Məhkəmə qərarları › İş №1(107)-149/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-149/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-149/2021 22.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə аçıq məhkəmə iclаsındа bаxaraq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X11 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə) 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmü ilə xx xxxxx 1985-ci ildə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 10 sentyabr 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu 10 sentyabr 2020-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, bacısı X3 Yevlax rayonu Xanabad kənd sakini Şahid3 ilə hadisədən bir neçə gün əvvəl gecə saatlarında atası Şahid2 məxsus evin giriş qapısında görüşdüklərinin şahidi olduğundan onların qadın-kişi münasibətlərində olduğunu düşünərək onu qəsdən öldürmək qərarına gəlib bu məqsədlə 10 sentyabr 2020-ci ildə saat 17:30 radələrində yaşadığı evdə olan mətbəx bıçağını götürüb, özünə məxsus olan tünd bənövşəyi rəngli uzunqol köynəyə bükərək sellofan torbanın içərisinə qoyub, bacısı Təqsirləndirilən şəxsnın digər bacısı X4 yaşadığı evdə olduğunu bildiyindən, onların yaşadığı Mingəçevir şəhəri “Güllü bağ” adlanan əraziyə gələrək bacısının yaşadığı binaya qalxmaq istədikdə Midvarinin binadan düşdüyünü görüb ona yaxınlaşaraq söhbət edə-edə Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısındakı istirahət parkına qədər piyada gələrək, ona bir qadın kimi tənha həyat tərzi sürməsinin ailələrinə yaraşmadığını bildirib, ailəsinin yanına qayıtmasını tələb etdikdə, Təqsirləndirilən şəxs rədd cavabı verdiyindən niyyətini həyata keçirmək və onu tez bir zamanda öldürmək üçün sonuncunun bədəninin müxtəlif nahiyələrinə üzərində gətirdiyi mətbəx bıçağı ilə vuraraq, cəmi 8 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən sol saidində iki ədəd, sol əl barmaqlarında bir ədəd, sol mil-bilək oynağında bir ədəd dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda sağlamlığa yüngül zərər vurmaya aid kəsilmiş yaralar və kəskin qanitirməyə səbəb olan ürəyinin və ağciyərinin zədələnmələri ilə döş boşluğuna, döş qəfəsinin arxa səthindən sol plevra boşluğuna, döş qəfəsinin sağ ön səthindən döş boşluğuna, sağ böyrəyin zədələnməsi ilə sağ böyrək proyeksiyasından qarın boşluğuna dəlib keçən, dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid dörd ədəd xəsarət yetirərək X5 qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmündən Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs ən aşağı həddə cəza təyin edilməklə yüngüllüyünə görə ədalətsiz olduğundan dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilməmiş, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya protesti üzrə məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilən zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya protestinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmamasını və Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya protestinin təmin edilməsini və iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Midvari təxminən 6-7 il əvvəl Elvin adlı şəxslə ailə həyatı qurmuş, onların ailə həyatı təxminən 6 ay davam etmiş və münasibətləri alınmadığından boşanmışlar. Midvari ərindən ayrıldıqdan sonra bir neçə il onlarla yaşamış, təxminən 2 il olar ki, Mingəçevir şəhərində yaşayır. Təxminən 3 gün əvvəl Midvari onların yaşadığı evdə qalan geyim əşyalarını götürmək üçün gəlmiş və həmin gecəni də onların evində keçirmişdir. Həmin gecə təxminən saat 03:00 radələrində Midvari yaşadıqları evin həyətinə düşərək həyətin qapısına tərəf getmişdir. Midvari həmin vaxt onun oyaq olduğunu və onu gördüyünü bilməmişdir. O, qapını açıb həmkəndlisi olan Elçin adlı şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra yenidən qayıdıb evə gəlmişdir. O da bu barədə həmin vaxt Midvariyə hər hansı bir söz deməmişdir. 09 sentyabr 2020-ci ildə Midvariyə zəng edərək təxminən 3 gün əvvəl gecə hansı səbəbdən Elçin adlı şəxslə görüşüb söhbət etdiyini soruşmuş, Midvari də həmin telefon zəngi zamanı Elçin ilə hər hansı başqa məqsədlə görüşmədiyini, ona Mingəçevir şəhərində yaşadığı evin açarını verdiyini, Elçinin həmin açarı ev sahibinə çatdırmalı olduğunu bildirmişdir. Belə ki, o, bildiyi qədərilə Elçinin Midvarinin kirayədə yaşadığı mənzilin sahibi ilə qohumluq əlaqələri olmuşdur. Lakin, Midvarinin bu cavabı da onu qane etməmişdir. Midvarinin gecə saat 03 radələrində başqa bir kişi ilə görüşüb söhbət etməsindən sonra onu öldürmək qərarına gəlmişdir. 10 sentyabr 2020-ci ildə saat 17:30 radələrində yaşadıqları evdə olan istifadə olunmayan mətbəx bıçağını özünə məxsus tünd bənövşəyi rəngli uzunqol köynəyə bükərək sellofanın içərisinə qoymuş və özü ilə birlikdə Mingəçevir şəhərinə gətirmişdir. Midvarinin həmin vaxt yeznəsi Ağasəfgilin evində olduğunu bilmişdir. O da bununla bağlı olaraq yeznəsigilin yaşadığı Mingəçevir şəhərinə, “Güllü bağ” adlanan əraziyə gələrək yeznəsigilin yaşadığı binaya qalxmaq isdədikdə Midvarinin binadan düşdüyünü görmüşdür. Midvari ilə söhbət etməyə başlamış və onlar söhbət edərək Mingəçevir şəhəri Nizami küçəsində “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısına qədər piyada olaraq gəlmişlər. Həmin yerə çatdıqda orada olan parkda oturacaqda oturmuş və söhbətinə davam etmişdir. Onu öldürəcəyindən Midvaridə olan onlara məxsus qızılları harada olması barədə ondan məlumat almağa çalışmışdır. Söhbətin yekununda ona yaşadıqları evə getməyi təklif etmiş, belə ki, Midvari artıq 2-3 gün idi ki, ev kirayəsini ödəyə bilmədiyi üçün küçələrdə yaşamışdır. Lakin, Midvari onunla razılaşmayaraq ona “rədd ol” demişdir. O da söhbət əsnasında qabaqcadan planlaşdırığı fikri, yəni Midvarini öldürməyi həyata keçirmək məqsədilə sağ əlini əlindəki sellofanın içərisində olan bıçağın tiyəsindən tutmuşdur. Təxminən saat 20:30 radələrində söhbətləri sona çatdıqda o, sağ əli ilə tutduğu bıçağı çıxardaraq Midvarinin ürək nahiyəsindən onu öldürmək məqsədilə zərbə endirmişdir. Təxminən 5-6 bıçaq zərbəsindən sonra Midvarinin səsinin xırıldadığını eşitmiş və artıq öldüyünü düşünərək bıçaq zərbələrini sona çatdırmışdır. Bundan sonra Midvari oturduqları oturacağın qarşısında yerə yıxılmışdır. Bu zaman ora ətrafdan şəxslər yığılmağa başlamış, o da bundan sonra hadisə barədə xalası Natavana, dayısı Həsənağaya məlumat vermiş və ətrafda olan vətəndaşlara da polis şöbəsinə xəbər vermələrini bildirmişdir. Bundan sonra həmin ərazidə qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra o, əlində olan bıçağı onlara təhvil vermişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, bacısı Midvarinin həmkəndlisi Elçin adlı şəxslə münasibətinin olmasını bilmişdir. Belə ki, onlar təxminən 3-4 il olardı ki, münasibət saxlamışdır. Lakin, Midvari ona onların dost münasibətində olduğunu bildirmişdir. Buna baxmayaraq onların arasında hər hansı yaxın münasibətin şahidi olmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayının 2-3-ü tarixlərində o, atasıgilin yaşadığı Yevlax rayonu Xanabad kəndində qalmışdır. Həmin vaxt Midvari də onunla birlikdə gecəni orada qalmışdır. Daha sonra həmin günün ertəsi gün qardaşı Təqsirləndirilən şəxs ondan həmin gecə saat 03 radələrində Midvarinin yaşadıqları evin qapısının yanında həmkəndlisi Elçin adlı şəxs ilə birlikdə söhbət etdiyinin şahidi olduğunu bildirmişdir. Lakin, onun bundan xəbəri olmadığından Malikə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra Midvaridən bu barədə soruşduqda ona Mingəçevir şəhərinə getmək üçün Elçini çağırdığını bildirmişdir. Həmin vaxt Malik çox əsəbləşmişdir. Bundan sonra Midvari də, o da Mingəçevir şəhərinə qayıtmışlar. Bundan sonrakı vaxtlarda nə Malik, nə də Midvari ona bu haqda hər hansı bir söz deməmişdir. 10 sentyabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Midvari onun yaşadığı evə gəlmişdir. O, həmin vaxt onun övladları ilə biraz oynadıqdan sonra nahar etmişdir. Daha sonra təxminən 14 radələrində şəhərə çıxacağını bildirərək evdən çıxıb getmişdir. Daha sonra Midvari təxminən saat 17 radələrində onlarda qalan paltarlarını götürmək üçün yenidən onlara gəlmişdir. Həmin vaxtlarda qardaşı Malik ona zəng edərək ilk əvvəl hal-əhval tutmuş, daha sonra Midvarinin onlarda olubolmadığını soruşmuşdur. O da Midvarinin onlarda olduğunu ona demişdir. Daha sonra Malik telefon zəngini söndürərək ona “whatsapp” sosial şəbəkəsində yazaraq Midvarinin onlarda qalıb-qalmayacağını soruşmuş, daha sonra Midvariyə yemək verməyini ona bildirmişdir. Həmin telefon danışığı zamanı Malikin səs tonunda fərqlilik hiss etməmiş, o həmişəki kimi onunla danışmışdır. Təxminən saat 19 radələrində Midvarini yola salmaq məsqədilə qapını açdıqda Malikin həmin vaxt blokda olduğunu görmüşdür. Saat 20:45 radələrində anası Şahid1 ona zəng edərək Malik və Midvarinin telefon zənglərinə cavab vermədiklərini, onun da onlara zəng etməyini bildirmişdir. Bundan sonra o da onlara zəng etsə də, onlar telefona cavab verməmişlər. Bundan bir neçə dəqiqə sonra atası Yaşar ona zəng edərək Malikin dayısı Həsənalıya zəng edərək Midvarini öldürdüyünü dediyini bildirmişdir. Bundan sonra o da Midvarinin aparıldığı Mingəçevir ŞMX-na getmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X9 ilə təxminən 2 ay əvvəldən münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ölməmişdən təxminən 1 həftə əvvəl saat 23 radələrində ona zəng edərək Mingəçevir şəhərinə getdikdə onu da aparmağını bilmişdir. O da Midvari ilə razılaşmış və təxminən saat 04 radələrində onun yaşadığı Yevlax rayonu Xanabad kəndində yerləşən evlərinin qarşısına gəlmişdir. Midvari ilə görüşmüşdür. Midvari ilə hər hansı bir görüşləri olmamışdır. 10 sentyabr 2020-ci ildə axşam saatlarında tanışı Zaur ona zəng edərək Midvarinin qardaşı Malik tərəfindən öldürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 10 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində Həsənalı zəng edərək Malikin Midvarini öldürdüyünü bildirmişdir. Malik bacısı Midvarinin yığılan borclarından təngə gəlmiş və utancından onu öldürmək qərarına gəlmişdir. Belə ki, onlar ailəlikcə Midvarinin səbəbini bildirmədən etdiyi borclardan təngə gəlmişdir. Bundan əlavə, boşanmış bir qadının evindən kənarda başqa bir evdə yaşaması adət və əxlaq normalarına zidd olmuşdur. Onlar Midvarinin evdən kənarda Mingəçevir şəhərində yaşamasını özlərinə ayıb bilmişlər. Malikin Midvarini öldürmək qərarına gəlməsindən onun məlumatı olmamışdır. Malik Midvarini öldürməmişdən təxminən 3-4 gün əvvəl Midvari onlarla birlikdə qalarkən saat 03 radələrində yaşadıqları evin qapısının yanında həmkəndliləri Elçin ilə birlikdə söhbət etməsindən onun məlumatı olmamışdır. Midvarının hər hansı şəxslə kişi-qadın münasibətində olması barədə də məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri - Mingəçevir şəhəri Nizami küçəsində yerləşən istirahət parkıdır. Parkın ərazisində insanların istirahəti üçün oturacaqlar vardır. Həmin parkda üzü “1941-1945” istirahət parkına tərəf durduqda solda H.Əliyev prospekti ilə N.Nərimanov prospektini birləşdirən magistral yol vardır. Yolun sol tərəfində üzərində “Yenilik” sözləri yazılmış geyim dükanı, “Restoran”, üzərində “ Mingəçevir Mall” sözləri yazılmış ticarət mərkəzi və yaşayış binaları vardır. Parkın sağ tərəfində isə yaşayış binaları müşahidə olunur. Həmin parkın ərazisində 12 saylı üçmərtəbəli binanın sol ön küncündə 2x30 sm olan oturacağın üzərində cəhrayi rəngli üzərində qara rəngli qulpları olan qadın çantası aşkar olundu. Həmin çanta zəncirbəndlə bağlıdır. Çantanın üzərində olan zəncirbənd açıldı. Çantanın içində qadın makiyaj ləvazimatları və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edildi. Hadisə yerində qanabənzər ləkələr aşkar edilmədi. Hadisə yerində cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilmədi və götürülmədi. İşdə olan məhkəmə-tibb ekspertizasının 11.09.2020-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, X3 ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X3 ölümünə səbəb, ürəyin açıq zədələnmələri nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur. 1986-cı ildə anadan olmuş X3 bədəni üzərində aşkar olunan xəsarətlər – ürəyin və ağciyərin zədələnmələri ilə döş boşluğuna dəlib keçən bir ədəd, döş qəfəsinin arxa səthindən sol plevra boşluğuna dəlib keçən bir ədəd, döş qəfəsinin sağ ön səthindən döş boşluğuna dəlib keçən bir ədəd, sağ böyrəyin zədələnməsi ilə sağ böyrək proyeksiyasından qarın boşluğuna dəlib keçən bir ədəd yara, sol saidində iki ədəd, sol əl barmaqlarının, sol mil-bilək oynağının kəsilmiş yaraları, – deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər. Ağırlıq dərəcələrinə görə: - ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 3 ədəd deşilmiş-kəsilmiş yaralar və böyrəyin zədələnməsi ilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Yuxarıda göstərilən digər 4 ədəd kəsilmiş yaralar sağlam şəxslər üçün götürdükdə yüngül xarakterli bədən xəsarətlərinə aiddirlər. Xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən 10.09.2020-ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. X3 ölümünə səbəb ürəyin deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə fonunda inkişaf edən hipovalemik şok olmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının 11.09.2020-ci il tarixli, 507/A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 04.11.2020-ci il tarixli 758/2020-MTBŞ saylı rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim edilən X6 məxsus cins tipli şalvar, qısaqol mayka/kofta/, mayka, büstqalter, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək və bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X6 məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur /əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa/. Təqdim edilən X6 məxsus cins tipli şalvar, qısaqol mayka/kofta/, mayka, büstqalter, təsdirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək üzərindəki qan ləkələri periferik mənşəlidir. Təqdim edilən bıçaq üzərindəki ləkələrin ölçüləri və intensivliyi sistoloji tədqiqat aparmağa imkan vermir. İşdə olan məhkəmə-lifli materiallar ekspertizasının 20.10.2020-ci il tarixli 6/2064 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6 məxsus olduğu qeyd edilən paltarlardan göy rəngli şalvarın üzərindən aşkar edilmiş mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs qırmızı rəngli köynəyi üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Midvari Məmmədovayanın köynəyinin tərkib liflərinə uyğun gəlir. İşdə olan kompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının 11.11.2020-ci il tarixli, 3/1227 və 3/1228 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus.......” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin və üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “Təqsirləndirilən şəxs məxsus.......” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində olan zədələrdə xüsusi əalmətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthindəki zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin 11.09.2020-ci il tarixli 34 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 3 ədəd......” xəsarətləri ilə yerləşmə sahəsinə və sayına görə nisbi uyğunluq təşkil edir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş şalvarın və üzərində “X6 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş şalvarın səthində trasoloji zədə yoxdur. İşdə olan kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 537/240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İşdə olan məhkəmə-tibbi, məhkəmə-bioloji, kompleks məhkəmə-trasoloji, məhkəməfiziki-kimyəvi (lifli) və məhkəmə-soyuq silah, kompleks məhkəmə-psixiatriya və məhkəməpsixoloji və məhkəmə-narkoloji ekspertizaları üzrə alınmış rəylər ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X3 bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq xəsarəti yetirərək sonuncunu qəsdən həyatından məhrum edərkən özü hər hansı xəsarət almamış və cinayət törədərkən tam anlaqlı olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-in 120.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun «Qəsdən adаm öldürmə işləri üzrə məhkəmə təcrübəsi hаqqındа» 12 dekаbr 2002-ci il tаrixli 3 nömrəli Qərаrının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsüfedici əlamətlər və CM-in 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədi, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən cinayətlər) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, razılıq əldə etməsini, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul etmişdir. İşdə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi qarşısının alınmasına nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. M.Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilən zaman onun həbsdə saxlanma müddətinin 10 sentyabr 2020-ci il tarixdən hesablanmalı olması müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Şərh olunanlara əsasən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Yuxarıda qeyd edildiyi kimi, dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)- 73/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs ən aşağı həddə cəza təyin edilməklə yüngüllüyünə görə ədalətsiz olduğundan dəyişdirilməsini və ona daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranışını, şəxsiyyətini nəzərə almadan, CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas olan cəzanı yüngülləşdirən halları təkrar nəzərə almaqla ona təqsirli bilndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hökmdə qeyd edilən “könüllü gəlib təqsirini boynuna alma, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışma” kimi cəzanı yüngülləşdirən hallar CM-in 59.1.10 və 59.1.12-ci maddələrində müəyyən edilmiş və bu hallar CM-in 60-cı maddəsinin tələbinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş cəzanın yuxarı həddinin ¾-dən artıq cəza təyin edilməməsi üçün əsasdır. Məhkəmə isə qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alıb təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, xarakteri, cinayətin törədilmə şəraiti və şəxsiyyəti nəzərə alınmadan, hökmdə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsinin motivlərini nəinki əsaslandırmadan, ümumiyyətlə müzakirə etmədən ən aşağı həddə cəza təyin etmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs bacısı X3 başqa şəxslə görüşməsinin şahidi olduğundan onların qadın-kişi münasibətlərində olduğunu düşünərək onu qəsdən öldürmək qərarına gəlib bu məqsədlə yaşadığı evdə olan mətbəx bıçağını götürüb “Mingəçevir Mail” adlı ticarət mərkəzinin qarşısındakı istirahət parkının yanında Təqsirləndirilən şəxsnın bədəninin müxtəlif nahiyələrinə üzərində gətirdiyi mətbəx bıçağı ilə vuraraq, cəmi 8 ədəd kəsilmiş-deşilmiş yaralar (onlardan 4-ü dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, 4-ü isə canlı şəxslərdə yetirildiyi anda sağlamlığa yüngül zərər vurmaya aid olmaqla) yetirərək X5 qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs doğma bacısını öldürməklə həyat və sağlamlığı təmin edən ictimai münasibətlər əleyhinə olan xüsusilə agır cinayət kateqoriyasına aid cinayət əməlini əvvəlcədən planlaşdırmaqla, 8 bıçaq zərbəsi vuraraq, birbaşa qəsdlə törətmiş, bununla da ailənin ağır fiziki və mənəvi məhrumiyyətlərə düçar olmasına bais olmuş, onun ictimai təhlükəliliyini azaldan hallar müəyyən edilməmiş, cinayətin tək törədilməsi fonunda hər hansı başqa iştirakçısının ifşa edilməsi üçün tədbirlər görmə, cinayət nəticəsində dəymiş ziyanı və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma halları müəyyən edilməmişdir. Cəza təyinində törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Təqsirləndirilən şəxs doğma bacısını 8 bıçaq zərbəsi vuraraq öldürməsi, törətdiyi cinayət əməlinin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir, əməlin həmin növdən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyini ehtiva edir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs ən aşağı həddə cəza təyin edilməklə ədalətsiz olduğundan dəyişdirilməlidir. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcudluğu onun barəsində CM-in 60-cı maddəsinin tətbiqinə əsas verir. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətə görə nəzərdə tutulmuş cəzanın yuxarı həddi 14 il müddətə azadlıqdan məhrum etmə olduğu halda ona həmin müddətin dörddə üçündən, yəni 10 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Belə olduğu halda, Təqsirləndirilən şəxs 9 ildən 10 il 6 ayadək müddət hüdudlarında azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi mümkündür. Bu baxımdan ilk dəfə cinayət törədən və cəzasını ağırlaşdıran hallar olmayan, lakin barəsində CM-in 60-cı maddəsinin tətbiqinə də əsas olmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə müqayisədə Təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiqi ilə daha yüngül, hətta ən aşağı həddə cəza təyin edilməsi təbiidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs öz doğma bacısını öldürməsinin onun şəxsiyyətinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməsi ilə razılaşmır. Təqsirləndirilən şəxs öz bacısını öldürməsindən digər doğmaları qədər sarsılmaya və əzab çəkməyə bilməz. Lakin görünür, Təqsirləndirilən şəxs təsəvvürünə və əqidəsinə görə onu bacısını öldürməyə sövq edən səbəb (motiv) doğmalıq hissindən üstün olmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsinə heç bir əsaslı səbəb görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmünün isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(091)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar