Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-149/2023 18.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X22 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(016)-54/2022 saylı hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 01 dekabr 2022-cü il tarixli, 1(016)-54/2023 saylı hökmü ilə, xx.xx.1970-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, Ağsu rayon, Çiyni kənd tam orta məktəbinin təsərrüfat müdiri işləyən, evli, məhkumluğu olmayan, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında ltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxsqəti olaraq, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmasını, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkantədbiri qüvvəsində saxlanılması, cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak olmaması, Gö ğzrə maddi sğbut kimi tangnmgö və cinayət işi materialları ilə yanaşı məhkəməyə təqdim edilmişAğsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyəti barədə müvafiq olaraq 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək və 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddətləri əhatə edən 2 ədəd tabel kitabları, eləcə də Ağsu rayon Çiyni kənd tam orta məktəbinin 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvaraprel, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel aylarına dair tabeldən çıxarışlar və həmin çıxarışların tərtib olunması üçün əsas olmuş, məktəb tərəfindən təqdim edilmiş sənədlər, həmçinin istintaq zamanı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, BKC/LGL-9502/22 nömrəli məktubla təqdim edilmiş CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi məqsədi ilə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun "xxxx" ASC-də olan AZ31CTRE**********0003118501 nömrəli (VÖEN: **********) depozit hesabına ödədiyi 2500 (iki min manat beş yüz) manat pul zərərçəkmiş şəxs kimi tanınmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına köçürülməsi, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə maddi ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququnun izah edilməsi, təqsirləndirilən öəxs Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatlarının dəyəri 135 manat və 150 manat, cəmi 285 manat alınıb Respublika büdcəsinin hesabına keçirilməsi müəyyən edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah və sair şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2006-cı il tarixli, 76 nömrəli əmrlə Ağsu rayon Çiyni kənd tam orta məktəbinin təsərrüfat müdiri vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”nda təsbit olunmuş, məktəbin təsərrüfat xidməti işlərinə, kiçik xidmət heyətinin işinə rəhbərlik etmək kimi vəzifələrinin icrası ilə əlaqədar, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məktəbdə kiçik xidmət işçisi kimi mövsümi ocaqçı vəzifəsinə təyin olunmuş bacısı Şahid1 işə gəlmədən əmək haqqı almasında ehtiva olunan qanunsuz üstünlük əldə etməsi məqsədilə qeyd olunan səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, sonuncunun yuxarıda qeyd olunan bütün dövrlərdə işə gəlmədiyi halda, məktəbin texniki işçilərinin işə davamiyyəti jurnallarında əvəzinə imza çəkmiş, Şahid1 işə gəlmədən əmək haqqı alaraq əlavə qazanc əldə etməsi şəxsi niyyəti ilə texniki işçilərə aylıq əmək haqqı hesablanmasından ötrü hər ayın sonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim olunan, məktəbin direktoru tərəfindən imzalanmaqla, məktəbin gerbli möhürü ilə möhürlənmiş, rəsmi sənəd hesab olunan 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel ayları üzrə aylıq tabeldən çıxarışları Ağsu rayon Çiyni kənd tam orta məktəbinin həmin kənd ərazisində yerləşən inzibati binasında tərtib edərkən, çıxarışlara məktəbdə ocaqçı vəzifəsində işləyən bacısı Şahid1 guya bütün iş vaxtı üzrə işə gəlməsi barədə bilə-bilə yalan məlumatları daxil etməklə həmin tabeldən çıxarışların məktəbin direktoru tərəfindən təsdiq edilərək Elm və Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim olunmasına nail olub, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən Şahid1 2019-2022-ci illər ərzində 4890.28 manat məbləğində cəmi əmək haqqı, 1151,46 manat məbləğində sığorta və digər ödənişlər, ümumilikdə 6041.74 manat hesablanaraq ödənilməsi ilə nəticələnən əməlləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair şəxsi niyyətlə rəsmi sənədə biləbilə yalan məlumat daxil etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(016)-54/2023 saylı hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3 üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Cinayət Məcəlləsinin 313-cü maddəsi 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrumedilməklə 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrumedilməklə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(016)-54/2022 saylı hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz yazılı ərizəsi verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmünun apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X14 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, Vurulmuş ziyanın digər qismini də ödəmişdir. 1000 manat ziyanın ödənilməsi ilə bağlı ödəniş qəbzini məhkəməyə təqdim edir. Vurulmuş ziyanın bir qismini ödəməsini, himayəsində iki övladının olmasını, xəstə anasının olmasını nəzərə alaraq apellyasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli,Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən Ağsu rayonu Çiyni kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. SultanovaSənayə Ağaxələf qızı onun bacısıdır.SənayəSultanova 2019-cu ilin yanvar ayından Çiyni kənd tam orta məktəbində ocaqçı vəzifəsində işləmişdir. Şahid1 təxminən 5-6 ildir ki, Bakı şəhərində Sabunçu rayonu Savalan kəndində bacısı Səidə ilə qonşuluqda yaşamış, məktəbdə mövsümi işlədiyindən hər ilin qış aylarında 15 noyabr tarixdən, 15 aprel tarixədək sonuncuya əmək haqqı köçürülmüşdür.Təsərrüfat müdiri kimi məktəbdə olan 13 təsərrüfat işçisinin hər ay davamiyyət tabeli tərəfindən hazırlanaraq imzalanıb təsdiq olunmuş və regional təhsil idarəsinə təqdim edilmişdir. Şahid1 məktəbdə ocaqçı təyin olduğu vaxtların əksər vaxtlar işə gəlmiş, lakin işə gəlmədiyi vaxtlar da olmuşdur. Şahid1 əvəzinə isə məktəbin davamiyyət jurnallarında, o, imza çəkmişdir. Tərəfindən təqdim edilmiş 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək və 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddətləri əhatə edən Ağsu rayonu Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyət jurnalları onun tərəfindən tərtib olunmuşdur. Belə ki, texniki işçilər gündəlik olaraq işə gələrkən və işdən çıxarkən jurnalda adlarının altına müvafiq imzaları çəkmiş, jurnallar onun iş otağında saxlanılmışdır. O, məktəbin təsərrüfat müdiri kimi gündəlik olaraq işçilərin işə gəlib-gəlməmələrinə nəzarət etmiş və jurnala imza çəkibçəkməmələrini yoxlamışdır. Hər ayın sonunda əmək haqqının hesablanması məqsədilə regional idarəyə təqdim etməkdən ötrü məktəbin texniki işçilərinin tabelləri tərəfindən tərtib olunmuş, həmin tabel sözü gedən jurnallar əsasında hazırlanaraq tərəfindən imzalanmışdır. Daha sonra məktəbin direktoru tabelləri yoxlayaraq, imzalayıb məktəbin gerbli möhürü ilə möhürləmişdir. Bundan sonra isə tabellər regional idarəyə təqdim olunmuşdur. Sözü gedən jurnallara təsərrüfat müdiri kimi özü də gündəlik imza çəkmişdir. Jurnallarda Şahid1 adı altında olan imzaların böyük hissəsi onun tərəfindən çəkilmişdir, çünki sonuncu jurnallara imza çəkməyi əvvəldən ona etibar etmişdir. Bacısı Şahid1 işə düzəldikdən sonra Bakı şəhərində yaşadığı vaxtlar olmuş, lakin bəzən Ağsu rayonuna gələrək iş yerində də olmuşdur. Şahid1 məktəbə işə gəlmədiyi vaxtlarda onun vəzifələrini, o, icra etmiş, yəni hər gün səhər saatlarında gəlib məktəbin istilik sistemini tənzimləmişdir. Bacısının ocaqçı vəzifəsində işlədiyi müddət ərzində məktəbin istilik sistemində heç bir problem olmamışdır. Şahid1 əmək haqqı kartı adətən özündə olmuş, aldığı əmək haqqından ona və ya uşaqlarına köməklik etsə də, başqa heç kəsə, yəni məktəbin direktoruna və ya digər vəzifəli şəxsə pul və ya digər maddi nemət verməmişdir. Məktəbin kiçik xidmət heyətinin işinə təsərrüfat müdiri kimi, o, nəzarət etmiş, Nənəqız Quliyeva ondan mütəmadi olaraq təsərrüfat işlərində problem olub-olmadığını soruşmuş və o da Nənəqız Quliyevaya təsərrüfat işlərində heç bir problem olmadığını bildirmişdir. Həqiqətdə də məktəbin təsərrüfat işlərində heç vaxt ciddi problem olmamış, bacısı Sənayənin işə gəlməməsi hiss olunmamışdır. Məktəbin təsərrüfat işçilərinin işlərinə rəhbərlik etmək onun səlahiyyətində olduğundan, aylıq tabeldən çıxarışlar tərəfindən tərtib olunmuş və direktor tərəfindən əlavə olaraq yoxlanılmamışdır. Sənayə Çiyni kənd tam orta məktəbində mövsümi işlədiyi üçün sonuncu ilə hər il yeni əmək müqaviləsi bağlanırmış. Buna görə, Şahid1 ərizə ilə məktəb direktoruna müraciət edirmiş. Lakin hər il işə götürülməsindən ötrü Şahid1 heç kəsə pul və ya sair maddi nemət verməmiş və ya hər hansı şəxs sonuncudan pul və ya sair maddi nemət tələb etməmişdir. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki tələbə uşağının, arvadının və yaşlı anasının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, etdiyi səhfi başa düşməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki tələbə uşağının, arvadının və yaşlı anasının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, etdiyi səhfi başa düşməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun müdiri vəzifəsində işləyir. Ağsu rayonu Çiyni kənd tam orta məktəbində ocaqçı işləyən Şahid1 işə gəlmədən əmək haqqı almasını fakt üzrə Ağsu rayon prokurorluğunda CM-nin 308.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi başlandıqdan sonar məlumatları olmuşdur.Hazırda törədilmiş cinayət nəticəsində hesablanmış əmək haqqının bir hissəsi 2502 manatı deposit hesaba qoyulmuşdur. İş üzrə tərəflərindən mülki iddia qaldırılmamışdır. Cinayət işi üzrə zərər çəkmiş şəxsin hüquqlarının müdafiə edilməsini və mənimsənilə vəsaitin dövlət büdcəsinə ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsini də məhkəmənin mülahizəsinə buraxır. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 03 yanvar 2019cu ildən Ağsu rayonu Çiyni kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işləmişdir. Qardaşı Təqsirləndirilən şəxs isə həmin məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyir. O, 15 noyabr-15 aprel tarixləri arasında məktəbdə işləyir və həmin müddət ərzində qardaşı Seyranla birlikdə Ağsu rayonu Çiyni kəndində yaşayır. Yay aylarında isə Bakı şəhərinə gedib orada yaşayır. Özü iş vaxtlarında gündəlik olaraq məktəbə işə getmiş və iş saatları üzrə işdə olmuşdur. Ocaqçı kimi məktəbin istilik cihazlarının yandırılıbsöndürülməsi və qazanxananın təmizlənməsi işini görmüşdür. Məktəbdə olan tabelləri isə, çox vaxt qardaşı Təqsirləndirilən şəxs onun əvəzindən imzalamışdır. İstifadəsində 10 ildən artıq müddətdir ki, ***-***-**-** saylı mobil nömrə olmuş və həmin vaxtdan bu nömrədən başqa nömrə işlətməmişdir. Əmək haqqını ona təqdim edilmiş plastik kart vasitəsilə “kapital bank” bankomatlarından almışdır. Lakin əmək haqqı kartı bəzən özündə olmuş, bəzən isə Bakı şəhərində təhsil alan qardaşı oğlu Ağaxələfin zəruri ehtiyaclarını qarşılamasından ötrü sonuncuya vermişdir. Ağsu rayon Çiyni kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsinə təyin olunduqdan sonra bacardığı qədər işə gəlməyə çalışmışdır. Ola bilər ki, bəzən Bakı şəhərində olduğu üçün işə gəlməmişdir. Lakin Ağsu rayonunda olduğu vaxtlarda işə gəlmişdir. İşdə olmadığı vaxtlarda isə onun əvəzinə işini qardaşı Təqsirləndirilən şəxs görmüşdür. Belə ki, məktəbin binasında heç vaxt istilik problemi olmamışdır. O, aldığı əmək haqqından yaxınlarından başqa heç kəsə, yəni məktəbin direktoruna və ya digər vəzifəli şəxsə pul və ya digər maddi nemət verməmişdir. İşə gələ bilmədiyi vaxtlarda qardaşı Təqsirləndirilən şəxs bundan xəbərdar olmuş və sonuncu onun əvəzinə işləri görmüşdür. Lakin qardaşı bu barədə heç kəsə heç nə deməmiş, təsərrüfat müdiri olduğu üçün, onun işə gəlmədiyi vaxtlarda da, direktora onun işə gəldiyini demişdir. Onun işə gəlməməsindən yalnız qardaşı Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Çiyni kənd tam orta məktəbində mövsümi işlədiyi üçün hər il onunla yeni əmək müqaviləsi bağlanmış, buna görə o, ərizə ilə məktəb direktoruna müraciət etmişdir. Lakin hər il işə götürülməyindən ötrü heç kəsə pul və ya sair maddi nemət verməmiş və ya hər hansı şəxs ondan pul və ya sair maddi nemət tələb etməmişdir. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2021-ci ildən Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2011-2021-ci illərdə Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Çiyni və Növcü kəndləri qonşu olduğundan, həm də icra nümayəndəsi işlədiyi üçün, Çiyni kənd sakinlərinin çoxunu tanımışdır. Şahid1 Ağsu rayonu Çiyni kəndində qeydiyyatda olsa da, təxminən 4-5 ildir ki, Bakı şəhərində yaşayır. O, Şahid1 yalnız yas mərasimləri ilə əlaqədar kəndə gələn zaman görmüşdür. Bildiyinə görə Sənayə Bakı şəhərində Sabunçu rayonu ərazisindəki kəndlərdə istixanalarda işləyir. Rayon prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 88 nömrəli arayış onun tərəfindən tərtib olunaraq imzalanmış, həmin arayışı tərtib edərkən bir daha dəqiqləşdirmək məqsədilə kənddə uzun müddət yaşayan şəxslərdən Şahid1 barədə soruşmuş və onlar da ona Sənayənin 5-6 ildir ki, Bakı şəhərində yaşadığını bildirmişlər. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş X23 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2009-cu ildən Ağsu rayonu Çiyni kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir. Vəzifələrinin icrası ilə əlaqədar 12 saatlıq növbələr əsasında məktəbin inzibati binasının giriş qapısında növbəyə çıxır. Gülər Soltanova onun işlədiyi məktəbdə ocaqçı vəzifəsində işləyir. Bildiyi qədərilə Şahid1 da məktəbdə mövsümi ocaqçı vəzifəsində işləyir. Lakin, o, Sənayəni məktəbdə çox nadir hallarda görmüş, onun qardaşı Seyranla birlikdə məktəbə gəldiyi vaxtlar olmuş, lakin bu çox az hallarda baş vermişdir. Belə ki, Sənayə çox vaxt Bakı şəhərində olmaqla, qış aylarında arabir Ağsu rayonuna gəlmişdir. Gülər Soltanova və Təqsirləndirilən şəxs hər ikisi gündəlik olaraq məktəbdə işə gəlsələr də, Şahid1 nadir hallarda məktəbə gəlmiş, lakin onun işləri görülmüş və onu da qardaşı Təqsirləndirilən şəxs görmüşdür. Buna baxmayaraq Seyran işlərini yaxşı səviyyədə gördüyü üçün, məktəbin inzibati binasının otaqlarında istilik həmişə normal səviyyədə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Ağsu rayon Çiyni kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyən Şahid5 X11 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2016-cı ilin yanvar ayından 2022-ci ilin may ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində Ağsu rayonu üzrə aparıcıməsləhətçi vəzifəsində işləmiş, 2022-ci ilin may ayının əvvəllərində 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ləğv olunaraq, Mərkəzin bütün səlahiyyətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dağlıq Şirvan regional təhsil idarəsinə keçmişdir. Həmin vaxtdan o da Dağlıq Şirvan regional təhsil idarəsinin Maliyyə sektorunun Ağsu rayonu üzrə aparıcı-məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Hər iki vəzifədə işləyərkən xidməti vəzifəsinə Ağsu rayonu üzrə ümumtəhsil müəssisələri işçilərinin əmək haqqı və əmək haqqına aid olmayan ödənişlərin, sosial ödənişlərin və kommunal xərclərinin hesablanaraq ödənilməsinin təmin edilməsi aid olmuşdur. Ağsu rayonu ərazisindəki ümumtəhsil məktəblərinin texniki işçilərinin əmək haqqı cədvəllərinin tərtib olunması onun səlahiyyətində olmuşdur. Belə ki, hər ayın sonunda məktəb rəhbərliyi tərəfindən bütün yeni əmrlər və texniki işçilərin işə davamiyyəti tabelindən çıxarış regional idarəyə təqdim olunmuş, həmin əmrlər və çıxarışlar əsasında tərəfindən əmək haqqı hesablama cədvəlləri tərtib edilmişdir. Texniki işçilərin işə davamiyyətinə dair tabeldən çıxarışlar məktəb direktoru və təsərrüfat müdiri tərəfindən imzalanıb məktəbin gerbli möhürü ilə möhürlənmişdir. Eyni qaydada Ağsu rayon Çiyni kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işləmiş Şahid1 da işlədiyi dövrlər üçün əmək haqqı məktəb tərəfindən təqdim edilmiş tabeldən çıxarışlar əsasında aylıq hesablanmışdır. Həmin çıxarışlar əsasında tərəfindən əmək haqqı cədvəlləri tərtib olunmuş və həmin cədvəllər məktəb direktoru, idarənin mühasibi ilə razılaşdırılaraq, regional idarənin rəisi tərəfindən təsdiq edildikdən sonra, ödəniş aparılması üçün maliyyə idarəsinə göndərilmişdir. Şahid1 Ağsu rayon Çiyni kənd tam orta məktəbində 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr və 2022-ci ilin yanvar-aprel aylarında işləmişdir. Həmin aylardan başqa Şahid1 2020-ci ilin may ayında son haqq-hesab ödənilmişdir. Həmin aylar üzrə tərəfindən tərtib edilmiş əmək haqqı hesablama cədvəlləri və cədvəllərin tərtib olunmasına əsas olmuş tabellərdən çıxarışlar istintaqa təqdim edilmişdir. Şahid1 Ağsu rayon Çiyni kənd tam orta məktəbində işlədiyi müddət ərzində tutulmalarla birlikdə 4890,28 manat əmək haqqı hesablanmış, 1075,86 Dövlət Sosial Müdafiə Fonduna əmək haqqına üstəlik, 24,45 manat işsizlik sığortası, 51,15 manat icbari tibbi sığorta haqları hesablanaraq, ümumilikdə 6041,74 manat dövlət büdcəsindən ödəniş aparılmışdır. Lakin Şahid1nın sırf əmək haqqı kart hesabına tutulma və vergilərdən başqa, 4434,10 manat köçürülmüşdür İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması haqqında 17 iyun 2022-ci il tarixli qərarından görünür ki, Ağsu rayonu, Çiyni kınd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyətinə dair jurnallarda, ocaqçı vəzifəsində işləyən Şahid1 və X7 əvəzinə məktəbin təsərrüfat müdiri Təqsirləndirilən şəxs tərəfindən imza çəkilməsi faktı üzrə CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Ağsu Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 966 nömrəli məktubundan görünür ki, şöbəyə daxil olmuş əməliyyat məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Ağsu rayonunun Çiyni kəndində qeydiyyatda olmaqla yaşayan X15 və xx.xx.1959-cu il təvəllüdlü Ağsu rayonunun Çiyni kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan (dəqiq ünvan məlum deyil) Sultanova X2 tam orta məktəbində ocaqçı vəzifəsində işləyirlər. Qeyd olunan şəxslər il ərzində 6 ay (noyabr-aprel ayları ərzində) işləməli olsalar da, ötən müddət ərzində iş yerlərinə gəlməmişlər və onlara iş saatı yazılmaqla əmək haqqı ayrılmışdır. - Götürmə aparılması haqqında 27 may 2022-ci il tarixli qərar və protokoldan görünür ki, 40C-22 saylı material üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyəti barədə müvafiq olaraq 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək və 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddətləri əhatə edən 2 ədəd tabel kitabları götürülmüşdür. - Baxış keçirilməsi haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Ağsu rayonu Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyəti barədə 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək olan dövrü əhatə edən jurnal tikilmiş və qaytanlanmışdır. Jurnalda 28 vərəq vardır. Jurnalda məktəbin texniki işçilərini aylar üzrə işə gəlib-getmələrinə dair cədvəllər əks olunmuş və işçilərin adları altında günlər üzrə gəldi və getdi qrafalarının altında imzalar çəkilmişdir. Jurnalda 2020-ci ilin aprel-avqust, 2021-ci ilin iyul ayları üzrə cədvəllər doldurulmamışdır. 2019-cu ilin avqust, 2020-ci ilin fevraldekabr ayları üzrə (dekabr ayının ilk 6 günü istisna olmaqla) cədvəllərdə Gülər Soltanovanın adı altında olan qrafalar boşdur. 2020-ciilin yanvar ayından başlayaraq aprel ayının sonunadək Şahid1 adı altında (qeyri-iş günləri və 16 mart tarixindən 30 aprelədək olan qrafalar istisna olmaqla) qrafalarda imzalar vardır. 16 noyabr 2020-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək olan qrafalarda (qeyri-iş günləri istisna olmaqla) Şahid1 adı altındakı qrafalarda imzalar vardır. Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyəti barədə 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan dövrü əhatə edən jurnal tikilmiş, qaytanlanmış və məktəb direktoru tərəfindən imzalanmaqla, gerbli möhürlə möhürlənmişdir. Jurnalda 60 vərəq vardır. 15 noyabr 2021-ci il tarixdən başlayaraq, 27 may 2022-ci il tarixədək (qeyri iş günləri istisna olmaqla) Gülər Soltanova adı altındakı qrafalarda imzalar vardır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 88 nömrəli arayışından görünür ki, Sultanova X1 qeydiyyatda olmasına baxmayaraq, 3 ildən artıq müddətdir ki, Çiyni kənd ərazi dairəsində yaşamır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin xx.xx.2006-cı il tarixli 76 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Çiyni kənd tam orta məktəbinin təsərrüfat müdiri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/848 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki,1.1 ekspertizaya təqdim olunmuş Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin tabeli jurnalında Sultanova Gülərə aid olan qrafalarda 2019-cu ilin sentyabr, oktyabr ayları üzrə; 2020-ci ilin yanvar, dekabr ayları üzrə; 2021-ci ilin yanvar, aprel, may, (yuxarı hissədən 3-7-ci sıralardan başqa) ayları üzrə cədvəllərdə olan imzalar – X16 tərəfindən icra olunmuşdur. 1.2. ekspertizaya təqdim olunmuş Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin 2019-cu ilin avqust ayından 2022-ci ilin may ayınadək müddəti əhatə edən tabel jurnallarındakı əlyazmalar;Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin tabel jurnallarında Sultanova Gülərə aid olan qrafalarda 2021-ci ilin fevral, mart ayları üzrə; may ayı üzrə yuxarı hissədən 3-7-ci sıralardakı; iyun, iyul, avqust ayları üzrə, sentyabr ayı üzrə (27, 28, 29-cu sıralarda “gəldi” qrafasındakı imzalardan başqa), oktyabr, oyabr, dekabr ayları üzrə cədvəllərdə; 2022-ci ilin yanvar, fevral ayları üzrə; mart ayı üzrə (28, 29-cu sıralarda “getdi” qrafasındakı imzalardan başqa), aprel, may ayları üzrə cədvəllərdə olan imzalar; Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin tabel jurnallarında Şahid1 aid olan qrafalarda 2019-cu ilin noyabr, dekabr ayları üzrə cədvəllərdə; 2020-ci ilin yanvar, fevral, mart, noyabr, dekabr ayları üzrə cədvəllərdə; 2021-ci ilin yanvar, fevral, mart, aprel, noyabr, dekabr ayları üzrə cədvəllərdə; 2022-ci ilin yanvar, fevral ayları üzrə, mart ayı üzrə (28, 29-cu sıralarda “gəldi” qrafasındakı imzalardan başqa), aprel ayı üzrə cədvəllərdəki imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 1.3. ekspertizaya təqdim olunmuş Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin noyabr 2021-ci il tarixdən may 2022-ci il tarixə qədər olan texniki işçilərin işə davamiyyət tabeli jurnallarının son vərəqində “Məktəbin direktoru” yazısından sonra N.Quliyevanın adından olan imza – X12 tərəfindən icra olunmuşdur. 2.1. ekspertizaya təqdim olunmuş Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin tabeli jurnallarında Sultanova Gülərə aid olan qrafalarda 2019-cu ilin noyabr, dekabr ayları üzrə cədvəllərdə; 2021-ci ilin sentyabr ayı üzrə cədvəldə 27, 28, 29-cu sıralarda “gəldi” qrafasındakı; 2022-ci ilin may ayı üzrə cədvəldə 28, 29-cu sıralarda “getdi” qrafasındakı imzalar- X16 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. ekspertizaya təqdim olunmuş, Ağsu rayonu Çiyni kənd tam orta məktəbində işləyən texniki işçilərin tabeli jurnallarında Şahid1 aid olan qrafalarda 2022-ci ilin mart ayı üzrə cədvəldə 28, 29-cu sıralarda “gəldi” qrafasındakı imzalar – Şahid1 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 14 noyabr 2019-cu il tarixli 59 nömrəli qış mövsümünün başlanması barədə əmrindən görünür ki, 1. Şahid1 – Qış mövsümünün başlanması ilə əlaqədar olaraq, ehtiyaca və ərizəsinə əsasən o, 15 noyabr 2019-cu il tarixdən – 15 aprel 2020-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi ocaqçı təyin edilmişdir, 2. X15 – Məktəbin 0,5 ştat vahidi ocaqçısı – Qış mövsümünün başlanması ilə əlaqədar, 15 noyabr 2019-cu il tarixdən – 15 aprel 2020-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi olaraq ocaqçı təyin edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 15 aprel 2020-ci il tarixli 06 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrindən görünür ki, Şahid1 – Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində əsasən müqavilə müddətinin bitməsilə əlaqədar olaraq, 15 aprel 2020-ci il tarixdən – Çiyni kənd tam orta məktəbinin ocaqçı vəzifəsindən azad edilmiş və ona qanunamüvafiq qaydada son haqq hesab ödənilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 12 noyabr 2020-ci il tarixli 30 nömrəli qış mövsümünün başlanması barədə əmrindən görünür ki, 1. Şahid1 – Qış mövsümünün başlanması ilə əlaqədar olaraq, ehtiyaca və ərizəsinə əsasən o, 15 noyabr 2020-ci il tarixdən- 15 aprel 2021-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi ocaqçı təyin edilmişdir, 2. X15 – Məktəbin 0,5 ştat vahidi ocaqçısı – Qış mövsümünün başlanması ilə əlaqədar, 15 noyabr 2020-ci il tarixdən – 15 aprel 2021-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi olaraq ocaqçı təyin edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 16 aprel 2021-ci il tarixli 15 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrindən görünür ki, Şahid1 – Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində əsasən müqavilə müddətinin bitməsilə əlaqədar olaraq, 15 aprel 2021-ci il – Çiyni kənd tam orta məktəbinin ocaqçı vəzifəsindən azad edilmiş və ona qanunamüvafiq qaydada son haqq hesab ödənilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 12 noyabr 2021-ci il tarixli 45 nömrəli qış mövsümünün başlanması barədə əmrindən görünür ki, 1. Şahid1 – Qış mövsümünün başlanması ilə əlaqədar olaraq, ehtiyaca və ərizəsinə əsasən 0, 15 noyabr 2021-ci il tarixdən – 15 aprel 2022-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi ocaqçı təyin edilmişdir, 2. X15 – Məktəbin 0,5 ştat vahidi ocaqçısı – Qış mövsümünün başlanması ilə əlaqədar, 15 noyabr 2021-ci il tarixdən – 15 aprel 2022-ci il tarixə kimi Ağsu rayonu Çiyni kənd tam orta məktəbin qazanxanasına 1 ştat vahidi olaraq ocaqçı təyin edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağsu rayon təhsil şöbəsi Çiyni kənd tam orta məktəbin 15 aprel 2022-ci il tarixli 11 nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrindən görünür ki, Şahid1 – Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-cü hissəsinin “b” bəndində əsasən müqavilə müddətinin bitməsilə əlaqədar olaraq, 15 aprel 2022-ci il – Çini kənd tam orta məktəbinin ocaqçı vəzifəsindən azad edilmiş və ona qanunamüvafiq qaydada son haqq hesab ödənilmişdir. - Ağsu Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, 22029606 nömrəli cinayət işi üzrə ***-***-**-** saylı mobil nömrədən 01 yanvar 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək olan müddət ərzində aparılmış danışıqlar, sms mətnləri və həmin nömrənin anten dairələri barədə məlumatların nömrənin aid olduğu "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” Ş.T.Quliyev adına “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X28 25 iyun 2022-ci il tarixli, 573 saylı məktubundan görünür ki, Ağsu rayonu, Çiyni kənd sakinləri 1964-cü il təvəllüdlü X12, 1959-cu il təvəllüdlü Şahid1 Ağaxəəf qızı, 1984-cü il təvəllüdlü X16, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmişlər və dispanser qeydiyyata götürülməmişlər. - 06 iyul 2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş bank hesabından çıxarışlar “Kapital Bank” tərəfindən tərtib edilmiş və “416974******6775” nömrəli karta məxsusdur. Çıxarışlarda xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan əməliyyatlar əks olunmuşdur. Çıxarışlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 yanvar 2019-cu il tarixdən 19 may 2022-ci il tarixədək olan müddətdə kart hesabına ümumilikdə 4721,10 manat mədaxil, 4721,00 manat məxaric olunmuşdur. Mədaxil olunmuş məbləğin 4434 manatını əmək haqqı ödənişləri, 287 manatını isə digər ödənişlər təşkil edir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dağlıq Şirvan Regional Təhsil idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 93 nömrəli məktubdan görünür ki, Şahid1 2019-cu ilin yanvar ayından V.Məmmədov adına Çiyni kənd tam orta məktəbində mövsümü ocaqçısı vəzifəsində işləyir və illər üzrə aşağıda göstərilən qaydada əmək haqqı almışdır: cəmi əmək haqqı – 4890,28 manat, DSMF (22%) – 1075,86 manat, işsizlik Siğortası – 24,45 manat, icbari tibbi sığorta – 51,15 manat olmaqla, ümumilikdə 6041,74 manat. - 07 iyul 2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Şahid6 tərəfindən istintaqa təqdim edilmiş sənədlər 180 vərəqdən ibarətdir. Həmin sənədlərdə Ağsu rayon Çiyni kənd tam orta məktəbinin 2019-cu ilin yanvar-aprel, noyabrdekabr, 2020-ci ilin yanvar-may, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel aylarına dair əmək haqqı cədvəlləri və həmin cədvəllərin tərtib olunması üçün əsas olmuş, məktəb tərəfindən təqdim edilmiş sənədlər vardır. Əmək haqqı cədvəlləri aylar üzrə tərtib olunmuş, hər bir cədvəl 3 saylı Ərazi maliyyə hesablaşma mərkəzinin rəisi tərəfindən təsdiq edilərək gerbli möhürlə möhürlənmiş və idarənin aparıcı məsləhətçisi, mühasib və məktəb direktoru tərəfindən imzalanmaqla, məktəbin gerbli möhürü ilə möhürlənmişdir. Hər ay üzrə tərtib edilmiş əmək haqqı cədvəllərindən sonra, Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyətinə dair tabellərdən çıxarışlar vardır. Həmin tabellər məktəb direktoru Nənəqız Quliyeva və təsərrüfat müdiri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, məktəbin gerbli möhürü ilə möhürlənmişdir. Tabellərdən çıxarışlara əsasən məktəbdə ocaqçı vəzifəsində işləmiş Şahid1 bütün iş günləri ərzində iş yerində olması göstərilmişdir. Elbrus Zeynallı bildirmişdir ki, Ağsu rayonu ərazisindəki ümumtəhsil məktəblərinin texniki işçilərinin əmək haqqı cədvəllərinin tərtib olunması onun səlahiyyətindədir. Belə ki, hər ayın sonunda məktəb rəhbərliyi tərəfindən bütün yeni əmrlər və texniki işçilərin işə davamiyyəti tabelindən çıxarış regional idarənin Ağsu rayonu üzrə mərkəzi mühasibatlığına təqdim olunur. Həmin əmrlər və çıxarışlar əsasında tərəfindən əmək haqqı hesablama cədvəlləri hesablanır. Texniki işçilərin işə davamiyyətinə dair tabeldən çıxarışlar məktəb direktoru və təsərrüfat müdiri tərəfindən imzalanır və məktəbin gerbli möhürü ilə möhürlənir. Eyni qaydada Ağsu rayon Çiyni kənd tam orta məktəbində mövsümi ocaqçı vəzifəsində işləmiş Şahid1 da işlədiyi dövlər üçün əmək haqqı məktəb tərəfindən təqdim edilmiş tabeldən çıxarışlar əsasında aylıq hesablanmışdır. Həmin çıxarışlar əsasında tərəfindən əmək haqqı cədvəlləri tərtib olunmuş və həmin cədvəllər məktəb direktoru, idarənin mühasibi ilə razılaşdırılaraq, regional idarənin rəisi tərəfindən təsdiq edildikdən sonra, ödəniş aparılması üçün maliyyə idarəsinə göndərilmişdir. Şahid1 Ağsu rayon Çiyni kənd tam orta məktəbində 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-aprel, noyabrdekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr və 2022-ci ilin yanvar-aprel aylarında işləmişdir. Həmin aylardan başqa, Şahid1 2020-ci ilin may ayında son haqq-hesab ödənilmişdir. Baxış başa çatdıqdan sonra, Ağsu rayon Çiyni kənd tam orta məktəbinin 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-may, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel aylarına dair əmək haqqı cədvəllərini və həmin cədvəllərin tərtib olunması üçün əsas olmuş, məktəb tərəfindən təqdim edilmiş sənədlər götürülmüşdür. - 07 iyul 2022-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyətinə dair 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-may, noyabr-dekabr, 2021-ci ilin yanvaraprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel ayları üzrə hər biri “01” vərəqdən ibarət ümumilikdə 22 ədəd tabeldən çıxarışlar Təqsirləndirilən şəxs təqdim edildi. Təqsirləndirilən şəxs tabellərin hər birini nəzərdən keçirərək, hər bir çıxarışın tərəfindən tərtib olunduğunu, onun tərəfindən icra edildiyini bildirdi. 2019-cu ilin yanvar-aprel ayları üzrə çıxarışlarda olan əlyazmalar da ona məxsusdur. O, tabellərdən çıxarışları hər ayın sonunda tərtib edərək imzalamış və daha sonra imzalayıb möhürləməsi üçün məktəbin direktoruna təqdim etmişdir. Çıxarışlar məktəb direktoru tərəfindən imzalanıb möhürləndikdən sonra, işçilərə əmək haqqı hesablanmasındann ötrü regional idarəyə təqdim edilmişdir. - 14 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən araşdırmaya təqdim edilmiş CD diskin ön tərəfi ağ rəngli olmaqla, üzərində qırmızı rəngli "xxxx" sözləri həkk olunmuşdur. Diskin üzərində həmçinin qara rəngli “9502/2022” yazılmışdır. Diskin içərisində “Zənglərin_Detallaşması__**********2254__5********.pdf”“SMS_Tarixçəsi__**********1131__ 5********.pdf” və “SMS_Tarixçəsi__**********1134__5********.pdf” adlı fayllar aşkar edilmişdir. “Zənglərin_Detallaşması__**********2254_**********.pdf”adlı faylda ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış telefon danışıqlarını və anten dairələrini əks etdirən cədvəllər vardır. ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında mütəmadi olaraq aparılmış telefon danışıqları zamanı həmin mobil nömrə əksərən Bakı şəhəri, bəzən Abşeron rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olmuşdur. Qalan vaxtlarda mobil nömrədən aparılmış danışıqlar zamanı nömrə Ağsu rayonu ərazisində yerləşən antenin əhatə dairələrində olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli, 9/4974 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Şahid1 Ağsu rayon Çiyni kənd tam orta məktəbində işlədiyi 2019-2022-ci illər ərazində dövlət büdcəsindən verilən əmək haqqı ümumilikdə 6041,74 manat məbləğində (4890,28 manat əmək haqqı, 75,86 manat DSM 22%, 24,45 manat işsizlik sığortası və 51,15 manat icbari tibbi sığorta) müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1964-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin Hüquqi təhlil və ekspertiza sektorunun müdiri işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi qismində tanınmışdır. - 30 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, 1. İstintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, toplanmış sübutlar kifayət etmiş hesab olunması, 2. Təqsirləndirilən şəxs CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, 3. Cinayət işi üzrə əməl CM-nin 308.1-ci maddəsindən, həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif edilməsi, 4. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində CM-nin 179 və 311-ci maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibi başlanmasının rədd edilməsi, 5. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid1 əməlində CM-nin 179, 308 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələrlə cinayət təqibi başlanmasının rədd edilməsi, 6. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X4 əməlində CM-nin 179, 308, 311, 313 və 314-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələrlə cinayət təqibi başlanmasının rədd edilməsi, 7. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Ağsu rayon Çiyni kənd tam orta məktəbində ocaqçı vəzifəsində işləyən X7 işə gəlmədən əmək haqqı alması xüsusatı üzrə cinayət hadisəsi olmadığından, həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilməsi, 8. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyətinə dair jurnallarda X7 əzəvinə, bəzi qrafalarda Təqsirləndirilən şəxs imza çəkməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd edilməsi, 9.İstintaq zamanı götürülmüş Ağsu rayon Çiyni kənd tam orta məktəbinin texniki işçilərinin işə davamiyyəti barədə müvafiq olaraq 2019-cu ilin avqust ayından 2021-ci ilin oktyabr ayınadək və 2021-ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddətləri əhatə edən 2 ədəd tabel kitabları, eləcə də Ağsu rayon Çiyni kənd tam orta məktəbinin 2019-cu ilin yanvar-aprel, noyabr-dekabr, 2020-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2021-ci ilin yanvar-aprel, noyabr-dekabr, 2022-ci ilin yanvar-aprel aylarına dair tabeldən çıxarışlar və həmin çıxarışların tərtib olunması üçün əsas olmuş, məktəb tərəfindən təqdim edilmiş sənədlər maddi sübut qismində tanınmaqla, iş materiallarından ayrılıqda saxlanılması, 10. İstintaq zamanı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, BKC/LGL-9502/22 nömrəli məktubla təqdim edilmiş CD diskin cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması, 11. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/848 nömrəli, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4974 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan, sübut növü kimi qiymətləndirilməsi, 12.İstintaq materiallarındakı bəzi sənədlərdə “Soltanova Sənayə”, “Sultanova Gülərə”, “Sultanov Seyran” kimi qeyd olunmuş adlar müvafiq olaraq, “Şahid1”, “X15” və “Təqsirləndirilən şəxs” kimi, “Zərərçəkmiş şəxs” kimi qeyd olunmuş adlar “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi” kimi oxunması, 13. Cinayət işi üzrə vurulmuş maddi ziyanın 6041,74 manat məbləğində olmasının nəzərə alınması qərara alınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş vvə ona CM-nin 308.1 və 313-cü maddələrində nzərdə tutulmuş ittiham elan edilmişdir. - Pul vəsaitinin depozit hesabda saxlanılması haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbayca Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürdüyü 2500.00 (iki min beş yüz) manat pul vəsaiti ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Çiyni kənd Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 141 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Ağsu rayon, Çiyni kəndində yaşamaqla aşağıdakı kimi ailə tərkibi vardır: X15 (xx.xx.1984) – arvadı, X8 (xx.xx.2003) – oğlu, X9 (xx.xx.2004) – qızı. - Ağsu rayonu Çiyni kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olmuşdur. 1978-ci ildə Ağsu rayonu Çiyni kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 10-cu sinifini yaxşı qiymətlərlə bitirmiş, 1988-1990-cı ildə hərbi xidmətdə olmuşdur. STəqsirləndirilən şəxs 1991-1993-cü ildə Şamaxı kənd təsərrüfatı texnikumunun təsərrüfat fəaliyyətinin mühasibat uçotu təhlili və nəzarət fakültəsinin “Mühasib” ixtisasında əyani təhsil almışdır. 2006-cı ildə Ağsu rayonunun Çiyni kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində çalışmağa başlamışdır. İşlədiyi müddətdə o öz işinin öhdəsindən layiqincə gəlmiş və məktəb rəhbərliyi tərəfindən işlədiyi müddət ərzində heç bir cəza almamışdır. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində məktəbin texniki işçiləri və müəllimləri arasında intizamlı, nəzakətli və təvazökarlı bir insan kimi hörmət qazanmışdır. O, məktəbdə keçirilən iclas və tədbirlərdə fəal iştirak etmiş və məktəb tədbirlərinin keçirilməsinə köməklik göstərmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 308.1 və 313-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş tərəflə barışmasını, ziyanı qismən ödəməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində anası, arvadı və iki tələbə övladının olmasını CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyası həddində üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəzasının saxlanılmasını həm qanuni, həm də ədalatli hesab etmişdir. Apellyasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticəsinin ağırlığının, habelə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, cinayətin bilavasitə obyekti dövlət orqanlarının normal fəalliyyəti olması barədə apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi, iş materialları ilə müəyyən edilmir. Əksinə, Təqsirləndirilən şəxs Ağsu rayon Çiyni kənd tam orta məktəbinin təsərrüfat müdiri vəzifəsindəm işləyir və onun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bundаn bаşqа məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs оğlunun cəza çəkmək üçün xüsusi müəssisəyə göndərilməsi, onun ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırar və bu da onun himayəsində olan anasının, o cümlədən ailə üzvlərindən 2 övladının tələbə olmaqla yalnız ailənin yeganə gəlir gətirən şəxsinin özünün olması onun ailəsinin şəraitinə pis təsir göstərər. Bundan əlavə apellyasiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs оğlunun təqdim etdiyi 28875 nömrəli, 14 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, o, vurulmuş ziyandan əlavə olaraq 1000 (min) manat da ödəniş etmiş, ümümi vurmuş olduğu ziyandan 3500 (üç min beş yüz) manat ödəniş etmişdir. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təyin edilmiş islah işləri növündə cəzasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(016)-54/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(016)-54/2022 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-149/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-149/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver