Məhkəmə qərarları › İş №1(107)-15/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-15/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-15/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu, Qarağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatda olan və ünvan 1 mənzil 11 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinəə sasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,918 qram heroin qalığının məhv edilməsi, Zərərçəkmiş şəxs məxsus iki ədəd velosipedin ona qaytarılmasının nəzərə alınması, iş üzrə 50 manat məbləğdə ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi və iş üzrə mülki iddianın olmamasınının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında yerləşən saxlanc yeri hesab olunan qarajın qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 150 manat dəyərində “Start” markalı və bir ədəd 75 manat dəyərində “Salute” markalı velosipedləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 225 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd ağ-qara rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,968 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində, şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində olan girişində saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən digər cinayət prosesi iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs hökmünün Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası məhkəmə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir. Zərərçəkmiş şəxs Mingəçevir şəhər polis şöbəsinə yazmış olduğu ərizə ilə tanış olmuşdur. Təxminən 2020-ci ilin mart ayının axırlarında gecə saatlarında Mingəçevir şəhəri A.Məmmədov küçəsi ilə hərəkət edərkən A.Məmmədov küçəsi 9 saylı bina ilə Nizami küçəsi 3 saylı binanın qarşısında yerləşən qarajı görmüşdür. O, ətrafa nəzər yetirib ətrafda heç kimin olmadığını və binanın qarşısının qaranlıq olduğunu görmüş və həmin qarajdan oğurluq etmək qərarına gəlmişdir. O bundan sonra yerdən dəmir parçası tapmış və qarajın qapısının qıfılını həmin dəmir parçası ilə sındırıb qaraja daxil olmuşdur. O, qarajı axtarıb oradan iki ədəd velosiped tapmış, həmin velosipedləri götürüb yaşadığı binanın blokunda yerləşən zirzəmidə gizlətmişdir. Lakin o, müştəri tapa bilmədiyi üçün sonradan həmin velosipedləri sata bilməmişdir. O, xx.xx.2020-ci il tarixdə həmin velosipedləri gətirib Mingəçevir şəhər polis şöbəsinə təhvil vermişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən bir ədəd siqaretin ağ-qara rəngli kağızına bükülmüş büküm tapmışdır. O həmin bükümü açıb baxmış və əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu görmüşdür. O, içərisində heroin olan ağ-qara rəngli bükümü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində Yevlax rayonundan Mingəçevir şəhərinə qayıdarkən tapdığı narkotik vasitə olan heroin əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində olmuşdur. Şəhərin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində olan girişində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X5 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən içərisində heroin olan bir ədəd ağ-qara rəngli kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin bükümdə olan kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və bükümün ümumi çəkisi 1,22 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2020ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən tapdığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, vəkilinin və iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o və vəkili də imza etmişlər. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir.. Əməlindən peşmandır. Ona cəza təyin olunarkən səmimi peşimançılığını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə o, müraciət etmişdir. Yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında ona məxsus qaraj vardır. O, özünə məxsus iki ədəd velosipedi həmin qarajda saxlayırmış. O, 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhərinə getmişdir. Həmin vaxtdan sonra o, 2020-ci ilin mart ayının 18 və 19-da Novruz bayramı münasibətilə Mingəçevir şəhərinə yaşadığı mənzilə qayıtmışdır. Həmin vaxt qarajın qapısının qıfılı üzərində olmuşdur. Bayramdan 2-3 gün sonra də o, qaraja baxmağa getmiş və qarajın qapısının qıfılının sındırıldığını, içəridən ona məxsus 2 ədəd velosipedin oğurlandığını aşkar etmişdir. Bir neçə gün özü soraqlaşıb tapa bilmədikdən sonra xx xxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşı onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində onu tanımadığı bir otağa dəvət etmişlər. Otağa daxil olduqda otaqda iki ədəd velosiped olduğunu görmüşdür. O həmin velosipedləri nəzərdən keçirtmiş və ona məxsus qarajdan oğurlanmış bir ədəd “Start” və bir ədəd “Salute” markalı velosipedləri tanımışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Buna görə də təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 Məhiyyəddin oğlu ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfindən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 18:30 radələrində Mingəçevir ŞPŞ-in PPXB-nün polis nəfəri Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində olan girişində olarkən görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Yusifov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müsaqif Hüseynov dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd siqaretin ağ-qara kağızına bükülmüş büküm çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bir ədəd siqaretin ağqara kağızına bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bir ədəd içərisində heroin olan bükümün ağ-qara rəngli kağız ilə birlikdə çəkisi 1,22 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd ağ-qara rəngli kağıza bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 13 saylı tam orta məktəbin qarşısından keçərkən yerdən taparaq üzərində saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid2 Şahid1 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təstiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və aralarında münasibətlər normal olmuşdur. 2020-ci ilin mart ayının sonları yəni Novruz bayramımdan sonra Ramilin velosiped sürdüyünü görmüşdür. Ondan velosipedi hardan aldığını soruşduqda təzə aldığını bildirmişdir. Ramili tez-tez görməsinə baxmayaraq onun velosipedi sürməsini görməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus qarajdan oğurladığı iki ədəd velodiped Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində ümumi çəkisi 1,22 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində ümumi çəkisi 1,22 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 17/211 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,968 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1840 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus qarajdan oğurlanmış bir ədəd üzərində “Salute Navigator” sözləri yazılmış velosipedin qiyməti 75 manat, bir ədəd üzərində “Start Coorier” sözləri yazılmış velosipedin qiyməti isə 150 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi öz hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinəə sasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci ildən xx xxxxx 2020-ci il tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi üzrə təqsirli bilərək ona (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə bağlı verilmiş ittihamdan görünür ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 saylı binanın qarşısında yerləşən saxlanc yeri hesab olunan qarajın qıfılını dəmir parçası ilə sındıraraq qanunsuz daxil olub oradan bir ədəd 150 manat dəyərində “Start” markalı və bir ədəd 75 manat dəyərində “Salute” markalı velosipedləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs 225 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin ittiham ilə bağlı zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmiş, zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışladığını bildirmiş, ona qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməsi işin faktiki hallarına uyğun olmuşdur. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi üzrə verilmiş ittiham ilə bağlı təqsirli bilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ”az ağır” cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram olduğu halda, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə artıq miqdarda, yəni təmiz çəkisi 0,968 qram heroini satış məqsədi olmadan qanunsuz olaraq saxlamışdır ki, bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir, həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Yusifov X2 Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarına əsasən cəzasının 8 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadə olunmasına görə məhkum olunaraq cəzalanmasına baxmayaraq islah olunmamış, məhkumluğu ödənildiyi gündən cəmi bir neçə gün sonra yeni cinayətlər törətməklə öz cinayətkar fəaliyyətini davam etdirmişdir. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları təhlil edərkən bu kimi halları qiymətləndirməmiş və ona cəza təyin edərkən onun cinayətkar fəaliyyətə meyilli olmasını, əvvəllər də ona təyin edilmiş cəzalardan nəticə çıxarmamasını və narkotik vasitənin miqdarını nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən bu hala, yəni şəxsin əvvəlki cinayət əməlinə görə məhkumluğunun ödənilməsindən qısa müddət sonra yenidən eyni növ cinayət əməlini törətmiş olmasına diqqət yetirməmiş, onun azadlıqdan məhrum edilmədən də islah oluna bilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məhkum olunması, həmin cəzadən heç bir islahedici nəticə çıxarmaması, əvvəlki cəza ilə islah olunmaması onun şəxsiyyətini mənfi xarakterizə edən hallardır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğunu bir daha göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsini sanksiyasında bir ildən üç dək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə sası nəzərdə tutulmuşdur. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi üzrə təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, o, məhkumluğu ödənildikdən qısa müddət sonra yenidən qəsdən cinayət törətmişdir ki, bununla da müəyyən olunur ki, ona təyin edilmiş əvvəlki cəzanın islah təsiri yetərli olmamış, cəzanın məqsədinə nail olunmamamışdır. Bu hal onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan qanunverici onun barəsində daha sərt cəza tətbiq olunmasını nəzərdə tutur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya qismən protesti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən hesablanmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq qəti cəza olaraq 1 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbs olunmalı, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq qəti cəza olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs olunsun. Hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar