Məhkəmə qərarları › İş №1(107)-15/2022

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-15/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-15/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) 25 avqust 2021-ci il tarixli 1(039)- 115/2021 nömrəli hökmü ilə xx xxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 02 may 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan təbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in 177.2.2-ci maddəsinin çıxarılması, CM-in 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan 05 ədəd qazanların zərərçəkmiş şəxs X6 verilməsinin nəzərə alınması, maddi sübut - Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,167 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, ekspertiza tədqiqatının dəyəri 169 (bir yüz altmış doqquz) manat 10 qəpiyin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülməsi, göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 102 manat dövlət büdcəsindən tutularaq Yevlax Şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilməsi hökm edilmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 234.1-ci maddələri ilə ittham verilmişdir ona görə ki, o, özgənin əmlakını gizli talama məqsədi ilə, 2020-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fəaliyyəti dayandırılmış saxlanc yeri hesab olunan çörək sexinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sexin həyətindən və sexin otağından 01 ədəd 110 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “TM-160/10-U1” markalı 160 kvt transformatoru, 01 ədəd 30 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “AQİDEL-M” markalı “AQİDEL-M VÜN-1” modelli su nasosunu, 360 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş “AVVQ 4 X70” markalı 3 jilalı 30 metr alüminium kabelini, 910 manat dəyərində 07 ədəd 4 kv markalı 400 amperli elektrik açarlarını və 01 ədəd 230 manat dəyərində “BK-G4T“ markalı qaz sayğacını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumil 1,640 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0.217 qram miqdarında narkotik vasitə heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi 21 mart 2021-ci il tarixdə saat 10:30 radələrində, Yevlax şəhəri H.Əliyev prospektində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, onun üzərində saat 11:10 dəqiqədən saat 11:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçi vəkilin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0.217 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədi ilə, 25 aprel 2021-ci il tarixdə saat təxminən 23 radələrində və 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23 radələrində vahid niyyətlə X6 məxsus yaşayış sahəsi hesab olunan Yevlax şəhəri Şahid1 küçəsi 85 nömrəli evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki otaqdan 01 ədəd 900 manat dəyərində elektrikli şirə soyudan aparatı, 01 ədəd 500 manat dəyərində qaynaq aparatını, 01 ədəd 670 manat dəyərində elektrikli çörək bişirən sobanı, 01 ədəd "BK” markalı kondisionerin daxilində olan 50 manat dəyərində mis materialları, hər birinin ayrı-ayrılıqda qiyməti 60 manat olan 04 ədəd alüminium materialdan olan 50 litr su tutumuna malik bidonları, hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan 05 ədəd çuqun materialdan olan qazanları, hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan 04 ədəd 10 litr su tutumuna malik şüşə balonları, hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat olan 02 ədəd 5 litr su tutumuna malik şüşə balonları, içərisində 1,000 manat dəyərində 50 litr bal olan 01 ədəd 60 manat dəyərində alüminium materialdan olan bidonu, içərisində 250 manat dəyərində 50 litr yağ olan 01 ədəd 60 manat dəyərində alüminium materialdan olan bidonu qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs İlahə Məmmədovaya ümumilikdə 3,832 (üç min səkkiz yüz otuz iki) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla təkrar oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti, verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, eləcə də cinaətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində verilən ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, çörək sexindən oğurluq etməmişdir. Narkotik maddədən istifadə etdiyini və Yevlax şəhəri Aydın Məmmədov küçəsində yerləşən evdən oğurluq etdiyini etiraf edir, peşmançılığını da çəkir. Lakin ittiham aktında oğurladıqları ilə yanaşı oğurlamadıqları da qeyd edilmişdir. Oğurladıqlarının bir qismini ödəmiş, qonşu olduqlarından zərərçəkmiş şəxs onu bağışlamışdır. Bundan sonra təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, tutulan günə kimi narkotik maddədən istifadə etmiş, lakin hal-hazırda narkotik maddədən istifadə etmir. Oğurluğu narkotik maddənin təsiri altında törətmişdir. Çörək sexi yaşadığı yerə yaxın yerləşir. Çörək sexi ilə yaşadığı evin arasında olan məsafəni dəqiq deyə bilmir. Hadisə yerinə baxış keçirilən zaman müdafiəçinin iştirak edib- etməyəcəyini ona deməyiblər. Çörək sexində oğurluqla bağlı müstəntiq əvvəlcədən nə və haradan oğurlandığını demişdir. Çörək sexindən kimin oğurluq etdiyini deyə bilmir. İfadənin yerində yoxlanması zaman müdafiəçi iştrak etməmiş, göstəriş verənin dəqiq kim olduğunu bilmir. Çörək sexindəki oğurluğu boynuna almasını, bu oğurluğa görə həbs edilməyəcəyini ona polis şöbəsində demişlər. Sonra qarşısına külli miqdarda narkotik maddə qoymuşar ki, ya oğurluğu, ya da narkotik maddələri boynuna al. O da oğurluğa görə həbs edilməyəcəyini güman edərək çörək sexindəki oğurluğu boynuna almışdır. Oğurluq hadisəsini boynuna alandan sonra onu sərbəst buraxıb bir neçə gün sonra onu narkotik maddə ilə tutmuşlar. İstintaq zamanı vəkili Fərhad Məmmədov olmuş, narkotik maddənin təsiri altında olduğundan hər şeyi boynuna almışdır. Səhv etmiş, himayəsində xəstə anası var. Barəsində ədalətli qərar qəbul edlməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında ifadə verərək bildirdi ki, 2020-ci ilin dekabr ayında ona obyektinin həyətində olan transformatorun və digər əşyaların oğurlanması barədə məlumat verilmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin zaman “COVİD 19” xəstəsi olduğuna görə ərizə və izahat vermək üçün Yevlax RPŞ-nə gələ bilməmişdir. Tam sağalandan sonra, obyektə gedib transformatorun, sayğacın, naqilli elektrik kabelinin, su motorunun oğurlandığını, qaz sayğacının sındırıldığını aşkar etmişdir. 01 yanvar 2021-ci il tarixdə polis şöbəsinə getmiş və ərizəsində hamısını qeyd etmişdir. Polis əməkdaşları oğurlanmış əşyaların qiymətləndirilməsinin aparılacağını bildirmişlər. Lakin aparılmış qiymətləndirmə ilə razı deyil. Belə ki, tək sayğacın qiyməti 1800 manat təşkil edir. Onun etiraz etməsinə baxmayaraq, iş məhkəməyə verilmişdir. Həmin əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamıdır. Belə ki, polis əməkdaşları və Təqsirləndirilən şəxsla birlikdə oraya baxış keçirilən zaman Saleh həmin əşyaların yerlərini düzgün göstərməmiş, onun özünü orada aparmasından, heç bir suala düzgün cavab verə bilməməsindən belə nəticəyə gəlmişdir ki, Saleh orada ümumiyyətlə olmamışdır. İstintaqın nəticəsi ilə razı deyil. Bundan sonra zərərçəkmiş şəxs ona ünvanlanan sualları cavablandıraraq bildirdi ki, oğurluq baş verən obyekti 7-8 ildir ki, fəaliyyət göstərmir. Həmin obyektə nadir hallarda getmişdir. Özü getməsə də, oğlu yəqin ki, iyun ayından sonra obyektə getmişdir. Hesab edir ki, oğurluq hadisəsi iyun ayında yox, dekabr ayında baş vermişdir. Ona görə ki, oğurluğu dekabr ayında aşkar etmişlər. Ümumiyyətlə, oğurluğun hansı ayda, nə vaxt baş verdiyini dəqiq deyə bilmir. Onun fikrincə, Təqsirləndirilən şəxs çörək sexindən oğurluq etməmişdir. Ona görə də ədalətli qərarın qəbul edilərək obyektindən oğurluq etmiş cinayətkarın tapılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X2 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, eləcə də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X9 apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü qismən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, heç yerdə işləmir, metal tullantıları toplayıb metal qəbulu məntəqəsinə verərək özünü maddi cəhətdən təmin edir. 21 mart 2021-ci il tarixdə səhər saatlarında piyada Yevlax şəhəri H.Əliyev prospekti ilə Bazar istiqamətində gedən zaman prospektdə yerdə bir ədəd “LD” markalı siqaret qutusunun olduğunu görmüşdür. Belə güman etmişdir ki, siqaret qutusunda siqaret ola bilər və bu səbəbdən siqareti yerdən götürmüşdür. İçinə baxdıqda içində gümüşü rəngli bir ədəd kağız bükülünün olduğunu görmüşdür. Bükülünü açdıqda isə içində narkotik vasitə heroinin olduğunu görmüşdür. Həmin narkotik vasitəni sonradan istifadə etmək məqsədi ilə bükülünü siqaret qutusunun içində əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bir az məsafə qət etdikdən sonra, H.Əliyev prospektində yerləşən məscidin yanında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onu polis şöbəsinə dəvət etmişlər. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparmaqla üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmiş və üzərində olan digər əşyalarla birlikdə yoldan tapdığı, içində heroin olan siqaret qutusunu da təqdim etmişdir. Polis əməkdaşları siqaret qutusunun içindəki bükülüdə nə olduğunu soruşduqda, etiraf etmişdir ki, narkotik vasitədir, öz istifadəsi üçün üzərində saxlamışdır. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Narkotik vasitələrdən mütəmadi istifadə etdiyi üçün çox vaxt metal tullantıların satışından əldə etdiyi pul onun tələbatını ödəmir. 25 aprel 2021-ci il tarixdə Yevlax şəhəri Aydın Məmmədov küçəsində yerləşən, əvvəllər də tanıdığı İlahə Məmmədovaya məxsus 85 nömrəli evdə yaşayış olmadığı üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 25 aprel 2021-ci il tarixdə saat təxminən 23:00-da İlahə Məmmədovaya məxsus evin həyətinin hasarının üstündən aşaraq evin həyətinə daxil olmuşdur. Evin ikinci mərtəbəsinin qapısı bağlı olduğu üçün oraya daxil ola bilməmişdir. Evin birinci mərtəbəsində yerləşən otaqların qapısında qıfıl olmadığı üçün birinin qapısını açaraq içəri daxil olmuş və içəridə köhnə mətbəx, məişət və s. bu kimi çoxlu sayda köhnə əşyaların olduğunu görmüşdür. Bu otaqdan köhnə kondisionerin hissələrini, yəni tərkibində misdən olan əşyaları, 1 ədəd qaynaq aparatını, 4 ədəd 50 litrlik alüminium su bidonlarını, 1 ədəd şirə soyutmaq üçün elektrik aparatı və 1 ədəd çörək bişirmək üçün elektriklə işləyən sobanı götürmüş, həmin əşyaları otaqdan götürdükcə qapının çölünə qoymuş, daha sonra isə həmin əşyaları küçədə yerləşən oğurluq etdiyi evin yaxınlığındakı yarımçıq tikiliyə yığmışdır. Bundan sonra 27 aprel 2021-ci il tarixdə, saat təxminən 23:00-da yenidən həmin evə daxil olmuş və evin birinci mərtəbəsində yerləşən digər otağa girmiş, həmin otaqdan 5 ədəd böyük çuqun qazanı, 4 ədəd 10 litrlik şüşə su balonu və 2 ədəd 5 litrlik şüşə su balonunu götürərək evin iki taylı qapısından (darvazadan) çıxarmışdır. Həmin əşyaları əvvəl qoymuş olduğu əşyaların yanına, yəni həmin küçədə yerləşən yarımçıq tikiliyə yığmışdır. Növbəti gün saat təxminən 09:00-da tanıdığı taksi sürücüsü Şahid1 görüb onun idarə etdiyi avtomobili saxlamış və ona özünə məxsus olan əşyalar olduğunu, bu əşyaları metal qəbulu sexinə vermək lazım olduğunu bildirmişdir. Aqillə razılaşdıqdan sonra avtomobillə Şahid1 küçəsinə getmişlər. Orada, oğurladığı əşyaları yığdığı yarımçıq tikilidən metal qəbulu sexinin götürə biləcəyi əşyaları avtomobilin yük yerinə yığmış və Aqildən xahiş etmişdir ki, avtomobili Yevlax-Bərdə yolunun üzərində yerləşən İlham Qurbanovun metal qəbulu sexinə sürsün. Yolla gedən zaman Aqilə bildirmişdir ki, metal qəbulu sexinin müdirinin oğlu Səddamla dalaşdığı üçün sonuncu ondan metal götürməyəcək və Aqildən xahiş etmişdir ki, həmin əşyaları Səddama o, özü satsın. Aqil onun xahişini nəzərə alaraq həmin əşyaları sexə sataraq qayıtmış və yolun kənarında avtomobilə əyləşib Yevlax şəhərinə qayıtmışlar. Aqil həmin əşyaları 60 manata satdığını deyərək pulu ona vermişdir, həmin puldan Aqilə yol haqqı olaraq 5 manat pul vermişdir. Bundan sonra 29 aprel 2021-ci il tarixdə taksi olan “VAZ 2106” markalı avtomobillə Yevlax şəhəri Şahid1 küçəsinə getmiş və küçədəki yarımçıq tikilidə olan əşyalardan bir ədəd şirə soyudan aparatı, bir ədəd qaynaq aparatını, 4 ədəd 50 litrlik alüminium su bidonlarını, 6 ədəd şüşə balonları və bir ədəd çörək bişirən elektrik sobanı həmin avtomobilin yük yerinə yığaraq Bərdə şəhəri ərazisindəki “Köhnə bazar” adlanan ərazidə istifadə olunmuş əşyaların satıldığı yerə aparmış, həmin əşyaların hamısını birlikdə tanımadığı şəxsə cəmi 90 manata satmışdır. İlahə Məmmədovaya məxsus evdən dörd ədəd 50 litr su tutumuna malik olan alüminium bidonlar oğurlamış, lakin həmin bidonların içində bal və ya yağ olmamışdır, bidonlar boş olmuşdur. Ona qarşı ittiham sürülsə də, Zərərçəkmiş şəxs tanımır, ona məxsus Yevlax şəhəri Vaqif küçəsində yerləşən fəaliyyətini dayandırmış çörək sexinin harada olmasından belə məlumatsız olmuşdur. Belə ki, istintaq zamanı narkotik vasitələrin təsiri altında olduğundan bunun nəticəsini anlamadan həmin sexdən oğurluq etdiyini etiraf etmişdir. Həmin sexə hadisə yerinə baxış üçün aparılan zaman belə, narkotik vasitəyə ehtiyacı olduğundan bədən ağrıları olmuş, bu səbəbdən oğurluq etdiyi barədə yalan ifadə vermişdir. Həmin ifadə həqiqəti əks etdirmir. Orada əvvəllər ümumiyyətlə olmamış, oradan heç bir əşya götürməmişdir. Əməlindən peşman olduğunu, himayəsində yaşlı valideynlərinin olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirmişdir ki, Yevlax şəhəri Şahid1 küçəsi 85 ünvanında yerləşən ev ona məxsus olsa da, ailəsi ilə birgə başqa ünvanda yaşayır. Buna baxmayaraq həmin ünvanda özünə məxsus əşyaları saxlayır və bir gündən bir həmin evə gəlib baş çəkir. 28 aprel 2021-ci il tarixdə həmin evə getdikdə evin birinci mərtəbəsində olan iki otağın qapısının açıq olduğun görmüşdür. Otaqlardan birinə baxdıqda 1 ədəd 320 voltluq işlək vəziyyətdə olan, qiyməti təxminən 500 manat olan qaynaq aparatının, 4 ədəd alimunumdan olan, hər birinin qiyməti 100 manat olan 50 litrlik su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı olan bidonların, 1 ədəd 2018-ci ildə alınmış, qiyməti 900 manat olan istifadə edilmiş, istifadəyə yararlı olan elektrikli şirə soyudan aparatın, 1 ədəd 2019-cu ildə alınmış, qiyməti 670 manat olan işlədilməmiş və istifadəyə yararlı elektrikli çörək bişirən sobanın, digər otaqdan isə qiyməti ümumi 300 manat olan 5 ədəd müxtəlif ölçülərdə olan çuqun materialdan olan istifadə edilmiş, lakin istifadəyə yararlı qazanların, qiyməti ümumi 100 manat olan 4 ədəd 10 litr su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı şüşə balonların, ümumi qiyməti 30 manat olan 2 ədəd 5 litr su tutumuna malik istifadə edilmiş, istifadəyə yararlı şüşə balonların oğurlanmış olduğunu və daha sonra 01 ədəd alüminiumdan olan 50 litrlik içində bal olan, ümumi dəyəri 1000 manat olan bidon və 01 ədəd alüminiumdan olan 50 litrlik içində yağ olan, ümumi dəyəri 250 manat olan bidonun oğurlanmış olduğunu aşkar etmişdir. Həmin otaqda olan “BK” markalı kondisionerin içindəki mis materialdan olan avadanlıqların da sökülərək aparıldığını bilmiş, bununla da ona təxmini 50 manat ziyan dəymişdir. Bununla əlaqədar polis orqanlarına müraciət etmiş və sonradan müəyyən edilmişdir ki, həmin oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir qonşu kimi tanımış, həmişə ona maddi yardım göstərmişdir. Buna baxmayaraq Saleh onun evdə olmadığından istifadə edib oradan oğurluq etmişdir. Oraya başqa adamın girməsini düşünmür, belə ki, sonuncu dəfə oğurluğu aşkar etdiyi gündən 3 gün öncə həmin evdə olanda həmin əşyaları yerində olmuşdur. Oğurlanan əşyalardan yalnız 5 ədəd çuqun qazan ona qaytarılmışdır. Digər ziyan ona ödənilməmişdir. Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş cəzanın verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilmiş Şahid1 istintaq zamanı ifadəsində bildirmişdir ki, ara-sıra atasına məxsus avtomobillə sərnişin daşıyıb pul qazanmaqla məşğuldur. Təqsirləndirilən şəxs Yevlax şəhər sakini kimi tanımışdır. 28 aprel 2021-ci il tarixdə avtomobillə gedərkən Saleh onu saxlamış və bildirmişdir ki, Şahid1 küçəsində özünə məxsus əşyalar var, həmin əşyaları metal qəbulu sexinə aparmaq lazımdır. Razılaşdıqları 5 manat pul müqabilində Salehi oraya aparmış, Saleh oradan 5 ədəd müxtəlif ölçüdə qazanları avtomobilin yük yerinə qoymuş və avtomobilə əyləşərək İlhama məxsus metal qəbulu sexinə sürməyi xahiş etmişdir. Sexə çatmağa az qalmış Saleh bildirmişdir ki, İlhamın oğlu Səddamla dalaşdığı üçün ondan heçnə almır, həmin qazanları da qəbul etməyəcək və xahiş etmişdir ki, metalı özü Səddama satsın. Bunu deyəndən sonra avtomobili saxlamış, Saleh avtomobildən enmiş, özü isə metal qəbulu sexinə getmişdir. Qazanları Səddama vermiş və çəkisi 30 kiloqram olan qazanların müqabilində Səddam ona 60 manat pul vermişdir. Qayıdaraq Salehi götürmüş və pulu Salehə vermişdir. Saleh avtomobildən enərkən ona 5 manat pul vermişdir. Qazanlar köhnə olduğuna görə oğurluq olacağını düşünməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdi ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrini üzərində saxlaması barədə 21 mart 2021-ci il tarixdə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Onun müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupa PPXB-nin polis nəfəri Şahid3 və təhqiqatçı X10 daxil edilmişdir. Həmin günü saat təxminən 10:00-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri H.Əliyev prospektində saxlamış və Polis Şöbəsinə dəvət etmişlər. Saleh buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman Saleh əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “LD” siqaret qutusu çıxararaq təqdim etmişdir. Siqaret qutusunun içində isə gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Saleh bildirmişdir ki, bükülünün içində aşkar edilmiş maddə narkotik vasitə olan heroindir, qutunu həmin gün Yevlax şəhəri H.Əliyev prospektində yerdən tapmışdır. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexi ona məxsusdur. Həmin sex fəaliyyət göstərmədiyindən yalnız ara-sıra oraya gedib nəzarət etmişdir. 18 dekabr 2020-ci il tarixdə tanışı Həsən həmin sexə gedərək baxdıqdan sonra ona obyektdin həyətində olan transformatorun bəzi hissələrinin, həyətdə olan su motorunun, transformatordan sexin içərisinə gələn təxminən 30 metr uzunluqda olan naqilli elektrik kabelinin, sexin içərisindən isə elektrik lövhəsinin içərisində olan elektrik açarlarının oğurlanması, həyətdə olan qaz xəttinin üzərində olan qaz sayğacının qırılaraq yarasız hala salınması barədə məlumat vermişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin zaman “Covid” xəstəsi olduğuna görə ərizə və izahat vermək üçün Yevlax RPŞ-nə gələ bilməmişdir. Tam sağalandan sonra, yəni 01 yanvar 2021-ci il tarixdə polis şöbəsinə getmiş, polis əməkdaşları ilə birlikdə obyektə gedərək sexə baxış keçirmişlər. Baxış zamanı binanın həyətində olan su çəninin altında quraşdırılmış 150 nanat dəyərində bir ədəd su motorunun, 480 manat dəyərində 30 metr uzunluqda 3 naqili elektrik kabelinin oğurlandığını, sonra binanın pəncərəsinə vurulmuş metal barmaqlığın çıxarılaraq yerə atıldığını, binanın içərisində olan 140 manat dəyərində 7 ədəd elektirik açarlarının, təxminən 2000 manat dəyərində transformatorun hissələrinin oğurlandığını, bundan başqa qaz sayğacının sındırılması nəticəsində 100 manat ziyan vurulduğunu görmüşdür. Həmin əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamıdır. Belə ki, polis əməkdaşları ilə və Təqsirləndirilən şəxsla birlikdə oraya baxış keçirilən zaman Saleh həmin əşyaların yerlərini düzgün göstərməmişdir. Salehin özünü orada aparmasından belə nəticəyə gəlmişdir ki, Saleh orada ümumiyyətlə olmamışdır. Bu hissədə Təqsirləndirilən şəxs günahkar olmadığını bildirərək oğurluq etmiş şəxsin müəyyən edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Yevlax - Bərdə avtomobil yolunun kənarında “metal qəbulu” məntəqəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər Yevlax şəhər sakini kimi tanımışdır. Belə ki, Saleh bir neçə dəfə onun yanına gələrək metal tullantılar gətirmişdir. Hər dəfə onun gətirdiyi metal tullantıları çəkib pulunu ona vermişdir. Lakin, sonradan eşitmişdir ki, Saleh oğurluqla məşğuldur və belə qərara almışdır ki, Salehin gətirdiyi metal tullantıları qəbul etməsin. Bu barədə Salehin özünə də bildirmişdir. Sonuncu dəfə Saleh onun yanına təxminən 2020-ci ilin iyun ayında gəlmiş və metal tullantılar gətirmişdir. Həmin zaman gətirdiyi metal əşyalar qaynaq aparatının qırıqlarına bənzəyirdi, yararsız halda idi. Qeyd etdiyi səbəbə görə həmin metal tullantıları ondan qəbul etməkdən imtina etmişdir. 28 aprel 2021-ci il tarixdə, günorta saatlarında taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi VAZ-21010 markalı avtomobillə işlədiyi məntəqəyə gəlib avtomobilin arxa yük yerindən 05 ədəd müxtəlif ölçülərdə olan qazanları çıxarıb ona təqdim edərək satmaq istədiyini bildirmişdir. Aqili tanıdığı üçün həmin qazanların kimə məxsus olduğunu soruşmamış, qazanlara baxmış, çuqun materialdan olduğunu görmüş, həmin qazanları tərəzidə çəkmişdir. 30 kq çəkidə olan qazanlara grə Aqilə 60 manat pul vermişdir. Həmin qazanları polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 aprel 2021-ci il tarixli 9/1630 saylı rəyində qeyd olunur ki, 1 ədəd İşlək vəziyyətdə olan TM-160/10-U1” markalı, 160 kvt, Rusiya istehsallı, 1995-ci ildə alınmış transformator ümumi dəyəri 110 manat, 1 ədəd İşlək vəziyyətdə olan “Aqidel-M” markalı, “Aqidel-M VÜN-1” modelli 1995-ci ildə alınmış, Rusiya istehsallı su nasosu ümumi dəyəri 30 manat, 30 metr 3 jilalı elektrik kabeli Rusiya istehsallı, “AWQ 4X70” markalı alüminium kabel 30 ümumi dəyəri 360 manat, 1 ədəd İşlək vəziyyətdə olan Rusiya istehsallı, 1995-ci ildə alınmış 4 kv markalı 400 amperli elektrik açarı ümumi dəyəri 910 manat, 1 ədəd BK-G4T markalı qaz sayğacı ümumi dəyəri 230 manat, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırkı orta bazar qiymət təxminən 1,640.00 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021-ci il tarixli 9/4042 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin aprel-may aylarına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 4 ədəd istifadə edilmiş, istifadəyə yararlı, alüminiumdan olan, 50 litrlik su tutumuna malik bidon -240,00 (4əd. x 60man.), 5 ədəd təqdim olunmuş fotoşəkillərə əsasən çuqun materialdan olan, qazanların (biri qapaqlı) xarici görünüşünə görə uzun müddət istismarda olduğu və onların səthi üzərində qaralma, zədələr olduğu müşahidə olundu 50,00 (5 əd. x 10 man.) manat; 4 ədəd istifadə edilmiş, istifadəyə yararlı 10 litr su tutumuna malik şüşə balonlar -40.00 (4əd. x 10 man.) manat; 2 ədəd istifadə edilmiş, istifadəyə yararlı 5 litr su tutumuna malik şüşə balonlar -12,00 (2əd. x 6 man.) manat; 1 ədəd alüminiumdan olan 50 litrlik, içərisində bal (balın mənşəyi, tərkibi, keyfiyyəti məlum olmadığından qiymətləndirmə aparılmadı) olan bidon - 60,00 manat; 1 ədəd alüminiumdan olan 50 litrlik, içərisində yağ (yağın mənşəyi, tərkibi, keyfiyyəti məlum olmadığından qiymətləndirmə aparılmadı) olan bidon - 60,00 manat, digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı.(səhv 72-74). Məhkəmə Ekspertizası Mərkəzinin X11 22 mart 2021-ci il tarixli 17/214 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “21.03.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ kağız bükümdə, təmiz çəkisi-0,217 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh.94) Məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.76) Qeyd edildiyi kimi apellyasiya protestində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in 177.2.2-ci maddəsinin çıxarılması mübahisələndirilir. Apellyasiya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsini yoxlayan kollegiya Təqsirləndirilən şəxs CM-in 234.1 və 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və bu fikirdədir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla yanaşı, kollegiya birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə qarşı CM-in 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə gəldiyi yekun qənaətlə razılaşmır. Məhkəmə kollegiyаsı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərməmiş, Təqsirləndirilən şəxs bаrəsində olаn cinаyət işinin birinci instansiya məhkəməsi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, düzgün hüquqi qiymət verilməyən sübutlar əsasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi çıxarılmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, qeyd olunanlara, o cümlədən aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə verilmiş ittihamla bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in 177.2.2-ci maddəsinin çıxarılmasını belə əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin ünvandan oğurluq etmədiyini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən ona məxsus əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamış, polis əməkdaşları ilə və Təqsirləndirilən şəxsla birlikdə oraya baxış keçirilən zaman Saleh həmin əşyaların yerlərini düzgün göstərməmişdir. Salehin özünü orada aparmasından belə nəticəyə gəlmişdir ki, Saleh orada ümumiyyətlə olmamışdır. Bundan başqa, Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayında onun işlədiyi metal qəbulu məntəqəsinə gətirdiyi metal tullantılarının məhz ünvan 4 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən oğurlanmış əşyalarla eynilik təşkil etməsini də müəyyən etmək mümkün olmamışdır. Bununla da Təqsirləndirilən şəxs tərəfindən ünvan 4 ünvanında yerləşən, fəaliyyətini dayandırmış çörək bişirmə sexindən oğurluq etməsi sübuta yetmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticələrlə razılaşmır və qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamın irəli sürülməsi üçün işdə kifayət qədər sübutlar vardır və həmin sübutların mötəbərliyi qətiyyən şübhə doğurmur. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən onun obyektindən oğurluq etməməsi faktını şübhə altına alması anlaşılan deyil. İşin gerçək hallarından aydın olur ki, zərərçəkmiş şəxs bütün hallarda onun obyektindən oğurluq edilməsini şəxsən görməmiş, eyni zamanda oğurluq edən şəxsi də görməmişdir. Belə olan halda onun obyektindən Təqsirləndirilən şəxs və yaxud digərinin oğurluq etməsindən onun heç bir məlumatı olmamışdır. Onun əmlaklarını oğurlayan şəxs barəsində zərərçəkmiş şəxsin hər hansı fərziyyəsi yoxdur. Deməli, Təqsirləndirilən şəxs onun obyektindən oğurluq etməsinə şübhəli yanaşması zərərçəkmiş şəxsin özünün fərziyyələrindən başqa heç bir əsaslara söykənmir. Məhkəmə kollegiyası xatırladır ki, məhkəməyə qədər istintaq zamanı Təqsirləndirilən şəxs özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus çörək sexindən etdiyi oğurluq ilə əlaqədar bildirir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir şəxsi ədavəti və düşmənçilik münasibəti olmamışdır. Onun 19.12.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə və Yevlax RPŞ-yə yazmış olduğu şikayəti ərizəsi ilə tanış olmuşdur. Yevlax şəhəri Vaqif küçəsində yerləşən fəaliyyətini dayandırmış çörək sexinin Zərərçəkmiş şəxs məxsus olmasını həmin sexdən oğurluq cinayətini edəndən sonra bilmişdir. 2020-ci ilin iyun ayının ortaları olardı cibində pulu olmamış, təkcə Yevlax şəhəri Vaqif küçəsi ilə gedərkən fəliyyətini dayandırmış çörək sexinin yanından keçib gedərkən qapısının bağlı olduğunu görmüş və həmin sexin həyətinə keçib oğurluq etmək qərarına gəlmişdir. Binanın orada olan bağça tərəfdən həyətə keçmişdir. Karantin olduğuna görə baxça işləmirdi. Baxçanın həyətindən sexin hasarından həyətinə keçmişdir. Həyətdəki su çəninin altında olan su motorunu açıb götürmüş, sonra orada olan transformatorun hissələrini sökmüş, sonra dəmir boruları götürmüş, sonra sexin pəncərəsinə çöldən vurulmuş metal barmaqlığı yerindən çıxarıb sexin içərisinə daxil olmuşdur. Sexin içərisində ayrı-ayrı yerlərdə divara vurulmuş metal qutuların içərisində olan elektrik açarlarını, yəni «Rubilnik»ləri yerindən çıxarmışdır. Əvvəlcədən naqilləri yoxlamış, cərəyan olmamışdır. Ona görə həmin əşyaları rahat sökmüşdür. Həmin əşyaları da binadan həyətə çıxararaq binanın həyətindən baxçanın həyətinə tullamışdır, sonra isə həmin əşyaları sexin arxa hissəsinə yolun kənarına daşımışdır. Həmin vaxt hava isti olduğundan orada heç kim olmamış və onun həmin əşyaları oğurlamağını görən olmamışdır. Küçənin baş tərəfinə getmişdir ki, oradan taksi saxlasın, taksi ilə əşyaları aparıb metal qəbul məntəqəsinə versin. Həmin vaxt orada tanımadığı bir oğlanın “metal qəbul edirəm” deyə qışqırdığını eşitmiş, Çörək sexindən oğurladığı su mototunu və elektrik ayıranları həmin şəxsə 50 (əlli) manata satmışdır. Sonra yoldan keçən ağ rəngli Vaz-21011 markalı üzərində taksi işarəsi olan maşını saxladaraq ona demişdir ki, “yaxınlıqda metal parçaları var, onları avtomaşına yığıb Bərdə yolunun kənarında yerləşən metal qəbulu edilən yerə apara bilərik?” Taksi sürücüsü razılaşmış və taksi ilə birlikdə metalı qoyduğu yerə getmişlər. Metalı avtomaşının baqajına yığmış və birlikdə metal qəbul edən İlham adlı şəxsin məntəqəsinə getmişlər. Apardığı metalı maşından boşaltmış, taksinin pulun vermiş, taksi getmişdir. Metalı, deyəsən, İlhamın oğluna göstərmiş, oraya bir neçə dəfə özünün metalını aparıb satdığından həmin yerdə onu tanıyırdılar. Oğlan metala baxmış, yararsız dəmirlər olduğundan çəkərək ona 15 manat pul vermiş, pulu alaraq çıxıb getmişdir. Oraya satdığı metal yararsız vəziyyətdə olduğundan İlhamın oğlu həmin metalın oğurluq olmağından şübhələnməmişdir. Həmin oğurluğu törədərkən ona heç kim kömək etməmişdir. Təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılan zaman qeyd edilən xüsusatları bir daha təsvir edərək təsdiq etmişdir. Məhkəməyə qədər istintaq zamanı ifadəsi alınan Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax şəhər sakini kimi tanımış, onunla aralarında qohumluq əlaqələri, ədavət və düşmənçilikləri olmamışdır. X1 Yevlax-Bərdə avtomobil yolunun kənarında “metal qəbulu” məntəqəsi var, atası yaşlı olduğuna görə və səhhətində tez-tez problemlər olduğuna görə həmin məntəqəni təxminən 2 il olar ki, atasının rəhbərliyi ilə özü işlətmiş, belə ki, məntəqəyə gətirilən metal məmulatları özü qəbul etmiş, tərəzidə çəkib tərkibinə uyğun pulunu vermişdir. Hər dəfə metal qəbul edəndə həmin metalları gətirən tanımadığı şəxslərin şəxsiyyət vəsiqələrini tələb etmiş, onların kimliklərini müəyyən edəndən sonra malları qəbul etmiş, heç vaxt oğurluq olmasından şübhələndiyi məmulatları qəbul etməmişdir. Saleh əvvəllər ona bir neçə dəfə özünün olduğunu deyərək dəmir məmulatları satmış, Salehi tanıdığına görə ona inanaraq gətirdiyi malları qəbul etmişdir. 2020-ci ilin iyun ayının əvvəllərində, dəqiq tarix yadında qalmayıb, axşam saatlarında Saleh onun işlədiyi məntəqəyə gələrək özü ilə müxtəlif dəmir parçalar gətirmiş, Saleh ona həmin dəmir parçalarını yerdən yığdığını demiş, Salehin gətirdiyi dəmir parçalarına baxmış, həmin parçaların hamısı lazımsız qırıntılar, əyilmiş borular olmuş, Salehin həmin dəmirləri yerdən yığdığına inanaraq onun gətirdiyi dəmirləri tərəzidə çəkmiş, 60 kq olmuş, bunun üçün Salehə 15 manat pul vermiş, Saleh çıxıb getmişdir. Bir neçə ay sonra Saleh yenidən məntəqəyə gələrək dəmir parçaları gətirmiş, Salehin narkotik vasitələr qəbul etdiyini, narkotik vasitə almağa pulu olmadığı üçün xırda oğurluqlarla məşğul olduğunu eşitdiyinə görə ona gətirdiyi dəmirləri qəbul etməyəcəyini deyib bundan sonra bura gəlməməsini tapşırmışdır. Saleh gətirdiyi dəmirləri götürüb çıxıb getmiş, bundan sonra onu görməmişdir. 28 aprel 2021-ci il tarixdə, günorta saatlarında tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi VAZ-21010 markalı avtomobillə işlədiyi məntəqəyə gəlib avtomobilin arxa yük yerindən 05 ədəd müxtəlif ölçülərdə olan qazanları çıxarıb ona təqdim edərək satmaq istədiyini bildirmiş, Aqili tanıdığı üçün həmin qazanların kimə məxsus olduğunu soruşmamış, qazanlara baxmış, çuqun materialdan olduğunu görmüş, həmin qazanları tərəzidə çəkmiş, 30 kq çəkidə olmuş, bunun üçün Aqilə 60 manat pul vermiş, Aqil pulu alaraq çıxıb getmişdir. Sonradan Salehin ona satdığı dəmir materialları Yevlax şəhər sakini olan Zərərçəkmiş şəxs məxsus hazırda fəaliyyət göstərməyən çörək sexindən oğurladığını bilmişdir. Bundan əlavə sonradan Aqilin ona satdığı 05 ədəd çuqun qazanları ona Salehin verdiyini bilmiş, belə ki, Salehə işlədiyi məntəqəyə gəlməsini və mal satmasını qadağan etdiyinə görə o, qazanları özü gətirməyib, həmin qazanların özünə məxsus olduğunu deyərək taksi sürücüsü Aqilə vermiş, habelə sonradan Salehin həmin qazanları Yevlax şəhər sakini İlahə Məmmədovaya məxsus evdən oğurladığını bilmişdir. Salehin ona satdığı dəmir qırıntılarının və taksi sürücüsü Aqilin ona satdığı qazanların oğurluq olması barədə həmin vaxt heç bir məlumatı olmamış, bu barədə sonradan bilmişdir. Belə ki, Aqil qazanları ona satıb gedəndən bir müddət sonra polis əməkdaşları ilə birlikdə məntəqəyə gəlmiş, polis əməkdaşları ondan Aqilin satdığı qazanların harada olduğunu soruşmuş, Aqilə qazanları vermiş, Aqil isə öz növbəsində həmin qazanları polis əməkdaşlarına təqdim etmişdir. Bu baxımdan kollegiya Təqsirləndirilən şəxs birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrini daha çox özünü müdafiə xarakterli hesab edir, Zərərçəkmiş şəxs ifadəsini isə mötəbər sübut hesab etmir, onların ifadələrinə, yuxarıda göstərilənlərə əsasən şübhə ilə yanaşır. Bu səbəbdən məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən biridigərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə, 2020-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən fəaliyyəti dayandırılmış saxlanc yeri hesab olunan çörək sexinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq sexin həyətindən və sexin otağından 01 ədəd 110 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “TM-160/10-U1” markalı 160 kvt transformatoru, 01 ədəd 30 manat dəyərində işlək vəziyyətdə olan 1995-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş “AQİDEL-M” markalı “AQİDEL-M VÜN-1” modelli su nasosunu, 360 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş “AVVQ 4 X70” markalı 3 jilalı 30 metr alüminium kabelini, 910 manat dəyərində 07 ədəd 4 kv markalı 400 amperli elektrik açarlarını və 01 ədəd 230 manat dəyərində “BK-G4T“ markalı qaz sayğacını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1640 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Şərh edilən xüsusatlara məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Birinci instansiya məhkəməsi ona qarşı irəli sürülmüş ittihamdan həmin maddəni çıxarmaqla səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilir. Məhkəmə kollegiyasının qənaətincə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinin sübuta yetirilməməsi əsası ilə həmin maddəni ittihamdan çıxarmaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmündən verilmiş apellyasiya protestinin dəlillərini əsaslı sayır. Göründüyü kimi, Yevlax Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində çıxardığı hökmündə yuxarıda qeyd edilən hissədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. CPM-in 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. CM-in: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-in: 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. 399.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü qismən, yəni CM-in 177.2.2-ci maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması, CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CMin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hissələrində ləğv edilməli, həmin hissə üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.2-ci maddəsinə əsasən, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması, CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CMin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hissələrində ləğv edilsin və həmin hissə üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 1(039)-115/2021 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar