablaşdırılmışdır. Üzərini də digər iştirakçılar, mütəxəssis və hal şahidləri ilə birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış davam etdirilmişdir. Baxış zamanı başqa qanunsuz saxlanılan hər hansı əşya və ya vasitə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün Balakən rayonu ərazisində fəaliyyət göstərən Müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin qeyd etmişdir ki, Tofiq Hacıyev kiminsə özünə borcu olduğunu və həmin borcun əvəzinə siqaretləri ona verdiyini bildirmişdir. Tofiq Hacıyevin həmin siqaretləri hansı səbəbdən özündə saxlamayaraq ona verməsini bilməmişdir. Sadəcə olaraq dostu və tanışı olduğu üçün saxlamasını ondan xahiş etmişdir. O da etiraz etməyərək saxlamışdır. Narkotik vasitə istifadə etdiyi üçün həmin bitkiləri də əkib özü istifadə etmək məqsədilə narkotik əldə etməyi fikirləşmişdir. Əkmiş olduğu bitkilərin toxumlarını 2018-ci ilin avqust ayında Şambul kəndi ərazisindəki çöllük sahədə olduğu zaman oradakı su kanalının üzərində yabanı halda bitmiş çətənə bitkilərinin üzərindən yığaraq əldə edib yaşadığı evə gətirərək özünə istifadə etmək üçün narkotik əldə etmək məqsədilə saxlamışdır. Onu da qeyd etmişdir ki, ilk öncə 5 ədəd toxum yığmışdır, lakin həmin ərazidən evə gələn zaman yolda həmin toxumlardan ikisini itirmişdir. O, həmin bitkiləri əvvəl əkmək istəsədə tutulmağından qorxaraq əkməmişdir. Həmin bitkiləri xx xxxx 2020-ci il tarixdə yaşadığı evdə dəmir vedrənin içərisində əkmiş, daha sonra isə həmin vedrəni yaşadığı evin özünə məxsus yataq otağına aparmışdır ki, bitkiləri əkməsindən heç kimin məlumatı olmasın. Bir müddət sonra isə həmin toxumların bitdiyini və şitil halına düşdüyünü görmüşdür. O, həmin şitillərə vaxtaşırı qulluq etmişdir. Yaşadığı evdə narkotik tərkibli bitkilər əkməsindən ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Balakən rayonunun Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman axşam təxminən saat 20 radələrində polis əməkdaşları onu qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün dəvət etmişlər. Həmçinin ondan başqa digər qonşusu olan Şahid3 da hal şahidi qismində dəvət edilmişdir. Onlara hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmadığı soruşulmuş, Tural isə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dostu Tofiq Hacıyev tərəfindən verilmiş siqaretləri təqdim edə biləcəyini deyərək evin hamam otağındakı bir ədəd sintetik kisəni təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markalı və 01 ədəd “Winchester” markalı siqaretlərin olması müəyyən edilmişdir. Daha sonra Turalın yaşadığı evə baxış davam edilərkən yataq otağında 1 ədəd dəmir vedrənin içərisində 3 ədəd polis əməkdaşlarının deməsinə görə narkotik tərkibli bitki şitillərinə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsini müəyyən etmək məqsədilə polis əməkdaşları X17u dəvət etmişlər. X17 3 ədəd bitki şitillərini alaq otlarından təmizləndiyini və suvarıldığını, deyərək şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra şitillər köklərindən çıxarılaraq ölçülmüş, hündürlüklərinin 15 sm-dən 25 sm-dək olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bitki şitilləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx xxxxx 2020-ci il tarixdə Balakən rayon Sarıbulaq kənd sakini X5 və Talalar kənd sakini X8 məxsus mağazalardan oğurluq edən şəxslərin Balakən rayon Talalar kənd sakinləri X16 və X11, həmçinin Qazma kənd sakini X6 olması müəyyən edilmişdir. Araşdırma zamanı Tofiq Hacıyev oğurlamış olduqları siqaretlərin ona düşən paydan bir hissəsini rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs saxlaması üçün verdiyini bildirmişdir. Bununla bağlı həmin tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş və Tofiq Hacıyevin həqiqətən də ona saxlaması üçün siqaretlər verdiyini və həmin siqaretləri təqdim edə biləcəyini qeyd etdiyindən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Həmçinin baxışda iştirak etmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yaşayan Şahid4 və Şahid3 da hal şahidi qismində dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş, Tural isə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Tofiq Hacıyev tərəfindən verilmiş siqaretləri təqdim edə biləcəyini deyərək yaşadığı evə gedib evin hamam otağındakı bir ədəd sintetik kisəni təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda içərisində 09 ədəd “Kingston” markalı, 20 ədəd “Magna” markalı, 04 ədəd “Bakı” markalı, 11 ədəd “Argo” markalı, 05 ədəd “Viceroy” markalı, 09 ədəd “Want” markalı, 06 ədəd “Vegas” markalı, 05 ədəd “Classic” markalı, 01 ədəd “Senate” markalı, 02 ədəd “West” markalı, 01 ədəd “Pallmall” markalı, 03 ədəd “Keno” markalı və 01 ədəd “Winchester” markalı siqaretlərin olması müəyyən edilmişdir. Daha sonra Turalın yaşadığı evə baxış davam edərkən yataq otağında 1 ədəd dəmir vedrənin içərisində 3 ədəd narkotik tərkibli bitki şitillərinə oxşar bitki şitillərinin olması müəyyən edilmişdir. Həmin bitki şitillərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsini müəyyən etmək məqsədilə aqranom X10u dəvət etmişlər. Aqranom X10 3 ədəd bitki şitillərinin alaq otlarından təmizləndiyini və suvarıldığını deyərək şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin bitki şitilləri köklərindən çıxarılaraq ölçülmüş, hündürlüklərinin 15 sm-dən 25 sm-dək olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bitki şitilləri 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretlər də 1 ədəd sintetik kisədə qablaşdırılaraq, DİN-nin arayışlar üçün 185 saylı möhürü ilə möhürlənmiş, üzərini də iştirakçılarla birlikdə imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam edərkən başqa qanunsuz saxlanılan əşya və sairə aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilərək polis şöbəsində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə həmin gün saat 20:50-dən 22:05-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında 01 ədəd dəmir vedrənin içərisində 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərini əkmişdir. Əkilmiş 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə aqrotexniki qaydada qulluq-olunub olunmaması ilə bağlı rəy olunması üçün mütəxəssis aqronom dəvət edilmişdir. Mütəxəssis X17 həmin 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitillərinə baxmış və 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitillərinin hündürlüyü ölçülmüş, hündürlüyü 15 sm-dən 25 sm-dək olmuşdur. Aqronom mütəxəssis daha sonra bitki şitillərinin olduğu vedrədə başqa heç bir bitki toxumunun və cücərtisinin olmaması, həmin şitillərin toxumunun və ya çiyidin əkilməsi vasitəsi ilə bitdiyini və şitillərə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərinin çətənə bitkisinin şitillərinin olduğunu bildirmişdir. Həmçinin həmin şitilləri gələcəkdə özü istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Daha sonra 03 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə oxşar bitki şitilləri hal şahidlərinin iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Daha sonra protokola əlavələr və düzəlişlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ixtisasca aqronom-mütəxəssis X3 verdiyi rəydən görünür ki, nümunə bir ədəd dibçəkdə (vedrədə) əkilmiş üç ədəd şitildən ibarətdir. Baxış zamanı müəyyən etmişdir ki, həmin şitillərin hər biri iki ədəd fildə (dərə), 4 ədəd əsas yarpaq formasındadır. Həmin dibçəkdə (vedrədə) başqa heç bir bitki toxumunun və cücərtisinin olmaması, həmin şitillərin toxumunvəya çiyidin əkilməsi vasitəsi ilə bitdiyinin və şitillərə qulluq edilməsinin nəticəsidir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin xx xxxxx 2020-ci il tarixli 17/227 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Vət Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evin yataq otağında aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd hündürlükləri 15 sm-dən 25 sm-dək, ümumi təmiz çəkisi – 1,33 qram olan bitki şitilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. -Aqronom mütəxəssis E.Bayramovun xx.xx.2020-ci il tarixli aqronom rəyinə əsasən 03(üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. İşin 192-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş X14 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxxx 2020-ci ildə saat 22:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 140-141-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Balakən RİHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zohorov X13 rayonu Talalar kəndində yaşamaqla, himayəsində işlməyən atası, anası, qardaş və bacısı vardır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 237.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında təqsirləndirilən şəxs, onun müdafiəçisi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona təyin olunmuş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasının mümkünlüyünü müsbət qiymətləndirir və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan görünür ki, o, 2018-ci ilin avqust ayında Balakən rayonu Şambul kəndi ərazisində çöllük sahədə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığıb əldə edərək yaşadığı evə gətirib saxlamış, həmin toxumları xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Talalar kəndində yaşadığı evin yataq otağında 1 ədəd dəmir qabda qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 03 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin şitillərini, alaq otlarından təmizləyib suvararaq,onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin yataq otağındakı 1 ədəd dəmir qabda qəsdən qanunsuz olaraq əkdiyi 15 santimetrdən 25 santimetrədək hündürlükdə olan xeyli miqdarda 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Balakən RİHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zohorov X13 rayonu Talalar kəndində yaşamaqla, himayəsində işlməyən atası, anası, qardaş və bacısı vardır. Qeyd olunanlarla yanaşı, iş materiallarından o da müəyyən olunur ki, o, törətdiyi cinayət əməlindən səmimi peşmançılığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonrakı hərəkətləri, yəni təqsirini boynuna almaqla törətdiyi əməl barədə ətraflı məlumat verərək, istintaq orqanına yaxından köməklik etməsi, səmimi peşmançılığı, yaşayış və iş yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azaldılması CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədiyindən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən hallarla müqayisədə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, ona yuxarıda göstərilən əməlinə görə daha az müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin sayından bəhs edən İİİ siyahıda cinayət məsuliyyətinə cəlb edilməsi üçün çətənə növlü bitkilərin 3 kol olmasının müəyyən edilməsini, hazırki işdə də Təqsirləndirilən şəxs aşkar olunan kolların minumum halda olmasını da nəzərə almışdır. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. Həm apelyasiya şikayətindən, həm də Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərinə bildirdiyi münasibətdən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması əcəzasının mimimuma endirilməsi də onun islаh olunması üçün yetərli ola bilər. Beləliklə, məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpelyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixl hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edisin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin və həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) ilə endirilsin. Onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 4(gün) həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Baxılmış apelyasiya şikayətinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar